Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında" Əsasnamə təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qanun dərc
olunduğu gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 29 iyun
2001-ci il
¹ 168-IIQ
Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-IIQ
saylı Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə
polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə
daxil olan digər orqan və hissələrdə (bundan sonra
daxili işlər orqanları) xidmət keçmənin
qaydalarını və şərtlərini, bu orqanların vəzifəli
şəxslərinin hüquqi vəziyyətinin əsaslarını
müəyyən edir.
I Fəsil
Ümumİ müddəalar
[1]
1.
Daxili işlər orqanlarında xidmət keçmə - bu
orqanlarının funksiya, vəzifə və hüquqların
öz peşə fəaliyyətləri ilə keçirən
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət qulluğunun xüsusi növüdür.
2. Daxili
işlər orqanlarında xidmət keçmə haqqında
qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır
və "Polis haqqında" Azərbaycan
Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan
Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşları dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi daxili işlər orqanlarında xidmətə qəbul edilən şəxslərə şamil edilir.[2]
3. Daxili
işlər orqanlarında işləyən şəxslər
arasında xidməti münasibətlərin tənzimlənməsi,
onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin
müəyyən olunması məqsədi ilə bu orqanlarda
sıravi heyət, kiçik, orta, böyük və ali rəis
heyəti vəzifələri və xüsusi rütbələr
müəyyən olunur.
4. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
səlahiyyətləri həyata keçirən, xüsusi
rütbələr verilmiş, sıravi və kiçik, orta,
böyük, ali rəis heyəti vəzifələrində
işləyən və ya daxili işlər orqanlarının
kadrlarında olan Azərbaycan Respublikasının vətəndaşları:
habelə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının təhsil müəssisələrinin
kursantları
daxili işlər orqanlarının əməkdaşları
hesab olunurlar. [3]
5. Daxili
işlər orqanlarının əməkdaşları
dövlət hesabına, geyim forması və fərqlənmə
nişanları ilə təmsil olunurlar. Geyim formasının
və fərqlənmə nişanlarının təsviri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
6. Daxili
işlər orqanlarının əməkdaşlarına,
nümunələri Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfində müəyyən
edilmiş xidməti vəsiqələr verilir.
7. Daxili
işlər orqanlarının əməkdaşları
xüsusi hazırlıq keçdikdən sonra qanunvericiliklə
nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni,
xüsusi vasitələri və odlu silahı tətbiq etmək
hüququna malikdirlər. Xüsusi vasitələrin və odlu
silahın verilməsi, saxlanılması və gəzdirilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
8. Daxili işlər orqanlarında
xidmət keçmə hər bir əməkdaşın
şəxsi işində öz əksini tapır
(şəxsi iş daxili işlər orqanlarının kadr
xidmətləri tərəfindən hazırlanır,
aparılır və saxlanılır). Daxili işlər
orqanları əməkdaşının xidmət yeri
dəyişdirildikdə onun şəxsi işi yeni xidmət
yerinə göndərilir. Daxili işlər orqanları
əməkdaşlarının şəxsi işlərinin
aparılması və saxlanılması qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
9. Daxili
işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə
təyin olunan şəxslərə aşağıdakı
xüsusi rütbələr verilir:
1) sıravi
heyət vəzifələri üçün müəyyən
edilmiş xüsusi rütbələr:
polis
sıravi, tibb xidməti sıravisi;
2) kiçik rəis
heyəti vəzifələri üçün müəyyən
edilmiş xüsusi rütbələr:
polis
kiçik serjantı, tibb xidməti kiçik serjantı;
polis
serjantı, tibbi xidməti serjantı;
polis baş
serjantı, tibb xidməti baş serjantı;
3) orta rəis
heyəti vəzifələri üçün müəyyən
edilmiş xüsusi rütbələr;
polis
kiçik leytenantı, tibb xidməti kiçik leytenantı;
polis
leytenantı, tibb xidməti leytenantı;
polis baş
leytenantı, tibb xidməti baş leytenantı;
polis
kapitanı, tibb xidməti kapitanı;
4)
böyük rəis heyəti vəzifələri
üçün müəyyən edilmiş xüsusi rütbələr:
polis mayoru,
tibb xidməti mayoru;
polis polkovnik-leytenantı,
tibb xidməti polkovnik-leytenantı;
polis polkovniki,
tibb xidməti polkovniki;
5) ali rəis
heyəti vəzifələri üçün müəyyən
edilmiş xüsusi rütbələr;
polis
general-mayoru, tibb xidməti general-mayoru;
polis
general-leytenantı;
polis general-polkovniki.
Ali rəis heyəti
vəzifələrində işləyən şəxslərə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
24-cü bəndinə əsasən ali hərbi rütbələr
verilə bilər.
10. Daxili
işlər orqanları rəis heyətinin əməkdaşları
xidmətdən xaric edildikdə mövcud xüsusi rütbəyə
"istefada olan" sözləri əlavə edilir (bu
Əsasnamənin 135-ci maddəsinin 2-4, 7, 9 və 10-cu bəndlərinə
müvafiq daxili işlər orqanlarından xaric edilənlər
istisna olmaqla).
10-1. Daxili
işlər orqanlarında xüsusi rütbələr nəzərdə
tutulmayan vəzifələrə işə götürülən
mülki işçilərin əmək münasibətləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.[4]
I-I Fəsil[5]
DAXİLİ İŞLƏR
ORQANLARI ÜÇÜN KADR HAZIRLIĞI
10-2. Daxili işlər orqanlarının orta, böyük
və ali rəis heyəti vəzifələri üçün
orta ixtisas və ali hüquq təhsilli kadrların
hazırlanması, habelə daxili işlər
orqanlarının əməkdaşlarının əlavə
təhsili müvafiq icra hakimiyyəti orqanının xüsusi
təyinatlı təhsil müəssisələri
tərəfindən həyata keçirilir.
10-3. Müvafiq icra hakimiyyəti orqanının xüsusi
təyinatlı təhsil müəssisələrinin
kursantları (18 yaşına çatmayan kursantlar istisna
olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının
tərkib hissəsi olaraq, ixtisas üzrə
təcrübənin keçirilməsi məqsədilə
daxili işlər orqanlarının üzərinə qoyulan
vəzifələrin yerinə yetirilməsinə cəlb
edilirlər.
10-4. Daxili işlər orqanlarının
əməkdaşlarının müvafiq icra hakimiyyəti
orqanının xüsusi təyinatlı təhsil
müəssisələrində əlavə təhsilə
cəlb edilməsi daxili işlər orqanlarının
müvafiq ixtisaslı mütəxəssislərlə
komplektləşdirmə ehtiyaclarının
ödənilməsi məqsədilə həyata
keçirilir.
10-5. Tam orta təhsil və ya orta ixtisas təhsili
əsasında müvafiq icra hakimiyyəti orqanının
xüsusi təyinatlı ali təhsil müəssisəsinin
ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma
formasına qəbul ediləcək şəxslərlə
daxili işlər orqanlarında xidmət keçmə
haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə qəbul haqqında elanda
həmin müqavilənin bağlanılmasının
zəruriliyi barədə məlumat verilir. 18 yaşına
çatmayan şəxslərlə müqavilə onların
qanuni nümayəndələrinin – valideyninin,
övladlığa götürənin və ya
himayəçinin yazılı razılığı ilə
bağlanılır. Bu şəxslərin təhsil
müəssisəsinə qəbulu müqavilə
bağlanıldıqdan sonra təhsil müəssisəsi rəhbərinin
əmri ilə rəsmiləşdirilir.
10-6. Daxili işlər orqanlarında xidmət
keçmə haqqında müqavilədə bu
Əsasnamənin 10-5-ci maddəsində qeyd edilən
şəxslərin daxili işlər orqanlarına xidmətə
könüllü daxil olması, təhsili başa vurduqdan
sonra 7 (yeddi) il müddətində daxili işlər
orqanlarında xidmət keçmək vəzifəsi,
habelə təhsili başa vurduqdan sonra daxili işlər
orqanlarında xidmət keçmək istəməyən,
yaxud həmin müddətdə öz arzusu ilə daxili
işlər orqanlarında xidmətdən çıxan
şəxslərin müvafiq icra hakimiyyəti orqanının
xüsusi təyinatlı ali təhsil
müəssisəsində onların hazırlanmasına
çəkilmiş xərclərin əvəzini
ödəmək öhdəliyi nəzərdə tutulur.
10-7. Daxili işlər orqanlarında xidmət
keçmə haqqında müqavilənin forması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Müvafiq icra hakimiyyəti orqanının xüsusi
təyinatlı ali təhsil müəssisəsində
bakalavrların hazırlanmasına çəkilmiş
xərclərin hesablanması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
10-8. Müvafiq icra hakimiyyəti orqanının xüsusi
təyinatlı ali təhsil müəssisəsində
bakalavrların hazırlanmasına çəkilmiş
xərclər daxili işlər orqanlarında xidmət
keçmə haqqında müqavilə ilə
müəyyən edilmiş müddətdə
könüllü ödənilmədikdə məhkəmə
qaydasında tutulur.
II Fəsil
Daxİlİ İşlər orqanlarında xİdmətə
qəbul
11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.[6]
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinə yaşı 18-ə çatmamış tam orta təhsilli şəxslər də qəbul edilə bilərlər.[7]
Maliyyə, təsərrüfat,
kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin
mühəndis-proqramçı, təhsil müəssisələrində
orta və böyük rəis heyəti vəzifələrinə
yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.
Zərurət
yarandıqda təhsil müəssisələrinə və digər
xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə
malik mütəxəssislər müstəsna hal kimi qəbul
oluna bilərlər.
Bu Əsasnamə
ilə müəyyən edilmiş tələblərə
cavab verən şəxslər siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
sıravi və kiçik rəis heyəti vəzifələrində
xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə
uyğun olaraq müddətli müqavilə əsasında qəbul
edilə bilərlər. Müddətli müqavilənin
forması və şərtləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[8]
12. Daxili
işlər orqanlarına xidmətə qəbul
üçün müraciət edən şəxsin təqdim
etdiyi sənədlərdə birlikdən təhrif olunmuş məlumatların
qeyd edilməsi həmin şəxsin daxili işlər
orqanlarına xidmətə qəbul olunmaması
üçün əsasdır.
