AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

31.10.2014

Qeydiyyat nömrəsi

12-N

Adı

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat” barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

04.11.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201410310012

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

03.11.2014

 

 

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən kollegiya

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun və aidiyyəti ədliyyə, digər hüquq-mühafizə orqanları, respublikanın bütün məhkəmələri bu barədə məlumatlandırılsın (A.Əliyev).

3. “Məhkəmə ekspertizalarının (qeyri-tibb) aparılmasının təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə nazirlik üzrə 04.10.2004-cü il tarixli 28-T nömrəli əmr (29.10.2004-cü il tarixli, 3087 nömrəli şəhadətnamə); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04.05.2007-ci il tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə əmrlərlə təsdiq olunmuş bəzi normativ aktlara əlavə və dəyişikliklər edilməsinə dair Siyahı”nın 23-cü bəndi (20.06.2007-ci il tarixli, 3329 nömrəli şəhadətnamə) və “Azərbaycan Respublikası Prezidentinin 14.05.2009-cu il tarixli Sərəncamının 1.2-ci bəndinin icrası ilə bağlı” nazirlik üzrə 14.09.2009-cu il tarixli, 29-T nömrəli əmrin 1.7-ci bəndi (25.09.2009-cu il tarixli, 3474 nömrəli şəhadətnamə) ləğv edilsin.

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 31 oktyabr 2014-cü il tarixli 12-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində (bundan sonra - Mərkəz), onun filiallarında ekspertizaların aparılma şərtlərini və qaydalarını müəyyən edir.

1.2. Ekspertlər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki-Prosessual, İnzibati Xətalar və İnzibati-Prosessual məcəllələrini, “İnzibati icraat haqqında”,Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarını, “Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Təlimatı rəhbər tuturlar.[1]

1.3. Mərkəzdə aşağıdakı əsaslar üzrə ekspertizalar aparılır:

1.3.1. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş məhkəmə ekspertizaları;

1.3.2. Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları;

1.3.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda inzibati orqanın qərarı ilə təyin edilmiş və ya maraqlı şəxslər tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları;

1.3.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda təqsirləndirilən şəxs və ya onun müdafiəçisi, yaxud mülki cavabdeh tərəfindən sifariş edilmiş məhkəmə ekspertizaları;

1.3.5. notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında ekspertizalar.[2]

1.4. Mərkəzin filiallarında ekspertizalar Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən müəyyən edilmiş ərazi aidiyyəti və müvafiq ekspertiza növləri üzrə keçirilir.

1.5. Ekspertizalar ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Mərkəzin əməkdaşları tərəfindən aparılır.[3]

1.6. Ekspertizalar Mərkəzin ştat üzrə əməkdaşı olmayan mütəxəssislər tərəfindən də aparıla bilər. Bu cür mütəxəssislərin təyin edilməsi, onların tərkibinin və fəaliyyət qaydasının təsdiq olunması Mərkəzin rəhbəri tərəfindən həyata keçirilir (bu Təlimat həmin mütəxəssislərin ekspert fəaliyyətinə tamamilə şamil olunur).

Məhkəmə ekspertizasının müxtəlif növlərinə və ya bir növünə aid iş üçün əhəmiyyətli olan halların xüsusi elmi biliklər əsasında müəyyən edilməsi zərurəti yarandıqda digər dövlət məhkəmə ekspertizası idarələri ilə birgə kompleks ekspertizaların aparılması təşkil olunur.[4]

 

2. Mərkəzin rəhbərinin hüquq və vəzifələri

 

2.1. Mərkəzin rəhbəri məhkəmə ekspertizası təyin olunması haqqında qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra onun təşkil edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində iştirakının təmin olunması üzrə müvafiq tədbirlər həyata keçirir.[5]

2.2. Mərkəz rəhbərinin aşağıdakı hüquqları vardır:

2.2.1. Mərkəzdə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən, tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq;[6]

2.2.2. rəy verilməsi üçün Mərkəzin əməkdaşı olmayan şəxslərin xüsusi biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;[7]

2.2.3. məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək.[8]

2.3. Mərkəzin rəhbərinə aşağıdakıları etmək qadağandır:

2.3.1. məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar (qərardad) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək;

2.3.2. məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, Mərkəzin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;

2.3.3. ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək;

2.3.4. dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən, şəxsi və ailə həyatına dair məlumatları, habelə qanunla qorunan digər məlumatları, həmçinin məhkəmə ekspertizasının təşkili və aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;

2.4. Mərkəz rəhbərinin aşağıdakı vəzifələri vardır:

2.4.1. məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra Mərkəzin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verə bilən konkret ekspertə, ekspertlərə və ya aidiyyəti struktur qurum rəhbərinə ekspertizanın aparılması haqqında tapşırıq vermək;

2.4.2. ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək;

2.4.3. eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq;[9]

2.4.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək;

2.4.5. ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla müvafiq struktur qurum vasitəsilə aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti təmin etmək;

2.4.6. tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyinin, tədqiqat obyektlərinin və iş üzrə materialların məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək;

2.4.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də yerinə yetirmək.[10]

2.5. Mərkəzin rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur:

2.5.1. avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı vasitələrini əldə etmək;

2.5.2. yanğın, texniki və informasiya təhlükəsizliyi, istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək;

2.5.3. təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunmasını təmin etmək.

2.6. Mərkəzin rəhbəri malik olduğu məhkəmə ekspert ixtisası üzrə ekspert rəyi verə bilər.

2.7. Mərkəzin rəhbəri məhkəmə ekspertizalarının aparılmasının təşkili ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin bir hissəsini vəzifə bölgüsü əsasında müavinlərinə, o cümlədən ekspertiza aparılan müvafiq struktur qurumların rəhbərlərinə həvalə edə bilər.

2.8. Məhkəmə ekspertizasını aparan struktur qurumların rəhbərləri Mərkəz rəhbərinin tapşırığı əsasında aşağıdakı vəzifələri yerinə yetirir:

2.8.1. ekspertizanın təyin edilməsi barədə qərarı (qərardadı) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləni, habelə daxil olmuş iş materiallarını prosessual qanunvericiliyin, aidiyyəti normativ-hüquqi aktların və bu Təlimatın tələblərinə uyğunluğunu yoxlamaq;[11]

2.8.2. ekspertizanın icra müddətinə riayət olunmasına nəzarəti həyata keçirmək;

2.8.3. tədqiqatın gedişatı və nəticələri ilə tanış olmaq, ekspertlərə zəruri elmi-metodik kömək göstərmək;

2.8.4. ekspertiza başa çatdıqdan sonra rəyin prosessual tələblərə uyğunluğunu, aparılmış tədqiqatın tamlığını və ekspertin gəldiyi nəticənin əsaslığını, metodik tələblərə əməl olunmasını, ekspert rəyinin və ona əlavələrin tərtib olunmasının keyfiyyətini yoxlamaq və iş materiallarını ekspertin rəyi ilə birlikdə Mərkəzin rəhbərinə təqdim etmək;

2.8.5. tədqiqatların aparılması üçün zəruri olan avadanlıq, cihaz, alət və digər vasitələrlə təchizat məsələlərini həll etmək;

2.8.6. yanğın, texniki və informasiya təhlükəsizliyi, istehsalat sanitariyası qaydalarına əməl olunmasını, tədqiqata göndərilmiş obyektlərin və iş materiallarının tamlığının qorunmasını təmin etmək.

