Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında
Azərbaycan
Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin zərər
çəkmiş şəxsə kompensasiya verilməsi
ilə bağlı 87.6.18-ci maddəsinin və XX fəslinin
müddəaları
müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə
minir.[1]
Maddə 3. Bu Qanunun 2-ci maddəsində
nəzərdə tutulmuş müddəalar istisna olunmaqla,
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin müddəaları 2000-ci il
sentyabrın 1-dən qüvvəyə minir.
Maddə 4. ŤAzərbaycan SSR
Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi
haqqındať 1960-cı il dekabrın 8-də Azərbaycan SSR
Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR
Cinayət-Prosessual Məcəlləsi (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1960, š 279, maddə 144) bu Qanunun 7-ci
maddəsində göstərilən keçid
müddəaları nəzərə alınmaqla 2000-ci il
sentyabrın 1-dən qüvvədən düşmüş
hesab edilsin.
Maddə 5. Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqında Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1960-cı il dekabrın
8-dən etibarən qəbul olunmuş fərmanlarının
təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist
Respublikasının qanunları (onların müvafiq
hissələri), habelə bu maddədə sadalanan Azərbaycan
Respublikasının qanunları (onların hissələri)
və digər normativ hüquqi aktları bu Qanunun 7-ci maddəsində
göstərilən keçid müddəaları
nəzərə alınmaqla 2000-ci il sentyabrın 1-dən
qüvvədən düşmüş hesab edilsin:
5.1. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1961-ci il 4 may tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961,
š 13, maddə 52);
5.2. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişikliklər və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1961-ci il 24 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1961, š 21, maddə 78);
5.3. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 38-ci maddəsinə
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 14 dekabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı , 1961, š 35, maddə
138);
5.4. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1962-ci il 7 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, š 22, maddə
116);
5.5. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1963-cü il 20 may tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1963, š 15, maddə 109);
5.6. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 320-ci maddəsinə əlavə
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1964-cü il 8 aprel tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, š 11, maddə
59);
5.7. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1964-cü il 11 noyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964,
š 32, maddə 152);
5.8. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 127-ci maddəsinə əlavə daxil
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1965-ci il 20 yanvar tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1965, š 3, maddə 34);
5.9. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişiklik və
əlavələr daxil edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 26 yanvar tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966,
š 2, maddə 12);
5.10. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişikliklər və əlavələr daxil
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1966-cı il 31 yanvar tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 3, maddə
18);
5.11. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişiklik və
əlavələr daxil edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 sentyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966,
š 18, maddə 167);
5.12. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 11 noyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966,
š 21, maddə 202);
5.13. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1966-cı il 23 dekabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966,
š 24, maddə 229);
5.14. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 402-ci maddəsinə dəyişiklik
və əlavələr edilməsi haqqındať Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968,
š 6, maddə 45);
5.15. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1969-cu il 12 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1969, š 11, maddə 95);
5.16. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr keçirilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1970-ci il 27 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1970, š 6, maddə 37);
5.17. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1971-ci il 19 may tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1971,
š 10, maddə 70);
5.18. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 57-ci maddəsinə
dəyişikliklər keçirilməsi haqqındať
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19
iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1972, š 12, maddə 53);
5.19. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə əlavə
və dəyişikliklər edilməsi haqqındať
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il
13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1973, š 7, maddə 62);
5.20. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1973-cü il 25 may tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973,
š 10, maddə 90);
5.21. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1973-cü il 4 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1973, š 10, maddə 116);
5.22. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1975-ci il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1975, š 7, maddə 48);
5.23. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə əlavə və dəyişiklik
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1977, š 5-6, maddə 30);
5.24. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə əlavə
və dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977,
š 5-6, maddə 31);
5.25. ŤAzərbaycan SSR cinayət, mülki,
cinayət-prosessual, mülki-prosessual, islah-əmək, nikah
və ailə məcəllələrinə
əlavələr və dəyişiklik edilməsi haqqındať
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28
mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1977, š 5-6, maddə 33);
5.26. ŤAzərbaycan SSR Cinayət
Məcəlləsinə 42-1-ci maddənin əlavə
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1977-ci il 26 aprel tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1977, š 8, maddə 49);
5.27. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 102-ci maddəsinə əlavə və
dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1978-ci il 13 yanvar tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978,
š 1-2, maddə 10);
5.28. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinin 127-ci maddəsinə dəyişiklik
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1978-ci il 15 may tarixli Fərmanı (Azərbaycan SSR
Ali Sovetinin məlumatı, 1978, š 9, maddə 76);
5.29. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1979-cu il 26 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1979, š 4, maddə 23);
5.30. ŤBakı Şəhər
Məhkəməsinin yaradılması ilə əlaqədar
olaraq Azərbaycan SSR qanunvericiliyinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1979-cu il 18 may tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı 1979, š
9-10, maddə 72);
5.31. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1980-ci il 23 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1980, š 10, maddə 125);
5.32. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1980-ci il 26 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1980, š 11-12, maddə 137);
5.33. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1980-ci il 15 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1980, š 18, maddə 187);
5.34. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 sentyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981,
š 17, maddə 203);
5.35. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1981-ci il 18 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1981, š 18, maddə 207);
5.36. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1981-ci il 22 oktyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981,
š 20, maddə 225);
5.37. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1983-cü il 28 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1983, š 17-18, maddə 162);
5.38. ŤAzərbaycan SSR cinayət-prosessual
məcəlləsinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1983-cü il 30 sentyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1983,
š 17-18, maddə 165);
5.39. ŤAzərbaycan SSR Cinayət
Məcəlləsinə və Azərbaycan SSR
Cinayət-Prosessual Məcəlləsinə
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, š 3-4, maddə
30);
5.40. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1984-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1984, š 7, maddə 55);
5.41. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1985, š 3, maddə 29);
5.42. ŤAzərbaycan SSR cinayət-prosessual
və mülki-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1985, š 3, maddə 30);
5.43. Ťİnzibati Hüquqpozmalar haqqındať
Azərbaycan SSR məcəlləsinə, Azərbaycan SSR
Cinayət və Cinayət-Prosessual
məcəllələrinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1985-ci il 13 iyun tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985,
š 11, maddə 130);
5.44. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik
aktlarına dəyişiklik və əlavələr
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1985, š 21, maddə 204);
5.45. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik
aktlarına dəyişiklik və əlavələr
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1986-cı il 16 iyun tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986, š 12, maddə
72);
5.46. ŤAzərbaycan SSR Cinayət
Məcəlləsinə və Azərbaycan SSR
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqındať zərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 21 iyul tarixli A
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987,
š 14, maddə 141);
5.47. ŤAzərbaycan SSR Cinayət
Məcəlləsinə, İnzibati Hüquqpozmalar haqqında
Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan
SSR-in bəzi başqa qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqındať Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 12 avqust tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987,
š 15-16, maddə 153);
5.48. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik
aktlarına dəyişiklik və əlavələr
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1987-ci il 16 sentyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, š 18, maddə
173);
5.49. ŤAzərbaycan SSR cinayat,
cinayət-prosessual və islah-əmək
məcəllələrinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987,
š 21, maddə 201);
5.50. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1988-ci il 18 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1988, š 4, maddə 26);
5.51. ŤAzərbaycan SSR cinayət və
cinayət-prosessual məcəllələrinə
dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, š 13-14,
maddə 136);
5.52. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişiklik və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1988-ci il 30 avqust tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988,
š 16, maddə 153);
5.53. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual
məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1989-cu il 12 aprel tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, š 7-8, maddə
47);
5.54. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual
məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin Fərmanına
dəyişikliklər və əlavələr edilməsi
barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1989-cu il 11 avqust tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1989, š 15-16, maddə 118);
5.55. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1990-cı il 7 fevral tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990,
š 3-4, maddə 19);
5.56. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik
aktlarına dəyişiklik və əlavələr
edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1990-cı il 17 aprel tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 8, maddə
55);
5.57. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan Sovet
Sosialist Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 12, maddə
145);
5.58. ŤAzərbaycan SSR-in qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqındať Azərbaycan Sovet Sosialist
Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1990, š 12, maddə 147);
5.59. ŤAzərbaycan SSR Cinayət-Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan Sovet
Sosialist Respublikasının 1990-cı il 30 iyul tarixli Qanunu
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 13-14,
maddə 173);
5.60. ŤAzərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin bəzi
maddələrinin qüvvəyə minməsini təxirə
salmaq haqqındať Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci
il 9 fevral tarixli Qərarı (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1991, š 4, maddə 78);
5.61. ŤAzərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr edilməsi
haqqındať Azərbaycan Respublikasının 1992-ci il 17 yanvar
tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin
məlumatı, 1992, š 5, maddə 100);
5.62. ŤAzərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqındať Azərbaycan
Respublikasının 1992-ci il 27 may tarixli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992, š 10, maddə
308);
5.63. ŤAzərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
barədəť Azərbaycan Respublikasının 1992-ci il 18
avqust tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, š 16, maddə 688);
5.64. ŤAzərbaycan Respublikasının
Cinayət Məcəlləsinə, Cinayət-Prosessual
Məcəlləsinə, Mülki-Prosessual
Məcəlləsinə, və Mülki
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının
1993-cü il 26 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1993, š 23-24, maddə 673);
5.65. ŤAzərbaycan Respublikasının
cinayət və cinayət-prosessual
məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1994-cü il 21 oktyabr tarixli Qanunu
(Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, š
10, maddə 192);
5.66. ŤAzərbaycan Respublikasının
cinayət, cinayət-prosessual məcəllələrinə
və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan
Respublikası Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995, š 7, maddə 135);
5.67. ŤAzərbaycan Respublikasının
bəzi məcəllələrinə dəyişikliklər
edilməsi haqqındať Azərbaycan Respublikasının 1995-ci
il 12 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin
məlumatı, 1995, š 22, maddə 357);
5.68. ŤAzərbaycan Respublikasının
cinayət və cinayət-prosessual
məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1996-cı il 24 dekabr tarixli Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4,
maddə 284);
5.69. ŤAzərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1996-cı il 27 dekabr tarixli Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4,
maddə 287);
5.70. ŤDamazlıq işi haqqındať
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci
il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997, š 4, maddə 301);
5.71. ŤBitki karantini haqqındať Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci
il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997, š 4, maddə 303);
5.72. Ťİnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AİDS) yayılmasının
qarşısının alınması haqqındať
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 305);
5.73. ŤAzərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1997-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, š 1, maddə 10);
5.74. ŤAzərbaycan Respublikasında
ölüm cəzasının ləğv olunması ilə
əlaqadar Azərbaycan Respublikasının cinayət,
cinayət-prosessual və islah-əmək məcəllələrinə
dəyişikliklər və əlavələr edilməsi
haqqındať Azərbaycan Respublikasının 1998-ci il 10 fevral
tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 1998, š 2, maddə 85);
5.75. ŤQanunvericiliyin
təkmilləşdirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə və digər
məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqındať Azərbaycan
Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, š 5, maddə 306);
5.76. Ťİqtisadi cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə əlavələr
edilməsi haqqındať Azərbaycan Respublikasının 1998-ci
il 28 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998, š 5, maddə 307);
5.77. ŤAzərbaycan Respublikasının
Cinayət, Cinayət-Prosessual məcəllələrinə
və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan
Respublikasının Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
barədəť Azərbaycan Respublikasının 1998-ci il 24
noyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 1999, š 2, maddə 54);
5.78. ŤƏhalinin
sağlamlığının qorunması haqqındať
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi haqqındať Azərbaycan Respublikasının 1999-cu
il 2 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999, š 5, maddə 286);
5.79. Ťİstehsalat və məişət
tullantıları haqqındať Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
barədəť Azərbaycan Respublikasının 1999-cu il 22 iyun
tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 1999, š 8, maddə 476).
Maddə 6. Azərbaycan
Respublikasının Təsərrüfat-Prosessual
Məcəlləsi (Azərbaycan Respublikası Ali Sovetinin
məlumatı, 1992, š 8, maddə 214) 2000-ci il sentyabrın
1-dən qüvvədən düşmüş hesab edilsin.
