Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:[1]
1.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2.
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
strukturu” təsdiq edilsin (əlavə olunur).
3.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
işçilərinin say həddi cəmi 395 ştat
vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti üzrə 36 ştat vahidi, Bakı Şəhər
Mədəniyyət Baş İdarəsi və regional
mədəniyyət idarələri üzrə 219 ştat
vahidi müəyyən edilsin.[2]
5.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
5.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.4. bu
Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
6.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
7.
“Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun
təsdiq edilməsi və aparatının
işçilərinin say həddinin müəyyən
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı
il 18 aprel tarixli 393 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4,
maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə
330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə
983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684; 2014, ¹
9, maddə 1056; 2015, ¹ 9, maddələr 985, 996, ¹ 10, maddə
1120; 2016, ¹ 5, maddə 850, ¹ 10, maddə 1646, ¹ 11, maddə 1809;
2017, ¹ 3, maddə 356, ¹ 6, maddə 1084, ¹ 10, maddə 1785; 2018, ¹
2, maddə 186) ləğv edilsin.
8.
“Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü
il 18 dekabr tarixli 409 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12,
maddə 1563; 2016, ¹ 12, maddə 2066; 2017, ¹ 2, maddə 181, ¹ 6,
maddə 1086) 2-ci və 3-cü hissələri ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 6 iyun 2018-ci il
¹
119
|
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
(bundan sonra – Nazirlik) mədəniyyət, incəsənət,
tarix və mədəniyyət abidələrinin qorunması,
nəşriyyat və kinematoqrafiya sahələrində (bundan
sonra – müvafiq sahə) dövlət siyasətini və
tənzimləməsini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
1.2.
Nazirlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını
və bu Əsasnaməni rəhbər tutur.
1.3.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən
və hüquqlarını həyata keçirərkən
dövlət və yerli özünüidarəetmə orqanları
ilə, beynəlxalq və qeyri-hökumət
təşkilatları ilə, digər hüquqi və fiziki
şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.
1.4.
Nazirliyin müstəqil balansı, istifadəsində olan
dövlət əmlakı, xəzinə və bank
hesabları, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri və öz adı həkk
olunmuş möhürü, kargüzarlıq xidmətinin
gerbsiz möhürü, müvafiq ştampları və
blankları vardır.
1.5.
Nazirliyin saxlanması xərcləri və fəaliyyəti
Azərbaycan Respublikasının dövlət büdcəsi
və qanunda nəzərdə tutulmuş digər
mənbələr hesabına maliyyələşdirilir.
1.6.
Nazirlik Bakı şəhərində yerləşir.
2.
Nazirliyin fəaliyyət istiqamətləri
2.0.
Nazirliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1.
müvafiq sahədə vahid dövlət siyasətinin
formalaşmasında iştirak etmək və bu siyasətin
həyata keçirilməsini təmin etmək;
2.0.2.
müvafiq sahədə normayaratma fəaliyyətini həyata
keçirmək;
2.0.3.
müvafiq sahədə dövlət tənzimləməsini,
dövlət nəzarətini və
əlaqələndirməni həyata keçirmək;
2.0.4.
strukturuna daxil olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə mədəni irsin
qorunmasına, Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət
qoruqlarının, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla,
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət obyektlərinin (abidələrinin)
bərpasına, rekonstruksiyasına, konservasiyasına,
yenidən qurulmasına, texniki təchizat vasitələrinin
yeniləşdirilməsinə, cari və əsaslı
təmir-bərpa işlərinin
layihələndirilməsinə dövlət nəzarətini
həyata keçirmək;[3]
2.0.5.
müvafiq sahənin inkişafı üçün
tədbirlər görmək.
3.
Nazirliyin vəzifələri
3.1. Bu
Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq,
Nazirliyin vəzifələri aşağıdakılardır:
3.1.1.
müvafiq sahədə normayaratma fəaliyyətindən
irəli gələn vəzifələri yerinə yetirmək;
3.1.2.
dövlət proqramlarının və inkişaf
konsepsiyalarının həyata keçirilməsini təmin
etmək;
3.1.3.
müvafiq sahədə dövlət proqramlarının
layihələrinin hazırlanmasında iştirak etmək;
3.1.4.
digər icra hakimiyyəti orqanlarının müvafiq sahə
ilə bağlı fəaliyyətini, həmçinin
müvafiq sahədə fəaliyyət göstərən
qurumların və birliklərin fəaliyyətini
əlaqələndirmək;
3.1.5.
müvafiq sahədə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsini təmin
etmək;
3.1.6.
müvafiq sahədə Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət
qoruqlarının, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla,
qanunla onun səlahiyyətinə aid edilmiş dövlət
nəzarətini və dövlət monitorinqini həyata
keçirmək, icazə və digər
hüquqmüəyyənedici sənədlər vermək;
3.1.7.
mədəniyyət sahəsində dövlət reyestrini
aparmaq;
3.1.8.
mədəniyyət sahəsində sahibkarlığın
inkişafına dair tədbirlər görmək;
3.1.9.
fəaliyyət istiqamətləri ilə bağlı insan
və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini təmin
etmək, onların pozulmasının qarşısını
almaq;
3.1.10.
Azərbaycan və dünya mədəniyyət
nümunələrindən və mədəni
sərvətlərdən insanların sərbəst
bəhrələnməsi üçün sosial
əhəmiyyətli tədbirlər təşkil etmək;
3.1.11.
müvafiq sahədə təhlil və tədqiqat
işlərinin aparılmasını təmin etmək,
müsbət nəticələri təcrübədə
tətbiq etmək;
3.1.12.
qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla, müvafiq sahədə elmi-texniki
nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.13.
müvafiq sahəyə ayrılan büdcə
vəsaitindən, kreditlərdən, qrantlardan və digər
maliyyə vəsaitindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.14.
aidiyyəti dövlət qurumları ilə birlikdə, Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki
dövlət qoruqlarının,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri istisna olmaqla,
mədəniyyət sənayesinin inkişafına
yönəldilmiş investisiya layihələri həyata
keçirmək və ya investisiya mühitinin
yaxşılaşdırılması məqsədilə
investisiya qoyuluşu üçün əlverişli mühit
yaratmaq;
3.1.15.
dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər, habelə
fəaliyyət istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirləri görmək;
3.1.16.
öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.17.
Azərbaycan mədəni irsinin bərpasına, qorunmasına,
inkişafına və təşviqinə
yönəldilmiş tədbirlər görmək;
3.1.18.
müvafiq sahədə kadr hazırlığını
təmin etmək, həmçinin mütəxəssislərin
hazırlanması və əlavə təhsili
üçün tədbirlər görmək;
3.1.19.
Nazirliyin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində
tədbirlər görmək;
3.1.20.
Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan
müraciətlərə baxmaq və tədbirlər
görmək;
3.1.21.
yüksək bədii dəyərli əsərlər
yaradılması üçün dövlət
sifarişlərini həyata keçirmək;
3.1.22.
istedadlı şəxslərin peşəkar
inkişafını dəstəkləmək;
3.1.23.
mədəniyyət fəaliyyətində beynəlxalq
təşkilatların, bələdiyyələrin, fiziki
və hüquqi şəxslərin, o cümlədən
qeyri-kommersiya qurumlarının iştirakını
dəstəkləmək;
3.1.24.