Daxili işlər
orqanlarının əməkdaşı yaxın qohumunun məhkum
olunması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində
xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir.
13. Daxili
işlər orqanlarında xidmətə qəbul olunan şəxs
aşağıdakı sənədləri təqdim edir:
1) şəxsi
ərizə;
2) şəxsiyyətini
təsdiq edən sənəd;
3) əmək
kitabçası (olduğu halda);[9]
4) hərbi
bilet;
5) müvafiq təhsilə
malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın
qohumları və himayəsində olan şəxslərin
anadan olduğu, iş (təhsil) və yaşayış yeri
haqqında məlumatlar.
13-1.
Daxili işlər orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir. [10]
14. Daxili
işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin
sənədləri, həmçinin onların və yaxın
qohumlarının haqqında məlumatlar Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.[11]
15. Daxili
işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin
fiziki hazırlığı və sağlamlığı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanın
müəyyənləşdirdiyi qaydada
yoxlanılmalıdır.
16. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[12]
17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.[13]
18. Əvvəllər
daxili işlər orqanlarından xaric edilmiş və sonradan
xidmətə qəbul edilən şəxslərin yaş məhdudiyyətləri
bu Əsasnamənin 137-ci maddəsi ilə müəyyən
edilir.
19. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[14]
20. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.[15]
Digər
ixtisasları olan şəxslərin xidmətə qəbulu Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydalara uyğun həyata
keçirilir.
21. Daxili
işlər orqanlarının sıravi və rəis heyəti
vəzifələri bu Əsasnaməyə uyğun olaraq
bilavasitə vəzifələrə təyin olunma yolu ilə
komplektləşdirilir.
22. Sıravi və
kiçik rəis heyəti vəzifələrində xidmətə
qəbul Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilmiş səlahiyyətlər
daxilində müvafiq vəzifələri şəxslər tərəfindən
həyata keçirilir.
23. Orta və
böyük rəis heyəti vəzifələrində xidmətə
qəbul, bu vəzifələrə sıravi və kiçik
rəis heyətindən olan əməkdaşları təyin
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
24. Daxili işlər orqanlarında əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi qeydiyyatdan çıxarılaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyatda alınırlar.[16]
25. Daxili
işlər orqanlarında orta və böyük rəis heyəti
vəzifələrində xidmətə ilk dəfə qəbul
edilən şəxslərin təyin olunduqları vəzifələrdən
və hazırlıq səviyyələrindən asılı
olaraq onlar üçün sınaq müddəti müəyyən
edilə bilər. Sınaq müddəti müəyyən
edilmiş şəxslər müvafiq vəzifəyə
xüsusi rütbə verilmədən təyin olunur və
onlara yalnız vəziyə məvacibi həcmində əmək
haqqı ödənilir.
Həmin şəxslər
sınaq müddəti dövründə həvalə edilən
vəzifələrini yerinə yetirilər və daxili işlər
orqanları, əməkdaşları üçün müəyyən
edilmiş hüquq və təminatlardan istifadə edirlər.
Sınaq
müddəti daxili işlər orqanları əməkdaşlarının
xidmət stajına daxil edilir.
26. Ali rəis heyəti vəzifələrinə təyin edilən, müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrini bitirib təyinat üzrə vəzifələrə təyin edilən şəxslər üçün sınaq müddəti müəyyən edilmir.[17]
26-1. Daxili işlər orqanlarında xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir.[18]
27. Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslər vəzifələrinin icrasına təhsil müəssisələrində hazırlıq kursları keçdikdən sonra başlayırlar.[19]
28. Sınaq
müddətinin keçirilməsinin digər qaydaları və
şərtləri Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
III Fəsil
Daxİlİ İşlər orqanlarında xİdmət
keçmə
29. Daxili
işlər orqanlarında xidmətə qəbul olunan şəxslər
Azərbaycan Respublikasının "Polis haqqında"
Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada and içirlər.
30. Sıravi və
kiçik, orta və böyük rəis heyəti vəzifələrinə
təyin olunma və bu vəzifələrdən azad edilmə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.
31. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı rəhbərinin
müavinləri vəzifələrinə təyin olunma və
vəzifədən azad edilmə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının Baş idarə və idarələrinin, ərazi
və ixtisaslaşmış polis idarə və şöbələrinin,
Polis Akademiyasının rəisləri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada vəzifəyə təyin
olunurlar (bu vəzifələrə təyin olunan daxili işlər
orqanlarının əməkdaşları ali hüquq təhsilli
olmalıdırlar).
32.
Naxçıvan Muxtar Respublikasının müvafiq icra
hakimiyyəti orqanının rəhbərinin vəzifəyə
təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının Konstitusiyalarına müvafiq həyata
keçirilir.
33. Daxili
işlər orqanları əməkdaşlarının xidmət
yerlərinin dəyişdirilməsi aşağıdakı
hallarda və qaydada həyata keçirilir:
1) yuxarı vəzifəyə
- əməkdaşın razılığı ilə onun
işgüzar, şəxsi keyfiyyətləri, peşə
hazırlığı, vəzifə təsnifatı ilə
tutduğu vəzifə üçün müəyyən
edilmiş müddət nəzərə alınmaqla (bu
müddət bir qayda olaraq iki ildən az olmamalıdır);
2) bərabər
vəzifəyə - əməkdaşın
razılığı ilə xidməti zərurət
yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti
və yaşı ilə əlaqədar;
3)
aşağı vəzifəyə:
ştatların
ixtisarı ilə əlaqədar bərabər vəzifəyə
keçirilməsi mümkün olmadıqda;
səhhətinə
görə - tibb-həkim komissiyasının rəyinə əsasən;
öz
xahişi ilə;
attestasiyanın
nəticələrinə əsasən;
intizam tənbehi
qaydasında;
təhsil
müəssisəsinin əyani təhsilalma formasına daxil olduğuna
görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə
təyin edildikdə; [20]
5) digər
hüquq-mühafizə orqanlarına işə keçdikdə.
34. Daxili
işlər orqanları əməkdaşının bir vəzifədən
başqa vəzifəyə keçirilməsi, bütün
hallarda səbəbləri göstərilməklə sənədləşdirilir
və əməkdaşa elan edilir.
35.
Ştatların ixtisar edilməsi ilə əlaqədar yaxud səhhətinə
görə vəzifə maaşı az olan aşağı vəzifəyə
keçirilən əməkdaşın təqvim hesabı ilə
15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət
yeri üzrə vəzifə maaşı saxlanılır.[21]
36.
Aşağı vəzifəyə keçirilmiş əməkdaş,
sonradan onun xidmət üzrə ixtisas dərəcəsi,
iş təcrübəsi, işgüzar və şəxsi
keyfiyyətləri, həmçinin səhhəti nəzərə
alınmaqla yuxarı vəzifələrə təyin oluna bilər.
37. Daxili
işlər orqanları əməkdaşlarının
yaxın qohumlarının daimi yaşadığı inzibati ərazilərdə
xidmət keçməsinə məhdudiyyət qoyula bilər.
Bu məhdudiyyətin tətbiqi qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
38. Daxili
işlər orqanlarının əməkdaşına eyni
zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan
müddətə digər vəzifənin icrası həvalə
edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının
vəzifə maaşına Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə
müəyyən edilib ödənilməlidir.
39. Daxili
işlər orqanlarının əməkdaşı təqsirləndirilən
şəxs qismində cinayət məsuliyyətinə cəlb
olunduğu halda cinayət işi üzrə yekun qərar qəbul
edilənədək vəzifədən kənarlaşdırıla
bilər.
Daxili işlər
orqanlarının əməkdaşı vəzifə borcunun
icrasını davam etdirməyi mümkünsüz edən
pozuntulara yol verdiyi hallarda 2 ay müddətinədək vəzifədən
kənarlaşdırıla bilər. Bu müddət ərzində
əməkdaşa tam həcmdə əmək haqqı ödənilir.
40. Təşkilati
və ştat dəyişiklikləri ilə əlaqədar
daxili işlər orqanlarının əməkdaşı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tutduğu vəzifədən
azad edilərək iki aydan artıq olmayan müddətə
müvafiq orqanın sərəncamında saxlanıla bilər.
Göstərilən müddətdə həmin əməkdaşa
tam həcmdə əmək haqqı ödənilir və onun
işlə təmin olunması məsələsi həll
edilir.
41. Daxili
işlər orqanlarının əməkdaşları
qüvvədə olan qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti
orqanlarına, hüquq-mühafizə orqanlarının təşkilati
və qanunvericilik təminatı ilə bağlı işə
keçdikdə, daxili işlər orqanlarının
kadrlarında saxlanıla bilərlər.
42. Ali dövlət
hakimiyyəti orqanlarından işdən çıxan əməkdaşlar
sonradan daxili işlər orqanlarında xidmətlərini davam
etdirə bilərlər. Onların xüsusi rütbələri
üçün müəyyən edilən müddət
başa çatdığı təqdirdə növbəti
xüsusi rütbələrinin müddəti əvvəlki
xüsusi rütbələrdə xidmət müddətinin
bitdiyi vaxtdan hesablanır. Həmçinin bu orqanlarda işlədiyi
müddət xidməti stajına daxil edilir.
43. Daxili
işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi
və təliminin təşkili məqsədi ilə əməkdaşların
peşə hazırlığı həyata keçirilir.
Daxili işlər
orqanları əməkdaşlarının peşə
hazırlığına ilkin hazırlıq, ixtisasartırma və
yenidən hazırlıq, xüsusi, döyüş və
fiziki hazırlıq, xüsusi təyinatlı və digər
aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin
hazırlığı daxildir. [22]
Daxili işlər
orqanları əməkdaşlarının xüsusi,
döyüş və fiziki hazırlığı mütəmadi
yoxlanılır.
Peşə
hazırlığının təşkili müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada təlim tədris planına və
proqramlarına uyğun aparılır.
44. Daxili
işlər orqanı əməkdaşlarının
işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini
tam və obyektiv qiymətləndirmək, xidmətə və
tutduğu vəzifəyə uyğunluq dərəcəsini
müəyyən etmək məqsədilə onların
attestasiyası keçirilir.
