Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 10, maddə 1133; 2016, 6, maddə 1036; 2017, 4, maddə 525, 7, maddə 1339; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 1690 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 2-ci və 7-ci hissələr, 3.1 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndlər ləğv edilsin;

1.2. 3.5-ci bənddə Cəmiyyətin sözü Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra Fond) sözləri ilə əvəz edilsin;

1.3. 4.8-ci bənddə Cəmiyyətin sözü Fondun sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2017-ci il

1761