İnzibati
icraat haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanunun məqsədi inzibati orqanlar
tərəfindən insan hüquq və azadlıqlarına
əməl olunmasını təmin etməkdən və
qanunun aliliyinə nail olmaqdan ibarətdir.
I f ə s
i l
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun müəyyən
etdiyi qaydalar
1.1. Bu Qanun inzibati aktların qəbul
edilməsi, icra olunması və ya ləğv edilməsi
ilə bağlı inzibati orqanlar tərəfindən
həyata keçirilən fəaliyyətin hüquqi
əsaslarını, prinsiplərini və prosedur
qaydalarını müəyyən edir.
1.2. Bu Qanunun müddəaları inzibati
orqanların fiziki və ya hüquqi şəxslərə
münasibətdə faktiki xarakterli digər
fəaliyyətinə (hərəkətlərinə) də
şamil olunur.
Maddə 2 . Qanunda istifadə
olunmuş əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunmuş
əsas anlayışlar aşağıdakı mənalara
malikdir:
2.0.1. inzibati orqan - Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanları,
onların yerli (struktur) və digər qurumları,
bələdiyyələr, habelə qanuna əsasən inzibati
akt qəbul etmək səlahiyyəti verilmiş hər
hansı fiziki və ya hüquqi şəxs;
2.0.2. inzibati akt - inzibati orqan
tərəfindən ümumi (publik) hüquq sahəsinə aid
olan müəyyən (konkret) məsələni nizama salmaq
və ya həll etmək məqsədilə qəbul edilmiş
və ünvanlandığı hüquqi və ya fiziki
şəxs (şəxslər) üçün
müəyyən hüquqi nəticələr yaradan qərar,
sərəncam və ya digər növ hakimiyyət
tədbiridir;
2.0.3. maraqlı şəxs - inzibati
aktın qəbul edilməsi və ya müvafiq
hərəkətin edilməsi ilə bağlı inzibati orqana
müraciət etmiş və ya barəsində inzibati akt
qəbul edilmiş və ya müvafiq hərəkət
(hərəkətsizlik) edilmiş şəxs və yaxud
inzibati orqan tərəfindən qəbul edilməsi
nəzərdə tutulan və ya qəbul edilmiş inzibati
aktın və ya inzibati orqanın hərəkətinin
hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa
təsir etdiyi və ya təsir edə biləcəyi və
öz vəsatətinə əsasən və ya xidməti
vəzifəsindən irəli gələn hallarda inzibati
orqanın təşəbbüsü ilə inzibati icraata
cəlb edilən hər hansı fiziki və ya hüquqi
şəxs;
2.0.4. ərizə - maraqlı
şəxsin inzibati aktın qəbul edilməsi və ya ona
məxsus olan hər hansı hüququn həyata
keçirilməsi ilə bağlı inzibati orqana yazılı
müraciəti;
2.0.5. inzibati şikayət -
hüquqlarını və qanunla qorunan maraqlarını
müdafiə etmək məqsədilə maraqlı
şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən
imtinadan və yaxud inzibati orqanın hərəkət və ya
hərəkətsizliyindən subordinasiya baxımından
yuxarı inzibati orqana yazılı müraciəti;
2.0.6. inzibati icraat - fiziki və ya
hüquqi şəxslərin müraciəti əsasında
və ya inzibati orqanların öz təşəbbüsü
ilə inzibati aktın qəbul edilməsi, icra olunması,
dəyişdirilməsi və ya ləğv edilməsi,
habelə inzibati şikayətlərə baxılması
üzrə müvafiq inzibati orqanlar tərəfindən bu
Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində
həyata keçirilən fəaliyyət;
2.0.7. diskresion səlahiyyətlər -
qanunla inzibati orqana və ya vəzifəli şəxsə
mümkün qanunauyğun qərarlardan birini seçmək
hüququnun verilməsi;
2.0.8. qarşılıqlı etimad -
inzibati orqanla fiziki və ya hüquqi şəxs
arasındakı qarşılıqlı
münasibətlərdə müəyyən qanuni
hərəkətlərə və ya inzibati praktikaya
əsaslanan inam;
2.0.9. aralıq inzibati akt - konkret icraatın
təşkili və həyata keçirilməsi ilə
bağlı inzibati orqan tərəfindən qəbul edilən
akt;
2.0.10. əlverişli inzibati akt -
maraqlı şəxsə hüquq verən və ya onun
hüququnu təsdiq edən, yaxud onun üzərinə
qoyulmuş vəzifəni (vəzifələri) götürən
akt;
2.0.11. əlverişsiz (yükləyici)
inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən
və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun
üzərinə müəyyən vəzifə
(vəzifələr) qoyan akt.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu Qanunun müddəaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati
orqan kimi müəyyən (təsnif) edilmiş orqanların
fəaliyyətinə şamil olunur.
3.2. Bu Qanun inzibati orqanların:
3.2.1. cinayət təqibi üzrə
cinayət-prosessual fəaliyyətinə;
3.2.2. inzibati xətalara dair işlər
üzrə fəaliyyətinə şamil olunmur.
3.2-1.
Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata
keçirilməsi “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[1]
3.3. Azərbaycan Respublikasının
xüsusi qanunları ilə bu Qanunda nəzərdə
tutulmuş müddəaları tamamlayan müddəalar və
ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində
müəyyən olunmuş hallar istisna olmaqla)
müəyyən oluna bilər.[2]
Maddə 4. Aidiyyət
4.1. İnzibati orqanlar qanunla onların
səlahiyyətinə aid edilmiş işlər üzrə
inzibati icraatı həyata keçirirlər.
4.2. İnzibati orqan müraciətə
baxılması ilə əlaqədar səlahiyyətli
olub-olmamasını müstəqil şəkildə
müəyyən etməyə borcludur.
4.3. İnzibati orqanlar arasında
aidiyyət və ya səlahiyyətlərlə bağlı
mübahisələr müəyyən olunmuş qaydada
subordinasiya baxımından yuxarı inzibati orqan və ya
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar
arasında aidiyyət və səlahiyyətlə bağlı
mübahisələrin həlli qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.[3]
Maddə 5. İnzibati orqanlar
arasında qarşılıqlı hüquqi yardım
5.1. İnzibati orqan öz
səlahiyyətləri və imkanları daxilində digər
inzibati orqana həmin orqanın müraciəti əsasında
hüquqi yardım göstərməyə borcludur.
5.1-1. İnzibati orqan, bu Qanunun 7.1-ci
və 7.2-ci maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla, müraciət daxil olduğu gündən
15 gün müddətində hüquqi yardım
göstərilməsini təmin etməlidir. Hüquqi
yardım göstərilməsi üçün daha artıq
müddət tələb olunduğu hallarda, inzibati orqan
tərəfindən hüquqi yardımın
göstərilməsi müddəti, ona bu məqsədlə
müraciət etmiş digər inzibati orqana
əsaslandırılmış yazılı məlumat
verilməklə, 15 günədək uzadıla bilər.[4]
5.2. Subordinasiya baxımından tabelik
münasibətlərində olan inzibati orqanların
bir-birinə yardım etməsi qarşılıqlı
hüquqi yardım sayılmır.
Maddə 6. Hüquqi yardımın
şərtləri
6.0. İnzibati orqan hüquqi yardım
üçün aşağıdakı hallarda müraciət
edə bilər:
6.0.1. hüquqi və faktiki xarakterli
səbəblər üzündən hər hansı
hərəkəti müstəqil həyata keçirmək
iqtidarında olmadığı hallarda;
6.0.2. müəyyən
məsələnin həlli üçün ona məlum
olmayan və özünün müstəqil olaraq
müəyyən edə bilmədiyi faktlar tələb
olunduğu hallarda;
6.0.3. müəyyən
məsələnin həlli üçün tələb
olunan zəruri sənədlər və ya digər sübutlar
hüquqi yardım üçün müraciət edilmiş
müvafiq inzibati orqanın sərəncamında olduğu
hallarda;
6.0.4. müəyyən
məsələni müstəqil şəkildə həll
etmək üçün tələb olunan zəruri
xərclər, həmin məsələnin hüquqi yardım
qaydasında digər inzibati orqan tərəfindən həll
olunması üçün tələb olunan
xərclərdən çox olduğu hallarda.
Maddə 7. Hüquqi yardım
göstərməkdən imtinanın əsasları
7.1. İnzibati orqan
aşağıdakı hallarda hüquqi yardım
göstərməkdən imtina edə bilər:
7.1.1. hüquqi yardım qaydasında
tələb olunan tədbirlərin həyata
keçirilməsi onun qanunvericiliklə müəyyən
olunmuş səlahiyyətlərinə aid olmadıqda;
7.1.2. hüquqi yardım qaydasında
həyata keçirilməsi zəruri olan tədbirlər
hüquqazidd olduqda;
7.1.3. hüquqi yardımın
göstərilməsi onun öz funksional
vəzifələrinin yerinə yetirməsinə
əhəmiyyətli dərəcədə mane olduqda;
7.1.4. hüquqi yardım qaydasında
tələb olunan sənədlər və (və ya) məlumatlar
qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.
7.2. İnzibati orqan
aşağıdakı hallarda hüquqi yardım
göstərməyə borclu deyildir:
7.2.1. başqa inzibati orqan daha sadə
üsulla və ya daha az məsrəflə hüquqi yardım
göstərə bilərsə;
7.2.2. həmin inzibati orqan xahiş olunan
yardıma mütənasib olmayan yalnız böyük
məsrəf hesabına hüquqi yardım göstərə
bilərsə.
7.3. İnzibati orqan hüquqi yardım
göstərməkdən imtina etdiyi halda, ona həmin
məqsədlə müraciət etmiş digər inzibati
orqana müraciətin daxil olduğu gündən üç
gün müddətində bu barədə yazılı
məlumat verməlidir.
7.4. Müraciət edən inzibati orqan
hüquqi yardımdan imtina ilə bağlı
məsələyə baxılması barədə hüquqi
yardım üçün müraciət olunmuş orqana
münasibətdə nəzarət funksiyasını həyata
keçirən yuxarı inzibati orqana müraciət edə
bilər. Yuxarı inzibati orqan tərəfindən həmin
məsələyə 5 gün müddətində
baxılır və qəti qərar qəbul edilir. Hüquqi
yardımdan imtina əsassız hesab edildikdə, yuxarı
inzibati orqan belə yardımın dərhal
göstərilməsi barədə hüquqi yardım
üçün müraciət olunmuş inzibati orqana
müvafiq tapşırıq verir.[5]
Maddə 8. Hüquqi yardımla
bağlı xərclərin ödənilməsi
Hüquqi yardımla bağlı
müraciət etmiş orqan, belə yardımın
göstərilməsi ilə əlaqədar
çəkilmiş xərclər iyirmi iki manatdan yuxarı
olduqda, həmin xərcləri ödəməlidir.[6]
Maddə 9. Sənədlərin
surətini rəsmi təsdiq etmək hüququ
9.1. İnzibati orqan, özü və ya
ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati
aktların və ya digər sənədlərin surətini
təsdiq edə bilər.
9.2. İnzibati orqan tərəfindən
müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya
digər sənədlərin təsdiqlənmiş
surətləri rəsmi qüvvəyə malikdir.
9.3. Məzmunu dəyişdirilmiş
və ya bütövlüyü pozulmuş sənədin
təsdiq olunmasına yol verilmir.
9.4. Sənəd təsdiq
edilərkən aşağıdakı məlumatları
əks etdirən vərəq tərtib olunmalıdır:
9.4.1. sənədin dəqiq adı;
9.4.2. sənədin surətinin onun
əsli ilə düz olması barədə qeyd;
9.4.3. sənədin təsdiq olunduğu
tarix və yer;
9.4.4. məsul vəzifəli
şəxsin imzası və inzibati orqanın
möhürü.
9.5. Sənədin təsdiq olunmuş
surətinin hər səhifəsi vəzifəli şəxs
tərəfindən imza edilməli və möhür
vurulmalıdır.
