AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ
MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək
üçün müvafiq fəslin adının
üzərində sol düyməni basın)
FƏSİLLƏR
(Maddələr)
1. ÜMUMİ MÜDDƏALAR (1-8)
2. AZƏRBAYCAN RESPUBLİKASININ
VAHİD TORPAQ FONDU (9-11)
3. KƏND TƏSƏRRÜFATI
TƏYİNATLI TORPAQLAR (12-17)
4. YAŞAYIŞ
MƏNTƏQƏLƏRİNİN TORPAQLARI (18-21)
5. SƏNAYE, NƏQLİYYAT,
RABİTƏ, VƏ DİGƏR TƏYİNATLI TORPAQLAR (22-23)
6. XÜSUSİ QORUNAN
ƏRAZİLƏRİN TORPAQLARI (24-30)
7. MEŞƏ FONDU, SU FONDU
VƏ EHTİYAT FONDU TORPAQLARI (31-33)
8. TORPAQLARIN
MÜHAFİZƏSİ (34-37)
9. TORPAQ FONDUNUN
İSTİFADƏSİ VƏ MÜHAFİZƏSİNİN
DÖVLƏT TƏNZİMLƏNMƏSİ (38-43)
10. TORPAQLARDAN
İSTİFADƏYƏ VƏ ONLARIN
MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ (44-45)
11. DÖVLƏTİN VƏ
BƏLƏDİYYƏNİN TORPAQ ÜZƏRİNDƏ
MÜLKİYYƏT HÜQUQU (46-47)
12. HÜQUQİ VƏ
FİZİKİ ŞƏXSLƏRİN TORPAQ SAHƏSİ
ÜZƏRİNDƏ HÜQUQLARI (48-55)
13. TORPAQ
SAHƏLƏRİNİN MÜLKİYYƏTƏ,
İSTİFADƏYƏ VƏ İCARƏYƏ
VERİLMƏSİ (56-69)
14. TORPAQ
SAHƏLƏRİNİN GERİ ALINMASI (70-72)
15. TORPAQ SAHƏLƏRİ
ÜZƏRİNDƏ MÜLKİYYƏT, İSTİFADƏ
VƏ İCARƏ HÜQUQLARININ MƏHDUDLAŞDIRILMASI VƏ
XİTAMI
(73-77)
16. TORPAQ SAHƏLƏRİ
ÜZƏRİNDƏ HÜQUQLARIN DÖVLƏT QEYDİYYATI (78-79)
17. TORPAQ
MÜLKİYYƏTÇİLƏRİNİN,
İSTİFADƏÇİLƏRİNİN VƏ
İCARƏÇİLƏRİNİN HÜQUQLARI VƏ
VƏZİFƏLƏRİ (80-84)
18. TORPAQ
SAHƏLƏRİNİN DÖVRİYYƏSİ (85-93)
19. TORPAĞIN
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TORPAQ HAQQININ
MÜƏYYƏN EDİLMƏSİNİN ƏSASLARI (94-100)
21. TORPAQ
MÜBAHİSƏLƏRİNİN HƏLLİ (103-108)
22. TORPAQ
QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT (109-112)
23.
BEYNƏLXALQ
MÜQAVİLƏLƏR (113)
AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ
MƏCƏLLƏSİ[1]
I fəsil
Maddə 1. Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi
1.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu
Məcəllədən, “Torpaq islahatı haqqında”
Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi
aktlardan ibarətdir.
2. Yerin
təkindən, su obyektlərindən, meşədən, bitki
və heyvanlar aləmindən, mədəni və təbii
landşaftlardan, atmosfer havasından istifadə və
onların mühafizəsi üzrə münasibətlər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
3. Ələt azad iqtisadi zonasında torpaq
münasibətləri “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Maddə 2.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
məqsədi
Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq
üzərində mülkiyyətin müxtəlif
növlərinin tətbiqi əsasında yaranan torpaq
münasibətlərinin tənzimlənməsinə, torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçilərinin torpaqla bağlı
vəzifələrinin yerinə yetirilməsinə və torpaq
üzərində hüquqlarının müdafiəsinə,
torpaqlardan səmərəli istifadə və onların
mühafizəsi üçün şərait
yaradılmasına, torpağın münbitliyinin
bərpasına və artırılmasına, texnogen
çirklənmə və dağılmadan korlanmış
torpaqların rekultivasiyasına, təbii mühitin qorunub
saxlanmasına və yaxşılaşdırılmasına
yönəlmişdir.
Maddə 3.
Torpaq münasibətləri
1. Torpaq
münasibətləri — dövlət orqanları,
bələdiyyələr, hüquqi və fiziki
şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə
və torpaq barəsində sərəncam vermək sahəsində,
habelə torpaq resurslarından istifadənin dövlət
tərəfindən idarəedilməsi sahəsində ictimai
münasibətlərdir.
2. Torpaq
münasibətlərinin iştirakçıları
Azərbaycan Respublikası, dövlət orqanları,
bələdiyyələr, Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi şəxsləri,
habelə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər, beynəlxalq birliklər
və təşkilatlar, xarici dövlətlərdir.
3.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər,
beynəlxalq birliklər və təşkilatlar, habelə
xarici dövlətlər torpaq münasibətlərinin
iştirakçıları kimi bu Məcəllənin 48-ci
maddəsində nəzərdə tutulmuş
məhdudiyyətlərlə çıxış edə
bilərlər.
4. Torpaq
münasibətlərinin obyekti torpaq sahəsi və onun
üzərində hüquqlardan ibarətdir.
Maddə 4.
Torpaq sahəsi
1. Torpaq
sahəsi — dövlət torpaq kadastrında və torpaq
üzərində hüquqların dövlət qeydiyyatı
sənədlərində, sərhədləri,
ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu,
rejimi, təyinatı və digər göstəriciləri
əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq
sahəsinin sərhədləri topoqrafik planlarda əks
etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin
sərhədi yerə (naturaya) keçirildikdən sonra onun
ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun
məqsədli təyinatını, torpaq sahəsi
üzərində hüququn forması (mülkiyyət,
istifadə və ya icarə hüququ), habelə torpaq
sahəsindən istifadəyə dair müəyyən
edilmiş yüklənməni (məhdudiyyətləri)
əhatə edir.
4.
Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan
(ondan ayrıla bilməyən) əşya vahid daşınmaz
əşyadır və vahid mülkiyyət obyektidir.[3]
5. Torpaq
sahəsi bölünən və bölünməz ola
bilər.
Bölünən o torpaq
sahələri hesab edilir ki, öz məqsədli və
təsərrüfat təyinatına görə
ayrı-ayrı hissələrə bölünə bilər
və bölgüdən sonra bu hissələrin hər biri
müstəqil torpaq sahələrinə
çevrilməklə dövlət qeydiyyatından
keçirilə bilər.
Bölünməz o torpaq
sahələri hesab edilir ki, onlar öz məqsədli və
təsərrüfat təyinatına görə
ayrı-ayrı müstəqil torpaq sahələrinə
bölünə bilməzlər.
Torpaqların həddindən
artıq bölünməsinin qarşısını almaq
məqsədilə dövlət qeydiyyatına alına
bilən torpaq sahəsinin minimum həddinin müəyyən
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
6. Azərbaycan
Respublikası Mülki Məcəlləsinə uyğun olaraq
torpaq sahəsinə xüsusi vasitələrdən istifadə
edilmədən yerləşdiyi yerin müəyyən
edilməsinə imkan verən ünvan verilir.[4]
Maddə 5.
Torpaq sahəsi üzərində mülkiyyət və onun
növləri
1. Azərbaycan
Respublikasında torpaq sahəsi üzərində
dövlət, bələdiyyə və xüsusi
mülkiyyət növləri mövcuddur. Bütün
mülkiyyət növləri bərabərhüquqludur və
dövlət tərəfindən qorunur.
2.
Mülkiyyət hüququnun subyektləri — dövlət
mülkiyyətində olan torpaq sahələri
üzərində — Azərbaycan dövləti,
bələdiyyə mülkiyyətində olan torpaq
sahələri üzərində — bələdiyyələr,
xüsusi mülkiyyətdə olan torpaq sahələri
üzərində — Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi
şəxsləridir.
3. Torpaq
sahəsi üzərində mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə torpaq sahəsinə sahib
olmaq, torpaq sahəsindən istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından
ibarətdir.
Maddə 6.
Torpaq münasibətlərinin tənzimlənməsi
sahəsində dövlətin səlahiyyətləri
Torpaq
münasibətlərinin tənzimlənməsi
sahəsində dövlətin səlahiyyətləri
aşağıdakılardır:
Azərbaycan Respublikasının
torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair
təkliflərin hazırlanması;
torpaq
qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi
aktların qəbulu və onlara dəyişikliklərin
edilməsi;
dövlət torpaq kadastrının,
torpaqların monitorinqinin və yerquruluşunun
aparılması qaydalarının müəyyən
edilməsi;
bu
Məcəllədə və digər qanunvericilik aktlarında
müəyyən edilmiş qaydada dövlət
mülkiyyətində olan torpaq sahələrinin
istifadəyə və icarəyə verilməsi, onların
dövlət ehtiyacları üçün alınması; [5]
xüsusi
mülkiyyətdə olan torpaq sahələrinin bu
Məcəllədə və digər qanunvericilik aktlarında
müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi;[6]
dövlət qeydiyyatına alına
bilən torpaq sahələrinin minimum hədlərinin
müəyyən edilməsi aydalarının
müəyyənləşdirilməsi;
torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi;
yay və
qış otlaq sahələrinin inzibati-ərazi
vahidlərinə istifadəyə verilməsi;
torpaq
vergisinin dərəcələrinin, onların
ödənilməsi qaydalarının və torpaq vergisinin
tutulması sahəsində güzəştlərin müəyyən
edilməsi;
vergitutma
məqsədilə kadastr qiymət rayonları və ora daxil
olan inzibati rayonlar üzrə kənd təsərrüfatı
torpaqlarının təyinatı, coğrafi
yerləşməsi və keyfiyyəti nəzərə
alınmaqla, şərti balların müəyyənləşdirilməsi;[7]
dövlət mülkiyyətində
olan torpaqların istifadəsi ilə bağlı
fəaliyyətin dövlət ekoloji ekspertizasının
keçirilməsi və dövlət ekoloji
ekspertizasının müsbət rəy vermədiyi
obyektlərin tikintisinin və ya onların yenidən
qurulmasının dayandırılması haqqında qərar
qəbul edilməsi;
torpaqlardan
qanunvericiliyə uyğun istifadə olunmasına və
onların mühafizəsinə dövlət nəzarətinin
təşkil edilməsi və həyata keçirilməsi;
dövlət torpaq kadastrının,
torpaqların monitorinqinin və yerquruluşunun
aparılmasının təşkil edilməsi;
bu
Məcəllədə göstərilən və məhkəmədən
kənar qaydada həll olunmalı torpaq
mübahisələrinin həll edilməsi;
qanunvericiliklə müəyyən
edilmiş digər səlahiyyətlərin həyata
keçirilməsi.
Maddə 7.
Torpaq münasibətlərinin tənzimlənməsi
sahəsində Naxçıvan Muxtar Respublikasının
səlahiyyətləri
Torpaq
münasibətlərinin tənzimlənməsində
Naxçıvan Muxtar Respublikasının
səlahiyyətlərinə muxtar respublikanın
hüdudları daxilində bu Məcəllənin 6-cı
maddəsinin 5-ci—16-cı abzaslarında
göstərilənlər aiddir.
Maddə 8.
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində
bələdiyyələrin səlahiyyətləri [8]
Torpaq
münasibətlərinin tənzimlənməsi
sahəsində bələdiyyələrin öz inzibati
əraziləri daxilində səlahiyyətləri
aşağıdakılardır:
qanunvericiliklə müəyyən
olunmuş qaydada bələdiyyə mülkiyyətində olan
torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar
barədə sərəncam verilməsi;
qanunvericiliklə müəyyən
edilmiş qaydada bələdiyyə mülkiyyətində olan
torpaq sahələrinin mülkiyyətə, istifadəyə
və icarəyə verilməsi;
yaşayış
məntəqələrinin baş planının,
planlaşdırma və tikinti layihələrinin,
yerquruluşu və təsərrüfat planlarının
hazırlanması və həyata keçirilməsinin
təşkil edilməsi;
bələdiyyə
torpaqlarının istifadəçilərindən torpaq
sahələrinin icarəsinə görə haqq
alınması;
ictimai ehtiyaclar tələb
etdikdə bələdiyyə tərəfindən hüquqi
və fiziki şəxslərə əvəzsiz
istifadəyə verilmiş torpaq sahələrinin məcburi
geri alınması barədə məhkəmədə iddia
qaldırılması;[9]
öz
səlahiyyəti daxilində torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqlarının
müdafiə edilməsi;
bələdiyyə
torpaqlarının mühafizəsinə və
yaxşılaşdırılmasına dair proqramların
hazırlanması və həyata keçirilməsi;
hüquqi
və fiziki şəxslərin mülkiyyətinə,
istifadəsinə və icarəsinə verilən
(satılan) torpaq sahələrinin minimum həddinin
müəyyən edilməsi;
öz
səlahiyyəti daxilində bələdiyyə
torpaqlarından istifadə olunmasına və onların
mühafizəsinə nəzarət edilməsi;
öz
səlahiyyəti daxilində bələdiyyə torpaqlarına
dair məhkəmədən kənar qaydada həll olunmalı
mübahisələrin həll edilməsi;
qanunvericiliklə müəyyən
edilmiş digər səlahiyyətlərin həyata
keçirilməsi.
II fəsil
Maddə 9.
Azərbaycan Respublikasının vahid torpaq fondu və onun
tərkibi
1.
Azərbaycan Respublikasının hüdudları daxilində
yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu
təşkil edir.
2.
Məqsədli təyinatına və hüquqi rejiminə
uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları
aşağıdakı kateqoriyalara bölünür:
kənd
təsərrüfatı təyinatlı torpaqlar;
yaşayış
məntəqələrinin (şəhərlərin,
qəsəbələrin və kənd yaşayış
məntəqələrinin) torpaqları;
sənaye,
nəqliyyat, rabitə, müdafiə və digər
təyinatlı torpaqlar;
xüsusi
qorunan ərazilərin torpaqları;
meşə fondu torpaqları;
su fondu torpaqları;
ehtiyat fondu
torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir. Akvakultura
təsərrüfatlarına məxsus torpaqlar aid olduqları
torpaq kateqoriyasında saxlanılır və digər
kateqoriyaya keçirilmir.[10]
Maddə 10. Torpaqların
məqsədli təyinatı və hüquqi rejimi
1.
Torpaqların məqsədli təyinatı — torpağın
kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər
üçün istifadəsinin bu Məcəllədə
və digər normativ-hüquqi aktlarda müəyyən
edilmiş qaydaları, şərtləri və həddidir.
2.
Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin,
mühafizəsinin, uçotu və monitorinqinin həyata
keçirilməsi sahəsində torpaq, şəhərsalma,
su, meşə, yerin təki və təbiəti
mühafizə haqqında qanunvericilik aktları ilə
müəyyən edilmiş qaydaların məcmusudur və
müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq
sahələrinin hamısına şamil edilir.
3. Bir
çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir
kateqoriya üçün müəyyən edilmiş qaydalar
və məhdudiyyətlər qüvvədədir. Torpaq
sahəsinin hüquqi rejimi barədə mübahisə
zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına
üstünlük verilir.
4. Torpaq
kateqoriyalarının məqsədli təyinatı və
hüquqi rejimi qanunvericiliklə müəyyən edilir,
şəhərsalma və yerquruluşu sənədlərində
əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə
qaydaları onların təbii-təsərrüfat
rayonlaşdırılması, zonalaşdırılması,
istifadəsinin ərazi planlaşdırılması və
yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər,
istifadəçilər və icarəçilər
tərəfindən müəyyən edilir.
5.
Torpağın kateqoriyaları torpağın verilməsi
barədə müvafiq icra hakimiyyəti orqanının və
ya bələdiyyənin qərarında, dövlət torpaq
kadastrı sənədlərində, torpaq qeydiyyatı
kitablarında və bu Məcəllədə
göstərilən digər sənədlərdə əks
olunur. [11]
Maddə 11. Torpaq
sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq
sahələrinin məhdudiyyətli istifadəsi — torpaq
sahəsindən onun məqsədli təyinatı, habelə
müəyyən edilmiş məhdudiyyətlər və
öhdəliklər nəzərə alınmaqla
istifadədir.
2. Torpaq
sahəsinin məhdudiyyətli istifadəsi torpaqların
zonalaşdırılması, şəhərsalma və
yerquruluşu sənədləri əsasında həmin torpaq
sahəsi üzərində olan hüquqların formasından
asılı olmayaraq müəyyən edilir.
3. Torpaq
sahəsinin məhdudiyyətli istifadəsinin əhatə
etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla
tənzimlənir.
4. Torpaq
sahəsinin məhdudiyyətli istifadəsinin
özbaşına dəyişdirilməsinə yol verilmir.
III fəsil
Maddə 12. Kənd
təsərrüfatı təyinatlı torpaqlar və
onların tərkibi
1.
Torpaqların istifadəsinin ərazi
planlaşdırılmasında kənd
təsərrüfatı ehtiyacları üçün
nəzərdə tutulmuş torpaq sahələri kənd
təsərrüfatı təyinatlı torpaqlar
sayılır.
2. Kənd
təsərrüfatı təyinatlı torpaqların
tərkibinə kənd təsərrüfatı yerləri
(uqodiyaları), meşə zolaqlarının,
təsərrüfatdaxili yolların, kommunikasiyaların,
bataqlıqların, sututarların, kənd
təsərrüfatının aparılması
üçün vacib olan tikili və qurğuların
altında olan torpaqlar daxildir.
3. Kənd
təsərrüfatı yerlərinə (uqodiyalarına)
əkin, çoxillik əkmələrin altında olan
torpaqlar, dincə qoyulmuş torpaqlar,
biçənəklər, örüşlər və otlaqlar
aid edilir.
4. Kənd
təsərrüfatı yerləri (uqodiyaları) xüsusi
olaraq qorunur. Bu torpaqların qeyri-kənd
təsərrüfatı məqsədilə digər kateqoriyalara
keçirilməsinə müstəsna hallarda bu
Məcəllədə və digər qanunvericilik aktlarında
müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti
orqanının və ya bələdiyyənin
qərarı ilə yol verilir.[12]
5. Bələdiyyələr
bələdiyyə mülkiyyətində olan kənd
təsərrüfatı təyinatlı torpaqların
qeyri-kənd təsərrüfatı məqsədilə digər
kateqoriyalara keçirilməsi üçün müvafiq icra
hakimiyyəti orqanı qarşısında vəsatət
qaldırırlar.[13]
Maddə 13. Kənd
təsərrüfatı təyinatlı torpaqların
məqsədli istifadəsi
1. Kənd
təsərrüfatı təyinatlı torpaqlar kənd
təsərrüfatı məhsullarının istehsalı
və emalı, habelə kənd təsərrüfatı
sahəsində elmi-tədqiqat, tədris,
tədris-təcrübə və sınaq məqsədləri
üçün istifadə edilir.
2. Kənd
təsərrüfatı təyinatlı torpaqlarda kənd
təsərrüfatının səmərəli
təşkil edilməsi üçün vacib olan müvafiq
ekoloji və texniki tələblərə uyğun
kommunikasiyalar, müvəqqəti tikililər və qurğular
quraşdırmaq olar.
3. Kənd
təsərrüfatı təyinatlı torpaqlardan başqa
məqsədlər üçün istifadə edilməsi bu
Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 14. Kənd
təsərrüfatı məhsulları istehsalı və
emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi şəxsləri
kənd təsərrüfatı məhsulları istehsalı
və emalı üçün kənd təsərrüfatı
təyinatlı torpaq sahələrini aşağıdakı
qaydalarla əldə edirlər:
“Torpaq islahatı haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, sovxoz və
kolxozların özəlləşdirilən torpaqlarından
ayrılan payların xüsusi mülkiyyətə
verilməsi;
bələdiyyələrin ehtiyat torpaq
fondunda, habelə vətəndaşların və hüquqi
şəxslərin mülkiyyətində olan torpaqların
qanunvericiliklə müəyyən olunmuş qaydada satın
alınması;
dövlət və xüsusi
mülkiyyətdə olan torpaqlardan istifadəyə və
icarəyə, bələdiyyə mülkiyyətində olan
torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
[14]
2. Əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər
və xarici hüquqi şəxslər kənd
təsərrüfatı məhsulları istehsalı və
emalı üçün kənd təsərrüfatı
təyinatlı torpaq sahələrini yalnız icarə
hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində
olan kənd təsərrüfatı təyinatlı torpaq
sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.[15]
Maddə 15. Kənd
təsərrüfatı sahəsində elmi-tədqiqat,
tədris, tədris-təcrübə və sınaq
məqsədləri üçün torpaq sahələri
1. Kənd
təsərrüfatı sahəsində elmi-tədqiqat,
tədris, tədris-təcrübə və sınaq
fəaliyyəti ilə məşğul olan dövlət
müəssisələrinə, idarələrinə və
təşkilatlarına torpaq sahələri, bir qayda olaraq,
kənd təsərrüfatı təyinatlı dövlət
torpaqlarından istifadəyə verilir.
Bələdiyyə
mülkiyyətində olan bu kimi müəssisələrə
torpaq sahələri, bələdiyyələrin kənd
təsərrüfatı təyinatlı torpaqlarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə
verilir. [16]
2.
Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxslərinin xüsusi mülkiyyətində olan
kənd təsərrüfatı sahəsində elmi-tədqiqat,
tədris, tədris-təcrübə və sınaq
fəaliyyəti ilə məşğul olan
müəssisələr, idarələr və
təşkilatlar kənd təsərrüfatı
təyinatlı torpaq sahələrini bu
Məcəllədə və digər qanunvericilik aktlarında
müəyyən edilmiş qaydada satınalma və icarə
hüququ əsasında əldə edə bilərlər.
3.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin və xarici hüquqi
şəxslərin mülkiyyətində olan kənd
təsərrüfatı sahəsində elmi-tədqiqat,
tədris, tədris-təcrübə və sınaq
fəaliyyəti ilə məşğul olan
müəssisələrə kənd təsərrüfatı
təyinatlı torpaq sahələri yalnız icarə
hüququ əsasında verilə bilər.
Maddə 16.
Örüş, otlaq və biçənək
üçün torpaq sahələrinin istifadəsinin
xüsusiyyətləri
1. Yay
və qış otlaqları, örüş və
biçənək sahələri mülkiyyətində
və istifadəsində mal-qara olan hüquqi və fiziki
şəxslərə verilir. Dövlət
mülkiyyətində olan yay və qış otlaqları
dövlət qoyunçuluq təsərrüfatlarının
ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra
hakimiyyəti orqanlarının qərarı ilə
inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay
və qış otlaqları bələdiyyələrin
qərarı əsasında qoyunçuluğun inkişafı
üçün bələdiyyə mülkiyyətində
olan müəssisələrə istifadəyə, digər
hüquqi və fiziki şəxslərə isə yalnız
icarəyə verilir.
3.
Bələdiyyələrin mülkiyyətində olan
torpaqlardan əhalinin mal-qarası üçün
örüş sahələri ümumi istifadəyə ayrılır,
ehtiyat torpaq fondunda qalan örüş və
biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin
icarəsinə verilir. [17]
4. Ümumi
istifadədə olan örüş sahələri əhalinin
istifadəsinə müddətsiz verilir.
Yay və qış otlaqları,
habelə bələdiyyə ehtiyat fondunun örüş
və biçənək sahələri hüquqi və fiziki
şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən
on beş ilədək verilə bilər. Örüş, otlaq
və biçənək sahələrinin icarə
müddəti başa çatdıqda, müqavilə
qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya
müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının,
örüş və biçənək sahələrinin
istifadəçilərinin və icarəçilərinin
mal-qarasının sayı iki dəfədən çox
azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə
və ya onların mülkiyyətçisi
dəyişdikdə icarə müqaviləsinə və
istifadə haqqında qərara qanunvericiliklə
müəyyən olunmuş qaydada yenidən baxılır. [18]
5.
Qış otlaqlarına tələbat hesablanarkən
otlaqların bitki örtüyündən, keyfiyyətindən,
tutumundan, habelə torpaqların mexaniki tərkibindən və
humus qatının qalınlığından asılı
olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki
dəfə artıq davar nəzərdə tutulur.
Ümumi
istifadədə olan örüş sahələrinə,
habelə hüquqi və fiziki şəxslərin
icarəsinə verilən örüş və biçənək
sahələrinə tələbat hesablanarkən mal-qaranın
sayı, sahələrin həcmi, tutumu və
yerləşməsi, suvarma imkanları, torpaqların
keyfiyyəti və digər normativ-texniki tələblər
nəzərə alınır.
6. Yay
və qış otlaqlarının əkilməsinə yol
verilmir, istifadə edilən sahənin yalnız 3 faizə
qədər hissəsində yaşıl yem üçün
xəsil əkilə bilər.
7.
Hüquqi və fiziki şəxslər yay və qış
otlaqlarından, örüş və biçənək
sahələrindən səmərəli istifadə etməli,
bitki örtüyünü, su mənbələrini,
köç yollarını və mal-qara
düşərgələrini qoruyub saxlamalı,
baytarlıq-sanitariya qaydalarına və digər
tələblərə riayət etməlidirlər. Yay və
qış otlaqlarında tələbata uyğun olaraq
çoban evləri, yataqlar, digər
mədəni-məişət və istehsal təyinatlı
tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa
edilə bilər.
8.
Örüş, otlaq və biçənək
sahələrinin istifadəyə və icarəyə
verilməsi, habelə istifadə edilməsi qaydaları
qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 17. Kənd
təsərrüfatı ehtiyacları üçün
torpaqların yararlılığının müəyyən
edilməsi
Torpaqların kənd
təsərrüfatı ehtiyacları üçün
yararlı olub-olmadığı dövlət torpaq kadastrı
məlumatlarına əsasən, dövlət yerquruluşu
xidməti tərəfindən müəyyən edilir.
IV fəsil
Maddə 18.
Yaşayış məntəqələrinin torpaqları
və onların tərkibi
1.
Şəhər, qəsəbə və kəndlərin
hüdudları daxilindəki bütün torpaqlar
yaşayış məntəqələrinin torpaqları hesab
edilir.
2.
Yaşayış məntəqələrinin
torpaqlarının tərkibinə aşağıdakılar
daxildir:
ictimai
və yaşayış tikinti massivlərində
yerləşən yaşayış,
mədəni-məişət, inzibati, ibadət və
digər bina, tikili və qurğular altındakı, habelə
bunlar üçün nəzərdə tutulan torpaq
sahələri;
ümumi
istifadədə olan torpaqlarda yerləşən meydan,
küçə, keçid, yol, sahil, park, meşə-park,
xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai
tələbatının ödənilməsinə xidmət
edən digər obyektlər altındakı torpaq
sahələri;
sənaye,
kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye,
kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal
obyektlərinin inşası üçün
nəzərdə tutulan torpaq sahələri;
nəqliyyat, rabitə və
mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu,
avtomobil, çay, dəniz, hava, boru kəməri
nəqliyyatına, mühəndis infrastrukturu və rabitə
magistralına aid binalar, tikililər və qurğular
altındakı, habelə bu məqsədlər
üçün nəzərdə tutulan torpaq sahələri;
təbiət abidələri,
təbii parklar, milli dendroloji parklar, nəbatat bağları,
meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün
istifadə olunan xüsusi qorunan ərazilərin,
təbiəti mühafizə, təbii qoruq,
sağlamlaşdırma, istirahət (rekreasiya) və
tarix-mədəniyyət təyinatlı obyektlərin
torpaqları, habelə təbii müalicəvi xassəyə
malik olan mənbələr yerləşən və tarix-mədəniyyət
abidələri, muzey-qoruqlar və xatirə parkları,
qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və
digər obyektlər yerləşdiyi torpaq sahələri;[19]
yerüstü su axarları,
sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki
və digər su təsərrüfatı
qurğularının yerləşdiyi su obyektləri
torpaqları;
kənd
təsərrüfatı üçün istifadə olunan
torpaqlardan şum və çoxillik əkmələr,
habelə kənd təsərrüfatı binaları,
tikililəri və qurğuları altındakı torpaq
sahələri;
hərbi
və digər xüsusi hüquqi rejimli zonaların torpaq
sahələri;
şəhərsalmaya və digər
fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq
sahələri.
