“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 7 iyun 2019-cu il

     ¹ 261

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.[1]

1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.

1.3. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur.

1.4. Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir.

1.5. Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər.

1.6. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.

1.7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.

1.8. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş peşə və ixtisaslar üzrə ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:

1.8.1. peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

1.8.2. ixtisas sahələri üzrə təlim;

1.8.3. innovasiyalar üzrə təlim.

1.9. Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.

1.10. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

1.11. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı imtahan verməklə başa çatır. Müdavimlərin biliyini peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən təşkil edilmiş imtahan komissiyası qiymətləndirir və üç nüsxədən ibarət protokol tərtib edir. Protokolun bir nüsxəsi müdavimə, bir nüsxəsi Mərkəzə verilir, bir nüsxəsi isə peşə hazırlığını həyata keçirən müəssisədə qalır.

1.12. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən möhürlə təsdiq edilmiş diplom, sertifikat və digər sənəd verilir.

1.13. Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.

1.14. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2. Peşə hazırlığının təşkili

 

2.1. Agentlik:[2]

2.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir;

2.1.2. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar Agentliyin yerli qurumlarının və Mərkəzin fəaliyyətini əlaqələndirir;[3]

2.1.3. peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemi (bundan sonra – MAS) vasitəsilə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verir;

2.1.4. peşə hazırlığının təşkili məqsədilə 2 nömrəli əlavəyə uyğun üçtərəfli (Xidmət – təhsil müəssisəsi - müdavim) və ya 3 nömrəli əlavəyə uyğun dördtərəfli (Xidmət – təhsili müəssisəsi - işəgötürən - müdavim) müqavilələr bağlayır;[4]

2.1.5. peşə hazırlığı məqsədləri üçün ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdirməni təmin edir;

2.1.6. təhsil müəssisələri və Mərkəz tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir.

2.2. Agentliyin yerli qurumları və ya Mərkəz MAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir.

2.3. Peşə hazırlığı Xidmətin tabeliyindəki təhsil müəssisələrində, dövlət təhsil müəssisələrində və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlərin satınalınması yolu ilə özəl peşə təhsili müəssisələrində təşkil edilir.[5]

2.4. Aşağıdakı şəxslərin peşə hazırlığı ödənişsiz təşkil edilir: [6]

2.4.1. işsiz şəxslərin;

2.4.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;

2.4.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.

2.5. Peşə hazırlığına cəlb olunmuş işsiz, “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. [7]

2.6. Agentliyin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

2.7. “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 20.2.2-ci maddəsi nəzərə alınmaqla işaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir. [8]

2.8. Bu Qaydanın 2.4-cü bəndi və şğulluq haqqında Azərbaycan Respublikası Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Agentliyin yerli qurumlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır. [9]

 

3. Peşə hazırlığının maliyyələşdirilməsi

 

3.1. Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

3.1.1. işsizlikdən sığorta fondunun vəsaiti;

3.1.2. işəgötürənlərin vəsaiti;

3.1.3. işaxtaran şəxslərin şəxsi vəsaiti;

3.1.4. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

3.1.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

3.2. Peşə hazırlığının maliyyələşdirilməsi bu məqsədlər üçün ayrılmış vəsaitlər çərçivəsində adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.[10]

3.3. Ayrı-ayrı ixtisaslar üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı Nazirlik tərəfindən təsdiq edilir.

3.4. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

3.5. Bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir.

 


 

 

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

1 nömrəli əlavə

 

________________________________________________________________________________

(Dövlət Məşğulluq Agentliyinin yerli qurumu)[11]

 

Peşə hazırlığına göndəriş ¹ _______

 

_______________________________________________________________________ rəhbərinə

                                                         (təhsil müəssisəsinin adı)

____ _______________ ___ il tarixli ______________________ ¹ li müqaviləyə uyğun olaraq

şəxs ___________________________________________________________________________

(soyadı, adı, atasının adı)

____ ______________ ___ ildən ____ _______________ ___ ildək ____________________ saat

həcmində __________________________________________________________________ üzrə

(peşənin, ixtisasın adı)

 

peşə hazırlığını keçmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsinə göndərilir.

 

Göndəriş _____ ______________ ___ il tarixində verilmişdir.

