İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta sahəsində münasibətləri
tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi
və təşkilati əsaslarını müəyyən
edir.
Maddə 1. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında
qanunvericilik
1.1. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən,
Azərbaycan Respublikasının Əmək
Məcəlləsindən, “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanunundan, “İcbari
sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanunundan, “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,
bu Qanundan,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən və digər normativ hüquqi
aktlardan ibarətdir.[1]
1.2. Ələt azad iqtisadi zonasında
istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta sahəsində münasibətlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq
tənzimlənir.[2]
Maddə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.0.1. istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta (bundan sonra – icbari
sığorta) – istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından sığorta olunanların həyatına və
sağlamlığına dəyən zərər
nəticəsində onların peşə əmək
qabiliyyətinin itirilməsi və ya ölümü ilə
bağlı sığorta ödənişinin verilməsini
nəzərdə tutan sığorta sinfidir;
2.0.2. istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta müqaviləsi (bundan sonra –
icbari sığorta müqaviləsi) – icbari
sığortanın təmin edilməsi üçün
sığortalının müvafiq sığorta haqqı
ödəməsi müqabilində sığorta hadisəsi
nəticəsində sığortaçının
sığorta ödənişini həyata keçirmək
öhdəliyini nəzərdə tutan yazılı
razılaşma;
2.0.3. sığorta olunan – xeyrinə icbari
sığorta müqaviləsi bağlanılan və bu Qanunla
müəyyən olunmuş hallarda sığorta
ödənişi verilməli
olan bu Qanunun 3-cü maddəsində göstərilən
şəxslər;[3]
2.0.4. sığortalı – sığorta olunanın
xeyrinə icbari sığorta müqaviləsi bağlayan
Azərbaycan Respublikasında fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər,
dövlət orqanları;
2.0.5. sığortaçı – Azərbaycan
Respublikasında həyat sığortası sahəsi
üzrə sığorta fəaliyyətini həyata
keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun
iştirakçısı olmaqla istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta növünü
aparmağa, həmçinin Sığorta
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş hallarda annuitet
sığortası aparmağa müvafiq icazə almış
yerli hüquqi şəxs;
2.0.6. faydalanan şəxs – bu Qanuna uyğun olaraq
sığorta müqaviləsindən faydalanan (sığorta
ödənişi verilməli
olan) şəxs;
2.0.7. annuitet müqaviləsi – Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
olunmuş qaydada müvafiq icazə almış
sığortaçı və faydalanan şəxs arasında
bağlanılan, həmin faydalanan şəxsin xeyrinə
dövri sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan sığorta
müqaviləsi;
2.0.8. müqavilə ili – icbari sığorta
müqaviləsinin qüvvədə olduğu birinci il və
həmin müqavilənin qüvvədə olduğu
bütün dövr ərzində tamam olan hər
növbəti il;
2.0.9. istehsalat – fiziki şəxsin işləri,
xidmətləri (bundan sonra – əmək funksiyalarını)
haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10. istehsalatda bədbəxt hadisə – əmək
funksiyalarını yerinə yetirərkən xeyrinə icbari
sığorta müqaviləsi bağlanılmalı olan
şəxsin bədən üzvlərinin, toxumalarının
zədələnməsi ilə sağlamlığının
qəflətən və kəskin pozulması halı;
2.0.11. peşə xəstəliyi – əlverişsiz
və zərərli istehsalat amillərinin sığorta
olunanın orqanizminə təsiri nəticəsində baş
verən xroniki və ya kəskin xəstəlik;
2.0.12. sığorta hadisəsi – icbari sığorta
müqaviləsinin qüvvədə olduğu dövr
ərzində istehsalatda bədbəxt hadisə və ya
peşə xəstəliyi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətinin
itirilməsi, yaxud ölümü ilə əlaqədar bu
Qanuna görə sığorta ödənişinin faydalanan
şəxsə ödənilməsi üçün əsas
olan hal;
2.0.13. sığorta ödənişi – sığorta
hadisəsi baş verdikdə, sığorta olunanın
peşə əmək qabiliyyətinin itirilməsi və ya
ölümü ilə bağlı maddi itkilərin
bərpası məqsədilə faydalanan şəxsə
verilən pul təzminatı;
2.0.14. sığorta haqqı – icbari sığorta
müqaviləsi üzrə risklərin qəbul edilməsi
müqabilində sığortalı tərəfindən
sığortaçıya ödənilməli olan pul
məbləği;
2.0.15. sığorta məbləği – icbari
sığorta müqaviləsi üzrə
sığortaçının öhdəliyinin son həddi;
2.0.16. annuitet haqqı – bu Qanuna uyğun olaraq annuitet
müqaviləsi bağlanıldığı hallarda faydalanan
şəxsə dövri sığorta
ödənişlərinin ödənilməsi öhdəliyi
müqabilində annuitet müqaviləsi üzrə
sığortaçıya ödənilən pul
məbləği;
2.0.17. sığorta tarifi – icbari sığorta
müqaviləsi üzrə sığorta haqqının
hesablanması üçün bu Qanuna uyğun olaraq
müəyyən olunan əmək haqqı fonduna tətbiq
olunan faiz dərəcəsi;
2.0.18. peşə riskinin dərəcəsi –
əmək funksiyalarını yerinə yetirərkən
peşə əmək qabiliyyətinin itirilməsi və ya
ölüm ehtimalının iqtisadi fəaliyyət
növləri və sığorta olunanların
kateqoriyaları üzrə səviyyəsi;
2.0.19. sığorta olunanların kateqoriyaları –
sığorta olunanların istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada bölgüsü;
2.0.20. peşə əmək qabiliyyəti –
müəyyən ixtisasa uyğun olaraq əmək
funksiyalarını müəyyən edilmiş həcmdə
və keyfiyyətlə yerinə yetirmək
