Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında ölçmələrin vəhdətinin
təmin edilməsinin hüquqi əsaslarını
müəyyən edir, ölçmə vasitələrinin
işlənib hazırlanması, istehsalı, yoxlanması,
sınağı, istismarı, təmiri, satışı,
idxalı və ixracı sahəsində
münasibətləri tənzim edir.
1.0. Bu qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. ölçmələrin vəhdəti -
ölçmələrin elə vəziyyətidir ki,
onların nəticələri qəbul edilmiş
vahidlərlə ifadə olunur və ölçmələrin
xətaları müəyyən edilmiş
sərhədlərdə yerləşir;
1.0.2. metroloji xidmət - ölçmələrin
vəhdətinin təmin edilməsinə yönəldilmiş
iş növləri və fəaliyyət subyektləridir;
1.0.3. ölçmə vasitələri - ölçmələrdə
istifadə edilən və normalaşdırılmış
metroloji xassələrə malik olan texniki vasitələrdir;
1.0.4. kəmiyyət vahidinin etalonu -
ölçünün kəmiyyətini saxlayan və bu
kəmiyyətin digər ölçmə
vasitələrinə ötürülməsini təmin
edən xüsusi hazırlanmış və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
ölçmə vasitələridir;
1.0.5. dövlət kəmiyyət vahidinin etalonu -
Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul
edilmiş ilkin etalondur;
1.0.6. ölçmələrin vəhdətinin təmin
edilməsi üzrə normativ sənədlər (metroloji qayda
və normalar) - müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş dövlət
standartları, qaydalar, tövsiyyələr, təlimatlar,
həmçinin qanunvericiliyə uyğun qaydada tətbiq
edilən dövlətlərarası və beynəlxalq
standartlar;
1.0.7. metroloji nəzarət - müəyyən edilmiş
metroloji qayda və normalara əməl edilməsinin
yoxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı, yaxud hüquqi şəxslərin metroloji xidmətləri
tərəfindən həyata keçirilən
fəaliyyətdir;
1.0.8. ölçmə vasitələrinin müqayisəli
yoxlanması - ölçmə vasitələrinin
müəyyən edilmiş texniki tələblərə
uyğunluğunun təyin və təsdiq edilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı,
yaxud bu səlahiyyətlər verilmiş hüquqi
şəxslərin metroloji xidmətləri
tərəfindən yerinə yetirilən
əməliyyatların məcmusudur;
1.0.9. ölçmə vasitələrinin tipinin təsdiq
edilməsi haqqında sertifikat - ölçmə
vasitələrinin tipinin qanunvericiliklə müəyyən
edilmiş qaydada təsdiq edilməsi, müəyyən
edilmiş tələblərə uyğun olması haqqında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən sənəddir;
1.0.10. ölçmə vasitələrinin müqayisəli
yoxlanması hüququnun verilməsi - müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müqayisəli
yoxlama işlərinin yerinə yetirilməsi
səlahiyyətlərinin rəsmi tanınmasıdır;
1.0.11. ölçmə vasitələrinin kalibrlənməsi
- dövlət metroloji nəzarətinə aid olmayan
ölçmə vasitələrinin tətbiq olunması
yararlığının müəyyən edilməsi və
təsdiqi məqsədi ilə yerinə yetirilən
əməliyyatların məcmusudur;
1.0.12. kalibrlənmə haqqında sertifikat - kalibrlənməni
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı,
yaxud bu səlahiyyətlər verilmiş hüquqi
şəxslərin metroloji xidmətləri
tərəfindən ölçmə vasitələrinin
kalibrlənməsi nəticələrinin təsdiq edilməsi
haqqında verilən sənəddir;
1.0.13. ölçmələrin yerinə yetirilməsi
üsulları - ölçmələrin
nəticələrinin məlum xəta ilə
alınmasını təmin edən əməliyyat və
qaydalardır.
