“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 sentyabr 2017-ci il

    ¹ 3236

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

 

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı

 

1. Giriş

 

1991-ci ilin oktyabrında - Azərbaycan Parlamenti respublikamızın dövlət müstəqilliyini rəsmən bəyan etdiyi dövrdə ölkəmiz dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma və vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına, iqtisadi tərəqqiyə zəmin yaratdı və bunların nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasında yer tutdu. Hazırda “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmiş, 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri gənclərin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmışdır.

Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir.

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərməkdədir. Bu amillərin yaratdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilmişdir. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürü olmuşdur.

Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı (bundan sonra – Dövlət Proqramı) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmışdır.

 

2. Dövlət Proqramının məqsəd və vəzifələri

 

2.0. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

2.1. Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

2.1.1. gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması;

2.1.2. gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;

2.1.3. gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi;

2.1.4. gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi;

2.1.5. sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası;

2.1.6. gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi;

2.1.7. ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi;

2.1.8. gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması;

2.1.9. gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması;

2.1.10. gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi;

2.1.11. gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi tədbirlərin həyata keçirilməsi;

2.1.12. gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;

2.1.13. ölkədə gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi;

2.1.14. gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;

2.1.15. xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi;

2.1.16. gənclərin insan hüquqları, gender bərabərliyi haqqında, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması;

2.1.17. gənclərin ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması;

2.1.18. gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi;

2.1.19. gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi;

2.1.20. istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması;

2.1.21. gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətinin inkişaf etdirilməsi;

2.1.22. yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması;

2.1.23. gənclərin asudə vaxtının səmərəli təşkili;

2.1.24. gənclərin həyat və düşüncə tərzinin öyrənilməsi və müvafiq təhlillərin aparılması.

 

3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri

 

3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

3.0.1. dövlət büdcəsi;

3.0.2. büdcədənkənar dövlət fondları;

3.0.3. kreditlər və qrantlar;

3.0.4. qanunvericiliyə zidd olmayan digər mənbələr.

 

4. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

 

4.0. Dövlət Proqramının icrasının nəticəsi olaraq 2021-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:

4.0.1. gənclər siyasətinin səmərəliliyinin artırılması;

4.0.2. gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;

4.0.3. gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi;

4.0.4. gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi;

4.0.5. gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması;

4.0.6. qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi;

4.0.7. mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi;

4.0.8. regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması;

4.0.9. gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması;

4.0.10. gənclərin hüquqi biliklərinin artırılması;

4.0.11. informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması;

4.0.12. gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi.

 


5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra

¹-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

5.1. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi

5.1.1.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.1.2.

Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.1.3.

Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması

Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər Fondu[1]

2017-2021

5.1.4.

Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.1.5.

“Gənclər Evləri”ndə interaktiv vətənpərvərlik guşələrinin yaradılması

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2018

5.1.6.

Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti

2017-2021

5.1.7.

Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.1.8.

Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2017-2021

5.1.9.

Hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, keçirilməsi üçün şəraitin yaradılması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları

hər il

5.1.10.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.1.11.

Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma, eləcə də ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.2. Gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi

5.2.1.

Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.2.2.

Gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.2.3.

Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

5.2.4.

Gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.2.5.

Gənclərin psixi sağlamlıqla bağlı biliklərinin, mövqelərinin və davranışlarının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

5.2.6.

Gənclərə psixo-sosial xidmətin, “Qaynar xətt” layihəsinin əhatə dairəsinin genişləndirilməsi

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi

2017-2021

5.2.7.

Sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.2.8.

Sosial müdafiəyə ehtiyacı olan gənclərin ölkənin mədəni və idman həyatında iştirakının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.2.9.

Sosial müdafiəyə ehtiyacı olan gənclərin sosial müdafiəsinin və sosial xidmətlərdən istifadə imkanlarının artırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.2.10.

Sosial müdafiəyə ehtiyacı olan gənclər üçün peşə reabilitasiyası və abilitasiyasının təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

5.2.11.

Dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.2.12.

Sosial müdafiəyə ehtiyacı olan gənclərin beynəlxalq tədbirlərdə iştirakının dəstəklənməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

5.2.13.

Risk qrupunda olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sisteminin formalaşdırılması

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.2.14.

Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartların müəyyənləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

2017-2018

5.3. Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi

5.3.1.

Gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

5.3.2.

Gənclər üçün əmək yarmarkalarının və əmək birjalarının təşkili [2]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.3.3.

Gənclərin qeyri-formal təhsil almaq imkanlarının genişləndirilməsi

Gənclər və İdman Nazirliyi, aidiyyəti təşkilatlar

mütəmadi

5.3.4.

Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi

İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər Fondu

mütəmadi

5.3.5.

Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

2017-2021

5.3.6.