 

3. Ekspertin hüquq və vəzifələri

 

3.1. Ekspertin aşağıdakı hüquqları vardır:

3.1.1. məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq;

3.1.2. rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması, həmçinin Mərkəzə gətirilməsi mümkün olmayan obyektlərə yerində baxış keçirilməsinin təşkil olunması barədə vəsatət vermək;

3.1.3. qoyulmuş sualları həll etmək üçün müstəqil olaraq tədqiqat metodunu seçmək və aparmaq , eksperimental nümunələr hazırlamaq (bu halda ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və bu hərəkət protokolda əks etdirilir);[12]

3.1.4. məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;

3.1.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;

3.1.6. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması, habelə öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə şübhəli, təqsirləndirilən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərər çəkmiş şəxslərə, şahidlərə, mülki mühakimə və inzibati məhkəmə icraatları üzrə işdə iştirak edən şəxslərə, habelə inzibati icraat üzrə maraqlı şəxslərə suallar vermək;[13]

3.1.7. məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək;

3.1.8. verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək;

3.1.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclasının protokolunun və ona əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin və şifahi rəyinin tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;[14]

3.1.10. bir neçə sual olduqda, ekspertiza tədqiqatını asanlaşdırmaq məqsədi ilə onları müvafiq ardıcıllıqla qruplaşdırmaq;

3.1.11. qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək;

3.1.12. işin faktiki halları barədə sualların və məlumatların aydınlaşdırılması barədə vəsatət vermək, həmin vəsatətin təmin edilməsi mümkün olmadıqda, mövcud materiallara əsasən qoyulmuş sualları mümkün olan qədər həll etmək (ekspert vəsatəti təmin olunmursa və bu zaman qoyulmuş sualı qismən də olsa həll etmək mümkün deyildirsə, onda rəyin giriş hissəsində haqqında vəsatət göndərilmiş suala cavab verməyin mümkün olmadığını qeyd edərək, digər suallar üzrə verilmiş rəyi ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərir);

3.1.13. məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək;

3.1.14. prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçısı ekspertin işinə mane olduqda, onun ekspertizadan kənarlaşdırılması barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;

3.1.15. komisyon və ya kompleks ekspertizalar keçirilən zaman qoyulmuş suallar ətrafında komissiyanın tərkibinə daxil olan ekspertlərlə məsləhətləşmək, komissiyanın digər üzvlərinin fikirləri ilə razı olmadıqda fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy vermək;

3.1.16. ekspertiza məhkəmədə aparıldıqda qoyulmuş suallara yazılı cavablar hazırlamaq üçün ona vaxt verilməsi barədə vəsatət vermək (qoyulmuş suallara cavab verilməsi laboratoriya tədqiqatlarının aparılmasını zəruri etdikdə bu barədə məhkəməyə məlumat vermək);

3.1.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirmək.[15]

3.2. Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir:[16]

3.2.1. məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;

3.2.2. verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;

3.2.3. tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;

3.2.4. tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodika və avadanlıqlar olmadıqda;

3.2.5. ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.

3.3. Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.

3.4. Ekspertə aşağıdakıları etmək qadağandır:

3.4.1. Mərkəzin (struktur qurumun) rəhbərinin yazılı tapşırığı olmadan ekspertizanı icraata qəbul etmək;

3.4.2. ekspertiza təyin etmək haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilməyən və ya ekspertə təqdim edilmiş iş materiallarında olmayan obyektləri tədqiq etmək (əgər qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilən və ya iş materiallarında olan obyektin tədqiq edilməsi nəticəsində başqa obyekt aşkar edilərsə, ekspert qoyulmuş suallar çərçivəsində və ya öz təşəbbüsü ilə həmin obyekti tədqiq edə bilər);

3.4.3. başqa məhkəmə ekspertizası idarəsinin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;[17]

3.4.4. məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları və onların qohumları ilə şəxsi əlaqələr yaratmaq;

3.4.5. məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq (eksperiment nəticəsində alınmış nümunələr, modellər və s. buna aid deyildir);

3.4.6. dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən, şəxsi və ailə həyatına dair məlumatları, habelə qanunla qorunan digər məlumatları, həmçinin məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;

3.4.7. təhqiqat və istintaq məlumatlarını başqa şəxslərə, o cümlədən həmin ekspertizaya aidiyyəti olmayan Mərkəzin əməkdaşlarına yaymaq;

3.4.8. məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişdirmək;

3.4.9. ekspertiza təyin etmək haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə qoyulmuş sualların məzmununu dəyişmək (əgər sualın redaktəsi qəbul olunmuş nümunələrə uyğun deyildirsə, lakin məzmunu başa düşülürsə, ekspert sualı olduğu kimi köçürdükdən sonra onu öz xüsusi biliyi dairəsində necə başa düşdüyünü göstərməkdə haqlıdır);

3.4.10. Mərkəzin texniki işçiləri istisna olmaqla, ekspertiza təyin etmək haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə, habelə Mərkəz rəhbərinin yazılı tapşırığında göstərilməyən şəxsləri ekspertiza icraatına cəlb etmək;

3.4.11. ekspertin imzası Mərkəzin möhürü ilə təsdiq olunmadan yekunlaşdırılmış rəyi ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə təqdim etmək;

3.4.12. ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs istisna olmaqla, materialların Mərkəzə daxil olması, ekspertizanın hansı şöbədə və ya kim tərəfindən aparılması barədə kənar şəxslərə məlumat vermək;

3.4.13. Mərkəzin (struktur qurumun) rəhbərinin icazəsi olmadan tədqiqat obyektlərini başqa ekspertiza keçirilməsi üçün digər ekspertlərə vermək;

3.4.14. Mərkəzin (struktur qurumun) rəhbərinin icazəsi olmadan başqa ekspertin icraatında olan ekspertiza materialları ilə tanış olmaq.

