“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə[1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddələr 453, 494; 1998-ci il, № 1, maddə 10; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379; 2001-ci il, № 2, maddə 88, № 3, maddə 145, № 6, maddə 363, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 246, № 6, maddə 328, № 8, maddələr 463, 464; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 60, № 3, maddə 133, № 6, maddə 397, № 8, maddələr 596, 598) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.  17-ci maddənin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.”.

2.  Qanuna aşağıdakı məzmunda 47-1-ci maddə əlavə edilsin:

 

“M a d d ə 4 7-1. Azərbaycan Respublikası Milli Məclisinin vəfat etmiş deputatının ailə üzvlərinin pensiya təminatı

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyəti müddətində vəfat etdikdə onun ailə üzvləri – dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alırlar.

Pensiyaya çıxmış Azərbaycan Respublikası Milli Məclisinin deputatı vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.

Bu maddədə nəzərdə tutulan pensiyanın məbləği deputatın ailə üzvləri arasında bərabər bölünür.”.

3. 72-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin, üçüncü hissə dördüncü hissə hesab edilsin:

“Azərbaycan Respublikası Milli Məclisi deputatının orta aylıq əməkhaqqı onun son on iki ay ərzində Azərbaycan Respublikasının Milli Məclisindən aldığı vəzifə maaşının, müavinətlərin və vergi tutulan başqa əlavə ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2005-ci il

                     № 889-IIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə ləğv edilmişdir.