Azərbaycan Respublikasının muzey fonduna daxil edilmiş
muzey əşyalarının və kolleksiyalarının
uçotu və saxlanması qaydasını müəyyən
etmək;
3.1.25.
dövlət mülkiyyətində olan muzeylərin,
kitabxanaların, rəsm qalereyalarının və sərgi
salonlarının fondlarını zənginləşdirmək
və komplektləşdirmək məqsədilə maddi
mədəniyyət və nəşr nümunələrini
satın almaq, onların qorunmasını, uçotunu,
mühafizəsini, təbliğini və nümayişini
təmin etmək;
3.1.26.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada mədəni
sərvətləri (daşınmaz mədəni
sərvətlər istisna olmaqla) Azərbaycan Respublikasının
milli mədəniyyət əmlakının Dövlət
Siyahısına və mədəni sərvətlərin
mühafizə siyahısına daxil etmək;
3.1.27.
xüsusi əhəmiyyətli mədəniyyət
obyektlərinin (daşınmaz mədəni
sərvətlər istisna olmaqla) milli mədəni irs
obyektlərinə aid edilməsini həyata keçirmək;
3.1.28.
mühafizə olunan mədəni sərvətlərin
(daşınmaz mədəni sərvətlər istisna olmaqla)
siyahısını aparmaq;
3.1.29.
“Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən müvafiq
sahədə elektron məlumat sistemi yaratmaq;
3.1.30.
mədəniyyət nümunələrini ekspertiza yolu ilə
Azərbaycan Respublikasında milli mədəni
sərvətlərə aid etmək;
3.1.31.
qeyri-maddi mədəni irs nümunələrinin dövlət
reyestrini aparmaq;
3.1.32.
Azərbaycan Respublikasında milli kulinariya
nümunələrinin sistemləşdirilməsini,
qorunmasını, təbliğini və onların milli
mədəni irsə aid edilməsini həyata
keçirmək; [4]
3.1.33.
mühafizə olunan mədəni sərvətlərin
siyahısını öz rəsmi internet saytında
yerləşdirərək, onun mütəmadi
yenilənməsini və rəsmi nəşrlərdə
dərc olunmasını təmin etmək;
3.1.34.
mədəni sərvətlərin ixracının
mümkünlüyünü mədəni sərvətin
mühafizə şəhadətnaməsi ilə
müəyyən etmək;
3.1.35.
Azərbaycan xalqının mənəvi
dəyərlərinə, mədəniyyətinə və
incəsənətinə ləkə gətirən, onları
alçaldan və böhtan xarakterli materialların
nəşrinin (yayımının) qarşısının
alınması üçün zəruri tədbirlər
görmək;
3.1.36.
kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya
və ya zorakılıq təbliğ edən filmlərin
qarşısının alınması ilə bağlı
tədbirlər görmək, tamaşaçı
auditoriyasının yaş kateqoriyalarını
müəyyənləşdirmək məqsədilə
Azərbaycan Respublikasının ərazisində
kütləvi nümayiş (kinozal, videozal, videoyayım
məntəqələri, efir və kabel televiziyası)
üçün nəzərdə tutulmuş bütün
filmləri qeydə almaq və onları filmlərin
dövlət reyestrinə daxil etmək;
3.1.36-1.
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci
maddələrinə uyğun olaraq mədəni-kütləvi
tədbirin keçirilməsi barədə afişaların
və digər elanların, həmçinin belə tədbiri
ziyarət etmək hüququ verən biletlərin,
dəvətnamələrin və digər sənədlərin
işarələnmədiyi və yaxud həmin Qanunun
tələblərini pozmaqla işarələndiyi barədə
məlumat əldə etdikdə, müstəqil
şəkildə bu informasiya məhsullarının
ekspertizasını təşkil etmək;[5]
3.1.37. mədəniyyətin
inkişafında xidmətləri olan mədəniyyət
işçilərinin, yaradıcı şəxslərin
və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq
fəaliyyəti barədə məlumat bazası yaratmaq;
3.1.38.
milli filmlərin və kinoxronikanın ilkin
materiallarının və daşınar maddi
mədəniyyət nümunələrinin saxlanması
qaydasını və rejimini müəyyən etmək;
3.1.39.
turizm baxış obyektləri olan mədəni, təbii
və tarixi irsdən, digər aidiyyəti qurumların
rəylərini nəzərə alaraq, səmərəli
istifadə etmək;
3.1.40.
mədəni dəyərlərin təşviqini və
təbliğini təmin etmək;
3.1.41.
Azərbaycan mədəniyyətinin dünya
mədəniyyətinə inteqrasiyasını,
mədəniyyətlərarası dialoqun inkişafını
və vahid mədəniyyət məkanının qurulmasını
təmin etmək məqsədilə müvafiq sahədə
layihələr həyata keçirmək;
3.1.42.
“Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
xalqının tarixi adlarından, tarixi və mədəni
sərvətləri ilə bağlı xüsusi
işarələrdən istifadəyə icazə vermək;
3.1.43.
mədəniyyət müəssisələrindən və
mədəniyyət məkanlarından əhalinin istifadə
imkanlarının sadələşdirilməsinə
yönəldilmiş layihələr həyata
keçirmək;
3.1.44.
mühafizə olunan mədəni sərvətlərin
siyahısına daxil edilən hər bir mədəni
sərvətə mühafizə şəhadətnaməsi
vermək;
3.1.45.
Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsili
müəssisələrinin, uşaq musiqi,
incəsənət, rəssamlıq və muğam
məktəblərinin fəaliyyətinə nəzarəti
həyata keçirmək, Azərbaycan Respublikası
Prezidentinin təsdiq etdiyi Nizamnaməsinə uyğun qaydada,
təsdiqi təhsil müəssisəsi rəhbərinin
səlahiyyətində olan tədris planları istisna olmaqla,
digər tədris plan və proqramlarını təsdiq
etmək, təhsil müəssisələri
şəbəkəsinin inkişafı və maddi-texniki
bazasının gücləndirilməsi üçün
tədbirlər görmək;
3.1.46.
tabeliyindəki dövlət təhsil
müəssisələrinin maliyyələşdirilməsini
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirmək;
3.1.47.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə müvafiq sahədə ümumi estetik
tərbiyənin, təhsilin, o cümlədən əlavə
təhsilin gücləndirilməsi məqsədilə, həmçinin
iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnoloji və
digər tədbirlər vasitəsilə uşaq və
gənclərin mədəniyyət fəaliyyətini və
mədəni sərvətlərdən
bəhrələnməsini stimullaşdıran layihələr
həyata keçirmək;
3.1.48.
“Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki
dövlət qoruqlarının,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri istisna olmaqla, milli
mədəni irsə aid, o cümlədən muzey, arxeologiya,
etnoqrafiya, kitabxana və kino fondlarına, yaxud
arxivlərinə məxsus mədəni
sərvətlərdən hüquqi və fiziki
şəxslərin kommersiya və qeyri-kommersiya
məqsədləri üçün istifadə
etməsinə razılıq vermək;
3.1.49.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ilə birlikdə Azərbaycan mədəniyyətinin
beynəlxalq tədbirlərdə təqdimatını və
təşviqini təmin edən tədbirlər görmək;
3.1.50.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ilə birlikdə xarici dövlətlərin
mədəniyyət tədbirlərinin
keçirilməsinə dəstəyi, xarici dövlətlərdə
Azərbaycan mədəniyyəti tədbirlərinin
keçirilməsini təmin etmək;
3.1.51. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə
birlikdə xarici dövlətlərdə Azərbaycan
mədəniyyət mərkəzlərinin
inkişafını təmin etmək və fəaliyyətini
əlaqələndirmək;
3.1.52.
Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
3.2.
Nazirlik strukturuna daxil olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə, Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət
qoruqlarının, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:
3.2.1.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin qorunması
işini təşkil edir;
3.2.2.
hər hansı texniki avadanlıq və cihaz tarix və
mədəniyyət abidələrinin təhlükəsiz
istismarına mane olduqda, təhlükəsiz istismara mane olan
halların dərhal aradan qaldırılmasını
avadanlıq və qurğu sahibindən aidiyyəti
orqanların tələb etmələrinə razılıq
verir;
3.2.3.
təhlükə potensiallı təbiət və texnogen
xarakterli hadisələrin başvermə ehtimalının
yüksək olduğu dövlət mühafizəsində olan
daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizə zonalarına münasibətdə
mühafizə tədbirlərinə razılıq verir;
3.2.4.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət obyektlərinin (abidələrinin)
bərpası, rekonstruksiyası, konservasiyası və
yenidən qurulması zamanı tikiləcək və təmir
ediləcək obyektlərin ehtimal olunan qiymətlərinin
müəyyən edilməsini həyata keçirir;
3.2.5.
təbii və texnogen qəzalar nəticəsində
zərər çəkmiş ərazilərdə dövlət
mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrində (bina və
qurğularda) bərpa və yenidənqurma işlərini
təşkil etməklə bağlı sifarişçi
funksiyalarını yerinə yetirir;
3.2.6.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinə aid
yaşayış sahəsinin qeyri-yaşayış
sahəsinə və ya qeyri-yaşayış sahəsinin
yaşayış sahəsinə keçirilməsinə
razılıq verir;
3.2.7.
konservasiya mühafizə dərəcəsi olan daşınmaz
mədəni sərvətlərdən məhdud dairədə
istifadəyə nəzarət edir;
3.2.8.
mühafizə dərəcəsi olan daşınmaz
mədəni sərvətlərin mülkiyyətçisi
və ya istifadəçisi ilə həmin mədəni
sərvətlərin qorunmasına dair mühafizə
müqavilələri bağlayır;
3.2.9.
Azərbaycan Respublikasının ərazisində arxeoloji
qazıntılar aparılması və arxeoloji mədəni
sərvətlərin tədqiqi məqsədilə onlarla
təmasda elmi tədqiqat işlərini yerinə yetirən
şəxslərdən görülmüş tədqiqat
işləri barədə hesabat və arxeoloji qazıntı zamanı
aşkar olunmuş maddi mədəniyyət
qalıqlarının siyahısını
qəbul edir; [6]
3.2.10.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin dövlət
uçotunu aparır, bu əmlak barədə texniki
məlumatları dəqiqləşdirir;
3.2.11.
qəza vəziyyətinə düşmüş
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinə aid mənzilin
(yaşayış binasının) mülkiyyətçisi onu
mümkün olan ən qısa müddətdə təmir
və ya bərpa etmək vəzifəsini yerinə
yetirmədikdə, mənzilin (yaşayış
binasının) qəza vəziyyətində olması
barədə məhkəmədə iddia
qaldırılmasına razılıq verir;
3.2.12.
qabaqlayıcı mühafizə dərəcəsi tətbiq
edilmiş dövlət mühafizəsində olan
daşınmaz tarix və mədəniyyət
abidələrinin sökülməsinə, məhv
edilməsinə, parçalanmasına, yeni quruluşa
salınmasına, başqa yerə
köçürülməsinə və zahiri
görkəminin dəyişdirilməsinə razılıq
verir;
3.2.13.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin mühafizə
zonalarında tikinti zamanı mədəni irs obyektlərinin
əlamətləri aşkar edildikdə, tikinti
işlərinin dərhal dayandırılması barədə
məlumatları toplayır, dərhal dayandırılan tikinti
işlərinin davam etdirilməsinə və zəruri
tədbirlər görülməsinə razılıq verir;
3.2.14.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, tarix və mədəniyyət abidələrindən
elmi, mədəni, dini, xidməti və turizm
məqsədləri üçün istifadəyə, o
cümlədən onların icarəyə verilməsinə
və yerli əhəmiyyətli memarlıq abidələrinin
özəlləşdirilməsinə razılıq verir;
3.2.15.
mədəni irs abidələrinin mühafizə
zonalarını müəyyən edir;
3.2.16.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, tarix və mədəniyyət
abidələrinin (Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları istisna olmaqla) ərazilərində, memarlıq abidələrinin
(binalarının) fasadlarında (divarlarında,
hasarlarında), dam örtüklərində və onların
mühafizə zonalarında reklam qurğularının
(reklamın) yerləşdirilməsinə razılıq verir;[7]
3.2.17.
tarix və mədəniyyət abidələrinin
mühafizəsini təmin edir, yeni aşkar olunmuş
abidələrin dövlət mühafizəsinə
götürülməsi və onların
əhəmiyyət dərəcələrinə görə
bölgüsü barədə təkliflər verir,
abidələrin siyahıya və dövlət qeydiyyatına
alınmasını, pasportlaşdırılmasını
həyata keçirir; [8]
3.2.18.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, magistral mühəndis kommunikasiyalarının (neft, qaz
kəmərlərinin və s.) çəkilişi və
digər inşaat işləri zamanı bir hektardan çox
ərazini əhatə edən sahələrdə arxeoloji
abidə aşkar olunarsa, həmin zonada inşaat və
təsərrüfat işlərinin aparılmasına icazə
verir;
3.2.19.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, inşaat və digər təsərrüfat
işləri görülərkən daşınmaz tarix
və mədəniyyət abidələri aşkar edildiyi
halda, onların yerləşdiyi ərazidə inşaat və
digər təsərrüfat işlərinin aparılmasına
icazə verir;
3.2.20.
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrinə, onların
ərazilərinə və mühafizə zonalarına
münasibətdə abadlaşdırma barədə
qərarın təsdiq edilməsinə razılıq verir;
3.2.21.
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrinin mühafizə
zonalarına münasibətdə tikintiyə icazə
verilməsinə razılıq verir;
3.2.22.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, yerli əhəmiyyətli abidələrin
köçürülməsinə icazə verir,
döyüş təhlükəsi olan ərazilərdən
və döyüş zonalarından daşınar
abidələrin köçürülməsini həyata
keçirir; [9]
3.2.23.
tarix və mədəniyyət abidələrinin
mühafizəsi qaydalarını pozduqlarına görə
hüquqi və fiziki şəxslərin məsuliyyətə
cəlb edilməsi üçün tədbirlər
görür.