3.5. Ekspertin aşağıdakı vəzifələri vardır:

3.5.1. Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud Mərkəzin rəhbərinə yazılı şəkildə məlumat vermək; ekspert yalnız etiraz təmin edildikdən sonra ekspertizanın aparılmasını dayandıra bilər;

3.5.2. məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, Mərkəz (struktur qurum) rəhbərinin yazılı tapşırığına əsasən ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq;[18]

3.5.3. qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizanın icra müddətinə riayət etmək;

3.5.4. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

3.5.5. bu Təlimatın 5.20-ci bəndinə uyğun olaraq Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə etmək;[19]

3.5.6. təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək (əgər tədqiqat prosesində ekspertizaya göndərilmiş obyektlərin tamamilə məhv edilmə və ya əhəmiyyətli dərəcədə zədələnmə ehtimalı olarsa, ekspert bunu ekspertizanı təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmalıdır);

3.5.7. təqdim edilmiş obyektləri və iş üzrə materialları yalnız iş yerində saxlamaq, onların qorunması üçün lazımi tədbirlər görmək (onların iş yerindən çıxarılmasına yalnız Mərkəzin rəhbərinin icazəsi ilə xüsusi zərurət yarandıqda yol verilir; məsələn, ekspertiza tədqiqatının bir hissəsini hadisə yerində aparmaq zərurəti meydana çıxdıqda və s.);

3.5.8. ekspertizaya göndərilmiş materiallar tələb olunan qaydalara uyğun rəsmiləşdirilmədiyinə görə onun aparılması mümkün olmadıqda, bu barədə müvafiq tədbir görülməsi üçün Mərkəzin (struktur qurumun) rəhbərinə məlumat vermək;

3.5.9. rəy verməyin mümkün olmaması barədə prosessual qanunvericilikdə göstərilən əsaslar olduqda, bu barədə ekspertiza təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı şəkildə məlumat vermək;[20]

3.5.10. ekspertiza gedişatında tədqiqatın genişləndirilməsi və ya formasının dəyişdirilməsi zərurəti aşkar edildikdə (komisyon və ya kompleks ekspertizaların keçirilməsi), tədqiqat obyektinin çoxsaylı və ya mürəkkəb olması səbəbindən eyni ixtisaslı ekspertlərin cəlb olunmasına ehtiyac olarsa, həmçinin başqa ixtisas üzrə tədqiqatın aparılması zərurəti yaranarsa bu barədə Mərkəzin (struktur qurumun) rəhbərinə məlumat vermək;

3.5.11. cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün xüsusi biliyi çərçivəsində profilaktik tövsiyələr vermək;

3.5.12. məhkəmə ekspertizalarının təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək;

3.5.13. ekspertiza qarşısında qoyulmuş sualların ifadə forması, ekspertə təqdim olunmalı materiallar və digər məsələlər ilə bağlı məhkəmə ekspertizasını təyin (sifariş) edən orqana və şəxsə metodik tövsiyələr hazırlamaq;[21]

3.5.14. məhkəmə ekspertizasını təyin (sifariş) edən orqana və şəxsə yazılı rəy təqdim etmək, onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışlarına gəlmək;[22]

3.5.15. istintaq və ya məhkəmədə ifadə verdikdə, bu barədə Mərkəzin rəhbərinə yazılı məlumat vermək;

3.5.16. Məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsi olduğu halda müqayisəli tədqiqat üçün nümunənin götürülməsini həyata keçirmək;

3.5.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də  yerinə yetirmək.[23]

3.6. Ekspert öz rəyinin obyektivliyinə görə şəxsən məsuliyyət daşıyır.

 

4. Ekspertizanın aparılması müddətləri

 

4.1. Ekspertiza təyin edilməsi haqqında qərar (qərardad) Mərkəzə daxil olduğu və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandığı vaxtdan ekspert aşağıdakı müddətlərdə yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilir:

4.1.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təhqiqatçının, müstəntiqin, prokurorun və hakimin qərarı 1 (bir) aydan gec olmayaraq;

4.1.2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərardadı 1 (bir) aydan gec olmayaraq, həmin Məcəllənin 172.2-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə 10 gündən gec olmayaraq, 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 3 günədək;

4.1.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı 10 gündən gec olmayaraq;

4.1.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati orqanın qərarı 30 gündən gec olmayaraq;

4.1.5. inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur;

4.1.6. Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekspertizanı sifariş edən şəxslə bağlanan müqavilədə göstərilən müddətdə.[24]

4.2. Mülki, inzibati mübahisə və inzibati xəta haqqında işlər üzrə rəyin verilməsi müddəti ekspertiza təyin edilməsi haqqında qərardadda məhkəmə, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göstərilir.[25]

4.3. Ekspertizanın aparılması müddətləri prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla işin həcmindən (tədqiqat obyektlərinin sayı, mürəkkəbliyi və s.) asılı olaraq Mərkəzin (struktur qurumun) rəhbəri tərəfindən müəyyən edilir.

4.4. Ekspertizanın aparılmasını bu Təlimatın 4.1-ci bəndində göstərilən müvafiq müddətlərdə təmin etmək mümkün olmadıqda, Mərkəzin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə dərhal məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti ekspertizanı təyin (sifariş) etmiş orqanla və ya şəxslə  yazılı formada razılaşdırılır, inzibati icraata münasibətdə isə inzibati orqan tərəfindən təyin edilmiş ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edilir.[26]

4.5. Ekspertizanın aparılma müddəti materialın Mərkəzə daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı gündə başa çatır.[27]

Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.

4.6. Mərkəzdə ekspertizanın aparılması müddəti aşağıdakı hallarda dayandırılır:

4.6.1. ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilən materiallar tam həcmdə daxil olmadıqda;

4.6.2. ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilən materialların daxil olan hissəsi həmin qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə qoyulmuş sualların tam həcmdə cavablandırılması üçün kifayət etmədikdə;

4.6.3. əlavə materialların təqdim edilməsi və yaxud maddi sübutu əhəmiyyətli dərəcədə zədələmədən və ya məhv etmədən ekspert tədqiqatının davam etdirilməsinin mümkün olmaması nəzərə alınaraq, müvafiq razılıq verilməsi barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə vəsatətlə müraciət edildikdə;

4.6.4. təqdim edilmiş materiallar (sənədlər, maddi sübutlar) həmin obyektlər üzrə digər növ ekspertizanı aparan başqa ekspertin (ekspertlərin) icraatında olduqda.

4.7. ekspert beş gündən artıq müddətdə başqa iş üzrə istintaq və ya məhkəmə hərəkətlərində iştirak etdikdə, ezamiyyətdə və ya xəstə olduğu təqdirdə prosessual qanunvericiliklə ekspertizanın aparılması üçün müəyyən edilmiş müddətə riayət edilməsini təmin etmək məqsədilə Mərkəzin rəhbəri ekspertizanın icraatını digər ekspertə tapşıra bilər.

4.8. Vəsatətin göndərildiyi gündən ekspertizanı təyin (sifariş) etmiş orqandan və ya şəxsdən cavab daxil olan günədək olan müddət ekspertizanın icra müddətinə aid edilmir.