Daxili işlər orqanları əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.[23]
45. Hər bir daxili işlər orqanları əməkdaşının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[24]
46. Daxili
işlər orqanları əməkdaşlarının attestasiyası
müvafiq vəzifədə azı bir il
çalışdıqdan sonra keçirilə bilər.
Attestasiya olunan daxili
işlər orqanları əməkdaşlarına onların
xidməti fəaliyyətinə bilavasitə aid olmayan
sualların verilməsi, habelə onların siyasi
baxışlarına və etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.
Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.[25]
47. Daxili
işlər orqanları əməkdaşlarının
attestasiyasının keçirilməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının nəzdində mərkəzi attestasiya
komissiyası, onun sisteminə daxil olan orqan və hissələrdə
isə attestasiya komissiyaları yaradılır.
48. Attestasiya
komissiyası kollegial orqandır və say tərkibi təkrəqəmli
olmaqla beş nəfərdən az olmamalıdır.
49.
Attestasiya keçirilməsinin digər qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[26]
IV Fəsil
Xüsusİ rütbələrİn verİlmə
qaydası
50. Daxili
işlər orqanları əməkdaşlarının
xüsusi rütbələrdə xidmət müddətləri
aşağıdakı kimi müəyyən edilir:
polis
kiçik serjantı və tibb xidməti kiçik serjantı
-1 il;
polis
serjantı və tibb xidməti serjantı – 2 il;
polis baş
serjantı və tibb xidməti baş serjantı rütbələrində
xidmət müddətləri müəyyən edilmir;
polis
kiçik leytenantı və tibb xidməti kiçik
leytenantı -1 il;
polis
leytenantı və tibb xidməti leytenantı - 2 il;
polis baş
leytenantı və tibb xidməti baş leytenantı - 3 il;
polis
kapitanı və tibb xidməti kapitanı – 3 il;
polis mayoru və
tibb xidməti mayoru – 4 il;
polis
polkovnik-leytenantı və tibb xidməti polkovnik-leytenantı -
5 il;
polis polkovniki
və tibb xidməti polkovniki və daha yüksək xüsusi
rütbələrdə xidmət müddəti müəyyən
edilmir.
51. Daxili
işlər orqanları əməkdaşlarına xüsusi
rütbələr fərdi şəkildə, ardıcıl
qaydada, təhsili, olduqları rütbədə xidmət
müddəti, tutduqları vəzifədə rütbə hədləri,
həmçinin bu Əsasnamə ilə nəzərdə
tutulan digər şərtlər nəzərə alınmaqla
verilir.
52. Xüsusi
rütbələr, verilmə ardıcıllığından
asılı olaraq ilk və növbəti olur. Bu Əsasnamənin
60-cı maddəsində nəzərdə tutulan hallar istisna
olmaqla xüsusi rütbələr vəzifə üzrə nəzərdə
tutulan xüsusi rütbələrə müvafiq və əvvəlki
rütbə üçün müəyyən edilən xidmət
müddəti başa çatdıqda verilir.
53. Sıravi və
kiçik rəis heyəti vəzifələri
üçün müəyyən edilmiş xüsusi rütbələr
bu vəzifələrə təyin etmək səlahiyyəti
olan vəzifəli şəxslər tərəfindən
verilir.
Orta və
böyük rəis heyəti vəzifələri
üçün müəyyən edilmiş ilk xüsusi
rütbələr Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir.
54. Növbəti
xüsusi rütbələrin verilməsi üçün bu
Əsasnamədə nəzərdə tutulmayan digər şərtlərin
müəyyən edilməsinə yol verilmir.
55. Sıravi və
kiçik, orta, böyük rəis heyəti vəzifələrinin
siyahısı və bu vəzifələrə uyğun
xüsusi rütbələrin hədləri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
56. Polis
kiçik leytenantı və tibb xidməti kiçik
leytenantı ilk xüsusi rütbələr
aşağıdakı şəxslərə verilir:
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş, eləcə də xüsusi təyinatlı və digər orta ixtisas təhsili müəssisələrini bitirib orta rəis heyəti vəzifələrinə təyin edilən sıravi və ya kiçik rəis heyəti vəzifəsində olan daxili işlər orqanları əməkdaşlarına. [27]
57. Polis
leytenantı və tibb xidməti leytenantı xüsusi rütbələri
aşağıdakı şəxslərə verilir:
1) xüsusi
rütbədə xidmət müddətini bitirən polis
kiçik leytenantına və tibb xidməti kiçik
leytenantına (ali təhsil müəssisələrini bitirənlərə
isə həmin rütbənin müddətinin qurtarmasından
asılı olmayaraq);
2) sıravi və
kiçik rəis heyətinin xüsusi rütbələrini
daşıyan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının ali təhsil müəssisələrini
bitirmiş və orta rəis heyəti vəzifələrinə
təyin edilən daxili işlər orqanları əməkdaşlarına;
3) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının ali və orta ixtisas təhsili müəssisələrinin və digər ali təhsil müəssisələrinin əyani təhsilalma formasını bitirmiş şəxslərə; [28]
4) orta və
böyük rəis heyəti vəzifələrinə qəbul
edilən ali təhsili olan şəxslərə.
58. Orta və
böyük rəis heyəti vəzifələrinə
uyğun növbəti xüsusi rütbələr
aşağıdakı vəzifəli şəxslər tərəfindən
verilir:
1) polis
polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı
xüsusi rütbələri də daxil olmaqla növbəti
xüsusi rütbələr Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı və onun müvafiq səlahiyyətlər
verdiyi vəzifəli şəxslər tərəfindən;
2) polis
polkovniki və tibb xidməti polkovniki rütbələri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.
59. Ali heyət
üçün müəyyən edilmiş xüsusi rütbələr
müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
59-1. Daxili işlər orqanlarına xidmətə qəbul edilən və ya dövlət qulluğundan daxili işlər orqanlarına xidmətə keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır.[29]
60. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin ehtiyatında
olan vətəndaşlar Azərbaycan Respublikasının
daxili işlər orqanlarında sıravi və rəis heyəti
vəzifələrinə təyin olunduqdan sonra onlara mövcud
hərbi rütbələrinə uyğun müvafiq xüsusi
rütbələr verilir.
61. Ehtiyatda
olan zabitlər, orta, böyük və ali rəis heyəti vəzifələrinə
təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi
rütbələri üçün müəyyən edilən
müddət başa çatdığı təqdirdə bir
pillə yüksək verilə bilər.
62. Daxili
işlər orqanları əməkdaşlarına xidmətdə
əldə olunmuş yüksək nəticələrə və
xidməti vəzifələri nümunəvi yerinə
yetirdiyinə görə, mükafat qaydasında, əvvəlki
rütbədə xidmət müddəti qurtarmamış
növbəti xüsusi rütbə, habelə tutduğu vəzifə
üçün müəyyən edilən xüsusi rütbədən
bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
63.
Vaxtından əvvəl, habelə tutduğu vəzifə
üçün müəyyən edilən xüsusi rütbədən
bir pillə yuxarı xüsusi rütbələr, sıravi və
kiçik rəis heyəti üçün bu Əsasnamənin
53-cü maddəsində göstərilən vəzifəli
şəxslər, orta və böyük rəis heyəti
üçün isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
64.
Vaxtından əvvəl xüsusi rütbələr vəzifə
ştatları ilə nəzərdə tutulan rütbələr
həddində verilir.
65. Elmi dərəcəsi
olan daxili işlər orqanları əməkdaşlarına vəzifələri
üzrə nəzərdə tutulan rütbədən (ali rəis
heyətinin xüsusi rütbələri istisna olmaqla) bir pillə
yuxarı xüsusi rütbə verilə bilər. Xidməti zərurətlə
əlaqədar daxili işlər orqanlarında orta və
böyük rəis heyəti vəzifələrinə qəbul
edilən elmi dərəcəli şəxslərə həmin
rəis heyətinə mənsub xüsusi rütbə həddində
xüsusi rütbə verilə bilər.
66. Növbəti
xüsusi rütbənin vaxtından əvvəl və ya
xüsusi rütbə həddindən bir pillə yuxarı
verilməsinə xidmət müddətində bir dəfə
yol verilə bilər.
67.
Vaxtından əvvəl xüsusi rütbə, əməkdaşın
daşıdığı xüsusi rütbə
üçün müəyyən olunmuş müddətin 1
ili keçdikdən sonra verilə bilər.
68. Xüsusi
rütbədə xidmət müddəti, həmin rütbənin
verilməsi haqqında əmrin imzalandığı gündən
hesablanır.
69. Sıravi və
kiçik rəis heyəti rütbələrində olan daxili
işlər orqanları əməkdaşları, orta və
böyük rəis heyəti vəzifələrinə təyin
olunduqda, mövcud rütbədə xidmət müddətindən
asılı olmayaraq həmin rəis heyətinin ilk rütbəsinə
təqdim edilirlər.
70. Daxili
işlər orqanlarının sərəncamında olan, yaxud
intizam tənbehi verilmiş, həmçinin barələrində
cinayət işi başlanmış və ya xidməti yoxlama
keçirilən əməkdaşlar vəzifəyə təyin
olunana, intizam tənbehi götürülənə, ibtidai
istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla
xitam verilənə və ya məhkəmənin hökmü
ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək
növbəti xüsusi rütbələrə təqdim
edilmirlər.
71. Tabeliyində
olan əməkdaşa növbəti xüsusi rütbənin
verilməsini əsassız gecikdirən vəzifəli şəxs
intizam məsuliyyəti daşıyır. Daxili işlər
orqanları əməkdaşına növbəti xüsusi
rütbənin verilməsi əsassız gecikdirildikdə onun
növbəti xüsusi rütbə alması üçün
xidmət müddəti əvvəlki xüsusi rütbədə
xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq
hesablanır.
72. Daxili
işlər orqanları əməkdaşlarının
xüsusi rütbələri intizam tənbehi qaydasında
(sıravi və kiçik leytenant rütbələri istisna
olmaqla) bir pillə aşağı salına bilər.
V Fəsil
Daxİlİ İşlər orqanlarında xİdmətİn
şərtlərİ
73. Daxili
işlər orqanları əməkdaşlarına Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş tam iş vaxtı şamil edilir.
Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir.[30]
Növbəli
işdə - gündüz, axşam və gecə növbələri
üçün eyni müddətli iş vaxtı müəyyən
edilir.
