Dövlət rüsumu
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Fəsil I
Ümumi
müddəalar
Maddə 1. Dövlət rüsumu anlayışı
1.1. Dövlət rüsumu -
dövlət orqanları və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumlar tərəfindən hakimiyyət
səlahiyyətlərinin icrası zamanı
göstərilən və hüquqi nəticələrin
yaranmasına səbəb olan xidmətlərə və
hüquqi hərəkətlərə görə
(sənədlərin tərtibi, qeydiyyatı,
razılıqların verilməsi və s.) ödənilən
haqdır (ödənişdir).
Heç
bir hüquqi (müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum istisna
olmaqla) və ya fiziki şəxs dövlətin adından
bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında
göstərilən hakimiyyət səlahiyyətlərini
həyata keçirə bilməz.[1]
1.2. Azərbaycan Respublikası
Konstitusiyasının 73-cü
maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumlar
qanunla nəzərdə tutulmuş əsaslar olmadan və
qanunda göstərilmiş həcmdən əlavə
vergilər və başqa dövlət
ödənişlərini müəyyən edə bilməzlər.[2]
1.3. Bu qanunda müəyyən edilmiş
hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər
qanunlarında dövlət rüsumunun məbləğləri
və ödənilməsi ilə bağlı müddəalar
nəzərdə tutula bilməz.[3]
Maddə 2. Dövlət
rüsumunun tutulduğu hallar
2.0.
Dövlət rüsumu aşağıdakı hallarda tutulur:
2.0.1.
məhkəməyə verilən iddia ərizələrinin
və şikayətlərin, hüquqi əhəmiyyət
kəsb edən faktların müəyyən edilməsi
barədə ərizələrin,
məhkəmə əmri haqqında ərizələrin və
məhkəmə qərarları barəsində
şikayətlərin verilməsi, məhkəmə
tərəfindən sənədlərin surətinin təkrar
verilməsi; [4]
2.0.2. notariuslar və dövlət
orqanları tərəfindən notariat
hərəkətlərinin aparılması, notariat
fəaliyyəti ilə məşğul olmaq üçün
şəhadətnamənin verilməsi və onun
müddətinin uzadılması; [5]
2.0.3.
vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı;
2.0.3-1.
sənədə apostil verilməsi; [6]
2.0.4.
Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan
Respublikasında 30 gündən artıq yaşayan
əcnəbilərə qeydiyyat vəsiqəsi,
əcnəbiyə və vətəndaşlığı
olmayan şəxsə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti və ya daimi yaşamaq
üçün icazə vəsiqəsi, müvəqqəti
olma müddətinin uzadılması barədə qərar,
Azərbaycan Respublikasında qaçqın statusu almış
şəxslərə Qaçqın vəsiqəsi və Yol
sənədinin verilməsi, Azərbaycan Respublikası
vətəndaşlığına qəbul, bərpa və ya
vətəndaşlığından çıxma; [7]
2.0.5.
Azərbaycan Respublikasında və ya Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərində konsul
əməliyyatlarının aparılması;
2.0.6.
standartlaşdırma və metrologiya sahəsində hüquqi
hərəkətlər, ixtiranın, faydalı modelin,
sənaye nümunəsinin, əmtəə
nişanının, coğrafi göstəricinin,
əsərin, əlaqəli hüquqlar obyektinin qeydə
alınması, müvafiq mühafizə sənədlərinin
verilməsi və onlarla bağlə digər hüquqi
hərəkətlər, habelə icazələrin bəzi
növlərinin verilməsi, nəqliyyat
vasitələrinə
və onların idarə
edilməsi ilə bağlı
hüquqi və fiziki şəxslərə
xidmətlərin göstərilməsi; [8]
2.0.6-1. aktuari
şəhadətnaməsinin verilməsi;[9]
2.0.7.
lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti
növlərinə lisenziya verilməsi;[10]
2.0.8.
hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;[11]
2.0.8-1. vergi
öhdəliyinin əvvəlcədən
müəyyənləşdirilməsi barədə
qərarın qəbul edilməsi;[12]
2.0.8-2. aksiz
markasının verilməsi;[13]
2.0.9. qiymətli kağızların qeydiyyata
alınması (özəlləşdirilmə qaydasında
qeydə alınması halları istsina olmaqla) və
dövlət reyestrinə daxil edilməsi;
2.0.10. Azərbaycan Respublikası ərazisində
beynəlxalq avtomobil daşımalarını
tənzimləyən icazənin verilməsi;
2.0.10-1.
Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;[14]
2.0.10-2. daşınar
əşyanın ipotekasının dövlət qeydiyyatı;[15]
2.0.11. Daşınmaz əmlaka mülkiyyət və
digər əşya hüquqlarının dövlət
qeydiyyatına alınması ilə bağlı
sənədlərin verilməsi, habelə girovun dövlət
qeydiyyatı;[16]
2.0.12. qiymətli metallardan hazırlanmış
zərgərlik və digər məişət
məmulatlarının əyarlanması və
damğalanması, ekspertizası, materialların tətbiqi,
qiymətli daşların ekspertizası və diaqnostikası. [17]
2.0.13. Baytarlıq
şəhadətnaməsinin, sertifikatının və
baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin
verilməsi;
2.0.13-1. qida
təhlükəsizliyi sertifikatının verilməsi;
[18]
2.0.13-2.
heyvanların, heyvan mənşəli məhsulların və
xammalın baytarlıq normalarına cavab verməsini təsdiq
edən ekspertiza aktının verilməsi və ya ətin,
heyvan və quş cəmdəklərinin və digər
məhsulların üzərinə nişanın qoyulması;
2.0.13-3. qida
məhsulları sahəsində fəaliyyət
göstərən subyektlərin qida təhlükəsizliyi
qeydiyyatına alınması;
2.0.14. Pestisidlərə, bioloji
preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat
şəhadətnaməsinin, idxal karantin icazəsinin və
fitosanitar sertifikatlarının verilməsi;
2.0.15. Dənizçilik sahəsində
şəhadətnamələrin, təsdiqnamələrin,
gəmi reyestrindən çıxarışların,
sertifikatların, dənizçinin qeyd kitabçasının
və şəxsiyyət sənədinin verilməsi,
kiçik həcmli gəmilərin qeydiyyata alınması,
onlara gəmi biletinin verilməsi və texniki
baxışın keçirilməsi, kiçik həcmli
gəmilərin gəmi reyestrindən çıxarış
verilməsi, kiçik həcmli gəmilərin
sürücülərinə sürücülük
vəsiqələrinin verilməsi;
2.0.16. Mülki aviasiya sahəsində
sertifikatların verilməsi, tanınması və
müddətinin uzadılması,
şəhadətnamələrin, habelə uçuşlara
icazələrin verilməsi;
2.0.17. Tikinti, memarlıq və
şəhərsalma sahəsində xidmətlərin
göstərilməsi, mövsümi (səyyari) ticarət
və xidmət yerlərinin müəyyən edilməsi,
habelə açıq məkanda
reklam yerləşdirilməsinə icazənin verilməsi;[19]
2.0.18. xarici ölkələrin ali
təhsil müəssisələrinin diplomlarının
tanınması;[20]
2.0.18-1.
təhsil müəssisələrinin akkreditasiyasının
keçirilməsi;[21]
2.0.18-2.
tibb müəssisələrinin akkreditasiyasının
keçirilməsi;[22]
2.0.19. dərman vasitələrinin və
maddələrinin dövlət qeydiyyatı və gigiyenik
sertifikatının verilməsi.[23]
2.0.20 malın mənşə ölkəsini təsdiq
edən sertifikatın verilməsi;[24]
2.0.21. hüquqi və
fiziki şəxslərə arxiv arayışlarının,
arxiv sənədlərindən
çıxarışların, arxiv sənədlərinin
təsdiq olunmuş surətlərinin
sürətləndirilmiş qaydada verilməsi;[25]
2.0.22. satış və digər
sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi
və fiziki şəxslər tərəfindən idxal
olunarkən gömrük rüsumu və əlavə
dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil
cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən
şəxsi istehlakı üçün ölkəyə gətirilən
mobil cihazların qeydiyyata alınması;[26]
2.0.23.
könüllü dövlət daktiloskopik və genom
qeydiyyatının aparılması.[27]
Maddə 3. Dövlət
rüsumunun ödəyiciləri
3.1. Bu Qanunla nəzərdə tutulmuş
işlərin görülməsi, xidmətlərin
göstərilməsi və hüquqların əldə
edilməsi üçün Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər
və hüquqi şəxslər dövlət rüsumunun
ödəyiciləridirlər.
3.2. Azərbaycan
Respublikasının Mərkəzi
Bankı
dövlət rüsumunun bütün növlərinin ödənilməsindən
azaddır.[28]
3.3. İnvestisiya
layihələrini “Tik – idarə et – təhvil ver” modelinə
uyğun həyata keçirən investorlar “Tikinti və
infrastruktur obyektləri ilə əlaqədar investisiya
layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən həyata
keçirdikləri fəaliyyətlə bağlı
dövlət rüsumlarını ödəməkdən
azaddırlar.[29]
Maddə 4. Dövlət
rüsumunun hesablanması və ödənilməsi qaydaları[30]
4.1. Bu Qanunla
nəzərdə tutulan xidmətlərə və hüquqi
hərəkətlərə görə ödənilən
dövlət rüsumunun (bu Qanunun
4.1-4-cü maddəsi nəzərə alınmaqla “Avtomobil Yolları” Məqsədli
Büdcə Fondunun mədaxil mənbələrinə aid
edilənlərdən başqa) 18 faizi (bu
Qanunun 4.1-1 – 4.1-4-cü
maddələrində nəzərdə tutulmuş hal istisna
olmaqla və ödənilən hər bir dövlət
rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti
ilə) müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın
(qurumun) işçilərinin maddi təminatını
yaxşılaşdırmaq məqsədilə onların
xəzinə hesabına köçürülür, qalan
hissəsi isə tam məbləğdə dövlət
büdcəsinə ödənilir.[31]
4.1-1. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)
tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi
hərəkətlərə) görə ödənilən
dövlət rüsumlarının 43 faizi (ödənilən
hər bir dövlət rüsumu üzrə 5000 manatdan
çox olmamaq şərti ilə) müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun)
işçilərinin və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
orqanın (qurumun)
tabeliyində olan qurumlarda fəaliyyət göstərən
digər dövlət orqanlarının işçilərinin
sosial müdafiəsini gücləndirmək və maddi
təminatını yaxşılaşdırmaq
üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan
hissəsi isə dövlət büdcəsinə
ödənilir.[32]
4.1-2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qida təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən orqan (qurum)
tərəfindən göstərilən xidmətlərə
(hüquqi hərəkətlərə) görə
ödənilən dövlət rüsumlarının 43 faizi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin sosial
müdafiəsini gücləndirmək və maddi
təminatını yaxşılaşdırmaq
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) xəzinə
hesabına köçürülür, qalan hissəsi isə
dövlət büdcəsinə ödənilir.[33]
4.1-3. Bu Qanunun 33-5-ci
maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına
görə ödənilən dövlət rüsumunun 23 faizi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini
gücləndirmək və maddi təminatını
yaxşılaşdırmaq, habelə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) mobil cihazların qeydiyyatı sisteminin
saxlanılmasını təmin etmək üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xəzinə hesabına
köçürülür, qalan hissəsi isə
dövlət büdcəsinə ödənilir.[34]
4.1-4. Bu
Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat
vasitələrinin qanunla müəyyən edilmiş hallarda
texniki baxışdan keçirilməsinə görə
ödənilən dövlət rüsumunun 23 faizi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) işçilərinin sosial
müdafiəsini gücləndirmək və maddi
təminatını yaxşılaşdırmaq, habelə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının
saxlanılmasını təmin etmək üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xəzinə hesabına, 7 faizi dövlət büdcəsinə, qalan hissəsi isə
“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna
köçürülür.[35]
4.1-5. Bu
Qanunun 4.1-ci və 4.1-1 – 4.1-4-cü maddələrində
nəzərdə tutulan vəsaitlərdən istifadə qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.[36]
4.2.
Notariat hərəkətlərinin aparılmasına,
beynəlxalq avtomobil daşımalarını
tənzimləyən icazənin verilməsinə, habelə
sənaye mülkiyyəti obyektlərinin qeydə
alınması, müvafiq mühafizə sənədlərinin
verilməsi və onlarla bağlı digər hüquqi
hərəkətlərə görə tutulan dövlət
rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi
hesabına, 85 faizi isə dövlət büdcəsinə
keçirilir.[37]
4.3.