4.9. Ekspertizanın icrası dayandırıldıqda bu barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə dərhal məlumat verilir.

4.10. Bu Təlimatda nəzərdə tutulmayan əsaslara görə ekspertizanın aparılması müddətinin dayandırılmasına yol verilmir.

4.11. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında qərar (qərardad) Mərkəzə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.[28]

4.12. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertizanı təyin etmiş orqan və ya şəxs tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə Mərkəzin rəhbərinə məlumat verilməklə bu Təlimatın 4.1-ci bəndində nəzərdə tutulan müvafiq müddətlər uzadılır.[29]

4.12-1. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin həmin vəsatəti bu Təlimatın 4.12-ci bəndində göstərilən müddətdə təmin edilmədikdə Mərkəzin rəhbəri ekspertiza təyin edilməsi haqqında  qərarı (qərardadı) icra olunmadan geri qaytarmaq hüququna malikdir.[30]

4.13. Tədqiqatın gedişində ehtiyac yaranarsa ekspert növbəti vəsatət verə bilər.

4.14. Vəsatət təsdiqlənmiş xüsusi formada iki nüsxədə tərtib olunur. Birinci nüsxə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilir, ikinci nüsxə isə ekspertizanın icraatında saxlanılır.

4.15. Vəsatət operativlik üçün faks və ya elektron poçt vasitəsilə çatdırıla bilər, lakin onun əsli sonradan mütləq aidiyyəti orqana və ya şəxsə göndərilməlidir. Vəsatət və prosessual qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspert tərəfindən tərtib edilən digər sənədlər “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə həmin sistem vasitəsilə göndərilə bilər.[31]

 

5. Ekspertizaların aparılması və onların nəticələrinin tərtib edilməsi

 

5.1. Mərkəzdə məhkəmə ekspertizasının ilkin, əlavə, təkrar, komisyon və kompleks növləri üzrə aparılır.

5.2. İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədi ilə birinci dəfə təyin (sifariş) edilən ekspertiza ilkin məhkəmə ekspertizasıdır.

5.3. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

5.4. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Təkrar məhkəmə ekspertizasının təyini haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə qoyulmuş suallar və tədqiqat obyektləri ilkin ekspertizanın təyini haqqındakı qərardan (qərardaddan) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədən fərqlidirsə, belə ekspertizalar təkrar ekspertiza hesab edilmir.

5.5. Komisyon məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır.

Məhkəmə ekspertizasının komisyon xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud Mərkəzin rəhbəri tərəfindən müəyyən edilir.

Komisyon məhkəmə ekspertizasının işinin təşkili Mərkəzin (struktur qurumun) rəhbəri tərəfindən təmin edilir.

Verilən sualların həll edilməsi üçün ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.

Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz xüsusi biliyi çərçivəsində qoyulmuş suallara cavab verir.

Komisyon məhkəmə ekspertizası aparılarkən onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud Mərkəzin rəhbəri ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını işləyib hazırlamaq, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir.[32]

Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə rəyə bütün ekspertlər tərəfindən imza edilir.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair yazılı formada ayrıca rəy verir.

5.6. İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.

Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması, ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Təlimatın 5.5-ci bəndində müəyyən edilmiş qaydada həll edilir.

Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü, həcmi və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır.

Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu rəydə öz əksini tapmalıdır.

5.7. Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə çox miqdarda obyekt daxil olarsa, Mərkəzin (struktur qurumun) rəhbəri ekspertiza icrasının operativliyini təmin etmək üçün qoyulmuş suallar üzrə tədqiqat işlərini bir neçə ekspertə tapşıra bilər.

Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ayrı-ayrı ekspertizaların predmetinə aid olan və həll edilməsi üçün müxtəlif ixtisaslar üzrə ekspertlərin birgə işini tələb etməyən suallar qoyulmuşdursa, Mərkəzin rəhbəri müvafiq sualların həlli üçün müəyyən obyektlərin tədqiqi məqsədi ilə hər biri ayrıca ekspertə (ekspertlər qrupuna) həvalə olunan bir neçə ekspertiza təşkil edir.

Aparılmış tədqiqatların nəticələrinə əsasən hər bir ekspert tərəfindən ayrıca rəy və yaxud rəy verilməsinin mümkün olmaması barədə məlumat tərtib olunur.

5.8. Bu Təlimatın 3.2-ci bəndində göstərilən hallarda (3.2.3-cü yarımbənd istisna edilməklə) ekspert 5 (beş) gün müddətində məhkəmə ekspertizasını təyin ( sifariş) etmiş  orqana və ya şəxsə yazılı məlumat verir.[33]

5.9. Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi Mərkəzdə mümkün olmadıqda (müvafiq mütəxəssisin, avadanlığın, tədqiqat metodikasının və s. olmamasına görə) ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə bu barədə məlumat verilir, ekspertiza materialları isə geri qaytarılır.

Ekspertizaya göndərilmiş materialların bu Təlimatda göstərilməyən əsaslar üzrə tədqiqatı aparılmadan geri qaytarılmasına yol verilmir.

5.10. Aparılmış tədqiqatların nəticələri üzrə ekspert öz adından yazılı rəy verir və onun bütün səhifələrini imzalayır. Ekspertin imzası Mərkəzin möhürü ilə təsdiq olunur.

5.11. Ekspertin rəyi prosessual qanunvericiliyin və bu Təlimatın tələblərinə uyğun olaraq hazırlanır, ekspertizanın növlərindən asılı olmayaraq, rəy üç hissədən – giriş, tədqiqi hissə və nəticədən ibarət olur.

5.12. Ekspert rəyinin giriş hissəsində aşağıdakılar göstərilir:

5.12.1. ekspertizanın adı və növü (ilkin, əlavə, təkrar, komisyon və ya kompleks), nömrəsi, aparıldığı tarix və yer;

5.12.2. ekspertizanı təyin (sifariş) etmiş orqanın adı, şəxsin soyadı və adı;

5.12.3. ekspertizanın təyin edilməsi haqqında qərarın (qərardadın) və ya ekspertizanın sifariş edilməsi barədə müqavilənin tarixi;[34]

5.12.4. ekspertiza aparılan işin və ya materialın nömrəsi, təkrar ekspertizanın təyin (sifariş) edilməsinə əsas verən obyektiv hallar və onun motivləri;

5.12.5. ekspertizanı aparan ekspert (ekspertlər) haqqında məlumat: soyadı, adı, atasının adı, təhsili, ixtisası (ümumi və ekspertiza üzrə), ixtisas dərəcəsi, ekspert kimi stajı, elmi dərəcəsi, tutduğu vəzifə və xüsusi rütbəsi;

5.12.6. materialların ekspertiza aparılması üçün Mərkəzə daxil olduğu və rəyin imzalandığı tarix;