3. Ərazi
quruluşu və inzibati ərazi bölgüsü müvafiq
qanunla nəzərdə tutulmuş qaydada müəyyən
edilir.[20]
Maddə 19.
Yaşayış məntəqələrinin hüdudları
(sərhədi)
1.
Yaşayış məntəqələrinin hüdudları —
şəhər, qəsəbə və kənd
torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.
2.
Yaşayış məntəqələrinin hüdudları
təsdiq olunmuş şəhərsalma və yerquruluşu
sənədləri əsasında müəyyənləşdirilir.
Yaşayış
məntəqəsinin hüdudu vətəndaşların
və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri
üzrə müəyyən edilir.
3. Torpaq
sahəsinin şəhər, qəsəbə və kənd
yaşayış məntəqələrinin hüduduna daxil
edilməsi torpaq üzərində mülkiyyət, istifadə
və icarə hüquqlarına xitam verilməsinə
səbəb olmur.
Maddə 20.
Yaşayış məntəqələrinin torpaqlarından
istifadə
1.
Yaşayış məntəqələrinin torpaqlarından
onların baş planlarına, ərazinin
planlaşdırılması və tikintisi layihələrinə
və eləcə də yerquruluşu-təsərrüfat
planlarına müvafiq surətdə istifadə edilir.
2.
Yaşayış məntəqələrinin baş
planları mənzil, sənaye, mədəni-məişət
obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin
istirahət yerlərinin
müəyyənləşdirilməsi və
abadlaşdırılması üçün
şəhərlərin, qəsəbələrin və
kənd yaşayış məntəqələrinin
torpaqlarından istifadənin əsas istiqamətlərini
müəyyən edir. Baş plan əsasında
hazırlanmış planlaşdırma və tikinti
layihələri tikinti üçün torpaqlardan istifadəni
müəyyən edir.
3.
Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti
işləri aparılmalı olmayan və tikinti işləri
müvəqqəti aparılmayan şəhər
torpaqlarından istifadənin əsas istiqamətlərini
müəyyən edir.
4.
Yaşayış məntəqələrinin ərazisindən
torpaq sahələrinin yerquruluşu-təsərrüfat
planları üzrə verilməsi və geri alınması
qaydaları, habelə həmin sahələrdən istifadə
edilməsi şərtləri bu Məcəllə ilə
və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə 21.
Şəhərətrafı zonaların torpaqları
1.
Şəhər hüdudlarından kənarda
yerləşən, şəhər ərazisinin
genişləndirilməsi üçün ehtiyat sayılan,
abadlaşdırma və şəhər təsərrüfatının
normal işləməsi ilə əlaqədar zəruri
qurğuların yerləşdirilməsi və tikilməsi
üçün nəzərdə tutulan torpaqlar, habelə
qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən
və əhalinin istirahət yeri olan meşələrlə,
meşə-parklarla və digər yaşıllıqlarla
örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra
hakimiyyəti orqanları ilə razılaşdırılaraq
bələdiyyələr tərəfindən
şəhərin şəhərətrafı zonasına
ayrılır.
2.
Şəhərətrafı zonaların torpaqları bu
zonaların təsdiq edilmiş planlaşdırma
layihəsinə uyğun olaraq istifadə edilir. Bu torpaqlar
xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena,
sağlamlaşdırıcı funksiyalar və əhalinin
istirahətinin təşkili məqsədləri ilə bir
araya sığmayan tikili və qurğuların inşa
edilməsi qadağandır.
3. Torpaq
sahələri şəhərətrafı zonaların
tərkibinə daxil edilərkən həmin sahələr
üzərində torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqları saxlanılır.
4.
Şəhərətrafı zonaların ayrılması,
habelə bu zonalardakı torpaqlardan istifadə edilməsi
qaydaları müvafiq normativ-hüquqi aktlarla
müəyyən olunur.
V fəsil
Maddə 22. Sənaye,
nəqliyyat, rabitə, müdafiə və digər
təyinatlı torpaqlar
1.
Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə
və digər istehsal və xidmət obyektlərinin
yerləşdirilməsi və fəaliyyəti üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan
və əldə edilən torpaq sahələri sənaye,
nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar
sayılır.
2.
Əhalinin təhlükəsizliyinin təmin olunması,
sənaye, nəqliyyat, rabitə, müdafiə və digər
təyinatlı obyektlərin istismarına lazımi
şərait yaradılması üçün onların
ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi
rejimli mühafizə zonaları yaradılır.
Telekommunikasiya fəaliyyəti
üçün fiziki və hüquqi şəxslərə
verilən torpaq sahələrinin, o cümlədən
mühafizə zona və zonalarının ölçüsü
bu fəaliyyət növü üçün torpaq
ayrılması normalarına və layihə-texniki
sənədlərə müvafiq olaraq
müəyyənləşdirilir.[21]
3. Zona
üzrə müəyyən edilmiş rejimlə,
torpaqların tamamilə təsərrüfat
dövriyyəsindən çıxarılması
nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində
mühafizə zonası müəyyən edilən torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri torpaq sahəsi üzərində
hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının
hüdudlarında torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri bu zonalar
üçün təsdiq edilmiş qaydalara əməl
etməyə borcludurlar.
4.
Təsərrüfat dövriyyəsindən
çıxarılan torpaq sahələri xüsusi hüquqi
rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə
verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5.
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
torpaqların istifadəsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir, xüsusi hüquqi rejimli mühafizə
zonalarının müəyyənləşdirilməsi qaydaları
isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 23.
Müdafiə və təhlükəsizlik təyinatlı
torpaqlar
1.
Hərbi hissələrin, hərbi təhsil (təlim)
müəssisələrinin, müdafiə və
təhlükəsizlik orqanları
müəssisələrinin, idarələrinin və təşkilatlarının
daimi yerləşdirilməsi və fəaliyyət
göstərməsi üçün verilmiş torpaqlar
müdafiə və təhlükəsizlik təyinatlı
torpaqlar hesab edilir.
2.
Mühafizə, sanitariya və qoruyucu zonaları
müəyyən edilən, hərbi obyektlərin tikintisi
üçün verilən torpaq sahələri həmin zonaların
əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd
təsərrüfatı və meşə
təsərrüfatı itkilərinin əvəzi ümumi
sahə üçün ödənilir.
3.
Müdafiə və təhlükəsizlik təyinatlı
torpaqlar dövlətin müstəsna mülkiyyətində
olur və onların istifadəsi üzrə məhdudiyyətlər
Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə tənzimlənir.
4.
Müdafiə və təhlükəsizlik təyinatlı
torpaqlardan istifadə rejiminin əhalinin
təhlükəsizliyini təmin edəcək
tələbləri müvafiq icra hakimiyyəti və yerli
özünüidarə orqanları ilə
razılaşdırılaraq müəyyən edilir.
5.
Müdafiə və təhlükəsizlik ehtiyacları
ilə əlaqədar müvəqqəti keçirilən
təlimlər və digər tədbirlər üçün
vətəndaşların və hüquqi şəxslərin
torpaq sahələri müdafiə və
təhlükəsizlik orqanları
müəssisələrinin, idarələrinin və
təşkilatlarının istifadəsinə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qayda,
müddət və şərtlərlə verilə bilər.
6.
Müdafiə və təhlükəsizlik ehtiyacları
üçün verilmiş torpaqların istifadə
edilməyən və kənd təsərrüfatına yararlı
sahələri bu maddənin 1-ci bəndində
göstərilən istifadəçinin
razılığına əsasən, müvafiq icra hakimiyyəti
və yerli özünüidarə orqanlarının
qərarı ilə kənd təsərrüfatı
istehsalı üçün Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxslərinin müvəqqəti
istifadəsinə və icarəsinə verilə bilər. [22]
7.
Müdafiə və təhlükəsizlik təyinatlı
torpaq sahələrinin istifadəyə verilməsi
müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində
göstərilmiş istifadəçilər öz
hesablarına həmin sahələri təyinatı
üzrə əvvəlki vəziyyətə
gətirməyə borcludurlar.
8.
Müdafiə və təhlükəsizlik ehtiyacları
üçün torpaq sahələrinin verilməsi,
istifadəsi və geri alınması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
VI fəsil
Maddə 24. Xüsusi qorunan
ərazilərin torpaqları və onların tərkibi
1.
Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi
təbiəti mühafizə, elmi, tarix-mədəniyyət,
estetik, turizm və rekreasiya, sağlamlaşdırma və
digər qiymətli əhəmiyyətə malik olan,
müvafiq icra hakimiyyəti və yerli özünüidarə
orqanları tərəfindən təsərrüfat
istifadəsindən və mülki dövriyyədən
tamamilə və ya qismən çıxarılan və
üzərində xüsusi hüquqi rejim müəyyən
edilən torpaqlardır.[23]
2.
Xüsusi qorunan ərazilərin torpaqlarına
aşağıdakılar aid edilir:
təbiəti mühafizə
təyinatlı torpaqlar;
təbii
qoruq təyinatlı torpaqlar;
sağlamlaşdırma
təyinatlı torpaqlar;
turizm
və rekreasiya təyinatlı torpaqlar;[24]
tarix-mədəniyyət
təyinatlı torpaqlar;
3.
Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid
edilməsi, onların istifadəsi və mühafizəsi
qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 25.
Təbiəti mühafizə təyinatlı torpaqlar
1.
Təbiəti mühafizə təyinatlı torpaqlara:
yerüstü su
axınlarının və sututarların suqoruyucu
zonalarının;
kürü tökülməsi
üçün mühafizə zolaqlarının;
qoruyucu
vəzifələri yerinə yetirən meşələrin;
otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu
və eroziyaya qarşı meşə əkmələrinin;
təbiəti mühafizə
vəzifələrini yerinə yetirən digər torpaq
sahələri aiddir.
2.
Təbiəti mühafizə təyinatlı torpaqlarda
qanunvericiliklə onlar üçün müəyyən
edilmiş hüquqi rejimə əməl etməklə məhdud
təsərrüfat fəaliyyətinə yol verilir.
3.
Çayların, göllərin, su anbarlarının, digər
su təsərrüfatı obyektlərinin
sərhədlərində, habelə təbiəti mühafizə
təyinatlı digər torpaqların hüdudlarında
xüsusi hüquqi rejimli mühafizə zonaları
müəyyən edilir. Torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
təbiəti mühafizə təyinatlı torpaqların
hüdudlarında yerləşən torpaq sahələri geri
alınmır. Həmin sahələrdən qanunvericiliklə
müəyyən edilmiş hüquqi rejimə riayət
etməklə istifadə olunur.
4.
Təbiəti mühafizə təyinatlı torpaqları olan
müəssisələr, idarələr və
təşkilatlar həmin torpaq sahələrinin
sərhədlərində xüsusi xəbərdarlıq
nişanları basdırmalıdırlar.
Maddə 26.
Təbii qoruq təyinatlı torpaqlar
1.
Təbii qoruq təyinatlı torpaqlara qoruqların,
yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə),
təbiət abidələrinin, təbii (milli) dendroloji, geoloji və zooloji parkların, nəbatat
bağlarının torpaqları aiddir.[25]
2.
Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi
və mədəni dəyərə malik olan təbiət
obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji
törəmələr, bitki və heyvan növləri,
canlı orqanizm qrupları və s.) olan və
qanunvericilikdə müəyyən edilmiş qaydada qoruq
təşkilatlarına təhkim edilmiş torpaq
sahələri nəzərdə tutulur. Qoruq torpaqları bu
landşaft zonası üçün tipik və nadir olan
təbii komplekslərin bütün komponentləri ilə
birlikdə onların təbii vəziyyətinin qorunub
saxlanması, orada baş verən proseslərin və
təzahürlərin təbii axarının və
təbiətin mühafizəsinin elmi əsaslarının
öyrənilməsi üçün istifadəyə verilir.
Qoruqların ərazisində,
eləcə də onların ətrafında müəyyən
edilmiş mühafizə zonalarında qoruqların təbii
komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni
dəyərli təbii obyektlərin mühafizəsi
üçün təhlükə törədən hər
hansı fəaliyyət qadağan edilir.
3.
Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub
saxlanılması, bərpası, artırılması,
eləcə də landşaftların və kompleks bioloji,
paleontoloji, hidroloji və geoloji obyektlərin ümumi ekoloji
tarazlığının qorunub saxlanması üçün
nəzərdə tutulan torpaqlar aid edilir.
4.
Təbiət abidələrinin torpaqları nadir və ya tipik,
eləcə də elmi, mədəni və
sağlamlaşdırma cəhətdən qiymətli abidələrin
(tarix-mədəniyyət abidələrindən başqa)
torpaq sahələri hesab edilir.
5.
Təbii qoruq təyinatlı torpaqlarda onların
məqsədli təyinatına aid olmayan fəaliyyətlər
qadağan edilir. Bu torpaqlar onlar üçün müəyyən
edilmiş mühafizə rejiminə uyğun
gəlmədikdə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada təsərrüfat istifadəsindən geri alınır.
6. Milli
parkların torpaqları, təbii və mədəni
landşaftları xüsusi ekoloji, tarixi və estetik
dəyərə malik olan torpaq sahələri hesab edilir.
Dendroloji və zooloji parkların, nəbatat
bağlarının torpaqlarına süni şəraitdə
müxtəlif flora və fauna ehtiyatlarının
saxlanılması, öyrənilməsi və
artırılması, eləcə də onlardan
səmərəli elmi-mədəni və təsərrüfat
fəaliyyəti üçün istifadəyə verilən
torpaq sahələri aiddir.
7.
Geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi,
tarixi, estetik dəyərə malik olan torpaq sahələri
hesab edilir.[26]
Maddə 27.
Sağlamlaşdırma təyinatlı torpaqlar
1.
Sağlamlaşdırma təyinatlı torpaqlara
xəstəliklərin profilaktikasının və
müalicə işinin təşkili üçün
istifadə edilən və ya edilə bilən, əlverişli
təbii müalicə amillərinə malik olan
müalicə-sağlamlaşdırma yerlərinin və
kurortların (çimərliklər, mineral su
mənbələri, müalicəvi neft və palçıq
yataqları və s.) torpaq sahələri aiddir.
2.
Təbii müalicə amillərinin mühafizəsi
məqsədi ilə bütün kurortların
ərazilərində müalicə-sağlamlaşdırma
yerləri və sanitariya mühafizə dairələri
müəyyən edilir. Bu dairələrin hüdudları
daxilində fəaliyyəti təbii müalicə
xassələrinin və əhalinin istirahəti
üçün əlverişli şəraitin
mühafizəsi ilə bir araya sığmayan
müəssisələrin, idarələrin və
təşkilatların istifadəsinə və ya
icarəsinə torpaq sahələrinin verilməsi qadağan
edilir.
3.
Müəyyən edilmiş sanitariya rejimi ilə
əlaqədar torpaq sahələrinin təsərrüfat
dövriyyəsindən tam çıxarılması nəzərdə
tutulduğu hallar istisna edilməklə, sanitariya
mühafizə zonalarının hüdudlarında olan torpaq
sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən
və icarəçilərindən geri alınmır.
Maddə 28.
Turizm və rekreasiya təyinatlı torpaqlar[27]
1.
Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi
və idman fəaliyyətinin təşkili üçün
nəzərdə tutulan və istifadə edilən torpaqlar
turizm və rekreasiya təyinatlı torpaqlar sayılır.
2. Bu
torpaqlara ərazisində istirahət evlərinin,
pansionatların, kempinqlərin, turist bazalarının, uşaq
turist stansiyalarının, meşə-parkların,
şəhərətrafı yaşıllıq
zonalarının, tədris-məşq, turist
cığırlarının, nişanlanmış yolların,
uşaq və idman düşərgələrinin və bu kimi
digər obyektlərin yerləşdiyi torpaq sahələri
aiddir.
3.
Üzərindən tədris-məşq və turist
cığırlarının, nişanlanmış yolların
keçdiyi torpaq sahələri
mülkiyyətçilərdən,
istifadəçilərdən və
icarəçilərdən geri alınmır, onların
razılığı ilə servitut hüququ (özgə
torpaq sahəsindən məhdud istifadə hüququ)
əsasında istifadə olunur.
4. Turizm
və rekreasiya təyinatlı torpaqlardan təyinatı
üzrə istifadə edilməsinə maneçilik
törədən hər hansı fəaliyyət qadağan
edilir.
Maddə 29.
Tarix-mədəniyyət təyinatlı torpaqlar
1.
Tarix-mədəniyyət təyinatlı torpaqlara
tarix-mədəniyyət qoruqlarının, xatirə
parklarının,
qəbiristanlıqların,
məzarların, arxeoloji abidələrin və nadir geoloji
törəmələrin torpaqları aiddir.
2.
Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların
məqsədli təyinatına zidd olan hər hansı
fəaliyyət qadağan edilir.
Maddə 30.
Mühafizə və sanitariya zonaları
sərhədlərinin müəyyən edilməsi
1.
Mühafizə və sanitariya zonaları qoruq
torpaqlarının, yaşayış
məntəqələrinin sağlamlaşdırma
zonalarının, çayların, bulaqların, su
hövzələrinin, hidrotexniki və sugötürmə
qurğularının, içməli və texniki su
təchizatı mənbələrinin ətrafında
yaradılır.
2.
Mühafizə və sanitariya zonası torpaqlarından
istifadə qaydaları, şərtləri və onların
ölçüsü müvafiq normativ-hüquqi aktlarla
müəyyən edilir.
VII fəsil
Maddə 31.
Meşə fondu torpaqları
1.
Meşə bitkiləri ilə örtülü olan, habelə
bu bitkilərlə örtülü olmayan, lakin meşə
təsərrüfatının ehtiyacları üçün
nəzərdə tutulan meşə və qeyri-meşə
torpaqları meşə fondunun torpaqları hesab edilir.
2.
Meşə fondu torpaqları əsasən meşə
təsərrüfatının aparılması və
genişlənməsi (meşələrin bərpası,
meşələr salınması və i.a.)
məqsədləri üçün istifadə edilir.
3.
Meşə fondu torpaqlarından meşə
təsərrüfatını aparmaq üçün
meşə təsərrüfatı orqanları, habelə
öz nizamnamə fəaliyyətinin həyata
keçirilməsini təmin etmək üçün
meşə fondu torpaqlarının təhkim olunduğu
digər dövlət və qeyri-dövlət
müəssisələri, idarələri və
təşkilatları istifadə edirlər.
4.
Meşə fondu torpaqlarından qanunvericiliklə
müəyyən olunmuş qaydada, meşədə oduncaq
və digər meşə materialları tədarük edən
və ya başqa işlər görən (binalar və
digər qurğuların tikilməsi, yolların
salınması, elektrik xətlərin çəkilməsi
və i.a.) müəssisələrin, idarələrin,
təşkilatların istehsal və digər
ehtiyaclarının təmin edilməsi üçün istifadə
edilir.
5.
Meşə fondu torpaqlarının
özgəninkiləşdirilməsinə gətirən və
gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa
məqsədlər üçün istifadəsinə yol
verilmir.[28]
6.
Meşə fondu torpaqları meşələrin bərpası
məqsədilə təyinatı üzrə Azərbaycan
Respublikasının Meşə Məcəlləsində
nəzərdə tutulmuş qaydada icarəyə verilə
bilər.
7.
Meşə fondu torpaqları ilə həmsərhəd
torpaqların istifadəçiləri öz torpaq
sahələrində meşələrin yanğından və
digər fəlakətdən mühafizə edən
tədbirlər görməlidirlər.
8.
Meşəsi olmayan və meşəsi az olan rayonlarda
meşə salmaq, dərə və yarğanların
böyüməsinin qarşısını almaq, qoruyucu meşə
zolaqları salmaq, şəhərlərin və sənaye
mərkəzlərinin ətrafında yaşıllıq
zonaları yaratmaq məqsədilə meşə fondu
torpaqlarının tərkibinə müəyyən olunmuş
qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd
təsərrüfatına yararsız və ya az yararlı
yerlərdən torpaqlar verilə bilər.
9.
Meşə fondu torpaqlarının verilməsi, geri
alınması və istifadə qaydaları bu
Məcəllə, Azərbaycan Respublikasının
Meşə Məcəlləsi və digər normativ-hüquqi
aktlarla müəyyən edilir.
Maddə 32. Su fondu
torpaqları
1. Su
fondunun torpaqlarına aşağıdakı torpaq
sahələri daxildir:
Azərbaycan Respublikasının
daxili sularının və Xəzər dənizinin
(gölünün) Azərbaycan
Respublikasına mənsub olan
bölməsinin altında olan torpaqlar;
su
mühafizəsi zonalarının və sahilboyu zolaqların
altında olan torpaqlar, adalar və bataqlıqlar;
hidrotexniki
qurğuların, meliorasiya və su təsərrüfatı
obyektlərinin altında olan torpaqlar.
2. Su fondu
torpaqları əhalinin içməli suya
tələbatını, məişət,
sağlamlaşdırma və digər ehtiyaclarını
təmin edən qurğuların tikintisi və istismarı
üçün, eləcə də su
təsərrüfatı, kənd təsərrüfatı,
balıqçılıq təsərrüfatı sənaye,
energetika, nəqliyyat və digər dövlət,
ehtiyaclarının və ya ictimai ehtiyacların təmin
edilməsi üçün istifadə edilir.[29]
3. Su fondu
torpaqları bu Məcəllə, Azərbaycan
Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada bələdiyyə
mülkiyyətinə, hüquqi və fiziki
şəxslərin istifadəsinə və
icarəsinə verilə bilər.
4. Su fondu
torpaqlarının verilməsi, geri alınması və
istifadə qaydaları bu Məcəllə, Azərbaycan
Respublikasının Su Məcəlləsi və digər
normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə 33. Ehtiyat fondu
torpaqları
1. Ehtiyat
fondu torpaqları dövlət və bələdiyyə ehtiyat
torpaqlarından ibarətdir.
2.
Dövlət ehtiyat fondu torpaqlarına
bələdiyyələrin, vətəndaşların və
hüquqi şəxslərin mülkiyyətinə,
istifadəsinə və icarəsinə verilməmiş
dövlət torpaqları daxildir.
DÜZƏLİŞ
Dövlət ehtiyat fondu
torpaqlarına istifadə hüququna xitam verilən, habelə
konservasiya nəticəsində təsərrüfat
dövriyyəsindən çıxarılmış torpaq
sahələri aid edilir.
3.
Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu
Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə
müəyyən olunmuş torpaqlar aid edilir.
4. Ehtiyat
fondu torpaqlarının istifadəsinə onların müvafiq
kateqoriyaya keçirilməsindən sonra yol verilir.
5. Ehtiyat
fondu torpaqlarının istifadəsi qaydaları müvafiq
normativ-hüquqi aktlarla müəyyən edilir.
VIII fəsil
Maddə 34. Torpaqların
mühafizəsinin məqsədi və vəzifələri
1.
Torpaqların mühafizəsi onlardan səmərəli
istifadə edilməsi, daha qiymətli torpaqların kənd
təsərrüfatı və meşə təsərrüfatı
dövriyyəsindən əsassız
çıxarılmasına yol verilməməsi, onların
zərərli təbii və antropogen təsirlərdən
qorunması, habelə torpaqların münbitliyinin, meşə
fondunun bərpası və artırılması
məqsədilə həyata keçirilən hüquqi,
təşkilati, iqtisadi və digər tədbirlər sistemindən
ibarətdir.
2.
Torpaqların mühafizəsi zona və region
xüsusiyyətləri nəzərə alınaraq onlara
mürəkkəb təbii (ekoloji) sistemlər kimi kompleks
yanaşılması əsasında təbiətin
mühafizəsini, təbii ehtiyatlara qənaəti və
torpaqların qorunub saxlanmasını, bitki və heyvanlar
aləminə, geoloji törəmələrə və
ətraf mühitin digər tərkib hissələrinə
zərərli təsirin məhdudlaşdırılmasını
nəzərdə tutur.
3.
Torpaqların mühafizəsi istifadənin optimal strukturunu
özündə əks etdirən, elmi cəhətdən
əsaslandırılmış torpaq istifadəçiliyi
normativlərinin praktikada tətbiqi, habelə yerquruluşu
əsasında ərazinin səmərəli təşkili
vasitəsilə həyata keçirilir.
4.
Suvarılan və meliorasiya olunmuş torpaqların
səmərəli istifadəsi, onların keyfiyyətinə
nəzarət, münbitliyin qorunması və artırılması,
su, duz, hava və qida rejimlərinin tənzimlənməsi,
əkinçiliyin, rasional strukturunun
formalaşdırılması məqsədilə aqrotexniki,
aqromeliorativ və meliorativ tədbirlərin həyata
keçirilməsi və qarşılıqlı
münasibətlərin əlaqələndirilməsi
dövlət tərəfindən
müəyyənləşdirilmiş xüsusi proqramlar
üzrə aparılır.
5. Torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri torpaqların mühafizəsi
sahəsində aşağıdakı istiqamətdə
tədbirləri həyata keçirməlidirlər:
torpağın münbitliyinin və
digər faydalı xassələrinin qorunması, bərpa
edilməsi və yüksəldilməsi;
torpaqların su və külək
eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan,
təkrar şoranlaşma, kipləşmə və
quraqlıqdan, istehsalat və məişət
tullantılarından, kimyəvi və radioaktiv
maddələrlə çirklənmədən,
səhralaşma, sürüşmələr, abraziya və
digər dağıdıcı proseslərdən qorunması;
kənd
təsərrüfatı torpaqlarının kol-kos basmaqdan,
torpaqların mədəni-texniki vəziyyətini, habelə
meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini
pisləşdirən digər proseslərdən qorunması;
keyfiyyəti pisləşmiş
kənd təsərrüfatı torpaqlarının
münbitliyinin bərpa edilməsi üçün onların
konservasiya edilməsi;
korlanmış torpaqların yenidən
yararlı hala salınması (rekultivasiyası), onların
münbitliyinin və torpağın digər faydalı
xassələrinin yüksəldilməsi;
təsərrüfat fəaliyyəti
nəticəsində torpaqların korlanması ehtimalı
labüd olan hallarda onların münbit qatının
götürülməsi və təkrar istifadə
edilməsi.
5-1. Əkin yerinin yandırılması
qadağandır.[30]
6. Torpaqların vəziyyətinə
zərərli təsir göstərə bilən təzə
tikililər, qurğular və yenidən qurulan obyektlər
yerləşdirilərkən, layihələşdirilərkən,
tikilərkən və istismara verilərkən, habelə yeni
texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi
sahəsində zəruri tədbirlər nəzərdə
tutulmalı və həyata keçirilməlidir.
7. Torpaqların tənəzzülə
uğramadan və dağılmadan qorunması tədbirləri
ilə təmin edilməmiş obyektlərin və
texnologiyaların istismara verilməsi və tətbiq
edilməsi qadağan olunur.