4.
Nazirliyin hüquqları
4.1.
Öz vəzifələrini yerinə yetirmək
üçün Nazirliyin aşağıdakı
hüquqları vardır:
4.1.1.
müvafiq sahədə normayaratma fəaliyyətindən
irəli gələn hüquqları həyata
keçirmək;
4.1.2.
Azərbaycan Respublikasının müvafiq sahə üzrə
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
4.1.3.
dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə
müvafiq sahə üzrə zəruri məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.4.
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə
əməkdaşlıq etmək, xarici dövlətlərin
müvafiq sahə ilə bağlı təcrübəsini
öyrənmək;
4.1.5.
fəaliyyət istiqamətlərinə uyğun olaraq, rəy
və təkliflər vermək, təhlillər,
ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik
materiallar hazırlamaq;
4.1.6. bu
məqsəd üçün nəzərdə tutulmuş
vəsait dairəsində ekspertləri və
mütəxəssisləri öz fəaliyyətinə
cəlb etmək;
4.1.7.
xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
4.1.8.
istifadəsində olan dövlət əmlakına dair
hüquqları həyata keçirmək;
4.1.9.
aidiyyəti dövlət qurumlarının və
təşkilatların mütəxəssislərini cəlb
etməklə, fəaliyyət istiqamətlərinə
uyğun idarələrarası komissiyalar, koordinasiya və
ekspert şuraları, komissiyalar və işçi qruplar
yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və
tövsiyələr hazırlamaq;
4.1.10.
müvafiq sahənin əsas istiqamətlərinin kompleks
təhlilini və proqnozlaşdırılmasını
həyata keçirmək, aidiyyəti icra hakimiyyəti
orqanları ilə birlikdə bu sahəyə investisiya
qoyuluşu üzrə təkliflər hazırlamaq;
4.1.11.
Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
4.2.
Nazirlik, strukturuna daxil olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti vasitəsilə, Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət
qoruqlarının, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:
4.2.1.
tarix və mədəniyyət abidələrinin
təhlükəsizliyini təmin etmək üçün
onların mühafizə zonasında qabaqlayıcı
tədbirlər görülməsi barədə qərar
qəbul edir;
4.2.1-1.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, qoruqların ərazilərində və mühafizə
zonalarında tarix və mədəniyyət abidələri
üçün təhlükə yarada biləcək
dövlət əhəmiyyətli tikinti və
mühəndis-kommunikasiya işləri zamanı
abidələrin təhlükəsizliyini təmin etmək
üçün qabaqlayıcı tədbirlər
görülməsi barədə qərar qəbul edir,
abidələrə yaxın olan və ya onların
mühafizə zonasından keçən yol
sahələrində nəqliyyat vasitələrinin
hərəkəti abidələrin qorunmasına
təhlükə yaratdıqda, onların hərəkətini
məhdudlaşdırır və ya qadağan edir;[10]
4.2.2.
təsadüfən aşkar edilmiş abidələrin
mülkiyyətçisindən və ya
istifadəçisindən abidə barədə məlumat
alır;
4.2.3.
dövlət və bələdiyyə mülkiyyətində
olan abidələrin konservasiyası, təmiri, bərpası,
rekonstruksiyası və regenerasiyası haqqında qərar
qəbul edir.
5.
Nazirliyin fəaliyyətinin təşkili
5.1.
Nazirliyin Aparatı və onun strukturuna daxil olan qurumlar və
tabeliyindəki digər qurumlar (hüquqi şəxslər,
təşkilatlar və sair), habelə Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət Nazirliyi Nazirliyin vahid
sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini
bilavasitə və həmin qurumlar vasitəsilə həyata
keçirir.
5.2.
Nazirliyin strukturunu, Nazirliyin Aparatının və strukturuna
daxil olan qurumların işçilərinin ümumi say
həddini Azərbaycan Respublikasının Prezidenti
müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan
tabeliyindəki qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair) siyahısını
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
5.3.
Nazirliyin fəaliyyətinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilən Azərbaycan Respublikasının mədəniyyət
naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə
həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən
məsuliyyət daşıyır.
5.4.
Nazirin iki birinci müavini və iki müavini
vardır. Nazir müavinlərini Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.[11]
5.5. Nazir
müavinləri nazirin onlara həvalə etdiyi
vəzifələri yerinə yetirir və bunun
üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.6.
Nazir:
5.6.1.
Nazirliyin fəaliyyətini təşkil edir və ona
rəhbərlik edir;
5.6.2.
müavinləri arasında vəzifə bölgüsü
aparır, onların, habelə nazirliyin digər vəzifəli
şəxslərinin və Nazirliyin strukturuna daxil olan
qurumların rəhbərlərinin kadr, maliyyə,
təsərrüfat və digər məsələlər
üzrə səlahiyyətlərini
müəyyənləşdirir və qarşılıqlı
fəaliyyətini təmin edir;
5.6.3.
Nazirliyin Aparatının struktur bölmələrinin,
strukturuna daxil olan qurumların (əsasnamələrini
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qurumlar
istisna olmaqla), tabeliyində olan qurumların və Elmi-Texniki
Şurasının əsasnamələrinin təsdiqi
barədə, həmçinin bu Əsasnamənin 5.12-ci
bəndində Nazirliyin Kollegiyasının
səlahiyyətlərinə aid edilməmiş
məsələlər barədə qərar formasında
normativ hüquqi aktlar qəbul edir;
5.6.4.
Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) nizamnamələrini təsdiq edilmək üçün
təqdim edir;
5.6.5.
Nazirliyin Aparatının işçilərini, Azərbaycan
Respublikası Prezidentinin vəzifəyə təyin və
vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin
strukturuna daxil olan qurumların rəhbərlərini və
onların müavinlərini, işçilərini, Nazirliyin
nomenklaturuna daxil olan digər işçiləri
vəzifəyə təyin və vəzifədən azad edir,
onlar barəsində həvəsləndirmə və intizam
tənbehi tədbirləri görür, müvafiq
sahədə fərqlənən işçiləri Nazirliyin
təsis etdiyi döş nişanları və fəxri
fərmanlarla təltif edir;
5.6.6.
əmr və sərəncam formasında qeyri-normativ hüquqi
aktlar qəbul edir və onların, habelə Nazirliyin qəbul
etdiyi normativ hüquqi aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.6.7.
Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
5.6.8.
fəaliyyət istiqamətləri üzrə dövlət
sifarişinə dair sənədləri təsdiq edir;
5.6.9.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu
və işçilərin say həddi daxilində Nazirliyin
Aparatının, strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki digər qurumların
strukturunu, ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı daxilində xərclər
smetasını təsdiq edir;
5.6.10.
Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya
Şurası sədrinin təqdimatı (təklifi)
əsasında Apellyasiya Şurasının digər
üzvlərini, Katibliyin rəhbərini və tərkibini
təsdiq edir;
5.6.11.