Dövlət rüsumları milli valyutada nağd, elektron
ödəmə sistemləri, o cümlədən internet
vasitəsilə və köçürmə yolu ilə
dövlət büdcəsinə ödənilir. Dövlət
rüsumunun dövlət büdcəsinə nağd
şəkildə ödənilməsi barədə
ödəyiciyə müəyyən edilmiş formada bank
və ya poçt qəbzinin əsli, elektron ödəmə
sistemləri, o cümlədən internet vasitəsilə
ödənildikdə müvafiq ödəmə sistemindən
çıxarış, ödəyicinin hesabından
köçürüldükdə isə ödənişin
icrasını təsdiqləyən bank və ya poçt
sənədi verilir.[38]
4.4. Bu
Qanunla dövlət rüsumunun məbləği xarici valyutada
nəzərdə tutulduğu hallarda dövlət rüsumu
Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş
tarixinə Mərkəzi
Bankın rəsmi
məzənnəsinə uyğun yalnız manatla ödənilir.
Xarici ölkədə dövlət
rüsumu həmin ölkənin valyutası ilə tutulur.[39]
4.5. Bu
Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün
hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü
ərzində dövlət büdcəsinə
köçürülür.
4.6. Dövlət rüsumunun
ödənilməsi tələb olunan hallarda dövlət
rüsumunun ödənilməsini təsdiq edən
sənəd təqdim edilmədən əməliyyat icra olunmur.
4.7. Bu Qanunda nəzərdə tutulmuş
dövlət rüsumunu tutan şəxslər hesabat
rübündən sonrakı ayın 20-dək müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş formada hesabat təqdim etməlidirlər.
4.8. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə rüsumlar haqqında bu Qanunla
və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi
aktlarda nəzərdə tutulmuş müddəalardan
fərqli müddəalar müəyyən edildikdə,
həmin beynəlxalq müqavilələrin
müddəaları tətbiq edilir.
Maddə 5. Düzgün tutulmamış və artıq
ödənilmiş dövlət rüsumunun
büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət
rüsumu aşağıdakı hallarda dövlət
büdcəsindən qismən və ya tamamilə
qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş
miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr
(şikayətlər) qaytarıldıqda və ya ərizə
baxılmamış saxlanıldıqda, habelə notariat
əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr
tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda dövlət
rüsumünun artıq ödənilmiş hissəsi geri
qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının
qanunları ilə nəzərdə tutulmuş digər
hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya
artıq ödənilmiş dövlət rüsumu
dövlət rüsumunun ödəyicisinin ərizəsinə
əsasən 45 gün müddətində ona
qaytarılır.
5.4. Düzgün tutulmamış və ya
artıq ödənilmiş dövlət rüsumunun
qaytarılması üçün 5 il ərzində iddia
verilə bilər.
5.5. Düzgün tutulmamış və ya
artıq ödənilmiş dövlət rüsumunun
qaytarılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Dövlət
rüsumu tutan subyektlərin məsuliyyəti [40]
6.1.
Dövlət rüsumu tutan idarə və
təşkilatların vəzifəli şəxsləri
rüsumun düzgün tutulması və dövlət
büdcəsinə vaxtında və tam köçürülməsi
üçün məsuliyyət daşıyırlar.
6.2.
Dövlət rüsumunun məbləğləri barədə
məlumat müvafiq xidmət göstərən dövlət
orqanının və müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurumun
olduğu binanın (otağın) görünən yerində
lövhədə yerləşdirilməlidir.[41]
Maddə 7. Dövlət
rüsumunun ödənilməsinə nəzarət
Dövlət rüsumunun düzgün
hesablanmasına və vaxtında dövlət
büdcəsinə köçürülməsinə
nəzarət müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir.
Fəsil II
Dövlət
rüsumunun dərəcələrİ və
ödənİlməsİnİn
xüsusİyyətlərİ
Maddə 8.
Məhkəməyə verilən iddia ərizələrinin
və şikayətlərin, hüquqi əhəmiyyət
kəsb edən faktların müəyyən edilməsi
barədə ərizələrin, məhkəmə əmri
haqqında ərizələrin və
məhkəmə qərarları barəsində
şikayətlərin verilməsi, məhkəmə
tərəfindən sənədlərin surətinin təkrar
verilməsinə görə dövləi rüsumunun
dərəcələri
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun məbləği |
8.1.
Məhkəməyə verilən iddia
ərizələrindən: |
|
8.1.1. iddia
qiyməti 500 manatadək olduqda |
20 manat |
8.1.2. iddia
qiyməti 500 manatdan çox olduqda |
30 manat |
8.2.
İddianın predmetinə dair müstəqil tələb
irəli sürən üçüncü
şəxslərin işə qoşulması barədə
ərizələrindən: |
|
8.2.1. iddia
qiyməti ilə bağlı olduqda |
bu qanunun 8.1-ci
maddəsində müəyyən edilmiş dövlət
rüsumu |
8.2.2.
hüquqi əhəmiyyət kəsb edən faktların
müəyyən edilməsi barədə
ərizələrdən |
10 manat |
8.3.
Məhkəmə əmri haqqında
ərizələrdən |
20 manat |
8.4. Apellyasiya
və kassasiya şikayətlərindən: |
|
8.4.1. birinci
instansiya məhkəməsinə müraciət
edilərkən; |
bu qanunun 8.1-ci
maddəsi ilə müəyyən edilmiş dövlət
rüsumunun 50 faizi |
8.4.2.
iş üzrə icraatın xitam verilməsindən,
iddianın baxılmamış saxlanmasından,
məhkəmə cərimələrinin qoyulması
barədə şikayətlərdən |
20 manat |
8.4.3.
mübahisəsiz qaydada (akseptsiz) ödənilən
cərimələr üzrə icra və digər
sənədin icra olunmasının təsdiqi barədə
mübahisələr üzrə iddia
ərizələrindən |
10 manat |
8.4.4. qanunla
mübahisəsiz qaydada (akseptsiz) tutulması
nəzərdə tutulmayıbsa, dövlət orqanları,
yerli özünüidarə orqanları və nəzarət
funksiyalarını həyata keçirən digər
orqanları tərəfindən cərimələrin
ödənilməsi barədə mübahisələr
üzrə iddia ərizələrindən |
40 manat |
8.4.5.
nəzarət funksiyasını həyata keçirən
orqanlar tərəfindən qanunun və ya digər normativ
hüquqi aktın tələblərini pozmaqla,
mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin
büdcədən qaytarılması barədə
mübahisələr üzrə iddia
ərizələrindən |
10 manat |
8.4.6.
müəssisənin təsis sənədlərinin
etibarsız hesab edilməsi, hüquqi və fiziki
şəxslərin ödəmə qabiliyyəti olmayan hesab
edilməsi barədə mübahisələr üzrə
iddia ərizələrindən |
10 manat |
8.4.7. vergi
ödəmələri barədə mübahisələr
üzrə iddia ərizələrindən |
10 manat |
8.4.8.
məhkəmə aktlarının və surətlərinin
təkrarən verilməsinə görə |
10 manat |
8.4.9.
nikahın və təkrar nikahın ləğv olunması
haqqında iddia ərizələrindən |
20 manat |
8.4.10. nikah
ləğv edilərkən əmlak
bölüşdürüldükdə |
40 manat |
8.4.11.
yaşayış binalarının (mənzillərin)
icarə müqavilələrinin dəyişdirilməsi
və ya ləğv edilməsi, vərəsəliyin
qəbul edilməsi müddətinin uzadılması,
əmlak üzrə həbsin götürülməsi
barədə iddia ərizələrindən, qeyri-əmlak
xarakterli və ya qiymət qoyulmayan digər iddia
ərizələrindən |
10 manat |
8.4.12.
müqavilələrin dəyişdirilməsi və ya
ləğv edilməsi barədə mübahisələr
üzrə iddia ərizələrindən |
10 manat |
8.4.13. qanunda
nəzərdə tutulan müqavilələr üzrə
mübahisələrə dair və yaxud tərəflərin
razılığı ilə mübahisənin inzibati-iqtisadi
məhkəmənin həllinə verilməsi barədə
mübahisələr üzrə iddia
ərizələrindən |
20 manat |
8.4.14.
ixtiranın, faydalı modelin, sənaye nümunəsinin,
əmtəə nişanının və coğrafi
göstəricinin mühafizəsi ilə bağlı
ərizə və şikayətlərdən |
30 manat[42] |
Maddə 9. Məhkəməyə verilən iddia
ərizələrinin və şikayətlərin, hüquqi
əhəmiyyət kəsb edən faktların
müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri
haqqında ərizələrin və
məhkəmə qərarları barəsində
şikayətlərin verilməsinə, məhkəmə
tərəfindən sənədlərin surətinin təkrar
verilməsinə görə dövlət rüsumundan azad
edilməsi və dövlət rüsumunun
ödənilməsinin xüsusiyyətləri
9.1. Aşağıdakılar dövlət
rüsumu ödəməkdən azad olunurlar:
9.1.1. əməyin ödənilməsi
və əmək fəaliyyəti ilə bağlı digər
tələblər üzrə -iddiaçılar;
9.1.2. aliment alınması barədə
iddialar üzrə - iddiaçılar;
9.1.3. şikəstlik, səhhətə
digər xəsarətlər yetirilməsinə və ya
ailəni dolandıranın ölümü
nəticəsində dəyən ziyanın ödənilməsi
barəsində iddialar üzrə – iddiaçılar;
9.1.4. müəlliflik mübahisələri
üzrə - müəlliflər, müəlliflik hüququ,
ixtiralar, faydalı modellər, sənaye nümunələri,
habelə əqli mülkiyyətin digər növlərinə
dair hüquqlardan irəli gələn iddialar üzrə -
iddiaçılar;
9.1.5. istehlakçıların
hüquqlarının pozulması ilə əlaqədar
verdikləri iddialar üzrə - iddiaçılar;
9.1.6. zərərçəkənə
və ya onun ailə üzvlərinə ödənilmiş
müavinət və ya pensiya məbləğinin zərər
vurandan tutulması barədə reqres iddialar üzrə -
sosial sığorta orqanları və əhalinin sosial
müdafiə mərkəzləri;
9.1.7. sosial müdafiə vasitələrinin
tələbi barədə iddialar üzrə - sosial təminat
orqanları;
9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan
şəxsin hesabına keçirilməyən
məbləğə görə iddialar üzrə -
iddiaçılar;
9.1.9. cinayət nəticəsində
dövlətə vurulmuş maddi zərərin
ödənilməsi barədə prokuror tərəfindən
verilən iddialar üzrə – iddiaçılar;
9.1.10. aliment verməkdən, şikəst
etmə və ya səhəti sair şəkildə
zədələnmə ilə, habelə ailəni
dolandıranın ölümü ilə vurulan ziyanı
ödəməkdən, vergilərin və digər məcburi
ödəmələrin tutulmasından boyun qaçıran
şəxslərin axtarışı ilə əlaqədar
xərclərin tələb olunması üzrə – polis
orqanları;
9.1.11. cinayət işləri və aliment
işləri ilə əlaqədar olaraq
vətəndaşlara, müəssisələrə və
təşkilatlara sənədlər (arayışlar) verilməsi
üçün – vətəndaş, müəssisə,
idarə və təşkilatlar;
9.1.12. inzibati hüquq
münasibətlərindən əmələ gələn
işlər üzrə – vətəndaş, inzibati orqanlar
və vəzifəli şəxslər;
9.1.13. qanunsuz olaraq qəti imkann tədbiri
kimi həbsə alınmaqla, yaxud həbs və ya islah
işləri növündə qanunsuz olaraq inzibati tənbeh
verilməsi ilə fiziki şəxsə vurulmuş
zərərin ödənilməsi ilə əlaqədar
mübahisələr üzrə - tərəflər;
9.1.14. məhkəmələrə
verilən iddia ərizələri və bütün növ
şikayətlər üzrə - büdcə
təşkilatları, bələdiyyələr;
[43]
9.1.15. başqa şəxslərin
hüquqlarının, azadlıqlarının və qanunla
qorunan mənafelərinin, dövlət mənafeyinin
müdafiəsi üçün verilən ərizələr
üzrə - dövlət orqanları;
9.1.16. öz hüquqlarının
müdafiəsi barədə ərizələr üzrə –
yetkinlik yaşına çatmayanlar;
9.1.17. məhkəmə
qərardadlarından verilən şikayətlər
üzrə - işdə iştirak edən şəxslər;
9.1.18. qiyabi icraat qaydasında qəbul
edilmiş qərarlara yenidən baxılması haqqında
birinci instansiya məhkəmələrinə verilən
ərizələr üzrə - tərəflər;
9.1.19. yeni açılmış hallara
görə qanuni qüvvəye minmiş məhkəmə
aktlarına yenidən baxılması üçün
verilmiş ərizələr üzrə - tərəflər;
9.1.20. məhkəmədə verilən
iddialar üzrə - şəhid ailələri,
müharibə veteranları, qaçqınlar və məcburi
köçkünlər, habele Çernobıl AES-də
qəza nəticəsində şüa xəstəliyinə
və şüa yükü ilə əlaqədar
xəstəliyə tutulmuş və ya bu
xəstəlikləri keçirmiş şəxslər.
9.1.21.
Hüquqi şəxsin təqsiri üzündən icra
sənədi üzrə borcludan tutulmalı olan
məbləğin tutulmamasına görə ona qarşı
iddialar üzrə – tələbkar;
9.1.22.