9.6. İnzibati aktın və ya digər
sənədin surətinin təsdiq edilməsi faktı
müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada
qeydə alınmalıdır.
II f ə
s i l
ÜMUMİ
PRİNSİPLƏR
Maddə 10. Hüquqi dövlətin
ümumi prinsipləri
10.1. Azərbaycan Respublikasında inzibati
icraat Azərbaycan Respublikasının Konstitusiyasında və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş prosessual təminatlar, habelə
hüququn və hüquqi dövlətin hamılıqla
qəbul olunmuş prinsipləri əsasında həyata
keçirilir.
10.2. Hüququn və hüquqi
dövlətin hamılıqla qəbul olunmuş prinsipləri
inzibati orqanlar tərəfindən inzibati icraatın həyata
keçirilməsi zamanı birbaşa tətbiq olunur.
10.3. Bu Qanunda nəzərdə
tutulmuş prinsiplər digər prinsiplərin
əhəmiyyətinin azaldılması kimi şərh oluna
bilməz.
Maddə 11. Qanunçuluq prinsipi
11.1. İnzibati orqanlar qanunun
tələblərinə riayət etməyə borcludurlar.
11.2. İnzibati orqanlar yalnız qanunla
nəzərdə tutulmuş hallarda və qaydada şəxsin
hüquq və azadlıqlarına müdaxilə edə
bilərlər.
Maddə 12. Bərabərlik prinsipi
12.1. Hamı qanun və inzibati orqan
qarşısında bərabərdir.
12.2. İnzibati orqan tərəfindən
eyni mühüm faktiki hallara malik olan müxtəlif
işlər üzrə müxtəlif qərarların
qəbul edilməsi qadağandır.
12.3. İnzibati orqan tərəfindən
fərqli mühüm faktiki hallara malik olan müxtəlif
işlər üzrə eyni cür qərarların qəbul
edilməsi qadağandır.
12.4. İnzibati orqan diskresion
səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata
keçirməyə borcludur. Bu müddəa diskresion
səlahiyyətlərin icrası ilə bağlı mövcud
inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun
qorunması prinsipi
13.1. İnzibati orqanların inzibati
praktikasına fiziki və ya hüquqi şəxslərin
etimadı qanunla qorunur.
13.2. İnzibati orqan mövcud inzibati
praktikaya uyğun hərəkət etməyə borcludur.
Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud
inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər.
Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter
daşımalıdır.
13.3. Müəyyən inzibati aktın
sonradan qəbul edilməsi və ya qəbul edilməməsi
ilə bağlı səlahiyyətli inzibati orqanların
vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi
şəxslərin etimadı qanunla qorunur.
13.4. İnzibati orqanların bu Qanunun
13.3-cü maddəsində nəzərdə tutulmuş
vədləri və ya bəyanatları yalnız yazılı
formada olduqda etibarlı təminat sayılır və
şəxsin etimad hüququnun əsasını təşkil
edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də
təminatlara şamil olunur.
13.5. Fiziki və ya hüquqi
şəxslərin etimadı qanunsuz
hərəkətlərə əsaslana bilməz.
Maddə 14. Diskresion
səlahiyyətlərin həyata keçirilməsi qaydası
14.1. İnzibati orqan diskresion
səlahiyyətlərini qanunla müəyyən olunmuş
hüdudlar daxilində (qanunla ona verilmiş
səlahiyyətlər daxilində) həyata keçirməyə
borcludur.
14.2. Diskresion səlahiyyətlər
əsasında qəbul edilən qərarlar həmin
səlahiyyətlərin məqsədinə uyğun
olmalıdır.
14.3. Diskresion səlahiyyətlərin
həyata keçirilməsi zamanı fiziki və ya hüquqi
şəxslərin hüquq və azadlıqlarının
əsassız məhdudlaşdırılmasına
yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Maddə 15. Formal
tələblərdən sui-istifadənin qadağan olunması
15.1. Qanunla məcburi şərt kimi
nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal
tələblərə əməl olunmasını təmin
etmək məqsədilə inzibati orqanlar tərəfindən
fiziki və hüquqi şəxslərin üzərinə bu
və ya başqa öhdəliklərin qoyulması
qadağandır.
15.2. Qanunda birbaşa nəzərdə
tutulmadığı hallarda fiziki və ya hüquqi
şəxslər tərəfindən formal
tələblərə əməl olunmaması və ya
lazımi qaydada əməl olunmaması inzibati orqanlar
tərəfindən müvafiq qərarın qəbul
olunmasından imtina üçün əsas ola bilməz.
15.3. İnzibati orqanlar fiziki və ya
hüquqi şəxslər tərəfindən təqdim
olunmuş sənədlərdə yazı və hesab zamanı
yol verilmiş aşkar və düzəldilməsi
mümkün olan səhvlərə görə həmin
sənədləri qəbul etməkdən imtina edə
bilməz.
Maddə 16. Hüququn
tətbiqindən imtinanın qadağan olunması
16.1. Fiziki və ya hüquqi
şəxsə münasibətdə hər hansı hüquq
normasını tətbiq etməli olan inzibati orqan, maraqlı
şəxsin vəsatətinə əsasən və ya
xidməti vəzifəsindən irəli gələn hallarda
öz təşəbbüsü ilə həmin normanı
tətbiq etməyə borcludur.
16.2. Hüquq normasının tətbiqi
inzibati orqanın diskresion səlahiyyətlərinə aid
olduğu hallarda, maraqlı şəxs diskresion
səlahiyyətlərin düzgün həyata
keçirilməsini tələb etməkdə haqlıdır.
Maddə 17. Mütənasiblik prinsipi
Fiziki və ya hüquqi
şəxslərin hüquqi statusuna (prinsipial
hərəkət azadlığına) hər hansı
müdaxiləni nəzərdə tutan tədbirlər inzibati
orqanın güddüyü qanuni məqsədə
mütənasib olmalı, həmin məqsədə
çatmaq üçün öz məzmunu, yeri, vaxtı
və əhatə etdiyi şəxslərin dairəsi baxımından
zəruri və yararlı olmalıdır.
Maddə 18. Çoxun azı ehtiva
etməsi prinsipi
18.1. İnzibati orqan mənasına
görə fiziki və ya hüquqi şəxslər
tərəfindən əvvəllər edilmiş başqa
hərəkətlə ehtiva olunan (həmin
hərəkətin həcminə daxil olan və ya daxil ola
bilən) hər hansı digər hərəkətin
edilməsini tələb edə bilməz.
18.2. İnzibati orqanlar
tərəfindən verilmiş arayışlar və
icazələr onların məqsədilə uzlaşan
hissəvi arayışları və icazələri ehtiva edir.
Maddə 19. Mötəbərlik
prezumpsiyası
19.1. İnzibati icraat zamanı işin
faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi
şəxslər tərəfindən təqdim olunan
sənədlər və dəlillər, onların
həqiqətə uyğun olmadığı sübuta
yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və
ya hüquqi şəxslərdən həmin sənədlərin
və dəlillərin mötəbərliyini təsdiq edən
əlavə sənədlərin və ya məlumatların
tələb olunması qadağandır.
19.2. Təqdim olunmuş
sənədlərin və dəlillərin
mötəbərliyinə əsaslı şübhələr
olduğu hallarda, inzibati orqan müstəqil şəkildə
və öz hesabına onların mötəbərliyinin
müəyyən edilməsi üçün tədbirlər
görür.
III f ə
s i l
PROSEDUR
PRİNSİPLƏR VƏ TƏMİNATLAR
Maddə 20. İnzibati orqana
müraciət etmək hüququ
20.1. Hər bir şəxsin onun hüquq
və qanuni maraqlarına bilavasitə aid olan
məsələlərlə bağlı inzibati orqana
müraciət etmək, vəsatət vermək və ya
inzibati orqandan məlumat əldə etmək hüququ
vardır.
20.2. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, inzibati orqan onun
səlahiyyətlərinə aid olan məsələlər
üzrə müraciətlərə baxmağa, həmin
müraciətlər üzrə müvafiq qərar qəbul
etməyə və ya məlumat verməyə borcludur.
Maddə 21. İnzibati icraatda
maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati
icraat barədə maraqlı şəxsə və ya onun
nümayəndəsinə məlumat verməli və
işdə onun iştirakını təmin etməlidir.
21.2. Qanunda başqa hallar
nəzərdə tutulmamışdırsa, inzibati aktı
qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu,
xüsusilə işin müəyyən edilmiş faktiki
halları və həmin işlə bağlı
nəzərdə tutulan tədbirlər haqqında maraqlı
şəxslərə və ya onların
nümayəndələrinə məlumat verməyə və
bu barədə onların mülahizələrini
dinləməyə bocludur.
21.3. İnzibati orqan
aşağıdakı hallarda maraqlı şəxsləri
və ya onların nümayəndələrini
dinləməkdən imtina edə bilər:
21.3.1. maraqlı şəxslərin
tələblərinin tam təmin olunduğu inzibati aktın
qəbul edilməsi nəzərdə tutulduqda;
21.3.2. ictimai və ya dövlət
maraqlarına ziyan vura biləcək təhlükənin
qarşısının alınması və ya aradan
qaldırılması ilə əlaqədar inzibati aktın
dərhal qəbul olunması zərurəti yarandıqda;
21.3.3. dinləmənin
keçirilməsi inzibati aktın qəbul edilməsi ilə
bağlı müddətin buraxılmasına səbəb ola
biləcəyi halda;
21.3.4. ümumi xarakterli
sərəncamın və ya çoxlu sayda identik məzmunlu
inzibati aktların və ya avtomatik qurğular vasitəsilə
inzibati aktların qəbul edilməsi nəzərdə
tutulduqda;
21.3.5. barəsində müstəqil
şəkildə şikayət verilə bilməyən
aralıq inzibati aktın qəbul edilməsi nəzərdə
tutulduqda;
21.3.6. inzibati aktların məcburi qaydada
icrası ilə bağlı tədbirlərin tətbiqi
nəzərdə tutulduqda.
Maddə 22. İşə
baxılmasında qərəzsizlik
22.1. İnzibati orqanlar öz
səlahiyyətlərini qərəzsiz olaraq həyata
keçirməyə borcludurlar.
22.2. İşin nəticəsində
marağı olan vəzifəli şəxs inzibati icraatda
iştirak edə bilməz.
Maddə
23. İnzibati orqan tərəfindən
məsləhətlərin və zəruri məlumatların
verilməsi
23.1.
İnzibati orqan ərizə, şikayət və ya
vəsatətlərin verilməsində, ərizə,
şikayət və ya vəsatətlərdə
buraxılmış səhvlərin aşkar edilməsində
və onların aradan qaldırılmasında maraqlı
şəxsə yardım etməyə, inzibati icraatda
iştirak edən şəxsin malik olduğu hüquq və
vəzifələri ona izah etməyə borcludur.[7]
23.2. Fiziki və ya hüquqi
şəxslərin müraciətinə əsasən
müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla
bağlı digər formulyarların (blankların)
nümunələrini onlara verməyə, yaxud poçt
rabitəsi və ya digər elektron rabitə kanalları
vasitəsilə göndərməyə borcludur.
Maddə 24. İşin
hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat
zamanı işin düzgün həlli üçün
əhəmiyyət kəsb edən bütün faktiki
halları hərtərəfli, tam və obyektiv
araşdırmağa borcludur.
24.2. İnzibati orqan maraqlı
şəxslərin xeyrinə olan halların
araşdırılmasından və nəzərə
alınmasından imtina edə bilməz.
24.3. İnzibati icraat zamanı işin
bütün hallarının araşdırılması inzibati
orqanın xidməti vəzifəsindən irəli gəlir.
Araşdırmanın üsulu və həcmi inzibati orqan
tərəfindən müəyyən edilir. İnzibati orqan
maraqlı şəxslərin izahatları ilə və
təqdim etdiyi sübutlarla bağlı deyildir.