8. Torpaqların vəziyyətinə
zərərli təsir göstərə bilən obyektlərin
yerləşdirilməsi aidiyyəti olan torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri, eləcə də müvafiq icra
hakimiyyəti orqanları ilə
razılaşdırılır.
9. Torpaqların mühafizəsi
qaydaları müvafiq normativ-hüquqi aktlarla
müəyyən edilir.
Maddə 35. Torpaqların
mühafizəsinin iqtisadi stimullaşdırılması
1.
Torpaqların mühafizəsinin iqtisadi cəhətdən
stimullaşdırılması torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin torpağın münbitliyinin
qorunması və yüksəldilməsində
marağının artırılması, təsərrüfat
fəaliyyətinin zərərli təsirindən torpaqların
qorunması məqsədilə həyata keçirilir.
2.
Torpaqların mühafizəsinin iqtisadi
stimullaşdırılması ilə əlaqədar qaydalar
torpaqların münbitliyinin bərpasını,
meşə-meliorasiya işlərinin görülməsini,
istehsal və sosial infrastruktur obyektlərinin,
yaşayış məntəqələrinin
abadlaşdırılmasını və bu istiqamətdə
dövlət və yerli proqramların yerinə
yetirilməsini, habelə torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçilərinin
torpaqdan istifadəyə görə müəyyən
müddətə torpağa görə haqdan azad edilməsini,
təbii fəlakət, torpaqların konservasiyası və
digər hallarda onlara dəyən ziyanın
ödənilməsini və bu kimi digər tədbirlərin
həyata keçirilməsini nəzərdə tutan müvafiq
normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə 36. Radioaktiv
və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların istifadəsi
1. Radioaktiv
və kimyəvi çirklənməyə məruz
qalmış, əhalinin həyatına və
sağlamlığına təhlükə yarada bilən, habelə
məhsul istehsalı üçün sanitariya
tələblərinə, müvafiq normalara, qaydalara və
normativlərə cavab verməyən torpaqlar kənd
təsərrüfatı dövriyyəsindən
çıxarılır və konservasiya edilməsi
üçün dövlət ehtiyat torpaq fonduna keçirilir.
Belə torpaqlarda rekultivasiya işləri aparılıb
sağlamlaşdırılana qədər kənd
təsərrüfatı məhsullarının istehsalı
qadağan edilir.
2. Radioaktiv
və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi, sağlamlaşdırılması
və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə
37. Ekzogen geoloji proseslərə məruz qalmış
torpaqların istifadəsi
Ekzogen
geoloji proseslərə (sürüşmə, sel,
aşınma, uçqun, tökülmə, eroziya, abraziya,
deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz
qalmış torpaq əraziləri texniki meliorasiya və
yararlaşdırma (bərpa) işləri aparılanadək
təsərrüfat fəaliyyəti dövriyyəsindən
çıxarılır və prosesin miqyasından
asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına
keçirilir. Belə torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına həmin ərazilərin (sahələrin)
yararlı hala salınmasından sonra müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada icazə verilir.
IX fəsil
Maddə 38. Torpaq fondunun
istifadəsi və mühafizəsi sahəsində
dövlətin vəzifələri
Torpaq fondunun istifadəsi və mühafizəsi
sahəsində dövlət aşağıdakı
vəzifələri həyata keçirir:
torpaqlardan
səmərəli istifadə edilməsinin təşkili
və onların mühafizəsi sahəsində dövlət
siyasətinin həyata keçirilməsi;
torpaqlardan
istifadə olunmasına və onların mühafizəsinə
dövlət nəzarətinin həyata keçirilməsi;
dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu ilə
əlaqədar işlərin və torpaq üzərində
hüquqların dövlət qeydiyyatının həyata
keçirilməsi, torpaq balansının tərtibi;
qanunla
nəzərdə tutulmuş qaydada dövlət ehtiyacları və
ictimai ehtiyaclar üçün torpaqların geri
alınması və verilməsi, torpaqların əsas
məqsədli təyinatının dəyişdirilməsi
və digər yerquruluşu məsələlərinin
həlli ilə bağlı sənədlərin
rəsmiləşdirilməsi, onların müvafiq icra
hakimiyyəti orqanlarının təsdiqinə təqdim
edilməsi; [31]
müəyyən olunmuş qaydada,
müvafiq icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin torpaq qanunvericiliyinə uyğun
gəlməyən qərarlarının
(müqavilələrinin) ləğv
edilməsi barədə məsələlərin
qaldırılması; [32]
torpaq
fonduna vurulan zərərin, kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə
cərimələrin və maliyyə sanksiyalarının
ödənilməsi barədə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq
məhkəməyə müraciət edilməsi, iddialar
qaldırılması;
torpaq
sahələrinin yerquruluşu planından və dövlət
torpaq kadastrı məlumatlarından
çıxarışların verilməsi;
torpaq
qanunvericiliyinin və torpağın mühafizəsi
tələblərinin pozulması ilə həyata
keçirilən tikinti işlərinin, habelə faydalı
qazıntıların hasilatı, aqrokimyəvi, meşə-
meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin
dayandırılması, aşkar edilən pozuntuların aradan
qaldırılmasına qədər göstərilən
işlərin qadağan edilməsi təklifi ilə müvafiq
icra hakimiyyəti orqanlarına, bələdiyyələrə
müraciət edilməsi;
torpaqların münbitliyinin
bərpası və yaxşılaşdırılması,
onların istifadəsi və mühafizəsi üzrə
investisiya proqramlarının ekspertizasının həyata
keçirilməsi;
torpaq
qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslərin
müəyyən edilmiş qaydada inzibati məsuliyyətə
cəlb edilməsi;
qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələrin həyata
keçirilməsi.
Maddə 39. Torpaq
ehtiyatlarından istifadənin planlaşdırılması
1. Torpaq
ehtiyatları — istifadə olunan və ya istifadə oluna
bilən torpaqlardır.
2. Torpaq
ehtiyatlarının istifadəsi və mənimsənilməsi
müvafiq icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin ərazinin inkişafının
planlaşdırılması haqqında qərarları
əsasında həyata keçirilir.
3. Torpaq
ehtiyatlarından istifadənin planlaşdırılması
sosial-iqtisadi proqramlar, yerquruluşu, şəhərsalma,
təbiətqoruyucu və digər sənədlər
əsasında ərazinin uzunmüddətli inkişaf
perspektivlərini müəyyən etmək
məqsədilə aparılır.
4.
Torpaq ehtiyatlarının istifadəsi üzrə strateji
sənədlərin layihələrinin “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ)
aparılmalıdır.[33]
Maddə 40. Torpaqların
zonalaşdırılması
1.
Torpaqların zonalaşdırılması — onların
müxtəlif təyinatlı və hüquqi rejimli torpaq
sahələrinə bölünməsidir.
2.
Torpaqların zonalaşdırılması ərazinin inkişaf
planına uyğun olaraq həyata keçirilir. Torpaqların
zonalaşdırılmasının ümumi
əsaslarını və prinsiplərini Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
3.
Torpaqların zonalaşdırılması planları
müvafiq icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin qərarları ilə təsdiq
edilir.
4.
Şəhərlərin və digər yaşayış
məntəqələrinin torpaqlarının
zonalaşdırılmasına dair qərarlarda
aşağıdakılara dair tələblər
müəyyən edilir:
tikintinin
sıxlığına;
mühəndis-nəqliyyat
kommunikasiyalarının, yaşıllıqların, piyada
yollarının, sanitariya-qoruyucu arakəsmələrin və
daşınmaz əmlakın şəhərsalmada
nəzərə alınan digər struktur elementlərinin
əsas parametrlərinə;
əhaliyə xidmət edən
sosial-məişət və mədəniyyət
obyektlərinin yerləşdirilməsinə;
müasir
ekzogen geoloji proseslərin yayılma dərəcəsinə
və intensivliyinə (fəallığına);
yaşayış
məntəqələrində torpaqdan istifadənin başqa
sahələrinə.
Torpaqların
zonalaşdırılmasına dair tələblərin
icrası mülkiyyət formasından və torpaq
sahələrinə digər hüquqlardan asılı olmayaraq
icra üçün mütləqdir.
Maddə 41. Dövlət
torpaq kadastrı
1.
Dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin
dövlət qeydiyyatı, torpaqların kəmiyyət və
keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi
qiymətləndirilməsi üzrə zəruri və
etibarlı məlumatların məcmusudur.
2.
Dövlət torpaq kadastrının məlumatları torpaqların
istifadəsinin və mühafizəsinin
planlaşdırılması, torpaqların verilməsi və
geri alınması, torpaqların normativ qiymətinin, onlara
görə haqların müəyyən edilməsi,
yerquruluşu işlərinin aparılması,
özgəninkiləşdirilmə zonalarının
müəyyən edilməsi, torpaqların istifadəsi ilə
bağlı təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsi, eləcə də torpaqların
istifadəsi və mühafizəsi ilə əlaqədar digər
müvafiq tədbirlərin həyata keçirilməsi
zamanı mütləq tətbiq edilməlidir.
3.
Dövlət torpaq kadastrının aparılması geodeziya,
topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı,
aqrokimya, meliorasiya, geobotanika və digər
axtarış-tədqiqat işlərinin həyata
keçirilməsi ilə təmin edilir.
4.
Dövlət torpaq kadastrının aparılması
qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 42. Torpaqların
monitorinqi
1.
Torpaqların monitorinqi — torpaqların münbitlik
xassələrini səciyyələndirən ayrı-ayrı
göstəricilərdə dəyişikliklərin vaxtında
aşkara çıxarılması,
qiymətləndirilməsi, mənfi proseslərin
qarşısının alınması və onların
təsiri nəticələrinin aradan qaldırılması
üçün torpaq fondunun vəziyyətinə
uzunmüddətli müşahidə-nəzarət
sistemindən ibarətdir.
2.
Torpaqların monitorinqinin aparılması qaydaları
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 43. Yerquruluşu
1.
Yerquruluşu — torpaq münasibətlərinin nizama
salınması və torpaqdan səmərəli istifadə
olunması məsələlərinin həlli üzrə
dövlətin müvafiq hüquqi, iqtisadi və texniki
tədbirlər sistemidir.
2. Yerquruluşu
torpaqların elmi-praktiki cəhətdən
əsaslandırılmış səmərəli
istifadəsinin təşkilinə, torpaq
münasibətlərinin tənzimlənməsinə, torpaq
resurslarının uçotuna və
qiymətləndirilməsinə, əlverişli ekoloji
mühitin qorunub saxlanmasına, təbii və antropogen
landşaftların yaxşılaşdırılmasına
və sabitliyinin təmin edilməsinə, eləcə də
torpaqların mühafizəsinə yönəldilir.
3.
Yerquruluşu aşağıdakı işləri
nəzərdə tutur:
mülkiyyət və
təsərrüfatçılıq formasından
asılı olmayaraq, torpaqların səmərəli
istifadəsinin və mühafizəsinin
planlaşdırılmasının təşkili;
ərazilərin
şəhərsalma, ekoloji, iqtisadi və digər
xüsusiyyətlərini nəzərə almaqla torpaqların
münbitliyinin artırılması, onların
mühafizəsi üzrə respublika və regional
proqramlarının və proqnozlarının, habelə yerquruluşu
sxemlərinin hazırlanması;
torpaqların istifadəsində
mövcud uyğunsuzluqların və
çatışmazlıqların aradan qaldırılması
məqsədilə torpaq sahələrinin
dəqiqləşdirilməsi və qaydaya salınması
layihələrinin tərtib edilməsi, yerdə (naturada)
ayrılması, qanunvericiliklə
müəyyən edilmiş formada sənədlərin
tərtibi; [34]
kompleks
və təsərrüfatdaxili yerquruluşu
layihələrinin hazırlanması;
torpaqların istifadəsi və
mühafizəsi ilə əlaqədar layihələrin və
digər yerquruluşu sənədlərinin
rəsmiləşdirilməsi;
xüsusi
təbiəti mühafizə, istirahət və qoruq
rejimləri olan ərazilərin ayrılmasının və
sərhədlərinin müəyyən edilməsinin
əsaslandırılması;
şəhər, qəsəbə
və kənd yaşayış məntəqələri
hüdudlarının müəyyən edilməsi və
dəyişdirilməsinə dair sənədlərin
rəsmiləşdirilməsi;
xüsusi
təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya
işlərinin, torpaq, geobotanika, digər tədqiqatların
və axtarışların aparılması;
torpaqların
inventarlaşdırılmasının aparılması,
istifadəsiz, habelə səmərəli və ya
məqsədli təyinatına görə istifadə olunmayan
torpaq sahələrinin müntəzəm olaraq aşkar
edilməsi;
torpaqların vəziyyəti və
istifadəsi üzrə xəritə və atlasların
tərtib edilməsi müvafiq iqtisadi və texniki
tədbirlərin aparılması;
torpaqların
qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və
texniki tədbirlərin aparılması;
təbii
və antropogen proseslər nəticəsində
korlanmış torpaqların rekultivasiyasına dair
işçi layihə-smeta sənədlərinin hazırlanması;
torpaq
münasibətlərinin nizama salınması və
torpaqların səmərəli istifadəsi və
mühafizəsi üzrə digər tədbirlər.
4.
Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının
qərarı, bələdiyyələrin
təşəbbüsü və ya torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin sifarişi ilə
aparılır.
5.
Dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqların kompleks yerquruluşu
layihələri müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyələr, xüsusi mülkiyyətdə olan
torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri
isə torpaq mülkiyyətçiləri tərəfindən
təsdiq edilir.
6.
Yerquruluşu işlərinin aparılması qaydaları
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
X fəsil
Maddə 44. Torpaqlardan
istifadəyə və onların mühafizəsinə
dövlət nəzarətinin vəzifələri
Torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarətinin
vəzifələri torpaqlardan səmərəli istifadə
edilməsi və onların mühafizəsi
məqsədilə torpaq qanunvericiliyinin
tələblərinə bütün dövlət
orqanlarının, bələdiyyələrin, hüquqi və
fiziki şəxslərin əməl etməsini təmin
etməkdən ibarətdir.
Maddə 45. Torpaqlardan
istifadəyə və onların mühafizəsinə
dövlət nəzarətini həyata keçirən orqanlar
1. Torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarətini
müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Bu orqanların torpaqlardan istifadə
və onların mühafizəsi üzrə
səlahiyyətləri dairəsində
göstərişləri bütün torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri üçün məcburidir.
3. Torpaqdan istifadəyə və onun
mühafizəsinə dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları müvafiq normativ-hüquqi
aktlarla müəyyən edilir.
4. Bu Məcəllənin
tələblərinin pozulmasına görə Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tətbiq edilən
cərimələrdən (o cümlədən onun
tərəfindən inzibati xəta haqqında protokol tərtib
edilərək baxılması üçün
məhkəməyə göndərilən inzibati xətalar haqqında
işlər üzrə tətbiq edilən
cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq
icra hakimiyyəti orqanının işçilərinin sosial
müdafiəsini gücləndirmək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının hesabına
köçürülür. Bu vəsaitdən istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[35]
XI fəsil
Maddə 46. Dövlətin
torpaq üzərində mülkiyyət hüququ
1.
Dövlət mülkiyyətində olan torpaqlara
aşağıdakılar daxildir:
dövlət hakimiyyət
orqanlarının yerləşdiyi torpaqlar;
dövlət obyektlərinin —
dağ-mədən sənayesinin, təsdiq edilmiş
faydalı qazıntı yataqlarının, vahid energetika
sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat,
rabitə və müdafiə obyektlərinin, dövlət
sərhəd zolaqlarının, mühüm meliorasiya və su
təsərrüfatı obyektlərinin yerləşdiyi
torpaqlar;
yay və
qış otlaqlarının, mal-qara
düşərgələrinin və köç
yollarının torpaqları;
meşə fondu torpaqları
(dövlət kənd təsərrüfatı
müəssisələrinin meşələri də daxil
olmaqla);
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin su fondu torpaqları;
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 20-50 metrlik zolağının
altında olan torpaqlar; [36]
təbiəti mühafizə,
təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya,
tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə
üzərində təsərrüfat fəaliyyəti
qadağan edilmiş qanunla qorunan digər ərazilərin
torpaqları;[37]
dövlət elmi-tədqiqat və
tədris müəssisələrinin, onların
təcrübə bazalarının, maşın-sınaq
stansiyalarının, dövlət sort-sınaq xidmətinin,
toxumçuluq və damazlıq
təsərrüfatlarının torpaqları;
dövlət müəssisə,
idarə və təşkilatlarının daimi
istifadəsində olan və ya dövlət obyektlərinin
tikintisi layihələşdirilmiş torpaqlar;
dövlət ehtiyat fondu
torpaqları.
2.
Göstərilən torpaqlar dövlətin müstəsna
mülkiyyətindədir, həmin torpaqlar bu
məcəllədə və digər normativ-hüquqi aktlarda
müəyyən olunmuş qaydada istifadəyə və
icarəyə verilə bilər.
2-1. Xəzər dənizinin, (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq
sahələri dövlətin mülkiyyətində qalmaqla
özgəninkiləşdirilə bilməz və yalnız
müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə istifadəyə və icarəyə verilə bilər.
Bu maddənin birinci cümləsinə
uyğun olaraq istifadəyə və ya icarəyə
verilməsi barədə qərar qəbul edilmiş
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50
metrlik zolağının altında olan torpaq sahəsi
müvafiq icra hakimiyyəti orqanının icazəsi
əsasında dənizin sahilinə gediş-gəlişi
məhdudlaşdırmamaq şərti ilə hasara alınma
yolu ilə və ya digər üsullarla bağlanıla
bilər. Yalnız dövlətin iqtisadi və ya
təhlükəsizlik mənafelərinin təmin edilməsi
ilə əlaqədar müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə həmin torpaq
sahələrinə gediş-gəliş
məhdudlaşdırıla bilər. Göstərilən
sahilboyu zolağın qrafiki təsviri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Sahilboyu zolaq Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin su
səthinin quru ilə bu qanun qüvvəyə mindikdən
sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki
təsvirində həmçinin zolağın 20 metrdən 50
metrədək müəyyənləşdirilməsinə
əsas olan su səthinin quru ilə təmas xəttinin
mövcud və təbii təsirlərlə əlaqədar
dəyişən vəziyyəti öz əksini
tapmalıdır. İctimai çimərliklərdə
(müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyələr tərəfindən yaradılan
və ya bu məqsədlər üçün hüquqi
və fiziki şəxslərə icarəyə verilən,
gediş-gəlişi məhdudlaşdırılmayan
çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında
olan torpaq sahəsinin dənizin sahilinə
gediş-gəlişi məhdudlaşdırmamaq şərti
ilə hasara alınma yolu ilə və ya digər üsullarla
bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma
üçün istifadə edilən tikinti konstruksiyaları
qəfəsəli olmaqla, sahil tərəfdən dənizin
və onun sahilində su ilə qurunun təmas xəttinin
görünməsini məhdudlaşdırmasın və
həmin hasarın və ya tikinti konstruksiyasının
sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət
sərhədinin mühafizəsinin təmin olunması
məqsədi ilə nəqliyyat vasitələrinin
hərəkəti üçün yetərli olan eni 6
metrdən az olmayaraq sahilə birbaşa keçid təmin
olunsun.[38]
3.
Dövlət mülkiyyətində olan torpaqların
bələdiyyə və xüsusi mülkiyyətə
verilməsi qanunla müəyyən edilir.
4.
Dövlət mülkiyyətində olan torpaqların
istifadəsi və mühafizəsi sahəsində
dövlət idarəetməsini öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları həyata
keçirirlər.
Maddə 47.
Bələdiyyənin torpaq üzərində mülkiyyət
hüququ
1. Torpaq
üzərində bələdiyyə mülkiyyəti “Torpaq
islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, bələdiyyə mülkiyyətinə
ayrılan torpaqlar, habelə qanunvericiliklə
müəyyən edilmiş qaydada, başqa torpaq
mülkiyyətçilərindən
bələdiyyələrə keçən torpaqlar hesabına
yaranır.
2.
Bələdiyyə mülkiyyətinə aid torpaqlar:
ümumi
istifadədə olan torpaqlara;
hüquqi
və fiziki şəxslərin istifadəsində olan
torpaqlara;
ehtiyat fondu
torpaqlarına ayrılır.
3. Ümumi
istifadədə olan torpaqlara, bir qayda olaraq,
şəhərlərin, qəsəbələrin və
kənd yaşayış məntəqələrinin —
küçələrinin, meydanlarının, yerli
əhəmiyyətli və təsərrüfatdaxili yolların,
parkların, meşə-parkların, sututarların,
stadionların, idman meydançalarının və
qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu
meşə zolaqlarının, yerli əhəmiyyətli su
təsərrüfatı obyektlərinin, hidrotexniki
qurğuların, ümumi istifadədə olan digər yerli
əhəmiyyətli obyekt və qurğuların
yerləşdiyi torpaqlar və əhalinin mal-qarası
üçün istifadə olunan örüş
sahələrinin torpaqları aiddir.[39]
4.
Hüquqi və fiziki şəxslərin istifadəsində
olan torpaqlara onların qanuni istifadəsində və
icarəsində olan bələdiyyə torpaqları daxildir.
5.
Bələdiyyə ehtiyat fondu torpaqları
aşağıdakılardır:
yaşayış
məntəqələrinin perspektiv inkişafı
üçün cəlb olunan torpaqlar;
hüquqi
və fiziki şəxslərin istifadə və icarə
hüququna xitam verilən bələdiyyə torpaqları;
ehtiyat
məqsədləri daşıyan digər bələdiyyə
torpaqları.
6.
Bələdiyyə mülkiyyətində olan torpaqlar bu
Məcəllə ilə, bələdiyyələr haqqında
qanunlarla və digər normativ-hüquqi aktlarla
müəyyən edilmiş qaydada mülkiyyətə,
istifadəyə və icarəyə verilə bilər.
7.
Bələdiyyə mülkiyyətində olan torpaqlara
sərəncam verilməsini, həmin torpaqların istifadəsi
və mühafizəsi sahəsində idarəetməni
bələdiyyələr həyata keçirirlər.
Bələdiyyələr bələdiyyə
mülkiyyətinə torpaq alınması zəruriyyəti
yarandığı hallarda dövlət
mülkiyyətindən torpaq almaq barədə müvafiq icra
hakimiyyəti orqanları qarşısında vəsatət
qaldırır. [40]
XII fəsil
Maddə 48. Hüquqi
və fiziki şəxslərin torpaq sahəsi
üzərində hüquqlarının ümumi
xarakteristikası
1.
Hüquqi və fiziki şəxslərin torpaq sahəsi
üzərində hüquqları həmin hüquqların bu
Məcəllə, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi, digər normativ-hüquqi aktlar və
torpaqla bağlı əqdlərə dair müqavilələr
ilə müəyyən edilmiş həcminə görə
fərqlənir.
2. Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi şəxsləri
torpaq sahələrini mülkiyyət, istifadə və
icarə hüququnda əldə edə bilərlər.
3.
Əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər, xarici hüquqi şəxslər,
beynəlxalq birliklər və təşkilatlar, habelə
xarici dövlətlər Azərbaycan Respublikasında torpaq
sahələrini yalnız icarə hüququ əsasında
əldə edə bilərlər.
4. Torpaq
mülkiyyətçisinə, istifadəçisinə və
icarəçisinə torpaq sahəsi həmin sahə
üçün müəyyən edilmiş məqsədli
təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
5. Torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri olan hüquqi və fiziki
şəxslər torpaq sahəsi üzərində öz
hüquqlarını həyata keçirərkən ətraf
təbii mühitə, başqa şəxslərin
hüquqlarına və mənafelərinə zərər
vurmamalıdırlar.
6. Torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri torpaq sahələrini təbii
fəlakətin təsirindən sığortalaya
bilərlər.
Maddə 49. Torpaq
üzərində xüsusi mülkiyyət hüququ
1.
Hüquqi və fiziki şəxslərin torpaq
üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar
üzərində qanunla və müqavilə ilə
müəyyən edilən məhdudiyyətlərə və
digər şərtlərə riayət etməklə sahiblik,
istifadə və sərəncam hüququdur.
2. Torpaq
üzərində hüquqi və fiziki şəxslərin
xüsusi mülkiyyət hüququ dövlət və
bələdiyyə torpaqlarının özəlləşdirilməsi,
alqı-satqısı, vərəsəliyə
keçməsi, bağışlanması,
dəyişdirilməsi və torpaqla bağlı digər
əqdlərin, habelə hüquqi şəxslərin
nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
3.
Keçmiş torpaq mülkiyyətçilərinin
(onların varislərinin) torpaq sahələri
üzərində hüquqlarının restitusiyasına yol
verilmir.
4. Xarici
hüquqi və fiziki şəxslərə torpaq
sahələrinin vərəsəlik, bağışlama
və ipoteka əqdləri nəticəsində keçən
mülkiyyət hüququ bir il müddətinə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki
şəxslər torpaq sahəsi üzərində olan
mülkiyyət hüququnu qanunvericiliyə uyğun
özgəninkiləşdirmədikdə, müvafiq icra
hakimiyyəti orqanı və ya bələdiyyə torpaq
sahəsini bu Məcəllədə nəzərdə
tutulmuş qaydada məcburi satın alır.
Maddə 50. Torpaq
sahəsi üzərində istifadə hüququ
1. Torpaq
sahəsi üzərində istifadə hüququ müvafiq
qərar (müqavilə) əsasında torpaqdan daimi və ya
müvəqqəti istifadə etməkdir. Torpağın
istifadəyə verilməsinə görə torpaq
vergisindən başqa haqq alınmır.
Əvvəlcədən
müddəti müəyyən edilmədən həyata
keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
2.
Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə
əhalinin mənzil hüququnun təmin edilməsi
məqsədilə dövlət və bələdiyyə
torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara
verilir:
dövlət hakimiyyət və yerli
özünüidarə orqanlarına;
dövlət və
bələdiyyə büdcəsindən
maliyyələşən müəssisələrə,
idarələrə, təşkilatlara və birliklərə;
həmkarlar ittifaqlarına və dini
təşkilatlara;
dövlət əhəmiyyətli
dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə,
müdafiə, habelə təbiəti mühafizə, təbii
qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris
obyektlərinə, müəssisələrinə və
idarələrinə;
dövlət və
bələdiyyə mülkiyyətində olan digər
müəssisələrə, idarələrə və
təşkilatlara;
dövlətin,
bələdiyyənin və əhalinin vəsaiti hesabına
inşa edilən və sahibkarlıq fəaliyyətinə aid
olmayan çoxmərtəbəli çoxmənzilli
yaşayış evlərinin müvafiq mənzil-istismar
təşkilatlarına.
Müstəsna hallarda, bu kimi torpaq
istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla)
fəaliyyət müddəti bəlli olduqda dövlət
və bələdiyyə torpaqları onların
müvəqqəti istifadəsinə də verilə bilər.
3.
Torpaqdan müvəqqəti istifadə qısamüddətli
və uzunmüddətli olur. Qısamüddətli
müvəqqəti istifadə - on beş ilədək müəyyən
oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə
xüsusi mülkiyyətdə olan torpaqlar üçün -
on beş ildən 99 ilədək, dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqlar üçün isə - on
beş ildən 49 ilədək müəyyən oluna
bilər.[41]
4.
Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə
müvafiq icra hakimiyyəti orqanları və
bələdiyyələr tərəfindən verilir.
Torpaqdan
istifadə müddətləri həmin torpaq sahələrini
müvəqqəti istifadəyə vermiş orqanlar
tərəfindən uzadıla bilər.