 

________________________________________________________________________________

(rəhbər şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

 

İmza ___________________

 

M.Y.

 

 


 

 

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

2 nömrəli əlavə

 

 

Peşə hazırlığının təşkilinə dair üçtərəfli

 

MÜQAVİLƏ ¹ ____

 

“____” ________________ 20___-il                                             ________________ şəhər (rayon)

________________________________________________________________________________

(Dövlət Məşğulluq Xidməti)

________________________________________________________________________________

(peşə təhsili müəssisəsi)

________________________________________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

 

1. Müqavilənin məqsədi

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.

 

2. Tərəflərin Hüquqları və vəzifələri

 

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmət:

2.1.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS) Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) qeydiyyata alınmış işaxtaran və işsiz şəxsləri

________________________________________________________________________________

(təhsil müəssisəsinin adı)

______________ aylıq _______________ saatlıq ____________________________ ixtisası üzrə

_____________________________________________________________ kursuna göndərmək.

                                     (yenidən hazırlanma/ixtisasartırma)

 

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “____” _______________ 20____ il tarixindən başlayaraq ______________ aylıq __________ saat həcmində _________________ ixtisası üzrə ____________________________

_______________________________________________________ təhsil kursunu tədris etmək;

                      (yenidən hazırlanma/ixtisasartırma)

2.1.2.2. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

2.1.2.3. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək;

2.1.3. Müdavimlər:

2.1.3.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

2.1.3.2. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

2.1.3.3. praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.

2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmət:

2.2.1.1. işsiz şəxslərin peşə hazırlığının maliyyələşdirilməsi məqsədilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 3.2.2-ci yarımbəndinə uyğun olaraq maliyyə vəsaitini peşə təhsili müəssisəsinin hesabına köçürmək;

2.2.1.2. peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta özdənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat) vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.3. Müdavimlər:

2.2.3.1. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

2.2.3.2.təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;

2.2.3.3. əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

 

3. Tərəflərin məsuliyyəti

 

3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.

3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, məhkəmə qaydasında həll edilir.

3.4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

3.5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

 

4. Tərəflərin ünvanları və rekvizitləri

 

_____________________________________

Xidmət

_____________________________________

Peşə təhsili müəssisəsi

_____________________________________

hüquqi ünvan

_____________________________________

hüquqi ünvan

_____________________________________

hesab nömrəsi

_____________________________________

hesab nömrəsi

_____________________________________

imza, tarix, möhür

_____________________________________

imza, tarix, möhür

 

 

________________________________

Müdavim (imza, tarix)

 

 


 

 

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

3 nömrəli əlavə

 

Peşə hazırlığının təşkilinə dair dördtərəfli

 

MÜQAVİLƏ ¹ ______

 

“____” ________________ 20___-il                                             ________________ şəhər (rayon)

________________________________________________________________________________

(Dövlət Məşğulluq Xidməti)

________________________________________________________________________________

(peşə təhsili müəssisəsi)

________________________________________________________________________________

(işəgötürən)

________________________________________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

 

1. Müqavilənin məqsədi

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.

 

2. Tərəflərin Hüquqları və vəzifələri

 

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmət:

2.1.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS) Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) qeydiyyata alınmış işaxtaran və işsiz şəxsləri

________________________________________________________________________________

(təhsil müəssisəsinin adı)

______________ aylıq _______________ saatlıq ____________________________ ixtisası üzrə

_____________________________________________________________ kursuna göndərmək.

                                   (yenidən hazırlanma/ixtisasartırma)

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “___” _____________ 20____ il tarixindən başlayaraq _________________ aylıq ____________ saat həcmində __________________ ixtisası üzrə ________________________

______________________________________________________ təhsil kursunu tədris etmək;

                    (yenidən hazırlanma/ixtisasartırma)

2.1.2.2. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

2.1.2.3. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək.

2.1.3. İşəgötürən:

2.1.3.1. müəssisədaxili intizam, sanitariya və təhlükəsizlik qaydalarına əməl edilməsini müdavimdən tələb etmək;

2.1.3.2. tərəflərdən bu Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini tələb etmək.