İcra üzrə icraat zamanı borclunun və ya onun
əmlakının tapılması ilə əlaqədar elan
olunmuş axtarış üzrə xərcləri
ödəməkdən borclu imtina etdikdə və ya
yayındıqda, tələbkar tərəfindən
çəkilmiş xərclərin əvəzinin
ödənilməsi barədə iddialar üzrə –
tələbkar. [44]
9.2. Məhkəmə aktlarının
surəti işdə iştirak edən şəxslərə
dövlət rüsumu alınmadan verilir. Məhkəmə
aktları takrarən verildikdə dövlət rüsumu
alınır.
9.3. Məhkəmədə təkrar
verilmiş iddialar üzrə dövlət rüsumu yenidən
ümumi qaydada alınır.
9.4. İddiaçı müəyyən
olunmuş qaydada dövlət rüsumunu
ödəməkdən azad edilmişsə, dövtət
rüsümu iddianın təmin edilmiş hissəsinə münasib
olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə
köçürülür.
Maddə 10. Notariuslar və dövlət
orqanları tərəfindən notariat
hərəkətlərinin aparılmasına,
notariatfəaliyyəti ilə məşğul olmaq
üçün şəhadətnamənin verilməsinə
və onun müddətinin uzadılmasına görə
dövlət rüsumunun dərəcələri[45]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun məbləği |
10.1. Daşınmaz əmlakın
(torpaq sahələri , binalar, qurğular və torpaqla möhkəm
bağlı olan (ondan ayrıla bilməyən) digər
əşyalar, yəni təyinatına tənasübsüz
zərər vurulmadan yerinin dəyişdirilməsi
mümkün olmayan obyektlər) və ya mülkiyyətində
daşınmaz əmlak olan müəssisədəki
payın özgəninkiləşdirilməsi və
yaşayış sahələrinin müvəqqəti istifadəyə
verilməsi barədə müqavilələrin təsdiqi
üçün:[46] |
|
10.1.1 . müqavilə üzrə
əmlak ərin (arvadın), uşaqların, valideynlərin,
babanın, nənənin, nəvənin, qardaşın,
bacının mülkiyyətinə keçirsə |
20 manat |
10.1.2. müqavilə
üzrə əmlak başqa şəxslərin
mülkiyyətinə keçirsə[47] |
250 manat |
10.1.3. yaşayış
sahələrinin müvəqqəti istifadəyə
verilməsi üçün |
20 manat |
10.2. Nəqliyyat vasitələrinin
özgəninkiləşdirilməsi müqavilələrinin
təsdiqi üçün: |
|
10.2.1. müqavilə üzrə
əmlak ərin (arvadın), uşaqların, valideynlərin,
babanın, nənənin, nəvənin, qardaşın,
bacının mülkiyyətinə keçirsə |
25 manat |
10.2.2. müqavilə üzrə
əmlak digər şəxsin mülkiyyətinə
keçirsə |
50 manat |
10.3. Yaşayış evlərinin
tikintisi üçün torpaq sahələrinin
müddətsiz istifadəyə verilməsi haqqında
müqavilələrin təsdiqi üçün: |
|
10.3.1. müqavilə üzrə
istifadə hüququ ərə (arvada), uşaqlara,
valideynlərə, babaya, nənəyə, nəvəyə,
qardaşa, bacıya keçirsə |
10 manat |
10.3.2. müqavilə üzrə
istifadə hüququ digər şəxsə keçirsə |
15 manat |
10.4. Kredit müqavilələrinin
təminatı kimi bağlanılan girov (ipoteka)
müqavilələri üzrə: |
|
10.4.1. dəyəri 2000 manatadək |
5 manat |
10.4.2. dəyəri 2000 manatdan 5000
manatadək |
20 manat |
10.4.3. dəyəri 5000 manatdan çox
olduqda |
30 manat |
10.5. İpoteka krediti hesabına
alınan yaşayış sahəsinə dair
qarışıq müqavilə formasında bağlanan
alğı-satqı və ipoteka müqaviləsinin
təsdiqi üçün: |
|
10.5.1. Bakı şəhərində |
110 manat |
10.5.2. digər şəhər və
rayonlarda |
44 manat |
10.6. Qanunvericilikdə
nəzərdə tutulmuş güzəştli ipoteka krediti
hesabına alınan yaşayış sahəsinə dair
qarışıq müqavilə formasında bağlanan alğı-satqı
və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
10.6.1. Bakı şəhərində |
55 manat |
10.6.2. digər şəhər və
rayonlarda |
22 manat |
10.7. Qiymətləndirilən başqa
müqavilələrin təsdiqi üçün: |
|
10.7.1. tərəflər ər (arvad),
uşaqlar, valideynlər, baba, nənə, nəvə,
qardaş, bacıdan ibarətdirsə |
10 manat |
10.7.2. tərəflərdən biri
kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan fiziki və ya
hüquqi şəxsdirsə |
10 manat |
10.7.3. tərəflər digər
şəxslərdirsə |
80 manat |
10.8. Əmlak bölgüsü,
zaminlik, təsis və başqa
qiymətləndirilməyən müqavilələrin,
əvvəllər bağlanmış müqavilələrin
ləğvi barədə sazişin təsdiqi
üçün: |
|
10.8.1. tərəflər ər (arvad),
uşaqlar, valideynlər, baba, nənə, nəvə,
qardaş, bacıdan ibarətdirsə |
10 manat |
10.8.2. tərəflər digər
şəxslərdirsə |
20 manat |
10.9. Vərəsəlik hüququ
haqqında şəhadətnamələrin verilməsi
üçün: |
|
10.9.1. qanunla müəyyən
edilən bütün növbəli
vərəsələrə (şəhadətnamənin qanun
üzrə və ya vəsiyyətnamə üzrə
verilməsindən asılı olmayaraq) |
20 manat |
10.9.2. vərəsə digər
şəxsdirsə |
40 manat |
10.10. Ər-arvadın birgə nikah müddətində
əldə etdikləri ümumi birgə
əmlakındakı paya mülkiyyət hüququ haqqında
şəhadətnamələrin verilməsi
üçün |
10 manat |
10.11. Nəqliyyat vasitələrinin
özgəninkiləşdirilməsi və ona sərəncam
verilməsi ilə bağlı verilən
etibarnamələrin təsdiqi üçün: |
|
10.11.1. etibarnamə
təmsil edilənin ərinə (arvadına),
uşaqlarına, valideynlərinə, babasına,
nənəsinə, nəvəsinə, qardaşına,
bacısına
verilərsə[48] |
10 manat |
10.11.2. etibarnamə digər
şəxslərə verilərsə |
20 manat |
10.12. Nəqliyyat
vasitələrindən istifadə edilməsi və başqa
etibarnamələrin təsdiqi üçün: |
|
10.12.1. etibarnamə təmsil
edilənin ərinə (arvadına), uşaqlarına,
valideynlərinə, babasına, nənəsinə,
nəvəsinə, qardaşına, bacısına verilirsə |
5 manat |
10.12.2. etibarnamə digər
şəxslərə verilirsə |
10 manat |
10.13. Vərəsəlik
əmlakının mühafizəsi barədə tədbir
görülməsi üçün |
20 manat |
10.14. Dəniz protestlərinin
tərtibi üçün |
20 manat |
10.15. Vəsiyyətnamələrin
təsdiqi üçün |
10 manat |
10.16. Notariat qaydasında təsdiq
edilmiş sənədlərin təkrarən verilməsi
(dublikat) üçün |
5 manat |
10.17. Sənədlərdəki
imzanın həqiqiliyinin, həmçinin
tərcüməçinin imzasının həqiqiliyinin
(hər imza üçün) təsdiqi üçün |
2 manat |
10.18. Sənədlərin bir dildən
başqa dilə tərcüməsinin
düzgünlüyünün təsdiqi (hər
səhifəyə görə), sənədlərdən
surət və çıxarışların
düzgünlüyünün təsdiqi və
vətəndaşla fotoşəkildəki şəxsin
eyniliyinin təsdiqi üçün |
1,5 manat və sənədlərdən surət
və çıxarışların
düzgünlüyünün təsdiqi üçün
ikinci səhifədən başlayaraq hər səhifəyə
görə 0,50 manat[49] |
10.19. İcra qeydlərinin
aparılması üçün |
20 manat [50] |
10.20.
Ərizələrin və ya digər sənədlərin
başqasına verilməsi, habelə kağız və ya
elektron daşıyıcıda olan ərizə və ya
digər sənədlərin hazırlanmış elektron
və kağız nüsxələri ilə
eyniləşdirilməsi haqqında
şəhadətnamələrin verilməsi
(hazırlanmış hər səhifəyə görə)
və bu Qanunun 10.1-10.19-cu maddələrində
göstərilənlərdən başqa digər notariat
hərəkətləri üçün[51] |
5 manat |
10.21. Müştərinin verdiyi
bildiriş üzrə əvvəlcədən
razılaşdırılmış vaxtda qəbulu
üçün |
5 manat |
10.22. Bu Qanunda nəzərdə
tutulmuş notariat hərəkətlərinin
müştərinin qabaqcadan verdiyi bildiriş üzrə
iş yerindən kənarda aparılmasına görə (1
saat üçün) |
10 manat (notariusun iş
yerindən kənarda notariat hərəkətlərinin
aparılmasına görə 1 saatdan əlavə sərf
olunan hər saat üçün 5 manat) |
10.23. Ödəniş (qiymətli)
kağızlarına dair təsdiq qeydi və imtina (protest)
aktlarının rəsmiləşdirilməsi
üçün |
5 manat |
10.24. Notariat fəaliyyəti ilə
məşğul olmaq üçün
şəhadətnamənin verilməsinə görə |
100 manat |
10. 25. Notariat fəaliyyəti ilə
məşğul olmaq üçün
şəhadətnamənin müddətinin
uzadılmasına görə |
50 manat[52] |
Maddə 11. Notariat
hərəkətlərinin aparılması üzrə
dövlət rüsumunun ödənilməsindən azadolmalar
və dövlət rüsumunun ödənilməsinin
xüsusiyyətləri
11.1. Notariat hərəkətlərinin
aparılmasına görə aşağıdakı hallarda
dövlət rüsumu ödənilmir:
11.1.1. doğumu, ölümü,
övladlığa götürülməni və
atalığı (analığı) təsdiqləyən
sənədləri almaq üçün;
11.1.2. təminatlı kreditorun
iştirakçısı olduğu girov və ya ipoteka
müqaviləsi ilə bağlı notariat
hərəkətləri aparılarkən dövlət
rüsumu tutulmuşdursa, həmin müqavilədən
irəli gələn borc öhdəliklərinin təmin
edilməsi üçün iflas prosesi zamanı
təminatlı kreditor ilə əmlak inzibatçısı
arasında bağlanmış saziş ilə əlaqədar
notariat hərəkətləri üzrə - təminatlı
kreditor və əmlak inzibatçısı;[53]
11.1.3. mənzil və ya ev (evin bir
hissəsi) alqı-satqısı və dəyişdirilməsi
ilə bağlı notariat hərəkətləri üzrə - birinci
dərəcə əlilliyi olan işləməyən
şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi
köçkünlər;[54]
11.1.4.
Mülki-hüquqi əqdlərin bağlanması zamanı,
habelə mənzil (fərdi ev) alınması və ya
dəyişdirilməsi əqdləri ilə bağlı
notariat hərəkətləri üzrə -
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqlar,
habelə onların arasından olan şəxslər və
qəyyumluqda (himayədə) olan uşaqlar;
11.1.5. pensiya, müavinət, yardım və
alimentin alınması üçün verilən
etibarnamələr üzrə;
11.1.6. notariat hərəkətlərinin aparılması
üçün müraciət etmiş şəxsə
verilməsi nəzərdə tutulmayan sənədlərin, o
cümlədən notariat işinə əlavə edilməsi
məqsədi ilə hazırlanmış sənədlərin
notariat qaydasında təsdiq edilməsinə görə; [55]
11.1.7. digər notariat hərəkətinin aparılması
çərçivəsində elektron informasiya sistemləri
və ya ehtiyatları vasitəsilə əldə edilmiş
məlumat və ya sənədlərin surətinin
kağız daşıyıcıya keçirilərək
təsdiq edilməsinə görə.
11.2. Notariat
hərəkətlərinə görə dövlət
rüsumu notarius tərəfindən qəbul edilərək
iki bank günü ərzində dövlət
büdcəsinə köçürülür.
Notarius tərəfindən notariat
hərəkətlərinə görə dövlət
rüsumunun qəbulu zamanı ödəyiciyə
dövlət rüsumunun ödənilməsini təsdiq edən
rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil
orderi və s.) əsli verilir.