Azərbaycan Respublikasının və xarici
ölkələrin dövlət orqanları, idarə,
müəssisə və təşkilatları, hüquqi
və fiziki şəxsləri ilə, habelə beynəlxalq
təşkilatlarla münasibətlərdə Nazirliyi
təmsil edir, danışıqlar aparır, verilmiş
səlahiyyətlər daxilində müvafiq beynəlxalq
sənədləri imzalayır;
5.6.12.
Nazirliyə həvalə edilmiş
məsələlərlə bağlı müvafiq il
üçün dövlət büdcəsinin və
büdcədənkənar vəsaitlərin formalaşdırılması
ilə bağlı təkliflər verir;
5.6.13.
dövlət büdcəsindən ayrılmış
vəsaitin təyinatı üzrə xərclənməsini
təmin edir.
5.7.
Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan
tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş
vəzifələrin yerinə yetirilməsi və
funksiyaların həyata keçirilməsi üçün
birbaşa məsuliyyət daşıyırlar.
5.8. Nazir
öz səlahiyyətlərinin bir hissəsinin həyata
keçirilməsini, yaxud vəzifələrinin
müvəqqəti icrasını birinci müavinlərindən və
ya müavinlərindən birinə həvalə edə
bilər. [12]
5.9.
Nazirlikdə nazirdən (Kollegiyanın sədri), nazirin birinci müavinlərindən, nazir
müavinlərindən, Naxçıvan Muxtar
Respublikasının mədəniyyət nazirindən və
Nazirliyin rəhbər işçilərindən ibarət
Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının
tərkibinə mütəxəssislər və alimlər,
yaradıcılıq ittifaqlarının rəhbərləri
də daxil edilə bilərlər. [13]
5.10.
Nazirliyin Kollegiyası üzvlərinin sayını və
Kollegiyanın tərkibini Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir.
5.11.
Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin
fəaliyyəti ilə bağlı məsələləri
müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.12.
Nazirliyin Kollegiyası qərarlar formasında
aşağıdakı normativ hüquqi aktları qəbul
edir:
5.12.1.
Nazirliklə digər şəxslər (qurumlar) arasında
münasibətləri tənzimləyən normativ hüquqi
aktlar;
5.12.2.
qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən Nazirliyə tapşırılmış
konkret normativ hüquqi aktlar;
5.12.3.
bir neçə dövlət orqanının fəaliyyətini
tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.12.4.
aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.12.5.
nazirin təşəbbüsü ilə Nazirliyin
Kollegiyasının müzakirəsinə çıxarılan
bu Əsasnamənin 5.6.3-cü yarımbəndində
nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.12.6. bu
Əsasnamənin 5.12.1–5.12.5-ci yarımbəndlərinə
uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi
normativ hüquqi aktların ləğvi və ya onlarda
dəyişiklik edilməsi barədə normativ hüquqi
aktlar.
5.13. Nazirliyin
Kollegiyasının iclasları kollegiya üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Kollegiyanın qərarları onun üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın
qərarı qəbul edilərkən səslər
bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici
sayılır.
5.14.
Nazirliyin Kollegiyasının üzvləri arasında fikir
ayrılığı yarandığı hallarda nazir bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verərək, öz qərarını
həyata keçirir. Nazirliyin Kollegiyasının
üzvləri şəxsi fikirlərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə çatdıra
bilərlər.
5.15.
Nazirliyin Kollegiyasının iclaslarına digər icra
hakimiyyəti orqanlarının və təşkilatların,
habelə qeyri-hökumət təşkilatlarının
nümayəndələri də dəvət edilə
bilərlər.
5.16.
Müvafiq sahədə elmi nailiyyətlərin və
qabaqcıl təcrübənin öyrənilməsi və
həyata keçirilməsi üçün Nazirlikdə
ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki
Şura yaradıla bilər.
5.17.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və
hüquqi şəxslərin özlərinin sahibkarlıq
fəaliyyəti ilə bağlı Nazirliyin və onun
qurumlarının qərarlarından, digər
hərəkət və ya hərəkətsizliyindən
(Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral
tarixli 762 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının
Apellyasiya Şuraları haqqında Nümunəvi
Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna
olmaqla) verdikləri şikayətlərə, habelə
dövlət qulluğuna qəbulla bağlı
keçirilən müsahibənin nəticələrindən
namizədlərin verdikləri şikayətlərə baxmaq
üçün Nazirlikdə ictimai (ödənişsiz)
əsaslarla fəaliyyət göstərən və kollegial
orqan olan Apellyasiya Şurası yaradılır.
|
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin
STRUKTURU
1.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Aparatı (şöbələr və sektorlar)
2.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti
3.
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi
4.
Regional mədəniyyət idarələri.
|
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti (bundan sonra – Xidmət) mədəni
irsin qorunması, Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət
qoruqlarının, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla,
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət obyektlərindən
(abidələrindən) istifadə, onların bərpası,
rekonstruksiyası, konservasiyası və yenidən qurulması
sahəsində (bundan sonra – müvafiq sahə) dövlət
nəzarətini həyata keçirən icra hakimiyyəti
orqanıdır. [14]
1.2.
Xidmət öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi haqqında Əsasnaməni,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
normativ hüquqi aktlarını, Azərbaycan Respublikası
mədəniyyət nazirinin qərar, əmr və
sərəncamlarını və bu Əsasnaməni
rəhbər tutur.
1.3.
Xidmət öz vəzifələrini yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Xidmətin müstəqil balansı, istifadəsində olan
dövlət əmlakı, xəzinə və bank
hesabları, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri və öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları vardır.
1.5.
Xidmətin saxlanma xərcləri və fəaliyyəti
Azərbaycan Respublikasının dövlət büdcəsinin
vəsaiti, büdcədənkənar vəsaitlər,
kreditlər, qrantlar, ianələr, habelə tabeliyindəki
qurumların göstərdikləri xidmətlərdən
və gördükləri işlərdən əldə
edilən vəsait hesabına maliyyələşdirilir.
1.6.
Xidmət Bakı şəhərində yerləşir.
2.
Xidmətin fəaliyyət istiqamətləri
2.0.
Xidmətin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1.
müvafiq sahədə vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak etmək və bu
siyasətin həyata keçirilməsini təmin etmək;
2.0.2.
mədəni irsin qorunmasını və inkişafını
təmin etmək və mədəni irsin qorunmasına
dövlət nəzarətini həyata keçirmək;
2.0.3.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət obyektlərinin (abidələrinin)
bərpasına, rekonstruksiyasına, konservasiyasına,
yenidən qurulmasına, texniki təchizat vasitələrinin
yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa
işlərinin layihələndirilməsinə dövlət
nəzarətini həyata keçirmək;
2.0.4.
müvafiq sahədə əsaslı vəsait qoyuluşu
üzrə dövlət büdcəsindən və digər
maliyyə mənbələrindən ayrılan vəsaitin
səmərəli idarə edilməsini təmin etmək;
2.0.5.
müvafiq sahədə aparılan abadlıq, inşaat,
təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma
işlərinin layihələrinin həyata
keçirilməsinə Azərbaycan Milli Elmlər
Akademiyasının rəyi nəzərə alınmaqla
razılıq vermək və işlərin gedişinə
nəzarət etmək.