5.12.7. ekspertizaya daxil olan materialların adı, gətirilmə üsulu, tədqiq edilən obyektlərin qablaşdırılmasının növü və rekvizitləri;

5.12.8. bilə-bilə yalan rəy verməyə görə müvafiq olaraq inzibati məsuliyyətin və ya cinayət məsuliyyətinin ekspertə məlum olmasını təsdiq edən qeyd;[35]

5.12.9. əlavə materialların tədqiq edilməsi barədə ekspertlərin vəsatəti barədə məlumat; məlumatda vəsatətin göndərildiyi və cavab alındığı tarix, həmçinin onlara baxılmasının nəticələri;

5.12.10. rəy verilməsi üçün mühüm əhəmiyyətə malik olan və ilk mənbə kimi ekspert tərəfindən qəbul edilən hallar;

5.12.11. ekspertizanın aparılmasında iştirak edən şəxslər haqqında məlumat (hər birinin soyadı, adı, atasının adı, prosessual vəziyyəti);

5.12.12. həll edilməsi üçün ekspertlər qarşısında qoyulmuş suallar (ekspertin təşəbbüsü ilə qoyulmuş suallar da rəyin giriş hissəsində, ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda)  və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilən suallardan sonra yazılır);[36]

5.12.13. ekspertizaya təqdim olunmuş materialların Mərkəzin tədqiqat üçün ştampları ilə nişanlanması barədə məlumatlar.

5.13. Yuxarıda sadalanan məlumatlardan başqa, əlavə ekspertiza rəyinin giriş hissəsində, ekspertizanın əlavə olması qeyd olunmaqla ilkin ekspertiza haqqında məlumatlar göstərilir (ilkin rəyin nömrəsi və tarixi, ekspertin soyadı, adı və atasının adı; rəydə izahat və tamamlama tələb edən ilkin ekspertiza ilə müəyyən edilmiş faktiki məlumatlar və nəticələr əks etdirilir).

5.14. Təkrar ekspertizanın giriş hissəsində ekspertizanın təkrar olması qeyd olunmaqla ilkin ekspertiza haqqında məlumatlar göstərilir (ilkin rəyin nömrəsi və tarixi, ekspertin soyadı, adı və atasının adı, ekspertiza idarəsinin adı, ilkin ekspertizanın nəticələri, təkrar ekspertiza təyin (sifariş) edilməsinin əsasları).

5.15. Təyin (sifariş) edilmiş ekspertiza düzgün olmayaraq əlavə və ya təkrar göstərildikdə onun əsaslandırılmış izahı rəyin giriş hissəsində göstərilməlidir.

5.16. Kompleks ekspertizanın aparılması zamanı ekspert rəyinin giriş hissəsində qeyd olunanlarla yanaşı, ekspertizanın kompleks olduğu və onun keçirildiyi yer göstərilir (bir və ya bir neçə ekspertiza idarəsi haqqında məlumatlar).

 5.17. Ekspert rəyinin tədqiqi hissəsində tədqiqat metodları və tədqiqatın nəticələri təsvir olunur.

Ekspert tərəfindən həll edilən hər bir suala tədqiqi hissənin müəyyən bölməsi uyğun gəlməlidir. Zərurət olduqda bir-biri ilə sıx əlaqəli iki və daha artıq sual üzrə tədqiqatın nəticələri eyni bir bölmədə əks olunur.

5.18. Tədqiqi hissədə aşağıdakılar göstərilir:

5.18.1. ekspert tədqiqatı obyektlərinin vəziyyəti;

5.18.2. ekspert tədqiqat metodlarının ardıcıllığı, hər bir tədqiqat metodunun və ya üsulunun tətbiq edilməsi ilə əldə olunan nəticələr;

5.18.3. ekspertiza eksperimentinin, ekspert baxışının (əgər keçirilibdirsə) həyata keçirilməsinin məqsədləri, şərtləri və nəticələri, nümunələrin əldə olunması;

5.18.4. nəticələr əsaslandırılarkən istintaq hərəkətlərinin (dindirmə, baxış, müayinə, eksperiment və s.) nəticələri ilkin mənbə əhəmiyyəti daşıyırsa, həmin istintaq hərəkətlərinin nəticələri);

5.18.5. normativ və lüğət-arayış materiallarına, kompüter məlumatlar bazasına, hesablama proqramlarına istinadlar, habelə illüstrasiyalara, əlavələrə və onlara verilən zəruri izahlara istinadlar;

5.19. Ekspertizanın aparılması zamanı elektron məlumat bazalarından, habelə xüsusi kompüter proqramlarından istifadə edilə bilər.

5.20. Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:

1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;

2) elmi cəhətdən əsaslandırılmışdır;

3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.[37]

5.21. Qoyulmuş sualların bəzilərinə cavab vermək mümkün olmadıqda, tədqiqi hissədə bunun səbəbləri göstərilməlidir.

5.22. Tədqiqi hissə ekspert biliyinə malik olmayan şəxs üçün anlaşılan dildə ifadə olunmalı, terminlərdən düzgün istifadə edilməli, onların tərcüməsinə yol verilməməli, zərurət yaranarsa xüsusi terminlər izah edilməlidir.

5.23. Rəyin tədqiqi hissəsində tədqiqat obyektlərinə və müqayisəli nümunələrə münasibətdə həyata keçirilən bütün hərəkətlər göstərilməlidir.[38]

5.24. Əlavə ekspertiza aparıldıqda, ilkin ekspertiza zamanı tətbiq olunan metod və vasitələrdən istifadə edilmişdirsə və həmin nəticələr əldə olunmuşdursa, ekspert əlavə ekspertizanın tədqiqi hissəsində tədqiqatın gedişatını və nəticələrini göstərmədən ilkin ekspertizanın müvafiq bölmələrinə istinad edə bilər.

5.25. Təkrar ekspertiza keçirilərkən ilkin ekspertizanın nəticələri ilə müxtəliflik yaranarsa, təkrar ekspertiza rəyinin tədqiqi hissəsində həmin müxtəlifliyin elmi-metodiki səbəbləri göstərilməlidir.

5.26. Kompleks ekspertiza rəyinin tədqiqi hissəsində hər bir ekspertin apardığı tədqiqat ayrı-ayrılıqda şərh olunur.

Kompleks tədqiqatın nəticələrinin birgə qiymətləndirilməsi rəyin tədqiqi hissəsinin sonunda verilir.

5.27. Kompleks ekspertiza rəyində hər bir ekspert tərəfindən hansı tədqiqatın aparıldığı, tətbiq edilən metod və üsullar qeyd olunur. Hər ekspert ümumi rəyi və ya onun şəxsən özü tərəfindən apardığı tədqiqatın gedişini və nəticələrini əks etdirən hissəsini imzalayır.