Ölçmə
vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi bu Qanundan, ona uyğun qəbul edilmiş digər
normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Bu Qanun Azərbaycan
Respublikası ərazisində mülkiyyət formasından
asılı olmayaraq fəaliyyət göstərən
müvafiq hüquqi və fiziki şəxslərə aid
edilir.
4.1. Azərbaycan
Respublikasında ölçmələr zamanı Beynəlxalq
vahidlər sisteminin kəmiyyət vahidlərinin
tətbiqinə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada yol
verilir.
Kəmiyyət vahidlərinin
adlarını, işarələrini,
yazılışını, həmçinin Azərbaycan
Respublikası ərazisində onların tətbiq edilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
4.2. İxrac edilən
məhsulların, o cümlədən ölçmə
vasitələrinin xassələri və parametrləri
sifarişçinin müəyyən etdiyi kəmiyyət
vahidləri ilə ifadə edilə bilər.
5.1. Ölkə daxilində
ölçmələrin vəhdətinin təmin edilməsinin
texniki əsaslarını dövlət kəmiyyət
vahidləri etalonları təşkil edir.
5.2. Dövlət kəmiyyət
vahidləri etalonları onların ölçmələrinin
verilmiş kəmiyyətinin bütün ölçmə
vasitələrinə ötürülməsi məqsədi
ilə kəmiyyət vahidlərinin təkrarlanması və
saxlanması üçün ilkin etalon kimi istifadə edilir.
5.3. Dövlət kəmiyyət
vahidləri etalonları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
6.1. Ölçmələr
müəyyən edilmiş qaydada attestasiya olunmuş üsullara
uyğun həyata keçirilməlidir.
6.2. Ölçmələrin
yerinə yetirilməsi üsullarının işlənib
hazırlanması və attestasiya edilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Ölçmələrin
vəhdətinin təmin edilməsi üzrə
fəaliyyət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
8.1. Hüquqi şəxslər
ölçmələrin tələb edilən dəqiqliyinin
və vəhdətinin təmin edilməsi üzrə
işlərin yerinə yetirilməsi və metroloji
nəzarətin həyata keçirilməsi üçün
metroloji xidmət yarada bilər.
8.2. Hüquqi
şəxslərin metroloji xidmətlərinin
fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən nəzarət edilir.
8.3. Hüquqi
şəxslərin metroloji xidmətlərinin fəaliyyət
haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
9.1. Azərbaycan
Respublikasında dövlət metroloji nəzarətini
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
9.2. Dövlət metroloji
nəzarətinə aşağıdakılar aiddir:
9.2.1. dövlət
sınaqlarının aparılması və ölçmə
vasitələrinin tipinin təsdiq edilməsi;
9.2.2. ölçmə
vasitələrinin, o cümlədən etalonların
müqayisəli yoxlanması;
9.2.3. ölçmə
vasitələrinin və ölçmələrin yerinə yetirilməsi
üsullarının tətbiq edilməsinin yoxlanması;
9.2.4. ölçmə
vasitələrinin istismarına, istehsalına,
satışına və idxalına; ölçmələrin
yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına,
etalonlara, metroloji qayda və normalara nəzarət.
9.3. Metroloji qayda və normalara
riayət edilməsini yoxlamaq məqsədi ilə həyata
keçirilən dövlət metroloji nəzarəti
ölçmə vasitələri istifadə olunan mülkiyyət
formasından asılı olmayaraq bütün
sahələrə şamil edilir.
10.1. Dövlət metroloji
nəzarətinin şamil edildiyi sahələrdə istismar
edilən ölçmə vasitələri dövlət
sınaqlarından keçirilməklə tipi təsdiq edilməlidir.