74. Xidmət
şəraiti nəzərə alınmaqla daxili işlər
orqanlarının əməkdaşları üçün
müddəti qısaldılmış iş günü
müəyyən edilir.
75. Hər
hansı vəzifənin müvəqqəti icrasına görə
daxili işlər orqanları əməkdaşlarına vəzifə
maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada əlavə müəyyən
edilib ödənilməlidir.
76. Daxili
işlər orqanları əməkdaşları
üçün əmək haqqı və digər təminatlar
saxlanılmaqla aşağıdakı məzuniyyət növləri
müəyyən edilir:
hər il verilən
əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət);
qısamüddətli;
xəstəliyə
görə;
tətilə
çıxmaqla əlaqədar (kursantlar üçün);
Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil
müəssisələrini bitirməklə əlaqədar;
əlavə
(xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin
icrasına, əlahiddə xidmətə görə);
77. Daxili
işlər orqanları əməkdaşlarının Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə
tutulan digər məzuniyyətlərdən istifadə etmək
hüququ vardır.
78. Əsas məzuniyyət
daxili işlər orqanları əməkdaşlarına 30 təqvim
günü müddətində verilir.
Əsas məzuniyyət
təqvim ili ərzində müvafiq cədvələ
uyğun olaraq verilir.
79. Ümumi
müddəti 40 təqvim günü və daha çox olan əsas
və əlavə məzuniyyət götürmək
hüququ olan daxili işlər orqanları əməkdaşlarına
onların öz arzusu ilə məzuniyyət iki hissəyə
bölünərək verilir.
80. Daxili
işlər orqanlarında xidmətə qəbul edilən il əsas
məzuniyyətin müddəti xidmətə qəbul
olunduğu gündən başlayaraq xidmətin hər tam
ayına məzuniyyətin 12 hissəsindən biri düşmək
hesabı ilə verilir. Bu zaman 15 təqvim günü və
daha çox müddətə məzuniyyət almaq hüququ
olan daxili işlər orqanı əməkdaşlarına məzuniyyəti
keçirmə yerinə getmə və geriyə qayıtma
üçün yol haqqı ödənilir və yol getmə
vaxtı məzuniyyətin müddətinə əlavə
edilir. 15 təqvim günündən az müddətə olan məzuniyyət
daxili işlər orqanları əməkdaşlarına
onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti
ilə eyni vaxtda verilə bilər.
81. Bu
Əsasnamənin 135-ci maddəsində nəzərdə
tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər
orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət
verilir.
Xaric edilmə
ilində istifadə olunmayan əsas məzuniyyətə
görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilən qaydada pul ödənişi verilir.
82. Təxirəsalınmaz
sosial-məişət məsələlərinin həlli və
qohumluq borclarının yerinə yetirilməsi
üçün, həmçinin digər üzrlü səbəblərə
görə daxili işlər orqanları əməkdaşlarına
14 günə qədər qısamüddətli məzuniyyət
verilə bilər.
Qısamüddətli
məzuniyyət əsas məzuniyyətin müddətinə
daxil edilmir.
83. Xəstəliyə
görə məzuniyyət daxili işlər orqanları əməkdaşlarına
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının tibbi-həkim komissiyasının rəyi əsasında
verilir.
Xəstəliyə
görə məzuniyyətin müddəti xəstəlikdən
asılı olaraq müəyyən edilir. Tibb müəssisələrində
stasionar müalicədə olmayan əməkdaş
üçün xəstəliyə görə fasiləsiz məzuniyyətdə
olma vaxtı (qüvvədə olan qanunvericiliklə müalicə
olunma daha uzun müddət nəzərdə tutulduğu hallar
istisna olmaqla) altı aydan artıq olmamalıdır. Bu müddət
müalicə müəssisəsinin rəyi əsasında məzuniyyəti
vermək hüququ olan rəisin qərarı ilə uzadıla
bilər. Xəstəliyə və müalicəyə görə
fasiləsiz məzuniyyət üçün müəyyən
edilən müddət qurtardıqdan sonra daxili işlər
orqanları əməkdaşları xidmətə
yararlılığın yoxlanılması məqsədilə
tibbi-həkim komissiyasının müayinəsindən
keçməlidirlər.
Xidməti vəzifələrinin
icrası zamanı alınmış xəsarətlə
(yaralanma, travma, kontuziya), yaxud şikəstliklə əlaqədar
daxili işlər orqanları əməkdaşlarının
müalicədə olma müddəti məhdudlaşdırılmır.[31]
Yuxarıda
göstərilən əməkdaşlar müalicə başa
çatdıqdan və yaxud müalicənin
mümkünsüzlüyü müəyyən olunduqdan sonra
tibbi müayinəyə göndərilir.
Xəstəliyə
görə məzuniyyət əsas məzuniyyətə
hesablanmır.
Daxili işlər
orqanlarının əməkdaşları xidmətdən
xaric edildikdə onlara xəstəliyə görə məzuniyyət
verilmir.
84. Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil
müəssisələrinin kursantlarına aşağıdakı məzuniyyətlər
verilir:
qış tətili
ilə əlaqədar 14 təqvim günü müddətində;
yay tətili
ilə əlaqədar 30 təqvim günü müddətində.
85. Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil
müəssisələrini bitirən məzunlara 30 təqvim
günü müddətində məzuniyyət verilir. Digər
ali və orta-ixtisas təhsil müəssisələrini
bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə
qəbul edilən məzunlara verilən məzuniyyət cari
ilin növbəti illik məzuniyyətinə hesablanır.
Təhsil
müəssisələrini bitirməklə əlaqədar
verilən məzuniyyət məzunların xidmətkeçmə
yerlərinə göndərilmələrinə qədər
istifadə olunmalıdır.
86. Məzuniyyəti
keçirmə yerinə getmə və qayıtma vaxtı
daxili işlər orqanları əməkdaşlarına verilən
əsas, qısamüddətli və xəstəliyə
görə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının təhsil müəssisələrini bitirməklə
əlaqədar məzuniyyətlərin müddətinə əlavə
edilir və ödənilir.
87. Daxili
işlər orqanlarında xidmət illərinə görə
ödənişli əlavə illik məzuniyyət
aşağıdakı hallarda verilir:
10 ildən 15
ilədək xidmət keçməyə görə - 5 təqvim
günü;
15 ildən 20
ilədək xidmət keçməyə görə -10 təqvim
günü;
20 il və
daha çox xidmət keçməyə görə -15 təqvim
günü.
Xüsusi
şəraitdə xidmətə görə əlavə illik
məzuniyyətin müddəti Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə
müəyyən edilir.
Əlahiddə
xidmətə görə əlavə illik məzuniyyət -
xidməti, yüksək fiziki və əsəbi gərginliklə
bağlı olan daxili işlər orqanları əməkdaşlarının
peşəkar iş qabiliyyətlərinin bərpa edilməsi
üçün 10 təqvim günü müddətində
verilir.
Əlahiddə
xidmətə görə əlavə illik məzuniyyətin
verilmə qaydası və şərtləri Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Əlavə məzuniyyətlər
cəmləşdirilərək əsas məzuniyyətlə
eyni vaxtda və ya daxili işlər orqanları əməkdaşlarının
arzusu ilə müəyyən edildiyi vaxtlarda verilə bilər.
87-1. Qadın
polis əməkdaşı hamiləliyə və
doğuşa görə ödənişli, uşağın
3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək
üçün qismən ödənişli sosial, habelə həkim
məsləhət komissiyasının rəyi əsasında
xroniki xəstəliyi olan uşağa qulluq etmək
üçün uşaq 4 yaşına çatanadək əlavə
ödənişsiz məzuniyyət almaq hüququna malikdir.
Hamiləliyə
və doğuşa görə məzuniyyətlər
müvafiq tibb müəssisələrinin arayışları
əsasında doğuşdan əvvəl 70 təqvim
günü və doğuşdan sonra 56 təqvim günü
(doğuş çətin olduqda, yaxud iki və daha çox
uşaq doğulduqda 70 təqvim günü) müddətində
verilir.
Qadın polis əməkdaşına
qismən ödənişli sosial məzuniyyət öz arzusu
ilə tam və ya hissələrə bölünməklə
verilə bilər. Qadın polis əməkdaşının
verilmiş məzuniyyət müddəti bitənə qədər
də öz xidməti vəzifələrinin icrasına
başlamaq hüququ vardır.
Hamiləliyə
və doğuşa görə ödənişli məzuniyyətin
müddəti növbəti xüsusi rütbədə xidmət
müddətinə, qismən ödənişli sosial, habelə
uşaq dörd yaşına çatanadək əlavə
ödənişsiz məzuniyyət müddəti yalnız
xidmət illərinə və pensiya üçün xidmət
illərinə əlavə edilir.
Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın polis əməkdaşına öz arzusu ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir.[32]
88. Əməkdaş müvafiq iş
ilində (iş illərində) bu
Əsasnamənin 78-ci maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən
istənilən səbəbdən istifadə etmədikdə,
ona həmin iş ili (iş illəri) üçün istifadə
edilməmiş əsas məzuniyyətə görə
kompensasiya ödənilir. İstifadə edilməmiş əsas
məzuniyyətə görə kompensasiya hansı iş ili
üçün verilməsindən asılı olmayaraq, əməkdaşın
həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə
görə və xüsusi rütbəyə görə
maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət
dərəcəsinə görə verilən əlavə nəzərə
alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada hesablanaraq ödənilir.
Daxili
işlər orqanlarının əməkdaşları məzuniyyətə
çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı
məbləğində pul müavinəti verilir.[33]
89. Daxili
işlər orqanları əməkdaşlarına məzuniyyəti
keçirmə (ölkə daxilində) yerinə getmə və
geriyə qayıtma üçün yol haqqı
aşağıdakı məzuniyyətlər verilərkən
ödənilir:
əsas və
xəstəliyə görə (ildə bir dəfə);
tətilə
çıxmaqla əlaqədar (ildə iki dəfə);
Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil
müəssisələrini bitirməklə əlaqədar.
90. Daxili
işlər orqanları əməkdaşlarının ailə
üzvlərindən birinə əsas məzuniyyəti
keçirmə yerinə getmə və geri qayıtmaq
üçün iki ildə bir dəfə yol haqqı ödənilir.