4-1. Bələdiyyə torpaqları
istifadə hüququ ilə yalnız bələdiyyənin
mülkiyyətində olan müəssisə, idarə və
təşkilatlara verilə bilər. [42]
5.
Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin
istifadəyə verilməsi həmin sahələrin
mülkiyyətçiləri ilə istifadəçilər
arasında qanunvericiliklə müəyyən edilmiş qaydada
bağlanan müqavilə əsasında həyata
keçirilə bilər.
Xüsusi
mülkiyyətdə olan torpaq sahələrinin
müvəqqəti istifadə müddətinin
uzadılması həmin sahələrin
mülkiyyətçiləri ilə yeni müqavilənin
bağlanması əsasında həyata keçirilir.
6.
Torpaqların istifadəyə verilməsi qaydaları və
şərtləri Azərbaycan Respublikasının torpaq
və mülki qanunvericiliyi ilə tənzimlənir.
7. Torpaq
istifadəçiləri istifadə hüquqlarını
başqalarına vermək (satmaq) səlahiyyətlərini
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə
uyğun həyata keçirə bilərlər.
Maddə 51. Torpaq
sahəsi üzərində icarə hüququ
1. Torpaq
sahəsi üzərində icarə hüququ müqavilə
əsasında əvəzi ödənilməklə torpaqdan
müddətli istifadə etməkdir.
2.
İcarə hüququ ilə torpaq sahələri Azərbaycan
Respublikasının vətəndaşlarına və
hüquqi şəxslərinə, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə,
xarici hüquqi şəxslərə, beynəlxalq
birliklərə və təşkilatlara, habelə xarici
dövlətlərə verilir.
3.
İcarəyəverən kimi dövlət
mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra
hakimiyyəti orqanları, bələdiyyə
mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr,
xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin
torpaqların mülkiyyətçiləri
çıxış edirlər.
4.
İcarənin şərtləri, müddəti və
icarə haqqı tərəflərin razılığı
ilə müəyyən edilir və onlar arasında
qanunvericilikdə müəyyən edilmiş qaydada
bağlanılan müqavilədə təsbit olunur.
5. [43]Mülkiyyətçi olan
icarəyə verənin razılığı ilə, icarəçi icarəyə
götürdüyü torpaq sahəsini başqasına
subicarəyə (ikinci əldən icarəyə) verə
bilər.[44]
6.
Dövlət və bələdiyyə torpaqları
mənfəət əldə etmək məqsədilə
fəaliyyət göstərən hüquqi və fiziki
şəxslərin istifadəsinə
qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. [45]
Torpağın istifadəsi
haqqında sənədlərdə nəzərdə
tutulduğu hallarda torpağın istifadəçisi onu
icarəyə verə bilər.
7.
İcarə müddəti tamam olanadək, icarəçi
öldükdə torpaq sahəsi üzərində icarə
hüququ onun vərəsələrinə keçir.
8. Torpaq
icarəsinə dair münasibətlər Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 52. Torpaq
sahəsi üzərində birgə hüquqlar
1. Torpaq
sahəsi üzərində birgə hüquqlar iki və daha
çox şəxsin mülkiyyətində,
istifadəsində və icarəsində torpaq sahəsi
olduqda, habelə mülkiyyətçi, istifadəçi
və icarəçi arasında qanunvericiliklə
müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında
onlara məxsus olan torpaq sahələrinin
birləşdirilməsi zamanı yaranır.
2. İki
və daha çox şəxsin mülkiyyətində,
istifadəsində və icarəsində olan torpaq sahəsi
həmin şəxslərin birgə mülkiyyət, birgə
istifadə və ya birgə icarə hüququnda məxsus ola
bilər. Birgə mülkiyyətdə olan torpaq
sahələrinə sahiblik, onlardan istifadə və onlar
barədə sərəncam verilməsi Azərbaycan
Respublikası Mülki Məcəlləsinin birgə
mülkiyyət hüququ haqqında müddəalarına
uyğun olaraq həyata keçirilir.
Maddə 53. Torpaq
sahəsi ilə bağlı öhdəliklər və
məhdudiyyətlər
1.
Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaq sahələri istifadəyə və icarəyə
verilərkən (satılarkən), onlara dair
aşağıdakı öhdəliklər və
məhdudiyyətlər qoyula bilər:
torpaq
sahəsi istifadəyə verildikdə, onun icarəyə
(və ya subicarəyə) verilməsinin qadağan edilməsi;
torpaq
sahəsində müəyyən edilmiş qaydada
razılaşdırılmış layihələr
üzrə tikinti işlərinin və ya torpaq sahəsinin
mənimsənilməsinin müəyyən edilmiş
müddətlərdə başlanması və qurtarması;
təbiətqoruyucu
tələblərə əməl edilməsi, torpaq
sahəsində heyvanlar aləminin qorunması, torpağın
münbit qatının, nadir bitkilərin, təbiət,
geoloji, tarix-mədəniyyət abidələrinin, arxeoloji
obyektlərin saxlanması;
verilmiş
(satılmış) torpaq sahəsindən ovçuluq,
balıqçılıq və ya cır meyvələrin
toplanması məqsədləri üçün
müəyyən edilmiş qaydada və müddətdə
istifadəsinə icazə verilməsi;
vəhşi heyvanların təbii
məskunlaşma mühitinin və miqrasiya yollarının
saxlanması;
qanunvericiliyə zidd olmayan digər
öhdəliklər və məhdudiyyətlər.
2.
İstifadəyə və icarəyə verilmiş, habelə
xüsusi mülkiyyətə satılmış torpaq
sahəsinə dair qoyulan öhdəliklər və
məhdudiyyətlər müvafiq müqavilə və ya
məhkəmənin qərarı ilə müəyyən
edilir.
3. Torpaq
sahəsinə qoyulan öhdəliklər və
məhdudiyyətlər onun hüquqi statusuna daxil
edilməklə, dövlət qeydiyyatından keçirilir.
Torpaq sahəsi üzərində mülkiyyət, istifadə
və icarə hüquqları başqa şəxsə
keçdikdə həmin öhdəliklər və
məhdudiyyətlər saxlanılır.
Maddə 54. Torpaq
sahəsi üzərində servitutlar
1. Servitut —
bir və ya bir neçə qonşu (özgə) torpaq
sahələrindən məhdud istifadə hüququdur. Torpaq
sahəsi üzərində servitutla bağlı
münasibətlər bu Məcəllə və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə nizama
salınır.[46]
2. Servitut —
torpaq mülkiyyətçiləri, istifadəçiləri
və icarəçiləri arasında razılaşma
ilə, yaxud məhkəmənin qərarı ilə
müəyyən edilə bilər.
3. Torpaq
mülkiyyətçisinin, istifadəçisinin və
icarəçisinin öz sahəsinə xidmət
göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
torpaq sahələrinə servitut qoyulmasını tələb
etmək, o cümlədən məhkəmə qaydasında
tələb etmək hüququ vardır.
4. Torpaq
sahəsinə aşağıdakı servitutlar
müəyyən edilə bilər:
torpaq
sahəsindən piyada və ya nəqliyyat vasitəsilə
keçmək;
torpaq
sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və
digər xətt və şəbəkələrin
çəkilməsi və təmiri üçün
istifadə etmək;
torpaq
sahəsində drenaj işləri aparmaq;
torpaq
sahəsində su toplamaq və içməli su
götürmək (mal-qaranı suvarmaq);
torpaq
sahəsindən mal-qaranı keçirmək;
yerli
şəraitə və adətlərə uyğun olaraq,
özgənin torpaq sahəsində ot biçmək və
mal-qara otarmaq;
torpaq
sahəsindən axtarış, tədqiqat və digər
işlərin aparılması üçün
müvəqqəti istifadə etmək;
qonşu
sahədə dayağı olan və ya müəyyən
hündürlükdə qonşu sahəsinə keçən
tikililər və qurğular ucaltmaq;
qonşu
sahədə müəyyən hündürlükdən
artıq olan tikililərin və qurğuların
ucaldılmasını qadağan etmək;
torpaq
sahəsində qoruyucu meşə əkinləri və
zolaqları salmaq və digər təbiətqoruyucu
obyektlər yaratmaq;
qanunvericiliyə zidd olmayan hallarda
torpaq sahəsi üzərində digər servitutlar.
5.
Servitutlar, onların müəyyən edildiyi torpaq
sahəsinə mümkün qədər az
məhdudiyyətlər yaradan üsullarla həyata
keçirilməlidir.
6.
Qanunvericilikdə başqa hallar nəzərdə
tutulmamışdırsa, üzərində servitut
müəyyən edilən torpaq sahəsinin
mülkiyyətçisinin həmin servitutdan istifadə
edən şəxsdən müvafiq ödəniş
tələb etmək hüququ vardır.
7. Kənd
əhalisinin və onların birliklərinin xeyrinə
müəyyən edilən kənd təsərrüfatı
servitutlarına görə ödəniş tutulmur.
8.
Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq
sahəsi üzərində hüququn formasından
asılı olmayaraq, bütün torpaq sahəsinə servitut
müəyyən edilə bilər.
9.
Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada
dövlət qeydiyyatından keçirilməlidir.
10. Torpaq
sahəsi başqa şəxslərə keçdikdə,
qanunvericiliklə müəyyən edilmiş servitutlar
saxlanılır.
11.
Müəyyən edilmiş servitutun əsasları sonradan
aradan götürülərsə, torpaq
mülkiyyətçisinin tələbinə görə
həmin servitut dayandırıla bilər. Üzərində
servitutun müəyyən edilməsi nəticəsində
torpaq sahəsindən məqsədli təyinatına
görə istifadə edilməsi mümkün
olmadığı hallarda, həmin sahənin
mülkiyyətçisinin bu servitutun məhkəmə
qaydasında dayandırılmasını tələb etmək
hüququ vardır.
Maddə 55. Torpaq
sahəsi üzərində hüquqların yaranmasının
əsasları
Hüquqi və fiziki şəxslərin
torpaq sahəsi üzərində hüquqları:
müvafiq
icra hakimiyyəti orqanlarının və ya
bələdiyyələrin qərarları və onlarla
bağlanan müqavilələr;
hüquqi
və (və ya) fiziki şəxslər arasında bağlanan
müqavilələr və torpaqla bağlı digər
əqdlər;
məhkəmənin torpaq sahəsi
üzərində hüququn müəyyən edilməsinə
dair qərarı və ya hökmü;
vərəsəlik hüququ
əsasında və qanunvericiliklə müəyyən
edilmiş digər yollarla yaranır.
XIII fəsil
Maddə 56. Torpaq
sahələrinin mülkiyyətə, istifadəyə və
icarəyə verilməsinin ümumi əsasları [47]
1.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə
uyğun olaraq mülkiyyətə, istifadəyə və
icarəyə verilməyən dövlət torpaqlarını
müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə
torpaqlarını isə bələdiyyələr müəyyən
edir.
2.
Bələdiyyələrin ehtiyat fondunun
özəlləşdirilə bilən torpaqları xüsusi
mülkiyyətə satıla bilər.
Bələdiyyələrin ehtiyat fondunun yaşayış
məntəqələrinin perspektiv inkişafı
üçün cəlb olunan torpaq sahələri, habelə
kənd təsərrüfatına azyararlı və yararsız
torpaqları, hüquqi və fiziki şəxslərin
istifadəsinə və icarəsinə verilməsi kənd
təsərrüfatına azyararlı və yararsız torpaqların
öz vəsaiti hesabına yararlı hala salınmış
kənd təsərrüfatı təyinatlı torpaqları,
qeyri-kənd təsərrüfatı məqsədləri
üçün istifadəyə və icarəyə
verilmiş torpaq sahələri
özəlləşdirilə bilər.
Özəlləşdirilməsi barədə qərar
qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv
inkişaf proqramına xələl gətirməmək
şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti
istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində
daimi yaşayan və eyni zamanda ən azı beş il
müddətində yaşayış yeri üzrə
qeydiyyatda olan Azərbaycan Respublikası
vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən
edilmiş məhdudiyyət nəzərə alınmaqla
fərdi yaşayış evinin tikintisi üçün
torpağın ayrılması, habelə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəlikləri yerinə yetirmək məqsədi ilə
torpağın dövlət mülkiyyətinə və ya
icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə
torpaqları üzərində mülkiyyət və icarə
hüquqları yalnız açıq torpaq hərracları
və ya müsabiqələri vasitəsilə əldə
edilə bilər. [48]
3.
Bələdiyyələrin ehtiyat fondunun kənd
təsərrüfatı təyinatlı torpaqları yalnız
kənd təsərrüfatı istehsalı üçün istifadəyə
və icarəyə verilə bilər.
4. Bələdiyyə torpaqlarının
mülkiyyətə (icarəyə) verilməsi
məqsədilə torpaq hərracları və ya
müsabiqələrinin keçirilməsi zamanı bərabər
təkliflər irəli sürüldükdə
aşağıdakı şəxslərə
üstünlük verilir:
bu torpağın əvvəlki
istifadəçilərinə və ya
icarəçilərinə;
Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda aparılan
döyüşlərdə iştirakla əlaqədar əlilliyi
müəyyən edilmiş şəxslərə
və həlak olanların ailəsinə;[49]
yaşına, xəstəliyinə,
ştatların ixtisarına, ailə vəziyyətinə
görə həqiqi hərbi xidmətdən ehtiyata və ya
istefaya buraxılmış, 20 təqvim ili və daha çox
xidmət etmiş hərbi qulluqçulara (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından
başqa);
sərhədyanı və dağlıq
ərazilərdə yaşayan, daimi yaşamaq
üçün həmin ərazilərə
köçən, təsərrüfatla məşğul olmaq
istəyən gənclərə;
müvafiq ərazidə
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərə;
müvafiq bələdiyyənin
ərazisində daimi yaşayan və eyni zamanda ən azı
beş il müddətində yaşayış yeri
üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının
vətəndaşlarına.
5. Bələdiyyə torpaqlarının
özgəninkiləşdirilməsi və icarəyə
verilməsi müvafiq müqavilə ilə
rəsmiləşdirilir. [50]
6. Bələdiyyələrin ehtiyat
fondunun özəlləşdirilə bilən torpaqları
xüsusi mülkiyyətə bələdiyyənin
qərarı (müqavilə)
ilə, dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqlar istifadəyə və
icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti
orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
Həmin
qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı,
əhalinin sıxlığı nəzərə alınmaqla,
mövcud texniki normalara, habelə yerquruluşu və
şəhərsalma layihə sənədlərinə
uyğun olaraq, verilən torpaq sahələrinin
ölçüləri müəyyən edilir.
Torpaq
sahəsinin bələdiyyə mülkiyyətində olan
müəssisə, idarə və təşkilatların
istifadəsinə və ya fərdi yaşayış evinin
tikintisi üçün Azərbaycan Respublikası
vətəndaşının mülkiyyətinə
verilməsi barədə, habelə hüquqi və fiziki
şəxslərin mülkiyyətinə (icarəsinə)
verilməsi məqsədilə hərracın
(müsabiqənin) keçirilməsi barədə
bələdiyyənin qərarı sahənin
xüsusiyyətinə və torpağın ayrılma
məqsədinə, mövcud texniki normalara, habelə
yerquruluşu və şəhərsalma
sənədlərinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra
qəbul edilir.[51]
7. Ümumi
istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin
hüdudlarındakı torpaq sahələri hüquqi və
fiziki şəxslərin mülkiyyətinə,
istifadəsinə və icarəsinə həmin sistemlərin
bölünməməsi və onlardan istifadə
texnologiyasına əməl olunması şərtilə verilə
bilər.
8.
Müvafiq icra hakimiyyəti orqanları və
bələdiyyələr mülkiyyətə,
istifadəyə və icarəyə verilməsi
nəzərdə tutulan sərbəst torpaq sahələri
və yeni torpaqların mülki dövriyyəyə cəlb
edilməsi proqramları barədə əhaliyə məlumat
verməli və kütləvi informasiya vasitələrində
hər il hesabat dərc etdirməlidirlər.
9.
Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin
özgəninkiləşdirilməsi, habelə
istifadəyə və ya icarəyə verilməsi tərəflər
arasında qanunvericilikdə müəyyən edilmiş qaydada
bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq
müqavilə əsasında həyata keçirilir.
10.
Tikinti məqsədləri üçün dövlət
və bələdiyyə mülkiyyətində olan torpaq
sahəsi ayrılarkən (məlumatlandırma icraatı
qaydasında yaşayış evlərinin tikintisi
üçün ayrılan torpaq sahələri istisna olmaqla)
həmin torpaq sahəsində həyata keçirilməsi
nəzərdə tutulan tikinti niyyətinin müvafiq
ərazinin şəhərsalma sənədlərinə
(qüvvədə olan müfəssəl plana, belə plan
olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə
icazə verilməsinin mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 11-ci maddəsinə, o
cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və miqyası
ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə) uyğunluğu barədə rəy
verilməsinə görə xeyrinə torpaq sahəsinin
ayrılması ilə bağlı müraciət etmiş
şəxs müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi hallarda və məbləğdə
xidmət haqqı ödəyir. Bu bəndin birinci
cümləsində nəzərdə tutulmuş xidmət
haqqının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən hissəsi
müvafiq icra hakimiyyəti orqanının
işçilərinin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət
büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə
qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.[52]
Maddə 57. Qeyri-kənd
təsərrüfatı ehtiyacları üçün torpaq
sahələrinin ayrılmasının xüsusiyyətləri
1.
Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil
yollarının, elektrik və rabitə xətlərinin,
magistral boru kəmərlərinin çəkilişi,
habelə digər qeyri-kənd təsərrüfatı
ehtiyacları üçün torpaq sahələri
əsasən kənd təsərrüfatına yararsız
və ya az yararlı torpaqlardan ayrılır.
Göstərilən məqsədlər üçün
meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda
olaraq, meşə bitkiləri ilə örtülü olmayan
sahələr, yaxud meşəbitmə şəraitinə
görə az yararlı və yararsız sahələrdən
verilir.
2.
Faydalı qazıntıların hasilatı üçün
tikinti işlərinə torpaq sahələrinin
ayrılması yerin təki haqqında qanunvericiliklə
müəyyən olunmuş qaydada həyata keçirilir.
3. Elektrik
və rabitə xətləri, digər xətti kommunikasiyalar
başlıca olaraq yollar, kanallar, mövcud xətlər boyunca
çəkilməli və kənd təsərrüfatı
işlərinin aparılmasına maneçilik
törətməməlidir.
4.
Qeyri-kənd təsərrüfatı və qeyri-meşə
təsərrüfatı məqsədləri üçün
torpaq sahəsinin ayrılması iki mərhələdə
aparılır:
1) obyektin
yerləşdirilməsinin əvvəlcədən
razılaşdırılması (layihələşdirilməsi);
2) torpaq
sahəsinin verilməsinin rəsmiləşdirilməsi.
5.
Sənaye obyektlərinin tikintisi, faydalı
qazıntıların hasilatı, dəmir və avtomobil
yollarının, elektrik və rabitə xətlərinin,
magistral boru kəmərlərinin çəkilişi
üçün torpaq sahələri əsasən
dövlət və bələdiyyə torpaqlarından
ayrılır. Belə obyektlərin tikintisi altına
düşən xüsusi mülkiyyətdə olan
torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş
qaydada dəyəri ödənilir və ya başqa torpaq
sahəsi ilə əvəz olunur.
6.
Qeyri-kənd təsərrüfatı ehtiyacları
üçün torpaq sahələrinin ayrılması və
istifadəsi qaydaları bu Məcəllə və
Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə tənzimlənir.
Maddə 58. Torpaq
sahəsində tikintinin həyata keçirilməsi
1. Torpaq
mülkiyyətçisinin, istifadəçisinin və ya
icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi
haqqında və digər müvafiq normativ-hüquqi aktlara
uyğun olaraq, torpaq sahəsinə dair müəyyən
edilmiş öhdəlikləri və məhdudiyyətləri
yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq,
müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili
və qurğuları sökmək və ya yenidən qurmaq
hüquqları vardır.[53]
2.
Qanunvericilikdə, habelə istifadə və icarə
müqaviləsində başqa hal nəzərdə
tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti
istifadə (icarə) müddəti başa çatdıqdan
sonra istifadəçi (icarəçi) tərəfindən
ucaldılmış müvəqqəti tikili onun hesabına
sökülməlidir.
Maddə 59. Fərdi
və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi,
habelə sahibkarlıq fəaliyyətini həyata
keçirmək məqsədilə zəruri tikililərin
inşası üçün torpaq sahələrinin
verilməsi
1.
Yaşayış məntəqələrində
bələdiyyələrin ehtiyat fondu torpaqlarından
sahələr aşağıdakı məqsədlər
üçün verilir:
kooperativ
çoxmərtəbəli çoxmənzilli
yaşayış evlərinin tikintisi üçün
mənzil-tikinti kooperativlərinin mülkiyyətinə;
fərdi
yaşayış və bağ evlərinin tikintisi
üçün əvəzi ödənilməklə
vətəndaşların xüsusi mülkiyyətinə;
çoxmərtəbəli
çoxmənzilli yaşayış evlərinin tikintisi
üçün mənzil tikintisi ilə məşğul olan
hüquqi şəxslərin mülkiyyətinə; [54]
fərdi
və kooperativ qarajların tikintisi üçün
əvəzi ödənilməklə fiziki şəxslərin
və onların
kooperativlərinin
mülkiyyətinə və ya icarəsinə; [55]
sahibkarlıq fəaliyyətini
həyata keçirmək məqsədilə zəruri
tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü
bəndində göstərilən hüquqi və fiziki şəxslərin
icarəsinə, habelə dəyəri
ödənilməklə Azərbaycan Respublikası
vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə. [56]
2. Ümumi
istifadədə olan torpaqlarda yerləşən meydan,
küçə, keçid, yol kənarı, sahil, park,
meşə-park, xiyaban, bulvar, çimərlik və
əhalinin ictimai tələbatının
ödənilməsinə xidmət edən digər
yerlərdə sahibkarlıq fəaliyyətini həyata
keçirmək məqsədilə ticarət,
məişət, ictimai-iaşə obyektlərinin və
digər zəruri tikililərin müvəqqəti
inşası üçün sahələr
bələdiyyə torpaqları haqqında qanunvericiliyə
uyğun olaraq, hüquqi və fiziki şəxslərin
icarəsinə verilir.
3.
Kooperativ, habelə digər çoxmənzilli
yaşayış evlərinin və qarajların tikintisi
məqsədilə ayrılan torpaq sahəsinin
ölçüsü müvafiq yaşayış
məntəqəsinin planlaşdırılması və tikinti
layihələrinə, habelə tikinti normalarına uyğun
olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə
tərəfindən müəyyən edilir.
4. Fərdi
yaşayış və bağ evlərinin, qarajların,
habelə sahibkarlıq fəaliyyətini həyata
keçirmək məqsədilə zəruri obyektlərin
tikintisi üçün ayrılan torpaq sahəsinin
ölçüsü yerli şəraitdən və torpaq
ehtiyatı imkanlarından asılı olaraq,
bələdiyyə tərəfindən müəyyən
edilir.
Maddə 60.
Özəlləşdirilən müəssisənin (obyektin)
yerləşdiyi torpaq sahəsinin verilməsinin
xüsusiyyətləri
1.
Dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında müvafiq
normativ-hüquqi aktlara uyğun olaraq,
özəlləşdirilən müəssisənin (obyektin)
mülkiyyətçisi kimi çıxış edən
Azərbaycan Respublikasının hüquqi və ya fiziki
şəxsi həmin müəssisənin (obyektin)
yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi
aktlarda müəyyən edilmiş qaydada satın ala və ya
satınalma hüququ ilə icarəyə götürə
bilər.
2.
Özəlləşdirilən müəssisənin (obyektin)
mülkiyyətçisi əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs, yaxud xarici
hüquqi şəxs olduqda isə o, müvafiq torpaq
sahəsini satınalma hüququ olmadan icarəyə
götürə bilər.
3.
Müəssisə (obyekt)
özəlləşdirilərkən, onun yerləşdiyi
torpaq sahəsinin qiyməti həmin müəssisənin
(obyektin) qiymətindən asılı olmayaraq ayrıca
müəyyənləşdirilir.
Maddə 61.
(Çıxarılıb) [57]
Maddə 62. Elektrik,
rabitə, nəqliyyat xətləri və sənaye
müəssisələrinin sanitariya-mühafizə zonaları
altındakı torpaq sahələrinin verilməsi
Elektrik,
rabitə, nəqliyyat xətləri və sənaye
müəssisələrinin sanitariya-mühafizə zonaları
altındakı torpaq sahələri onların mülkiyyətçilərinin
və istifadəçilərinin razılığı
ilə yalnız bostan və tərəvəz becərilməsi,
habelə örüş və ot çalımı
məqsədləri üçün qısamüddətli
istifadəyə və icarəyə verilə bilər.
Maddə 63.
Axtarış və kəşfiyyat işləri
üçün torpaq sahəsindən istifadəyə dair
tələblər
1. Geodeziya,
geoloji, kəşfiyyat, arxeoloji, kadastr, yerquruluşu və digər
tədqiqat və axtarış işlərinin
aparılması üçün torpaqdan istifadə onların
mülkiyyətçilərindən,
istifadəçilərindən və icarəçilərindən
geri alınmadan, müvafiq tərəflər arasında
bağlanılan və müvafiq icra hakimiyyəti orqanında
və ya bələdiyyədə qeydə alınan
müqavilələr əsasında həyata keçirilir.
2.
Yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda
geoloji, axtarış və kəşfiyyat, neft və qaz
kəşfiyyat-qazma işlərinin aparılmasına
icazəni müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyə həmin işlərin aparılması
üçün layihə sənədlərində
nəzərdə tutulan müddətə verirlər.
3.
Axtarış və kəşfiyyat işlərinin
başlanması müddəti və yeri, torpaqdan
istifadəyə görə haqqın məbləği, vurulan
zərərin ödənilməsi, torpağın
məqsədli təyinatına və hüquqi rejiminə dair
öhdəliklər və məhdudiyyətlər, habelə
digər şərtlər həmin işləri aparanlarla
torpaq mülkiyyətçiləri, istifadəçiləri
və ya icarəçiləri arasında bağlanan
müqavilə ilə müəyyən edilir.
4.
Axtarış və kəşfiyyat işlərindən sonra
torpaqlardan təyinatı üzrə istifadə edilməsini
təmin etmək üçün həmin işləri aparan
müəssisələr, idarələr və
təşkilatlar öz vəsaitləri hesabına istifadə
etdikləri torpaqları yararlı vəziyyətə
gətirməyə və tərəflərin iştirakı
ilə tərtib edilmiş akt üzrə onları öz
mülkiyyətçilərinə, istifadəçilərinə
və ya icarəçilərinə müqavilə ilə
müəyyən edilmiş müddətdə qaytarmağa
borcludurlar.
5. Torpaq
sahələri, bir qayda olaraq, axtarış və
kəşfiyyat işləri zamanı yararlı
vəziyyətə gətirilir. Bu mümkün olmadıqda isə
torpaq sahələri axtarış və kəşfiyyat
işləri başa çatdıqdan sonra ən geci
üç ay müddətində yararlı
vəziyyətə gətirilməlidir.
6.
Axtarış və kəşfiyyat işlərini aparan
müəssisələr, idarələr və
təşkilatlar həmin işlərin aparılması
müddətində torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri
tərəfindən ödənilən torpaq vergisinin və ya
icarə haqqının əvəzini, habelə onlara
vurduqları ziyanı və əldən
çıxmış mənfəəti bütövlükdə
ödəyirlər.