bacarığı;
2.0.21. peşə əmək
qabiliyyətinin itirilməsi dərəcəsi – sığorta
olunanın sığorta hadisəsi baş verənədək
malik olduğu peşə əmək qabiliyyətinin davamlı
itirilməsinin faizlə ifadəsi;
2.0.22. İcbari Sığorta
Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən
edilmiş qurum.[4]
2.0.23. maliyyə
bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında
tənzimləmə və nəzarətin həyata
keçirilməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum.[5]
Maddə 3. Sığorta olunanlar
3.1. Aşağıdakı şəxslər bu Qanunun
əsasında bağlanılan icbari sığorta
müqaviləsi üzrə icbari sığorta
olunmalıdırlar:
3.1.1. hüquqi şəxslə və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə və ya Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq bağlanılmış əmək
müqaviləsi və ya mülki-hüquqi müqavilə
əsasında əmək funksiyalarını yerinə
yetirən şəxslər, dövlət orqanında
çalışan dövlət qulluqçuları və
digər işçilər (“Məhkəmə
və hüquq mühafizə orqanları
işçilərinin dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan Respublikası
Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş
orqanlarda qulluq keçən hərbi və ya xüsusi
rütbəsi olan şəxslər, məhkəmə
hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində
nəzərdə tutulmuş şəxslər istisna
olmaqla); [6]
3.1.2. azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş və işləyən şəxslər;[7]
3.1.3. məcburi dövlət sosial
sığortasına cəlb olunması nəzərdə
tutulan seçkili ödənişli vəzifələrdə
işləyənlər (Azərbaycan Respublikası Milli
Məclisinin deputatları və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
3.1.4. istehsalat təcrübəsi (təlimi)
keçən tələbə və şagirdlər;
3.1.5. müəssisələrdə işə cəlb
edilən hərbi qulluqçular;
3.1.6. təbii fəlakətlərin
qarşısının alınmasına və
nəticələrinin aradan qaldırılmasına, habelə
hərbi və fövqəladə vəziyyət rejimində
işlərin yerinə yetirilməsinə cəlb edilən
şəxslər;
3.1.7. fərdi qaydada sahibkarlıq və əmək
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər.
3.2. Bu Qanun Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq Azərbaycan
Respublikasında əmək fəaliyyəti ilə
məşğul olan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
də (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq məcburi dövlət sosial sığortasına
cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil
olunur.
Maddə 4. Sığortalılar
4.0. Bu Qanuna əsasən aşağıdakılar
icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi
daşıyırlar:
4.0.1. Azərbaycan Respublikasında fəaliyyət
göstərən mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi
şəxs statusunda olan müəssisə, idarə və
təşkilatlar, onların filial və
nümayəndəlikləri;
4.0.2. dövlət orqanları;
4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər;
4.0.4. seçkili orqanlar;
4.0.5. fərdi qaydada
sahibkarlıq və əmək fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər.
Maddə 5. Faydalanan şəxslər
5.1. Aşağıdakı şəxslər bu Qanuna
əsasən faydalanan şəxs sayılırlar:
5.1.1. sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta olunanlar;
5.1.2. sığorta hadisəsi nəticəsində
sığorta olunanın öldüyü halda
aşağıdakı şəxslər:
5.1.2.1. sığorta olunanın himayəsində
olmuş və ya onun öldüyü günədək ondan
dolanacaq təminatı almaq hüququna malik olmuş
əmək qabiliyyəti olmayan şəxslər;
5.1.2.2. sığorta olunanın ölümündən
sonra doğulmuş uşağı;
5.1.2.3. sığorta olunanın himayəsində
olmuş və onun on dörd yaşına
çatmamış, yaxud bu yaşa çatsa da, tibb
orqanlarının rəyinə əsasən sağlamlıq
vəziyyətinə görə başqasının qulluğuna
ehtiyacı olan uşaqlarına, nəvələrinə,
qardaşlarına və bacılarına qulluq etməklə
məşğul olan və əmək qabiliyyətindən
asılı olmayaraq işləməyən
valideynlərdən biri, arvad (ər) və ya digər ailə
üzvü;
5.1.2.4. sığorta olunanın himayəsində
olmuş və onun ölümündən sonra beş il
ərzində əmək qabiliyyətini itirmiş
şəxslər.
5.2. Bu Qanunun 5.1.2.1-ci və
5.1.2.4-cü maddələrinin məqsədləri
üçün əmək qabiliyyəti olmayan və
əmək qabiliyyətini itirmiş şəxs dedikdə,
aşağıdakılar başa düşülür:
5.2.1. 18 yaşına
çatmamış uşaqlar;
5.2.2. təhsil
müəssisələrinin əyani şöbəsində
təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına
çatanadək;
5.2.3. ata, ana, ər, arvad,
övlad “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci
maddələrinə uyğun olaraq müəyyən
edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan
şəxsdirsə;[8]
5.3. Bu
Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş
hər hansı şəxs mövcud olmadıqda,
sığorta olunanın ailə üzvləri faydalanan
şəxs hesab edilirlər.
Maddə 6. Sığorta olunanın hüquq və
vəzifələri
6.1. Sığorta olunanın aşağıdakı
hüquqları vardır:
6.1.1. qanunvericiliklə müəyyən edilmiş
qaydada istehsalatdan ayrılmadan və ya istehsalatdan
ayrılmaqla, təhlükəsiz əmək metodlarına,
əməyin mühafizəsi qaydalarına və
təlimatlarına dair ödənişsiz təlim
keçmək;
6.1.2. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq sığortalının hesabına ilkin
və vaxtaşırı icbari tibbi müayinələrdən
keçmək;
6.1.3. sığortalıdan və
sığortaçıdan icbari sığorta ilə
bağlı hüquqları və vəzifələri
barədə ödənişsiz məlumat almaq;
6.1.4. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
digər hüquqları həyata keçirmək.
