Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının aşağıdakı əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra):

Seyidov Məhərrəm Mirəziz oğlu—Naxçıvan MR Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspektoru, milis kapitanı.

Əliyev İlham Müzəffər oğlu—Nizami (Gəncə şəhəri) RDİŞ cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, milis leytenantı.

Kovalyov Yuri Petroviç—XTMD milis starşinası.

Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu—Şəki ŞDİŞ sahə inspektoru, milis baş leytenantı.

Hacıyev Əlif Lətif oğlu—Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi, milis mayoru.

Məmmədov Səfərəli Qurban oğlu—Ağdam RDİŞ vzvod komandiri, milis leytenantı.

Əliyev Yusif Əliyusif oğlu—Bakı şəhəri Dİİ PQKA 3-cü rotasının milis nəfəri, sıravi.

Hüseynov Vüqar Tofiq oğlu—XTMD milis nəfəri, milis baş serjantı.

Quliyev Nofəl Zahid oğlu—XTMD milis nəfəri, milis starşinası.

Abbasov Mehdi Yusif oğlu—XTMD rota komandiri, milis baş leytenantı.

Müslümov Valeh Əlirza oğlu—XTMD milis nəfəri, milis serjantı.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 6 iyun 1992-ci il.

                   № 831.