Gənclərin müəssisə və təşkilatlarda onlar üçün müəyyən edilmiş kvota əsasında işə düzəlmələrinə dövlət nəzarətinin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

5.3.7.

Gənclərin məşğulluğunun dəstəklənməsi məqsədi ilə aidiyyəti dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələrin həyata keçirilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

5.3.8.

İnsanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş yeni texnologiyaların, mobil aplikasiyaların və digər proqramların Azərbaycanda tətbiqi ilə bağlı gənclər arasında startap layihələri üzrə qrant müsabiqəsinin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi

2017-2021

5.3.9.

Gənclərin dövlət qulluğuna cəlb edilməsinin təşviq edilməsi

Dövlət İmtahan Mərkəzi

mütəmadi

5.3.10.

Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2017-2021

5.4. Gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili

5.4.1.

İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısının keçirilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2018

5.4.2.

Gənc istedadların beynəlxalq səviyyəli festival, müsabiqə, yarış və yay məktəblərində iştirakının dəstəklənməsi

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu[3]

mütəmadi

5.4.3.

Mədəniyyət və incəsənət (rəssamlıq, musiqi, rəqs, kino, ədəbiyyat, foto, memarlıq, teatr və s.) sahəsində gənc istedadlar üçün festival, müsabiqə, yay məktəbi, ustad dərsləri, yaradıcılıq axşamları, konsert proqramları və digər tədbirlərin təşkili

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

hər il

5.4.4.

Teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanması üçün yaradıcı və istedadlı gənclərə dövlət sifarişlərinin verilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

5.4.5.

Gənc rejissor, rəssam, heykəltəraş və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq sərgi və kino nümayişlərinin təşkili

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.4.6.

Beynəlxalq və respublika səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin 2 fevral Gənclər Günü münasibəti ilə mükafatlandırılması

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

hər il

5.4.7.

Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.4.8.

“Şən və Hazırcavablar Klubu”nun Azərbaycan Liqası çərçivəsində oyunların keçirilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

hər il

5.4.9.

Yeniyetmə və gənclərin iştirakı ilə istirahət düşərgələrinin təşkili

Gənclər və İdman Nazirliyi

mütəmadi

5.4.10.

İstedadlı və yaradıcı gənclərin nailiyyətlərinin ölkədə və onun hüdudlarından kənarda təbliğ edilməsi

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2021

5.5. Tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi

5.5.1.

Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2017-2021

5.5.2.

Tələbələrin elmi-tədqiqat işlərinə həvəsləndirilməsi və yaxından cəlb edilməsi

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Gənclər və İdman Nazirliyi

2017-2021

5.5.3.

Azərbaycan Tələbələrinin II Qurultayının keçirilməsi

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2018

5.5.4.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında festivalların və müsabiqələrin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2017-2021

5.5.5.

Gənclərin təhsil müəssisələrinin idarəçiliyində yaxından iştirakına şərait yaradılması, özünüidarəetmə orqanlarının inkişafına dəstəyin artırılması

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

5.5.6.

Yay tətili müddətində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.6. Gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və s. məsələlər üzrə maarifləndirilməsi

5.6.1.

Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

mütəmadi

5.6.2.

Gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

5.6.3.

Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

2017-2021

5.6.4.

Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

5.6.5.

Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.6.6.

Gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzuları üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

5.6.7.

Gənc ailələrə psixoloji dəstəyin verilməsi və ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

2017-2021

5.6.8.

Gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

2017-2021

5.7. Gənclər təşkilatlarının fəaliyyətinin və gənclərin ictimai həyatda iştirakının dəstəklənməsi

5.7.1.

Azərbaycan Gənclərinin VIII və IX Forumlarının keçirilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017 və 2020

5.7.2.

Müsabiqə yolu ilə ölkənin “Gənclər Paytaxtı”nın müəyyən edilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

hər il

5.7.3.

Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili

Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası, yerli icra hakimiyyəti orqanları

2018-2020

5.7.4.

Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi

Gənclər və İdman Nazirliyi

2017-2021

5.7.5.

Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

mütəmadi

5.7.6.

Gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2017-2021

5.7.7.

Gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində daha geniş iştiraklarının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.7.8.

Kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviq edilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.8. Gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi

5.8.1.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.2.

Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.3.

İdarəetmə orqanlarında çalışan, seçkili orqanlarda təmsil olunan, eyni zamanda, müxtəlif sahələrdə ictimai fəallıqla seçilən gənclərin mübadilə proqramlarının həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.4.

Xarici ölkələrin gəncləri arasında Azərbaycanla bağlı biliklərin artırılması və tədqiqatların aparılması üçün layihələrin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.5.

41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti

2017

5.8.6.

Xarici ölkələrdə “Azərbaycan Gəncləri Günləri” və Azərbaycanda “Xarici Ölkələrin Gənclər Günləri”nin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

mütəmadi

5.8.7.

Beynəlxalq təşkilatlarda gənclərin təcrübə keçmələrinin dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.8.