3.
Xidmətin vəzifələri
3.0. Bu
Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq,
Xidmətin vəzifələri
aşağıdakılardır:
3.0.1.
müvafiq sahəyə aid olan dövlət
proqramlarının və inkişaf konsepsiyalarının
həyata keçirilməsində iştirak etmək;
3.0.2.
dövlət qurumlarının müvafiq sahə ilə
bağlı fəaliyyətini əlaqələndirmək;
3.0.3.
öz tabeliyindəki elmi tədqiqat, layihə və istehsalat
təşkilatlarının işini səmərəli
təşkil etmək;
3.0.4.
tarix və mədəniyyət abidələrindən
istifadə və onların təbliği işini, bu
sahədə beynəlxalq və yerli tədbirlərin
keçirilməsini təşkil etmək;
3.0.5.
tarix və mədəniyyət abidələrində təmir
və bərpa işləri aparıldıqda, texniki-iqtisadi
əsaslandırmanın hazırlanmasını və smeta
sənədlərinin ekspertizadan keçirilməsini təmin
etmək;
3.0.6.
tarix və mədəniyyət abidələrinin
bərpası ilə bağlı layihə-smeta
sənədlərini hazırlamaq;
3.0.7.
tarix və mədəniyyət abidələrinin
mühafizəsinin dövlət monitorinqini həyata
keçirmək;
3.0.8.
tarix və mədəniyyət abidələrinin
yerləşdiyi ərazilərdə qazıntı
işlərini təşkil edən hüquqi və fiziki
şəxslərdən aparılmış tədqiqat
işləri barədə hesabat tələb etmək;
3.0.9.
tarix və mədəniyyət abidələrinin
bərpasına, mühafizəsinə və istifadəsinə
dair layihələrin hazırlanmasında iştirak etmək;
3.0.10.
müvafiq sahədə inşa edilən, bərpa və
təmir olunan obyektlərin, digər əsas fondların
tikintisinə və təmirinə ayrılan vəsait hesabına
görülən işlər üzrə sifarişçi
funksiyasını yerinə yetirmək;
3.0.11.
müvafiq sahədə aparılan bərpa,
tikinti-quraşdırma, cari və əsaslı təmir
işlərinin təsdiq edilmiş layihə-smeta
sənədlərinə uyğun həyata keçirilməsinə,
vaxtında istifadəyə verilməsinə Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinə uyğun olaraq texniki nəzarət
etmək, tikintisi başa çatmış obyektlərin
istismarına icazə verilməsi üçün
sənədləri aidiyyəti üzrə təqdim etmək;
3.0.12.
hazırlanmış layihə-smeta sənədlərinin
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
və digər dövlət qurumları ilə
razılaşdırılmasını, ekspertiza
müəssisələrinin təklifləri nəzərə
alınmaqla layihələrdə dəyişikliklər
edilməsini və onların təsdiq olunmasını
təmin etmək;
3.0.13.
müvafiq sahədə bərpa olunacaq və tikiləcək
obyektlərin layihə işlərinin
maliyyələşdirilməsini, yerinə yetirilmiş
bərpa, tikinti-quraşdırma və təmir işlərinin
dəyərinin ödənilməsini təmin etmək;
3.0.14.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
obyektlərinin və digər əsas fondlarının
bərpasına, tikintisinə və təmirinə dair
dövlət sifarişlərinin hazırlanmasında
iştirak etmək, texniki təchizat vasitələrinin
yeniləşdirilməsi işlərini həyata
keçirmək;
3.0.15.
müvafiq sahə üzrə tikiləcək və təmir
ediləcək obyektlərin ehtimal olunan qiymətlərini
müəyyən etmək;
3.0.16.
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, müvafiq
sahədə bərpa və tikinti işlərini həyata
keçirəcək təşkilatın müəyyən
edilməsi üçün müsabiqə keçirmək
və qalib gəlmiş podratçı təşkilatla
müqavilə bağlamaq;
3.0.17.
müvafiq sahədə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsini təmin
etmək;
3.0.18.
müvafiq sahə üzrə hər hansı bərpa,
inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya
layihəsinin həyata keçirilməsinə, Azərbaycan
Milli Elmlər Akademiyasının rəyi nəzərə
alınmaqla razılıq vermək, işlərin
razılıq verilmiş layihə və
tələblərə uyğun aparılmasının
monitorinqini təşkil etmək;
3.0.19.
müvafiq sahədə mühafizə rejiminin
pozulmasının qarşısını almaq;
3.0.20.
tarix və mədəniyyət abidələrinin
təbliğinə (audiovizual çəkilişlər
aparılmasına və s.) razılıq vermək;
3.0.21.
müvafiq sahə üzrə sərgilərin,
fotostendlərin, ekskursiyaların, mühazirələrin,
sənədli və qısametrajlı filmlərin
hazırlanmasını, elmi-kütləvi
ədəbiyyatın nəşrini, beynəlxalq və yerli simpozium
və seminarların, tədbirlərin keçirilməsini
təşkil etmək;
3.0.22.
Azərbaycan Respublikasının ərazisində arxeoloji
qazıntı işlərinin aparılmasına, tarix və
mədəniyyət abidələrinin
öyrənilməsinə nəzarət etmək;
3.0.23.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin qorunması
işini təşkil etmək;
3.0.24.
hər hansı texniki avadanlıq və cihaz tarix və
mədəniyyət abidələrinin təhlükəsiz
istismarına mane olduqda, təhlükəsiz istismara mane olan
halların dərhal aradan qaldırılmasını
avadanlıq və qurğu sahibindən aidiyyəti
orqanların tələb etmələrinə razılıq
vermək;
3.0.25.
təhlükə potensiallı təbiət və texnogen
xarakterli hadisələrin başvermə ehtimalının
yüksək olduğu dövlət mühafizəsində olan
daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizə zonalarına
münasibətdə mühafizə tədbirlərinə
razılıq vermək;
3.0.26.
təbii və texnogen qəzalar nəticəsində
zərər çəkmiş ərazilərdə
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrində (bina və
qurğularda) bərpa və yenidənqurma işlərini
təşkil etməklə bağlı sifarişçi
funksiyalarını yerinə yetirmək;
3.0.27.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinə aid
yaşayış sahəsinin qeyri-yaşayış
sahəsinə və ya qeyri-yaşayış sahəsinin
yaşayış sahəsinə keçirilməsinə
razılıq vermək;
3.0.28.
konservasiya mühafizə dərəcəsi olan daşınmaz
mədəni sərvətlərdən məhdud dairədə
istifadəyə nəzarət etmək;
3.0.29.
mühafizə dərəcəsi olan daşınmaz
mədəni sərvətlərin mülkiyyətçisi
və ya istifadəçisi ilə həmin mədəni
sərvətlərin qorunmasına dair mühafizə
müqavilələri bağlamaq;
3.0.30.
