Hasilat sənayesində
şəffaflığın və hesabatlılığın
artırılması ilə bağlı əlavə
tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI[1]
Azərbaycan Respublikasında müasir
dövlət idarəçiliyi sisteminin dayanıqlı
fəaliyyəti və inkişafı üçün vacib
amillər olan şəffaflığın və
hesabatlılığın artırılmasına daim
xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm
nəticələr əldə edilmiş, eyni zamanda,
dövlət idarəçiliyində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin genişləndirilməsi,
informasiyanın əldə edilməsində daha geniş
açıqlığın təmin edilməsi, ictimai
iştirakçılığın artırılması
və vətəndaş cəmiyyəti təsisatları ilə
əməkdaşlığın gücləndirilməsi
tədbirləri bu gün də davam etdirilməkdədir.
Şəffaflığın və
hesabatlılığın möhkəmləndirilməsi,
bütövlükdə korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən davamlı strategiya
çərçivəsində beynəlxalq aləmdə
ümumən qəbul edilən prinsiplərə və
ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx
əməkdaşlığa böyük önəm verilir.
Azərbaycan hasilat sənayesində
şəffaflığı ən yüksək
səviyyədə təşviq edərək, “Mədən
Hasilatı üzrə Şəffaflıq
Təşəbbüsü”nə qoşulub, bu
təşəbbüsdə tamhüquqlu üzv statusunu
əldə etmiş ilk ölkə olmuş və bu
sahədə hesabatları mütəmadi dərc etmişdir.
Mədən sənayesində şəffaflığın
təmin olunması və dövlət xidmətlərinin
göstərilməsi sahələrində ölkəmizdə
həyata keçirilən tədbirlər beynəlxalq
müstəvidə yüksək qiymətləndirilmiş
və Azərbaycan Birləşmiş Millətlər
Təşkilatının “Dövlət Xidmətləri
Mükafatı”na və “2009-cu il üzrə Mədən
Hasilatı üzrə Şəffaflıq
Təşəbbüsü Mükafatı”na layiq
görülmüşdür.
Azərbaycan bu və ya digər
beynəlxalq təşəbbüsə üzv
olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində
şəffaflıq və hesabatlılıq üzrə bütün
beynəlxalq səyləri dəstəkləyir və
beynəlxalq standartların tətbiqini davam etdirmək
əzmindədir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, hasilat sənayesində beynəlxalq
şəffaflıq və hesabatlılıq prinsiplərinə
Azərbaycanın sadiqliyini bir daha vurğulayaraq, təbii
ehtiyatlardan əldə edilən maddi sərvətlərin
ölkə vətəndaşlarının rifahı
üçün idarə edilməsinin davam etdirilməsi
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasında hasilat
sənayesində şəffaflıq və hesabatlılıq
standartlarının tətbiqi aşağıda
göstərilmiş beynəlxalq prinsiplər əsasında
davam etdirilsin:
1.1. təbii ehtiyatlardan əldə olunan
gəlirlərin vətəndaşların rifahı və
ölkənin milli maraqları naminə idarə olunması
suveren dövlətlərin səlahiyyətlərinə aiddir;
1.2. təbii ehtiyatlardan əldə olunan
gəlirlərdən qənaətli istifadə yoxsulluğun
azaldılmasına və davamlı iqtisadi inkişafa
təkanverən mühüm vasitədir;
1.3. dövlət orqanlarının
fəaliyyətində, özəl sektorda və ictimai
münasibətlərdə şəffàflıq və
håsàbàtlılıq stàndàrtlàrı təşviq edilməlidir;
1.4. dövlət hasilat
sənayesindən əldə olunan gəlirlərin idarə
olunması ilə bağlı vətəndàşlàr
qàrşısındà håsàbàt verməlidir;
1.5. şəffàflığın
artırılmasına müvafiq müqavilə və qànunlàrà
əməl etməklə nail olunmalıdır;
1.6. hasilat sənàyesində
fəaliyyət göstərən dövlət və
özəl şirkətlər tərəfindən
şəffàflığın, o cümlədən
dövlətin maliyyə idarəetməsinin və
hesabatlılığın gücləndirilməsi təmin
olunmalıdır;
1.7. ölkənin maliyyə
şəffaflıq standartları hasilat sənàyåsində
fəaliyyət göstərən bütün
şirkətlərə şamil edilməlidir;
1.8. bu sahədə
şəffaflığın tətbiqində dövlət
orqanları, hasilat sənàyåsində fəaliyyət
göstərən şirkətlər, beynəlxalq
təşkilàtlàr, màliyyə qurumları, investorlar və
qåyri-hökumət təşkilàtlàrı da dàõil îlmàqlà,
bütün màràqlı tərəflərin iştirakı
təmin edilməlidir.