VI Fəsil
Daxİlİ İşlər orqanları əməkdaşlarının
təmİnat xərclərİ
91. Daxili
işlər orqanları əməkdaşlarının təminat
xərclərinə, tutduğu vəzifəyə və
xüsusi rütbəyə görə maaşları, fasiləsiz
xidməti illərinə görə haqq, məharət dərəcəsinə
görə verilən əlavə, ərzaq payı və ya ərzaq
payı əvəzinə verilən pul kompensasiyası, digər
müavinət və ödənişlər daxildir.
92. Daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır.[34]
93. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.[35]
94. Xidməti
vəzifələrin icrası zamanı daxili işlər
orqanları əməkdaşlarının əmlakına dəyən
zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada dövlət büdcəsi
vəsaiti hesabına tam həcmdə ödənilir.
95. Daxili
işlər orqanları əməkdaşının və
onun ailə üzvlərinin yeni xidmət keçmə yerinə
köçməsi və əmlakının
daşınması Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanının vəsaiti hesabına həyata
keçirilir.
96. Daxili
işlər orqanları əməkdaşlarına əlavə
yaşayış sahəsinin verilməsi qaydaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
97. Daxili
işlər orqanları əməkdaşlarına və
onların ailə üzvlərinə Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb
müəssisələrində pulsuz tibb xidməti göstərilir.
Daxili
işlər orqanları əməkdaşlarının
müalicə olunmaları ilə əlaqədar ildə bir
dəfə onlara bir aylıq əməkhaqqı məbləğində
pul müavinəti verilir.[36]
98. Daxili
işlər orqanları əməkdaşlarının xidmət
keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb
müəssisələri olmadığı hallarda daxili
işlər orqanları əməkdaşlarına və
onların ailə üzvlərinə digər dövlət
tibb müəssisələrində pulsuz xidmət göstərilir.
99. Daxili
işlər orqanları əməkdaşları və
onların ailə üzvləri Azərbaycan Respublikası
müvafiq icra hakimiyyəti orqanının sanatoriyalarında,
sanatoriya-kurort müəssisələrində, istirahət evlərində,
pansionatlarında və turist bazalarında istirahət
hüququna malikdirlər. Daxili işlər orqanları əməkdaşlarına
hər il yollayışın qiymətinin 75 faizi miqdarında,
ailə üzvlərinə isə - 50 faizi miqdarında imtiyaz
verilir.
100. Daxili
işlər orqanları əməkdaşları Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb
müəssisələrində sanatoriya-kurort müalicəsi
ilə təmin edilmədiyi hallarda onlar Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının
hesabına imtiyazlı ödəmə şərtilə digər
orqanların, müəssisə və təşkilatların
sanatoriya-kurort müəssisələrinə yollayış
ata bilərlər.
101. (Çıxarılıb) [37]
102. Xidməti
ezamiyyətə göndərilən daxili işlər
orqanları əməkdaşlarının növbədənkənar
qaydada nəqliyyatın bütün növlərinə bilet və
mehmanxanada yer almaq hüququ vardır.
103. Mənzil
növbəsinə dayanmış daxili işlər
orqanları əməkdaşı öldükdə onun ailəsinin
yaşayış sahəsi almaq hüququ saxlanılır.
104.
Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər
orqanları əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
müvəqqəti mənzilin kirayəsi üçün
yaşayış məntəqəsindən asılı
olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məbləğdə və qaydada pul kompensasiyası
ödənilir.
Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.[38]
105. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı mənzil
şəraitinin yaxşılaşdırılmasına
ehtiyacı olan və yeni yerdə xidmətə göndərilən
daxili işlər orqanları əməkdaşlarının
ehtiyaclarının ödənilməsi üçün zəruri
tədbirlər görməlidirlər.
106. (Çıxarılıb) [39]
107. (Çıxarılıb) [40]
VII Fəsil
Daxİlİ İşlər orqanlarında xİdmətİ
İntİzam
108. Daxili
işlər orqanlarında xidməti intizam - əməkdaşlar
tərəfindən onlara həvalə olunmuş vəzifələrin
icrasından və öz səlahiyyətlərini həyata
keçirən zaman Azərbaycan Respublikasının
qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının və bilavasitə rəislərin əmr və
göstərişlərinə əməl etməkdən ibarətdir.
109. Daxili
işlər orqanlarının vəzifəli şəxsləri
(rəislər) öz tabeliyində olan əməkdaşların
xidməti intizamının vəziyyətinə görə məsuliyyət
daşıyırlar. Onlar əməkdaşlara qarşı
yüksək tələbkarlıq göstərməklə
yanaşı:
tabeliyində
olan əməkdaşların xidməti fəaliyyəti,
istirahəti və onların peşə
hazırlığının artırılması
üçün lazımi şərait yaratmalı;
tabeliyində
olan əməkdaşların vəzifələrinin
icrasına yüksək məsuliyyət hissi
aşılamalı;
tabeliyində
olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən
aşkarlığı və obyektivliyi təmin etməli;
tabeliyində
olan əməkdaşların şərəf və ləyaqətinə
hörmət etməli;
şəxsi
heyətlə işdə şəxsi münasibətlər zəminində
himayəçiliyə, həmçinin fəaliyyətindəki
nöqsanların tənqidinə görə əməkdaşların
təqib olunmasına yol verməməlidirlər.
110. Xidməti
vəzifələrin nümunəvi yerinə yetirilməsinə
və xidmətdə əldə edilən yüksək nəticələrə
görə daxili işlər orqanlarının əməkdaşları
üçün aşağıdakı həvəsləndirmə
növləri tətbiq edilə bilər:
1) təşəkkür;
2) pul
mükafatı;
3) qiymətli
hədiyyə ilə mükafatlandırılma;
4) fəxri fərman
ilə təltif edilmə;
5) fəxri
döş nişanı ilə təltif edilmə;
6) vaxtından
əvvəl növbəti xüsusi rütbənin verilməsi;
7) xüsusi
rütbənin vəzifə ştatında nəzərdə
tutulduğundan bir pillə yuxarı verilməsi;
8) təltif
silahının verilməsi.
Həvəsləndirmə
növlərinin tətbiqi qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
111. Həvəsləndirmə
tədbiri kimi əvvəllər verilmiş intizam tənbehinin
vaxtından əvvəl geri götürülməsi tətbiq
oluna bilər.
112. Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil
müəssisələrində bu Əsasnamənin 110 və
111-ci maddələrində göstərilən həvəsləndirmə
növlərindən başqa təqaüdün
miqdarının artırılması və kursantların təhsil
müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar
buraxılması kimi həvəsləndirmə tədbirləri
də tətbiq edilə bilər.
113. Cinayətkarlığa
qarşı mübarizədə, qanunçuluğun və
hüquq qaydalarının möhkəmləndirilməsində,
ictimai təhlükəsizliyin mühafizəsində xidməti
vəzifələri yerinə yetirərkən fərqləndiklərinə,
həmçinin digər xüsusi xidmətlərə görə
daxili işlər orqanlarının əməkdaşları
Azərbaycan Respublikasının dövlət təltifinə
təqdim edilə bilərlər.
114. Xidməti
intizam qaydalarını pozmağa görə daxili işlər
orqanlarının əməkdaşlarına
aşağıdakı intizam tənbehləri tətbiq edilə
bilər:
1) məzəmmət;
2) töhmət;
3) şiddətli
töhmət;
4) xidməti vəzifəyə
tam uyğun olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən
aşağı vəzifəyə keçirmə;
6) xüsusi
rütbənin bir pillə aşağı salınması;
7) xidmətdən
xaric edilmə.
114-1. Daxili
işlər orqanının əməkdaşı “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etmədikdə və
ya həmin Qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə (onlar inzibati və ya
cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə
cəlb olunur. [41]
115. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının təhsil müəssisələrində
yuxarıda göstərilən intizam tənbehi növlərindən
başqa növbədənkənar xidmət naryadına təyinetmə
(hissə üzrə növbətçi, yaxud qarovula təyin
edilmə istisna olmaqla) kimi tənbeh tətbiq edilə bilər.
116. Həvəsləndirmə
tədbirləri və intizam tənbehləri, daxili işlər
orqanlarının vəzifəli şəxsləri tərəfindən
onlara verilən səlahiyyətlər hüdudunda tətbiq
edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən vəzifəyə təyin edilən
daxili işlər orqanları əməkdaşlarına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu
Əsasnamənin 114-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində
göstərilən intizam tənbehləri tətbiq edilə
bilər.
117. Daxili
işlər orqanları əməkdaşlarının xidmət
üzrə tabe olduqları rəis tabelikdə olan əməkdaş
üçün vəzifəyə ən yaxın rəhbər
işçidir.
118. Xidmət
üzrə asılılıqları olmayan daxili işlər
orqanlarının əməkdaşları xidmətdə
böyük və kiçik vəzifəli ola bilərlər.
Bərabər vəzifələrdə böyüklük
xüsusi rütbələrlə, eyni rütbələrdə
olduqda isə vəzifəyə görə müəyyən
edilir.
119. Vəzifəni
müvəqqəti icra edən şəxs vəzifə
üzrə nəzərdə tutulmuş səlahiyyətlərdən
istifadə edir.
120. İntizam
tənbehi xidməti intizam qaydalarının pozulması məlum
olan gündən on gün ərzində verilir. Xidməti
yoxlama keçirildiyi və ya cinayət işi
başlandığı halda isə onun başa
çatdırıldığı gündən bir aydan gec
olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi
və məzuniyyətdə olduğu müddət nəzərə
alınmır.
121. İntizam
tənbehi dərhal, müstəsna hallarda isə verildiyi
gündən bir aydan gec olmayan müddətdə elan edilir və
qeydiyyata alınır.
122. Xidməti
intizam qaydalarının pozulmasına görə yalnız bir
intizam tənbehi verilir.
123. Daxili
işlər orqanlarının əməkdaşına
verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə
olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə
tətbiq edilmədikdə o, qüvvədən
düşmüş hesab olunur.
124. Həvəsləndirmə
tədbiri kimi intizam tənbehinin vaxtından əvvəl
götürülməsi, tənbehi vermiş rəis, yaxud ona
bərabər vəzifəli və ya vəzifəcə
böyük birbaşa rəis tərəfindən həyata
keçirilir.