Maddə 64. Dövlət
müəssisələri, idarələri və
təşkilatları tərəfindən
işçilərə torpaq sahələrinin verilməsi
Dövlət
müəssisələri, idarələri və
təşkilatları əsas fəaliyyət sahəsinə
xələl gətirmədən istifadələrində olan
torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə
müdiriyyətin və həmkarlar ittifaqı
təşkilatının qərarı əsasında müvəqqəti
istifadəyə və icarəyə torpaq sahələri
verə bilərlər.
Maddə 65. Torpaq
sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin
yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq
sahəsinin yerquruluşu planı torpaq sahəsinin
müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan
anda özündə ərazinin bütün vəziyyətini
(bitki örtüyü, çaylar, yollar və digər
obyektlər), şərti işarələr və
nişanələr vasitəsilə əks etdirən
xəritədir.
2. Torpaq
ayrılması üçün sahə seçildikdə
həmin sahənin istifadəyə və icarəyə
verilməsi (satılması) barədə müvafiq qərar
qəbul edilənə qədər onun sərhədləri
yerdə (naturada) və xəritədə müəyyən
edilir.
3. Torpaq
sahəsinin istifadəyə və ya icarəyə verilməsi
(satılması) barədə müvafiq qərar qəbul
edildikdən sonra həmin sahənin sərhədləri
yerdə (naturada) müəyyən edilir.
Torpaq sahələrinin
sərhədlərinin yerdə (naturada) müəyyən
edilməsi yerquruluşu qaydasında aparılır.[58]
4.
Qanunvericilikdə başqa hal nəzərdə
tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan
torpaq sahəsinin planı və
ölçüsünün hazırlanması, mərz nişanlarının
qoyulması, torpaq əldə edən şəxsin hesabına
həyata keçirilir.
5. Torpaq
sahəsinin planı və
ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə
(naturaya) keçirilməsi yerquruluşu işlərinin
aparılmasına hüququ olan təşkilatlar
tərəfindən həyata keçirilir və yerdə
yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.[59]
6. Torpaq
sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin
istifadəyə və ya icarəyə verilməsi
(satılması) barədə müqavilənin ayrılmaz
hissəsidir.
7. Torpaq
sahələrinin sərhədləri yerə (naturaya)
keçirildikdən sonra onun sahəsi ölçülür
və torpaqların istifadəyə və ya icarəyə
verilməsi (satılması) barədə müqavilə
bağlanılır.
8. Torpaq
sahəsinin planının əsası kadastr işində
saxlanılır, surəti isə torpaq
mülkiyyətçisinə, istifadəçisinə və
ya icarəçisinə verilir.
9. Torpaq
sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi
zamanı onların sərhədlərinin yerdə (naturada)
müəyyən edilməsi də bu maddədə
göstərilən qaydada aparılır.
Maddə 66. Torpaq
sahələri üzərində hüquqları təsdiq
edən sənədlər
1.
Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi
və fiziki şəxslərə verilməsi müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
qərarı və tərəflər arasında
bağlanmış müqavilə əsasında həyata
keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar
üzərində bütün hüquqların
başqasına keçməsi isə tərəflər
arasında bağlanmış və notarial qaydada təsdiq
edilmiş müqavilə əsasında həyata
keçirilir. Müqavilədə tərəflərin hüquqları
və vəzifələri, torpaq sahəsinin hüquqi statusu,
öhdəliklər, məhdudiyyətlər və servitutlar,
müqaviləyə xitam verilməsinin əsasları və
torpaqların istifadəsi və mühafizəsi üzrə
digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar
(müddəti on bir aydan az olan icarə və istifadə
hüquqları istisna olmaqla) qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz əmlakın
dövlət reyestrində dövlət qeydiyyatına
alınır və həmin reyestrdən
çıxarışla rəsmiləşdirilir.
4. alqı-satqı, istifadə və
icarə müqavilələrinin nümunəvi formaları
qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq
edilir. [60]
Maddə 67. Torpaq
sahələri üzərində hüquqların
dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində
hüquqların dövlət qeydiyyatı qanunvericilikdə
nəzərdə tutulmuş qaydada daşınmaz
əmlakın dövlət reyestrində aparılır. [61]
(çıxarılıb) [62]
3.
Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaq sahələrinin alınması ilə yaranan
hüquqların, habelə torpaq sahələri və digər
daşınmaz əmlaka dair bağlanılan əqdlər
nəticəsində əldə edilən hüquqların
dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri
üzərində qeydiyyatdan keçməmiş
hüquqların müdafiəsinə və
toxunulmazlığına dövlət təminat vermir.
Maddə 68. Torpaq
sahələri üzərində hüquqların yaranma
vaxtı
Torpaq
sahələri üzərində hüquqlar torpaq
sahələrinin sərhədlərinin yerdə
müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq
sahələrinin verilməsi barədə müqavilənin
bağlanmasından və onun müəyyən olunmuş
qaydada dövlət qeydiyyatından keçirilməsindən
sonra yaranır. [63]
Maddə 69. Torpaq
sahəsinin verilməsindən imtina edilməsi barədə
qərardan şikayət
1.
Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin
verilməsindən imtina edilməsi barədə müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
qərarından məhkəmə qaydasında şikayət
vermək olar. Ərizələrə baxılmasının
müəyyən edilmiş müddətlərinin
gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina
edilməsi kimi qiymətləndirilir.
2.
Məhkəmə işə baxarkən torpaq sahəsinin
verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz
olduğu barədə qərar qəbul edə bilər.
Axırıncı halda məhkəmənin qərarı torpaq
sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi
üçün əsasdır və qanunvericiliklə
müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.
XIV fəsil
Maddə 70. Torpaqların
dövlət ehtiyacları üçün alınması [65]
Azərbaycan Respublikasında
torpaqların dövlət ehtiyacları üçün
alınması, bununla bağlı kompensasiyanın
məbləğinin hesablanması və ödənilməsi
qaydaları, habelə bu sahədə tərəflər
arasında yaranan digər münasibətlər “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə 71.
Torpaq sahələrinin tikinti altına verilməsi
üçün geri alınması şərtləri [66]
1.
Müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyə xüsusi mülkiyyətdə,
istifadədə və ya icarədə olan torpaq sahəsini
tikinti altına vermək üçün onu bu
Məcəllədə və digər normativ-hüquqi aktlarda
müəyyən edilmiş qaydada geri ala bilər. Bu zaman
aşağıdakı şərtlərə əməl
olunmalıdır:
geri
alınması nəzərdə tutulan torpaq sahəsi
üçün özgəninkiləşdirilmə
zonasının müəyyən edilməsi və həmin
zonanın dövlət torpaq kadastrında və digər
müvafiq qeydiyyat sənədlərində əks etdirilməsi;
geri
alınması nəzərdə tutulan torpaq sahəsi
üzərindəki daşınmaz əmlakın, o
cümlədən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin
satılmasından, yaxud həmin torpaq sahəsini geri alan
müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyə tərəfindən geri alınmasından sonra onların tikinti
altına verilməsi üçün qanunvericilikdə
müəyyən edilmiş qaydada müsabiqənin (tenderin,
hərracın) elan edilməsi.[67]
2. Torpaq
sahələrinin özgəninkiləşdirmə zonasına
aid edilməsi yalnız dövlət, ehtiyaclarının
və ya ictimai ehtiyacların ödənilməsi
məqsədilə aparılır və ərazinin
planlaşdırılmasına və yaşayış
məntəqələrinin baş planına uyğun olaraq,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.[68]
3. Torpaq
sahəsinin geri alınması haqqında qərardan iddia bu barədə yazılı bildiriş
həmin sahənin mülkiyyətçisinə
göndərildiyi gündən bir il ərzində verilə
bilər. [69]
Maddə 72.
Torpaq sahələrinin geri alınması ilə
əlaqədar məsələlərin baxışı
zamanı hüquqi və fiziki şəxslərin
iştirakı
1. Torpaq
sahələrinin geri alınmasına dair baxılan
məsələ hər hansı hüquqi və ya fiziki
şəxsin mənafelərinə toxunarsa, həmin şəxsin
(onun müvəkkilinin) bu məsələnin
baxılmasında iştirak etmək hüququ vardır.
2. Torpaq
sahələrinin geri alınması barədə müvafiq
icra hakimiyyəti orqanının və ya
bələdiyyənin qərarı hüquqi və fiziki
şəxslərin mənafeyinə toxunarsa, həmin qərar
yalnız bu şəxslərin rəyi nəzərə
alınmaqla qəbul edilə bilər.
XV fəsil
Maddə 73. Torpaq
sahələri üzərində hüquqi və fiziki
şəxslərin hüquqlarına xitam verilməsinin
əsasları
1. Torpaq
sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət,
istifadə və ya icarə hüququna aşağıdakı
hallarda xitam verilir:
torpaq
sahəsindən könüllü imtina edildikdə və ya
torpaq mülkiyyətçisi onu
özgəninkiləşdirdikdə;
torpaq
sahəsinin istifadəyə və ya icarəyə verildiyi
müddət qurtardıqda;
hüquqi
şəxslərin fəaliyyətinə xitam verildikdə;
torpaqdan
məqsədli təyinatına görə istifadə
edilmədikdə:
əmək münasibətləri
əsasında müvəqqəti istifadə edilən torpaq
sahələri ilə əlaqədar işçilərin
fərdi əmək müqavilələrinə xitam
verildikdə;
istifadə
və ya icarə müqaviləsi şərtlərinə
əməl edilmədikdə;
torpaq
vergisi və icarə haqqı üzürlü səbəb
olmadan 1 il ödənilmədikdə;
[70]
kənd
təsərrüfatı istehsalı üçün
verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində
və qeyri-kənd təsərrüfatı ehtiyacları
üçün verilmiş torpaq sahəsindən 1 il
ərzində üzürlü səbəb olmadan istifadə
edilmədikdə;
istifadə
zamanı torpağın keyfiyyətinin
pisləşməsinə və eroziyasına, kimyəvi və
radioaktiv maddələrlə çirklənməsinə,
bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq
sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin
istismar qaydalarının pozulmasına, ətraf təbii
mühitin çirklənməsinə yol verildikdə;
dövlət ehtiyacları
üçün torpaqların alınması zəruriliyi
yarandıqda; [71]
torpaq sahəsinin
mülkiyyətçisinə mənsub olan və həmin
sahədə yerləşən tikili və qurğuya
mülkiyyət hüququ keçdikdə; [72]
torpaq mülkiyyətçisi,
istifadəçisi (icarəçisi) öldükdə və
vərəsələr olmadıqda;
torpaq
sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra
edilmədikdə.
2. Bu
maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu
abzaslarında nəzərdə tutulan müddəalar
xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu
maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə
tutulan müvəqqəti istifadəyə və icarəyə
verilmiş torpaqların geri alınmasına səbəb olan
halların müəyyən edilməsi məhkəmə
tərəfindən həyata keçirilir (həmin torpaqlar
tərəflərin razılığı ilə geri
alındıqda bu qayda tətbiq edilmir).
4.
Qanunvericilikdə torpaq üzərində mülkiyyət,
torpaqdan istifadə və icarə hüququna xitam
verilməsinin digər əsasları da nəzərdə
tutula bilər.
Maddə 74.
Yanğın, digər qəza və təbii fəlakət
hadisəsi nəticəsində tikili dağıldıqda
torpaqdan istifadə hüququnun saxlanması
Yanğın, digər qəza və
təbii fəlakət hadisəsi nəticəsində tikili
dağıldıqda, dağılan gündən ən geci iki
il keçənədək tikilini bərpa etməyə və
ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa,
həmin torpaq sahəsindən istifadə hüququ
saxlanılır. Yaşayış məntəqəsinin
planlaşdırma və tikinti layihələrində həmin
torpaq sahəsindən başqa məqsədlər
üçün istifadə edilməsi nəzərdə
tutulduğu hallarda dağılmış tikililərin
bərpası üçün bu Məcəllə ilə
müəyyən edilmiş qaydada başqa torpaq sahəsi
verilir.
Maddə 75. Torpaq
sahələri üzərində mülkiyyət, istifadə
və icarə hüquqlarına xitam verilməsi qaydaları
1. Bu
Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin
6-cı abzasında nəzərdə tutulmuş halda torpaq
sahəsindən istifadə hüququna müəssisə,
idarə və təşkilatın müdiriyyəti
tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda
torpaq üzərində mülkiyyət və icarə
hüququna müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, əvəzsiz istifadə hüququna
isə müvafiq icra hakimiyyəti orqanının və ya
bələdiyyənin vəsatəti üzrə
məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda
isə torpaq üzərində mülkiyyət, istifadə
və icarə hüququna məhkəmə, daimi istifadə
hüququna isə müvafiq icra hakimiyyəti orqanı və
ya bələdiyyə tərəfindən xitam verir.[73]
2.
Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa,
torpaq sahəsi üzərində mülkiyyət, istifadə
və ya icarə hüququnun xitamı bu barədə
məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və
ya bələdiyyə tərəfindən qərar qəbul
edildiyi tarixdən, torpaq mülkiyyətçisi,
istifadəçisi və ya icarəçisi torpaqdan və ya
onun bir hissəsindən könüllü imtina etdikdə
isə müvafiq ərizə verilən tarixdən baş
verilir.
3. Bu
Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci,
7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq
sahələri üzərində istifadə və icarə
hüquqlarına xitam verilməsi haqqında qərar,
buraxılmış nöqsanların (pozuntuların)
müəyyən edilmiş vaxtda aradan qaldırılması
barədə xəbərdarlıqdan sonra tədbirlər
görülmədikdə qəbul edilir.[74]
4.
Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və
ya bələdiyyə torpaq sahəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququna xitam
verilməsi barədə qərar qəbul edərkən, torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına
çəkdikləri xərclərin ödənilməsi
və ya onların torpaqdan səmərəsiz istifadə
etməsi nəticəsində vurduqları zərərin
ödənilməsi barədə göstərişlər
də verə bilərlər.
5. Torpaq
sahələri üzərində istifadə və ya icarə
hüququna xitam verilməsi barədə məhkəmənin,
müvafiq icra hakimiyyəti orqanının və ya
bələdiyyənin qərarından qanunvericilikdə
müəyyən edilmiş qaydada müvafiq məhkəməyə
şikayət vermək olar.
6. Torpaq
üzərində hüquqlara xitam verilmə qaydası bu
Məcəllə ilə nəzərdə tutulmadıqda,
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilir. [75]
Maddə 76. Torpaq
sahələri üzərində hüquqlara xitam
verilərkən nəzərə alınan tələblər
Torpaq
sahələri üzərində mülkiyyət, torpaqdan
istifadə və ya icarə hüququna xitam verilməsi bu
hüquqdan istifadə edən şəxsi məhsulu
yığmaq hüququndan məhrum etmir, eləcə də
vergiləri ödəmək və torpağın
münbitliyinin qorunub saxlanılması məsuliyyətindən
azad etmir.
Maddə 77. Torpaq
sahələri üzərində hüquqların
məhdudlaşdırılması
Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və ya icarəçilərinin hüquqlarının
məhdudlaşdırılması torpaqdan istifadənin
ərazi planlaşdırılması, torpaqların zonalaşdırılması,
kütləvi servitutların müəyyən olunması
haqqında müvafiq qaydada qəbul edilmiş qərarlara
uyğun olaraq müəyyən edilir.
XVI fəsil
Maddə 78.
Torpaq sahələrinin və onların üzərində
hüquqların dövlət qeydiyyatının ümumi
qaydaları
1. Torpaq
sahəsinin dövlət qeydiyyatı dövlət torpaq
kadastrında aparılır.
2. Torpaq
sahəsi üzərində hüquqların dövlət
qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə
dövlət reyestrinə aşağıdakı
məlumatların daxil edilməsi ilə aparılır:
torpaq
sahəsi üzərində hüququ əldə edən
şəxs barədə məlumat;
torpaq
sahəsinin təsviri (torpağın kateqoriyası,
istifadə məqsədi, torpaq uqodiyasının növü,
torpaq sahəsinin ölçüsü, sərhədləri,
kadastr nömrəsi və digər səciyyəvi
xüsusiyyətləri göstərilməklə);
torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və
icarəyə verilməsi haqqında müqavilənin
şərtləri, sahənin istifadəsində müəyyən
edilmiş servitutlar, öhdəliklər və
məhdudiyyətlər haqqında məlumatlar;
torpaq
sahəsi barədə sərəncam verilməsinə dair
əqdlərin bağlanması və digər fəaliyyət
barədə məlumatlar;
torpaq
sahəsinə dair əqdlərin bağlanmasına
qadağanlar müəyyən edilməsinə dair
məlumatlar;
torpaq
sahəsinin dövlət və bələdiyyə ehtiyacları
üçün özgəninkiləşdirilməsi
barədə qərarların tarixi və nömrəsi;
qanunvericiliklə müəyyən
edilmiş digər məlumatlar.
3. Torpaq
sahəsinə dair əqdlərin dövlət qeydiyyatı
həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin
planı olduqda həyata keçirilir.
4. Torpaq
sahəsi üzərində hüquqların dövlət
qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində
hüquqlar barədə lazım olan bütün
sənədlər daxil olduğu vaxtdan on gün
müddətində aparılır.
5. Torpaq
sahəsi üzərində hüquqların dövlət
qeydiyyatının aparılması barədə qeydiyyatın
tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan
haqqında məlumatlar göstərilməklə torpaq
mülkiyyətçilərinə, istifadəçilərinə
və ya icarəçilərinə bu Məcəllədə
və digər normativ-hüquqi aktlarda müəyyən
olunmuş hüquqi sənədlər verilir.
6. Torpaq
sahəsinə dair əqdlər onun
özgəninkiləşdirilməsi ilə
nəticələnirsə, dövlət reyestrində həmin
əqdlər barədə qeydlər aparılır və
torpaq verənin (satıcının) torpaq sahəsi
üzərində hüquqları barədə
sənədləri dövlət qeydiyyatını aparan orqana
təqdim edilir.
7. Torpaq
sahəsi və onunla bağlı daşınmaz əmlak
üzərində hüquqların dövlət
qeydiyyatının aparılması qaydaları dövlət
torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla
bağlı əqdlərin dövlət qeydiyyatı
haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.
8. Torpaq
sahəsi üzərində hüquqlar qanunvericiliklə
müəyyən edilmiş qaydada həmçinin
daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınmalıdır. [76]
Maddə 79.
Torpaq sahəsi üzərində hüquqların
dövlət qeydiyyatından imtina edilməsinin əsasları
1. Torpaq
sahəsi üzərində hüquqların və onunla
bağlı əqdlərin dövlət qeydiyyatından imtina
edilməsinin əsasları aşağıdakılardır:
dövlət və ya
bələdiyyə mülkiyyətində olan torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və
icarəyə verilməsi barədə müvafiq icra
hakimiyyəti orqanı və ya bələdiyyənin qərarının,
müvafiq müqavilənin, torpaq sahəsi üzərində
hüququ təsdiq edən sənədin, torpaq sahəsinin
satılması halında isə, eləcə də torpağın
dəyərinin ödənilməsi barədə
sənədin, habelə digər müvafiq normativ hüquqi
aktlarda nəzərdə tutulmuş başqa
sənədlərin təqdim edilməməsi;
təqdim
edilmiş sənədlərdə zəruri məlumatların,
o cümlədən bu Məcəllənin 84-cü
maddəsində nəzərdə tutulmuş
məlumatların olmaması;
mülki
dövriyyədən çıxarılmış və ya
dövriyyəsi məhdudlaşdırılmış torpaq
sahəsinin verilməsinə dair birbaşa qadağanın
müəyyən edilməsi;
torpaq
sahəsi üzərində hüquqların dövlət
qeydiyyatını aparan orqanda, həmin torpaq sahəsi
barədə mübahisələrin mövcudluğunu
təsdiq edən sənədlərin olması;
torpaq
sahəsi üzərində hüquqların dövlət
qeydiyyatını aparan orqana torpaq sahəsinin həbsi və
digər məhdudiyyətlər haqqında qərarın
(hökmün) daxil olması.
2. Torpaq
sahəsinin sərhədləri və ya bu sahəyə dair
müəyyən edilmiş məhdudiyyətlər
(öhdəliklər) barədə mübahisənin
mövcudluğu (əgər həmin mübahisənin
mövcudluğu barədə məlumatlar müqavilədə
əks olunmuşdursa) əqdlərin dövlət
qeydiyyatına mane ola bilməz. [77]
XVII fəsil
Maddə 80. Torpaq
mülkiyyətçilərinin hüquqları
Torpaq
mülkiyyətçilərinin hüquqları
aşağıdakılardır:
torpaqdan
müstəqil təsərrüfatçılıq
əsasında istifadə etmək;
öz
torpaq sahəsində olan meşə örtüyündən,
geniş yayılmış faydalı qazıntılardan və
su ehtiyatlarından təsərrüfat ehtiyacları
üçün müvafiq qanunvericiliklə müəyyən
olunmuş qaydada istifadə etmək;
torpağın itirilmiş təbii
münbitliyinin bərpası və digər
səbəblərlə əlaqədar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən əkin
dövriyyəsindən müvəqqəti çıxarılan
(dincə qoyulan) torpaq sahələrinə görə
əvəz almaq;
torpaq
sahəsi üzərində torpağın məqsədli
təyinatına uyğun olan yaşayış evləri,
istehsal, mədəni-məişət təyinatlı və
digər tikililər və qurğular inşa etmək;
torpağın geri
alındığı və torpaq sahəsindən
könüllü imtina edildiyi hallarda torpağın
keyfiyyətinin yaxşılaşdırılmasına
çəkilən xərclərin əvəzini,
torpağın bu Məcəllədə və digər
normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada
hesablanmış dəyərini və ya onun naturada
əvəzini almaq;
qanunvericilikdə
müəyyən edilmiş qaydada yerquruluşu
layihələrinə və təbiəti mühafizə
tələblərinə uyğun olaraq, torpaq
sahələrində meliorasiya işləri aparmaq,
gölməçələr və digər sututarlar yaratmaq;
bu
Məcəllə və digər normativ-hüquqi aktlarla
müəyyən olunmuş qaydada torpaq sahəsini və ya
onun bir hissəsini istifadəyə və ya icarəyə
vermək;
qanunvericilikdə müəyyən
olunmuş qaydada torpağı satmaq, bağışlamaq,
dəyişmək, ipoteka qoymaq,
nizamnamə (pay) fonduna, habelə vərəsəliyə
və irsən vermək və onunla əlaqədar
qanunvericiliklə qadağan edilməmiş digər
əqdlər bağlamaq və fəaliyyətlə məşğul
olmaq.
Maddə 81. Torpaq
istifadəçilərinin və icarəçilərinin
hüquqları
Torpaq
istifadəçilərinin və icarəçilərinin
hüquqları aşağıdakılardır:
torpaqdan
təyinatı üzrə istifadə etmək;
qadağan
edilmiş bitkilər istisna olmaqla, kənd
təsərrüfatı bitkilərinin əkinləri və
istehsal edilmiş məhsul üzərində mülkiyyət
hüququnu həyata keçirmək;
torpaq
sahəsində geniş yayılmış faydalı
qazıntılardan, su ehtiyatlarından öz
təsərrüfat ehtiyacları üçün müvafiq
qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə
etmək;
torpağın verilməsi
şərtlərinə müvafiq surətdə istehsal
təyinatlı müvəqqəti yardımçı
tikililər və qurğular ucaltmaq;
torpaqdan
istifadəyə və icarəyə xitam verildikdə torpaqda
öz hesabına aparılmış
yaxşılaşdırma işlərinin dəyərini
və əldən çıxmış mənfəətin
əvəzini qanunvericiliklə müəyyən olunmuş
qaydada almaq;
bu
Məcəllədə və digər normativ-hüquqi aktlarda
müəyyən olunmuş qaydada torpaq sahəsini və ya
onun bir hissəsini başqasının müvəqqəti
istifadəsinə və icarəsinə (subicarəsinə)
vermək;
qanunvericiliklə qadağan
edilməmiş digər fəaliyyəti həyata
keçirmək.
Maddə 82. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin vəzifələri
Torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri aşağıdakıları yerinə
yetirməyə borcludurlar:
torpaqdan
təyinatı üzrə, səmərəli və
müəyyən edilmiş istifadə rejiminə uyğun
istifadə etmək, təbiətqoruyucu istehsal
texnologiyalarını tətbiq etmək, təsərrüfat
fəaliyyətində ərazinin ekoloji vəziyyətinin
pisləşməsinə yol verməmək;
torpaqlarda
bu Məcəllədə nəzərdə tutulmuş kompleks
mühafizə tədbirlərini həyata keçirmək;
torpaq
sahəsində tikinti və abadlaşdırma işlərini
qüvvədə olan planlaşdırma-memarlıq, tikinti,
sanitariya-gigiyena, yanğından mühafizə və
müəyyən edilmiş digər tələblərə
(normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata
keçirmək;
torpaq
sahəsi ilə bağlı öhdəliklərə,
məhdudiyyətlərə, torpaq üzərində
qoyulmuş servitutlara əməl etmək;
torpaq
vergisini və ya icarə haqqını vaxtında
ödəmək;
başqa
torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqlarını pozmamaq;
torpaq
sahəsində olan mərzləri, təbiət
abidələrini, geoloji təzahürləri, geodeziya-istinad
məntəqələrini və yerüstü
nişanlarını, meteoroloji şəbəkələri
və ölçü vasitələrini, habelə meliorasiya
və irriqasiya sistemlərini qoruyub saxlamaq;
torpağın istifadəsi
vəziyyətinə dair müəyyən edilmiş
məlumatları müvafiq orqanlara vaxtında vermək;
qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
Maddə 83. Torpaq
sahəsi üzərində hüquqların həyata
keçirilməsi
1.
Hüquqi və fiziki şəxslər torpaq sahəsi
üzərində onlara məxsus hüquqları, əgər
qanunvericiliklə başqa hallar nəzərdə
tutulmamışdırsa, öz istəklərinə uyğun
həyata keçirirlər.
2. Torpaq
sahəsi üzərində hüquqların həyata
keçirilməsindən imtina edilməsinə o
şərtlə yol verilə bilər ki, belə imtina başqa
şəxslərin hüquq və mənafelərinə
toxunmasın və ətraf təbii mühitə zərər
vurmasın.
3.
Hüquqi və fiziki şəxslərin torpaq sahəsi
üzərində öz hüquqlarından imtina
etmələri onları bu Məcəllənin 88-ci maddəsi
və bağladıqları müqavilə ilə
müəyyən edilmiş vəzifələrindən azad
etmir.
4. İmtina
səbəbindən torpaq sahəsi üzərində
hüquqlara xitam verilməsi bu Məcəllə ilə
müəyyən edilmiş qaydada həyata keçirilir
və dövlət qeydiyyatında (reyestrində) əks
etdirilir.
Maddə 84. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqlarının
müdafiəsi və təminatı
1. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqları qanunla qorunur.
2.
Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin fəaliyyətinə dövlət
orqanlarının, bələdiyyələrin, hüquqi və
fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin pozulmuş hüquqları
qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa
edilir və hüquqların pozulması nəticəsində
onlara dəyən zərər tam həcmdə ödənilir.
4.
Zərərin ödənilməsinə dair
mübahisələrə müvafiq məhkəmədə
baxılır.