2. Azərbaycan Respublikasının hasilat
sənayesində şəffaflığın və
hesabatlılığın təmin edilməsi
məqsədilə aşağıdakı tərkibdə Hasilat
Sənayesində Şəffaflıq üzrə Komissiya (bundan
sonra – Komissiya) yaradılsın:
Komissiyanın sədri
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan
Respublikası energetika nazirinin müavini
Azərbaycan
Respublikası vergilər nazirinin müavini
Azərbaycan
Respublikası maliyyə nazirinin müavini
Azərbaycan
Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan
Respublikası əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi sədrinin müavini. [2]
3. Komissiyanın cari fəaliyyətinin
təşkili məqsədilə Komissiyanın Katibliyi
yaradılsın və Katibliyin funksiyasının həyata
keçirilməsi Azərbaycan Respublikasının
Dövlət Neft Fonduna həvalə edilsin.
4. Komissiyaya tapşırılsın ki:
4.1. Azərbaycan Respublikasında bu
Fərmanın 1.1 – 1.8-ci bəndlərində
göstərilən beynəlxalq prinsiplərə riayət
olunmasına nəzarət etsin;
4.2. Azərbaycan Respublikasının
hasilat sənayesində şəffaflığın təmin
edilməsi məqsədilə dövlət siyasətinin
formalaşdırılmasında iştirak etməklə bu
sahədə dövlət orqanlarının və digər
qurumların fəaliyyətini əlaqələndirsin;
4.3. Azərbaycan Respublikasında
təbii ehtiyatların istismarı ilə əlaqədar
dövlətin bütün daxilolmaları və
Azərbaycanın hasilat sənayesində fəaliyyət
göstərən yerli və xarici şirkətlərin
dövlətə ödənişləri barədə
hesabatların beynəlxalq standartlara uyğun təqdim
olunması formasını və müddətlərini
müəyyən etsin;
4.4. hesabatların toplanması və
yoxlanılması üçün müstəqil, ixtisaslaşmış
audit şirkətinin seçilməsini təmin etsin;
4.5. toplanmış məlumatlar
əsasında hesabat formasına uyğun olaraq
ümumiləşdirilmiş hesabatını tərtib etsin
və onun mütəmadi şəkildə ictimaiyyətə
açıqlanmasını təmin etsin;
4.6. hesabatlılığın
təşkil olunmasının bütün
mərhələlərində qeyri-hökumət
təşkilatları, özəl sektorun
nümayəndələri və müstəqil ekspertlər
ilə əməkdaşlıq etsin;
4.7. Azərbaycan Respublikasının
hasilat sənayesində şəffaflığın təmin
edilməsinə dair normativ hüquqi aktların
təkmilləşdirilməsi ilə bağlı
təkliflər versin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. Komissiyanın Əsasnaməsini iki
ay müddətində Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
5.2. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı
təkliflərini altı ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
5.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını altı ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
5.4. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə
altı ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
5.5. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının
aidiyyəti dövlət orqanlarına və
şirkətlərinə tapşırılsın,
həmçinin Azərbaycan Respublikasında hasilat
sənayesində fəaliyyət göstərən xarici
şirkətlərə tövsiyə edilsin ki, təbii
ehtiyatların istismarı ilə əlaqədar
hesabatlarını bu Fərmanın 4.3-cü bəndində müəyyən
edilmiş formada və müddətlərdə Komissiyaya
təqdim etsinlər.
7. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 5 aprel 2017-ci il
¹ 1315
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 may 2019-cu il tarixli 677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 5, maddə 829)
2.
28 iyul 2020-ci il tarixli 1114 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 iyul 2020-ci il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹7, maddə 894)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 iyul 2020-ci il tarixli 1114
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 29 iyul 2020-ci il, ¹ 148, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹7, maddə 894)
ilə ləğv
edilmişdir.
[2] 3 may 2019-cu il tarixli 677
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
829) ilə 2-ci hissəsi ilə yaradılmış
Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Komissiyanın
sədri
Şahmar Mövsumov – Azərbaycan
Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Komissiyanın
üzvləri:
Natiq Abbasov – Azərbaycan Respublikası
energetika nazirinin müavini
Sahib Ələkbərov – Azərbaycan
Respublikası vergilər nazirinin müavini
Emin Hüseynov – Azərbaycan
Respublikası maliyyə nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Yusif Yusifov – Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi sədrinin müavini.