125. Daxili
işlər orqanlarının əməkdaşları ezamiyyətdə,
məzuniyyətdə və ya xəstə olduqları müddətdə
onlara intizam tənbehləri tətbiq edilmir.
126. Xidməti
intizam qaydaları pozuntusunun törədildiyi gündən 3
ildən artıq müddət keçdikdə intizam tənbehi
tətbiq edilmir.
Bu halda daxili
işlər orqanları əməkdaşlarının məzuniyyətdə,
xəstə olduqları, həmçinin barələrindəki
cinayət işinin, yaxud xidməti yoxlamanın aparılma
vaxtı göstərilən müddətlərə daxil
edilmir.
127. Həvəsləndirmə
tədbirləri və intizam tənbehləri tətbiq etmək
üzrə rəislərin hüquqları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən müəyyən
olunur.
128. Vəzifəcə
böyük rəis, verilən tənbehin törədilən
xidməti intizam qaydaları pozuntusuna uyğun
olmadığını aşkar edərsə, onu ləğv
edib müvafiq qərar çıxarır.
129. Xidməti
intizam qaydalarının pozulmasına görə daxili işlər
orqanlarının istintaq aparatı işçilərinə
intizam tənbehi verilməsi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət
verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət
ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə
orqanlarının aktları əsasında həyata
keçirilir. Daxili işlər orqanlarının istintaq
aparatı işçilərinə intizam tənbehi verilməsi
həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin orqanın istintaq aparatının fəaliyyətinə
rəhbərliyi həyata keçirən qurumunun Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin
85.6-cı maddəsində göstərilən səlahiyyətləri
daxilində verilmiş vəsatəti əsasında həyata
keçirilir. [42]
130. Həvəsləndirmə
tədbirlərinin və intizam tənbehinin tətbiqində
verilən hüquqların həddini aşan vəzifəli
şəxs məsuliyyət daşıyır.
131. Daxili
işlər orqanlarının əməkdaşı ona
verilmiş intizam tənbehindən ardıcıllıqla
yuxarı vəzifəli şəxslərə şikayət
edə bilər.
132. Daxili
işlər orqanlarının əməkdaşları tərəfindən
xidməti borclarının yerinə yetirilməsinin, anda,
intizam qaydalarına riayət olunmasının təmin edilməsi
məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi
ilə daxili işlər orqanlarında sıravi və rəis
heyətlərinin yığıncaqları fəaliyyət
göstərir.
133.
Yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş əsasnamə ilə tənzimlənir.
134. Daxili
işlər orqanlarının əməkdaşı cinayət
törətdikdə Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən məsuliyyət
daşıyır.
Daxili işlər
orqanlarının ali və böyük rəis heyəti əməkdaşlarının
cinayət başında yaxalanması halları istisna olmaqla,
onların cinayət məsuliyyətinə cəlb edilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməklə, Azərbaycan
Respublikasının Baş Prokurorunun razılığı ilə
həyata keçirilir.
Daxili təhqiqatlar
zamanı daxili işlər orqanlarının əməkdaşları
barəsində "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış
tədbirləri bilavasitə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq
edilə bilər.
VIII Fəsil
Daxİlİ İşlər orqanlarında xİdmətdən
xarİc edİlmənİn əsasları
135. Daxili
işlər orqanlarının əməkdaşı
aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu
ilə daxili işlər orqanlarında xidmətdən
çıxmaq barəsində yazılı ərizə verdikdə;
2) and içməkdən
imtina etdikdə;
3) cinayət
törətdiyinə görə barəsində qanuni qüvvəyə
minmiş məhkəmənin ittiham hökmü və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar
olduqda;
4) daxili
işlər orqanlarında xidmətlə bir araya
sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə
olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə
görə, o cümlədən uzun müddətli (4 aydan
artıq) xəstəliklə əlaqədar vəzifəsini
yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə
tibbi-həkim komissiyasının rəyi olduqda;
7) daxili
işlər orqanlarında xidmətə tam yararsız
olması barəsində attestasiya komissiyasının rəyi
olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;[43]
9) daxili
işlər orqanları əməkdaşı adına ləkə
gətirən ləyaqətsiz hərəkət etdikdə;[44]
10) intizam məsuliyyətinə
cəlb edildikdən sonra xidmət və icra intizamını
il ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar
ixtisar edildikdə;
12) fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti
məhkəmə qaydasında müəyyənləşdirildikdə;
13) digər
hüquq-mühafizə orqanlarına işə keçdikdə.
136. Ali və
böyük rəis heyətinin xüsusi rütbələri
verilmiş daxili işlər orqanları əməkdaşlarına
pensiyaya çıxdıqda geyim formasını daşımaq
hüququ verilə bilər.
137. Daxili
işlər orqanlarının əməkdaşları
xüsusi rütbələrindən asılı olaraq,
aşağıdakı yaş həddinədək daxili
işlər orqanlarında xidmət edə bilərlər:
1) sıravi və
kiçik rəis heyəti vəzifələri
üçün müəyyən edilmiş xüsusi rütbələrdə
olan əməkdaşlar - 50 yaş (bu rütbələrdə
olan əməkdaşlar göstərilən yaş həddinə
çatdıqda xidmət illərinə görə pensiya
hüququ əldə etmirlərsə onlar daxili işlər
orqanlarında xidmətlərini bu hüququ əldə edənə
qədər davam etdirirlər);
2) orta və
böyük rəis heyəti vəzifələri
üçün müəyyən edilmiş xüsusi rütbələrdə
olan əməkdaşlar - 55 yaş;
3) ali rəis
heyəti vəzifələri üçün müəyyən
edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:
polis
general-mayoru və tibb xidməti general-mayoru, polis
general-leytenantı xüsusi rütbələrində - 60
yaş;
polis
general-polkovniki - 65 yaş.
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
vəzifəyə təyin olunan şəxslər
üçün yaş həddi müəyyən edilmir.
138. Bu
Əsasnamə ilə nəzərdə tutulan hallar istisna
olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar
daxili işlər orqanlarından xaric edilirlər.
139. Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər.[45]
140. Xidmət
müddətinin artırılması haqqında qərar bu
Əsasnamə ilə nəzərdə tutulan əsaslarla
daxili işlər orqanları əməkdaşlarının
xidmətdən xaric edilməsini istisna etmir.
141. Daxili
işlər orqanları əməkdaşlarının xidmətdən
xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyətinin müəyyən etdiyi qaydada həyata
keçirilir.
142. Bu
Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə
müvafiq olaraq xidmətdən xaric edilən daxili işlər
orqanlarının əməkdaşları xidmətdən
xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən
iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər.
143. Daxili
işlər orqanlarının vəfat edən, həlak olan və
məhkəmə qaydasında ölmüş və ya xəbərsiz
itkin düşmüş elan edilən əməkdaşlar Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada daxili işlər orqanları əməkdaşlarının
siyahısından çıxarılırlar.
144. Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.[46]
145. Daxili
işlər orqanları əməkdaşlarının pensiya
təminatı, pensiya təyin edilərkən xidmət
müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
146. Xidmətdən
xaric edilən daxili işlər orqanları əməkdaşlarına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müavinət verilir.
147. Pensiya almaq hüququ ilə xaric edilən, 20 təqvim ili və daha çox xidmət müddəti olan daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarında, istirahət evlərində, pansionatlarında və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqları saxlanılır.[47]
IX Fəsil
Daxİlİ İşlər orqanları əməkdaşlarının
xİdmətə, xüsusİ rütbələrə və
vəzİfəyə bərpa edİlməsİ
148. Bu
Əsasnamə ilə müəyyən edilmiş əsaslar
olmadan xidmət keçmə yerləri dəyişdirilən,
tutduğu vəzifələrdən azad edilib aşağı
vəzifələrə keçirilən, daxili işlər
orqanlarında xidmətdən xaric edilən əməkdaşlar
müvafiq olaraq vəzifəyə və daxili işlər
orqanlarında xidmətə bərpa edilməlidirlər.
149. Daxili
işlər orqanlarında vəzifələrə, xüsusi
rütbələrə və xidmətə bərpa olunma
üçün əsaslar aşağıdakılardır:
xidməti
yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin
qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə
müəyyən edilmiş qaydada bəraət qazanmış
şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.
150. Xidmət
keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən
azad edilərək aşağı vəzifəyə
keçirilmə haqqında qərarla razı olmayan daxili işlər
orqanlarının əməkdaşı yazılı
bildiriş aldığı gündən daxili işlər
orqanlarının yuxarı vəzifəli şəxslərinə
müraciət etmək, daxili işlər orqanlarından xaric
olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə
şikayət etmək hüququna malikdir.
151. Daxili
işlər orqanlarında xidmətə və ya vəzifəyə
bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə,
yaxud onun razılığı ilə bərabər vəzifəyə
təyin edilir.
152. Bu
Əsasnamənin 148-ci maddəsinə əsasən daxili
işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara
növbəti xüsusi rütbənin, eləcə də əlavələrin
verilməsi və ya pensiyanın təyin edilməsi
üçün xidmət illərinin hesablanması zamanı,
daxili işlər orqanlarından xaric edildikləri gündən
xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi
günədək olan müddət fasiləsiz xidmət
stajına daxil edilir.
153. Törətdiyi
cinayətə görə məhkum olunaraq daxili işlər
orqanlarında xidmətdən xaric edilən, sonradan bəraət
qazanan əməkdaşlara vurulmuş zərərin ödənilməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həyata keçirilir.
154. Bu
Əsasnamə ilə müəyyən edilmiş əsaslar
olmadan xidmət keçmə yerləri dəyişdirilən,
aşağı vəzifələrə keçirilən,
daxili işlər orqanlarından xaric olunan əməkdaşlara
bu orqana bərpa edildikdən sonra işləmədikləri
müddətə görə pul müavinəti verilir. Xaric
edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə,
idarə və təşkilatlarda işləmiş,
sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş
şəxslərə isə, daxili işlər orqanlarında
axırıncı vəzifədə aldığı pul təminatı
ilə xidmətdə məcburi fasilə zamanı
qazandığı faktiki gəlir arasındakı fərq
ödənilir və təqsirkar şəxslər maddi və
intizam məsuliyyəti daşıyırlar.