5. [78] Hüquqi və ya fiziki şəxsə
istifadəyə verilmiş torpaq sahəsi dövlət,
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
yalnız o şərtlə geri alına bilər ki,
torpağı geri alan müvafiq icra hakimiyyəti orqanı
və ya bələdiyyə həmin şəxsin arzusu ilə
ona eyni ölçüdə və keyfiyyətdə başqa
torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq
sahəsi geri alınan hüquqi və ya fiziki şəxs
torpaqla birlikdə əldə edilmiş yaşayış,
istehsal və başqa tikililərin əvəzinə yeni
yerdə təzələrini tiksin və bu
Məcəlləyə uyğun olaraq, bütün qalan
zərəri tam həcmdə ödəsin. Hüquqi və ya
fiziki şəxslərin mülkiyyətində olan və
onlara icarəyə verilmiş torpaq sahələrinin
dövlət ehtiyacları
üçün özgəninkiləşdirilməsi
şərtləri və halları Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.[79]
6. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqları yalnız bu
Məcəllədə və digər normativ-hüquqi aktlarda
nəzərdə tutulmuş hallarda
məhdudlaşdırıla bilər.
XVIII fəsil
Maddə 85. Torpaq
sahəsinin dövriyyəsi anlayışı
Torpaq
sahəsinin dövriyyəsi — torpaq sahəsinin bir
mülkiyyət növündən digərinə, torpaq
sahəsi üzərində hüquqların torpaq münasibətlərinin
iştirakçılarının birindən digərinə
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
və bu Məcəllədə nəzərdə tutulmuş
qaydada və xüsusiyyətlərə uyğun olaraq
müqavilələrin və digər əqdlərin
bağlanması yolu ilə keçməsidir.
Maddə 86. Torpaq
sahəsinin alqı-satqısının
xüsusiyyətləri
1.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada qeydiyyata alınmış
aşağıdakı torpaq sahələri və torpaqla
bağlı hüquqlar alqı-satqı obyekti ola bilər:
xüsusi
mülkiyyətdə olan torpaqlar;
bələdiyyələrin ehtiyat
fondunun özəlləşdirilə bilən torpaqları;
“İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri;
özəlləşdirilən
dövlət obyektlərinin yerləşdiyi torpaq
sahələri;
dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində
istifadə və icarə hüquqları.
bələdiyyə
mülkiyyətində olan torpaqlar üzərində icarə
hüquqları. [80]
2. Bu
Məcəllədə nəzərdə tutulmuş
dövlət torpaqları, ümumi istifadədə olan,
habelə hüquqi və fiziki şəxslərin istifadəsində
və icarəsində olan bələdiyyələrin kənd
təsərrüfatına yararlı torpaqları
alqı-satqı obyekti ola bilməz. [81]
3.
Azərbaycan Respublikasında torpaqlar dövlət
mülkiyyətinə, bələdiyyə
mülkiyyətinə, habelə Azərbaycan
Respublikasının vətəndaşlarının və
hüquqi şəxslərinin mülkiyyətinə satıla
bilər.
4.
Əcnəbilərə və
vətəndaşlığı olmayan
şəxslərə, xarici hüquqi şəxslərə,
beynəlxalq birliklərə və təşkilatlara,
habelə xarici dövlətlərə torpaqlar yalnız haqqı
ödənilməklə istifadə və icarə
hüququnda verilə bilər. [82]
5. Torpaq
sahələri üzərində mülkiyyət, istifadə
və icarə hüquqları mülkiyyətçilərin
və ya onların vəkil etdiyi şəxslərin, yaxud
orqanların qərarı (razılığı) ilə
bilavasitə, torpaq hərracları və ya
müsabiqələri vasitəsilə alınıb satıla
bilər.
6.
Bələdiyyə mülkiyyətindəki torpaqların
alqı-satqısı ərazinin inkişaf planları,
yerquruluşu, yaşayış məntəqələrinin
baş planı şəhərsalma sənədləri
əsasında planlaşdırılır və
qanunvericiliklə müəyyən edilmiş qaydada
bələdiyyələr tərəfindən həyata
keçirilir.
Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı
torpaq hərracları və müsabiqələri
vasitəsilə həyata keçirilir. [83]
7.
Vətəndaşların və hüquqi şəxslərin
mülkiyyətində olan torpaqlar, habelə onlar
üzərində istifadə və icarə hüquqları
bilavasitə satıldıqda, alqı-satqı
tərəflər arasında bağlanılmış və
notarial qaydada təsdiq edilmiş alqı-satqı
müqavilələri əsasında həyata keçirilir.
8. Torpaq
sahəsinin alqı-satqısının qaydaları
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 87. Torpaq
sahəsinin nizamnamə (pay) fonduna verilməsi
1.
Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi
şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət
və istifadə hüququ formalarında verilir.
2.
Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız istifadə
hüququ əsasında verilə bilər.
3. Torpaq
istifadəçiləri torpaqdan istifadə hüququnu
nizamnamə (pay) funduna yalnız mülkiyyətçilərin
razılığı ilə müvəqqəti verə
bilərlər.
4. Pay
şəklində verilən torpaq sahəsinin və ya
sahədən istifadə hüququnun dəyəri torpaq
sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə
tərəflər arasında bağlanılmış
müqavilə ilə müəyyən edilir.
5. Torpaq
sahəsi üzərində mülkiyyət və ya ondan
istifadə hüququ nizamnamə (pay) fonduna qanunvericiliklə
müəyyən olunmuş qaydada dövlət qeydiyyatına
alındıqdan sonra keçir. Torpaq sahəsi
üzərində hüquqların qeydiyyatı torpaq
sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə
tərəflərin müqaviləsi əsasında aparılır.
Maddə 88.
Daşınmaz əmlaka dair əqdlərin bağlanması
ilə əlaqədar torpaq sahəsi üzərində
hüquqların əldə edilməsinin
xüsusiyyətləri
1.
Tikiliyə, qurğuya və ya müəssisəyə
(obyektə) mülkiyyət hüququ başqa şəxsə
keçərkən onların yerləşdiyi torpaq
sahəsinə mülkiyyət hüququ da həmin
şəxsə tikilinin, qurğunun və ya
müəssisənin əvvəlki
mülkiyyətçisinə məxsus olan həcmdə və
torpaq sahəsindən istifadə üzrə müəyyən
edilmiş şərtlər və məhdudiyyətlər
qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2.
Dövlət və ya bələdiyyə
mülkiyyətində olan tikililər, qurğular və ya
müəssisələr (obyektlər) qanunvericilikdə
müəyyən edilmiş qaydada xüsusi
mülkiyyətə satıldıqda daşınmaz əmlakla
birlikdə onun yerləşdiyi torpaq sahəsi də
satılır və ya satınalma hüququ ilə
icarəyə verilir.
3. Torpaq sahəsinin
mülkiyyətçisinə mənsub olan və həmin
sahədə yerləşən binaya, o cümlədən
fərdi yaşayış evinə, habelə qurğuya
mülkiyyət hüququ keçərkən
tərəflərin razılaşması ilə
müəyyənləşdirilən torpaq sahəsinə
hüquqlar binanı (fərdi yaşayış evini) və ya
qurğunu əldə edənə keçir. Torpaq sahəsinin
bina (fərdi yaşayış evi) və ya qurğu
yerləşən və ondan istifadə üçün
zəruri olan hissəsinə mülkiyyət hüququ
əldə edənə keçir.[84]
Torpaq sahəsinin
mülkiyyətçisinə mənsub olan və həmin
sahədə yerləşən fərdi yaşayış
evinə mülkiyyət hüququ keçərkən
tərəflərin razılaşması ilə başqa hal
nəzərdə tutulmayıbsa,
müəyyənləşdirilən torpaq sahəsinə
hüquqlar həmin evi əldə edənə keçir.
Əgər yaşayış evinin özgəninkiləşdirilməsi
haqqında müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və
ondan istifadə üçün zəruri olan hissəsinə
mülkiyyət hüququ əldə edənə keçir.
Çoxmənzilli
yaşayış evlərinin, habelə onlara aid olan
qeyri-yaşayış tikililərinin torpaq sahələri
həmin evlərin tərkib hissələri
mülkiyyətçilərinin ümumi paylı
mülkiyyətinə keçir.[85]
4.
Əcnəbilərə və
vətəndaşlığı olmayan
şəxslərə, xarici hüquqi şəxslərə,
beynəlxalq birliklərə və təşkilatlara,
habelə xarici dövlətlərə tikililər, qurğular
və ya müəssisələr (obyektlər)
satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq
sahələri onların icarəsinə verilir.
Maddə 89.
Torpaq sahəsinin və onun
üzərində hüquqların girov qoyulmasının
(ipotekasının) xüsusiyyətləri [86]
1.
İpoteka haqqında müqavilə üzrə hüquqi
və fiziki şəxslərin mülkiyyətində olan
torpaq sahələri ipoteka
qoyula bilər.[87]
2.
Yaşayış məntəqələrində ümumi
istifadədə olan torpaqların, o cümlədən
şəhərsalma qaydalarına uyğun olaraq, binalar və
tikililər ucaldılmasına yol verilməyən
şəhər torpaqlarının, xüsusi mühafizə
olunan ərazilərdəki torpaqların, habelə xüsusi
istifadə şəraitinə malik zonalardakı
sahələrin tərkibindən dövlət və
bələdiyyə mülkiyyətində olan torpaqların
ipotekasına yol verilmir.
3.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq, ipotekasına yol verilməyən torpaqlar istisna olmaqla,
dövlət və bələdiyyə mülkiyyətində
olan başqa torpaq sahələri və bu sahələr
üzərində istifadə və icarə hüquqları
girov (ipoteka) predmeti ola bilər.
4. Kənd təsərrüfatı
təyinatlı torpaqların ipotekasına kənd
təsərrüfatı məhsullarının
istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə
uyğun olaraq, bu kateqoriya torpaqların məqsədli
istifadəsi ilə bağlı yaranan öhdəliklərin
təmin edilməsi
üçün yol verilir.
5. Bina, tikili,
qurğu və ya digər daşınmaz əşyalar
yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi
torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.[88]
6. Torpaq
sahəsinin bir hissəsi ipoteka
qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl
müəyyən edilməlidir.
7. İpoteka qoyan əsas öhdəliyi
yerinə yetirmədiyi halda, ipoteka qoyulmuş torpaq sahəsinə müvafiq
qanunla nəzərdə tutulmuş qaydada
tutma yönəldilə bilər.[89]
8. İpotekasaxlayan
xarici hüquqi və ya fiziki şəxs olduqda, ipoteka
müqaviləsində ipoteka
ilə təmin edilmiş öhdəlik icra
edilmədikdə, ipoteka
qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində
məcburi satılacağı barədə müddəa
əks etdirilməlidir.[90]
9. Torpaq
sahəsinin ipotekaya qoyulması
qaydası “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.[91]
Maddə 90.
Torpaq sahəsinin dəyişdirilməsi
1.
Xüsusi mülkiyyətdə olan torpaq sahələri
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq, hər hansı
nisbətdə biri-biri ilə dəyişdirilə bilər.
2.
Dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaq sahələrindən
istifadə və ya icarə hüquqları əsasında
istifadə edənlər müvafiq icra hakimiyyəti
orqanının və ya bələdiyyənin
razılığı ilə həmin torpaq sahələrini
başqalarının həmin ərazidəki istifadə
və ya icarə hüququnda olan torpaq sahələri ilə
dəyişdirə bilərlər.
3. Torpaq
sahəsinin dəyişdirilməsi Azərbaycan
Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq,
müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
Maddə 91.
Torpaq sahəsinin bağışlanması
1. Torpağın
mülkiyyətçisi Azərbaycan Respublikasının
Mülki Məcəlləsində müəyyən edilmiş
qaydada və formada bağışlama müqaviləsi ilə
həmin torpaq sahəsini və ya onun bir hissəsini
əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər
hansı vətəndaşının və ya hüquqi
şəxsin, habelə dövlətin və ya
bələdiyyənin mülkiyyətinə verə bilər.
2.
Dövlət və bələdiyyə torpaqlarının
bağışlanmasına yol verilmir. Bu torpaqlar
üzərində istifadə və icarə hüquqları
qanunvericiliklə müəyyən edilmiş qaydada
bağışlana bilər.
3. Torpaq
sahəsinin bağışlanması qaydaları Azərbaycan
Respublikasının mülki qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 92.
Torpaq sahəsinin vərəsəlik qaydasında
başqasına keçməsi
1.
Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq
sahəsinin hamısı və ya onun bir hissəsi
üzərində olan mülkiyyət hüququ
vərəsəlik qaydasında vəsiyyət üzrə
və ya qanun üzrə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada və formada başqa şəxslərə
(vərəsələrə) keçir.
2.
Əgər nə qanun üzrə, nə də vəsiyyət
üzrə vərəsə yoxdursa və ya
vərəsələrdən heç biri mirası qəbul
etməmişdirsə, yaxud bütün
vərəsələr vərəsəlik hüququndan
məhrum edilmişdirsə, vərəsələri olmayan
torpaq dövlətə keçir; əgər miras qoyan
şəxs ahıllar
və əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar üçün sosial xidmət
müəssisələrinin, müalicə,
tərbiyə və sosial təminat
müəssisələrinin təminatında olmuşdursa,
həmin müəssisənin mülkiyyətinə keçir.
[92]
3.
Dövlət və bələdiyyə torpaqları yalnız
istifadə və icarə hüquqları əsasında
vərəsələrə keçə bilər.
4. Torpaq
sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına
çatmamış şəxsə keçdikdə, onun
qanuni müvəkkilləri həmin torpaq sahəsini
vərəsə yetkinlik yaşına çatana qədər
icarəyə verə bilərlər.
Maddə 93.
Torpaq sahəsinə dair əqdlərin
rəsmiləşdirilməsi
1. Torpaq
sahəsinə dair əqdlər yazılı formada,
əqdləri bağlayan tərəflər və ya onların
müvəkkilləri tərəfindən imzalanan
sənədlərin tərtib edilməsi yolu ilə
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin müddəalarına uyğun olaraq
həyata keçirilir.
2. Torpaq
sahəsinə və ya onun üzərindəki daşınmaz
əmlaka dair bağlanan əqd müqavilə ilə
rəsmiləşdirilir.
3.
Qanunvericilikdə başqa hallar nəzərdə
tutulmamışdırsa, müqavilədə
aşağıdakılar göstərilməlidir:
müqavilənin
tərəfləri;
müqavilənin növü;
müqavilənin predmeti, torpaq
sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar
da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət
torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində
yerləşən daşınmaz əmlak barədə
məlumatlar (tikililər, qurğular, çoxillik
əkmələr, sututarlar və digər obyektlər); [93]
müqavilənin bağlanmasından
əvvəl torpaq sahəsinin və onun üzərində
yerləşən daşınmaz əmlakın əldə
edilməsinin əsasları (alqı-satqı,
vərəsəlik, bağışlama və ya digər
əsas);
torpaq
sahəsi və onunla bağlı olan daşınmaz əmlaka
dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi
və ya digər səbəb nəticəsində)
barədə qeydlər;
torpaq
sahəsi üzərində üçüncü
şəxslərin məhdudiyyət öhdəliklərinin
olub-olmaması barədə göstərişlər (ipoteka,
icarə, xüsusi istifadə rejimi, servitutlar və digər
göstərişlər);
torpaq sahəsi
üzərində hüquqların verilməsi tarixi;
əqdin
qiyməti və onun həqiqiliyi barədə
tərəflərin öz imzaları ilə təsdiq
edilmiş ərizələri;
tərəflərin
öhdəlikləri.
XIX fəsil
Maddə 94.
Torpağın qiymətləndirilməsi
1.
Təbii resurs kimi torpaqlar torpaq haqqının
məbləğini, torpağın dəyərini və
rüsumların həcmini müəyyən etmək,
habelə torpaq dövriyyəsi prosesini tənzimləmək
məqsədilə qiymətləndirilir.
2.
Torpaqların qiymətləndirilməsində torpağın
normativ qiymətindən və bazar qiymətindən
istifadə olunur.
Maddə 95.
Torpağın normativ qiyməti
1.
Torpağın normativ qiyməti torpaq sahəsinin təbii
və iqtisadi potensialına ekvivalent götürülən
dəyər göstəricisidir.
2.
Torpağın normativ qiymətindən meyar kimi
aşağıdakı hallarda istifadə edilir:
torpaq
sahələri mülkiyyətçilərdən geri
alındıqda və ya müsadirə edildikdə;
torpaq
sahələri alınıb satıldıqda, ipoteka qoyulduqda, nizamnamə (pay) fonduna və icarəyə
verildikdə, sığorta edildikdə;
torpaq
sahəsi bir kateqoriyadan başqa kateqoriyalara
keçirildikdə.
3.
Torpağın normativ qiymətinin hesablanmasında istifadə
olunan tariflər inflyasiyanın səviyyəsinə uyğun
olaraq, indeksləşdirilir və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
4.
Torpağın normativ qiymətinin müəyyən
edilməsi qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 96.
Torpağın bazar qiymətinin formalaşmasının
əsasları
1.
Torpağın bazar qiyməti torpaq əqdlərinin
növlərindən, satışın formalarından,
satış obyektinin təyinatından, torpaqların hüquqi
statusundan, rejimindən və normativ qiymətindən,
habelə tələb və təklifdən asılı olaraq
formalaşır.
2.
Xüsusi mülkiyyətdə olan torpaq sahələri
bilavasitə satıldıqda qiymətlər
tərəflərin razılığı ilə bazar
məzənnəsi nəzərə alınmaqla
müəyyənləşdirilir.
3.
Bələdiyyə mülkiyyətində olan torpaq
sahələri fərdi yaşayış evinin tikintisi
üçün bilavasitə satıldıqda qiymətlər,
habelə hərraca və ya müsabiqəyə
çıxarılan bələdiyyə
mülkiyyətində olan torpaqların ilkin qiyməti
(qiyməti) normativ
qiymətdən az olmamaq şərtilə bazar
məzənnələri nəzərə alınmaqla,
bələdiyyələr tərəfindən
müəyyən edilir. Fərdi
yaşayış evinin tikintisi üçün ayrılan
torpağın hər 0,01 hektarının qiyməti
şəhərlərin və rayon mərkəzlərinin
müvafiq zonasında və ya müvafiq kadastr qiymət
rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya
müsabiqəsi vasitəsilə satılan torpağın
hər 0,01 hektarına görə ödənilən
qiymətdən az ola bilməz. [94]
4.
Bələdiyyələrin kənd təsərrüfatına
az yararlı və yararsız torpaqları öz
vəsaitləri hesabına yararlı hala salaraq kənd
təsərrüfatı məhsulları istehsal edən Azərbaycan
Respublikasının hüquqi və fiziki
şəxslərinə satıldıqda bu torpaqlarda torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qiymət
güzəştləri tətbiq olunur.
5.
Bələdiyyə və xüsusi mülkiyyətdə olan
torpaq sahələrinin (ipoteka
predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac
və müsabiqə vasitəsilə satışında ilkin
qiymət (müsabiqədə isə qiymət) bazar
məzənnəsini nəzərə almaqla,
mülkiyyətçi ilə satışın
təşkilatçıları arasında razılaşma
əsasında torpağın normativ qiymətindən az olmamaq
şərti ilə müəyyən edilir.
6. Torpaq
sahələri dövlət ehtiyaclarını
ödəmək məqsədilə
mülkiyyətçilərdən əvəzi
ödənilməklə alındıqda onların satınalma
qiyməti Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq, tərəflərin
razılığı əsasında
müəyyənləşdirilir. Tərəflər
arasında mübahisə məhkəmə qaydasında
həll olunur.[95]
7. Torpaq
üzərində istifadə və icarə
hüquqlarının qiyməti, bazar məzənnələri
nəzərə alınmaqla, bilavasitə satışı
zamanı qarşılıqlı razılaşma
əsasında, hərrac (və ya müsabiqə)
vasitəsilə satıldıqda isə ilkin qiymət
(qiymət) kimi mülkiyyətçilərlə
satışın təşkilatçıları arasında
razılaşma əsasında müəyyən edilir.
8. Torpaq
sahələri (xüsusi mülkiyyətdə olan torpaqlar
istisna olmaqla) bağışlanıldıqda,
dəyişdirildikdə və vərəsəliyə
verildikdə onlar müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyələr tərəfindən
müəyyən edilən qaydada normativ qiymətlərdən
az olmamaq şərti ilə qiymətləndirilir.
9.
Nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu
sahə üzərindəki hüquqların dəyəri
iştirakçılar arasında bağlanılmış
müqavilə ilə bazar məzənnəsinə uyğun
müəyyən olunur.
10. İpoteka
predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən
onun ilkin satış qiyməti ipoteka
haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti
nə-zərə alınmaqla
müəyyən edilir.
[96]
Maddə 97.
Torpaq haqqının formaları
1.
Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur.
2. Torpaq
haqqı torpaq vergisi və icarə haqqı formalarında
müəyyən edilir.
Maddə 98.
Torpaq vergisi
Azərbaycan Respublikasında torpaqdan
istifadəyə görə torpaq vergisinin müəyyən
edilməsi və ödənilməsi qaydaları Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən edilir. [97]
Maddə 99.
İcarə haqqı
1.
Torpağın icarə haqqı torpaqdan müddətli
istifadəyə görə icarəçinin
icarəyəverənə ödədiyi vəsaitdir.
2.
İcarəyəverən torpaq vergisi tədiyəçisi
olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil
edilir.
İcarəyəverən torpaq
vergisi tədiyəçisi olmadıqda, icarə
haqqının tərkibində torpaq vergisi nəzərə
alınmır.
3.
Xüsusi mülkiyyətdə olan torpaqların icarə
haqqı tərəflərin razılığı ilə
müəyyən olunur.
4.
Dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların icarə
haqqının aşağı həddi və
hərraca (müsabiqəyə) çıxarılan
dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqların icarə
haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından,
sahəsindən, coğrafi yerləşməsindən və
keyfiyyətindən asılı olaraq, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
normativlər əsasında müəyyənləşdirilir.
Həmin sənədlərdə torpağın normativ
qiyməti, torpaq vergisi, habelə tələb və təklif
nəzərə alınmalıdır. [98]
5. Kənd təsərrüfatı təyinatlı
torpaqlara təklif tələbi üstələdiyi hallarda
dövlət mülkiyyətində olan torpaq üçün
icarə haqqı, hərraca (müsabiqəyə)
çıxarılan dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqlar üçün isə
torpağın icarə haqqının ilkin qiyməti (qiyməti)
güzəştli müəyyən edilə bilər. [99]
6. Kənd təsərrüfatına az
yararlı və yararsız torpaqlar kənd
təsərrüfatı ehtiyacları üçün
icarəyə verildikdə, torpaq qanunvericiliyində
nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur. [100]
Maddə 100. Torpaqla bağlı əqdlərə tətbiq edilən
tədiyələr
1.
Müvafiq icra hakimiyyəti orqanları və
səlahiyyətləri daxilində bələdiyyələr
torpaqla bağlı əqdlərin növündən və torpaq
sahələrinin qiymətindən asılı olaraq,
tədiyələrin diferensiallaşdırılmış
dərəcələrini və ödəmə
qaydalarını müəyyən edirlər.
2. Torpaqla
bağlı əqdlərə tətbiq edilən
tədiyələrdən (ödənclərdən) daxil olan
vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş hissəsi yeni torpaqların
kənd təsərrüfatı dövriyyəsinə cəlb
edilməsinə, dövlət proqramları əsasında
torpaqların keyfiyyətinin
yaxşılaşdırılmasına, rekultivasiyasına,
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin,
yerquruluşu və elmi-tədqiqat işlərinin
aparılmasına, torpaqların istifadəsi və
mühafizəsi ilə əlaqədar digər
tədbirlərin həyata keçirilməsinə sərf
edilir.
Torpaq
ödəncləri üzrə güzəştlər
Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi
aktları ilə müəyyən edilir.
XX fəsil
Maddə 101.
Torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə vurulan zərərin
ödənilməsi
1. Torpaq
sahələrinin geri alınması (məcburi satın
alınması) və ya müvəqqəti tutulması,
habelə torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqlarının məhdudlaşdırılması, yaxud
hüquqi və fiziki şəxslərin fəaliyyətinin
təsiri ilə torpaqların keyfiyyətinin
pisləşməsi nəticəsində dəymiş zərər
və əldən çıxmış gəlir bu
itkilərə məruz qalmış torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
tam həcmdə ödənilməlidir. Torpaq sahələri
geri alınarkən qeyd olunan xərclərlə yanaşı,
habelə torpaq mülkiyyətçisinin
üçüncü şəxslər qarşısında
daşıdığı öhdəliklərə
vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar
düşdüyü xərci də ödəməlidir. [101]
2.
Vurulmuş zərəri, o cümlədən əldən
çıxmış gəliri, geri alınan torpaq
sahələrini əldə etmiş hüquqi və fiziki
şəxslər, habelə fəaliyyəti torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqlarının
məhdudlaşmasına, yaxud yaxınlıqda
yerləşən torpaqların keyfiyyətinin
pisləşməsinə səbəb olan hüquqi və
fiziki şəxslər bu Məcəllə ilə və
digər normativ-hüquqi aktlarla müəyyən edilən
qaydada ödəyirlər.
3.
Zərərin ödənilməsi ilə əlaqədar
mübahisələrə qanunvericilikdə müəyyən
edilmiş qaydada müvafiq məhkəmədə
baxılır.
Maddə 102.
Kənd təsərrüfatı və meşə
təsərrüfatı istehsalı itkilərinin
ödənilməsi
1. Kənd
təsərrüfatı və meşə
təsərrüfatı ilə əlaqədar olmayan
məqsədlər üçün kənd təsərrüfatı
və meşə təsərrüfatı torpaqlarının
geri alınması, habelə istifadə sahəsində
hüquqi və ya fiziki şəxslərin fəaliyyətinin
təsiri ilə yaranan məhdudiyyətlər
nəticəsində baş verən kənd
təsərrüfatı və meşə
təsərrüfatı itkiləri bu Məcəllənin
101-ci maddəsinə uyğun olaraq zərərin
ödənilməsindən əlavə olaraq kompensasiya edilir.
2. Kənd
təsərrüfatı və meşə
təsərrüfatı istehsalı itkilərini
aşağıdakılar ödəyirlər:
kənd
təsərrüfatı və meşə
təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar
üçün kənd təsərrüfatı və
meşə torpaqlarını xeyrinə geri alan hüquqi
və fiziki şəxslər;
obyektlərinin
ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar
müəyyənləşdirilərkən kənd
təsərrüfatı və meşə torpaqlarını
dövriyyədən çıxaran və ya onları daha az
qiymətli torpaqlara keçirən hüquqi və fiziki
şəxslər.
3.
Hüquqi və fiziki şəxslərin fəaliyyətinin
təsiri nəticəsində kənd
təsərrüfatı və meşə
təsərrüfatı yerlərinin keyfiyyəti
pisləşdikdə də kənd təsərrüfatı və
meşə təsərrüfatı istehsalı itkiləri
onlar tərəfindən kompensasiya edilir.
4. Kənd
təsərrüfatı və meşə
təsərrüfatı itkilərinin ödənilməsi qaydasında
daxil olan vəsait müvafiq icra hakimiyyəti orqanının
hesabına keçirilir. Həmin vəsaitdən ilk
növbədə ərazisindən torpaq alınan rayonda yeni
torpaqların mənimsənilməsi, torpaqların
münbitliyinin artırılması, meşə
salınması və meşə fondu torpaqlarının
məhsuldarlığının yüksəldilməsi,
torpaqların mühafizəsi və digər tədbirlərin
həyata keçirilməsi üçün istifadə edilir.
5.
İtkilərin və ziyanın miqdarının
müəyyən edilməsi və ödənilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
normativ-hüquqi aktlar əsasında müəyyən edilir.
XXI fəsil
Maddə 103.
Torpaq mübahisələrini həll edən orqanlar
1. Torpaq
mübahisələri öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları,
bələdiyyələr və məhkəmələr
tərəfindən həll edilir.
