Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 963) ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.1-ci, 2.2.2-ci və 2.2.4-2.2.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2.1. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

2. məktəbəqədər təhsil;

3. ibtidai sinif müəllimliyi;

4. korreksiyaedici təlim;

5. filologiya (dil və ədəbiyyat göstərilməklə);

6. jurnalistika;

7. kitabxanaçılıq və informasiya fəaliyyəti;

2.2.2. tarix fənni üzrə:

1. tarix;

2. tarix müəllimliyi;

3. tarix və coğrafiya müəllimliyi;

4. politologiya;

5. fəlsəfə;

6. kitabxanaçılıq və informasiya fəaliyyəti;

7. sosiologiya;

8. muzey, arxiv işi və abidələrin qorunması;

9. psixologiya;

2.2.4. riyaziyyat fənni üzrə:

1. riyaziyyat;

2. riyaziyyat müəllimliyi;

3. riyaziyyat və informatika müəllimliyi;

4. statistika;

5. mexanika;

6. kompüter elmləri;

7. aerokosmik mühəndislik;

8. aqromühəndislik;

9. aviasiya təhlükəsizliyi mühəndisliyi;

10. cihaz mühəndisliyi;

11. dəniz naviqasiyası mühəndisliyi;

12. ekologiya mühəndisliyi;

13. energetika mühəndisliyi;

14. gəmi energetik qurğularının istismarı mühəndisliyi;

15. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

16. geologiya və geofizika mühəndisliyi;

17. geomatika və geodeziya mühəndisliyi;

18. hava nəqliyyatının hərəkətinin təşkili;

19. informasiya texnologiyaları;

20. inşaat mühəndisliyi;

21. kommunikasiya sistemləri mühəndisliyi;

22. kompüter mühəndisliyi;

23. logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;

24. maşın mühəndisliyi;

25. materiallar mühəndisliyi;

26. mədən mühəndisliyi;

27. meliorasiya mühəndisliyi;

28. metallurgiya mühəndisliyi;

29. mexanika mühəndisliyi;

30. mexatronika və robototexnika mühəndisliyi;

31. neft-qaz mühəndisliyi;

32. nəqliyyat mühəndisliyi;

33. nəqliyyat tikintisi mühəndisliyi;

34. proseslərin avtomatlaşdırılması mühəndisliyi;

35. sənaye mühəndisliyi;

2.2.5. fizika fənni üzrə:

1. fizika;

2. fizika müəllimliyi;

3. mexanika;

4. geologiya və geofizika mühəndisliyi;

5. elektrik və elektronika mühəndisliyi;

6. radiotexnika və telekommunikasiya mühəndisliyi;

7. materiallar mühəndisliyi;

8. mühəndis fizikası;

2.2.6. kimya fənni üzrə:

1. kimya;

2. kimya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. qida mühəndisliyi;

6. kimya mühəndisliyi;

7. şərabçılıq;

8. torpaqşünaslıq və aqrokimya;

2.2.7. biologiya fənni üzrə:

1. biologiya;

2. biologiya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. balıqçılıq;

6. su bioehtiyatları və akvakultura;

7. bitki mühafizəsi;

8. aqronomluq;

9. zoomühəndislik;

10. baytarlıq təbabəti;

11. psixologiya;

2.2.8. informatika fənni üzrə:

1. riyaziyyat və informatika müəllimliyi;

2. informatika müəllimliyi;

3. kompüter elmləri;

4. kompüter mühəndisliyi;

5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;

6. informasiya texnologiyaları;

7. informasiya təhlükəsizliyi;

8. mexatronika və robototexnika mühəndisliyi.”.

2. 2.3-cü bənd üzrə:

2.1.  2.3.1-2.3.11-ci və 2.3.17-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3.1. Olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.2. Olimpiya idman növləri üzrə dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.3. Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.4. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.5. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.6. Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.7. Avropa oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.8. İslam Həmrəyliyi Oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;

2.3.9. “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (xanəndə);

2.3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (akademik vokal);

2.3.11. M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

1. vokal sənəti (akademik vokal);

2. populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

2.3.17. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:

1. vokal sənəti (akademik vokal);

2. instrumental ifaçılıq (sahələr üzrə);”;

2.2. 2.3.12-ci yarımbəndin 2-ci abzası çıxarılsın;

2.3. 2.3.18-ci yarımbənddə və 2.3.31-ci yarımbəndin 1-ci abzasında “solo oxuma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.4. 2.3.20-ci yarımbənd ləğv edilsin;

2.5. 2.3.21-ci yarımbəndin 2-ci abzası çıxarılsın;

2.6. 2.3.22-ci yarımbənddə “estrada sənəti” sözləri “populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)” sözləri ilə əvəz edilsin;

2.7. 2.3.33-cü yarımbənd üzrə:

2.7.1. birinci abzasda “solo oxuma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.7.2. ikinci abzasda “xalq çalğı alətləri ifaçılığı” sözləri “instrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı)” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 iyul 2020-ci il

    № 272