Azərbaycan Respublikasının ərazisində arxeoloji
qazıntılar aparılması və arxeoloji mədəni
sərvətlərin tədqiqi məqsədilə onlarla
təmasda elmi tədqiqat işlərini yerinə yetirən
şəxslərdən görülmüş tədqiqat
işləri barədə hesabat
və arxeoloji qazıntı zamanı aşkar
olunmuş maddi mədəniyyət qalıqlarının
siyahısını qəbul etmək; [15]
3.0.31.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin dövlət
uçotunu aparmaq, bu əmlak barədə texniki
məlumatları dəqiqləşdirmək;
3.0.32.
qəza vəziyyətinə düşmüş
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinə aid mənzilin
(yaşayış binasının) mülkiyyətçisi onu
mümkün olan ən qısa müddətdə təmir
və ya bərpa etmək vəzifəsini yerinə
yetirmədikdə, mənzilin (yaşayış binasının)
qəza vəziyyətində olması barədə
məhkəmədə iddia qaldırılmasına
razılıq vermək;
3.0.33.
qabaqlayıcı mühafizə dərəcəsi tətbiq
edilmiş dövlət mühafizəsində olan
daşınmaz tarix və mədəniyyət
abidələrinin sökülməsinə, məhv
edilməsinə, parçalanmasına, yeni quruluşa
salınmasına, başqa yerə
köçürülməsinə və zahiri
görkəminin dəyişdirilməsinə razılıq
vermək;
3.0.34.
dövlət mühafizəsində olan daşınmaz tarix
və mədəniyyət abidələrinin mühafizə
zonalarında tikinti zamanı mədəni irs obyektlərinin
əlamətləri aşkar edildikdə, tikinti
işlərinin dərhal dayandırılması barədə
məlumatları toplamaq, dərhal dayandırılan tikinti
işlərinin davam etdirilməsinə və zəruri tədbirlər
görülməsinə razılıq vermək;
3.0.35.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, tarix və mədəniyyət abidələrindən
elmi, mədəni, dini, xidməti və turizm
məqsədləri üçün istifadəyə, o
cümlədən onların icarəyə verilməsinə
və yerli əhəmiyyətli memarlıq abidələrinin
özəlləşdirilməsinə razılıq vermək;
3.0.36.
mədəni irs abidələrinin mühafizə
zonalarını müəyyən etmək;
3.0.37.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, tarix və mədəniyyət
abidələrinin (Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları istisna olmaqla) ərazilərində, memarlıq
abidələrinin (binalarının) fasadlarında
(divarlarında, hasarlarında), dam örtüklərində
və onların mühafizə zonalarında reklam
qurğularının (reklamın)
yerləşdirilməsinə razılıq vermək;[16]
3.0.38.
tarix və mədəniyyət abidələrinin
mühafizəsini təmin etmək, yeni aşkar olunmuş
abidələrin dövlət mühafizəsinə
götürülməsi və onların əhəmiyyət
dərəcələrinə görə bölgüsü
barədə təkliflər vermək;
3.0.39.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, magistral mühəndis kommunikasiyalarının (neft, qaz
kəmərlərinin və s.) çəkilişi və
digər inşaat işləri zamanı bir hektardan çox
ərazini əhatə edən sahələrdə arxeoloji
abidə aşkar olunarsa, həmin zonada inşaat və
təsərrüfat işlərinin aparılmasına icazə
vermək;
3.0.40.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, inşaat və digər təsərrüfat
işləri görülərkən daşınmaz tarix
və mədəniyyət abidələri aşkar edildiyi
halda, onların yerləşdiyi ərazidə inşaat və
digər təsərrüfat işlərinin aparılmasına
icazə vermək;
3.0.41.
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrinə, onların
ərazilərinə və mühafizə zonalarına
münasibətdə abadlaşdırma barədə
qərarın təsdiq edilməsinə razılıq
vermək;
3.0.42.
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət
mühafizəsində olan daşınmaz tarix və
mədəniyyət abidələrinin mühafizə
zonalarına münasibətdə tikintiyə icazə
verilməsinə razılıq vermək;
3.0.43.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, yerli əhəmiyyətli abidələrin
köçürülməsinə icazə vermək;
3.0.44.
tarix və mədəniyyət abidələrinin
mühafizəsi qaydalarını pozduqlarına görə
hüquqi və fiziki şəxslərin məsuliyyətə
cəlb edilməsi üçün tədbirlər
görmək;
3.0.45.
müvafiq sahəni idarə etmək üçün
rəqəmli informasiya-kommunikasiya sistemi yaratmaq, beynəlxalq
təcrübə nəzərə alınmaqla bu sahədə
elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.0.46.
müvafiq sahəyə ayrılan büdcə
vəsaitindən, kreditlərdən, qrantlardan və digər
maliyyə vəsaitindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin
etmək;
3.0.47.
öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını təmin etmək;
3.0.48.
internet saytı yaratmaq, malik olduğu və siyahısı
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.0.49.
Xidmətin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində
tədbirlər görmək;
3.0.50.
dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər, habelə
fəaliyyət istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirləri görmək;
3.0.51.
müvafiq sahənin və Xidmətin fəaliyyəti ilə
bağlı daxil olan ərizə və
şikayətlərə baxmaq.
4.
Xidmətin hüquqları
4.0.
Öz vəzifələrini yerinə yetirmək
üçün Xidmətin aşağıdakı
hüquqları vardır:
4.0.1.
dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə
müvafiq sahə ilə bağlı məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.2.
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə
əməkdaşlıq etmək, xarici dövlətlərin
müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;
4.0.3.
fəaliyyət istiqamətləri ilə bağlı rəy
və təkliflər vermək, təhlillər,
ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik
materiallar hazırlamaq;
4.0.4.
müvafiq sahədə bərpa olunan və tikilən
obyektlərə müəllif nəzarətini təmin
etmək;
4.0.5.
tarix və mədəniyyət abidələrinin
təhlükəsizliyini təmin etmək üçün
onların mühafizə zonalarında qabaqlayıcı
tədbirlər görülməsi barədə qərar
qəbul etmək;
4.0.5-1.
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, qoruqların ərazilərində və mühafizə
zonalarında tarix və mədəniyyət abidələri
üçün təhlükə yarada biləcək
dövlət əhəmiyyətli tikinti və
mühəndis-kommunikasiya işləri zamanı
abidələrin təhlükəsizliyini təmin etmək
üçün qabaqlayıcı tədbirlər
görülməsi barədə qərar qəbul etmək,
abidələrə yaxın olan və ya onların
mühafizə zonasından keçən yol
sahələrində nəqliyyat vasitələrinin
hərəkəti abidələrin qorunmasına
təhlükə yaratdıqda, onların hərəkətini
məhdudlaşdırmaq və ya qadağan etmək;[17]
4.0.6.
təsadüfən aşkar edilmiş abidələrin
mülkiyyətçisindən və ya
istifadəçisindən abidə haqqında məlumat almaq;
4.0.7.
dövlət və bələdiyyə mülkiyyətində
olan abidələrin konservasiyası, təmiri, bərpası,
rekonstruksiyası və regenerasiyası haqqında qərar
qəbul etmək;
4.0.8.
müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
4.0.9.
xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
4.0.10.
müvafiq sahədə işçi qruplar və komissiyalar
yaratmaq;
4.0.11.
müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və
digər tədbirlər keçirmək.