10.2. Ölçmə
vasitələri tipinin təsdiq edilməsi haqqında qərar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilir və ölçmə vasitələrinin
tipinin təsdiq edilməsi haqqında sertifikatla təsdiq
edilir. Həmin sertifikatın forması və
qüvvədə olma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir. Ölçmə
vasitələrinin təsdiq edilmiş tipi ölçmə
vasitələrinin dövlət reyestrinə daxil edilir.
Ölçmə vasitələrinin dövlət reyestrinin
aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
10.3. Ölçmə
vasitələri tipinin təsdiq edilməsi məqsədi
ilə onların dövlət sınaqlarından
keçirilməsi dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi hallarda və qaydada
aparılır.
10.4. Dövlət
sınaqlarının keçirilməsi üçün
ölçmə vasitələrinin nümunələri
normativ və istismar sənədləri ilə birlikdə
sınağı keçirən təşkilata təqdim
edilməlidir.
10.5. Ölçmə
vasitələrinin təsdiq edilmiş tipə
uyğunluğuna nəzarəti istehsalçıların yaxud
istifadəçilərin yerləşdiyi yer üzrə
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
10.6. Tipi təsdiq edilmiş
ölçmə vasitələrinə və hər
nüsxəni müşaiyət edən istismar
sənədlərinə müəyyən edilmiş formada
ölçmə vasitələri tipinin təsdiq edilməsi
haqqında damğa vurulur.
10.7. Ölçmə
vasitələri tipinin təsdiq edilməsi haqqında
məlumat və onun ləğv edilməsi haqqında qərar
mətbuatda dərc olunur.
10.8. Ölçmə
vasitələrinin dövlət reyestrinə daxil
edilməmiş ölçmə vasitələrinin
istehsalı, istismarı, satışı və idxalı
qadağandır.
11.1. Dövlət metroloji
nəzarətinə cəlb edilən ölçmə
vasitələri istehsaldan buraxıldıqda yaxud təmir
edildikdən sonra və istismar zamanı müqayisəli
yoxlamadan keçməlidir.
11.2. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən hüquqi şəxslərin
metroloji xidmətlərinə ölçmə vasitələrinin
müqayisəli yoxlanması hüququ qanunvericiliklə
müəyyən edilmiş qaydada verilə bilər.
11.3. Hüquqi
şəxslərin metroloji xidmətləri
tərəfindən həyata keçirilən
müqayisəli yoxlama fəaliyyətinə müvafiq icra
hakimiyyəti orqanı nəzarət edir.
11.4. Dövlət metroloji
nəzarətinin şamil edildiyi sahələrdə
ölçmə vasitələrini istehsal, istismar yaxud
təmir edən hüquqi və fiziki şəxslər ölçmə
vasitələrini vaxtında müqayisəli yoxlamaya təqdim
etməlidirlər.
11.5. Ölçmə
vasitələrinin müqayisəli yoxlanmasının
müsbət nəticələri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yoxlama möhürü yaxud
yoxlama haqqında şəhadətnamə ilə təsdiq
edilir.
12.1. Dövlət metroloji
nəzarətini müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətli şəxsləri həyata keçirir.
12.2. Ölçmə
vasitələrinin müqayisəli yoxlanmasını həyata
keçirən səlahiyyətli şəxslər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada attestasiyadan keçməlidirlər.