2. Müvafiq icra hakimiyyəti
orqanının və ya bələdiyyənin qərarı
ilə tərəflər razı olmadıqda,
mübahisələrə qanunvericilikdə müəyyən
edilmiş qaydada müvafiq məhkəmədə
baxılır. KM1
3. Torpaq münasibətləri ilə əlaqədar olan
əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
4. Rayonların (şəhərlərin) daxilində torpaq
üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı,
bələdiyyə və məhkəmə tərəfindən baxılır.
5. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı
və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və
ya məhkəməyə müraciət edə bilərlər.
Maddə
104. İnzibati-ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli
İnzibati
ərazi vahidləri arasında ərazi
məsələləri üzrə mübahisələrə
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada baxılır.[102]
Maddə
105. Azərbaycan Respublikası
ilə digər dövlətlər arasında torpaq mübahisələrinin həlli
Azərbaycan Respublikası
ilə digər dövlətlər arasında ərazi mübahisələri baş verdikdə, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyi,
beynəlxalq hüquq normaları və
prinsipləri
əsasında həll olunur.
Maddə
106. Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması qaydaları
1. Torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə
əsasən, müvafiq icra hakimiyyəti orqanı
və ya bələdiyyə ərizənin daxil
olduğu gündən etibarən bir
ay müddətinədək baxır.
2. Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Məsələnin həllində ilk dəfə tərəflərin biri iştirak etmədikdə və məsələyə baxılmasına dair
onun rəsmi razılığı olmadıqda, işə baxılması təxirə salınır.
3. Tərəflərin birinin
üzürlü səbəb olmadan
ikinci dəfə baxışa gəlməməsi torpaq
mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır.
4. Torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə
yetirilməsi
qaydaları və
pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur.
5. Qərar qəbul edildiyi andan ən geci
5 gün keçənədək tərəflərə verilir.
Maddə
107. Məhkəmədən kənar torpaq mübahisələrində iştirak edən tərəflərin hüquqları
Məhkəmədən kənar qaydada baxılan torpaq
mübahisələrində iştirak edən tərəflər mübahisənin həllinə dair sənədlərlə tanış olmaq,
onlardan çıxarışlar
etmək, torpaq mübahisələrinə baxılmasında iştirak etmək, sənədlər və digər sübutlar təqdim etmək, vəsatət qaldırmaq, şifahi və
yazılı izahatlar vermək, vəsatətə və digər tərəfin müqavilələrinə etiraz etmək, torpaq mübahisələri üzrə qərarın surətini almaq, müvafiq icra
hakimiyyəti
orqanının və
ya bələdiyyənin qərarı ilə razı olmadıqda, ondan müvafiq məhkəməyə şikayət etmək hüquqlarına malikdirlər.
Maddə
108. Məhkəmədən kənar torpaq mübahisələrinə dair qərarın icrası
1. Torpaq mübahisələrinə dair müvafiq icra
hakimiyyəti
orqanının və
ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır.
2. Müvafiq icra
hakimiyyəti
orqanının və
ya bələdiyyənin torpaq
mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran
orqan və
ya yuxarı
orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər.
XXII fəsil
Maddə
109. Torpağa dair əqdlərin etibarsızlığı
Torpaq istifadəçiləri və
icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması,
torpaq sahələrinin özbaşına
dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları
pozmaqla bağladıqları əqdlər etibarsız
hesab edilir.
Maddə 110. Bu Məcəllənin pozulmasına görə
məsuliyyət[103]
Bu
Məcəllənin tələblərini pozmuş
şəxslər Azərbaycan Respublikasının Mülki,
İnzibati Xətalar və Cinayət
məcəllələrinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması
(zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş
(zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və
qurğuların sökülməsi də
daxil olmaqla)
torpaqları zəbt etmiş
hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş
şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. [104]
Maddə 112.
Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin
ödənilməsi
Hüquqi
və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq
nəticəsində vurduqları zərəri
ödəməyə borcludurlar.
XXIII
fəsil
Maddə 113.
Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə bu
Məcəllədən fərqli qaydalar nəzərdə
tutulmuşdursa, beynəlxalq müqavilələrin qaydaları
tətbiq edilir.
25 iyun 1999-cu il tarixli, 695-IQ
nömrəli “Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasinin Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu il, ¹ 8, maddə 478)
Məcəlləyə əlavə və
dəyişikliklər etmiş qanunlar
1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli “Azərbaycan Respublikası Vergi
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və Azərbaycan Respublikası Vergi
Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci il, ¹ 12, maddə 736)
2. 19 aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli “Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
qanununun tətbiq edilməsi ilə əlaqədar ”Azərbaycan
SSR-in inzibati ərazi quruluşu məsələlərinin
həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti Fərmanının qüvvədən
düşmüş hesab edilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 237)
3. 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə
241)
4. 3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına
dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə 11)
5. 25 mart 2003-cü il tarixli 426-IIQD
nömrəli “Gənclər siyasəti haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 6, maddə
256 )
6. 20 iyun 2003-ci il tarixli 483-IIQD
nömrəli “Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişiklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-ci il, ¹ 8, maddə 423) ilə
46-cı maddənin 1-ci bəndinə 7-ci abzas əlavə
edilmişdir.
7. 13 yanvar 2004-cü il tarixli 587-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-ci il, ¹ 2, maddə 59)
8. 1 iyun 2004-cü il tarixli 677-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-ci il, ¹ 6, maddə 415)
9. 7 sentyabr 2004-cü il 731-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarında dəyişikliklər edilməsi
və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-ci il, ¹ 10, maddə
761)
10. 23 dekabr 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67)
11. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 478)
12. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8,
maddə 657)
13. 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932)
14. 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3)
15. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745)
16. 1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348)
17. 2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460)
18. 4 iyul 2008-ci il tarixli 666-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust
2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 707)
19. 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048)
20. 2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
36)
21. 20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497)
22. 31 may 2013-cü il tarixli 673-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, ¹ 137;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 06, maddə 621)
23. 13 fevral 2015-ci il tarixli 1182-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci
il, ¹ 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹3, maddə 244)
24. 6 mart 2015-ci il tarixli
1221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 aprel
2015-ci il, ¹ 70, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹4, maddə 358)
25. 30 sentyabr 2015-ci il tarixli
1330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 noyabr 2015-ci
il, ¹ 243, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1094)
26. 18 dekabr 2015-ci
il tarixli 57-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 yanvar 2016-cı il, ¹ 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 24)
27. 18 dekabr 2015-ci
il tarixli 60-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, ¹ 10,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 27)
28. 5 aprel
2016-cı il tarixli 185-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 aprel
2016-cı il, ¹ 91, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 639)
29. 16 dekabr 2016-cı il tarixli 473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 yanvar 2017-ci il, ¹ 9, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə 24)
30. 13 iyun 2017-ci il tarixli 742-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, ¹ 151, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1301)
31. 15 dekabr 2017-ci il tarixli 947-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2017-ci il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2271)
32. 4 may
2018-ci il tarixli 1126-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci
il, ¹ 117, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 890)
33. 31 may 2018-ci il
tarixli 1155-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1184)
34. 31 may 2018-ci il tarixli
1158-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹6, maddə 1185)
35. 28 dekabr 2018-ci il tarixli 1417-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
34)
36. 5 mart 2019-cu il tarixli 1526-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 mart
2019-cu il, ¹ 65, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹3, maddə 392)
37.
3 may 2019-cu il tarixli 1578-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
987)
38.
24 aprel 2020-ci il tarixli 56-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
512)
39.
1 may 2020-ci il tarixli 72-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2020-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə 522)
40.
19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, ¹ 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 832)
41.
20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273)
Konstitusiya Məhkəməsinin
Qərarları
KM1 27
iyul 2000-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin Qərarı (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı ¹1/2001) ilə 1.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinin I hissəsinin, 71-ci maddəsinin II və VII
hissələrinin, 147-ci maddəsinin I hissəsinin, 149-cu
maddəsinin III hissəsinin müddəaları
baxımından Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş müddəa
şəxsin torpaq mübahisələrini həll etmək
üçün bilavasitə məhkəməyə müraciət
etmək hüququnu istisna etmir.
2. Torpaq
mübahisələri ilə bağlı
hüquqlarının pozulduğunu hesab edən şəxs
onun bərpa edilməsi üçün öz
iradəsindən asılı olaraq müvafiq icra hakimiyyəti
orqanına, bələdiyyəyə və ya bilavasitə
məhkəməyə müraciət edə bilər.
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 iyun 1999-cu il tarixli, 695-IQ nömrəli
“Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
təsdiq
edilməsi haqqında”Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu il, ¹ 8, maddə 478) ilə
təsdiq edilmişdir.
[2] 28 dekabr 2018-ci
il tarixli 1417-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 01, maddə 34) ilə 1-ci maddəyə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.
[3] 20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 4-cü maddənin 4-cü
hissəsi yeni redaksiyada verilmişdir.
əvvlki redaksiyada deyilirdi:
4. Qanunvericiliklə başqa hallar nəzərdə
tutulmamışdırsa, torpaq sahələri və onların
üzərində hüquqlar, habelə torpaq sahəsi ilə
bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar,
meşələr, çoxillik əkmələr, tikililər,
qurğular və bu kimi digər obyektlər) dövriyyədə
ayrılmaz şəkildə iştirak edirlər.
[4] 31 may 2013-cü il tarixli 673-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, ¹ 137;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 06, maddə 621) ilə 4-cü
maddəsinə yeni məzmunda 6-cı bənd əlavə edilmişdir.
[5] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 6-cı maddənin
beşinci abzasında "və ictimai ehtiyacların"
sözləri "ehtiyaclarının" sözləri
ilə əvəz edilmişdir.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 6-cı
maddənin birinci hissəsinin dördüncü
bəndində “ehtiyaclarının
təmin edilməsi məqsədilə geri alınması”
sözləri “ehtiyacları
üçün alınması” sözləri ilə
əvəz edilmişdir.
[6] 30
may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 6-cı maddəsinin altıncı
abzasında “satın və ya
məcburi satın alınması” sözləri “özgəninkiləşdirilməsi”
sözü ilə əvəz edilmişdir.
[7] 30
may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 6-cı maddəsinin onuncu abzası
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
torpaqlardan səmərəli istifadəyə,
torpaqların münbitliyinin artırılmasına, torpaq
ehtiyatlarının qorunmasına dair və digər
təbiəti mühafizə tədbirlərinin dövlət
proqramlarının hazırlanması və yerinə
yetirilməsi;
[8] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 8-ci maddənin doqquzuncu abzasında ", istifadəsinə"
sözü, 32-ci maddənin 3-cü bəndində "istifadəsinə və"
sözləri, 56-cı maddənin 3-cü bəndində "istifadəyə və"
sözləri və 8-ci bəndində ", istifadəyə" sözü
çıxarılmışdır.
[9] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 8-ci maddəsinin altıncı
abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
bələdiyyə
ehtiyacları üçün torpaq sahəsinin bu
Məcəllədə və digər qanunvericilik aktlarında
müəyyən edilmiş qaydada hüquqi və fiziki
şəxslərdən geri alınması;
[10] 6 mart 2015-ci il tarixli 1221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 aprel
2015-ci il, ¹ 70, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹4, maddə 358) ilə 9-cu maddəsinin 3-cü hissəsinə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[11] 21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) 10-cu maddənin 5-ci
bəndindən "torpaq
üzərində hüquqları təsdiq edən
dövlət aktlarında,
şəhadətnamələrdə," sözləri
çıxarılmışdır.
[12] 4 iyul 2008-ci il tarixli 666-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust
2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 707) ilə 12-ci maddəsinin
4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri
çıxarılmışdır.
[13] 4 iyul 2008-ci il tarixli 666-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust
2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 707) ilə 12-ci maddəyə
5-ci bənd əlavə edilmişdir.
[14] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 14-cü maddənin 1-ci bəndinin
dördüncü abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
dövlət, bələdiyyə və
xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə
və icarəyə torpaq sahəsi götürülməsi.
[15] 31 may 2018-ci il tarixli 1155-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1184) ilə 14-cü maddəyə yeni məzmunda 3-cü hissə
əlavə edilmişdir.
[16] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 15-ci maddənin 1-ci bəndinin ikinci abzasında
"torpaqlarından"
sözündən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada" sözləri
əlavə edilmişdir.
[17] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 3-cü bənddə "biçənək sahələri isə"
sözlərindən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada" sözləri
əlavə edilmişdir.
[18] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 4-cü bəndin ikinci abzasının ikinci
cümləsində "yenidən
uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya
müsabiqəsi nəticəsində uzadıla bilər"
sözləri ilə əvəz edilmişdir.
[19] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 18-ci
maddənin 2-ci bəndinin altıncı abzasında “turizm və” sözləri “turizm və rekreasiya, habelə”
sözləri ilə əvəz edilmişdir, “, istirahət (rekreasiya)”
sözləri çıxarılmışdır.
[20] 19 aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli “Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
qanununun tətbiq edilməsi ilə əlaqədar ”Azərbaycan
SSR-in inzibati ərazi quruluşu məsələlərinin
həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti Fərmanının qüvvədən
düşmüş hesab edilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 237) ilə 18-ci
maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. İnzibati ərazi bölgüsü
və yaşayış məntəqələrinin
hüdudları Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən müəyyən edilir və
dəyişdirilir.
[21] 20 oktyabr
2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 932) ilə 22-ci maddəsinin 2-ci hissəsinə
aşağıdakı məzmunda ikinci cümlə
əlavə edimişdir.
[22] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 23-cü maddənin 6-cı bəndində "və yerli
özünüidarə" sözləri
çıxarılmışdır.
[23] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
24-cü maddənin 1-ci bəndində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya”
sözləri ilə əvəz edilmişdir.
[24] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
24-cü maddənin 2-ci bəndinin beşinci abzasında “istirahət (rekreasiya)”
sözləri “turizm və
rekreasiya” sözləri ilə əvəz edilmişdir.
[25] 24 aprel 2020-ci il tarixli 56-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci
il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 5, maddə 512) ilə 26-cı
maddənin 1-ci hissəsində “təbii
(milli) dendroloji” sözlərindən sonra “, geoloji” sözü əlavə edilmişdir.
[26] 24 aprel 2020-ci il tarixli 56-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci
il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 5, maddə 512) ilə 26-cı
maddəyə yeni məzmunda 7-ci hissə əlavə
edilmişdr.
[27] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 28-ci
maddənin adında, 1-ci və 4-cü bəndlərində “istirahət (rekreasiya)”
sözləri “turizm və
rekreasiya” sözləri ilə əvəz edilmişdir.
[28] 20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 31-ci maddənin 5-ci
hissəsində “girov
qoyulmasına (ipotekasına)” sözləri “ipotekasına” sözü
ilə, 73-cü maddənin 1-ci hissəsinin on
dördüncü abzasında “girov
qoyulması (ipotekası) zamanı girovla” sözləri “ipotekası zamanı ipoteka ilə”
sözləri ilə, 80-ci maddənin doqquzuncu abzasında “girov (ipotekaya)” sözləri “ipoteka” sözü ilə,
86-cı maddənin 1-ci hissəsinin dördüncü
abzasında “girov haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov
(ipoteka)” sözləri “İpoteka
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
ipoteka” sözləri ilə, 95-ci maddənin 2-ci
hissəsinin üçüncü abzasında “girov (ipoteka)” sözləri “ipoteka” sözü ilə
əvəz edilmişdir.
[29] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 32-ci maddəsinin 2-ci bəndində
“, bələdiyyə və”
sözləri “ehtiyaclarının
və ya” sözləri ilə əvəz edilmişdir.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 32-ci maddənin 2-ci
bəndindən "və ya ictimai ehtiyacların"
sözləri çıxarılmışdır.
DÜZƏLİŞ Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8,
vərəq ¹ 2120 ilə düzəliş, “Toplu”nun 1999-cu il
avqust tarixli 8-ci nömrəsində dərc olunmuş
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin
33-cü maddəsinin 2-ci bəndində “Dövlət ehtiyat fondu torpaqlarına
bələdiyyələrin, vətəndaşların və
hüquqi şəxslərin mülkiyyətinə,
istifadəsinə və icarəsinə verilmiş dövlət torpaqları daxildir.” Cümləsi “Dövlət ehtiyat fondu
torpaqlarına bələdiyyələrin,
vətəndaşların və hüquqi şəxslərin
mülkiyyətinə, istifadəsinə və icarəsinə
verilməmiş dövlət torpaqları daxildir.” Kimi
düzəliş edilmişdir.
[30] 31 may 2018-ci il tarixli 1158-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə
1185) ilə 34-cü maddəsinə yeni məzmunda 5-1-ci
bənd əlavə edilmişdir.
[31] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 38-ci maddənin beşinci abzasından "və ictimai-ehtiyaclar" sözləri
çıxarılsın.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 38-ci
maddənin beşinci abzasında “bu
Məcəllədə” sözləri “qanunla” sözü ilə əvəz edilmişdir
və həmin abzasdan “geri”
sözü çıxarılmışdır.
[32] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277 Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 38-ci maddənin altıncı abzasında "qərarlarının"
sözündən sonra "(müqavilələrinin)"
sözü əlavə edilmişdir.
[33] 3 may 2019-cu il tarixli 1578-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 987)
ilə 39-cu
maddəyə yeni məzmunda 4-cü hissə əlavə
edilmişdir.
[34] 21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə 43-cü maddənin
3-cü bəndinin dördüncü abzasında "torpağa mülkiyyət, torpaqdan
istifadə və icarə hüququnu təsdiq edən
sənədlərin rəsmiləşdirilməsi"
sözləri "qanunvericiliklə
müəyyən edilmiş formada sənədlərin
tərtibi" sözləri ilə əvəz
edilmişdir.
[35] 15 dekabr 2017-ci il tarixli 947-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2017-ci il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2271) ilə 45-ci maddəsinə yeni məzmunda 4-cü hissə
əlavə edilmişdir.
1 may 2020-ci il tarixli 72-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci
il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹5, maddə 522) ilə 45-ci maddənin 4-cü bəndin
birinci cümlədə hər iki halda “orqanlarının” sözü “orqanının” sözü ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz
edilmişdir və ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan”
sözləri “vəsaitdən”
sözü ilə əvəz edilmişdir.
[36] 20 iyun 2003-ci il tarixli 483-IIQD
nömrəli “Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişiklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-ci il, ¹8, maddə 423) ilə 46-cı
maddənin 1-ci bəndinə 7-ci abzas əlavə
edilmişdir.
2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
36) ilə 46-cı maddəsinin 1-ci bəndinin yeddinci
abzasında “80-
[37] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
46-cı maddənin 1-ci bəndinin səkkizinci abzasında “istirahət (rekreasiya)”
sözləri “turizm və
rekreasiya” sözləri ilə əvəz edilmişdir.
[38] 20 iyun 2003-ci il tarixli 483-IIQD
nömrəli “Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişiklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-ci il, ¹ 8, maddə 423) ilə
46-cı maddəyə 2-1-ci bənd əlavə edilmişdir.
2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
36) ilə 46-cı maddəsinin 2-1-ci bəndinin birinci
cümləsindən “dövlət
məqsədləri üçün” sözləri
çıxarılmışdır, ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İstifadəyə və icarəyə
verilən Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq
sahələri hasara alınma yolu ilə və ya digər
üsullarla bağlanıla bilməz və dənizin
sahilinə gediş-gəliş məhdudlaşdırıla
bilməz.
2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə 36) ilə 46-cı
maddəsinin 2-1-ci bəndinin birinci cümləsində “80-
18 dekabr 2015-ci
il tarixli 57-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 yanvar 2016-cı il, ¹ 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 24) ilə 46-cı maddənin 2-1-ci bəndinə
yeni məzmunda altıncı və yeddinci cümlələr
əlavə edilmişdir.
13 iyun 2017-ci il tarixli 742-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, maddə 1301) ilə 46-cı
maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində “Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi xüsusi
əhəmiyyətli dövlət obyektlərinin hasarları
istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq”
sözləri “İctimai
çimərliklərdə (müvafiq icra hakimiyyəti
orqanı və ya bələdiyyələr
tərəfindən yaradılan və ya bu məqsədlər
üçün hüquqi və fiziki şəxslərə
icarəyə verilən, gediş-gəlişi
məhdudlaşdırılmayan çimərlik)”
sözləri ilə əvəz edilmişdir.
[39] 4 may 2018-ci il tarixli 1126-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
25 may 2018-ci il, ¹ 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹5, maddə 890) ilə 47-ci maddənin 3-cü hissəsində
“idman meydançalarının”
sözlərindən sonra “və
qəbiristanlıqların” sözləri əlavə
edilmişdir.
[40] 3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə
11) ilə 47-ci maddənin 7-ci bəndinə ikinci
cümlə əlavə edilmişdir.
[41] 18 dekabr 2015-ci il tarixli 60-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, ¹ 10, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 27) ilə 50-ci
maddənin 3-cü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Torpaqdan müvəqqəti istifadə
qısamüddətli — on beş ilədək və uzunmüddətli
—on beş ildən 99 ilədək müəyyən oluna
bilər.
[42] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 50-ci maddəyə yeni məzmunda 4-1-ci bənd
əlavə edilmişdir.
[43] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 51-ci maddənin 5-ci
bəndində "İcarəyə verənin icazəsi
ilə" sözləri "Mülkiyyətçi olan
icarəyə verənin razılığı ilə"
sözləri ilə əvəz edilmişdir.
[44] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 51-ci
maddənin 5-ci bəndində “İcarə
myqaviləsində başqa hal nəzərdə
tutulmamışdırsa” sözləri “İcarə verənin icazəsi ilə”
sözləri ilə əvəz edilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
5. İcarə myqaviləsində
başqa hal nəzərdə tutulmamışdırsa,
icarəçi icarəyə götürdüyü torpaq
sahəsini başqasına subicarəyə (ikinci əldən
icarəyə) verə bilər.
[45] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 51-ci maddənin 6-cı bəndinin birinci
abzasında ", bir qayda
olaraq," sözləri "qanunvericiliklə
müəyyən edilmiş qaydada" sözləri
ilə əvəz edilmişdir.
[46] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
54-cü maddənin 1-ci bəndinə 2-ci cümlə
əlavə edilmişdir.
[47] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 56-cı maddənin 2-ci bəndin ikinci
cümləsində ",
hüquqi və fiziki şəxslərin istifadəsinə
və icarəsinə verilmiş kənd
təsərrüfatına azyararlı və yararsız
torpaqların öz vəsaiti hesabına yararlı hala
salınmış kənd təsərrüfatı
təyinatlı torpaqları, qeyri-kənd
təsərrüfatı məqsədləri üçün
istifadəyə və icarəyə verilmiş torpaq
sahələri" sözləri, üçüncü
cümləsində "müvəqqəti
istifadəsinə və" sözləri
çıxarılmışdır və həmin
bəndə yeni məzmunda dördüncü cümlə
əlavə edilmişdir.
[48] 3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə
11) ilə 56-cı maddənin 2-ci bəndinin ikinci
cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
Bələdiyyələrin
yaşayış məntəqələrinin perspektiv inkişafı
üçün ayrılan ərazilərdə
yerləşmiş kənd təsərrüfatına
yararlı torpaq sahələri, habelə ehtiyat fondunun kənd
təsərrüfatına az yararlı və yararsız torpaq
sahələri özəlləşdirilə bilər.
13 fevral 2015-ci il tarixli 1182-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci
il, ¹ 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹3, maddə 244) ilə 56-cı maddəsinin 2-ci
hissəsinin dördüncü cümləsinə “torpağın ayrılması”
sözlərindən sonra “, habelə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəlikləri yerinə yetirmək məqsədi ilə
torpağın dövlət mülkiyyətinə və ya
icarəsinə verilməsi” sözləri əlavə
edilmişdir.
30 sentyabr 2015-ci il
tarixli 1330-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 noyabr 2015-ci
il, ¹ 243, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1094) ilə 56-cı maddəsinin 2-ci
hissəsinin dördüncü cümləsinə “vətəndaşlarının
mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən
edilmiş məhdudiyyət nəzərə alınmaqla”
sözləri əlavə edilmişdir.
[49] 19 may 2020-ci il tarixli 114-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2020-ci il, ¹ 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
832) ilə 56-cı maddənin 4-cü hissəsinin
üçüncü abzasında “əlil olmuş” sözləri “iştirakla əlaqədar əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz edilmişdir.
[50] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 56-cı maddənin 4-cü və 5-ci
bəndlər yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4. Bu torpaqlar kənd təsərrüfatı
istehsalı üçün istifadəyə və
icarəyə aşağıdakı növbəliliyə
əməl edilməklə verilir:
müvafiq
ərazidə müvəqqəti məskunlaşmış
məcburi köçkünlər;
müvafiq
rayonun (şəhərin) ərazisində yaşayan və
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğun torpaq payı almamış hüquqi və
fiziki şəxslər;
«Torpaq
islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, müvafiq ərazidə torpaq payı
almış hüquqi və fiziki şəxslər;
Azərbaycan Respublikasının
digər vətəndaşları və hüquqi
şəxsləri;
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
və xarici ölkələrin hüquqi şəxsləri.
5.
Sərhədyanı və dağlıq ərazilərdə
yaşayan, daimi yaşamaq üçün həmin
ərazilərə köçən, təsərrüfatla
məşğul olmaq istəyən gənclər
qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq
sahələri ilə ilk növbədə təmin olunurlar.
[51] 3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə
11) ilə 56-cı maddənin 6-ci (əvvəlki 5-ci)
bəndinə üçüncü abzas əlavə
edilmişdir.
23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 2, maddə 67) ilə 56-cı maddəsinin
6-cı bəndinin üçüncü abzasında "razılığı"
sözü "rəyi"
sözü ilə əvəz edilmişdir.
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 56-cı maddənin 6-cı bəndin birinci
abzasında hər iki halda "qərarı"
sözündən sonra "(müqavilə)"
sözü əlavə edilmişdir və
üçüncü abzası yeni redaksiyada verilmişdir.
[52] 5 mart 2019-cu il tarixli 1526-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
28 mart 2019-cu il, ¹ 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 392) ilə 56-cı
maddəyə yeni məzmunda 10-cu bənd əlavə
edilmişdir.
1 may 2020-ci il tarixli 72-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci
il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹5, maddə 522) ilə 56-cı maddənin 10-cu bəndin
ikinci cümləsində hər iki halda “orqanlarının” sözü “orqanının” sözü ilə, “hesablarına” sözü “hesabına, 7 faizi isə dövlət
büdcəsinə” sözləri ilə əvəz
edilmişdir və üçüncü cümlədə “vəsaitin bölgüsü
və ondan” sözləri “vəsaitdən”
sözü ilə əvəz edilmişdir.
[53] 3 may 2019-cu il tarixli 1578-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 987)
ilə 58-ci
maddənin 1-ci hissəsində “təbiətin”
sözü “ətraf mühitin”
sözləri ilə əvəz edilmişdir.
[54] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 59-cu maddənin 1-ci bəndin ikinci abzasda "daimi istifadəsinə"
sözləri, dördüncü abzasda isə "tikinti başa
çatanadək müvəqqəti istifadəsinə"
sözləri "mülkiyyətinə"
sözü ilə əvəz edilmişdir.
[55] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 59-cu maddənin 1-ci bəndin beşinci abzasda "və ya icarəsinə"
sözləri çıxarılmışdır.
[56] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 59-cu maddənin 1-ci bəndin altıncı
abzasda "hüquqi və fiziki
şəxslərin" sözlərindən əvvəl "bu Məcəllənin 48-ci
maddəsinin 3-cü bəndində göstərilən"
sözləri əlavə edilmişdir.