[56]
11.3. Bu Qanunun 10.1.2-ci
maddəsində nəzərdə tutulmuş dövlət
rüsumunun Bakı şəhəri üzrə 100 faizi,
Sumqayıt, Gəncə şəhərləri və Abşeron
rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50
faizi ödənilir.[57]
Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı üçün dövlət
rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı
olan hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
12.1. Nikahın qeydə alınması
üçün |
5 manat[58] |
12.2. Nikahın pozulmasının qeydə alınması
üçün: |
|
12.2.1. yetkinlik yaşına çatmamış ümumi
uşaqları olmayan ər-arvadın
qarşılıqlı razılığı
əsasında; |
15 manat[59] |
12.2.2. məhkəmə qətnaməsi əsasında
(qətnamədə dövlət rüsumunun
tərəflərdən hansının ödəməli
olduğu göstərilmədikdə, qeydiyyat
üçün birinci müraciət etmiş
tərəfdən); |
15 manat[60] |
12.2.3. digər
tərəf müəyyən edilmiş qaydada
xəbərsiz itkin düşmüş, yaxud
fəaliyyət qabiliyyəti olmayan şəxs hesab
edilmişsə, |
2 manat[62] |
12.3.
Soyadın, adın və ata adının
dəyişdirilməsinin qeydə alınması
üçün. |
10 manat[63] |
12.4
Vətəndaşlıq vəziyyəti aktlarının
qeydlərində dəyişikliklərin,
düzəlişlərin və əlavələrin
edilməsi və onların bərpası ilə
əlaqədar şəhadətnamələrin verilməsi
üçün.[64] |
2 manat[65] |
12.5. Vətəndaşlıq vəziyyəti
aktlarının qeydə alınması barədə
təkrar şəhadətnamələrin verilməsi
üçün. |
2 manat[66] |
|
|
|
|
Maddə 13.
Vətəndaşlıq vəziyyəti aktlarının
qeydə alınması üçün dövlət
rüsumunun ödənilməsindən azadolmalar
Doğumun, ölümün,
övladlığa götürülmənin və
atalığın (analığın) müəyyən
edilməsinin qeydə alınması və bu barədə ilkin
şəhadətnamələrin verilməsi üçün
dövlət rüsumu ödənilmir.
Maddə 13-1. Müvafiq sənədə apostil
verilməsi üçün tutulan dövlət rüsumunun
dərəcəsi[69]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun məbləği |
1 |
2 |
Müvafiq sənədə apostil verilməsi. |
10 manat |
Maddə
14. Azərbaycan Respublikası
vətəndaşlarına və Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslərə şəxsiyyət vəsiqəsi,
habelə Azərbaycan Respublikasında 30 gündən
artıq yaşayan əcnəbilərə qeydiyyat
vəsiqəsi, əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və ya daimi yaşamaq üçün
icazə vəsiqəsi, müvəqqəti olma müddətinin
uzadılması barədə qərar, Azərbaycan
Respublikasında qaçqın statusu almış
şəxslərə Qaçqın vəsiqəsi və Yol
sənədinin verilməsi, Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul,
vətəndaşlığa bərpa və ya
vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun
dərəcələri[70]
|
Maddə 15. Azərbaycan
Respublikası vətəndaşlarına və Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
şəxsiyyət vəsiqəsiverilərkən,
habelə Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən
azadolmalar[96]
Azərbaycan
Respublikasının hüdudlarında istifadə edilməsi
üçün şəxsiyyət vəsiqəsinin
verilməsinə görə qaçqınlar, məcburi
köçkünlər, 16 yaşına çatmamış Azərbaycan
Respublikasının vətəndaşları və
Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına
çatmamış vətəndaşlığı olmayan
şəxslər, həmçinin Azərbaycan Respublikası
vətəndaşlığına qəbul edilməsi
barədə vəsatət qaldıran xaricdə yaşayan
azərbaycanlılar dövlət
rüsumunu ödəməkdən azad olunurlar.[97]
Maddə
16. Azərbaycan Respublikasında
və ya Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik
nümayəndəliklərində aparılan konsul
əməliyyatları üçün dövlət
rüsumunun dərəcələri[98]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
16.1. Pasportların və vizaların verilməsinə
görə: |
|
16.1.1. ümumvətəndaş
pasportlarının alınması məqsədilə
sənədlərin səfirlikdə və ya konsulluqda
tərtib edilib göndərilməsinə görə |
25
ABŞ dolları |
16.1.2. ölkəyə qayıtmaq
üçün pasportu əvəz edən
qayıdış şəhadətnaməsinin
verilməsinə görə |
10
ABŞ dolları |
16.1.3. səfirliklərə və
konsulluqlara vizaların verilməsinə dair
göstərişlərin göndərilməsinə
görə |
4 manat |
16.1.4. tranzit vizalarının və
birdəfəlik giriş vizalarının
rəsmiləşdirilməsinə görə |
20
ABŞ dolları |
16.1.5. çoxdəfəlik giriş
vizalarının rəsmiləşdirilməsinə
görə |
350
ABŞ dolları |
16.2. Vətəndaşlıq
məsələləri ilə əlaqədar
sənədlərin rəsmiləşdirilməsinə
görə: |
|
16.2.1.
vətəndaşlığın bərpa edilməsi
üçün vəsatətin
rəsmiləşdirilməsinə görə |
60
ABŞ dolları |
16.2.2. vətəndaşlığa
xitam verilməsi üçün vəsatətin
rəsmiləşdirilməsinə görə |
60
ABŞ dolları |
16.3. Vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatına
görə: |
|
16.3.1. nikahın qeydə
alınmasına görə |
10
ABŞ dolları |
16.3.2. yetkinlik yaşına
çatmamış ümumi uşaqları olmayan
ər-arvadın qarşılıqlı
razılığı əsasında nikahın
pozulmasının qeydə alınmasına görə |
40
ABŞ dolları |
16.3.3. Qanunla müəyyən
edilmiş qaydada xəbərsiz itkin düşmüş,
yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş
şəxslə nikahın pozulmasının qeydə alınmasına
görə |
5
ABŞ dolları |
16.3.4. soyadın, adın və ata
adının dəyişdirilməsinin qeydə
alınmasına görə |
20
ABŞ dolları |
16.3.5. vətəndaşlıq
vəziyyəti aktlarının qeydə alınması
barədə təkrar şəhadətnamələrin
verilməsinə görə |
10
ABŞ dolları |
16.3.6. vətəndaşlıq
vəziyyəti aktlarının qeydlərində
dəyişikliklərin, düzəlişlərin və
əlavələrin edilməsi və onların bərpası
ilə əlaqədar şəhadətnamələrin
verilməsinə görə |
10
ABŞ dolları |
16.3.7. xarici ölkələrin qeydiyyat
orqanlarında nikahın qeydə alınması
məqsədilə ailə vəziyyətinə dair
arayışın verilməsinə görə |
10
ABŞ dolları |
16.4. Sənədlərin sorğu
əsasında alınmasına görə: |
|
16.4.1. sənədlərin sorğu
əsasında alınmasına görə (hər
sənəd üçün): |
|
16.4.1.1. Azərbaycan Respublikasında |
4 manat |
16.4.1.2. ölkə xaricində |
10
ABŞ dolları |
16.5. Sənədlərin
leqallaşdırılmasına görə: |
|
16.5.1. Azərbaycan Respublikasında |
4 manat |
16.5.2. xarici ölkədə |
10
ABŞ dolları |
16.6. Notariat hərəkətlərinin
aparılmasına görə: |
|
16.6.1. Azərbaycan Respublikasının
ərazisində yerləşən daşınmaz əmlak
istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat
vasitələrindən istifadə etmək və ona
sərəncam vermək, kredit əməliyyatlarını
yerinə yetirmək hüququ verən etibarnamələrin
təsdiqinə görə |
20
ABŞ dolları |
16.6.2. poçt vasitəsilə daxil
olmuş pul vəsaitlərinin, bağlamaların,
korrespondensiyaların bank idarələrindən
alınması və ona sərəncam verilməsi
barədə etibarnamələrin təsdiqinə görə |
20
ABŞ dolları |
16.6.3. müqavilələrin
təsdiqinə görə: |
|
16.6.3.1. nəqliyyat vasitələrinin
özgəninkiləşdirilməsinə dair
müqavilələrin təsdiqinə görə |
50
ABŞ dolları |
16.6.3.2. qiymətləndirilən
digər müqavilələrin təsdiqinə görə |
150
ABŞ dolları |
16.6.3.3. əmlak bölgüsü,
zaminlik və digər qiymətləndirilməyən
müqavilələrin təsdiqinə görə |
30
ABŞ dolları |
16.6.4. sənədlərin
surətlərinin və sənədlərdən
çıxarışların
düzgünlüyünün təsdiqinə görə |
10
ABŞ dolları |
16.6.5. sənədlərin bir dildən
başqa dilə tərcüməsinin
düzgünlüyünün təsdiqinə görə
(hər səhifə üçün): |
|
xarici dillərdən |
10
ABŞ dolları |
xarici dillərə |
20
ABŞ dolları |
16.6.6. sənədlərdəki
imzanın, o cümlədən tərcüməçinin imzasının
həqiqiliyinin təsdiqinə görə (hər
sənəd üçün) |
20
ABŞ dolları |
16.6.7. miras əmlakın
mühafizəsi üçün tədbirlərin
görülməsinə görə |
40
ABŞ dolları |
16.6.8. vəsiyyətnamələrin
təsdiqinə görə |
50
ABŞ dolları |
16.6.9. vəsiyyətnamənin
depozitə qəbul edilməsinə görə |
30
ABŞ dolları |
16.6.10. vərəsəlik hüququ
haqqında şəhadətnamənin verilməsinə
görə |
100
ABŞ dolları |
16.6.11. sənədlərin
(vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün
qəbul edilməsinə görə |
20
ABŞ dolları |
16.6.12. öhdəliyin icra predmetinin
saxlanmaq üçün qəbul edilməsinə
görə (hər ay üçün) |
20
ABŞ dolları |
16.6.13. pul məbləğlərinin
və qiymətli kağızların depozitə qəbul
edilməsinə görə (hər ay üçün) |
20
ABŞ dolları |
16.6.14. icra qeydlərinin
aparılmasına görə |
10
ABŞ dolları |
16.6.15. ər-arvadın ümumi
əmlakındakı paya mülkiyyət hüququ haqqında
şəhadətnamələrin verilməsinə
görə |
10
ABŞ dolları |
16.6.16. şəxsin sağ olması
və şəxsin müəyyən yerdə olması
faktlarının, şəxsin fotoşəkildəki
şəxslə eyniliyinin və sənədlərin
təqdim olunduğu vaxtın təsdiq edilməsinə
görə |
10
ABŞ dolları |
16.6.17. dəniz protestlərinin
tərtib edilməsinə görə |
10
ABŞ dolları |
16.6.18. sübutların təmin
edilməsinə görə |
10
ABŞ dolları |
16.7. Digər konsul
əməliyyatlarına görə |
10
ABŞ dolları |
Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərində aparılan konsul
əməliyyatları üçün dövlət
rüsumunun ödənilməsindən azadolmalar və
dövlət rüsumunun ödənilməsinin
xüsusiyyətləri
17.1. Aşağıdakı hallarda bu Qanunun
16-cı maddəsində nəzərdə tutulmuş
dövlət rüsumu alınmır:
17.1.1. xidməti və diplomatik pasportların
verilməsinə və ya dəyişdirilməsinə
görə;[99]
17.1.2. Azərbaycan Respublikası ilə
xarici dövlətlər arasında mülki, ailə və
cinayət işlərində hüquqi yardım haqqında,
alimentlər haqqında, pensiya haqqında və
övladlığa götürmə məsələləri
haqqında müqavilələrə uyğun olaraq bu ölkənin
səlahiyyətli orqanlarının və ayrı-ayrı
vətəndaşlarının sorğusuna əsasən
sənədlərin tələb olunub alınmasına
görə;
17.1.3. Dövlət nümayəndə
heyətinin tərkibində xarici ölkələrə ezam
olunan şəxslərin pasport və digər gediş
sənədləri rəsmiləşdirildikdə;
17.1.4. Azərbaycan Respublikasının
xeyrinə əmlakın bağışlanmasına dair
müqavilələrin və vəsiyyətnamələrin
təsdiq edilməsinə görə;
17.1.5. Azərbaycan Respublikasının
gəmi, hava və digər nəqliyyat vasitələrinin
heyət üzvlərinin, habelə
vətəndaşlarının ölümündən sonra
qalmış əmlakının mühafizəsinə
görə.
17.2. Bu Qanunun 16-cı maddəsində
nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan
Respublikasına gələn aşağıdakı
əcnəbilərdən alınmır:
17.2.1. Dövlət nümayəndə
heyəti üzvləri və rəsmi
şəxslərdən;
17.2.2. Azərbaycan Respublikasında
beynəlxalq humanitar təşkilatları təmsil
edənlərdən;
17.2.3. Dövlət xətti ilə təhsil
alan və pedaqoji fəaliyyət
göstərənlərdən;
17.2.4. Müdafiə xətti ilə
səfər edənlərdən.
17.3. Azərbaycan Respublikasına qrup
halında gələn əcnəbilərin hər birindən
vizanın rəsmiləşdirilməsinə və ya onun
etibar müddətinin artırılmasına görə
dövlət rüsumu tutulur.[100]
17.4. Bu Qanunun 16.6-cı
maddəsində göstərilən dövlət rüsumundan
əlavə vərəsələr və miras qoyanlar
daşınmaz vərəsəlik əmlakının mühafizəsi
üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat,
ezamiyyət, poçt, dəftərxana və sair faktiki
xərcləri ödəyirlər.