24.4. Təqdim olunmuş sübutlar yetərli
olmadıqda, inzibati orqan öz təşəbbüsü
ilə əlavə sübutlar toplamağa borcludur.
24.5. İnzibati orqan inzibati icraatda
iştirak edən şəxslər tərəfindən
təqdim olunmuş və baxılması onun səlahiyyət
dairəsinə aid olan ərizə, şikayət və ya
vəsatətləri işə aid olmaması
və ya əsassız olması səbəbindən qəbul
etməkdən imtina edə bilməz.[8]
Maddə 25. İnzibati icraat
materialları ilə tanış olmaq hüququ
25.1. Qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat
zamanı, həm də icraatdan sonra inzibati icraat materialları
ilə tanış olmaq və ya icraatla bağlı məlumat
almaq hüququna malikdirlər.
25.2. Qanunla başqa qayda
nəzərdə tutulmamışdırsa, inzibati icraatla
bağlı məlumatlar başqa şəxslərə
yalnız maraqlı şəxslərin razılığı
əsasında verilə bilər.
25.3. İnzibati orqan müraciət daxil
olduğu gündən 3 gün müddətində müvafiq
məlumatları verməlidir.
25.4. İnzibati orqan məzmununda qanunla
qorunan hər hansı sirr olan sənədlərdən
maraqlı şəxslərin ziyanına istifadə edə
bilməz.
25.5. Məzmununda qanunla qorunan hər
hansı sirr olan sənədin tanış olmaq
üçün təqdim edilməsindən imtina olunduğu
hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin
sənədin məzmunu haqqında maraqlı şəxsə
mümkün qədər dolğun məlumat verməyə
borcludur.
25.6. Maraqlı şəxslər inzibati
icraat materialları ilə həmin icraatın həyata
keçirildiyi inzibati orqanda tanış ola bilərlər.
25.7. Müstəsna hallarda maraqlı
şəxslər, yazılı müraciət əsasında,
inzibati icraat materialları ilə digər inzibati orqanda,
habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik
nümayəndəliyində tanış ola bilərlər.
25.8. Maraqlı şəxsin inzibati
icraatla bağlı sənədlərin və digər
materialların surətlərini əldə etmək hüququ
vardır.
25.9. Sənədlərin və digər
materialların surətlərinin çıxarılması
və poçt rabitəsi ilə göndərilməsi
üçün Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada haqq
müəyyən oluna bilər.
Maddə 26. Məzmununda qanunla qorunan
hər hansı sirr olan sənədlərin və ya
məlumatların məxfiliyinin təmin olunması
Ərizəçi məzmununda onun
ailə və şəxsi həyatına aid sirr olan, habelə
peşə və ya kommersiya sirri olan sənədlərin
və ya məlumatların məxfiliyinin təmin
olunmasını inzibati orqandan tələb etmək hüququna
malikdir.
Maddə 27. İnzibati icraatın
aparıldığı dil
27.1. İnzibati icraat Azərbaycan
Respublikasının dövlət dilində və ya
müəyyən ərazi əhalisinin əksəriyyətinin
dilində aparılır.
27.2. İnzibati icraatda iştirak edən
və icraatın aparıldığı dili bilməyən
şəxslərə tərcüməçinin
xidmətindən istifadə etmək hüququ izah və
təmin edilir.
27.2-1.
İnzibati icraatda iştirak edən və
ixtisaslaşmış vasitəçilərin
köməyinə ehtiyacı olan əlilliyi olan
şəxslər ixtisaslaşmış vasitəçilərin
(qiraətçilərin və peşəkar surdo
tərcüməçilərin) xidmətləri ilə
təmin edilirlər. Bu halda ixtisaslaşmış
vasitəçilər (qiraətçilər və
peşəkar surdo tərcüməçilər) bu Qanunun
məqsədləri üçün tərcüməçi
hesab olunurlar.[9]
27.3. İnzibati icraatda iştirak edən
şəxslərə sənədlər və məlumatlar
icraatın aparıldığı dildə verilir.
I V f ə
s i l
İNZİBATİ
İCRAAT
Maddə 28. İnzibati icraatın
başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın
başlanılması üçün əsaslar
aşağıdakılardır:
28.1.1. fiziki və ya hüquqi
şəxsin ərizəsi;
28.1.2. inzibati orqanın
təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş
hallarda inzibati orqanın inzibati aktı qəbul etmək
vəzifəsi;
28.1.3. inzibati aktdan şikayət verildiyi
halda, inzibati şikayət.
28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü
maddələrində nəzərdə tutulmuş hallarda
inzibati icraat müvafiq olaraq ərizənin və ya
şikayətin qeydiyyata alındığı andan
başlanır.
28.3. Bu Qanunun 28.1.2-ci maddəsində
nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı
şəxsə icraat haqqında məlumat verildiyi və ya
maraqlı şəxsə münasibətdə ilk prosessual
hərəkətin həyata keçirildiyi andan
başlanır.
28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci
maddələrində nəzərdə tutulmuş əsaslar
üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş
qaydalara uyğun olaraq aparılır.
28.5. Bu Qanunun 28.1.3-cü
maddəsində nəzərdə tutulmuş əsaslar
üzrə inzibati icraat bu Qanunun VII fəslində
müəyyən edilmiş xüsusiyyətlər
nəzərə alınmaqla bu fəsildə
müəyyən olunmuş qaydalara uyğun həyata
keçirilir.
Maddə 29. Ərizə və ya
vəsatətlərin təqdim edilməsi
29.1. Azərbaycan Respublikasının
qanunvericiliyində başqa qayda nəzərdə
tutulmamışdırsa, ərizə maraqlı şəxs
tərəfindən həmin ərizədə qaldırılmış
məsələ ilə əlaqədar inzibati akt qəbul
etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana
şəxsən təqdim olunur və ya poçt rabitəsi
vasitəsilə, yaxud elektron üsulla göndərilir.
29.2. Maraqlı şəxs
tərəfindən vəsatət müvafiq inzibati orqana bu
Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş
qaydada yazılı formada təqdim olunur.
Maddə 30. Ərizənin forması
və məzmunu
30.1. Ərizə yazılı formada
tərtib olunmalıdır.
30.2. Ərizədə
aşağıdakı məlumatlar göstərilməlidir:
30.2.1. ərizəçinin
müraciət etdiyi inzibati orqanın adı;
30.2.2. ərizəçi fiziki
şəxs olduqda onun soyadı, adı, atasının adı
və ünvanı, şəxsiyyətini təsdiq edən
sənəd haqqında məlumatlar;
30.2.3. ərizə hüquqi
şəxsin adından verildikdə onun adı və hüquqi
ünvanı;
30.2.4. tələbin qısa məzmunu;
30.2.5. ərizənin tərtib edildiyi
tarix və ərizəçinin imzası;
30.2.6. hüquqi şəxsin
rəhbərinin və ya nümayəndəsinin imzası
və hüquqi şəxsin möhürü;
30.2.7. ərizəyə əlavə
edilmiş sənədlərin siyahısı.
30.3. Təqdim olunması qanunla
nəzərdə tutulmuş sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin
tələblərinə əməl edilməklə, ərizəyə
qoşma kimi əlavə olunur.[10]
30.4. Ərizə bu maddədə
nəzərdə tutulmuş tələblərə cavab
vermədikdə, inzibati orqan ərizədə həmin
tələblərə uyğun olaraq düzəlişlərin
edilməsi üçün qısa müddət təyin edir
və formal tələblərə əməl olunmamasının
hüquqi nəticələrini ərizəçiyə izah
edir.
30.5.
İnzibati orqan qanunla ərizəyə əlavə
edilməli olan sənədləri, o cümlədən elektron
sənədləri əldə etmək üçün
dövlət orqanlarının (qurumlarının) elektron
informasiya ehtiyatlarından (məlumat bazaları,
məlumat-axtarış sistemləri, reyestrlər və
digər informasiya resursları) müəyyən olunmuş
hədlərdə istifadə edir. Bunun mümkün olmadığı
hallarda həmin sənədlərin təqdim edilməsi
ərizəçinin razılığı ilə sorğu
əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur
və ya ərizəçi tərəfindən təmin
olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü
maddəsinə uyğun olaraq kağız
daşıyıcıda və ya elektron sənəd
formasında təqdim edilə bilər.[11]
Maddə 31. Ərizə və ya
vəsatətlərin qəbul edilməsi və qeydiyyata
alınması
31.1. İnzibati orqan ərizəçi
tərəfindən şəxsən təqdim olunmuş
və ya poçt rabitəsi vasitəsilə daxil olmuş
ərizəni qəbul etməli və həmin gün qeydiyyata
almalıdır.
31.2. İnzibati orqan ərizənin
qəbul edildiyi gündən ən geci üç gün
müddətində ərizənin qeydiyyat tarixi və
nömrəsi haqqında ərizəçiyə
arayış verməyə və ya göndərməyə
borcludur.
31.3. İnzibati orqan vəsatəti
qəbul etməyə və icraat materiallarına əlavə
etməyə borcludur.
Maddə 32. Əlavə
sənədlərin və ya məlumatların tələb
olunması
32.1. İnzibati orqan üç gün
müddətində ərizənin bu Qanunun 30-cu
maddəsində nəzərdə tutulmuş
tələblərə uyğunluğunu yoxlayır.
32.2. Ərizəçi qanun və
digər normativ hüquqi aktlarda nəzərdə tutulan və
işin həlli üçün zəruri olan
sənədləri və ya məlumatları təqdim
etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini
nəzərə alaraq, əlavə
sənədlərin və ya məlumatların təqdim
olunmasını tələb edə bilər.[12]
32.2-1.
İnzibati orqan inzibati icraat üçün zəruri olan
və digər inzibati orqanın sərəncamında olan
sənədlərin və ya məlumatların
ərizəçi tərəfindən əldə
olunmasını tələb edə bilməz. İnzibati icraat
üçün zəruri olan və digər inzibati orqanın
sərəncamında olan sənədləri və ya
məlumatları inzibati orqan özü əldə edir.
İnzibati orqanın həmin sənədlərin və ya
məlumatların əldə olunmasını
ərizəçidən tələb etməsi Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.[13]
32.3. İnzibati orqan
ərizəçidən Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulduğundan
əlavə hər hansı digər sənəd və ya
məlumat tələb edə bilməz.
32.4. Qanunda başqa müddət
nəzərdə tutulmamışdırsa, əlavə
sənədlərin və ya məlumatların təqdim edilməsi
üçün inzibati orqan tərəfindən təyin
edilən müddət 15 gündən çox
olmamalıdır.
32.5. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü
maddəsində nəzərdə tutulmuş
müddətdə əlavə sənədlər və ya
məlumatlar inzibati orqana təqdim olunmadıqda,
ərizəyə baxılması ilə bağlı
müddətin axımı dayandırılır.
32.6. Əlavə sənədlərin
və ya məlumatların inzibati orqana təqdim olunduğu
andan müddətin axımı bərpa olunur.
Maddə 33. Ərizənin
səlahiyyətli inzibati orqana göndərilməsi
33.1. Ərizəyə baxılması
və həmin ərizə üzrə müvafiq inzibati
aktın qəbul edilməsi başqa inzibati orqanın
səlahiyyətlərinə aid olduğu halda,
ərizəçinin müraciət etdiyi inzibati orqan
ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün
müddətində ərizəni və ona əlavə
olunmuş sənədləri səlahiyyətli inzibati orqana
göndərməlidir.
33.2. Ərizə və ona əlavə
edilmiş sənədlərin səlahiyyətli inzibati orqana
göndərilməsi barədə ərizəçiyə 6
gün müddətində yazılı şəkildə
əsaslandırılmış məlumat verilməlidir.
