R.Ə.Əsgərovun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. General-mayor Ramil Əlimran oğlu Əsgərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2020-ci il

№ 2287