X Fəsil
Yekun müddəalar
155. Daxili
işlər orqanlarında xidmətə qəbul olunan digər
orqanların işçilərinə ixtisas dərəcələri,
xüsusi rütbələri nəzərə alınmaqla
xüsusi rütbələr verilir. Onların daxili işlər
orqanlarında xidmət illəri hesablanarkən xüsusi
rütbələrdə xidmət etdiyi müddət nəzərə
alınır.[48]
156. Hərbi və
fövqəladə vəziyyət elan edilmiş ərazilərdə
daxili işlər orqanları əməkdaşlarının
xidmət keçmələrinin xüsusiyyətləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
157. Xidməti vəzifələrini icra edərkən həlak olan (vəfat edən) əməkdaşların dəfni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının maliyyə vəsaiti hesabına həyata keçirilir.[49]
158. Daxili
işlər orqanları əməkdaşlarının dəfni
zamanı şərəfinə göstərilən ehtiram
qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
159. Daxili
işlər orqanlarında xidmətkeçməyə idarədənkənar
nəzarəti Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı, idarədaxili nəzarəti isə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
160. Bu
Əsasnamənin pozulmasına görə təqsirkar şəxslər
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada məsuliyyət daşıyırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15
noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731)
2. 3
sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 10, maddə
760)
3. 29
mart 2005-ci il tarixli 869-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
280)
4. 1
sentyabr 2005-ci il tarixli 977-IIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Qəzeti, 11 oktyabr
2005-ci il)
5. 1
sentyabr 2005-ci il tarixli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Qəzeti, 16 oktyabr 2005-ci il)
6. 10
oktyabr 2006-cı il tarixli 154–IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə
846)
7. 10
oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
927)
8. 16
iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci
il, ¹ 8, maddə 756)
9. 19
oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1073)
10. 23
oktyabr 2007-ci il tarixli 465-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1081)
11. 1
fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
155)
12. 2
oktyabr 2008-ci il tarixli 689-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 oktyabr 2008-ci il, ¹ 241, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 10, maddə
882)
13. 16
dekabr 2008-ci il 743-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 15 fevral 2009-cu il, ¹ 36, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
48)
14. 28
aprel 2009-cu il tarixli 807-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 399)
15. 1 fevral 2010-cu il
tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 171)
16. 5 mart 2010-cu il
tarixli 969-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il,
¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 273)
17. 21 dekabr 2010-cu il
tarixli 32-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2010-cu il,
¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 12, maddə 1057)
18. 30 dekabr 2010-cu il
tarixli 40-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2011-ci il,
¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 1, maddə 13)
19. 21
dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
20. 19
aprel 2013-cü il tarixli 613-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
462)
21. 03 aprel 2015-ci il tarixli 1242-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti,
05 may 2015-ci il, ¹ 095, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə 489)
22. 30 sentyabr
2015-ci il tarixli 1324-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1090)
23. 29 dekabr
2015-ci il tarixli 74-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 fevral 2016-cı il, ¹ 41;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, I kitab, maddə 187)
24. 1 fevral 2017-ci
il tarixli 522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart
2017-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 342)
25. 31 may 2017-ci
il tarixli 682-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul
2017-ci il, ¹ 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹7 , maddə 1249)
26. 30 oktyabr 2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2474)
27. 09 iyul 2021-ci
il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 avqust
2021-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 7, maddə
902)
28. 8 iyul 2022-ci il tarixli 583-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 19 avqust 2022-ci il, “Azərbaycan”
qəzeti 20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
830)
29. 20 dekabr
2022-ci il tarixli 725-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral
2023-cü il, ¹ 30,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 178)
30. 24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 6 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1595)
31. 28 iyun
2024-cü il tarixli 1195-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust
2024-cü il, ¹ 171)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10
oktyabr 2006-cı il tarixli 154–IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə
846) ilə 9-cu maddəsinin 1-ci bəndinin
ikinci abzasından ", daxili xidmət sıravisi", 9-cu
maddəsinin 2-ci bəndinin ikinci abzasından və 50-ci maddəsinin
ikinci abzasından ", daxili xidmət kiçik
serjantı", 9-cu maddəsinin 2-ci bəndinin
üçüncü abzasında və 50-ci maddəsinin
üçüncü abzasında ", daxili xidmət
serjantı", 9-cu maddəsinin 2-ci bəndinin
dördüncü abzasından və 50-ci maddəsinin
dördüncü abzasından ", daxili xidmət baş
serjantı", 9-cu maddəsinin 3-cü bəndinin ikinci
abzasından, 50-ci maddəsinin beşinci abzasından
və 56-cı maddəsindən ", daxili xidmət
kiçik leytenantı", 9-cu maddəsinin 3-cü bəndinin
üçüncü abzasından, 50-ci maddəsinin
altıncı abzasından və 57-ci maddəsindən ",
daxili xidmət leytenantı", 9-cu maddəsinin 3-cü bəndinin
dördüncü abzasından və 50-ci maddəsinin yeddinci
abzasından ", daxili xidmət baş leytenantı", 9-cu
maddəsinin 3-cü bəndinin beşinci abzasından və
50-ci maddəsinin səkkizinci abzasından ", daxili xidmət
kapitanı", 9-cu maddəsinin 4-cü bəndinin ikinci
abzasından və 50-ci maddəsinin doqquzuncu abzasından
", daxili xidmət mayoru", 9-cu maddəsinin 4-cü bəndinin
üçüncü abzasından və 50-ci maddəsinin
onuncu abzasından və 58-ci maddəsinin 1-ci bəndindən,
", daxili xidmət polkovnik-leytenantı", 9-cu maddəsinin
4-cü bəndinin dördüncü abzasından, 50-ci maddəsinin
on birinci abzasından və 58-ci maddəsinin 2-ci bəndindən
", daxili xidmət polkovniki", 9-cu maddəsinin 5-ci bəndinin
ikinci abzasından və 137-ci maddəsinin 3-cü bəndinin
ikinci abzasından ", daxili xidmət general-mayoru", 9-cu
maddəsinin 5-ci bəndinin üçüncü abzasından
və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından
", daxili xidmət general-leytenantı", 9-cu maddəsinin
5-ci bəndinin dördüncü abzasından və 137-ci maddəsinin
3-cü bəndinin üçüncü abzasından ",
daxili xidmət general-polkovniki" sözləri və 57-ci
maddəsinin 1-ci bəndindən ", daxili xidmət
kiçik leytenantına" sözləri
çıxarılmışdır.
[2] 23
oktyabr 2007-ci il tarixli 465-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1081) ilə 2-ci maddəsinin ikinci abzasında “həyata keçirilməsinə”
sözlərindən sonra “və
dövlət qulluğunun digər prinsiplərinə”
sözləri əlavə edilmişdir.
1
fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
155) ilə 2-ci maddənin ikinci abzasında "həyata keçirilməsinə"
sözlərindən sonra ",
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə"
sözləri əlavə edilmişdir.
28
aprel 2009-cu il tarixli 807-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu
il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, ¹ 06, maddə 399) ilə Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 2-ci maddənin
ikinci hissəsində “girmək”
sözü “qəbul edilmək”
sözləri ilə əvəz edilmişdir.
30 oktyabr
2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2474) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 2-ci maddəsinin
ikinci hissəsinə “müddəaları”
sözündən sonra “, həmçinin
həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə
edilmişdir.
[3] 24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 6 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1595) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 4-cü maddədə
“müdavimləri” sözü “kursantları”
sözü ilə, 76-cı maddənin birinci hissəsinin
beşinci abzasında “müdavimlər” sözü “kursantlar”
sözü ilə, 84-cü maddənin birinci hissəsinin
birinci abzasında “müdavimlərinə” sözü “kursantlarına”
sözü ilə və 112-ci maddədə “müdavimlərin”
sözü “kursantların” sözü ilə əvəz
edilmişdir.
[4] 2
oktyabr 2008-ci il tarixli 689-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 oktyabr 2008-ci il, ¹ 241, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 10, maddə
882) ilə yeni məzmunda 10-1-ci maddə əlavə
edilmişdir.
[5] 24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6
dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I kitab, maddə 1595) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”yə yeni məzmunda
I-I Fəsil əlavə edilmişdir.
[6] 28 aprel 2009-cu il
tarixli 807-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
399) ilə Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin
11-ci maddənin birinci hissəsində “dövlət dilini” sözlərindən sonra “sərbəst” sözü əlavə
edilmişdir.
[7] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 11-ci maddənin ikinci hissəsində
“orta təhsilli” sözləri
“tam orta təhsilli” sözləri
ilə, üçüncü və dördüncü hissələrində
“tədris” sözü “təhsil” sözü ilə əvəz
edilmişdir.
24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 dekabr 2023-cü
il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1595) ilə “Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə”nin 11-ci maddənin ikinci
hissəsində “tədris” sözü “təhsil”
sözü ilə əvəz edilmişdir.
[8] 19 aprel 2013-cü il tarixli 613-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 may 2013-cü il, ¹ 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə 462) ilə “Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamə”nin 11-ci maddəsinə beşinci
hissə əlavə edilmişdir.
[9] 28 iyun 2024-cü il tarixli 1195-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, ¹ 171) ilə “Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamə”nin 13-cü maddəsinin 3-cü bəndinə
“əmək kitabçası”
sözlərindən sonra “(olduğu
halda)” sözləri əlavə edilmişdir.
[10] 20 dekabr
2022-ci il tarixli 725-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 9 fevral 2023-cü
il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, ¹ 30, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə
178) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”yə yeni məzmunda
13-1-ci maddə əlavə edilmişdir.
[11] 21 dekabr 2010-cu il
tarixli 32-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2010-cu il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 12, maddə
1057) ilə “Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin
14-cü maddəsinə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[12] 28 aprel 2009-cu il
tarixli 807-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
399) ilə Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin
16-cı maddənin birinci cümləsində “söhbətdən”
sözü “müsahibədən”
sözü ilə əvəz edilmişdir.
[13] 1 fevral 2017-ci il
tarixli 522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart
2017-ci il, ¹ 49, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
342)
ilə 17-ci maddədə “ləyaqətsiz” sözü “daxili işlər
orqanlarının əməkdaşı adına ləkə gətirən”
sözləri ilə əvəz edilmişdir.