2.1.4. Müdavimlər:

2.1.4.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

2.1.4.2.peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

2.1.4.3.praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.

2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmət:

2.2.1.1. İşsiz şəxslərin peşə hazırlığının maliyyələşdirilməsi məqsədilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 3.2.2-ci yarımbəndinə uyğun olaraq maliyyə vəsaitini peşə təhsili müəssisəsinin hesabına köçürmək;

2.2.1.2. peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta özdənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat) vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.3. İşəgötürən:

2.2.3.1. peşə hazırlığını müvəffəqiyyətlə başa çatdırmış şəxsi __________ gün ərzində münasib işlə təmin etmək;

2.2.3.2. müdavimlərin istehsalat təcrübəsi keçmələri üçün mövcud infrastrukturundan istifadə etməyə şərait yaratmaq;

2.2.3.3. işə qəbul etdiyi müdavimləri əmək qanunvericiliyinə müvafiq olaraq əmək şəraiti, əməyin mühafizəsi, əməkhaqqı ilə təmin etmək;

2.2.3.4. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını təmin etmək.

2.2.4. Müdavimlər:

2.2.4.1. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

2.2.4.2. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;

2.2.4.3. əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

 

3. Tərəflərin məsuliyyəti

 

3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.

3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə məhkəmə qaydasında həll edilir.

3.4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

3.5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

 

4. Tərəflərin ünvanları və rekvizitləri

 

_____________________________________

Xidmət

_____________________________________

Peşə təhsili müəssisəsi

_____________________________________

hüquqi ünvan

_____________________________________

hüquqi ünvan

_____________________________________

hesab nömrəsi

_____________________________________

hesab nömrəsi

_____________________________________

imza, tarix, möhür

_____________________________________

imza, tarix, möhür

 

 

 

 

_____________________________________

İşəgötürən

_____________________________________

Müdavim (imza, tarix)

_____________________________________

hüquqi ünvan

 

_____________________________________

imza, tarix, möhür

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209)

2.       5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 277)

3.       20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 564)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 1-ci hissənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaskiyada deyilirdi:

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.

1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.

1.3. Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Xidmət tərəfindən təşkil olunur.

1.4. Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) təşkil edilir.

1.5. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.

1.6. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

1.7. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

1.8. Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.

1.9. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

[2] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 277) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda 2.1-ci bəndin birinci abzasında və 2.6-cı bənddə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[3] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 277) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda 2.1.2-ci yarımbənddə, 2.2-ci bənddə və 2.8-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “Xidmətin şəhər, rayon məşğulluq orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.1.4-cü yarımbəndi və Qaydaya 2 və 3 nömrəli əlavələr ləğv edilmişdir.

 

[5] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.3-cü bəndi ləğv edilmişdir.

 

[6] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.4-cü bəndinə “İşsiz şəxslərin” sözlərindən sonra “, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin” sözləri əlav edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 564) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.4. İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.

 

[7] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 564) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.5-ci bəndinə işsiz sözündən sonra , şğulluq haqqında Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran sözləri əlavə edilmişdir.

 

[8] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 564) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.7-ci bəndində İşaxtaranlara sözü şğulluq haqqında Azərbaycan Respublikası Qanununun 20.2.2-ci maddəsi nəzərə alınmaqla işaxtaranlara sözləri ilə əvəz edilmişdir.

 

[9] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.8-ci bəndin birinci cümləsində İşaxtaranların sözü Bu Qaydanın 2.4-cü bəndi nəzərə alınmaqla, işaxtaranların sözləri ilə əvəz edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 564) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.8-ci bəndinə nəzərə alınmaqla sözlərindən əvvəl şğulluq haqqında Azərbaycan Respublikası Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri sözləri əlavə edilmişdir.

 

[10] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 209) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir və yeni məzmunda 3.3-cü, 3.4-cü və 3.5-ci bəndlər əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Peşə hazırlığının maliyyələşdirilməsi Xidmət tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

3.2.1. peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür;

3.2.2. peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür. Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.

 

[11] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 277) ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 1 nömrəli əlavəsində “şəhər, rayon məşğulluq orqanı” sözləri “Dövlət Məşğulluq Agentliyinin yerli qurumu” sözləri ilə əvəz edilmişdir.