Azərbaycanda beynəlxalq gənclər forumlarının, konfranslarının, təlim kurslarının, seminarlarının keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.8.9.

“BMT Modeli” klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi

2017-2021

5.9. Gənclər və informasiya texnologiyaları

5.9.1.

İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə gənclərin bilik və bacarıqlarının artırılması

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2021

5.9.2.

Azərbaycan tarix və mədəniyyətini əks etdirən gənclərin inkişafına təsir göstərən kompüter oyunları və mobil tətbiqi proqramların hazırlanması

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.9.3.

İnternet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

5.9.4.

Gənclərin bilik və bacarıqlarını inkişaf etdirən rəqəmsal məhsulların yaradılması

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2021

5.9.5.

Gənclər evlərinin informasiya texnologiyaları infrastrukturunun və texniki bazasının gücləndirilməsi

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2021

5.9.6.

İnternet televiziyası məkanında gənclər kanalının yaradılması

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2021

5.9.7.

Gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması

Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası

2017-2021

5.9.8.

Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin görülməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.10. Gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi

5.10.1.

Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

mütəmadi

5.10.2.

Gənc alim, tədqiqatçı və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin[4] təşkili

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2017-2021

5.10.3.

Gənc alim və tədqiqatçıların təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi[5]

Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2017-2021

5.10.4.

Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə layihələrin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

hər il

5.10.5.

İstedadlı şagird və tələbələrin, gənc alim və tədqiqatçıların ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakının dəstəklənməsi

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

mütəmadi

5.10.6.

Gənclərin elmi-texniki yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

5.10.7.

Gənclərin sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək məqsədi ilə layihələrin dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

5.10.8.

Gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2017-2021

5.10.9.

Ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçiddə gənclərin rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi

Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2017-2021

5.11. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması

5.11.1.

Normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər Fondu, aidiyyəti qurumlar

2017-2021

5.11.2.

“Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi

Gənclər və İdman Nazirliyi

2018

5.11.3.

Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi

Dövlət İmtahan Mərkəzi, Gənclər və İdman Nazirliyi, aidiyyəti dövlət orqanları

2017-2021

5.11.4.

Gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu

2017-2018

5.11.5.

Gənclərlə iş sahəsində təlimçilərin hazırlanması mexanizminin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud olan beynəlxalq təcrübənin tətbiq edilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

5.11.6.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi “Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2017-2018

5.11.7.

Gənclərlə iş sahəsində çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması

Gənclər və İdman Nazirliyi

mütəmadi

5.11.8.

Gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzləri) fəaliyyətinin inkişaf etdirilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2017-2021

5.11.9.

Gənclər siyasətinin həyata keçirilməsinə dair illik hesabatların hazırlanması

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu

hər il

5.11.10.

Gənclərin vəziyyətinin və onların inkişaf dinamikasının öyrənilməsi üçün elmi araşdırmaların və tədqiqatların aparılması

Gənclər və İdman Nazirliyi

2017-2021

5.11.11.

Gənclərin inkişafına yönəlmiş proqram və imkanlar haqqında ictimaiyyətin məlumatlandırılması

Gənclər və İdman Nazirliyi

mütəmadi

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 may 2018-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 1066)
  2. 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, ¹ 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹6, maddə 1085)
  3. 1 aprel 2020-ci il tarixli 1964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 07 aprel 2020-ci il, ¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 431)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2018-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 1066) ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.1.3-cü, 5.3.4-cü, 5.11.1-ci və 5.11.9-cu yarımbəndlərin “İcraçılar” sütununda, müvafiq olaraq, “Azərbaycan Milli Elmlər Akademiyası”, “Təhsil Nazirliyi”, “Ədliyyə Nazirliyi”, “Gənclər və İdman Nazirliyi” sözlərindən sonra “, Gənclər Fondu” sözləri əlavə edilmişdir.

 

[2] 14 iyun 2019-cu il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, ¹ 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹6, maddə 1085) ilə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.3.2-ci yarımbəndinin “Tədbirin adı” sütununda “keçirilməsi” sözü “və əmək birjalarının təşkili” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 may 2018-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 1066) ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.4.2-ci, 5.5.1-ci, 5.7.6-cı, 5.10.1-ci və 5.11.4-cü yarımbəndlərin “İcraçılar” sütununda “Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu” sözləri “Gənclər Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 aprel 2020-ci il tarixli 1964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 07 aprel 2020-ci il, ¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 431) ilə “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nın 5.10.2-ci yarımbəndin “Tədbirin adı” sütununa “alim” sözündən sonra “, tədqiqatçı” sözü əlavə edilmişdir.

 

[5] 1 aprel 2020-ci il tarixli 1964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 07 aprel 2020-ci il, ¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 431) ilə “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nın 5.10.3-cü və 5.10.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “alimlərin” sözü “alim və tədqiqatçıların” sözləri ilə əvəz edilmişdir.