5.28. Tədqiqatın metod və üsulları, elmi-texniki vasitələrdən istifadə olunması şəraiti elə ifadə olunmalıdır ki, zərurət olduqda aparılmış ekspertizanı təkrar etməklə ekspertin gəldiyi nəticələrin doğruluğunu yoxlamaq mümkün ola bilsin.

5.29. Tədqiq olunan materialların həcmi böyük və qoyulmuş sualların miqdarı çox olarsa, rəyin tədqiqi hissəsinin hər bir bəndi sualın göstərilməsi ilə başlana bilər. Zəruri hallarda, tədqiqat prosesi və əldə olunmuş nəticələr fotoşəkil və sxemlərlə təsvir edilir və rəyə əlavə olunur.

5.30. Qoyulmuş suallara cavab olaraq ekspertin gəldiyi nəticələr sualların tədqiqi hissədə göstərilən ardıcıllığı üzrə verilməlidir. Hər bir suala mahiyyəti üzrə cavab verilir və yaxud onun həll edilməsinin mümkün olmaması göstərilir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini ekspertizanın tədqiqi hissəsinə daxil etməyə haqlıdır.[39]

5.31. Kompleks ekspertiza keçirilərkən ekspertlər komissiyası, ayrı-ayrı ekspertlərin apardıqları tədqiqatların nəticələri üzrə formulə edilmiş xüsusi nəticələr əsasında ümumi nəticəni tərtib edə bilərlər.

Ekspertiza üzrə ümumi nəticə ilə razılaşmayan ekspertlər də bu qaydada xüsusi nəticəni ifadə edə bilərlər.

5.32. Nəticə dəqiq, aydın dildə və birmənalı şəkildə ifadə olunmalıdır. Əgər tədqiqi hissədə göstərilən və qoyulmuş suala qəti cavab verən tədqiqat yekunlarını müfəssəl təsvir etmədən nəticəni formulə etmək mümkün olmadıqda, rəyin tədqiqi hissəsinə istinad etməyə yol verilir.

5.33. Ekspert rəyində cinayətlərin baş vermə səbəbləri və onların törədilməsinə kömək edən şəraitlər, həmçinin onların aradan qaldırılması üzrə ekspertin xüsusi biliyi çərçivəsində tövsiyələr göstərilə bilər.

5.34. Rəy və fotocədvəllər, çertyojlar, diaqramlar, cədvəllər və s. kimi əlavələr ekspert tərəfindən imzalanır, Mərkəzin möhürü ilə təsdiq olunur və ekspert rəyinə əlavə edilir. Rəy və ona əlavələrin hər bir səhifəsində onun nömrəsi və tarixi yazılır.

5.35. Ekspert rəyi və ona əlavələr iki nüsxədə tərtib olunur. Rəyin bir nüsxəsi Mərkəzin rəhbəri tərəfindən ekspertiza təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilir, digər nüsxəsi isə 5 il müddətində Mərkəzin arxivində saxlanılır. Daha sonra sənədlərin saxlanılması “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

5.36. Mərkəzin (struktur qurumun) rəhbəri rəyi nəzərdən keçirərkən onun düzgün rəsmiləşdirilmədiyini və ya yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığını, metodun tətbiqi prosedurunun pozulduğunu aşkar edərsə, zəruri dəyişiklik və dəqiqləşdirmələr edilməsi üçün rəy ekspertə qaytarılır.

Göstərilən əsaslar üzrə Mərkəzin rəhbəri ekspertizanın nəticələri ilə razılaşmadıqda, ekspert isə öz rəyinin doğruluğu üzərində təkid edərsə tədqiqatın aparılması başqa ekspertlərə tapşırıla bilər.

5.37. Rəyin mətnində texniki səhv aşkar edilərsə bu barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı məlumat verilir və həmin rəyin Mərkəzə göndərilməsi ilə bağlı müraciət olunur.

Rəyin qaytarılmasından sonra onu əvəz edəcək yeni rəy hazırlanır. Hazırlanan yeni rəyin nömrəsi isə dəyişdirilən rəyin nömrəsinin sağına “REV-01” şəklində yazılır.

Yeni rəyin giriş hissəsində göndərmə məktubunda bildirilən əsas göstərilir və böyük hərflə “BU RƏY, ................ No-li RƏYİ ƏVƏZ EDİR” ifadəsi əlavə olunur. Ekspertiza təyin (sifariş) etmiş orqandan (şəxsdən) geri göndərilməsi istənilən rəyin əslinə qırmızı rəngli “ETİBARSIZDIR” möhürü vurulur və rəyin hər iki nüsxəsi arxivdə birlikdə saxlanılır.

5.38. Eyni iş materialları üzrə aparılan əlavə ekspertizanın icrası zamanı əlavə rəyə yeni nömrə verilir və həmin rəyin giriş hissəsində ekspertizanın əlavə olduğu qeyd olunur.

5.39. Ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə qoyulmuş suallar ekspertin xüsusi biliyinin hüdudlarından kənara çıxdığına və yaxud ona təqdim edilmiş materiallar rəy verilməsi üçün kifayət etmədiyinə və həmin maneələrin aradan qaldırılması mümkün olmadığına görə ekspert tərəfindən həmin sualların heç birinə mahiyyətcə cavab verilmədikdə, rəy verilməsinin mümkün olmaması barədə əsaslandırılmış məlumat tərtib olunur.

5.40. Ekspertizanın məhkəmədə aparılması və onun nəticələrinin rəsmiləşdirilməsi prosessual qanunvericiliyə və bu Təlimata uyğun olaraq həyata keçirilir.

5.41. Ekspertin ibtidai araşdırma zamanı və məhkəmə iclasında iştirakının bütün hallarında, onun verdiyi rəyin (məlumatın, ifadənin) surəti Mərkəzə təqdim olunur.

5.42. Notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında aparılan ekspertizaların nəticələri arayış şəklində rəsmiləşdirilir.

5.43. Arayışda aşağıdakılar göstərilməlidir:

5.43.1. arayışın nömrəsi və tərtib olunduğu tarix;

5.43.2. müraciət edən təşkilatın adı;

5.43.3. materialların Mərkəzə daxil olduğu tarix;

5.43.4. ekspertizaya daxil olmuş materialların adı;

5.43.5. ekspert qarşısına qoyulmuş suallar;

5.43.6. tədqiqatı aparan ekspert haqqında məlumat;

5.43.7. ekspertiza aparılarkən hansı metodlardan istifadə olunmuşdur;

5.43.8. ekspertin gəldiyi nəticə;

5.43.9. illüstrasiya və əlavələrə istinadlar.

Arayış tədqiqat aparmış ekspert tərəfindən imzalanır və Mərkəzin möhürü ilə təsdiq olunur.