17.5. Sənədlərin
saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama
müddətinə görə dövlət rüsumu
əvvəlcədən ödənilir və
tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə
alınır.
17.6. Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərində
aparılan konsul əməliyyatları üçün
alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə
köçürülür.[101]
17.6-1.
xarici ölkələrin müvafiq orqanları
tərəfindən Azərbaycan Respublikasının
vətəndaşlarına münasibətdə
çoxdəfəlik giriş vizalarının
rəsmiləşdirilməsi üçün tutulan
rüsumun məbləği bu Qanunla eyni
hərəkətlərə görə müəyyən
edilmiş məbləğdən fərqli olduqda,
dövlət rüsumunun dərəcəsi müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə həmin
ölkələrdə Azərbaycan Respublikasının
vətəndaşlarına münasibətdə tutulan
rüsum səviyyəsində müəyyən oluna bilər.[102]
17.7.
Diplomatik və ya xidməti pasporta malik olan, xarici
ölkələrdə təhsil alan (müvafiq təsdiqedici
sənəd təqdim edildikdə), dövlət xətti
ilə pedaqoji fəaliyyət göstərən, xarici
ölkələrin cəzaçəkmə
müəssisələrindən azadlığa buraxılan,
xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya
edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına
çatmayan Azərbaycan Respublikasının
vətəndaşlarına ölkəyə qayıtmaq
üçün pasportu əvəz edən qayıdış
şəhadətnaməsinin verilməsinə görə
dövlət rüsumu tutulmur. Bu maddənin birinci
cümləsində göstərilən hallardan başqa
digər hallarda xarici ölkədə
ümumvətəndaş pasportunu itirmiş və ya həmin
pasportu oğurlanmış Azərbaycan Respublikasının
vətəndaşı bu barədə xarici ölkənin
müvafiq polis orqanı tərəfindən verilmiş
təsdiqedici sənəd təqdim etdikdə ona
qayıdış şəhadətnaməsinin
verilməsinə görə dövlət rüsumu tutulmur.[103]
17.8. xarici
ölkələrin müvafiq orqanları tərəfindən
Azərbaycan Respublikasının vətəndaşlarına
münasibətdə viza rəsmiləşdirilməsi
üçün tutulan rüsumun məbləği bu Qanunla
eyni hərəkətlərə görə müəyyən
edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun
dərəcəsi müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan
Respublikasının vətəndaşlarına
münasibətdə tutulan rüsum səviyyəsində
tətbiq edilir.[104]
Maddə 18. İxtiranın, faydalı modelin,
sənaye nümunəsinin, əmtəə
nişanının, coğrafi göstəricinin,
əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və
məlumat toplularının qeydə alınması, müvafiq
mühafizə sənədlərinin verilməsi və onlarla
bağlı digər hüquqi hərəkətlər,
habelə icazələrin bəzi növlərinin verilməsi,
nəqliyyat vasitələrinə və onların idarə
edilməsi ilə bağlı hüquqi və fiziki
şəxslərə xidmətlərin göstərilməsi
üçün dövlət rüsumunun
dərəcələri[105]
18.1. İxtira, faydalı model və
sənaye nümunəsinə iddia sənədinin verilməsi
üçün (iddia sənədinin ilkin ekspertizası
və ekspertizası daxil olmaqla):
18.1.1. bir ixtira, bir faydalı model və
bir sənaye nümunəsi üçün – 10 manat.
18.1.2. əlavə olaraq,
çoxbəndli düsturun 1-dən artıq hər
asılı olmayan bəndi üçün - 7 manat.
18.1.3. əlavə olaraq,
çoxbəndli düsturun 10-dan artıq hər asılı
olan bəndi üçün - 7 manat.
18.1.4. sənaye nümunəsinin
20-dən artıq hər əlavə sənaye
nümunəsi
üçün – 5 manat.
18.1.5. iddia sənədinin mətninin
30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.2. İddia sənədi üzrə
ilkinliyin xahiş edilməsi üçün (bir ədəd
ilkinlik üçün) – 7 manat.
18.3. İddia sənədinin verildiyi
tarixdən 1 ay keçdikdən sonra iddia sənədi
materiallarında düzəliş və əlavələrin
aparılması üçün – 6 manat.
18.4. Ekspertizanın sorğusuna
cavabın verilmə müddətinin uzadılması
üçün (12 aydan artıq olmamaq şərti ilə,
hər bir ay üçün) – 5 manat.
18.3-1. İddiaçının
vəsatəti əsasında “Patent haqqında” Azərbaycan
Respublikası Qanununun 28-ci maddəsinin 9-cu bəndinə
uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması
üçün - 20 manat;
[106]
18.5. İddia sənədinə dair
məlumatın müəyyən edilmiş
müddətdən tez dərci üçün – 20 manat.
18.6. İddia sənədi
barəsində məlumatın dərci üçün – 6
manat.
18.7. İxtira, faydalı model və
sənaye nümunəsi barəsində məlumat
axtarışı aparılması üçün
vəsatət verilməsinə görə – 7 manat.
18.8. Vəsatət əsasında ixtira,
faydalı model və sənaye nümunəsi barəsində
iddia sənədinin mahiyyətcə ekspertizasının
aparılması:
18.8.1. bir ədəd ixtira
üçün – 50 manat;
18.8.2. bir ədəd faydalı model
üçün – 40 manat;
18.8.3. bir ədəd sənaye
nümunəsi üçün - 40 manat;
18.8.4. əlavə olaraq,
çoxbəndli düsturun 1-dən artıq hər
asılı olmayan bəndi üçün - 25 manat;
18.8.5. əlavə olaraq,
çoxbəndli düsturun 10-dan artıq hər asılı
olan bəndi üçün - 10 manat;
18.8.6. sənaye nümunəsinin
20-dən artıq hər əlavə sənaye nümunəsi
üçün - 10 manat.
18.9. İxtira barəsində iddia
sənədinin faydalı model barəsində iddia
sənədinə çevrilməsi üçün - 5 manat.
18.10. Faydalı model barəsində iddia
sənədinin ixtira barəsində iddia sənədinə
çevrilməsi üçün - 7 manat. [107]
18.11.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin
qeydiyyatı, patentin verilməsi və dərc olunması
ilə bağlı:[108]
18.11.1.
ixtira üçün – 20 manat;
18.11.2.
faydalı model üçün – 15 manat;
18.11.3.
sənaye nümunəsi üçün – 15 manat;
18.11.4.
patentə məxsus təsvirin düsturla birlikdə 30-dan
artıq hər səhifəsi üçün – 1 manat.
18.11-1.
Patentin dublikatının və patentə görə
hüquqların qismən başqa şəxsə
keçməsinə dair patentin verilməsi üçün –
10 manat.
18.11-2.
Verilmiş patentlərə dəyişiklik edilməsi
üçün – 7 manat.
18.11-3.
İxtira, faydalı model, sənaye nümunəsi ilə
bağlı hüquqların verilməsi barədə
müqavilələrin qeydiyyata alınması
üçün:
18.11-3.1.
bir ədəd ixtira, bir ədəd faydalı model və bir
ədəd sənaye nümunəsinə dair iddia
sənədi üzrə, ayrılıqda hər biri
üçün – 15 manat;
18.11-3.2.
bir ədəd ixtira patenti, bir ədəd faydalı model
patenti və bir ədəd sənaye nümunəsi patenti
üzrə, ayrılıqda hər biri üçün – 25
manat;
18.11-3.3.
ixtira, faydalı model, sənaye nümunəsinə
görə bir neçə iddia sənədi
üçün (birdən artıq hər iddia sənədi
üçün) – 10 manat;
18.11-3.4.
ixtira, faydalı model və sənaye nümunəsinin bir
neçə patenti üçün (birdən artıq hər
patent üçün) – 10 manat.
18.11-4.
Qeydə alınması, məlumatın dərci və
şəhadətnamənin verilməsi üçün:
18.11-4.1.
əmtəə nişanı üçün – 45 manat;
18.11-4.2.
coğrafi göstərici üçün – 30 manat;
18.11-4.3.
kollektiv nişan üçün – 60 manat.
18.11-5.
Reyestrdə və şəhadətnamədə qeydiyyatla
bağlı məlumatlarda dəyişikliklər edilməsi
üçün – 25 manat.
18.11-6.
Əmtəə nişanı və coğrafi göstəriciyə
dair şəhadətnamələrin dublikatının və
əmtəə nişanına hüquqların qismən
başqa şəxsə keçməsinə dair şəhadətnamənin
verilməsi üçün – 10 manat.
18.11-7.
Əmtəə nişanına dair hüquqların
verilməsi barədə müqavilələrin qeydiyyatı
üçün:
18.11-7.1.
iddia sənədi üzrə bir ədəd əmtəə
nişanı üçün – 35 manat;
18.11-7.2.
iddia sənədləri üzrə bir neçə
əmtəə nişanı üçün (birdən
artıq hər əmtəə nişanı
üçün) – 20 manat;
18.11-7.3.
qeydə alınmış bir ədəd əmtəə
nişanı üçün – 60 manat;
18.11-7.4.
qeydə alınmış bir neçə əmtəə
nişanları üçün (birdən artıq hər
əmtəə nişanı üçün) – 50 manat.
18.11-8.
Patent müvəkkillərinə şəhadətnamə
verilməsi üçün – 10 manat.”.
18.11-9.
Apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11-9.1.
ixtira, faydalı model və sənaye nümunəsinə patentin
verilməsindən imtina qərarına qarşı – 10 manat;
18.11-9.2.
ixtira, faydalı model və sənaye nümunəsi
barəsində dərc olunmuş iddia sənədinə
qarşı – 6 manat;
18.11-9.3.
ixtira, faydalı model və sənaye nümunəsinə
patentin verilməsinə qarşı – 40 manat.[109]
18.12. Ötürülmüş
müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina
qərarı barəsində iddiaçı
tərəfindən apellyasiya şurasına etirazla
müraciət edilməsi üçün - 20 manat;
18.12.2. dərc olunmuş iddia
sənədi üzrə daxil olan etirazla bağlı
iddiaçının apellyasiya şurasına cavab verilməsi
üçün - 25 manat.
18.13. İxtiranın, faydalı modelin, sənaye
nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc
olunması ilə bağlı:[110]
18.13.1.
ixtira üçün - 10 manat;
18.13.2.
faydalı model üçün - 7 manat;
18.13.3.
sənaye nümunəsi üçün - 7 manat;
18.13.4. patentə məxsus təsvirin
düsturla birlikdə 30-dan artıq hər səhifəsi
üçün - 1 manat.
18.14. Dərc olunduqdan sonra iddia
sənədinin materialları ilə tanış olmaq
üçün – 10 manat.
18.15. Patentin dublikatının və
patentə görə hüquqların qismən başqa
şəxsə keçməsinə dair patentin verilməsi
üçün – 7 manat.[111]
18.16. Verilmiş patentdə
dəyişikliklər edilməsi üçün - 7 manat.
18.17. İxtira, faydalı model, sənaye
nümunəsiilə
bağlı hüquqların verilməsi barəsində
müqavilələrin qeydiyyata alınması
üçün: [112]
18.17.1. bir ədəd ixtira, bir
ədəd faydalı model və bir ədəd sənaye
nümunəsinə dair iddia sənədi üzrə,
ayrılıqda hər biri üçün - 10 manat;
18.17.2. bir ədəd ixtira patenti, bir
ədəd faydalı model patenti və bir ədəd
sənaye nümunəsi patenti üzrə, ayrılıqda
hər biri üçün - 25 manat;
18.17.3. ixtira, faydalı model, sənaye
nümunəsinə görə bir neçə iddia
sənədi üçün (birdən artıq hər patent
üçün) - 10 manat;
18.17.4. ixtira, faydalı model və
sənaye nümunəsinin bir neçə patenti
üçün (birdən artıq hər patent
üçün) - 10 manat.
18.18. İxtira, faydalı model və
sənaye nümunəsi obyektindən istifadə hüququnun
verilməsi barədə müqavilənin qeydiyyata
alınması üçün:
18.18.1. bir iddia sənədi
üçün - 10 manat;
18.18.2. bir neçə iddia
sənədi üçün (hər əlavə iddia
sənədi üçün) – 10 manat.
18.18-1. Patent hüququnun girov qoyulması
barədə müqavilənin (bir ədəd ixtira patenti, bir
ədəd faydalı model patenti və bir ədəd
sənaye nümunəsi patenti üzrə, ayrılıqda
hər biri üçün) qeydiyyata alınması
üçün - 50 manat; [113]
18.19. Lisenziya müqavilələrinin
qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və
sənaye nümunəsinin hər birinin ayrılıqda bir
ədəd patenti üçün - 25 manat;
18.19.2. ixtira, faydalı model və
sənaye nümunəsinin hər birinin ayrılıqda bir
neçə patenti üçün (birdən artıq
nəzərdə tutulan hər patent üçün) – 20
manat.