33.3. Azərbaycan Respublikasının
qanunvericiliyində birbaşa nəzərdə
tutulmamışdırsa, ərizəni müvafiq
səlahiyyətli orqana göndərən inzibati orqan
tərəfindən ərizənin mahiyyəti üzrə
hər hansı rəy verilməsi yolverilməzdir.
33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda ərizə qanunla müəyyən
olunmuş müddətdə təqdim olunmuşdursa,
ərizənin təqdim edilməsi ilə bağlı
müddətə maraqlı şəxs tərəfindən
əməl olunmuş sayılır.
Maddə 34. Ərizənin
baxılmamış saxlanılması
34.1. Ərizə səlahiyyətli
inzibati orqan tərəfindən aşağıdakı hallarda
baxılmamış saxlanıla bilər:
34.1.1. Bu Qanunun 35.1-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə
vermiş şəxs (şəxslər) barəsində və
ərizədə göstərilmiş həmin əsaslar
üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı
inzibati orqan tərəfindən əvvəllər qərar
qəbul olunduğu müəyyən edildikdə;
34.1.2. həmin iş üzrə qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
olduqda;
34.1.3. bu Qanunun 30-cu və
35.5-ci maddələrində
nəzərdə tutulmuş tələblərə
əməl olunmadıqda.[14]
34.2. Ərizənin baxılmamış
saxlanılması barədə inzibati orqan
tərəfindən inzibati akt formasında qərar qəbul
edilir.
34.3. Bu Qanunun 34.1.3-cü
maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan
qaldırıldıqdan sonra inzibati orqana yenidən
ərizə ilə müraciət edilə bilər.[15]
Maddə 35. İnzibati icraatın
təzələnməsi ilə bağlı təkrar
ərizə ilə müraciət etmək üçün
əsaslar
35.1. Maraqlı şəxs şikayət
verilə bilməyən inzibati aktın ləğv olunması
və ya dəyişdirilməsi ilə bağlı
aşağıdakı hallarda təkrar ərizə ilə
inzibati orqana müraciət edə bilər:
35.1.1. inzibati aktın qəbul
olunması üçün əsas olmuş faktiki və ya
hüquqi hallar maraqlı şəxsin xeyrinə
dəyişdikdə;
35.1.2. maraqlı şəxs
üçün daha əlverişli inzibati aktın
qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar
olunduqda;
35.1.3. inzibati aktın aldatma,
hədə-qorxu və ya digər qanunsuz
hərəkətlər nəticəsində qəbul edildiyi
və ya inzibati orqanı təmsil edən şəxsin
icraatın gedişatında cinayət törətdiyi qanuni
qüvvəyə minmiş məhkəmə aktı ilə
müəyyən olunduqda.
35.2. Bu Qanunun 35.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar
ərizəni yoxlamağa və ərizə ilə
bağlı müvafiq qərar qəbul etməyə borcludur.
35.3. Ərizə yalnız o halda
qəbul edilir ki, maraqlı şəxs icraatı
təzələmək üçün bu Qanunun 35.1-ci
maddəsində nəzərdə tutulmuş bu və ya
digər əsasın əvvəlki icraat zamanı təqdim
edilməsinin ondan asılı olmayan səbəblərə
görə mümkün olmadığını əsaslandırsın.
35.4. Ərizə 3 ay
müddətində təqdim olunmalıdır. Müddətin
axımı icraatı təzələmək
üçün əsas olan halların maraqlı
şəxsə məlum olduğu gündən
başlanır.
35.5. İnzibati icraatı
təzələmək üçün təkrar ərizə
ilə müraciət etmək imkanı verən əsaslar
ərizədə qeyd olunmalıdır. Həmin əsaslar
ərizədə qeyd olunmadığı halda inzibati orqan
ərizənin baxılmamış saxlanılması
haqqında inzibati akt qəbul edir.
Maddə 36. İnzibati icraatda
iştirakçılar
36.1. Aşağıdakı
şəxslər inzibati icraatın
iştirakçıları sayılırlar:
36.1.1. inzibati icraatı həyata
keçirən və müvafiq inzibati aktı qəbul
etmək səlahiyyəti olan inzibati orqan;
36.1.2. barələrində inzibati
aktın qəbul edilməsi nəzərdə tutulan və ya
inzibati aktın qəbul edilməsi haqqında ərizə
ilə müraciət etmiş fiziki və ya hüquqi
şəxslər;
36.1.3. inzibati orqan tərəfindən
iştirakçı kimi icraata cəlb olunmuş fiziki və
ya hüquqi şəxslər.
36.2. Yalnız yetkinlik yaşına
çatmış və tam fəaliyyət qabiliyyəti olan
şəxslər ərizə ilə müraciət etmək
və inzibati icraatda digər prosessual hərəkətləri
həyata keçirmək hüququna malikdirlər.
36.3. Qəbul olunması
nəzərdə tutulan inzibati aktın digər fiziki və ya
hüquqi şəxslərin hüquqlarına və qanunla
qorunan maraqlarına birbaşa təsir edəcəyi güman
olunduğu hallarda, inzibati orqan həmin şəxslərin
üçüncü (maraqlı) şəxs qismində
icraatda iştirakını təmin etməyə borcludur.
36.4. Qəbul olunması
nəzərdə tutulan inzibati akt üçüncü
şəxslərin qanunla qorunan maraqlarına toxunacağı
halda, inzibati orqan onları öz təşəbbüsü
ilə və ya həmin şəxslərin
vəsatətinə əsasən iştirakçı kimi
icraata cəlb edə bilər.
36.5. İcraata iştirakçı kimi
cəlb olunan üçüncü şəxslər icraat
iştirakçılarının malik olduğu bütün
hüquq və vəzifələrə malikdirlər.
İştirakı məcburi olan üçüncü
şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda
qəbul olunmuş inzibati akt ona münasibətdə də
etibarlı olur və onun üçün hüquq və
vəzifələr yaradır.
36.6. İnzibati icraatda maddi hüququn
hüquqi varisliklə bağlı müddəaları
tətbiq edilir. İştirakçının
şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların
hüquqi varislik qaydasında keçməsinə yol verilmir.
Maddə 37. İnzibati icraatda
nümayəndəlik
37.1. Fiziki və ya hüquqi (maraqlı)
şəxs inzibati icraatda şəxsən iştirak edə
bilər və yaxud nümayəndə vasitəsilə
təmsil oluna bilər.
37.2. Şəxsin inzibati icraatda
şəxsən iştirakı onu həmin iş üzrə
nümayəndə ilə təmsil olunmaq hüququndan
məhrum etmir.
37.3. Nümayəndənin
səlahiyyətləri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş
etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil
etdiyi şəxsin adından icraatla bağlı bütün
prosessual hərəkətləri yerinə yetirmək
hüququna malikdir.
37.4. Fəaliyyət qabiliyyəti olmayan
və ya məhdud fəaliyyət qabiliyyətli
sayılmış fiziki şəxsləri inzibati icraatda
onların qanuni nümayəndələri təmsil edirlər.
Qanuni nümayəndələr inzibati orqana öz
səlahiyyətlərini təsdiq edən sənədi
təqdim etməlidirlər.
37.5. Qanuni nümayəndələr
icraatda iştirak etməyi nümayəndə qismində
seçdikləri başqa şəxsə tapşıra
bilərlər.
37.6. Nümayəndə təmsil etdiyi
şəxsin maraqlarını vicdanla müdafiə
etməyə borcludur.
37.7. İnzibati orqan inzibati icraatda
həmin orqanın rəhbəri, onun müavini və ya
həmin orqanın rəhbəri tərəfindən təyin
olunmuş digər vəzifəli şəxs vasitəsilə
təmsil olunur.
37.8. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati
icraatla bağlı bütün məsələlər
üzrə nümayəndəyə müraciət edir.
Maddə 38. Maraqlı şəxsin
inzibati icraatda vəkil vasitəsilə təmsil olunmaq
hüququ
38.1. Maraqlı şəxsin inzibati
icraatda vəkillə təmsil olunmaq və vəkilin
yardımından istifadə etmək hüququ vardır.
38.2. İnzibati icraatda vəkil
qismində Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada fəaliyyət
göstərən vəkillər iştirak edə
bilərlər.
Maddə 39. Xərclər
39.1. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı
xərclər müvafiq inzibati orqanın hesabına
ödənilir.
39.2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı
şəxsin və ya onu təmsil edən nümayəndənin
çəkdiyi xərclər, habelə nümayəndəlik
haqqı maraqlı şəxsin hesabına ödənilir.
39.3. İnzibati şikayət təmin
olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq
inzibati orqanın hesabına ödənilir.
Maddə 40. Sənədləri almaq
üçün müvəkkil təyin etmək
vəzifəsi
40.1. İnzibati icraatda iştirak edən
və Azərbaycan Respublikasında daimi yaşayış yeri
olmayan maraqlı şəxs inzibati orqanın bu barədə
onu xəbərdar etdiyi gündən üç gün
müddətində Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət
qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin
maraqlı şəxsə ünvanlanan sənədləri
almaq üçün müvəkkil təyin etməlidir.
İnzibati orqan maraqlı şəxs üçün
nəzərdə tutulan bütün sənədləri
həmin müvəkkilə göndərməyə borcludur.
40.2. Şəxs bu Qanunun 40.1-ci
maddəsində nəzərdə tutulmuş tələbə
əməl etmədiyi halda, inzibati orqan həmin şəxs
tərəfindən sənədlərin alınmamasına
görə məsuliyyət daşımır və bu, qanunla
nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati
aktın etibarsız sayılması üçün əsas
ola bilməz.
Maddə 41. Ekspert və ya
mütəxəssisin cəlb
edilməsi[16]
41.1. İnzibati icraat zamanı iş
üzrə faktiki hallarla bağlı sualları izah etmək
üçün inzibati orqan maraqlı şəxslərin
vəsatəti və ya öz təşəbbüsü
ilə ekspert və ya mütəxəssis
cəlb edə bilər.[17]
41.2. İnzibati orqan ekspertizanın
təyin olunması haqqında qərar qəbul edir və
həmin qərarda ekspert rəyinin tələb olunduğu
sualların dairəsini (ekspert araşdırmasının
predmetini) müəyyənləşdirir.
41.3. Maraqlı şəxslər
ekspertiza zamanı araşdırılmalı olan əlavə
sualları və bu suallarla bağlı əlavə
sənədləri inzibati orqana təqdim etməkdə
haqlıdırlar.
İnzibati orqan maraqlı
şəxslərin təklif etdikləri sualların rədd
edilməsini əsaslandırmağa borcludur.
41.4. Ekspertiza inzibati orqanın qərarı və ya
maraqlı şəxslərlə bağlanan müqavilə
əsasında məhkəmə ekspertizası
idarələrinin ekspertləri və ya özəl
məhkəmə ekspertləri və
ya mütəxəssisləri tərəfindən
keçirilir.[18]
41.5. Azərbaycan
Respublikasının qanunvericiliyində başqa müddət
nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza
təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə
ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30
gündən gec olmayaraq yazılı formada rəy verir, onu
öz imzası ilə təsdiq edir və dərhal inzibati
orqana göndərir.[19]
41.5-1. Ekspertizanın
aparılmasını bu Qanunun 41.5-ci maddəsində
göstərilən müddətdə təmin etmək
mümkün olmadıqda, məhkəmə ekspertizası
idarəsinin rəhbəri tərəfindən
əsaslandırılmış səbəblər
göstərilməklə bu barədə inzibati orqana
məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların
mürəkkəblik dərəcəsini nəzərə
almaqla ekspertizanın aparılması müddətinin
uzadılması barədə qərar qəbul edir.[20]
41.6. İnzibati orqanın və ya
maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və
ya mütəxəssis rəylə bağlı
əlavə izahat verməyə borcludur.