 

6. Yekun müddəalar

 

6.1. Ekspertizaya narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, qiymətli metalların və daşların, həmçinin onlardan hazırlanmış məmulatların, atəşli (odlu) silahın və onlar üçün döyüş sursatlarının, pul nişanlarının və qiymətli kağızların, habelə yüksək dəyər və əhəmiyyət kəsb edən digər obyektlərin təqdim edildiyi halda qeyd olunan materialları ekspertizaya təqdim edən şəxsin, Mərkəzin uyğun struktur qurumların (müvafiq ekspertiza şöbəsinin və tədqiqat obyektini qəbul bölməsinin) səlahiyyətli şəxslərinin iştirakı ilə qablaşdırma açılmalı, təqdim olunmuş obyektlərin miqdarı müəyyənləşdirilməli, həmçinin ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilənlərə uyğunluğu yoxlanılmalıdır. Bundan sonra akt tərtib edilməli və ekspertiza obyektlərinin müayinəsində iştirak edən şəxslər tərəfindən bu akt imzalanmalıdır.[40]

6.2. Obyektlər yalnız tədqiqatın aparılması və rəyin verilməsi üçün zəruri olan dərəcədə zədələnə və israf oluna bilər. Ekspertizanın icraatı təqdim olunan obyektlərin zədələnməsini (korlanmasını) və ya sərf olunmasını tələb etdiyi hallarda bunun üçün ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin yazılı razılığı alınmalıdır (təyin (sifariş) olunmuş ekspertizanın xüsusiyyəti obyektin zədələnməsini (korlanmasını) və ya sərf olunmasını nəzərdə tutduğu hallar istisna olmaqla).

6.3. Ekspertizaya təqdim olunmuş tədqiqat obyektlərinin, müqayisə nümunələrinin, iş üzrə digər materialların və məlumatların mötəbərliyinə görə Mərkəz və ekspert məsuliyyət daşımır.

6.4. Tədqiqat obyektlərinə baxışın keçirilməsini tələb edən ekspertizaların icraatı zamanı (Mərkəzə təqdim olunmuş obyektlər istisna olmaqla), ekspertizanı təyin (sifariş) edən orqan və ya şəxs ekspertin obyektin yerləşdiyi əraziyə maneəsiz daxil olmasını və baxışın keçirilməsini təmin edir. Baxışın keçirilməsinə ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs prosessual rəhbərlik edir və müvafiq protokolla rəsmiləşdirilir.

6.5. Proses iştirakçıları qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada ekspertizanın aparılmasında iştirak edə bilərlər. Səbəblərindən asılı olmayaraq onların ekspertiza icraatında iştirak etməməsi ekspertiza icraatının dayandırılması və ya tədqiqatın təkrarlanması üçün əsas deyildir.

6.6. Ekspert tədqiqatının obyekti olmuş predmetlər və sənədlər (nümunələr daxil olmaqla) ekspert tərəfindən müvafiq qeydlər edilməklə qablaşdırılmış və ştamplanmış vəziyyətdə rəylə və ya rəy verilməsinin mümkün olmaması barədə məlumatla birlikdə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılır.

6.7. Poçt vasitəsilə göndərilməsi mümkün olmayan maddi sübutlar üzrə ekspert rəyi hazırlandıqdan sonra ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı, yaxud telefonla (elektron poçtla) məlumat verilir. Həmin məlumatların verilməsi üzrə müvafiq qeydiyyat aparılır.[41]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il)

2.       4 iyun 2018-ci il tarixli 16-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806040016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 iyun 2018-ci il)

3.       1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il)

  1. 21 noyabr 2020-ci il tarixli 21-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011210021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.2-ci bəndə “Mülki-Prosessual” sözündən sonra “, İnzibati Xətalar” sözləri əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.2-ci bəndə “məcəllələrini,” sözündən sonra “İnzibati icraat haqqında”,” sözləri əlavə edilmişdir və həmin bənddə “Dövlət məhkəmə ekspertizası” sözləri “Məhkəmə ekspertizası” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.3.3-cü yarımbənd əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.3. Mərkəzdə aşağıdakı istiqamətlər üzrə ekspertizalar aparılır:

1.3.1. təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin, o cümlədən cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın halları (bundan sonra – iş) üzrə təyin edilmiş məhkəmə ekspertizaları;

1.3.2. notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında ekspertizalar;

1.3.3. inzibati xətalar haqqında işlər üzrə icraat zamanı təyin olunmuş ekspertizalar.

 

[3] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.5-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.5. Ekspertizalar ali təhsili olan, “Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Mərkəzin əməkdaşları tərəfindən aparılır.

 

[4] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 1.6-cı bəndin ikinci abzasından “dövlət” sözü çıxarılmışdır.

 

[5] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.1-ci bəndə və 2.4.1-ci yarımbəndə “aldıqdan” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilmişdir.

 

[6] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.2.1-ci yarımbəndə “icra edilmədən” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən” sözləri əlavə edilmişdir.

 

[7] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.2.2, 2.3.2, 2.4.6, 3.1.12 - 3.1.14, 3.2.1-ci yarımbəndlərə, 3.3-cü bəndə, 3.4.8, 3.4.11, 3.4.12, 3.5.1, 3.5.6, 3.5.9, 4.6.3-cü yarımbəndlərə, 4.8, 4.9,  4.14,  5.2, 5.3-cü bəndlərə, 5.4-cü bəndin ikinci abzasına, 5.5-ci bəndin ikinci və altıncı (birinci halda) abzaslarına, 5.6-cı bəndin birinci abzasına, 5.9-cu bəndin birinci abzasına, 5.12.2, 5.12.4-cü yarımbəndlərə, 5.14, 5.15, 5.35-ci bəndlərə, 5.37-ci bəndin birinci və üçüncü abzaslarına, 6.2 (hər iki halda), 6.4 (hər iki halda), 6.6 və 6.7-ci bəndlərə ismin müvafiq hallarında “təyin” sözündən sonra ismin müvafiq hallarında “(sifariş)” sözü əlavə edilmişdir.

 

[8] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.2.3, 2.3.1, 3.4.2 (hər iki halda), 3.4.9, 3.4.10, 4.6.1, 4.6.2-ci (hər iki halda) yarımbəndlərə, 5.4-cü bəndin dördüncü abzasına (hər iki halda), 5.7-ci bəndin birinci və ikinci abzaslarına, 5.39-cu bəndə, 6.1-ci bəndin birinci cümləsinə ismin müvafiq hallarında “(qərardad)” sözündən sonra ismin müvafiq hallarında “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə” sözləri əlavə edilmişdir.

 

[9] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.4.3-cü yarımbəndə “qərarda” sözündən sonra “(qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilmişdir.

 

[10] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.4.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda 2.4.7-ci yarımbənd əlavə edilmişdi.