[57] 7 sentyabr 2004-cü il 731-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarında dəyişikliklər edilməsi
və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-ci il, ¹ 10, maddə
761) ilə Məcəllənin 61-ci maddəsi
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Maddə 61.
Çoxmənzilli yaşayış evlərinə aid torpaq
sahələri
1.
Dövlət və bələdiyyə mülkiyyətində
olan (yaxud qismən özəlləşdirilmiş)
çoxmənzilli yaşayış evlərinə aid torpaq
sahələri dövlət və ya bələdiyyə
mülkiyyətində qalmaqla, həmin evləri idarə
edən müvafiq təşkilatların daimi
istifadəsinə verilir.
2. Tam olaraq
özəlləşdirilmiş çoxmənzilli
yaşayış evlərinin, habelə onlara aid olan
qeyri-yaşayış binalarının torpaq sahələri
həmin evlərin idarə edilməsi üçün
onların sakinləri tərəfindən təsis edilmiş
özünüidarəetmə təşkilatlarının
daimi istifadəsinə verilir.
3. Çoxmənzilli
yaşayış evlərinə aid torpaq sahələrinin
təyinatından kənar məqsədlər
üçün istifadəsinə, habelə xüsusi
mülkiyyətə və icarəyə verilməsinə yol
verilmir.
[58] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 65-ci maddənin 3-cü bəndin birinci
cümləsi çıxarılmışdır.
[59] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 65-ci maddənin 4-cü və 5-ci
bəndlərdə "planının
və təsvirinin" sözləri "planı və ölçüsünün"
sözləri ilə əvəz edilmişdir.
[60] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
“Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
66-cı maddəyə 5-ci bənd əlavə edilmişdir.
21 aprel
2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 478) ilə 66-cı maddədə 2-ci bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Torpaq üzərində mülkiyyət
hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
qərarına əsasən, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilən dövlət aktı
(şəhadətnamə) ilə rəsmiləşdirilir.
3-cü bənd
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
3. Torpaqdan (o cümlədən, icarə
şərtləri ilə verilmiş torpaqdan)
müvəqqəti istifadə hüququ müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilən
şəhadətnamə və tərəflər arasında
bağlanılan icarə müqaviləsi ilə
rəsmiləşdirilir.
4-cü bənddən
"Dövlət aktının,
şəhadətnamənin," sözləri
çıxarılmışdır.
ç) 5-ci bənd
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5. Torpaq üzərində hüquq
daşınmaz əmlakın dövlət reyestrində
qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə
alınır
26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3) ilə 66-cı maddənin 4-cü bəndindən
" ipoteka," sözü
çıxarılmışdır.
[61] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
67-cı maddənin 1-ci bəndində ”torpaq reyestrində” sözlərindən sonra ”habelə qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz
əmlakın dövlət reyestrində” sözləri
əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Torpaq sahələri
üzərində hüquqlar, o cümlədən hüquqi
və fiziki şəxslərin, habelə dövlət
orqanlarının və bələdiyyələrin hüquqları,
onları yaradan əsaslar müdafiə olunmaq
məqsədilə dövlət torpaq kadastrında və
dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir.
21 aprel
2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 478) ilə 67-ci maddədə. 1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Torpaq sahələri üzərində
hüquqlar, o cümlədən hüquqi və fiziki
şəxslərin, habelə dövlət orqanlarının
və bələdiyyələrin hüquqları, onları
yaradan əsaslar müdafiə olunmaq məqsədilə
dövlət torpaq kadastrında və dövlət torpaq
reyestrində, habelə qanunvericiliklə müəyyən
edilmiş qaydada daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyatdan keçirilməlidir.
[62] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
67-cı maddənin 2-ci bəndində “torpaq reyestrində” sözlərindən sonra ”habelə qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz
əmlakın dövlət reyestrində” sözləri
əlavə edilmişdir. 67-cı maddənin 2-ci bəndinin
əvvəlki redaksiyasında deyilirdi:
2. Dövlət torpaq kadastrında və
dövlət torpaq reyestrində torpaq sahələri
üzərində mülkiyyətçilərin,
istifadəçilərin və icarəçilərin hüquqları
və vəzifələri barədə qeydlər əsas
təsdiqedici və hüquq müəyyənedici
sənəddir.
21 aprel
2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 478) ilə 2-ci bənd çıxarılmışdır.
əvvəlki redaksiyasında deyilirdi:
2. Dövlət torpaq kadastrında və
dövlət torpaq reyestrində, habelə qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz
əmlakın dövlət reyestrində torpaq sahələri
üzərində mülkiyyətçilərin,
istifadəçilərin və icarəçilərin
hüquqları və vəzifələri barədə qeydlər
əsas təsdiqedici və hüquq müəyyənedici
sənəddir.
[63] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 68-ci maddədə "yerquruluşu
planlarının və təsvirlərinin"
sözləri "planı
və ölçüsünün" sözləri
ilə əvəz edilmişdir.
[64] 20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə XIV
fəslin adı yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
TORPAQ SAHƏLƏRİNİN GERİ ALINMASI
[65] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 70-ci maddədə, 1-ci, 3-cü,
5-ci və 8-ci bəndlərdən "və ya ictimai
ehtiyaclar" sözləri
çıxarılmışdır, 6-cı bənddə
"ictimai ehtiyaclar" sözləri "dövlət
ehtiyacları" sözləri ilə əvəz
edilmişdir və 9-cu bənddə "və ictimai
ehtiyaclar" sözləri "ehtiyacları" sözü
ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin 1-ci bəndində
“, bələdiyyə və”
sözləri “ehtiyacları
və ya” sözləri ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin 3-cü
bəndində “məcburi geri
alınması” sözləri “dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsi” sözləri ilə
əvəz edilmişdir, “, istifadədə”
sözü və “və ya
bələdiyyənin vəsatəti əsasında
məhkəmənin” sözləri
çıxarılsın, ikinci cümlə əlavə
edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin 4-cü
bəndində “məcburi
satın alınması yalnız mühüm dövlət,
bələdiyyə və ictimai obyektlərin
yerləşdirilməsi məqsədilə” sözləri
“dövlət ehtiyacları
və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş hallarda və şərtlərlə”
sözləri ilə əvəz edilmişdir.
1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348) ilə 70-ci maddəsinin
4-cü bəndindən "və
ya ictimai ehtiyaclar" sözləri
çıxarılmışdır.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin 5-ci bəndində
“, bələdiyyə”
sözü “ehtiyacları”
sözü ilə, “satın
alındıqda” sözləri “özgəninkiləşdirildikdə” sözü
ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin 6-cı
bəndində “bələdiyyə
ehtiyacları” sözləri “ictimai
ehtiyaclar” sözləri ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 70-ci maddəsinin
-ci bəndində “,
bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz
edilmişdir.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹06, maddə
497) ilə 70-ci maddə
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 70.
Torpaq sahələrinin geri alınmasının ümumi
qaydaları
1.
Mülkiyyətdə, istifadədə və icarədə olan
torpaq sahələri dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri
alına bilər.
2. Torpaq
sahələri mülkiyyətçilərin,
istifadəçilərin və icarəçilərin
razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin qərarı (və ya
müqavilə) əsasında geri alına (satın alına)
bilər.
3.
Mülkiyyətdə və icarədə olan torpaqların
dövlət ehtiyacları və ya ictimai ehtiyaclar
üçün özgəninkiləşdirilməsi müvafiq
icra hakimiyyəti orqanının qərarı ilə həyata
keçirilir.
Əvəzsiz
istifadədə olan torpaqların məcburi geri alınması
müvafiq icra hakimiyyəti orqanının və ya
bələdiyyənin vəsatəti əsasında
məhkəmənin qərarı ilə həyata
keçirilir.
4.
Xüsusi mülkiyyətdə olan torpaqların dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsinə Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş hallarda və
şərtlərlə yol
verilir.
5.
Hüquqi və fiziki şəxslərin
mülkiyyətində olan torpaq sahələri dövlət,
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada
özgəninkiləşdirildikdə, onun dəyəri
qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə,
idarə və ya təşkilatın, yaxud müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
vəsaiti hesabına torpağın geri alındığı
vaxtda mövcud olan bazar qiyməti ilə həmin
şəxsə tam həcmdə ödənilir.
6.
İstifadədə və icarədə olan dövlət
torpaqlarının dövlət ehtiyacları üçün geri alınması zərurəti
yarandıqda, bələdiyyələr bu barədə
müvafiq icra hakimiyyəti orqanları qarşısında
vəsatət qaldırırlar.
7.
Torpağın geri alınması barədə qərarlardan
məhkəmə qaydasında şikayət vermək olar.
8. Torpaq
sahəsi dövlət, ehtiyacları və ya ictimai ehtiyaclar üçün
geri alındıqda, qarşılıqlı razılıq
əsasında onun əvəzində mülkiyyətçiyə
və ya istifadəçiyə (icarəçiyə) eyni
ölçüdə və keyfiyyətdə başqa
yerdə torpaq sahəsi də verilə bilər.
9. Torpaq sahələrinin
geri alınması, dövlət ehtiyacları üçün alınması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə tənzimlənir.
[66] 20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 71-ci
və 72-ci maddələr çıxarılmışdır.
[67] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 71-ci maddəsinin 1-ci bəndinin
üçüncü abzasında “satın” sözü “geri”
sözü ilə əvəz edilmişdir.
[68] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 71-ci maddəsinin 2-ci bəndində
“, bələdiyyə və”
sözləri “ehtiyaclarının
və ya” sözləri ilə əvəz edilmişdir, “və ya bələdiyyə”
sözləri çıxarılmışdır.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 71-ci maddənin 2-ci bəndindən "və
ya ictimai ehtiyacların" sözləri
çıxarılmışdır.
[69] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 71-ci
maddənin 3-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Torpaq sahələrinin
özgəninkiləşdirmə zonası həmin
sahələrin geri alınmasından azı bir il əvvəl
mülkiyyətçilərə, istifadəçilərə
və ictimaiyyətə rəsmi elan edilməlidir. Torpaq
sahələrinin bir ildən tez geri alınmasına onların
mülkiyyətçilərinin, istifadəçilərinin
və ya icarəçilərinin razılıqları olduqda
yol verilir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 71-ci maddəsinin 3-cü
bəndində “iddia” sözü “qərardan iddia”
sözləri ilə əvəz edilmişdir.
[70] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 73-cü maddənin 1-ci bəndinin səkkizinci
abzasında "2 il dalbadal"
sözləri "1 il"
sözləri ilə əvəz edilmişdir.
[71] 1 iyun 2004-cü il tarixli 677-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-ci il, ¹ 6, maddə 415) ilə 73-cü maddənin 1-ci
bəndinin on birinci abzasında “məhkəmə
tərəfindən” sözləri “qanunla” sözü ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 73-cü
maddənin 1-ci bəndinin on birinci abzası yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
dövlət, bələdiyyə və
ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri
alınması zəruriliyi qanunla müəyyən
edildikdə;
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 73-cü maddənin 1-ci bəndinin
on birinci abzasında “,
bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz
edilmişdir.
dövlət, bələdiyyə və ya ictimai
ehtiyaclar üçün torpaq sahələrinin geri
alınması zəruriliyi qanunla müəyyən
edildikdə;
[72] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 73-cü maddənin 1-ci
bəndində, on birinci abzasdan "və ya ictimai
ehtiyaclar" sözləri
çıxarılmışdır, on ikinci abzas yeni redaksiyada
verilmişdir.
əvəlki redaksiyada deyilirdi:
tikili və qurğu üzərində
mülkiyyət hüququ və ya əməli
idarəçilik hüququ başqasına keçdikdə;
[73] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 75-ci maddəsinin 1-ci bəndində
“qalan abzaslarda”
sözlərindən əvvəl “11-ci abzasında nəzərdə tutulmuş halda torpaq
üzərində mülkiyyət və icarə hüququna
müvafiq icra hakimiyyəti orqanı tərəfindən,
əvəzsiz istifadə hüququna isə müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
vəsatəti üzrə məhkəmə
tərəfindən,” sözləri əlavə
edilmişdir.
[74] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
75-cı maddənin 3-ci bəndindən “mülkiyyət” sözü
çıxardılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Bu Məcəllənin 73-cü
maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında
nəzərdə tutulan hallarda torpaq sahələri
üzərində mülkiyyət, istifadə və icarə
hüquqlarına xitam verilməsi haqqında qərar,
buraxılmış nöqsanların (pozuntuların)
müəyyən edilmiş vaxtda aradan qaldırılması
barədə xəbərdarlıqdan sonra tədbirlər
görülmədikdə qəbul edilir.
[75] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
75-cı maddəyə 6-cı bənd əlavə
edilmişdir.
[76] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
78-cı maddəyə 8-cı bənd əlavə
edilmişdir.
[77] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə XVI
fəsil çıxarılmışdır.
[78] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 84-cü maddənin 5-ci
bəndinin birinci cümləsindən "və ya ictimai
ehtiyaclar" sözləri çıxarılmışdır,
ikinci cümləsində "və ictimai ehtiyaclar"
sözləri "ehtiyacları" sözü ilə
əvəz edilmişdir.
[79] 1 iyun 2004-cü il tarixli 677-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-ci il, ¹ 6, maddə 415) ilə 84-cü maddənin 5-ci
bəndinə “şəxsə”
sözündən sonra “istifadəyə”
sözü və həmin bəndə ikinci cümlə
əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5. Hüquqi və ya fiziki şəxsə
verilmiş torpaq sahəsi dövlət, bələdiyyə
və ictimai ehtiyaclar üçün yalnız o
şərtlə geri alına bilər ki, torpağı geri
alan müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni
ölçüdə və keyfiyyətdə başqa torpaq
sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri
alınan hüquqi və ya fiziki şəxs torpaqla birlikdə
əldə edilmiş yaşayış, istehsal və başqa
tikililərin əvəzinə yeni yerdə
təzələrini tiksin və bu Məcəlləyə
uyğun olaraq, bütün qalan zərəri tam həcmdə
ödəsin.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8,
maddə 657) ilə 84-cü maddəsinin 5-ci bəndinin birinci
cümləsində “,
bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə əvəz
edilmişdir.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 84-cü
maddənin 5-ci bəndi çıxarılmışdır.
[80] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 86-ci maddənin 1-ci
bəndin altıncı abzasında ", bələdiyyə" sözü
çıxarılmışdır və həmin
bəndə yeni məzmunda yeddinci abzas əlavə
edilmişdir.
[81] 3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə
11) ilə 86-cı maddənin 2-ci bəndində “istifadəsində olan
bələdiyyə torpaqları” sözləri “istifadəsində və
icarəsində olan bələdiyyələrin kənd
təsərrüfatına yararlı torpaqları”
sözləri ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Bu Məcəllədə
nəzərdə tutulmuş dövlət torpaqları,
ümumi istifadədə olan, habelə hüquqi və fiziki
şəxslərin istifadəsində istifadəsində olan
bələdiyyə torpaqları alqı-satqı obyekti ola
bilməz.
[82] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 86-ci maddənin 4-cü
bənddə "haqqı
ödənilməklə istifadə və"
sözləri çıxarılmışdır.
[83] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 86-ci maddənin 6-cı
bəndin ikinci abzasında "Ərazi
planlaşdırılması əsasında yaşayış
məntəqəsinin infrastruktur sahələrinin
(sahibkarlıq fəaliyyətinə aid edilməyən və
ictimai ehtiyacların ödənilməsi məqsədləri
daşıyan obyektlər istisna olmaqla) yaradılması
üçün nəzərdə tutulan torpaqların"
sözləri "Bələdiyyə
torpaqlarının" sözləri ilə və "onlardan istifadə və"
sözləri "onlar
üzərində" sözləri ilə əvəz
edilmişdir.
[84] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 88-ci maddənin 3-cü
bəndində, birinci abzas yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Xüsusi mülkiyyətdə olan
tikiliyə, “(fərdi və çoxmənzilli yaşayış
evlərindən başqa) qurğuya və ya müəssisəyə
(obyektə) mülkiyyət hüququ başqa şəxsə
(şəxslərə) keçərkən obyektin
yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət
hüququ, bağışlanma halları istisna olaraq
torpağın dəyəri ödənilməklə, həmin
şəxsə (şəxslərə) daşınmaz
əmlak üzərində mülkiyyət paylarına
uyğun olaraq keçir.
[85] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 88-ci maddənin 3-cü
bəndinə “tikiliyə”
sözündən sonra “(fərdi
və çoxmənzilli yaşayış evlərindən
başqa)” sözləri əlavə edilsin, bu bəndə
ikinci və üçüncü abzaslar əlavə
edilmişdir.
[86] 20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273) ilə
89-cu maddənin adına “girov”
sözündən əvvəl “və
onun üzərində hüquqların” sözləri
əlavə edilmişdir.
[87] 20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 89-cu maddənin 1-ci və
6-cı (hər iki halda) hissələrdə “girov” sözü “ipoteka”
sözü ilə əvəz edilmişdir.
[88] 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3) ilə 4-cü və 5-ci bəndlər yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
4. Kənd təsərrüfatı
təyinatlı torpaqların ipotekasına yalnız
bilavasitə kənd təsərrüfatı məhsulları
istehsalı ilə əlaqədar olan öhdəliklərin
təmin edilməsi məqsədilə yol verilir.
5.
Tikililər, qurğular və ya müəssisələr girov
qoyularkən girovsaxlayanın həmin obyektlərin normal
fəaliyyəti üçün zəruri olan
ölçüdə torpaq sahəsinin də girov
qoyulmasını (ipotekasını) tələb etmək
hüququ vardır.
[89] 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3) ilə 7-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
7. Əgər girovqoyan icrasını
təmin etmək üçün torpağın girova verildiyi
öhdəliklərin yerinə yetirilməsini
gecikdirərsə, girovsaxlayan girovla yüklü edilmiş
torpağı açıq hərracdan satmaq hüququna
malikdir. Girovsaxlayan öz tələbini yüklü edilmiş
torpağın hesabına başqa üsulla təmin edə
bilməz. Bu cür razılaşma etibarsızdır.
20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 89-cu maddənin 7-ci
hissədə “Girov qoyan (ipoteka
qoyan)” sözləri “İpoteka
qoyan” sözləri ilə, “girov
(ipoteka)” sözləri “ipoteka”
sözü ilə əvəz edilmişdir.
[90] 20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 89-cu maddənin 8-ci
hissədə “Girovsaxlayan”
sözü “İpotekasaxlayan”
sözü ilə, “girovla”
sözü “ipoteka ilə”
sözləri ilə, “girov”
sözü “ipoteka”
sözü ilə əvəz edilmişdir.
[91] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
89-cı maddənin 9-cu bəndində “qanunvericiliyi” sözündən sonra “və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi”
sözləri əlavə edilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
9. Torpaq sahəsinin girov
qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan
Respublikasının girov haqqında qanunvericiliyi ilə
tənzimlənir.
26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3) ilə 9-cu bənddə "girov haqqında"
sözləri "ipoteka haqqında" sözləri ilə əvəz edilmişdir.
20 noyabr 2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273) ilə 89-cu maddənin 9-cu
hissədə “girov
qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan
Respublikasının ipoteka haqqında qanunvericiliyi”
sözləri “ipotekaya
qoyulması qaydası “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu” sözləri ilə əvəz
edilmişdir.
[92] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 92-ci
maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. İkinci
bəndin əvvəlki redaksiyasında deyilirdi:
2. Qanunvericilikdə başqa hal
nəzərdə tutulmamışdırsa,
vərəsələr olmadıqda və ya
vərəsəlikdən imtina edildikdə torpaq sahəsi
bələdiyyələrin ehtiyat torpaq fonduna verilir.
19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, ¹ 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 832)
ilə 92-ci maddənin 2-ci hissəsində “qocalar, əlillər üçün
müəssisələrin” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar üçün sosial xidmət
müəssisələrinin” sözləri ilə
əvəz edilmişdir.
[93] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 93-cü maddənin 3-cü bəndinin
dördüncü abzasında "planı,
təsviri" sözləri "planı
və ölçüsü" sözləri ilə
əvəz edilmişdir.
[94] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 96-cı maddənin
3-cü bənddə "bilavasitə
satıldıqda qiymətlər" sözləri "fərdi yaşayış
evinin tikintisi üçün bilavasitə satıldıqda
qiymətlər, habelə hərraca və ya
müsabiqəyə çıxarılan bələdiyyə
mülkiyyətində olan torpaqların ilkin qiyməti
(qiyməti)" sözləri ilə əvəz
edilmişdir və yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir, 4-cü və 8-ci bəndlər
çıxarılmışdır.
[95] 30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 96-cı maddəsinin 6-cı
bəndinin birinci cümləsində “qiyməti müstəqil qiymətləndiricilərin
(ekspertlərin) rəyi nəzərə alınmaqla” sözləri
“satınalma qiyməti
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq” sözləri
ilə əvəz edilmişdir.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 96-cı maddənin 6-cı
bəndinin birinci cümləsində "və ictimai
ehtiyacları" sözləri "ehtiyaclarını"
sözü ilə əvəz edilmişdir.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
¹06, maddə 497) ilə 96-cı maddənin 6-cı bəndi
çıxarılmışdır.
[96] 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 3) ilə 96-cı maddədə,5-ci bənddə
"mülkiyyətdə olan torpaq sahələrinin"
sözlərindən sonra "(ipoteka predmeti olan torpaq sahələri istisna
olmaqla)" sözləri əlavə edilmişdir, maddəyə yeni məzmunda
10-cu bənd əlavə edilmişdir.
[97] 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli “Azərbaycan Respublikası Vergi
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi barədə” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə 98-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 98.
Torpaq vergisi
1. Azərbaycan Respublikasında torpaqdan
istifadəyə görə torpaq vergisi tutulur.
2.
Mülkiyyətində və istifadəsində torpaq sahəsi
olan hüquqi və fiziki şəxslər torpaq vergisi
ödəyirlər.
3. Torpaq
vergisi torpaq mülkiyyətlərinin və
istifadəçilərinin təsərrüfat
fəaliyyətinin nəticələrindən asılı
olmayaraq, torpaq sahəsinə görə sabit tədiyə
formasında hesablanır.
4. Torpaq
vergisinin dərəcələri torpağın
təyinatından,sahəsindən, coğrafi
yerləşməsindən və keyfiyyətindən
asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş qaydada
müəyyənləşdirilir.
Torpaq
vergisinin müəyyən edilməsi üçün
dövri olaraq onun renta qiymətləndirilməsi
aparılır.
5.
Keyfiyyət xarakteristikası müəyyən edilməmiş
torpaq sahələrinə görə torpaq vergisini hesablamaq
məqsədi ilə torpaq sahəsinin daxil olduğu inzibati
ərazi vahidi üzrə torpağın orta bonitet balı
qəbul edilir.
6.
Azərbaycan Respublikasında torpaqdan istifadəyə
görə torpaq vergisinin müəyyən edilməsi və
ödənilməsi qaydaları Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən edilir.
19 aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli “Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında” Azərbaycan Respublikası
qanununun tətbiq edilməsi ilə əlaqədar
”Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin
həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti Fərmanının qüvvədən
düşmüş hesab edilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 237) ilə 98-ci
maddənin 5-ci bəndində “inzibati
rayon (şəhər)” sözlərini “inzibati ərazi vahidi” sözləri ilə
əvəz edilmişdir. [Qeyd:
98-ci maddəyə edilmiş daha öncəki
dəyişiklikdən dolayı 98-ci maddənin 5-ci bəndi
artıq mövcüd deyil.]
[98] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 99-cu maddənin 4-cü
bənddə "və
bələdiyyə" sözləri
çıxarılmışdır, "aşağı həddi"
sözlərindən sonra "və
hərraca (müsabiqəyə) çıxarılan
dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqların icarə
haqqının ilkin qiyməti (qiyməti)"
sözləri əlavə edilmişdir.
[99] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 99-cu maddənin 5-ci
bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5. Dövlət və
bələdiyyə mülkiyyətində olan kənd
təsərrüfatı təyinatlı torpaqlara təklif
tələbi üstələdiyi hallarda icarə haqqı
güzəştli tətbiq edilə bilər.
[100] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 99-cu maddənin 6-cı
bənd çıxarılmışdır.
[101] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə
101-cı maddənin 1-ci bəndinə ikinci cümlə
əlavə edilmişdir.
[102] 16 dekabr 2016-cı il tarixli 473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 yanvar 2017-ci il, ¹ 9, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə 24) ilə 104-cü
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İnzibati-ərazi vahidləri arasında ərazi
məsələləri üzrə mübahisələrə
aidiyyəti üzrə Azərbaycan Respublikası Milli
Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin yaratdığı xüsusi komissiyalar
tərəfindən baxılır.
[103] 13 yanvar 2004-cü il tarixli 587-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-ci il, ¹ 2, maddə 59) ilə 110-cu maddənin
onuncu abzasında “öhdəliklərin
yerinə yetirilməməsi” sözlərindən sonra “Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 80-130 metrlik zolağının
altında olan torpaq sahələrinin hasara alınması yolu
ilə və ya digər üsullarla bağlanılması
və dənizin sahilinə gediş-gəlişin
məhdudlaşdırılması” sözləri
əlavə edilmişdir.
2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
36) ilə 110-cu maddəsinin onuncu abzasında “80-
5 aprel
2016-cı il tarixli 185-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 aprel
2016-cı il, ¹ 91, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 639) ilə 110-cu maddəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 110.
Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Aşağıdakı
hərəkətlərin törədilməsində
təqsiri olan şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar:
bu
Məcəllənin 109-cu maddəsində göstərilən
əqdlərin bağlanılması;
torpaq
sahələrinin özbaşına tutulması;
torpaq
sahələrində qanunsuz tikinti aparılması;
torpaqların kateqoriyalarının
qanunvericiliyə riayət edilmədən
dəyişdirilməsi;
torpaqların zibilləndirilməsi,
istehsalat və məişət tullantıları ilə,
kimyəvi və radioaktiv maddələrlə, habelə
çirkab suları ilə çirkləndirilməsi,
bakterial-parazitik və zərərli karantin orqanizmlərlə
yoluxdurulması;
torpaqları
yaxşılaşdırmaq və onları külək, su
eroziyasından və torpaqların münbitliyini
pisləşdirən digər proseslərdən mühafizə
etmək üçün məcburi tədbirlərin
görülməməsi;
torpaqların (o cümlədən
meşə torpaqlarının) münbit qatının
korlanması;
torpağın vəziyyətinə
zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi,
tikilməsi və istismara verilməsi;
müvəqqəti istifadəyə
və icarəyə verilən torpaqların vaxtında
qaytarılmaması və ya onları təyinatı
üzrə istifadə etmək üçün yararlı hala
salmaq barədəki öhdəliklərin yerinə
yetirilməməsi, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq
sahələrinin qanunsuz hasara alınması yolu ilə və
ya digər üsullarla bağlanılması və ya
dənizin sahilinə gediş-gəlişin
məhdudlaşdırılması;
mülkiyyətdə
və istifadədə olan torpaqların hüdudlarının,
mərz nişanlarının məhv edilməsi;
torpaqların dövlət
uçotundan, qeydiyyatından gizlədilməsi,
kəmiyyət və keyfiyyətinə dair məlumatların
təhrif edilməsi;
torpaq
sahələrində meteoroloji şəbəkələrin
və ölçü vasitələrinin geodeziya-istinad
məntəqələrinin və yerüstü
nişanların, habelə meliorasiya və irriqasiya
sistemlərinin sıradan çıxarılması.
[104] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 111-ci maddənin 3-cü
bəndinin ikinci cümləsi
çıxarılmışdır.