Qəmər Almaszadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycanın milli xoreoqrafiya sənətinin inkişafında misilsiz xidmətlərinə görə xalq artisti Qəmər Hacı Ağa qızı Almaszadə “Şöhrət” ordeni ilə təltif edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 27 mart 1995-ci il.

 № 300.