6.2. Sığorta olunanın aşağıdakı
vəzifələri vardır:
6.2.1. əməyin mühafizəsi qaydalarına və
əməyin mühafizəsinə dair təlimatlara riayət
etmək;
6.2.2. əmək müqaviləsində və ya
mülki-hüquqi müqavilədə nəzərdə
tutulmuş vəzifələrini yerinə yetirmək;
6.2.3. icbari sığorta müqaviləsində
göstərilmiş məlumatların dəyişməsi
haqqında, belə halların yarandığı tarixdən
10 iş günündən gec olmayaraq sığortalıya
məlumat vermək;
6.2.4. Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan Respublikasının
Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 7. Sığortalının hüquq və
vəzifələri
7.1. Sığortalının aşağıdakı hüquqları
vardır:
7.1.1. icbari sığorta müqaviləsinin
bağlanması üçün
sığortaçını bu Qanunun 11.2-ci maddəsində
göstərilən tələbləri nəzərə alaraq
sərbəst seçmək;
7.1.2. müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;[9]
7.1.3. sığorta hadisəsinin baş verdiyi halda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada sığorta olunanın
müayinə olunmasında şəxsən və ya
nümayəndəsi vasitəsilə iştirak etmək;
7.1.4. özünün, habelə sığorta
olunanların hüquq və qanuni mənafelərini
müdafiə etmək;
7.1.5. sığortaçıdan icbari
sığortanın şərtlərinin, icbari sığorta
müqaviləsi üzrə hüquq və
vəzifələrin izah edilməsini tələb etmək;
7.1.6. sığorta ödənişinin həyata
keçirilməsindən imtina və ya onun
məbləğinin azaldılması haqqında
sığortaçının qərarından qanunvericiliklə
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının
Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) və
məhkəməyə şikayət etmək;[10]
7.1.7. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
digər hüquqları həyata keçirmək.
7.2. Sığortalının aşağıdakı
vəzifələri vardır:
7.2.1. bu Qanunla müəyyən edilmiş qaydada
sığortaçı ilə icbari sığorta
müqaviləsi bağlamaq;
7.2.2. icbari sığorta müqaviləsi ilə
müəyyən edilmiş məbləğdə, qaydada
və müddətlərdə sığorta haqqını
sığortaçıya ödəmək;
7.2.3. sığorta olunanların kateqoriyalarında
və peşə riski dərəcəsində
dəyişikliklər edildikdə, onların
kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş
günü müddətində sığortaçını
bu barədə məlumatlandırmaq;
7.2.4. sığorta hadisələrinin baş
verməsinin qarşısının alınması
sahəsində tədbirlər həyata keçirmək,
habelə qanunvericiliyə uyğun olaraq
təhlükəsiz əmək şəraitini təmin
etmək;
7.2.5. müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
sığorta hadisələrinin
araşdırılmasını təmin etmək;
7.2.6. sığorta hadisəsinin baş verməsi
tarixindən 3 iş günü ərzində
sığortaçıya bu barədə məlumat vermək;
7.2.7. sığorta haqqının hesablanmasına
və ödənilməsinə, sığorta
ödənişinin təyin edilməsinə əsas verən,
icbari sığortanın həyata keçirilməsi
üçün zəruri olan və əldə edilməsi
özündən asılı olan digər sənədləri
sığortaçıya təqdim etmək;
7.2.8. qanunvericiliklə müəyyən edilmiş
müddətdə və qaydada sığorta olunanın ilkin
tibbi müayinədən və vaxtaşırı icbari tibbi
müayinədən keçirilməsini təmin etmək;
7.2.9. yenidən təşkil olunması, ləğv
edilməsi və ya fəaliyyətinə xitam verilməsi
barədə sığortaçıya dərhal məlumat
vermək;
7.2.10. sığorta hadisələrinin baş
verməsinin qarşısının alınması və
onların araşdırılmasının
nəticələri üzrə müvafiq icra hakimiyyəti
orqanının qərarlarını və
göstərişlərini yerinə yetirmək;
7.2.11. sığorta olunanlara onların hüquq və
vəzifələrini, habelə icbari sığortanın
şərtləri və qaydalarını izah etmək;
7.2.12. sığorta haqlarının
hesablanmasının və köçürülməsinin
düzgün uçotunu aparmaq, sığorta
ödənişi üçün əsas olan
sənədlərin qorunub saxlanmasını təmin etmək,
sığortaçıya sığorta
müqaviləsində müəyyən edilmiş qaydada
məlumat təqdim etmək;
7.2.13. sığorta hadisəsindən irəli
gələn itkilərin azaldılması üçün
tədbirlər görmək;
7.2.14. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
7.3. Bu Qanunla sığorta
etdirmək vəzifəsi daşıyan sığortalı
həmin vəzifəni yerinə yetirmədikdə və ya
icbari sığorta müqaviləsini qanunvericiliklə
nəzərdə tutulmuş şərtlərlə
müqayisədə sığorta olunanın vəziyyətini
pisləşdirən şərtlərlə bağladıqda,
sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun
olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı
şəxslər qarşısında azı bu Qanunla
müəyyən edilmiş sığorta təminatı
həcmində öhdəlik daşıyır.