12.3. Səlahiyyətli
şəxslərin hüquq və vəzifələri
aşağıdakılardır:
12.3.1. tabeçiliyindən
və mülkiyyət formasından asılı olmayaraq
ölçmə vasitələrinin istismar, istehsal və
təmir edildiyi, satıldığı yaxud saxlanıldığı
obyektlərə qanunvericiliklə müəyyən edilmiş
qaydada daxil olmaq;
12.3.2. ölçmə
vasitələrinin vəziyyətini, istismar və saxlanma
şəraitini yoxlamaq;
12.3.3. ölçmə
vasitələrinin dövlət sınaqlarında iştirak
etmək;
12.3.4. metroloji qayda və
normalara uyğun olmayan ölçmə vasitələrinin
istismarını, istehsalını, satışını
qadağan etmək;
12.3.5. müqayisəli yoxlamadan
keçməyən ölçmə vasitələrinin
istismarını qadağan etmək;
12.3.6. ölçmə
vasitələri düzgün olmayan göstəricilər
verdiyi halda müqayisəli yoxlama haqqında
şəhadətnaməni və ya vurulmuş damğanı
ləğv etmək;
12.3.7. insanların
həyatına, sağlamlığına, əmlakına
istehlakçıların hüquq pozuntusuna, ətraf
mühitin təhlükəsizliyinə mənfi təsir
göstərən hallarda, həmçinin ölçmə
vasitələri metroloji qayda və normalara uyğun
olmadığı halda ölçmə vasitələrini
istismardan çıxarmaq;
12.3.8. metroloji qayda və
normaların pozulmasının aradan qaldırılması
müddətlərini göstərməklə
tələbnamə vermək;
12.3.9. metroloji qayda və
normaların pozulması haqqında qanunvericiliklə
müəyyən edilmiş qaydada yoxlama aktı və yaxud
protokol tərtib etmək;
12.3.10. ölçmələr
üzrə müəyyən edilmiş məcburi
tələblərin pozulması ilə aparılan
işlərə qadağanlar qoyulması haqqında
tələbnamələr vermək;
12.3.11. metroloji qayda və
normaları pozmuş hüquqi və fiziki
şəxslərə cərimə və maliyyə
sanksiyaları tətbiq etmək;
12.4. Ölçmə
vasitələrinin dövlət metroloji nəzarəti
yoxlanılan obyektlərin bilavasitə məsul
işçilərinin iştirakı ilə
keçirilməlidir.
Metroloji qayda və normaları
pozmuş hüquqi və fiziki şəxslər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə
uyğun olaraq cərimələr və maliyyə
sanksiyaları tətbiq edilir.
14.1. Müqayisəli yoxlamaya aid
edilməyən ölçmə vasitələri istehsaldan
buraxıldığı yaxud təmirdən
çıxdığı, idxal və istismar edildiyi,
icarəyə verildiyi və satıldığı zaman
kalibrlənə bilər. Ölçmə vasitələrinin
kalibrlənməsinin nəticələri ölçmə
vasitələrinin üzərinə kalibrlənmə
nişanının vurulması ilə yaxud kalibrlənmə
haqqında sertifikatla, həmçinin istismar
sənədlərində aparılan qeydiyyatla təsdiq edilir.
14.2. Müvafiq icra hakimiyyəti
orqanı ilə bağlanmış müqavilələr
əsasında hüquqi şəxslərin metroloji
xidmətlərinə kalibrlənmə işləri aparmaq,
həmçinin kalibrlənmə haqqında sertifikat vermək
hüququ verilir.
14.3. Ölçmə
vasitələrinin kalibrlənməsi hüquqi
şəxslərin metroloji xidmətləri
tərəfindən dövlət kəmiyyət vahidləri
etalonlarına daxil olan etalonlardan istifadə etməklə
aparılır.
14.4. Kalibrlənmə
işlərinin yararsız yerinə yetirilməsinə
görə bu işi yerinə yetirən metroloji xidmətin
tabe olduğu hüquqi şəxs məsuliyyət
daşıyır.
14.5. Hüquqi
şəxslərin metroloji xidmətlərinin
kalibrlənmə fəaliyyətinə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən nəzarət edilir.
14.6. Kalibrlənmə
işlərinin yerinə yetirilməsi və kalibrlənmə
haqqında sertifikatın verilməsi, yaxud kalibrlənmə
nişanının vurulması hüququnun verilməsi qaydaları,
kalibrlənmə işlərinin yerinə yetirilməsinə
tələblər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Ölçmə
vasitələrinin sertifikatlaşdırılması
qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
16.1. Ölçmə
vəhdətinin təmin edilməsi üzrə işlər
dövlət tərəfindən maliyyələşdirilir.