18.20. İddia sənədi və ya
patenti üzrə hüquqların verilməsinə dair
qeydiyyata alınmış müqavilələrdə və ya
obyektin istifadəsi ilə bağlı qeydiyyata
alınmış lisenziya müqavilələrində
dəyişikliklərin edilməsi üçün - 10 manat.
18.21. İlkin istifadəçinin
hüquqlarının tanınması məqsədi ilə onun
iddiasına baxılması üçün – 25 manat.
18.22. İxtira patentinin
qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi -
fiziki
şəxslər, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlar və
bələdiyyələr üçün 10 manat, hər artan
il üçün 6 manat artırılmaqla, digər
şəxslər üçün 50 manat, hər artan il
üçün 30 manat artırılmaqla;[114]
18.22.2. 11-ci ildən 20-ci ilə kimi – fiziki
şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən
təşkilatlar və bələdiyyələr
üçün 60 manat, hər artan il üçün 8 manat
artırılmaqla, digər şəxslər üçün
300 manat, hər artan il üçün 40 manat
artırılmaqla. [115]
18.22.3. 21-ci ildən 25-ci ilə kimi - fiziki
şəxslər, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlar və
bələdiyyələr üçün 142 manat, hər
artan il üçün 10 manat artırılmaqla, digər
şəxslər üçün 710 manat, hər artan il
üçün 50 manat artırılmaqla. [116]
18.23.
Faydalı model patentinin qüvvədə
saxlanılması üçün, 3-cü ildən 10-cu
ilə kimi – fiziki şəxslər, dövlət
büdcəsindən maliyyələşdirilən
təşkilatlar və bələdiyyələr
üçün 10 manat, hər artan il üçün 6 manat
artırılmaqla, digər şəxslər üçün
50 manat, hər artan il üçün 30 manat
artırılmaqla.[117]
18.24. Sənaye nümunəsi patentinin
qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər,
dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlar və
bələdiyyələr üçün 10 manat, hər artan
il üçün 6 manat artırılmaqla, digər
şəxslər üçün 50 manat, hər artan il
üçün 30 manat artırılmaqla;[118]
18.24.2. 11-ci ildən 15-ci ilə kimi - fiziki
şəxslər, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlar və
bələdiyyələr üçün 60 manat, hər artan
il üçün 8 manat artırılmaqla, digər
şəxslər üçün 300 manat, hər artan il
üçün 40 manat artırılmaqla. [119]
18.25. Patentin qüvvədə olma
ilində illik rüsumun ödənilməsi ilə
bağlı ötürülən müddətin 12 aya
qədər verilməsinə görə, hər ay üçün
- fiziki şəxslər,
dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlar və
bələdiyyələr üçün 3 manat, digər
şəxslər üçün 15 manat.[120]
18.26. Əmtəə
nişanının və ya coğrafi göstəricinin
qeydə alınması barəsində verilən iddia
sənədi üçün (əmtəənin və ya
göstərilən xidmətin 5-dən artıq olmayan
sinifləri üçün):
18.26.1.
iddia sənədinin ilkin ekspertizası üçün
- 10 manat;
18.26.2. iddia sənədinin
ekspertizası üçün - 50 manat.
18.27.
Əmtəənin və ya göstərilən
xidmətin 5-dən artıq hər sinfi üçün - 25
manat.
18.28. İddiaçının
vəsatəti əsasında “Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə
uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması
üçün - 20 manat.
18.29. Əmtəə nişanına dair
ilkinliyin istənilməsi üçün - 15 manat.
18.30. Əmtəə nişanına
və coğrafi göstəriciyə dair verilmiş iddia
sənədi materiallarında düzəlişlərin,
dəqiqləşdirmələrin aparılması,
əlavələrin edilməsi üçün - 15 manat.
18.31. Ekspertizanın sorğusuna
cavabın verilmə müddətinin uzadılması
üçün - 25 manat.
18.32. Əmtəə nişanına
və coğrafi göstəriciyə dair iddia sənədinin
verilən tarixdən bir ay ərzində ekspertizasının
aparılması üçün - 45 manat.
18.33. Ötürülmüş
müddətin bərpası ilə bağlı, iddia
sənədi barədə ekspertizanın qərarı ilə
razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi
üçün – 20 manat.
18.34. Apellyasiya şurasına etirazın verilməsi:[121]
18.34.1. əmtəə nişanına
dair iddia sənədinə baxılma barədə ilkin
ekspertizanın rədd qərarına qarşı - 20
manat;
18.34.2. coğrafi göstəriciyə
dair iddia sənədinə baxılma barədə ilkin
ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına
dair iddia sənədi barəsində ekspertizanın
qərarına qarşı - 60 manat;
18.34.4. coğrafi göstəriciyə
dair iddia sənədi barəsində ekspertizanın
qərarına qarşı - 35 manat;
18.34.5. qeydə alınmış
əmtəə nişanına qarşı - 80 manat;
18.34.6. qeydə alınmış
coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə
nişanının geniş tanınmasına dair Apellyasiya
şurasına ərizənin verilməsi üçün -
150 manat.
18.34-2. Geniş tanınmış əmtəə
nişanına qarşı verilmiş etirazla bağlı
Apellyasiya şurasına müraciət üçün - 120
manat.
18.34-3. Apellyasiya şurasına
etirazın baxılma müddətinin altı aydan çox
olmayan müddətə uzadılması üçün - 40
manat.[122]
18.35. Qeydə alınması,
məlumatın dərci və şəhadətnamənin
verilməsi üçün:[123]
18.35.1.
əmtəə nişanı üçün – 45 manat;
18.35.2.
coğrafi göstərici üçün - 30 manat;
18.35.3.
kollektiv nişan üçün - 60 manat.
18.35-1. Əmtəə nişanları
və coğrafi göstəricilərin qeydə almması
ilə bağlı dövlət rüsumunun
ödənilməsi müddətinə əlavə olaraq
dörd ay möhlət verilməsi üçün - 30 manat.[124]
18.36. Reyestrdə və
şəhadətnamədə qeydiyyatla bağlı
məlumatlarda dəyişikliklər edilməsi
üçün - 25 manat.
18.37. Əmtəə nişanı
və coğrafi göstəriciyə dair
şəhadətnamələrin dublikatının və
əmtəə nişanına hüquqların qismən
başqa şəxsə keçməsinə dair
şəhadətnamənin verilməsi üçün - 10
manat.
18.38. İxtiranın, faydalı modelin, sənaye
nümunəsinin, əmtəə nişanının və
coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış
verilməsi üçün - 10 manat. [125]
18.39. Əmtəə nişanına dair
hüquqların verilməsi barədə
müqavilələrin qeydiyyatı üçün:
18.39.1. iddia sənədi üzrə bir
ədəd əmtəə nişanı üçün - 35
manat;
18.39.2. iddia sənədləri
üzrə bir neçə əmtəə nişanı
üçün (birdən artıq hər əmtəə
nişanı üçün) – 20 manat;
18.39.3.
qeydə alınmış bir ədəd
əmtəə nişanı üçün - 60 manat;
18.39.4. qeydə alınmış bir
neçə əmtəə nişanları üçün
(birdən artıq hər əmtəə nişanı
üçün) – 50 manat.
18.39-1. Qeydiyyata alınmış
əmtəə nişanma dair müstəsna hüquqlarm
müqavilə əsasında başqa şəxsə girov
kimi verilməsi ilə bağlı girov müqaviləsinin
qeydiyyatı üçün - 60 manat.[126]
18.40. Lisenziya müqavilələrinin
qeydə alınması:
18.40.1. bir ədəd əmtəə
nişanı üçün - 80 manat;
18.40.2. bir neçə əmtəə
nişanı üçün (birdən artıq hər
əmtəə nişanı üçün – 50 manat.
18.41. Əmtəə nişanına
dair hüquqların verilməsi
barədə müqavilələrdə
dəyişikliklərin aparılması üçün - 11
manat. [127]
18.42. Qeydiyyatın qüvvədə olma
müddəti qurtardıqdan sonra onun müddətinin
uzadılması üçün:
18.42.1. əmtəə nişanı
üçün - 95 manat;
18.42.2. coğrafi göstərici
üçün - 45 manat;
18.42.3. kollektiv nişan üçün
- 145 manat.
18.43. Qeydiyyatın qüvvədə olma
müddəti keçdikdən sonra müddətin
uzadılması üçün verilən 6 aya görə,
hər ay üçün:
18.43.1. əmtəə nişanı
üçün - 5 manat;
18.43.2. coğrafi göstərici
üçün - 5 manat;
18.43.3. kollektiv nişan üçün
- 5 manat.
18.44. Patent müvəkkillərinə
namizədin patent müvəkkili kimi attestasiya olunması
üçün - 20 manat.
18.45. Patent müvəkkillərinin
qeydiyyata alınması üçün - 5 manat.
18.46. Patent müvəkkillərinə
şəhadətnamə verilməsi üçün - 10
manat.
18.47. Qeydiyyata alınmış patent
müvəkkili barədə məlumatların dərc
olunması üçün - 5 manat.
18.48.
Attestasiya komissiyasının qərarına görə
Apellyasiya şurasına etiraz vermək üçün - 30
manat.[128]
18.49. İxtiraya görə patent
alınması üçün Avrasiya Patent
İdarəsinə iddia sənədinin verilməsinə
görə (formal əlamətlər üzrə
ekspertizanın tələblərinə uyğunluğun
yoxlanılması) - 10 manat.
18.50. Azərbaycan Respublikasına aid
Avrasiya patentlərinin qüvvədə saxlanması
üçün:
18.50.1. 3-cü ildən 10-cu ilə kimi -
10 manat, hər artan il üçün 3 manat
artırılmaqla;
18.50.2. 11-ci ildən 20-ci ilə kimi – 40
manat, hər artan il üçün 5 manat artırılmaqla.
18.50.3. 21-ci ildən 25-ci ilə kimi - 100
manat, hər artan il üçün 10 manat artırılmaqla. [129]
18.51. Patent Kooperasiyası haqqında
müqaviləyə və Sənaye nümunələrinin
beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin
Cenevrə Aktına müvafiq olaraq iddia sənədinin
alınması və Ümumdünya Əqli Mülkiyyət
Təşkilatının Beynəlxalq Bürosuna
göndərilməsi üçün – 10 manat. [130]
18.52. İddiaçının xahişi
ilə bir ədəd milli iddia sənədinin və ya onun
barəsində məlumatların (Patent Kooperasiyası
haqqında müqavilənin təlimatının 17.1(v)
qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin
Ümumdünya Əqli Mülkiyyət
Təşkilatının Beynəlxalq Bürosuna
göndərilməsi üçün - 10 manat.
18.53. Nişanların beynəlxalq
qeydiyyatı barədə sazişə uyğun olaraq (Madrid
sazişi) əmtəə nişanının beynəlxalq qeydiyyatı
üçün iddia sənədlərinin verilməsinə
görə - 10 manat.
18.54. Əmtəə
nişanının beynəlxalq qeydiyyatının
qüvvədə olma müddətinin uzadılması
üçün - 10 manat.[131]
18.55. Odlu ov və ya idman silahının
saxlanması, təyinatı üzrə istifadə edilməsi
hüququnu təsdiq edən şəhadətnamənin
verilməsinə görə:
18.55.1. ilkin qeydiyyata görə - 10
manat;
18.55.2. təkrar qeydiyyata görə - 5
manat.
18.56. Xidməti silahın əldə
edilməsinə icazənin verilməsinə görə:
18.56.1. ilkin qeydiyyata görə - 10
manat;
18.56.2. təkrar qeydiyyata görə - 5
manat.
18.57. Ov icazələrinin verilməsi
üçün - 5 manat. [132]
18.58.
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə iş icazəsinin
verilməsinə və müddətinin uzadılmasına
görə:[133]
18.58.1. on iş günü
müddətində verildikdə və ya müddəti
uzadıldıqda:
18.58.1.1. 3 ayadək - 700 manat;
18.58.1.2. 6 ayadək - 900 manat;
18.58.1.3. 1 ilədək - 1400 manat.
18.58.2. on beş iş günü
müddətində verildikdə və ya müddəti
uzadıldıqda:
18.58.2.1. 3 ayadək - 500 manat;
18.58.2.2. 6 ayadək - 700 manat;
18.58.2.3. 1 ilədək - 1200 manat.
18.58.3. iyirmi iş günü
müddətində verildikdə və ya müddəti
uzadıldıqda:
18.58.3.1. 3 ayadək - 350 manat;
18.58.3.2. 6 ayadək - 600 manat;
18.58.3.3. 1 ilədək - 1000 manat.
18.59. Qaz qurğularının
xəritələrindən (sxemlərindən)
istifadəyə görə - 10 manat.