Maddə 8. Faydalanan şəxsin hüquq və
vəzifələri
8.1. Faydalanan şəxsin aşağıdakı
hüquqları vardır:
8.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və
şərtlərlə sığorta ödənişini almaq;
8.1.2. bu Qanuna uyğun olaraq annuitet müqaviləsi
bağlamaq üçün sığortaçını
sərbəst seçmək;
8.1.3. müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
sığorta hadisəsinin araşdırılmasında
şəxsən, həmçinin müvafiq həmkarlar
ittifaqının nümayəndəsi ilə birlikdə
iştirak etmək;
8.1.4. sığorta hadisəsinin
araşdırılmasının nəticələri ilə
razılaşmadığı halda qanunvericiliyə uyğun
olaraq şikayət etmək;
8.1.5. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində
nəzərdə tutulmuş faydalanan şəxslər
münasibətdə), “Sığorta
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda və “İcbari
sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
8.2. Faydalanan şəxsin aşağıdakı
vəzifələri vardır:
8.2.1. bu Qanunun 18.6-cı maddəsində
nəzərdə tutulan sənədləri
sığortaçıya təqdim etmək;
8.2.2. icbari sığorta müqaviləsində və
ya annuitet müqaviləsində göstərilmiş
məlumatların dəyişməsi haqqında, habelə
sığorta ödənişinin məbləğinin
dəyişməsinə və ya bu ödənişi almaq
hüququnun itirilməsinə səbəb ola bilən hallar
barədə belə halların yarandığı tarixdən
10 iş günündən gec olmayaraq
sığortaçıya məlumat vermək;
8.2.3. 6 aydan gec olmamaq şərti ilə annuitet
müqaviləsi üzrə sığortaçını
həmin müqaviləyə xitam verilməsi barədə
niyyəti haqqında yazılı şəkildə
xəbərdar etmək;
8.2.4. Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan Respublikasının
Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci
maddəsində nəzərdə tutulmuş faydalanan
şəxslər münasibətdə), “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 9. Sığortaçının hüquq
və vəzifələri
9.1. Sığortaçının
aşağıdakı hüquqları vardır:
9.1.1. müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
sığorta hadisələrinin araşdırılmasında
iştirak etmək;
9.1.2. sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta olunanın
peşə əmək qabiliyyətinin itirilməsinin
müəyyənləşdirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılan müayinədə iştirak etmək, belə
müayinənin nəticələri ilə bağlı
qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və
məhkəmədə mübahisələndirmək, yeni
müayinənin keçirilməsini tələb etmək;[11]
9.1.3. icbari sığorta müqaviləsi
bağlandığı zaman sığorta riskinin
qiymətləndirilməsi üçün həmin
müqavilənin tərəfi qismində çıxış
edən sığortalının istehsalat şəraitinin
araşdırılması tədbirlərini həyata
keçirmək, bu məqsədlə müstəqil
ekspertləri cəlb etmək;
9.1.4. sığorta hadisələri üzrə
məlumatı əldə etmək, yoxlamaq və zəruri
hallarda səlahiyyətli dövlət orqanlarına sorğular
vermək;
9.1.5. sığortalılardan, sığorta olunanlardan
və faydalanan şəxslərdən sığorta
hadisəsi ilə əlaqədar bu Qanuna uyğun olaraq zəruri
sənədləri tələb etmək;
9.1.6. sığorta hadisələrinin baş
verməsinin qarşısının alınması ilə
bağlı tövsiyələr vermək;
9.1.7. bu Qanunun 20-ci
maddəsində nəzərdə tutulmuş hallarda
sığorta ödənişini həyata
keçirməkdən imtina etmək;
9.1.8. Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
digər hüquqları həyata keçirmək.
9.2. Sığortaçının
aşağıdakı vəzifələri vardır:
9.2.1. sığorta haqlarının vaxtında və
tam məbləğdə hesablanıb
ödənilməsinə nəzarət etmək;
9.2.2. sığorta ödənişinin bu Qanunla
müəyyən edilmiş qaydada və müddətdə
verilməsini təmin etmək;
9.2.3. sığorta ödənişinin həyata
keçirilməsindən imtina haqqında qərar qəbul
etdiyi halda sığorta olunana və faydalanan şəxsə
imtinanın səbəbləri barədə
əsaslandırılmış yazılı bildiriş
göndərmək;
9.2.4. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində, “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
9.3.
Sığortaçı müvafiq riskləri sığorta
etdirmək üçün müraciət edən və
sığorta marağı olan bu Qanunun 4-cü
maddəsində nəzərdə tutulmuş
subyektlərlə icbari sığorta müqaviləsi
bağlamaqdan imtina edə bilməz.[12]
Maddə 10. Sığorta hadisəsinin
müəyyən olunması[13]
10.1. Bu Qanuna əsasən sığorta
hadisəsi aşağıdakılar əsasında
müəyyən olunur:
10.1.1. istehsalatda bədbəxt hadisə
haqqında müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud
xeyrinə icbari sığorta müqaviləsi
bağlanılmalı şəxslə bağlı istehsalatda
bədbəxt hadisənin baş verməsi barədə
məhkəmə qərarı;
10.1.2. müvafiq icra hakimiyyəti
orqanının istehsalatda bədbəxt hadisə və ya
peşə xəstəliyi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsini təsdiq edən qərarı və ya
şəxsin ölümü haqqında
şəhadətnamə.
10.2. Bu Qanunun 9.1.4-cü
maddəsində nəzərdə tutulmuş sorğulara
səlahiyyətli dövlət orqanları yayılması “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qadağan olunmayan istənilən məlumatı sorğunun
daxil olduğu tarixdən etibarən 10 gün müddətində
təqdim etməlidirlər.
Maddə 11. İcbari sığorta müqaviləsi
11.1. İcbari sığorta müqaviləsi yalnız
həyat sığortası sahəsi üzrə
sığorta fəaliyyətinin həyata
keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun
iştirakçısı olmaqla istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta növü
üzrə fəaliyyətin həyata keçirilməsinə
Mərkəzi
Bankın verdiyi icazəyə malik olan
sığortaçı tərəfindən bağlanıla
bilər.[14]
11.2. Sığortalı bu Qanunun 11.1-ci
maddəsində göstərilən tələbləri
nəzərə alaraq sığortaçını
seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta
müqaviləsini bağlamaqdan imtina edə bilməz.
11.3. İcbari sığorta müqaviləsi elektron sənəd
formasında “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununun 34–1-ci
maddəsində nəzərdə tutulmuş informasiya sistemi
vasitəsilə
bağlanılır. İcbari sığorta
müqaviləsinin məzmunu və forması Mərkəzi Bank tərəfindən
müəyyən edilir. [15]
11.4. İcbari sığorta müqaviləsi
sığorta olunanın və ya faydalanan şəxsin
vəziyyətini Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunu və bu
Qanunla müəyyən olunmuş
şərtlərlə müqayisədə
pisləşdirirsə, sığortaçı sığorta
olunan və ya faydalanan şəxs qarşısında bu
Qanunla müəyyən olunmuş sığorta
təminatı həcmində öhdəlik daşıyır.[16]
11.5. İcbari sığorta müqaviləsi
müddətsiz bağlanılır.
11.6. İcbari sığorta müqaviləsi
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə
minir.
