R.Ə.Əsgərovun həqiqi hərbi
xidmətdən ehtiyata buraxılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 40.1-ci və 41.0.9-cu maddələrinə, “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü
maddəsinin ikinci hissəsinə əsasən qərara alıram:
1. General-mayor Ramil Əlimran oğlu Əsgərov hərbi
geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində həqiqi
hərbi xidmətdən ehtiyata buraxılsın.
2. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2020-ci il
№ 2289