 

[11] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 2.8.1-ci yarımbənddə “(qərardadı) və” sözləri “(qərardadı) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləni, habelə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.1.3-cü yarımbəndə “aparmaq” sözündən sonra “, eksperimental nümunələr hazırlamaq (bu halda ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və bu hərəkət protokolda əks etdirilir) sözləri əlavə edilmişdi.

 

[13] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.1.6-cı yarımbəndə “təqsirləndirilən” sözündən sonra “, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan” sözləri əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.1.6-cı yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.6. öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə şübhəli, təqsirləndirilən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək;

 

[14] 21 noyabr 2020-ci il tarixli 21-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011210021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.1.9-cu yarımbəndinə “protokolunun” sözündən sonra “və ona əlavə edilmiş audioyazının” sözləri əlavə edilmişdir.

 

[15] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ına yeni məzmunda 3.1.17-ci yarımbənd əlavə edilmişdir.

 

[16] 4 iyun 2018-ci il tarixli 16-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806040016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 iyun 2018-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.

 

[17] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.4.3-cü yarımbənddə “başqa idarənin” sözləri “başqa məhkəmə ekspertizası idarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[18] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.2-ci yarımbəndə “(hakimin)” sözündən sonra “, səlahiyyətli orqanın (vəzifəli şəxsin)” sözləri əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.2-ci yarımbənddə “təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin), səlahiyyətli orqanın (vəzifəli şəxsin) təyin etdiyi ekspertizanı icraatına qəbul etmək” sözləri “ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq” sözləri ilə əvəz edilmişdir.

 

[19] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.5.5. ekspert təcrübəsində yoxlanılmış, tədqiqatı tam və hərtərəfli aparılmasını təmin edən elmi-texniki vasitələrdən istifadə etmək;

 

[20] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.9-cu yarımbəndə, 4.8, 4.15 və 6.2-ci bəndlərə ismin müvafiq hallarında “orqan” sözündən sonra ismin müvafiq hallarında “və ya şəxs” sözləri əlavə edilmişdir.

 

[21] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.13-cü yarımbənddə “məhkəmə və hüquq mühafizə orqanlarına”, 3.5.14-cü yarımbənddə “təhqiqat, ibtidai istintaq orqanına və məhkəməyə (hakimə), səlahiyyətli orqana (vəzifəli şəxsə)” sözləri “məhkəmə ekspertizasını təyin (sifariş) edən orqana və şəxsə” sözləri ilə əvəz edilmişdir.

 

[22] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.5.14-cü yarımbənddən “habelə” sözü çıxarılmışdır və həmin yarımbənddə “(hakimə)” sözündən sonra “, səlahiyyətli orqana (vəzifəli şəxsə)” sözləri, “həyata keçirən orqanın” sözlərindən sonra “, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)” sözləri əlavə edilmişdir.

 

[23] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ına yeni məzmunda 3.5.16 və 3.5.17-ci yarımbəndlər əlavə edilmişdir.

 

[24] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.1. Ekspertiza təyin edilməsi haqqında təhqiqatçının, müstəntiqin, hakimin qərarının Mərkəzə daxil olduğu vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilir.

 

[25] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.2-ci bənddə “və inzibati” sözləri “, inzibati mübahisə və inzibati xəta haqqında” sözləri ilə əvəz edilmişdir və həmin bənddə “məhkəmə” sözündən sonra “, səlahiyyətli orqan (vəzifəli şəxs)” sözləri əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.2-ci bənd ləğv edilmişdir.

 

[26] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.4. Ekspertizanın aparılması cinayət və mülki prosessual qanunvericiliyə əsasən müəyyən edilmiş müddətlərdə təmin etmək mümkün olmadıqda, Mərkəzin rəhbəri bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə məlumat verir. Ekspertizanın icra müddəti həmin orqanla razılaşdırılır.

 

[27] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.5-ci bəndin birinci abzasından “sonrakı növbəti iş günündən” sözləri çıxarılmışdır.

 

[28] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.11-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.11. Ekspert rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin təqdim edilməsinə ehtiyac olduğunu müəyyən etdikdə, ekspertiza işinin Mərkəzə daxil olduğu gündən etibarən beş gündən gec olmayaraq bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə vəsatət göndərir.

 

[29] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.12-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.12. Vəsatətdə tələb olunan sənədlərin, materialların dəqiq və tam siyahısı göstərilir.

 

[30] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ına yeni məzmunda 4.12-1-ci bənd əlavə edilmişdir.

 

[31] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.15-ci bəndə “faks” sözündən sonra “və ya elektron poçt” sözləri əlavə edilmişdir.

21 noyabr 2020-ci il tarixli 21-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011210021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2020-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 4.15-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[32] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.5-ci bəndin altıncı abzasına “işləyib hazırlamaq” sözlərindən sonra “, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək” sözləri əlavə edilmişdir.

 

[33] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.8-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.8. Ekspertizanın təyini zamanı prosessual qanunvericiliyin tələbləri pozulduqda, habelə tədqiqata təqdim edilmiş materialların rəsmiləşdirilməsi üzrə mövcud qaydalara əməl olunmadıqda və bu səbəbdən ekspertizanın aparılması mümkün olmadıqda Mərkəzin rəhbəri onu təyin etmiş orqana və ya şəxsə məlumat verir.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs həmin çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirməzsə, məlumatın verildiyi gündən etibarən 1 (bir) ay sonra materiallar icra olunmadan geri qaytarılır.

 

[34] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.12.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.12.3. ekspertizanın aparılması üçün əsas (qərar (qərardad) nə vaxt və kim tərəfindən verilib);

 

[35] 15 fevral 2017-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.12.8-ci yarımbəndə “rəy verməyə görə” sözlərindən sonra “müvafiq olaraq inzibati məsuliyyətin və ya” sözləri əlavə edilmişdir.

 

[36] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.12.12-ci yarımbəndə “qərarda” sözündən sonra “(qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilmişdir.

[37] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.20-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.20. Ekspertiza icraatı zamanı təsdiq olunmuş metodikalarla yanaşı, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan texniki normativ hüquqi aktlardan da istifadə edilə bilər.

 

[38] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.23-cü bənddə “müqayisə nümunələrinə” sözləri “müqayisəli nümunələrə” sözləri ilə əvəz edilmişdir.

 

[39] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 5.30-cu bəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[40] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 6.1-ci bəndə “psixotrop maddələrin” sözlərindən sonra “və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin” sözləri əlavə edilmişdir və həmin bənddə “(əsginasların)” sözü “və qiymətli kağızların” sözləri ilə əvəz edilmişdir.

 

[41] 1 may 2020-ci il tarixli 5-N nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005010005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2020-ci il) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 6.7-ci bəndin birinci cümləsinə “telefonla” sözündən sonra “(elektron poçtla)” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsində “Telefonla şifahi məlumat verildikdə” sözləri “Həmin məlumatların verilməsi üzrə” sözləri ilə əvəz edilmişdir.