11.7. İcbari sığorta müqaviləsinə
aşağıdakı hallarda xitam verilir:
11.7.1. müqavilə ilinin sonuna azı 30 gün
qalmış icbari sığorta müqaviləsinə xitam
verilməsi barədə sığortaçının
xəbərdar edilməsi şərti ilə
sığortalının təşəbbüsü
əsasında;
11.7.2. icbari
sığorta müqaviləsi üzrə hüquq və
vəzifələrinin başqa şəxsə
keçməsinin mümkün olmadığı halda fiziki
şəxs sığortalı öldükdə, yaxud
hüquqi şəxs sığortalı ləğv
edildikdə və ya onun fəaliyyətinə xitam
verildikdə;
11.7.3. sığortalının sığorta olunanla
bağlamış olduğu əmək müqaviləsinə,
yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda,
həmin sığorta olunana münasibətdə;
11.7.4. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 919-cu
maddəsində nəzərdə tutulmuş digər
hallarda.
11.8. İcbari sığorta müqaviləsinə xitam
verilməsi sığortaçını faydalanan
şəxsə həmin müqavilənin qüvvədə
olduğu dövr ərzində baş vermiş sığorta
hadisələri üzrə sığorta ödənişini
vermək öhdəliyindən azad etmir.
11.9.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci
maddəsində nəzərdə tutulmuş əsaslar
mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı
andan etibarsız hesab edilir.[17]
Maddə 12. Annuitet müqaviləsi
12.1. Bu Qanunun 16.3-cü maddəsinə əsasən
birdəfəlik sığorta ödənişi almış
faydalanan şəxs annuitet müqaviləsi bağlamaq hüququ
olan sığortaçı ilə annuitet müqaviləsi
bağlaya bilər.
12.2. Annuitet müqaviləsinin
məzmunu və forması, onun bağlanılması,
dəyişdirilməsi və ona xitam verilməsi qaydaları Mərkəzi Bank tərəfindən
müəyyən edilir.[18]
Maddə 13. Sığorta tarifi
13.1. Peşə riskinin dərəcəsindən
və sığorta olunanların kateqoriyalarından
asılı olaraq fərqləndirilən sığorta
tarifləri 2 faizdən artıq olmamaq şərtilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
13.2. Sığorta tarifləri hər təqvim ili
üçün müəyyən olunur.
13.3. Növbəti təqvim ili
üçün sığorta tarifləri cari ilin dekabr
ayının 1-dək müəyyən olunmalıdır.
Maddə 14. Sığorta haqqı və
sığorta məbləği
14.1. Sığorta haqqı bu Qanuna uyğun olaraq
xeyrinə icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun
sığorta tarifinə hasili əsasında
müəyyən edilir.
14.2. Sığorta haqqı sığortalı
tərəfindən sığortaçıya müqavilə
ilinin əvvəlində icbari sığorta
müqaviləsində nəzərdə tutulmuş qaydada
hissə-hissə və ya birdəfəlik ödənilir.
14.3. İcbari sığorta müqaviləsinin
qüvvədə olduğu müddət ərzində
sığorta olunanların kateqoriyalarında və
peşə riski dərəcəsində, həmçinin
əmək haqqı fondunda dəyişikliklər baş
verərsə, sığorta haqqı bu
dəyişikliklərin tarixindən müvafiq müqavilə
ilinin başa çatmasına qədər qalmış vaxta
mütənasib şəkildə yenidən
hesablanmalıdır.
14.3-1. Sığorta haqqının
ödənilməsi yalnız nağdsız qaydada həyata
keçirilir.[19]
14.4. Bu Qanunun məqsədləri
üçün icbari sığorta müqaviləsi
üzrə sığorta məbləğinin
müəyyənləşdirilməsi qaydası Mərkəzi Bank tərəfindən
müəyyən edilir.[20]
Maddə 15. Annuitet haqqı
Annuitet haqqının
məbləğinin hesablanması qaydaları Mərkəzi Bank tərəfindən aktuar
prinsiplər gözlənilməklə müəyyən
olunur.[21]
Maddə 16. Sığorta ödənişi
16.1. Bu Qanuna uyğun olaraq faydalanan
şəxslərə aşağıdakı sığorta
ödənişləri verilir:[22]
16.1.1. aylıq sığorta ödənişi;
16.1.2. birdəfəlik sığorta
ödənişi;
16.1.3. əlavə sığorta ödənişi.
16.2. Aylıq sığorta ödənişi
sığorta hadisəsi baş verdikdə sığorta
olunanın peşə əmək qabiliyyətinin itirilməsi
ilə bağlı itirilmiş aylıq əmək haqqı
əvəzində faydalanan şəxsə verilən pul
təzminatıdır.
16.3. Birdəfəlik sığorta ödənişi
bu Qanunla müəyyən olunmuş qaydada aylıq
sığorta ödənişi məbləğlərinin
cəm halda birdəfəlik ödənilməsidir.
Birdəfəlik sığorta ödənişi
aşağıdakı hallarda verilir:
16.3.1. sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığortaolunanın
əlilliyi növbəti
müayinə müddəti göstərilmədən müəyyən edildikdə; [23]
16.3.2. sığorta hadisəsi nəticəsində
sığorta olunanın öldüyü halda;
16.3.3. sığorta hadisəsi
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi ilə əlaqədar aylıq sığorta
ödənişini alan sığorta olunan həmin
hadisənin birbaşa səbəbi olduğu
sağlamlığın pozulması halından
öldükdə.
16.4. Əlavə sığorta ödənişi
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu
hallarla əlaqədar müalicəyə, əlavə
qidalanmaya, dərman alınmasına,
protezləşdirməyə, başqasının qulluğuna,
sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat
vasitələri əldə edilməsinə, başqa
peşəyə hazırlanmaya çəkdiyi
xərclərinin əvəzinin ödənilməsinə
görə verilən pul təzminatıdır.
16.5. Sığortaçı
sığorta ödənişini bu Qanunla müəyyən
edilmiş müddətdə ödəmədikdə, hər
gecikdirilmiş gün üçün sığorta
ödənişi məbləğinin 0,1 faizi həcmində
dəbbə pulu ödəyir.[24]
Maddə 17. Sığorta ödənişi
məbləğlərinin hesablanması
17.1. Aylıq sığorta ödənişinin
məbləği sığorta hadisəsi
nəticəsində zərər çəkmiş
sığorta olunanın peşə əmək
qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu
orta aylıq əmək haqqının həmin sığorta
hadisəsi nəticəsində itirilmiş peşə
əmək qabiliyyətinin faizi miqdarında müəyyən
edilir.