18.60. Seleksiya nailiyyətləri
sahəsində:
18.60.1. seleksiya nailiyyətinə
sifarişin verilməsi və onun ilkin ekspertizası
üçün - 10 manat;
18.60.2. sifarişçinin
təşəbbüsü ilə seleksiya nailiyyətinin
sifariş sənədlərində əlavələr,
dəqiqləşmələr və düzəlişlər
üçün - 5 manat;
18.60.3. sifarişçinin
təşəbbüsü ilə seleksiya
nailiyyətlərinin adının dəyişdirilməsi
üçün - 25 manat;
18.60.4. seleksiya nailiyyətinə
güzəştlə patent hüququnun başqasına
verilməsi üçün - 25 manat;
18.60.5. sortun yeniliyinə görə
ekspertizası üçün – 10 manat;
18.60.6. seleksiya nailiyyətlərinin
yeniliyinə görə iddia edildikdə - 10 manat;
18.60.7. seleksiya nailiyyətlərinin
yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə
görə - 60 manat;
18.60.8. patentin verilməsi və seleksiya
nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan
keçirilməsinə görə - 35 manat;
18.60.9. müəlliflik
şəhadətnaməsi verilməsi üçün - 35 manat;
18.60.10. patentin sürətinin
verilməsinə görə - 25 manat;
18.60.11. patentin saxta olmasına aid
ərizə daxil olduqda - 25 manat;
18.60.12. seleksiya nailiyyətinə
açıq lisenziyanın verilməsinə görə - 25
manat;
18.60.13. seleksiya nailiyyətinə
açıq lisenziyanın fəaliyyətinin
dayandırılması haqda sifariş edildikdə - 25 manat;
18.60.14. seleksiya nailiyyətinə
məcburi lisenziyanın verilməsinə təqdim edilən
ərizə üçün - 25 manat;
18.60.15. seleksiya nailiyyətinə
məcburi lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.16. seleksiya nailiyyətinə
məcburi lisenziyanın fəaliyyət müddətinin
uzadılmasına görə - 25 manat.
18.61. İl ərzində seleksiya
nailiyyəti patentinin qüvvədə saxlanmasına
görə bitki qrupları üzrə:
18.61.1. dənli, dənli-paxlalılar,
qarğıdalı, pambıq, tütün, şəkər
çuğunduru, kartof, pomidor, badımcan, bibər,
kələm üçün və s. üçün - 10
manat, hər artan il üçün
7 manat artırılmaqla;
18.61.2. bəzək bitkiləri,
meşə bitkiləri üçün - 7 manat, hər artan
il üçün 6 manat
artırılmaqla;
18.61.3. digər bitkilər
üçün - 9 manat, hər artan il üçün 6
manat artırılmaqla.
18.62. Adlar verilən
şərabçılıq məhsullarına görə:
18.62.1. ekspertiza üçün - 25
manat;
18.62.2. dövlət reyestrində
qeydiyyata alınma üçün - 10 manat;
18.62.3. attestasiya üçün - 10
manat.[134]
18.62-1. Müəlliflik hüququ və
əlaqəli hüquqlar sahəsində: [135]
18.62-1.1. əsərin, əlaqəli
hüquqlar obyektinin qeydiyyatı üçün - hüquqi
şəxslər 20 manat, fiziki şəxslər 5 manat;[136]
18.62-1.2. əsərin, əlaqəli
hüquqlar obyektindən istifadə ilə bağlı
hüquqların (əmlak hüquqlarının) tam və ya
qismən verilməsi haqqında müqavilənin qeydiyyatı
üçün - hüquqi şəxslər 20 manat, fiziki
şəxslər 10 manat.[137]
18.63.
İnteqral sxem topologiyası sahəsində:
18.63.1.
topologiyanın qeydiyyatı - hüquqi şəxslər 20
manat, fiziki şəxslər 5 manat;
18.63.2.
topologiyaya əmlak hüquqlarının vərəsəlik
üzrə keçməsinin qeydiyyatı üçün -
hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5
manat;
18.63.3.
topologiyaya əmlak hüquqlarının tam və ya qismən
verilməsi haqqında müqavilələrin qeydiyyatı
üçün - hüquqi şəxslər 20 manat, fiziki
şəxslər 5 manat.[138]
18.64. Məlumat topluları
sahəsində:
18.64.1. müəlliflik
hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan
məlumat toplusunun rəsmi qeydiyyatı üçün - hüquqi
şəxslər 30 manat, fiziki şəxslər 10 manat;[139]
18.64.2. müəlliflik
hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan
məlumat toplusuna hüquqların tam və ya qismən
verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı
üçün - hüquqi şəxslər
30 manat, fiziki şəxslər 10 manat.[140]
18.65. Nəqliyyat vasitələrinə
və onların idarə edilməsi ilə bağlı
hüquqi və fiziki şəxslərə xidmətlərin
göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş
hallarda texniki baxışdan keçirilməsinə
görə:[141]
18.65.1.1. avtonəqliyyat vasitələri
üçün - 30 manat;[142]
18.65.1.2. motonəqliyyat vasitələri,
traktor, tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə
istifadə üçün nəzərdə tutulan
özügedən maşınlar, texnoloji, yarış
məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, qoşqular, yarımqoşqular
üçün - 10 manat;[143]
18.65.2. Nəqliyyat vasitələrinin
texniki uçot göstəricilərinə
dəyişikliklər edilməsi zamanı və ya
nəqliyyat vasitəsi alıcısının tələbi
ilə nəqliyyat vasitələrinə texniki baxış
keçirilməsi üçün:
18.65.2.1.
avtonəqliyyat vasitələri üçün - 30 manat;[144]
18.65.2.2. motonəqliyyat vasitələri,
traktor, tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə
istifadə üçün nəzərdə tutulan
özügedən maşınlar, texnoloji, yarış
məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, qoşqular, yarımqoşqular
üçün - 10 manat;[145]
18.65.3. Nəqliyyat vasitələrinin
qeydiyyatına (təkrar qeydiyyatına, daimi və
müvəqqəti uçota alınmasına, nəqliyyat
vasitələrinin özgəninkiləşdirilməsi
haqqında müqavilələr
əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti
orqanlarında dövlət qeydiyyatına) görə:[146]
18.65.3.1. minik
avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar,
valideynlər, övladlığa götürənlər
və övladlığa götürülənlər,
babalar, nənələr, nəvələr, doğma və
ögey qardaşlar və bacılar) bağışlanması
halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci
maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat
vasitələri üçün -10 manat;[147]
18.65.3.2. motonəqliyyat vasitələri,
traktor, tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə
istifadə üçün nəzərdə tutulan özügedən
maşınlar, texnoloji, yarış məqsədli idman və
digər mexaniki nəqliyyat vasitələri, qoşqular,
yarımqoşqular üçün - 5 manat;
18.65.3-1.
Yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər,
övladlığa götürənlər və
övladlığa götürülənlər, babalar,
nənələr, nəvələr, doğma və ögey
qardaşlar və bacılar) bağışlanması
halları istisna olmaqla, fiziki şəxslər
tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında
müqavilələr və hərracın nəticələri
haqqında protokol əsasında həmin minik
avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatına alınmasına görə
dövlət rüsumunun məbləği müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[148]
18.65.4. Sürücülük
vəsiqəsinin verilməsi üçün imtahanların
qəbuluna görə:
18.65.4.1. avto-moto nəqliyyat
vasitələrinin, tramvay və trolleybusların idarə
olunmasının milli və beynəlxalq
sürücülük vəsiqəsi üçün - 20
manat;
18.65.4.1-1.
avto-moto nəqliyyat vasitələrinin, tramvay və
trolleybusların idarə olunmasının milli və
beynəlxalq sürücülük vəsiqəsinin
alınması üçün imtahanların təkrar
qəbuluna görə - 10 manat.[149]
18.65.4.2. digər sürücülük
vəsiqəsi, o cümlədən traktorçu maşinist
vəsiqəsi üçün -5 manat
18.65.5.
Sürücülük vəsiqəsinin verilməsi və ya
sürücülük vəsiqəsinin
dəyişdirilməsi:
18.65.5.1.
avto-moto nəqliyyat vasitələri üçün - 25 manat; [150]
18.65.5.2. traktor,
tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə
istifadə üçün nəzərdə tutulan
özügedən maşınlar, texnoloji, yarış
məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, onların qoşqu və
yarımqoşquları üçün - 5 manat.[151]
18.65.6. Dövlət qeydiyyat
nişanlarının verilməsinə görə:[152]
18.65.6.1. avtonəqliyyat vasitələri
üçün verilən
dövlət qeydiyyat nişanında əks olunmuş
rəqəmlərin və ya hərflərin kombinasiyası
üzrə:[153]
Dövlət qeydiyyat nişanında əks
olunmuş rəqəmlərin kombinasiyası |
Dövlət rüsumunun məbləği (manatla) |
|
|
seriyası müxtəlif hərflərdən
ibarət olduqda |
seriyası eyni hərflərdən ibarət olduqda |
001, 002,
003, 004, 005, 006, 007, 008, 009 |
1500 |
2500 |
100, 200,
300, 400, 500, 600, 700, 800, 900 |
1000 |
1500 |
111, 222,
333, 444, 555, 666, 777, 888, 999 |
500 |
1000 |
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin
cədvəl hissəsində göstərilmiş
rəqəm və ya hərflərin kombinasiyası istisna
olmaqla, avtonəqliyyat
vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının
verilməsinə, habelə cədvəl hissəsində
göstərilmiş rəqəm və ya hərflərin
kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat
nişanının təkrar verilməsinə görə - 22
manat.[154]
18.65.6.3.
motonəqliyyat vasitələri, traktor, tikintidə,
meşə və kənd təsərrüfatında, başqa
işlərdə istifadə üçün nəzərdə
tutulan özügedən maşınlar, texnoloji, yarış
məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, onların qoşqu və
yarımqoşquları üçün dövlət qeydiyyat
nişanlarının verilməsinə görə - 11 manat.[155]
18.65.7. Qeydiyyat
şəhadətnaməsinin verilməsi:
18.65.7.1.
avto-moto nəqliyyat vasitələri üçün - 25 manat; [156]
18.65.7.2. traktor,
tikintidə, meşə və kənd
təsərrüfatında, başqa işlərdə
istifadə üçün nəzərdə tutulan
özügedən maşınlar, texnoloji, yarış
məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, onların qoşqu və
yarımqoşquları üçün - 5 manat.[157]
18.65.8. Yol şəbəkəsinin
müəyyən hissələrinə yük daşıyan
nəqliyyat vasitələrinin və avtobusların
buraxılması barədə xüsusi buraxılış
vəsiqələrinin verilməsi - 10 manat;[158]
18.65.9. Avtomobil yollarının ayırma
zolağında inşa olunan obyektlərdə
təhlükəsiz hərəkət sxemlərinin
hazırlanması və razılaşdırılması - 10
manat;[159]
18.65.10. Avtomobil yollarının vahid
dövlət reyestrindən çıxarış verilməsi
üçün - 10 manat.[160]
18.66. Baytarlıq
şəhadətnaməsinin, sertifikatının və
baytarlıq preparatlarının qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün:
18.66.1. Baytarlıq
şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5
manat;
18.66.2. Baytarlıq sertifikatının
verilməsi (bir sənəd) - 20
manat; [161]
18.66.3. Baytarlıq preparatlarının
qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - 100 manat.
18.66-1.
qida təhlükəsizliyi sertifikatının verilməsi - 20
manat;[162]
18.67. Pestisidlərə, bioloji preparatlara
və aqrokimyəvi maddələrə qeydiyyat
şəhadətnaməsinin, idxal karantin icazəsinin və
fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.1. Pestisidlərə, bioloji
preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat
şəhadətnaməsinin verilməsi (bir sənəd) - 100 manat;
18.67.2. İdxal karantin icazəsinin
verilməsi (bir icazə) - 10
manat;
18.67.3. Fitosanitar sertifikatlarının
verilməsi üçün:
18.67.3.1. Bir poçt
göndərişinə (dəst) - 2 manat [163]
18.67.3.2. Növündən asılı
olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - 10 manat[164]
18.67-1. qida
məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərin qida təhlükəsizliyi qeydiyyatına
görə: [165]
18.67-1.2.
reyestrdən çıxarışın verilməsi - 150
manat;
18.67-1.3.
reyestr məlumatlarında fəaliyyət sahəsindən
asılı olaraq baş verən dəyişikliyin edilməsi
- 50 manat;
18.67-1.4.
reyestrdən çıxarışın dublikatının
verilməsi - 10 manat.
18.68. Alternativ və bərpa olunan enerji
mənbələri üzrə fəaliyyətə xüsusi
icazənin verilməsi - 100 manat.[166]
18.69.
Akvakultura subyektləri tərəfindən hazırlanan bioloji
və texnoloji əsaslandırmanın qeydiyyatına görə
- 50 manat.[167]
Maddə
19. Əmtəə
nişanının qeydə alınması ilə bağlı
hüquqi hərəkətlər, habelə İcazələrin bəzi növlərinin verilməsi,
nəqliyyat vasitələrinə və onların idarə
edilməsi ilə bağlı hüquqi və fiziki
şəxslərə xidmətlərin göstərilməsiüçün dövlət rüsumunun
ödənilməsinin xüsusiyyətləri[168]
19.1.