41.6-1. Mütəxəssis inzibati orqana
zəruri kömək göstərilməsi üçün
elm, texnika, incəsənət və digər peşə
sahəsində xüsusi bilik və bacarığa malik
olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir
ekspert rəyini əvəz etmir.[21]
41.7. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, ekspertizanın keçirilməsi,
ekspertin və ya mütəxəssisin haqqının
ödənilməsi ilə bağlı xərclər inzibati
orqanın hesabına ödənilir.
41.8. Maraqlı
şəxslər onların mənafelərinə xidmət
edə biləcək halların müəyyən edilməsi
məqsədilə öz təşəbbüsləri ilə
ekspertizanın aparılmasını sifariş vermək
üçün məhkəmə ekspertizası
idarəsinə və ya özəl məhkəmə
ekspertlərinə rəsmi müraciət etmək hüququna
malikdirlər. [22]
Maraqlı şəxsin
sifarişi ilə ekspertiza həmin şəxslə
məhkəmə ekspertizası idarəsinin rəhbəri
və ya özəl məhkəmə eksperti arasında
bağlanan müqavilə əsasında ekspertizanı
sifariş edən şəxsin hesabına həyata keçirilir.
Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar
siyahısını və tədqiqat üçün
obyektləri verir.
Ekspert ekspertizanı sifariş
etmiş şəxsə müqavilədə
göstərilən müddətdə yazılı rəy
verir. Maraqlı şəxsin sifarişi ilə
aparılmış ekspertiza nəticəsində verilmiş
ekspert rəyi inzibati orqan tərəfindən materiallara
əlavə edilir və digər sübutlarla yanaşı
qiymətləndirilir.
Maddə 42. Vəzifəli
şəxsə etiraz etmək üçün əsaslar
42.1. İnzibati orqanın mənafeyini
təmsil edən vəzifəli şəxsi:
42.1.1. həmin işin
nəticəsində şəxsən maraqlı olduqda;
42.1.2. işdə iştirak edən
maraqlı şəxs və ya onun nümayəndəsi ilə
qohumluq əlaqəsindədirsə və ya əvvəllər
qohumluq əlaqəsində olmuşdursa;
42.1.3. işdə iştirak edən
maraqlı şəxsin nümayəndəsi olduqda;
42.1.4. özü və ya ailə
üzvləri maraqlı şəxsə məxsus hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda;[23]
42.1.5. onun obyektivliyinə və ya
qərəzsizliyinə şübhə doğuran yetərli
başqa əsaslar olduqda inzibati icraatda iştirak edə
bilməz.
42.2. Bu Qanunun 42.1-ci maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli
şəxs özü-özünə etiraz etməyə
borcludur.
42.3. Maraqlı şəxs bu Qanunun
42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar
olduqda, işə baxan vəzifəli şəxsə,
işə kollegial qaydada baxıldıqda isə kollegiyanın
istənilən üzvünə etiraz edə bilər.
Maddə 43. Ekspertə,
mütəxəssisə və ya
tərcüməçiyə etiraz etmək üçün
əsaslar
43.1. Bu Qanunun 42.1-ci maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda ekspertin,
mütəxəssisin və ya tərcüməçinin
inzibati icraatda iştirakına yol verilmir.
43.2. Ekspert və ya mütəxəssis
habelə aşağıdakı hallarda inzibati icraatda
iştirak edə bilməz:
43.2.1. işdə iştirak edən
şəxslərdən və ya onların
nümayəndələrindən xidməti və ya sair
cəhətdən asılı olduqda;
43.2.2. inzibati icraatın
başlanılması üçün əsas olmuş
materiallar üzrə təftiş apardıqda və ya
həmin materiallardan inzibati icraatda istifadə olunduqda.
Maddə 44. Etiraz haqqında
ərizələrə baxılması və həll
edilməsi qaydası
44.1. Vəzifəli şəxsin
özü-özünə etiraz etməsi və ya
vəzifəli şəxsə etiraz etmə haqqında
ərizə iş üzrə inzibati akt qəbul olunana
qədər yazılı formada verilməli və
əsaslandırılmalıdır.
44.2. Etiraz haqqında ərizəyə
etirazın verildiyi vaxtdan ən geci bir gün
müddətində baxılmalıdır.
44.3. Etiraz haqqında ərizəyə
etiraz edilən vəzifəli şəxsin birbaşa
rəhbəri və ya həmin inzibati orqanın rəhbəri
tərəfindən baxılır və müvafiq qərar
qəbul edilir. İnzibati orqanın rəhbərinə etiraz
haqqında ərizəyə müvafiq nəzarət orqanı
tərəfindən baxılır və qərar qəbul
edilir.
44.4. Kollegial orqanın üzvünə
etiraz haqqında ərizəyə etiraz edilən
vəzifəli şəxsin iştirakı olmadan kollegial
orqanın üzvləri tərəfindən baxılır
və bu barədə səs çoxluğu ilə müvafiq
qərar qəbul edilir.
44.5. İnzibati orqan etirazla bağlı
qərar barədə maraqlı şəxsə bu Qanunla
nəzərdə tutulmuş qaydada məlumat verməlidir.
44.6. Etirazla bağlı qərardan bu
Qanunla müəyyən olunmuş qaydada şikayət
verilə bilər.
Maddə 45. İnzibati icraatda
sübutlar
45.1. İnzibati orqan işin faktiki
hallarının müəyyən olunması üçün
yararlı və zəruri hesab etdiyi sübutları
müstəqil şəkildə toplayır və
nəzərə alır.
45.2. İnzibati icraat zamanı inzibati
orqan tərəfindən aşağıdakı
sübutetmə vasitələrindən:
45.2.1. sənədlərdən;
45.2.2. tərəflərin və
işdə iştirak edən üçüncü
şəxslərin izahatlarından;
45.2.3. şahid ifadələrindən;
45.2.4. müvafiq müayinələrin
aparılmasından;
45.2.5. ekspert rəylərindən;
45.2.6 hüquqi yardım qaydasında
digər inzibati orqanlar tərəfindən təqdim olunmuş
arayışlardan;
45.2.7. işin düzgün həlli
üçün əhəmiyyət kəsb edən digər
sübutlardan istifadə oluna bilər.
45.3. Qanunu pozmaqla əldə edilmiş
sübutlardan istifadə olunmasına yol verilmir.
Maddə 46. Sübutların təqdim
edilməsi və tələb olunması
46.1. İnzibati icraatda iştirak edən
şəxslər işin bütün faktiki hallarının
müəyyən edilməsinə kömək etməyə,
iş üçün əhəmiyyət kəsb edən
və onlara məlum olan faktlar barədə məlumat
verməyə, özlərində olan zəruri sübutları
təqdim etməyə borcludurlar.
46.2. İşdə iştirak edən
şəxsin zəruri sübutları müstəqil
əldə etmək imkanı olmadıqda, o, həmin sübutları
tələb etmək barədə vəsatətlə inzibati
orqana müraciət edir. Vəsatətdə sübutların
iş üçün əhəmiyyəti,
əlamətləri və olduğu yer
göstərilməlidir. İnzibati orqan həmin
sübutları tələb etməyə və onların
təqdim olunmasını təmin etməyə borcludur.
46.3. Maraqlı şəxsdən
işdə olan sənədin məzmununun həqiqiliyi
barədə sübut tələb olunması qadağandır.
Maddə 47. Sübutların
qiymətləndirilməsi
47.1. İnzibati orqan sübutlara iş
üçün əhəmiyyət kəsb edən
bütün faktiki və hüquqi hallara müvafiq olaraq
qiymət verir.
47.2. Maraqlı şəxslərin arzusu
ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı
əsaslandırmaq istədiyi bütün faktlar,
dəlillər və ya sübutlar barədə, habelə
inzibati aktın qəbulu üçün təklif etdiyi
hüquqi əsas barədə onlara izahat və ya şərh
verməyə borcludur.
Maddə 48. İnzibati icraatda
müddətlərin hesablanması
48.1. İnzibati icraatla bağlı
hərəkətlər bu Qanunla və Azərbaycan
Respublikasının başqa müvafiq qanunları ilə
müəyyən edilmiş müddətlərdə həyata
keçirilir.
48.2. Qanunla müəyyən olunmuş
müddətin axımı müddətin
başlanğıcının təyin edildiyi təqvim
tarixindən və ya hadisənin baş verməsindən
sonrakı gündən başlanır.
48.3. Müddətlər qanunla
müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan
tərəfindən təyin edilir.
48.4. İnzibati orqan tərəfindən
təyin edilmiş müddətin axımı həmin
orqanın maraqlı şəxsi bu barədə
məlumatlandırdığı andan və yaxud Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan
olunduğu andan başlanır.
48.5. Müddətlər təqvim
günləri ilə hesablanır.
48.6. Müddətin son günü
qeyri-iş gününə düşərsə,
növbəti iş günü müddətin
qurtardığı gün hesab olunur.
Maddə 49. Müddətlərin
uzadılması
49.1. İnzibati orqan tərəfindən
təyin edilmiş müddətlər maraqlı şəxsin
ərizəsi üzrə həmin orqan tərəfindən uzadıla
bilər.
49.2. İnzibati orqan təyin edilmiş
müddətə əməl olunmamasının
nəticələri barədə maraqlı şəxsləri
xəbərdar etməyə borcludur.
Maddə 50. Müddətlərin
bərpası
50.1. İnzibati orqan qanunla
müəyyən edilmiş müddətin
buraxılmasının səbəbini üzrlü hesab
edərsə, maraqlı şəxsin ərizəsinə
əsasən buraxılmış müddəti bərpa edir.
50.2. Maraqlı şəxs bu Qanunun
50.1-ci maddəsində göstərilmiş səbəblər
aradan qalxdığı vaxtdan ən geci 10 gün
müddətində buraxılmış müddətin
bərpa olunmasına dair yazılı ərizə ilə
inzibati orqana müraciət etməlidir. Ərizəyə
müddətin buraxılması səbəbinin üzrlü
olduğunu təsdiq edən sənədlər əlavə
olunmalıdır.
50.3. İnzibati orqan buraxılmış
müddətin bərpa olunmasına dair ərizəyə 5
gün müddətində baxır.
50.4. Müddətin bərpası
haqqında ərizənin verilməsi ilə eyni vaxtda
müddəti buraxılmış hərəkət də
edilməlidir (ərizə, şikayət verilməli,
sənədlər təqdim edilməli və s.).
50.5. Qanunla birbaşa qadağan
olunmuş hallarda buraxılmış müddətin
bərpasına yol verilmir.
50.6. Buraxılmış müddətin
bərpa olunmasından imtina edilməsi haqqında inzibati
orqanın qərarından maraqlı şəxslər bu
Qanunla nəzərdə tutulmuş qaydada şikayət
verə bilərlər.
Maddə 51. İnzibati icraat
haqqında xəbərdar etmə
51.1. İnzibati orqan inzibati icraatda
iştirak edən şəxsləri, zəruri hallarda isə
şahidləri, ekspertləri, tərcüməçiləri
və digər orqanların nümayəndələrini inzibati
icraatla bağlı iclasın vaxtı və yeri haqqında
xəbərdar etməyə borcludur.
51.2. Bu Qanunun 51.1-ci maddəsində
göstərilən şəxslərə müvafiq
məlumatın çatdırılması məqsədilə
inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə
edə bilər.
51.3. Bildiriş inzibati icraatda iştirak
edən şəxs tərəfindən göstərilən
ünvana göndərilir.
51.4. Bildiriş işdə iştirak
edən şəxsə və ya onun
nümayəndəsinə, habelə vətəndaşın
onunla birgə yaşayan yaxın qohumlarına verilir.
51.5. İnzibati icraatla bağlı iclasa
vaxtında gəlmək və iş üzrə
hazırlaşmaq üçün işdə iştirak
edən şəxslərin sərəncamında kifayət
qədər vaxt olmalıdır.
Maddə 52. İnzibati icraatın
müddəti
52.1. Səlahiyyətli inzibati orqanda
ərizənin və ya müraciətin qeydiyyata
alındığı vaxtdan ən geci 30 gün
müddətində həmin inzibati orqan inzibati aktın
qəbul edilməsi və ya onun qəbul edilməsindən
imtina olunması haqqında qərar qəbul edir.