17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə
tutulmuş orta aylıq əmək haqqı miqdarının
hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
17.3. Aylıq sığorta ödənişi
məbləğinin hesablanması zamanı sığorta
hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın orta aylıq
əmək haqqı barədə arayışı sığortalıdan
əldə etmək mümkün olmadıqda aylıq
sığorta ödənişinin məbləği müvafiq
icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın
müvafiq sahəsində müvafiq
dövr üçün müəyyən edilmiş orta
aylıq əmək haqqı əsasında hesablanır.[25]
17.4. Bu Qanunun 17.7-ci
maddəsində müəyyən edilmiş hal istisna olmaqla,
birdəfəlik sığorta ödənişinin
məbləği müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
hesablanır.
17.5. Əlavə sığorta ödənişi
məbləğinin hesablanması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
17.6. Sığortaçı öz
müstəqil qərarına əsasən bu Qanunla
müəyyən olunmuş sığorta
məbləğlərinə üstəlik sığorta
ödənişi ödəyə bilər.[26]
17.7. Bu
Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş
halda, birdəfəlik sığorta ödənişi
sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə
uyğun olaraq hesablanmış orta aylıq əmək
haqqının on iki misli məbləğində hesablanır.
Maddə 18. Sığorta ödənişinin
verilməsi qaydası
18.1. İcbari sığorta müqaviləsi
üzrə aylıq sığorta ödənişi
sığorta hadisəsi nəticəsində sığorta
olunanın əvvəlki peşə əmək
qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edildiyi gündən verilir.
18.2. Annuitet müqaviləsi
üzrə sığorta ödənişi faydalanan
şəxsə həmin müqavilədə
razılaşdırılmış gündən verilir.
18.3. Birdəfəlik sığorta ödənişi
icbari sığorta müqaviləsi və ya annuitet
müqaviləsi üzrə faydalanan şəxslə
sığortaçı arasında razılaşmaya
əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq
verilir.
18.4. Əlavə sığorta ödənişi
müvafiq icra hakimiyyəti orqanının qərarında
müəyyən olunmuş tarixdən və müddət
ərzində verilir.
18.5. Əlavə sığorta ödənişi
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunanın həmin
ödənişə aid yardım və qulluq
növlərinə möhtac olduğu və bunları pulsuz
almaq hüququnun qanunla
nəzərdə tutulmadığı halda verilir.
18.6. Sığorta ödənişinin təyin
edilməsi sığortaçı tərəfindən
faydalanan şəxsin tələbinə və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş siyahıda göstərilən
sənədlərə əsasən həyata keçirilir.
18.7. Sığorta ödənişinin təyin
edilməsi, verilməsinin dayandırılması və
bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
18.8. Sığortaçı sığorta
ödənişi təyin etmək üçün bu Qanunun
18.6-cı maddəsində göstərilən
sənədlərdən əlavə digər sənəd
tələb edə bilməz.
18.9. Sığorta ödənişini almaq
üçün sığorta tələbi və müvafiq
sənədlərin təqdim edildiyi tarixdən 10 iş
günü ərzində (sığorta olunan
öldükdə isə 2 iş günü ərzində)
sığortaçı sığorta ödənişinin
verilib-verilməməsi barədə qərar
çıxarır və bu barədə faydalanan
şəxsə rəsmi məlumat verir.
18.10. Sığortaçı bu Qanunun 9.1.2-ci
maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının aparılmış müayinənin
nəticələri barədə qərarı ilə razı
olmadıqda həmin qərarı qanunvericiliyə uyğun
olaraq mübahisələndirmək və yeni müayinənin
keçirilməsini tələb etmək niyyəti
barədə bu Qanunun 18.9-cu maddəsində nəzərdə
tutulmuş müddət ərzində faydalanan
şəxsə rəsmi məlumat verməlidir.
18.11. Faydalanan şəxs sığorta tələbini
sığorta ödənişini almaq hüququ yarandıqdan
sonra üç ildən gec təqdim etdikdə sığorta
ödənişi bu tələbin verildiyi tarixdən
əvvəlki üç il üçün ödənilir.
Bu müraciət üç il ərzində edildikdə
isə, sığorta ödənişi bu hüququn
yarandığı gündən etibarən bütün
dövrə şamil edilir.
18.12.
Sığorta olunanların həyatına və
sağlamlığına dəyən zərər
nəticəsində onların peşə əmək
qabiliyyətinin itirilməsi və ya ölümü ilə
bağlı bu Qanunla müəyyən edilmiş qaydada
sığorta ödənişinin həyata keçirilməsi
“İcbari sığortalar
haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci
maddəsində nəzərdə tutulmuş halda
mümkün olmadıqda, İcbari Sığorta Bürosu
tərəfindən kompensasiya ödənişi verilir.[27]
Maddə 19. Peşə əmək qabiliyyətinin
itirilməsi dərəcəsinin müəyyən edilməsi
qaydası
19.1. Sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta olunanın
peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsinin müəyyənləşdirilməsi
məqsədilə müayinə edilməsi sığorta
olunanın, sığortalının və ya
sığortaçının müraciəti, yaxud
qanunvericiliyə əsasən məhkəmənin
qərarı əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
19.2. Sığorta hadisəsi
nəticəsində zərər çəkmiş
sığorta olunanın peşə əmək
qabiliyyətinin itirilməsi dərəcəsinin
müəyyənləşdirilməsi, o cümlədən
həmin məqsədlə ilkin və təkrar müayinə
edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
Maddə 20. Sığorta ödənişindən
imtinanın əsasları
20.0. Sığortaçı aşağıdakı
hallarda sığorta ödənişinin verilməsindən
imtina edir:
20.0.1. sığorta hadisəsi sığorta
olunanın həmin hadisənin baş verməsinə
yönəldilmiş qəsdən etdiyi
hərəkətlərinin nəticəsi olduqda;
20.0.2. sığorta hadisəsi sığorta
olunanın əmək funksiyalarını icra edərkən
alkoqollu içkilər, narkotik vasitələr və psixotrop,
toksik və digər zəhərli maddələrin
təsirindən sərxoş vəziyyətdə olması
halında baş verdikdə;
20.0.3. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun 21-ci maddələrinə uyğun
olaraq sığorta ödənişindən imtinanın
digər ümumi əsasları mövcud olduqda.