5.
Xidmətin fəaliyyətinin təşkili
5.1.
Xidmət öz fəaliyyətini Aparatı və
tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
5.2.
Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.3.
Xidmətin rəisi Xidmətə həvalə olunmuş
vəzifələrin yerinə yetirilməsi və
hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
5.4.
Xidmət rəisinin iki müavini vardır. Xidmət
rəisinin müavinlərini Azərbaycan Respublikasının
mədəniyyət naziri vəzifəyə təyin və
vəzifədən azad edir.
5.5.
Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara
həvalə etdiyi vəzifələri yerinə yetirir və
bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.6.
Xidmətin rəisi:
5.6.1.
Xidmətə rəhbərlik edir və onun fəaliyyətini
təşkil edir;
5.6.2.
müəyyən edilmiş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində
Xidmətin Aparatının strukturunu, xərclər
smetasını və ştat cədvəlini təsdiq olunmaq
üçün Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinə təqdim edir;
5.6.3.
Xidmət rəisinin müavinlərinin və təsdiq
edilmiş ştat cədvəlinə uyğun olaraq,
Xidmətin Aparatının struktur bölmələri
rəhbərlərinin vəzifələrini müəyyən
edir;
5.6.4.
Xidmətin Aparatının işçiləri barədə
intizam tənbehi tədbirlərinin görülməsi
üçün Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi qarşısında məsələ
qaldırır, Xidmətin Aparatının
işçilərinin həvəsləndirilməsi və
mükafatlandırılması barədə tədbirlərin
həyata keçirilməsini təmin edir;
5.6.5.
Xidmətin Aparatının, tabeliyindəki qurumların
fəaliyyətinə dair əmr və
göstərişlər verir;
5.6.6.
Xidmətin vəzifəli şəxslərinin qanunazidd
aktlarını ləğv edir;
5.6.7.
Xidməti dövlət və yerli
özünüidarəetmə orqanları, hüquqi və
fiziki şəxslərlə münasibətlərdə
təmsil edir;
5.6.8.
xərclər smetasına uyğun olaraq Xidmətə
ayrılmış vəsaitin təyinatı üzrə
xərclənməsini təmin edir;
5.6.9.
Xidmətin illik və perspektiv iş planlarının
tərtib olunmasını təmin edir;
5.6.10.
müvafiq sahənin inkişafına dair təklifləri,
Xidmətin fəaliyyətinə dair illik hesabatı
Azərbaycan Respublikasının mədəniyyət
nazirinə təqdim edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 12
oktyabr 2018-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹ 10, maddə 2002) ilə Preambulada
“Azərbaycan Respublikası”
sözlərindən əvvəl “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,”
sözləri əlavə edilmişdir.
[2] 12
oktyabr 2018-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹ 10, maddə 2002) ilə 4-cü
hissədə “
[3] 3 may 2019-cu il tarixli 673
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 5
may 2019-cu il, ¹ 98,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 825) ilə
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
haqqında Əsasnamə”nin 2.0.4-cü, 3.1.6-cı,
3.1.14-cü və 3.1.48-ci yarımbəndlərinə, 3.2-ci
və 4.2-ci bəndlərinə “İçərişəhər”
sözündən əvvəl
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
tabeliyindəki dövlət qoruqlarının, ”
sözləri əlavə edilmişdir.
[4] 3 may 2019-cu il tarixli 673
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 5
may 2019-cu il, ¹ 98,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 825) ilə
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
haqqında Əsasnamə”nin 3.1.32-ci yarımbəndi
ləğv edilmişdir.
[5] 19 dekabr 2019-cu il tarixli 886
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2019-cu il, ¹
283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1929) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”yə yeni məzmunda 3.1.36-1-ci yarımbənd
əlavə edilmişdir.
[6] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 3.2.9-cu yarımbəndinə “hesabat” sözündən sonra
“və arxeoloji qazıntı
zamanı aşkar olunmuş maddi mədəniyyət
qalıqlarının siyahısını” sözləri
əlavə edilmişdir.
[7] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 19 oktyabr 2019-cu il, ¹ 232, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 10, maddə 1588) ilə
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
haqqında Əsasnamə”nin 3.2.16-cı yarımbəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
3.2.16. “Reklam haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix
və mədəniyyət abidələrinin
ərazilərində və onların mühafizə
zonalarında, memarlıq abidələrinin (binalarının)
dam hissəsində reklam daşıyıcılarının
yerləşdirilməsinə razılıq verir;
[8] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 3.2.17-ci yarımbəndindən “dövlət
mühafizəsinə götürülməsi və
onların” sözləri
çıxarılmışdır və həmin
yarımbəndə “təkliflər
verir” sözlərindən sonra “, abidələrin siyahıya və dövlət qeydiyyatına
alınmasını, pasportlaşdırılmasını
həyata keçirir” sözləri əlavə
edilmişdir.
[9] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 3.2.22-ci yarımbəndində “icazə verir”
sözlərindən sonra “,
döyüş təhlükəsi olan ərazilərdən
və döyüş zonalarından daşınar
abidələrin köçürülməsini həyata
keçirir” sözləri əlavə edilmişdir.
[10] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nə yeni məzmunda 4.2.1-1-ci yarımbənd
əlavə edilmişdir.
[11] 20 iyul 2020-ci il tarixli 1112 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
892) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 5.4-cü bəndinə “birinci müavini” sözlərindən əvvəl “iki” sözü əlavə
edilmişdir.
[12] 20 iyul 2020-ci il tarixli 1112 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
892) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 5.8-ci bəndində “müavininə” sözü “müavinlərindən” sözü ilə
əvəz edilmişdir.
[13] 20 iyul 2020-ci il tarixli 1112 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
892) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi haqqında
Əsasnamə”nin 5.9-cu bəndimdə “müavinindən” sözü “müavinlərindən” sözü ilə
əvəz edilmişdir.
[14] 3 may 2019-cu il tarixli 673
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 5
may 2019-cu il, ¹ 98,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 825) ilə
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci
bəndinə “İçərişəhər”
sözündən əvvəl “Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki
dövlət qoruqlarının, ” sözləri
əlavə edilmişdir.
[15] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti haqqında
Əsasnamə”nin 3.0.30-cu yarımbəndində “hesabat” sözündən sonra
“və arxeoloji qazıntı
zamanı aşkar olunmuş maddi mədəniyyət
qalıqlarının siyahısını” sözləri
əlavə edilmişdir.
[16] 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 19 oktyabr 2019-cu il, ¹ 232, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 10, maddə 1588) ilə
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.37-ci
yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
3.0.37. “Reklam haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix
və mədəniyyət abidələrinin
ərazilərində və onların mühafizə
zonalarında, memarlıq abidələrinin (binalarının)
dam hissəsində reklam daşıyıcılarının
yerləşdirilməsinə razılıq vermək;
[17] 2 may 2019-cu il tarixli 670
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 4
may 2019-cu il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 822) ilə “Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti haqqında
Əsasnamə”yə yeni məzmunda 4.0.5-1-ci yarımbənd
əlavə edilmişdir.