52.2. Azərbaycan Respublikasının
müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində
nəzərdə tutulmuş müddətdən az və ya
çox müddət müəyyən oluna bilər.
52.3. İnzibati icraat üzrə
əhəmiyyət kəsb edən halların
müəyyən olunması üçün bu Qanunun 52.1-ci
maddəsində nəzərdə tutulmuş
müddətdən daha artıq müddət tələb
olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan
tərəfindən hər dəfə 30 gün olmaqla iki
dəfə uzadıla bilər. İnzibati orqan
tərəfindən müddətin uzadılması barədə
maraqlı şəxsə məlumat verilir.
52.4. Bu Qanunun 52.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda müddətin
uzadılmasına səbəb olan hallar inzibati orqan
tərəfindən inzibati aktda əsaslandırılmalıdır.
52.5. İnzibati aktın qəbul
edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın
ümumi müddəti 90 gündən çox ola bilməz.
V f ə s
i l
KOLLEGİAL
İNZİBATİ ORQANDA İNZİBATİ İCRAAT
Maddə 53. Kollegial inzibati orqanda
inzibati icraat qaydası
53.1. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, kollegial inzibati
orqanda icraat bu fəslin müddəaları nəzərə
alınmaqla həyata keçirilir.
53.2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş
ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən
qəbul edilir.
53.3. Bu Qanunun 53.2-ci maddəsində
nəzərdə tutulmuş qayda, ərizənin həmin
kollegial orqanın rəhbər vəzifəli şəxsi
tərəfindən aidiyyəti üzrə müvafiq inzibati
orqana göndərilməsi və ya ərizənin
baxılmamış saxlanılması hallarına şamil
olunmur.
Maddə 54. Kollegial orqanın
iclasının keçirilmə qaydası
54.1. Kollegial orqanın iclasını bu
orqanın rəhbər vəzifəli şəxsi, o
olmadıqda isə qanunvericiliyə müvafiq
şəkildə iclasın sədri seçilmiş şəxs
açır və bağlı elan edir.
54.2. İclasın sədri iclası cari
gündəliyə müvafiq olaraq aparır.
Maddə 55. Kvorum
55.1. Kollegial inzibati orqanın iclasına
onun bütün üzvləri dəvət olunur.
55.2. Kollegial inzibati orqan onun
üzvlərinin ən azı yarısı (üç
nəfərdən az olmamaq şərtilə) iclasda iştirak
etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə
malikdir.
55.3. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial inzibati orqanın
qərarı, iclasda iştirak edən üzvlərin yarısından
çoxu həmin qərarın lehinə səs verdikdə
qəbul edilmiş sayılır.
Maddə 56. Kollegial inzibati orqanın
iclasının protokolu
56.1. Kollegial inzibati orqanın iclası
haqqında aşağıdakı məlumatları
özündə əks etdirən protokol tərtib olunur:
56.1.1. kollegial inzibati orqanın adı
barədə;
56.1.2. iclasın keçirildiyi vaxt
və yer barədə;
56.1.3. iclasın sədri və
üzvləri haqqında;
56.1.4. müzakirənin predmeti
barədə;
56.1.5. qəbul edilmiş qərar
barədə.
56.2. İclasın protokolu iclasın
sədri və katibi tərəfindən imzalanır.
V I f ə
s i l
İNZİBATİ
AKTLAR
Maddə 57. İnzibati aktın
forması
57.1. Qanunda başqa forma
nəzərdə tutulmamışdırsa və ya başqa
formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul
edilir.
57.2. Yazılı inzibati akt icraatı
həyata keçirən inzibati orqanın müvafiq vəzifəli
şəxsi və ya kollegial inzibati orqanın vəzifəli
şəxslərindən biri tərəfindən tərtib
olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli
şəxsi tərəfindən və ya kollegial inzibati
orqanın üzvləri tərəfindən imzalanır.
57.3. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş
hallarda, habelə dövlət maraqlarına və ya ictimai
maraqlara ziyan vura biləcək təhlükənin
qarşısının alınması və ya aradan
qaldırılması ilə əlaqədar
təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya
digər anlaşılan formada (başa düşülən
digər formada) qəbul edilə bilər.
57.4. Bu Qanunun 57.3-cü maddəsinə
əsasən şifahi və ya digər anlaşılan formada
(başa düşülən digər formada) qəbul
edilmiş inzibati akt aşağıdakı hallarda elan
olunduğu vaxtdan 5 gün müddətində yazılı
formada təsbit olunmalıdır:
57.4.1. inzibati akt
ünvanlandığı şəxsin və ya digər
maraqlı şəxsin hüquq və qanunla qorunan
maraqlarını məhdudlaşdırdıqda
(əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda);
57.4.2. inzibati orqan inzibati aktı
yazılı formada qəbul edəcəyini vəd etdikdə;
57.4.3. qanunla birbaşa nəzərdə
tutulduqda.
57.5. Qanunla nəzərdə tutulmuş
hallarda inzibati akt işıq, səs siqnalları və
işarələri, təsvirlər formasında və yaxud
digər formalarda qəbul edilə bilər.
Maddə 58. İnzibati akta dair
ümumi tələblər
58.1. İnzibati akt Azərbaycan
Respublikasının Konstitusiyasına, bu Qanuna və digər
əlaqədar hüquq normalarına uyğun qəbul
edilməlidir.
58.2. İnzibati akt məzmun
baxımından kifayət qədər aydın və
anlaşılan olmalıdır.
58.3. İnzibati aktda onun
ünvanlandığı hüquqi və ya fiziki
şəxslər, nizama saldığı və ya həll
etdiyi məsələlər dəqiq göstərilməlidir.
Maddə 59. Yazılı inzibati
aktın rekvizitləri
59.1. Yazılı inzibati aktda
aşağıdakı məlumatlar əks olunmalıdır:
59.1.1. inzibati aktı qəbul etmiş
orqanın adı;
59.1.2. inzibati aktın
ünvanlandığı hüquqi şəxsin adı və
hüquqi ünvanı və ya fiziki şəxsin adı,
atasının adı, soyadı və ünvanı;
59.1.3. inzibati aktın adı, qəbul
olunma tarixi və yeri, qeydiyyat nömrəsi;
59.1.4. inzibati aktı qəbul etmiş
inzibati orqanın məsul vəzifəli şəxsinin və
ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı
və imzası;
59.1.5. həmin akta qarşı
mümkün hüquqi müdafiə vasitələri, bu
hüquqi müdafiə vasitələrindən istifadə
müddəti və bununla bağlı maraqlı şəxsin
şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o
cümlədən məhkəmə) haqqında məlumat;
59.1.6. inzibati aktı qəbul etmiş
inzibati orqanın möhürü.
59.2. İnzibati akt texniki (avtomat)
qurğuların köməyi ilə qəbul edildikdə,
həmin aktda vəzifəli şəxsin imzasının
və inzibati orqanın möhürünün olmaması
mümkündür.
59.3. İnzibati aktın məzmunu
müxtəlif kod işarələri ilə ifadə oluna
bilər.
Belə hallarda inzibati aktın
ünvanlandığı şəxsin onun məzmununu
birmənalı şəkildə başa düşməsi
üçün həmin akta müvafiq izahat əlavə
edilməlidir.
Maddə 60. İnzibati aktda
əlavə müddəaların (göstərişlərin)
nəzərdə tutulması
60.1. Qəbul edilməsi tələb
olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş hallarda və ya inzibati
aktın qanuni şərtlərinin həyata
keçirilməsini təmin etmək məqsədilə
əlavə müddəalar nəzərdə tutula bilər.
60.2. İnzibati orqan tərəfindən
diskresion səlahiyyətlər əsasında qəbul
edilmiş inzibati aktda:
60.2.1. həmin aktla nəzərdə
tutulmuş hər hansı imtiyazın və ya vəzifənin
(öhdəliyin) qüvvəyə minməsi və ya
qüvvədən düşməsi vaxtını və ya
qüvvədə olma müddətini;
60.2.2. hər hansı imtiyazın və
ya vəzifənin (öhdəliyin) qüvvəyə
minməsi və ya qüvvədən düşməsi
vaxtının gələcəkdə hər hansı
hadisənin baş verməsindən asılı olduğunu;
60.2.3. həmin aktın ləğv
edilməsi hüququnun saxlanılması haqqında
qeydləri;
60.2.4. maraqlı şəxsin müəyyən
hərəkətlər etməsini və müəyyən
hərəkətlərə yol verməsini və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməsini (öhdəliyin icrası
şərtlərini) və ya öhdəliyin icrası ilə
bağlı şərtlərin dəyişdirilməsini
və ya yeni şərtlərin əlavə edilməsini
müəyyən edən əlavə müddəalar
nəzərdə tutula bilər.
60.3. Əlavə müddəalar inzibati
aktın məqsədlərinə uyğun olmalıdır.
Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə
şikayət verilə bilər.
Maddə 61. İnzibati aktın
əsaslandırılması
61.1. Yazılı və ya yazılı
formada təsbit olunmuş inzibati akt yazılı
şəkildə əsaslandırılmalıdır.
61.2. Əsaslandırma zamanı işin
faktiki və hüquqi halları və bu halları təsdiq
və ya rədd edən sübutlar, habelə inzibati akt
qəbul edilərkən istinad olunan qanunlar və digər
normativ hüquqi aktlar göstərilməlidir.
61.3. İnzibati akt diskresion
səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati
orqan öz mülahizələrini dəqiq və aydın
şəkildə əsaslandırmalıdır.
61.4. İnzibati orqan qəbul etdiyi
aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar
və sübutlarla əsaslandırmağa borcludur.
61.5. Aşağıdakı hallarda
inzibati aktın əsaslandırılması tələb
olunmur:
61.5.1. inzibati orqan tərəfindən
maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya
maraqlı şəxsə münasibətdə
əlverişli inzibati akt qəbul edildikdə;
61.5.2. inzibati orqan tərəfindən
çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya
inzibati aktlar texniki (avtomat) qurğuların köməyi
ilə qəbul edildikdə və hər belə inzibati
aktı ayrılıqda əsaslandırmağa ehtiyac
olmadıqda;
61.5.3. inzibati orqan tərəfindən
qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar
surətdə qeyri-müəyyən sayda şəxsə elan
olunduqda və ya kütləvi informasiya vasitələrində
dərc olunduqda;
61.5.4. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
hallarda.
Maddə 62. İnzibati aktın
qəbul olunması haqqında məlumat verilməsi
62.1. İnzibati orqan inzibati aktın
qəbul edilməsi haqqında maraqlı
şəxslərə və ya onların
nümayəndələrinə rəsmi məlumat
verməyə borcludur. Rəsmi məlumat inzibati aktın
maraqlı şəxslərə birbaşa elan edilməsi,
təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
62.2. Poçt rabitəsi
vasitəsilə ölkə daxilində göndərilmiş
inzibati akt, onun poçta təqdim edildiyi gündən 5
gün keçdikdən sonra, elektron üsulla göndərilmiş
inzibati akt isə göndərildiyi gündən 3 gün
keçdikdən sonra maraqlı şəxsə təqdim
olunmuş sayılır.
62.3. Bu Qanunun 62.2-ci maddəsində
nəzərdə tutulmuş qayda maraqlı şəxsin
inzibati aktı almadığı və ya gec aldığı
hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı
almadığını və ya gec aldığını
iddia etdiyi hallarda, aktın ona təqdim olunması
faktını və müddətini sübut etmə
vəzifəsi inzibati orqanın üzərinə
düşür.
62.4. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda
yazılı inzibati akt kütləvi informasiya
vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi
gündən 10 gün keçdikdən sonra elan olunmuş
sayılır.