Maddə 21. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində
nəzarət[28]
21.1. Sığortaçıların icbari
sığorta üzrə fəaliyyətinə nəzarət Azərbaycan
Respublikasının sığorta qanunvericiliyinə uyğun
olaraq Mərkəzi
Bank
tərəfindən həyata keçirilir.[29]
21.2. Sığortalılar tərəfindən
bədbəxt hadisələrin və peşə
xəstəliklərinin azaldılması üzrə
qabaqlayıcı tədbirlərin görülməsi və
əməyin mühafizəsi üzrə vəzifələrin
yerinə yetirilməsi üzərində qanunvericiliyə
uyğun olaraq dövlət nəzarətini müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.[30]
21.3. Sığortalılar
tərəfindən istehsalat zədələri və
peşə xəstəlikləri üzrə baş vermiş
hadisələrin uçotunun aparılması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 22. Mübahisələrin həlli
Bu Qanundan irəli gələn
mübahisələr qanunvericiliklə müəyyən
edilmiş qaydada, o cümlədən məhkəmə
qaydasında həll edilir.
Maddə 23. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun pozulmasına
görə sığortaçılar, sığortalılar,
sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının
Mülki, İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 11 may 2010-cu il
¹ 999-IIIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 noyabr 2011-ci il tarixli
233-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, ¹ 270,
“Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1089)
2. 29 oktyabr 2013-cü il tarixli 805-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 noyabr 2013-cü
il, ¹ 250; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1318)
3.
17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9)
4.
20 iyun
2014-cü il tarixli 999-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
iyul 2014-cü il, ¹ 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 777)
5.
16 dekabr 2014-cü il tarixli 1131-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
2, maddə 74)
6.
30 dekabr 2014-cü il tarixli 1164-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
2, maddə 96)
7.
13 fevral
2015-ci il tarixli 1195-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, ¹ 063, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 3, maddə
253)
8.
18 dekabr
2015-ci il tarixli 66-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2016-cı il, ¹ 37; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 184)
9.
4 mart
2016-cı il tarixli 150-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart 2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 416)
10.
13 iyun
2017-ci il tarixli 731-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, ¹ 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə
1290)
11.
1 oktyabr
2018-ci il tarixli 1245-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr 2018-ci il, ¹ 248, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1961)
12.
28 dekabr 2018-ci il tarixli 1418-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu
il, ¹ 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 01, maddə 35)
13.
28 dekabr 2018-ci il tarixli 1443-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral
2019-cu il, ¹ 27, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 49)
14.
19 may 2020-ci il tarixli 112-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830)
15.
6 iyul
2023-cü il tarixli 950-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 iyul 2023-cü il, “Azərbaycan”
qəzeti, 2 avqust 2023-cü il, ¹ 161, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 920)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 6 iyul 2023-cü il tarixli 950-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 iyul 2023-cü il, “Azərbaycan”
qəzeti, 2 avqust 2023-cü il, ¹ 161, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7,
maddə 920) ilə 1.1-ci
maddəyə “bu Qanundan”
sözlərindən əvvəl “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”
Azərbaycan Respublikasının Qanunundan,” sözləri
əlavə edilmişdir.
[2] 28 dekabr 2018-ci
il tarixli 1418-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 fevral 2019-cu il, ¹ 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 35) ilə 1-ci maddənin mətni 1.1-ci maddə hesab edilmişdir
və yeni məzmunda 1.2-ci maddə əlavə edilmişdir.
[3] 30 dekabr 2014-cü il tarixli 1164-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
96) ilə
2.0.3-cü və 2.0.6-cı maddələrində “almaq hüququ” sözləri “verilməli” sözü ilə
əvəz edilmişdir.
[4] 18 dekabr 2015-ci il tarixli 66-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2016-cı
il, ¹ 37; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 02, I kitab, maddə 184) ilə 2.0.21-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 2.0.22-ci maddə
əlavə edilmişdir.
[5] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 2.0.22-ci
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz olunmuşdır
və yeni məzmunda 2.0.23-cü maddə əlavə
edilmişdir.
6 iyul 2023-cü il tarixli 950-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 iyul 2023-cü il, “Azərbaycan”
qəzeti, 2 avqust 2023-cü il, ¹ 161, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7,
maddə 920) ilə 2.0.22-ci
maddənin sonunda nöqtəli vergül işarəsi
nöqtə işarəsi ilə əvəz edilmişdir
və 2.0.23-cü maddə ləğv edilmişdir.
[6] 13 fevral 2015-ci il tarixli 1195-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci
il, ¹ 063, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 3, maddə 253) ilə 3.1.1-ci
maddəsindən “və
andlı iclasçılar” sözləri
çıxarılmışdır.
[7] 15 noyabr
2011-ci il tarixli 233-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, ¹ 270,
“Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1089) ilə 3.1.2-ci maddəsi ləğv edilmişdir.
[8] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 5.2.3-cü
maddədə “əlildirsə”
sözü “əlilliyi olan
şəxsdirsə” sözləri ilə əvəz
edilmişdir.
[9] 1 oktyabr 2018-ci il tarixli 1245-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr
2018-ci il, ¹ 248, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1961) ilə 7.1.2-ci maddədə “təhqiqatında” sözü
“araşdırılmasında”
sözü ilə əvəz edilmişdir.
[10] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 7.1.6-cı
maddəyə “şikayət”
sözündən əvvəl “sığorta
nəzarəti orqanına
və məhkəməyə” sözləri əlavə edilmişdir.
4 mart
2016-cı il tarixli 150-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart 2016-cı il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 03, maddə 416) ilə 7.1.6-cı maddədə “sığorta nəzarəti
orqanı” sözləri “maliyyə
bazarlarına nəzarət orqanı” sözləri ilə
əvəz edilmişdir.