Bu Qanunun 18.54-cü maddəsində göstərilən
dövlət rüsumunun məbləği
göndərilən materialların göndərilmə
xərclərini, habelə beynəlxalq sazişlərə
əsasən beynəlxalq təşkilatlara
ödənilməli olan müvafiq ödənişləri
əhatə etmir.[169]
19.2. Patent kooperasiyası haqqında
müqayiləyə (PCT) uyğun ixtira, faydalı model
barəsində iddia sənədinin milli fazaya daxil olması
və digər hüquqi hərəkətlər
üçün ödənilən rüsumun
məbləği ixtira, faydalı model barəsində iddia
sənədinin verilməsi və digər hüquqi
hərəkətlər üçün müəyyən
edilən məbləğə bərabər tutulur.[170]
19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə
tutulmuş hərəkətlərə görə
büdcə təşkilatlarından dövlət rüsumu
tutulmur.[171]
19.4.
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
şəxsiyyətini təsdiq edən
sənədlərindəki məlumatlar və ya
işlədiyi hüquqi şəxsin adı
dəyişdikdə və ya iş icazəsi itirildikdə,
belə icazənin yenidən rəsmiləşdirilməsi
üçün dövlət rüsumu ödənilmir.
Əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin eyni işəgötürənin yanında
başqa işə keçirilməsi ilə bağlı yeni
iş icazəsi verildikdə, dövlət rüsumu
ödənilmir.[172]
Maddə 19-1. Aktuari
şəhadətnaməsinin verilməsi üçün
tutulan dövlət rüsumunun dərəcəsi[173]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
1 |
2 |
Aktuari
şəhadətnaməsinin verilməsinə görə |
50 manat |
Maddə 20. Hüquqi
şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı
üçün dövlət rüsumunun dərəcələri[174]
Dövlət rüsumu tutulmalı
olan hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
20.1.
Bankların, birjaların, sığortaçıların,
sığorta birlik və brokerlərinin, xarici hüquqi
şəxslərin nümayəndəliklərinin və
filiallarının qeydiyyatı üçün. |
220 manat[175] |
20.2. Kənd təsərrüfatı sahəsində
fəaliyyəti həyata keçirən hüquqi
şəxslərin qeydiyyatı üçün. |
3 manat[176] |
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı
üçün. |
11 manat[177] |
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı
üçün. |
bu
Qanunun 20.1 - 20.3-cü maddələrdə
göstərilən məbləğin 50 faizi [178] |
20.5. Hüquqi şəxslərə qeydiyyat
şəhadətnaməsinin dublikatının verilməsi
üçün. |
2 manat[179] |
20.6. Sənədlərin surəti
şəklində dövlət reyestrindən
çıxarışların verilməsi üçün
(hər səhifəyə görə) |
1 manat[180] |
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı
üzrə dövlət rüsumundan azadolmalar[181]
20-1.1. Dövlət reyestrində
dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və
təsisçilərə sənədlərin surəti
şəklində dövlət reyestrindən
çıxarışlar rüsumsuz verilir.
20-1.3.
Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı
rüsumsuz aparılır. [182]
Maddə 20-2. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi[183]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
1 |
2 |
Vergi öhdəliyinin
əvvəlcədən
müəyyənləşdirilməsi barədə
qərarın qəbul edilməsinə görə |
500 manat |
Maddə 20-3. Aksiz markasının
verilməsinə görə tutulan dövlət rüsumunun
dərəcələri[184]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
1 |
2 |
Alkoqollu içkilərə aksiz
markasının verilməsinə görə |
0,06
manat |
Tütün məmulatlarına aksiz
markasının verilməsinə görə |
0,05
manat |
Maddə 21. Qiymətli
kağızların qeydiyyata alınması
(özəlləşdirmə qaydasında qeydiyyata
alınması halları istisna olmaqla) və dövlət
reyestrinə daxil edilməsi üçün dövlət
rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı
olan hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
21.1. Qiymətli kağızların emissiya prospektinin təsdiq
edilməsi üçün:[185] |
|
21.1.1. emissiya məbləği 99000
manatadək olduqda; |
220 manat[186] |
21.1.2.
emissiya məbləği 99000 manatdan 198000
manatadək
olduqda; |
440 manat[187] |
21.1.3.
emissiya məbləği 198000 manatdan çox olduqda. |
880 manat[188] |
21.2. Depozit sertifikatlarının emissiyasının
döv|ət qeydiyyatına alınması üçün. |
1100 manat[189] |
21.3. Veksellərin
dövlət reyestrinə daxil edilməsi üçün. |
3 manat[190] |
21.4. Çeklərin dövlət reyestrinə daxil
edilməsi üçün (hər bir çek
kitabçası üçün). |
1 manat [191] |
21.5. İpoteka kağızının
dövlət qeydiyyatı üçün |
5 manat |
21.6. İpoteka kağızının
əlavə dövlət qeydiyyatı üçün[192] |
2 manat[193] |
Madda 22. Lisenziyalaşdırılan sahibkarlıq
fəaliyyəti növlərinə lisenziya verilməsinə
görə dövlət rüsumunun dərəcələri[194]
|
Maddə
23. Lisenziyalaşdırılan
sahibkarlıq fəaliyyəti növlərinə lisenziya
verilməsinə görə dövlət rüsumunun
ödənilməsindən azadolmalar və
ödənilməsinin xüsusiyyətləri[203]
23.1.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti
yalnız Bakı şəhərində həyata
keçirildikdə, habelə eyni vaxtda həm Bakı
şəhərində, həm də Azərbaycan
Respublikasının regionlarında həyata
keçirildikdə, həmin fəaliyyət növü
üzrə dövlət
rüsumu tam məbləğdə
ödənilir.[204]
23.2.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti
yalnız Azərbaycan Respublikasının regionlarında
həyata keçirildikdə, həmin fəaliyyət
növü üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi dövlət
rüsumunun 50 faizi (regional televiziya yayımı və regional
radio yayımı istisna olmaqla) ödənilir.[205]
23.3.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir
neçə alt növünün eyni vaxtda həyata
keçirilməsi üçün müraciət
edildikdə, həmin alt növlərdən biri
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi dövlət rüsumu
ödənilir. Bu zaman həmin alt növlər
üçün müəyyən edilmiş rüsumlardan
ən yüksək olanı ödənilir.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin
müvafiq növü üzrə bir və ya bir neçə
iş və xidmətlərin həyata keçirilməsi
üçün müraciət edildikdə, iş və
xidmətlərin sayından asılı olmayaraq həmin
fəaliyyət növü üçün müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
dövlət rüsumu ödənilir.
23.4.
Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada
göstərilən fəaliyyət növünü başqa
obyektlərdə də həyata keçirmək və ya
lisenziyanın əlavəsində göstərilməyən
iş və xidmətlərlə məşğul olmaq
üçün lisenziya əlavəsinin alınması
məqsədi ilə müraciət etdikdə, obyektlərin
və ya iş və xidmətlərin sayından asılı
olmayaraq müvafiq fəaliyyət növünə lisenziya
verilməsinə görə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi dövlət
rüsumunun 50 faizi ödənilir. Bu zaman bu Qanunun 23.3-cü
maddəsinin müddəaları tətbiq olunur.
23.5.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi və
bərpası üçün dövlət rüsumu
ödənilmir.
Maddə
23-1. Heyvanların, heyvan
mənşəli məhsulların və xammalın
baytarlıq normalarına cavab verməsini təsdiq edən
ekspertiza aktının verilməsi və ya ətin, heyvan
və quş cəmdəklərinin və digər
məhsulların üzərinə nişanın qoyulması
üçün dövlət rüsumunun
dərəcələri[206]
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət rüsumunun
məbləği |
1 |
2 |
Heyvanların,
heyvan mənşəli məhsulların və xammalın
baytarlıq normalarına cavab verməsini təsdiq edən
ekspertiza aktının verilməsi və ya ətin, heyvan
və quş cəmdəklərinin və digər
məhsulların üzərinə nişanın
qoyulmasına görə |
5
qəpikdən - 5 manatadək |
Maddə
23-2. Heyvanların, heyvan
mənşəli məhsulların və xammalın
baytarlıq normalarına cavab verməsini təsdiq edən
ekspertiza aktının verilməsi və ya ətin, heyvan
və quş cəmdəklərinin və digər
məhsulların üzərinə nişanın qoyulması
üçün dövlət rüsumunun ödənilməsinin
xüsusiyyətləri
Heyvanların, heyvan
mənşəli məhsulların və xammalın
baytarlıq normalarına cavab verməsini təsdiq edən
ekspertiza aktının verilməsi və ya ətin, heyvan
və quş cəmdəklərinin və digər
məhsulların üzərinə nişanın qoyulmasına
görə müvafiq icra hakimiyyəti orqanının
(heyvanların, heyvan mənşəli məhsulların və
xammalın növləri və xüsusiyyətləri
nəzərə alınmaqla) müəyyən etdiyi
dövlət rüsumu ödənilir.
Maddə 24. Azərbaycan
Respublikası ərazisində beynəlxalq avtomobil
daşımalarını tənzimləyən
icazənin verilməsi üçün dövlət
rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər |
Dövlət
rüsumunun məbləği |
24.1. Giriş-çıxış
və tranzit gedişinə görə: |
|
24.1.1. Azərbaycan Respublikasının
avtomobil daşıyıcılarının başqa
ölkələrə getməsi üçün: |
|
24.1.1.1. yük avtomobil
daşıyıcılarına görə |
hər bir icazə üçün 20
ABŞ dolları |
21.1.1.2. sərnişin avtobusları
üçün |
hər bir icazə üçün 10
ABŞ dolları |
24.1.2. Beynəlxalq avtomobil
daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası
Sazişi olan xarici dövlətlərin yük və
sərnişin avtomobil daşıyıcıları
üçün giriş-çıxış və tranzit
keçid kvota ilə müəyyən edildiyindən
artıq olduqda ödəniş haqqı: |
|
24.1.2.1. yük avtomobilləri
üçün |
hər bir icazə üçün 100
ABŞ dolları |
24.1.2.2. sərnişin avtobusları
üçün |
hər bir icazə üçün 50
ABŞ dolları |
24.1.3. Beynəlxalq avtomobil
daşımalarına aid Azərbaycan Respublikası ilə
Hökumətlərarası Sazişi olmayan yük və
sərnişin avtomobil daşıyıcıları üçün: |
|
24.1.3.1. yük avtomobilləri
üçün |
hər bir icazə üçün 150
ABŞ dolları |
24.1.3.2. sərnişin avtobusları
üçün |
hər bir icazə üçün 75
ABŞ dolları[207] |
24.2. Xarici
avtomaşınların Azərbaycan Respublikası
ərazisində yüklənməsinə görə. |
hər bir icazə üçün 100 ABŞ dolları |
24.3. Üçüncü ölkəyə və
üçüncü ölkədən daşımalar
üçün. |
hər bir icazə üçün 600 ABŞ dolları |
24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan
Respublikası ərazisinə yüksüz daxil olması
üçün: |
|
24.4.1. yük avtonəqliyyat vasitələrinin
yüksüz daxil olması üçün; |
hər bir icazə üçün 350 ABŞ dolları |
24.4.2. avtobusların sərnişinsiz daxil olması
üçün. |
hər bir icazə üçün 80 ABŞ dolları |
24.5. İri tonnajlı xarici yük avtonəqliyyat
vasitələrinin Bakı, Sumqayıt və Gəncə
şəhərlərinə daxil olması üçün |
hər bir icazə üçün 25 ABŞ dolları |
24.6. Dövlətlərarası sazişləri pozan
xarici avtomobil daşıyıcıları Azərbaycan
Respublikası ərazisindən çıxdıqda. |
hər bir icazə üçün 400 ABŞ dolları |
24.7.
Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin
(Avropa Nəqliyyat Nazirlər Konfransı”nın
jurnallarının) satışına görə:[208] 24.7.1.
atmosfer havasına atılan zərərli maddələr
üzrə Avro-4 ekoloji normalara uyğun olan yük
avtonəqliyyat vasitələri üçün
etibarlılıq müddəti bir il olan
“İcazə”lərin (jurnalların) |
hər
bir vahidinə görə 500 ABŞ dolları |
24.7.2.
atmosfer havasına atılan zərərli maddələr
üzrə Avro-5 və daha yüksək ekoloji normalara
uyğun olan yük avtonəqliyyat vasitələri
üçün etibarlılıq müddəti bir il olan
“İcazə”lərin (jurnalların) 24.7.3.
yük avtonəqliyyat vasitələri üçün
etibarlılıq müddəti bir ay olan
“İcazə”lərin (jurnalların) |
hər
bir vahidinə görə 300 ABŞ dolları hər
bir vahidinə görə 100 ABŞ dolları |
Maddə
25. Azərbaycan Respublikası
ərazisində beynəlxalq avtomobil daşımalarını
tənzimləyən icazənin verilməsi üçün
dövlət rüsumunun tutulmasının
xüsusiyyətləri[209]
25.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Q