[14] 3
sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 10, maddə
760) ilə 19-cu maddə yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
19. Daxili
işlər orqanlarının sıravi və kiçik rəis
heyəti vəzifələrinə xidmətə yalnız orta
və orta təhsili şəxslər qəbul edilirlər.
21
dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin
19-cu maddənin birinci cümləsində “orta və orta ixtisas”
sözləri “tam orta və orta
ixtisas” sözləri ilə əvəz
edilmişdir.
[15]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 20-ci maddənin
birinci hissəsində “xüsusi
orta ixtisas” sözləri “xüsusi
təyinatlı və digər təhsil
müəssisələrini bitirən orta ixtisas” sözləri
ilə əvəz edilmişdir.
[16] 30 sentyabr
2015-ci il tarixli 1324-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1090) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 24-cü maddəsində
“uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz
edilsin və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə
edilmişdir.
[17]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 26-cı maddədə
“ali və xüsusi orta ixtisas
təhsilli” sözləri “xüsusi təyinatlı təhsil”
sözü ilə əvəz
edilmişdir.
[18] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 avqust
2021-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 7, maddə
902) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”yə yeni məzmunda
26-1-ci maddə əlavə edilmişdir.
[19]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 27-ci maddədə
“tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
[20] 24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 dekabr 2023-cü
il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I kitab,
maddə 1595) ilə “Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə”nin 33-cü maddənin birinci hissəsinin
3-cü bəndinin yeddinci abzasında “şöbəsinə”
sözü “təhsilalma formasına” sözləri ilə
əvəz edilmişdir.
[21] 5 mart 2010-cu il
tarixli 969-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il,
¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 273) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 35-ci maddəsi
çıxarılmışdır.
[22]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 43-cü maddənin
ikinci hissəsində “daxili təhsil” sözləri “xüsusi təyinatlı və digər
aidiyyəti təhsil”
sözü ilə əvəz
edilmişdir.
[23] 1 fevral 2008-ci
il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
155) ilə 44-cü maddəyə ikinci hissə əlavə
edilmişdir.
[24] 31 may 2017-ci il
tarixli 682-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul
2017-ci il, ¹ 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə
1249)
ilə 45-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
45.
Daxili işlər orqanları əməkdaşlarının
attestasiyası Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi müddətdə və
qaydada həyata keçirilir.
[25] 29 dekabr 2015-ci il
tarixli 74-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23
fevral 2016-cı il, ¹ 41; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 187) ilə 46-cı maddəyə yeni
məzmunda ikinci və üçüncü hissələr əlavə
edilmişdir.
[26] 31 may 2017-ci il
tarixli 682-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul
2017-ci il, ¹ 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə
1249)
ilə 49-cu maddə ləğv
edilmişdir.
[27]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 56-cı maddənin
ikinci hissəsində “xüsusi
orta təhsil” sözləri
“xüsusi təyinatlı və
digər orta ixtisas təhsili” sözləri ilə əvəz edilmişdir.
[28]21 dekabr 2010-cu
il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 57-ci maddənin
3-cü bəndində “orta təhsil
müəssisələrinin”
sözləri “orta ixtisas təhsili
müəssisələrinin və digər ali təhsil müəssisələrinin”
sözləri ilə əvəz
edilmişdir.
24 oktyabr
2023-cü il tarixli 1010-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 dekabr 2023-cü
il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1595) ilə “Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə”nin 57-ci maddənin birinci hissəsinin 3-cü bəndində
“şöbələrini” sözü “təhsilalma
formasını” sözləri ilə əvəz edilmişdir.
[29] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 avqust
2021-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 7, maddə
902) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”yə yeni məzmunda
59-1-ci maddə əlavə edilmişdir.
[30] 16
iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 756) ilə 73-cü maddəsinin ikinci
hissəsinin birinci cümləsində “bayram” sözündən
əvvəl “iş günü hesab edilməyən” sözləri
əlavə edilmişdir.
1
fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 171) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 73-cü maddəsinin
ikinci hissəsinin birinci cümləsində “istirahət
və iş günü hesab edilməyən bayram günlərində”
sözləri “istirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günündə” sözləri ilə
əvəz edilmişdir.
[31] 16 dekabr 2008-ci
il 743-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 15 fevral 2009-cu il, ¹ 36, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
48) ilə 83-cü maddənin üçüncü hissəsində
"yaralanma, kontuziya"
sözləri "xəsarət
(yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz
edilmişdir.
8 iyul 2022-ci il tarixli 583-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti
20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
830) ilə “Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında
Əsasnamə”nin 83-cü maddəsinin üçüncü
hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə
əvəz edilmişdir və həmin hissədən “, yaxud şikəstliklə” sözləri
çıxarılmışdır.
[32] 30 dekabr 2010-cu il
tarixli 40-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2011-ci il,
¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 1, maddə 13) ilə yeni məzmunda 87-1-ci maddə əlavə
edilmişdir.
[33] 3
sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 10, maddə
760) ilə 88-ci maddəyə ikinci hissə
əlavə edilmişdir.
19
oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1073) ilə 88-ci maddənin birinci hissəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Məzuniyyətini istifadə etmədən
daxili işlər orqanlarından xaric edilən əməkdaşlara
məzuniyyət əvəzinə pul ödənişi verilməsi
halları istisna olmaqla, xidmətdə olan əməkdaşlara
məzuniyyətlərin əvəzinə pul ödənişlərinin
verilməsi qadağandır.
[34] 1
sentyabr 2005-ci il tarixli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, ¹ 10, maddə
872) ilə 92-ci maddədə "həyat və sağlamlığı" sözlərindən
sonra "Məhkəmə və
hüquq-mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq" sözləri əlavə edilmişdir.
[35] 16 dekabr 2008-ci
il tarixli 743-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, ¹ 36, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
48) ilə 93-cü maddədə "həlak olmuş, bədən xəsarəti"
sözləri "həlak
olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma,
kontuziya)" sözləri ilə əvəz edilmişdir.
[36] 3 sentyabr 2004-cü il
tarixli 730–IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 10, maddə
760) ilə 97-ci maddəyə ikinci hissə
əlavə edilmişdir.
[37] 15 noyabr 2001-ci
il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 101-ci maddə
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
101.
Şəxsi nəqliyyat vasitəsini xidməti məqsədlər
üçün istifadə edən daxili işlər
orqanları əməkdaşlarına nəqliyyat vasitəsinin
istismarı üçün dövlət büdcəsinin vəsaiti
hesabına Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edildiyi qaydada kompensasiya verilir.
[38] 19
oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1073) ilə 104-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Daxili işlər orqanları əməkdaşlarına
kirayə götürdükləri mənzil sahələrindən
istifadə üçün çəkdikləri xərclərə
görə respublika daxilində ezamiyyə zamanı
yaşayış xərci üçün nəzərdə
tutulan məbləğ həcmində ödənişlər
verilir.
[39] 15 noyabr
2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 106-cı maddə
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
106.
Müvafiq icra hakimiyyəti orqanları daxili işlər
orqanları əməkdaşlarının
uşaqlarını məktəbəqədər uşaq
müəssisələrində, sağlamlıq düşərgələrində
imtiyazlı ödəniş şərti ilə yerlərlə
təmin edirlər.
[40] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 107-ci
maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
107.
Daxili işlər orqanları əməkdaşlarının
Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın
bütün növlərindən (taksidən və şəhərlərarası
nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququ
vardır.
[41] 10 oktyabr 2006-cı il tarixli 159-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 927) ilə yeni
məzmunda 114-1-ci maddə əlavə edilmişdir.
[42] 29
mart 2005-ci il tarixli 869-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
280) ilə 129-cu maddəyə ikinci cümlə əlavə
edilmişdir.
[43] 03
aprel 2015-ci il tarixli 1242-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 05
may 2015-ci il, ¹ 095, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 5, maddə 489) ilə "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin
8-ci bəndində “vətəndaşlığından
çıxdıqda” sözləri
“vətəndaşlığına
xitam verildikdə” sözləri
ilə əvəz edilmişdir.
[44] 1 fevral 2017-ci il
tarixli 522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart
2017-ci il, ¹ 49, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
342)
ilə 135-ci maddənin 9-cu bəndindən
“ləyaqətsiz”
sözü çıxarılmışdır.
[45] 1 fevral 2017-ci il
tarixli 522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2017-ci
il, ¹ 49, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
342)
ilə 139-cu maddədə “fiziki cəhətdən sağlam
olan” sözlərindən sonra “kiçik (siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir),”
sözləri əlavə edilmişdir.
[46] 1
sentyabr 2005-ci il tarixli 977-IIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 10, maddə 871) ilə 144-cü maddədə
"25 il" sözləri
"20 təqvim ili"
sözləri ilə əvəz edilmiş və mötərizədə
verilmiş "imtiyazlı
hesablama ilə" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
144. Xidmət illərinə görə
pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və
daha çox xidmət etmiş əməkdaşlar malikdirlər
(imtiyazlı hesablama ilə).
[47] 1
sentyabr 2005-ci il tarixli 977-IIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 10, maddə 871) ilə 147-ci maddədə
"25 il" sözləri "20 təqvim ili"
sözləri ilə əvəz edilmiş və mötərizədə
verilmiş "o cümlədən
imtiyazlı hesablama ilə" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
147.
Pensiya almaq hüququ ilə xaric edilən, 25 il və daha
çox (o cümlədən imtiyazlı hesablama ilə) xidmət
müddəti olan daxili işlər orqanları əməkdaşlarının,
onların həyat yoldaşlarının və onlarla birlikdə
yaşayan yetkinlik yaşına çatmamış
uşaqlarının Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində
pulsuz tibbi yardım təminatı, həmçinin
sanatoriyalarında, istirahət evlərində,
pansionatlarında və turist bazalarında haqqı ödənilməklə
müalicə olunmaq və istirahət etmək hüquqları
saxlanılır.
[48] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 avqust
2021-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 7, maddə
902) ilə “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”nin 155-ci maddənin
birinci cümləsindən “ixtisas dərəcələri,”
sözləri çıxarılmışdır.
[49] 16 dekabr 2008-ci
il tarixli 743-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, ¹ 36, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
48) ilə 157-ci maddə "həlak
olan" sözlərindən sonra "(vəfat edən)" sözləri əlavə
edilmişdir.