6 iyul
2023-cü il tarixli 950-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 iyul 2023-cü il, “Azərbaycan”
qəzeti, 2 avqust 2023-cü il, ¹ 161, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 920) ilə 7.1.6-cı
maddədə “maliyyə
bazarlarına nəzarət orqanına və” sözləri
“Azərbaycan
Respublikasının Mərkəzi Bankına (bundan sonra -
Mərkəzi Bank) və” sözləri ilə əvəz
edilmişdir.
[11] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 9.1.2-ci
maddədə “qanunvericiliyə
uyğun olaraq” sözləri “inzibati
qaydada və” sözləri ilə əvəz edilmişdir.
[12] 16 dekabr 2014-cü il tarixli 1131-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
74) ilə yeni
məzmunda 9.3-cü maddə əlavə edilmişdir.
[13] 20 iyun 2014-cü il
tarixli 999-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, ¹ 148; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə
777) ilə 10.0-cı, 10.0.1-ci və 10.0.2-ci maddələr
müvafiq olaraq 10.1-ci, 10.1.1-ci və 10.1.2-ci maddələr
hesab edilmişdir və yeni məzmunda 10.2-ci maddə
əlavə edilmişdir.
[14] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 11.1-ci
maddədə “sığorta
nəzarəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı”
sözləri ilə əvəz edilmişdir.
6 iyul 2023-cü il tarixli 950-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 iyul 2023-cü il, “Azərbaycan”
qəzeti, 2 avqust 2023-cü il, ¹ 161, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7,
maddə 920) ilə 11.1-ci
maddədə, 11.3-cü maddənin ikinci cümləsində,
12.2-ci, 14.4-cü, 15-ci və 21.1-ci maddələrdə ismin müvafiq
hallarında “maliyyə
bazarlarına nəzarət orqanı” sözləri ismin
müvafiq hallarında “Mərkəzi
Bank” sözləri ilə əvəz edilmişdir.
[15] 18 dekabr 2015-ci il tarixli 66-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2016-cı
il, ¹ 37; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 02, I kitab, maddə 184) ilə 11.3-cü maddədə “sığortalının yazılı müraciəti
əsasında yazılı formada” sözləri “elektron sənəd formasında
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş
informasiya sistemi vasitəsilə” sözləri ilə
əvəz edilmişdir.
4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 11.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına
nəzarət orqanı” sözləri ilə əvəz
edilmişdir.
[16] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 11.4-cü
maddədə “qanunvericiliklə”
sözü “Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, “İcbari
sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanunu və bu Qanunla” sözləri ilə əvəz edilmişdir.
[17] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 11.9-cu
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
11.9. Əqdlərin
etibarsızlığının qanunvericilikdə
nəzərdə tutulmuş əsasları ilə
yanaşı, icbari sığorta müqaviləsi
aşağıdakı hallarda da bağlandığı andan
etibarsız sayılır:
[18] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 12.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına
nəzarət orqanı” sözləri ilə əvəz
edilmişdir.
[19] 18 dekabr 2015-ci il tarixli 66-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2016-cı il, ¹ 37; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 02, I kitab, maddə 184) ilə yeni məzmunda 14.3–1-ci maddə əlavə edilmişdir.
4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 14.3–1-ci maddədə “sığorta nəzarəti orqanı” sözləri
“maliyyə bazarlarına
nəzarət orqanı” sözləri ilə əvəz
edilmişdir.
13 iyun 2017-ci il tarixli 731-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1290) ilə 14.3-1-ci maddəsi yei redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
14.3–1.
Sığorta vasitəçiləri sığortalılardan
nağd şəkildə qəbul etdikləri sığorta haqlarını
müvafiq sığortaçının hesabına bu Qanunun
11.3-cü maddəsində nəzərdə tutulmuş
informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş
sistemi vasitəsilə köçürürlər. Bu
ödəniş sistemi İcbari Sığorta Bürosuna
bütün ödəmələr, müvafiq
sığortaçıya isə onun hesabına
köçürülmüş ödəmələr
barədə maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada elektron
hesabat əldə etmək imkanı verməlidir.
[20] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 14.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına
nəzarət orqanı” sözləri ilə əvəz
edilmişdir.
[21] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 15-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına
nəzarət orqanı” sözləri ilə əvəz
edilmişdir.
[22] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 16.1-ci
maddədə “verilə
bilər” sözləri “verilir”
sözü ilə əvəz edilmişdir.
[23] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 16.3.1-ci
maddədə “sığorta
olunana əlillik” sözləri “sığortaolunanın əlilliyi” sözləri
ilə və “təyin”
sözü “müəyyən”
sözü ilə əvəz edilmişdir.
[24] 20 iyun 2014-cü il
tarixli 999-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, ¹ 148; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07,
maddə 777) ilə yeni məzmunda 16.5-ci maddə
əlavə edilmişdir.
[25] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 17.3-cü
maddədə “lazımi
sənədləri” sözləri “arayışı sığortalıdan”
sözləri ilə, “lazım
olan” sözləri “müvafiq”
sözü ilə əvəz edilmişdir.
[26] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01, maddə
9) ilə 17.6-cı
maddə çıxarılmışdır.
[27] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə yeni
məzmunda 18.12-ci maddə əlavə edilmişdir.
[28] 4 mart 2016-cı il tarixli 150-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart
2016-cı il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 416) ilə 21-ci
maddənin adında və 21.1-ci maddədə “dövlət nəzarəti”
sözləri “nəzarət”
sözü ilə əvəz edilmişdir.
[29] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01,
maddə 9) ilə 21.1-ci
maddədən “Azərbaycan Respublikasının sığorta
qanunvericiliyinə uyğun olaraq” sözləri
çıxarılmışdır.
4 mart
2016-cı il tarixli 150-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 mart 2016-cı il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 03, maddə 416) ilə 21.1-ci maddədə “sığorta nəzarəti
orqanı” sözləri “maliyyə
bazarlarına nəzarət orqanı” sözləri ilə
əvəz edilmişdir.
[30] 17 dekabr 2013-cü il tarixli 847-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, ¹ 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 01, maddə 9) ilə 21.2-ci maddədən “qanunvericiliyə uyğun olaraq” sözləri
çıxarılmışdır.