Maddə 7. Bu Qanunla təsdiq olunmuş
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin qüvvəyə minməsi və
tətbiqi ilə əlaqədar aşağıdakılar
nəzərə alınmalıdır:
bu Məcəllə qüvvəyə
minənədək başlanmış cinayət işləri
üzrə həbs qismində qətimkan tədbirinin
seçilməsi haqqında qərarlar 2000-ci il sentyabrın
1-dək qüvvədə olan Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulmuş müddətlər daxilində qüvvədə
saxlanılır;
bu Məcəllə qüvvəyə
minənədək başlanmış cinayət işləri
üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv
və vaxtında qurtarmaq məqsədi ilə 2000-ci il
sentyabrın 1-dək qüvvədə olan Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin istintaq
aidiyyətinə dair müddəalarına uyğun olaraq
ibtidai istintaq aparan orqan həmin cinayət işi üzrə
ibtidai istintaqı yeni Cinayət-Prosessual Məcəlləsinin
müddəalarını nəzərə alaraq aparır; KM1
bu Məcəllə qüvvəyə
mindikdən sonra məhkəmələrin icraatında olan
cinayət işləri üzrə həmin Məcəllə
qüvvəyə minənədək aparılmış
istintaq və digər prosessual hərəkətlərın
qanuniliyi və əsaslılığı 2000-ci il
sentyabrın 1-dək qüvvədə olan Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsi
müddəalarının tələbləri daxilində
müəyyən olunur;
bu Məcəllə qüvvəyə
minənədək birinci instansiya məhkəmələri
tərəfindən cinayət işləri üzrə
başlanmış məhkəmə baxışı
həmin Məcəllə qüvvəyə mindikdən sonra
iş üzrə yekun qarar çıxarılanadək 2000-ci
il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin
müddəaları əsasında davam etdirilir və bu zaman
məhkəmə baxışında iştirak edən xalq
iclasçılarının səlahiyyət müddəti
işə baxılıb qurtardığı gün bitmiş
hesab olunur;
bu Məcəllə qüvvəyə
minənədək birinci instansiya məhkəmələri
tərəfindən 2000-ci il sentyabrın 1-dək
qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin müddəaları əsasında
çıxarılmış hökmlərə və
digər yekun qərarlarına müvafiq apellyasiya
instansiyası məhkəməsində və ya Azərbaycan
Respublikasının Ali Məhkəməsində
Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427,
461-467-ci maddələrində nəzərdə tutulmuş
müddəalara uyğun olaraq yenidən baxıla bilər.
Maddə 8. Həbsdə saxlanılma
yerlərində şəxslərin saxlanılmasına dair
yeni Qanun qəbul edilənədək, 2000-ci il sentyabrın
1-dək qüvvədə olan Cinayət-Prosessual
Məcəlləsinin 433-443-cü maddələrinə
uyğunlaşdırılmış qaydada Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilmiş müvəqqəti Əsasnaməyə
uyğun həyata keçirilir.
Maddə 9. Azərbaycan Respublikasında
qüvvədə olan digər qanunlar və normativ hüquqi
aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
uyğunlaşdırılanadək həmin
Məcəlləyə zidd olmayan hissədə tətbiq
edilir.
Maddə 10. Bu Qanun 2000-ci il sentyabrın
1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ƏLİYEV
Bakı
şəhəri, 14 iyul 2000-ci il
š 907-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 fevral 2015-ci il tarixli 1193-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 aprel 2015-ci il, š 72, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, š 4, maddə 341)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13
fevral 2015-ci il tarixli 1193-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 8
aprel 2015-ci il, š 72, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, š 4, maddə
341) ilə
2-ci maddəsində andlı
iclasçılarına, habelə zərər
çəkmiş şəxsə kompensasiya verilməsinə
dair müddəaları məhkəmə hüquq islahatı
başa çatdıqdan və sözləri zərər çəkmiş
şəxsə kompensasiya verilməsi ilə bağlı
87.6.18-ci maddəsinin və XX fəslinin müddəaları
sözləri ilə əvəz edilmişdi.
KM1 ŤAzərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqındať Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinin 2-ci abzasının müddəası
yeni CPM qüvvəyə minənədək
başlanmış cinayət işləri üzrə,
həmin anadək tutulmuş və həbsdə
saxlanılmış şəxs barəsində olan həbs
qismində qətimkan tədbiri seçilməsi haqqında
qərarlara dair, əvvəlki CPM-in 92-ci maddəsində
nəzərdə tutulmuş həbsdə saxlama
müddətləri həddində tətbiq olunmalıdır.
ŤAzərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqındať Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin
3-cü abzasının müddəası yeni CPM
qüvvəyə minənədək başlanmış
cinayət işləri üzrə ibtidai istintaqı
hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq
məqsədilə istintaqın əvvəlki CPM-də
nəzərdə tutulan istintaq aidiyyətinə dair qaydalara
uyğun olaraq davam etdirilməsinə və onun yeni CPM-in
müddəaları nəzərə alınmaqla
aparılmasına dair qanunun istintaqı aparan orqanların
qarşısında qoyduğu vəzifə kimi qəbul
olunmalıdır. ( ŤAzərbaycanť
qəzeti, 09 yanvar š 1 2004-ci il, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı 1/2004)