16.2. Ölçmə
vəhdətinin təmin edilməsi üzrə dövlət
tərəfindən maliyyələşdirilən
işlərə aşağıdakılar aiddir:
16.2.1. dövlət
kəmiyyət vahidləri etalonlarının işlənib
hazırlanması, alınması,
təkmilləşdirilməsi, saxlanması və tətbiq
edilməsi;
16.2.2. metrologiya sahəsində
əsaslı tədqiqatlar;
16.2.3. vaxt və tezliklər,
standart nümunələr, standart məlumat
göstəriciləri xidmətləri ilə bağlı
işlər;
16.2.4. müvafiq icra
hakimiyyəti orqanının qismən təchizatı
üçün zəruri avadanlıqların alınması,
saxlanması və normativ sənədlərin işlənib
hazırlanması;
16.2.5. dövlət metroloji
nəzarəti üzrə təşkil olunan işlər;
16.2.6. dövlət
proqramlarının işlənib hazırlanması.
17.1. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən hüquqi və fiziki
şəxslərə göstərilən və
aşağıda qeyd olunan metroloji işlərin
və xidmətlərin haqqı bağlanmış müqavilələrin
şərtlərinə əsasən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
tariflərə uyğun olaraq sifarişçi tərəfindən
ödənilir: [2]
17.1.1. ölçmə
vasitələrinin tipinin təsdiq edilməsi üçün
sınaqların keçirilməsi; [3]
17.1.2. ölçmə
vasitələrinin müqayisəli yoxlanması;
17.1.3. ölçmə
vasitələrinin sertifikatlaşdırılması;
17.1.4. ölçmə
vasitələrinin kalibrlənməsi;
17.1.5. ölçmələrin
yerinə yetirilməsi üsullarının attestasiya
edilməsi;
17.1.6. normativ
sənədlərin işlənib hazırlanması və
(və ya) ekspertizası;
17.1.7. qanunvericiliyə zidd
olmayan digər xidmətlər.
Maddə 17-1. Metrologiya
sahəsində hüquqi hərəkətlərə
görə dövlət rüsumu[4]
Ölçmə
vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə
salınması və sınaqların aparılaraq
attestatın verilməsi, sınaq və kalibrləmə
laboratoriyalarının akkreditasiyası barədə
attestatın verilməsi üçün dövlət
rüsumu ödənilir.
Ölçmə
vəhdətinin təmin edilməsi sahəsində
mübahisələrə qanunvericiliyə əsasən
məhkəmə qaydasında baxılır.
Ölçmə
vəhdətinin təmin edilməsi haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan fiziki və hüquqi
şəxslər qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ölçmə
vasitələrinin yoxlanması və sınaqların
nəticələrinin tanınması sahəsində
beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 13
iyun 2000-ci il
¹ 893-IQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 1 may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442)
2. 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
12, maddə 948)
3. 13 iyun
2013-cü il tarixli 686-IVQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 iyul 2013-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07,
maddə 778)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 13 iyun 2013-cü il tarixli 686-IVQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 iyul 2013-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07,
maddə 778) ilə ləğv edilmişdir.
[2] 1
may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442) ilə 17.1-ci
maddəsində “metroloji
işlər və xidmətlər bağlanmış
müqavilələrin şərtlərinə əsasən”
sözləri “metroloji
işlərin və xidmətlərin haqqı
bağlanmış müqavilələrin
şərtlərinə əsasən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
tariflərə uyğun olaraq” sözləri ilə
əvəz edilmişdir.
[3] 20 oktyabr 2009-cu il
tarixli 890-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə
948) ilə 17.1.1-ci maddə çıxarılmışdır.
[4] 20 oktyabr 2009-cu il
tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
24 dekabr 2009-cu il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 948) ilə 17-1-ci maddə
əlavə edilmişdir.