62.5. Yazılı inzibati aktın
kütləvi informasiya vasitələrində dərc
olunması qaydası müvafiq inzibati orqan
tərəfindən müəyyən edilir.
Maddə 63. İnzibati aktda olan
aşkar səhvlərin düzəldilməsi
63.1. İnzibati orqan öz təşəbbüsü
ilə və ya maraqlı şəxslərin
ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan
yazı və hesab səhvlərini düzəldə bilər.
63.2. İnzibati orqan düzəliş
edilməsi zəruri olan sənədi tələb edə
bilər.
63.3. İnzibati aktda
düzəlişlər inzibati orqanın müvafiq
vəzifəli şəxsinin və ya kollegial inzibati
orqanın üzvlərinin imzası ilə təsdiq
olunmalıdır.
63.4. İnzibati orqan inzibati akta edilən
düzəlişlər barədə bu Qanunun 62- ci
maddəsində nəzərdə tutulmuş qaydada maraqlı
şəxslərə rəsmi məlumat verməyə
borcludur.
Maddə 64. İnzibati aktın
hüquqi qüvvəsi və etibarlılığı
64.1. İnzibati akt,
ünvanlandığı şəxsə və ya
maraqlarına toxunduğu şəxsə bu barədə
məlumat verildiyi andan və yaxud bu barədə həmin
şəxslərə məlum olduğu andan hüquqi
qüvvəyə minir. İnzibati akt məlumat verildiyi
məzmunda hüquqi qüvvəyə minir və hüquqi
cəhətdən etibarlı sayılır.
64.2. İnzibati akt qanunla
müəyyən olunmuş qaydada geri
çağırılana, ləğv edilənə,
dəyişdirilənə, qüvvədə olma müddəti
qurtardığına və ya başqa səbəbə
görə qüvvədən düşmüş hesab
edilənə qədər hüquqi qüvvəsini saxlayır
və hüquqi cəhətdən etibarlı sayılır.
64.3. İnzibati orqan inzibati aktın geri
çağırılması, ləğv olunması,
dəyişdirilməsi və ya qüvvədən
düşmüş hesab olunması barədə maraqlı
şəxslərə məlumat verməyə borcludur.
64.4. Etibarsız inzibati aktın
hüquqi qüvvəsi yoxdur.
Maddə 65. İnzibati aktın
etibarsız sayılması
65.1. Aşağıdakı inzibati aktlar
etibarsız sayılır:
65.1.1. hansı inzibati orqan
tərəfindən qəbul edildiyi məlum olmayan
yazılı inzibati akt;
65.1.2. müvafiq səlahiyyəti olmayan
inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
65.1.3. qanunvericiliyə əsasən
yalnız müəyyən rəsmi sənəd (rəsmi
sənədin təqdim edilməsi) formasında qəbul
edilə bilən, lakin həmin tələbə cavab
verməyən inzibati akt;
65.1.4. maraqlı şəxsdən
inzibati və ya cinayət məsuliyyətinə səbəb
ola bilən hərəkətlər etməyi tələb
edən inzibati akt;
65.1.5. faktiki səbəblər
üzündən icrası mümkün olmayan inzibati akt;
65.1.6. kimə ünvanlandığı
aydın olmayan inzibati akt.
65.2. Etibarsız inzibati akt qəbul
edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır
və heç bir hüquqi nəticə yaratmır.
65.3. İnzibati aktı qəbul etmiş
inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda öz təşəbbüsü və ya maraqlı
şəxsin müraciəti əsasında həmin aktın
etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu
barədə maraqlı şəxslərə həmin Qanunun
62-ci maddəsində nəzərdə tutulmuş qaydada
məlumat verilir.
Maddə 66. İnzibati icraat müddətində
inzibati aktın qəbul edilməməsinin
nəticələri
Maraqlı şəxsin ərizəsi
üzrə bu Qanunun 52-ci maddəsində müəyyən
edilmiş müddət ərzində inzibati orqan
tərəfindən inzibati aktın qəbul olunmadığı
hallarda maraqlı şəxs məhkəməyə
müraciət edə bilər.
Maddə 67. Qanunsuz inzibati aktın
ləğv olunması
67.1. İnzibati orqan tərəfindən
inzibati icraat haqqında hüquq normalarının və ya
maddi hüquq normalarının pozulması və ya
düzgün tətbiq edilməməsi nəticəsində
qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
67.2. Qanunsuz inzibati akt həmin aktı
qəbul etmiş inzibati orqan və ya subordinasiya
baxımından yuxarı inzibati orqan tərəfindən
və yaxud məhkəmə qaydasında ləğv oluna
bilər.
67.3. Qanunsuz əlverişsiz inzibati akt
hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının
müvafiq qanunları ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati
aktın ləğv olunması həmin aktın qüvvəyə
mindiyi andan yaranmış hüquqi nəticələri aradan
qaldırır.
67.4. Qanunsuz əlverişli inzibati akt
yalnız bu maddədə nəzərdə tutulmuş
məhdudiyyətlər daxilində ləğv oluna bilər.
67.5. Maraqlı şəxsin məzmununa
etimad göstərdiyi və həmin etimadın qanunla
qorunduğu, habelə başqa şəxslərin
hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı
hallarda, maraqlı şəxsə münasibətdə
birdəfəlik və ya cari pul və ya əşya
öhdəliklərinin nəzərdə tutulduğu və ya
belə öhdəliklərin əmələ
gəlməsinə səbəb olmuş qanunsuz
əlverişli inzibati aktın ləğv olunmasına yol
verilmir. Maraqlı şəxsin ona verilmiş pul
vəsaitlərini xərclədiyi və ya əmlakdan
istifadə etdiyi və buna görə də onları qaytarmaq
iqtidarında olmadığı və ya onları
qaytardığı təqdirdə əhəmiyyətli ziyana
məruz qalacağı hallarda, həmin şəxs etimadın
qanunla qorunması hüququna malikdir.
67.6. Maraqlı şəxs
aşağıdakı hallarda etimadın qorunması
hüququna istinad edə bilməz:
67.6.1. rüşvət, hədə-qorxu
və ya aldatma yolu ilə inzibati aktın qəbul
edilməsinə nail olduqda;
67.6.2. səhv və ya təhrif
olunmuş məlumatları əks etdirən
sənədlər təqdim etməklə inzibati aktın
qəbul edilməsinə nail olduqda;
67.6.3. inzibati aktın qanunsuz olduğunu
bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində
bilmədiyi halda.
67.7. Bu Qanunun 67.6-cı maddəsində
göstərilən hallarda qanunsuz əlverişli inzibati akt
ləğv olunmalıdır. Həmin aktın ləğv
olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi
nəticələri aradan qaldırır. Bu zaman maraqlı
şəxs xərclənmiş pul vəsaitlərinin və ya
istifadə olunmuş əşyanın əvəzini
ödəməyə borcludur. Ödəmənin həcmi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
əsassız varlanma ilə bağlı müddəalarına
uyğun olaraq müəyyən edilir.
67.8. Başqa şəxslərin
hüquqlarına və ya qanunla qorunan maraqlarına,
dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran
qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.
Həmin aktın ləğv olunması onun qüvvəyə
mindiyi andan yaranmış hüquqi nəticələri aradan
qaldırmır.
67.9. Maraqlı şəxsin etimadı
qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə
əsasən ləğv olunmuş inzibati aktın məzmununa
etimad göstərməsi səbəbindən həmin
şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya
ödənilməlidir. Kompensasiya maraqlı şəxsin
müraciətinə əsasən ödənilir.
67.10. Maraqlı şəxsə
ödəniləcək kompensasiyanın həcmi qanunsuz
inzibati aktı ləğv etmiş orqan tərəfindən
müəyyən olunur və həmin şəxsə
vurulmuş real ziyanın həcminə mütənasib
olmalıdır.
67.11. Maraqlı şəxs 1 il
ərzində kompensasiyanın ödənilməsini
tələb edə bilər. Müddətin axımı
qanunsuz inzibati aktın ləğv olunması haqqında
maraqlı şəxsə bu Qanunla müəyyən
olunmuş qaydada məlumat verildiyi gündən
başlayır.
67.12. Qanunsuz inzibati akt, həmin aktın
ləğv olunmasını şərtləndirən hallar
məlum olduğu gündən 1 il ərzində ləğv
edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci
maddəsində nəzərdə tutulmuş hallara şamil
olunmur.
67.13. Qanunsuz inzibati aktın ləğv
edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
Maddə 68. Qanuni inzibati aktın
ləğv olunması
68.1. Qanuni əlverişsiz inzibati akt,
həmin aktın ləğv olunmasının qanunla birbaşa
qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan
tərəfindən tam və ya qismən ləğv oluna
bilər.
68.2. Qanuni əlverişli inzibati akt
yalnız aşağıdakı hallarda ləğv edilə
bilər:
68.2.1. inzibati aktın ləğvi qanunla
birbaşa nəzərdə tutulduğu halda və ya inzibati
aktın özündə bu barədə müvafiq qeyd
olduğu halda;
68.2.2. maraqlı şəxsin inzibati
aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan)
istifadə etmədiyi və ya lazımi qaydada və
müddətdə istifadə etmədiyi halda;
68.2.3. inzibati aktın qəbulundan sonra
yaranmış hüquqi və ya faktiki hallara görə
həmin aktın qüvvədə qalması dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;
68.2.4. inzibati aktın qəbulu
üçün əsas olmuş hüquq normasının
dəyişməsi nəticəsində inzibati orqanın
həmin aktı qəbul etməməyə haqlı olduğu
və maraqlı şəxsin inzibati aktla müəyyən
edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi
və ya ona münasibətdə inzibati aktla təminat
verilmiş öhdəliklər yerinə yetirilmədiyi və
ya həmin aktın qüvvədə qalmasının
dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura
bildiyi hallarda.
68.3. Qanuni inzibati aktın ləğv
olunması onun qüvvəyə mindiyi andan yaranmış
hüquqi nəticələri aradan qaldırmır.
68.4. Qanuni inzibati akt, həmin aktın
ləğv olunmasını şərtləndirən hallar
məlum olduğu gündən 1 il ərzində ləğv
edilə bilər.
68.5. Maraqlı şəxsin etimadı
qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və
68.2.4-cü maddələrinə əsasən ləğv
olunmuş inzibati aktın məzmununa etimad
göstərməsi səbəbindən həmin
şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya
ödənilməlidir. Kompensasiya maraqlı şəxsin
müraciətinə əsasən ödənilir.
68.6. Maraqlı şəxsə
ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati
aktı ləğv etmiş inzibati orqan tərəfindən
müəyyən olunur və həmin şəxsə
vurulmuş real ziyanın həcminə mütənasib
olmalıdır.
68.7. Qanuni inzibati aktın ləğv
olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
Maddə 69. İnzibati aktın bir
hissəsinin etibarsız sayılması və ya ləğv
edilməsi
69.1. İnzibati aktın bir hissəsinin
etibarsız sayılması və ya ləğv edilməsi bu
Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
69.2. İnzibati aktın bir hissəsinin
etibarsız sayılması və ya ləğv edilməsi
həmin aktın digər hissələrinin etibarsız
sayılmasına və ya ləğv edilməsinə
(həmin hissələr bir-biri ilə əlaqədar
deyildirsə) səbəb olmur.
Maddə 70. Sənədlərin
qaytarılması
Hər hansı hüququ təsdiq
etmək və ya həyata keçirmək üçün
inzibati akt əsasında verilmiş sənədlər və
ya əşyalar, həmin inzibati akt etibarsız sayıldıqdan
və ya ləğv edildikdən sonra müvafiq inzibati orqan
tərəfindən tələb oluna bilər. Həmin
sənədlərə və ya əşyalara faktiki sahib olan
şəxs onları qaytarmağa borcludur.
V I I f
ə s i l
İNZİBATİ
ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT
Maddə 71. İnzibati aktdan
şikayət vermək hüququ
71.1. Maraqlı şəxslər
hüquqlarını və ya qanunla qorunan maraqlarını
müdafiə etmək məqsədilə inzibati aktdan və
ya inzibati aktın qəbul edilməsindən imtinadan
şikayət vermək hüququna malikdirlər.
71.2. Şəxsin müraciətinin
məqsədi inzibati aktın qəbulu ilə bağlı
olmadığı hallarda inzibati orqanın hərəkət
və ya hərəkətsizliyindən də bu fəslin
qaydalarına uyğun olaraq şikayət verilə bilər.
71.3. Yalnız aşağıdakı
hallarla bağlı aralıq inzibati aktlardan müstəqil
şəkildə subordinasiya baxımından yuxarı inzibati
orqana və ya şikayətə baxmaq səlahiyyətinə
malik olan digər orqana (bundan sonra - şikayət
instansiyası) şikayət verilə bilər:
71.3.1. səlahiyyətlə
bağlı;
71.3.2. etirazla bağlı;
71.3.3. icraat üzrə materialların
tanış olmaq üçün maraqlı şəxsə
təqdim edilməsindən və ya iş üzrə
maraqlı şəxsə məlumat verilməsindən imtina
olunması ilə bağlı;
71.3.4. qanunla birbaşa nəzərdə
tutulmuş digər hallarda.
Maddə 72. İnzibati şikayətin
verilməsi və
geri götürülməsi
qaydası
72.1. İnzibati aktdan şikayət
inzibati qaydada və ya məhkəmə qaydasında verilə
bilər.
72.2. İnzibati aktdan eyni zamanda həm
inzibati, həm də məhkəmə qaydasında
şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə
məhkəmə qaydasında baxılır və
şikayət instansiyasında həmin şikayət
üzrə başlanılmış icraata xitam verilir.
72.3. İnzibati qaydada şikayət
birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan
vasitəsilə şikayət instansiyasına təqdim edilir.
İnzibati orqan 3 gün müddətində həmin
şikayəti şikayət instansiyasına
göndərməyə borcludur.
72.4. Bu fəslin müddəaları
inzibati qaydada verilən şikayətlərə şamil
olunur.
72.5. İnzibati aktlardan
məhkəmə qaydasında şikayət (inzibati iddia)
Azərbaycan Respublikasının müvafiq qanunu ilə
müəyyən olunmuş qaydada verilir.
72.6. İnzibati qaydada verilmiş
şikayət üzrə bu Qanunun 80-ci maddəsində
nəzərdə tutulmuş qərar qəbul
edilənədək, həmin şikayət maraqlı
şəxsin və ya onun nümayəndəsinin
ərizəsinə əsasən geri götürülə
bilər.[24]
Maddə 73. İnzibati şikayətin
verilməsi müddəti
73.1. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, şikayət
inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün
müddətində, elmi dərəcələr
və elmi adlar verilməsi, xarici ölkələrdə
verilmiş elmi dərəcələr və elmi adlar
haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi və tanınması) və ya
təkrar attestasiya əsasında tanınması, elmi
dərəcədən və elmi addan məhrumetmə (elmi
adın və elmi dərəcənin bərpası) ilə bağlı
inzibati aktlara münasibətdə isə bu inzibati aktlar
qəbul edildiyi tarixdən 2 ay müddətində
müvafiq şikayət instansiyasına verilir.[25]
73.2. İnzibati aktda ona qarşı
mümkün hüquqi müdafiə vasitələri, bu
hüquqi müdafiə vasitələrindən istifadə
(şikayət vermə) qaydası və müddəti
nəzərdə tutulmadıqda və ya inzibati akt onun
ünvanlanmadığı digər maraqlı
şəxslərin qanuni maraqlarına (ilk dəfə)
toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi
gündən 6 ay müddətində şikayət verilə
bilər.
73.3. İnzibati aktdan şikayət
verilməsi ilə bağlı müddət üzrlü
səbəbdən buraxıldıqda, maraqlı şəxsin
ərizəsinə əsasən şikayət instansiyası
tərəfindən həmin müddət bərpa edilir.
Maddə 74. İnzibati şikayətin
forması və məzmunu
74.1. İnzibati şikayət
yazılı formada tərtib edilir.
74.2. İnzibati şikayətdə
aşağıdakı məlumatlar göstərilməlidir:
74.2.1. şikayətin verildiyi inzibati
orqanın adı və ünvanı;
74.2.2. şikayəti verən
şəxsin soyadı, adı, atasının adı,
yaşayış yeri və ya olduğu yer (hüquqi
şəxsin adı və hüquqi ünvanı), inzibati
icraatda prosessual vəziyyəti;
74.2.3. barəsində şikayət
verilən inzibati akt və ya hərəkət
(hərəkətsizlik);
74.2.4. şikayəti verən
şəxsin tələbi və tələbin əsasları;
74.2.5. şikayətin tərtib edildiyi
tarix;
74.2.6. şikayəti verən
şəxsin imzası.
74.3. İnzibati şikayət bu
maddədə nəzərdə tutulmuş formal
tələblərə cavab vermədikdə, inzibati orqan
şikayətin həmin tələblərə uyğun olaraq
düzəldilməsi üçün qısa müddət
təyin edir və formal tələblərə əməl
olunmamasının hüquqi nəticələrini
şikayətçiyə izah edir.
Maddə 75. İnzibati şikayətin
baxılmamış saxlanılmasının əsasları
75.1. Şikayət instansiyası
aşağıdakı hallarda inzibati şikayəti
baxılmamış saxlayır:
75.1.1. bu Qanunun 74-cü maddəsində
nəzərdə tutulmuş tələblərə
əməl olunmadıqda;
75.1.2. şikayətin predmeti üzrə
digər səlahiyyətli inzibati orqanın və ya
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olduqda;[26]
75.1.3. inzibati şikayətin verilməsi
üçün qanunla müəyyən olunmuş
müddət buraxıldıqda və buraxılmış
müddət bərpa edilmədikdə;
75.1.4. şikayət maraqlı
şəxsin və ya onun nümayəndəsinin
ərizəsinə əsasən geri
götürüldükdə.[27]
75.2. Şikayət instansiyası
şikayətin baxılmamış saxlanılması
barədə qərar qəbul edir. Həmin qərardan bu
Qanunla müəyyən olunmuş qaydada şikayət
verilə bilər.
75.3. Şikayət instansiyası
şikayət üzrə qərar qəbul
edilənədək şikayəti vermiş şəxsə
öz rəyini bildirmək imkanı verməlidir.
75.4. Bu Qanunun 75.1.1-ci maddəsində
nəzərdə tutulmuş əsaslar aradan
qaldırıldıqdan sonra ümumi qaydada yenidən inzibati
şikayət verilə bilər.
Maddə 76. İnzibati şikayətin
verilməsinin hüquqi nəticələri
76.1. Bu Qanunun 76.2-ci maddəsinə
əsasən inzibati aktın icrasının
dayandırılması barədə qərar qəbul edildiyi
hallar istisna olmaqla, inzibati
şikayətin verilməsi şikayət olunan inzibati aktın
icrasını dayandırmır.[28]
76.2. İnzibati şikayətin verildiyi
hallarda, şikayət olunan inzibati aktın icrasının
dayandırılması ilə bağlı
məsələyə maraqlı şəxsin ərizəsinə
əsasən və ya xidməti vəzifəsinə
görə şikayət instansiyasının öz
təşəbbüsü ilə şikayət instansiyası
tərəfindən dərhal baxılır və bu
barədə müvafiq qərar qəbul edilir.
76.3. İnzibati aktın icrasının
dayandırılması ilə bağlı qərar
şikayət instansiyası tərəfindən
əsaslandırılmalıdır.
Maddə 77. Məhkəmə
qaydasında müvəqqəti xarakterli müdafiə
77.1. İnzibati şikayətin
verilməsindən asılı olmayaraq, maraqlı şəxs
müvəqqəti xarakterli müdafiə ilə bağlı
məhkəməyə müraciət edə bilər.
77.2. Maraqlı şəxsin
müvəqqəti xarakterli müdafiə ilə bağlı
ərizəsinə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və
müddətdə müvafiq məhkəmələr
tərəfindən baxılır.
Maddə 78. İnzibati
şikayətə baxılması müddəti
78.1. Qanunda başqa müddət
nəzərdə tutulmamışdırsa, şikayət
instansiyası daxil olduğu gündən 1 ay
müddətində inzibati şikayətə baxmağa və
mahiyyəti üzrə qərar qəbul etməyə borcludur.
78.2. Şikayət instansiyası
tərəfindən bu Qanunun 78.1-ci maddəsində
nəzərdə tutulmuş müddət ərzində
qərar qəbul edilmədikdə və ya şikayət
instansiyası tərəfindən qəbul edilmiş
qərarla razılaşmadıqda, şikayətçi
məhkəməyə şikayət verə bilər.
Maddə 79. İnzibati
şikayətə baxılması qaydası
79.1. İnzibati şikayətlər
üzrə icraat bu fəslin xüsusiyyətləri
nəzərə alınmaqla bu Qanunun IV fəslində
müəyyən olunmuş qaydada həyata keçirilir.
79.2. Şikayət inzibati aktı
qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan
şikayəti və icraatla bağlı materialları
şikayət instansiyasına göndərməyə borcludur.
Şikayət maraqlı şəxs tərəfindən
birbaşa şikayət instansiyasına təqdim olunduqda,
həmin orqan şikayət olunan inzibati aktı qəbul
etmiş inzibati orqandan icraatla bağlı materialları
tələb edə bilər.
79.3. Şikayət üzrə icraat
zamanı şikayət instansiyası tərəfindən
işə mahiyyəti üzrə və tam həcmdə
baxılır, şikayət olunan aktın
qanunauyğunluğu və məqsədəuyğunluğu
araşdırılır.
79.4. Şikayət instansiyasının
şikayət üzrə qərarı həm işdə olan,
həm də əlavə təqdim olunmuş sübutlara
əsaslanmalıdır.
79.5. Şikayət instansiyası
şikayətə baxılmasını heç bir halda
şikayət olunan inzibati aktı qəbul etmiş inzibati
orqana və ya onun vəzifəli şəxslərinə
həvalə edə bilməz.
Maddə 80. İnzibati şikayət
üzrə qərar qəbul edilməsi
80.1. İnzibati şikayətə
baxdıqdan sonra şikayət instansiyası:
80.1.1. inzibati aktı
dəyişdirmədən, inzibati şikayəti isə
təmin etmədən saxlayır və ya;[29]
80.1.2. inzibati aktı tamamilə və ya
qismən ləğv edir və
işdə olan və ya əlavə təqdim olunmuş
sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya;[30]
80.1.3. inzibati aktı dəyişdirir;[31]
80.1.4.
inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun
olaraq inzibati orqanın hərəkət və ya
hərəkətsizliyindən verilibsə, həmin
şikayət üzrə aparılmış
araşdırmanın nəticəsinə dair qərar
qəbul edir.[32]
80.2. Şikayət instansiyası
tərəfindən inzibati şikayət üzrə qəbul
edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara
dair bu Qanunla müəyyən edilmiş tələblərə
uyğun olmalıdır.
VIII f
ə s i l
İNZİBATİ
AKTIN İCRA EDİLMƏSİ
Maddə 81 . İnzibati aktların icra
edilməsi qaydası
81.1. İnzibati akt
ünvanlandığı şəxs (şəxslər)
üçün məcburi xarakter daşıyır və
həmin şəxs (şəxslər) ona əməl
etməyə borcludur.
81.2. Qanunda başqa qayda
nəzərdə tutulmamışdırsa, inzibati akt, o
cümlədən inzibati şikayət üzrə qəbul
olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən
icra edilir.
81.3. İnzibati orqan inzibati aktın
icrası ilə bağlı şəxsin hansı
hərəkətləri etməli olduğunu dəqiq
müəyyənləşdirməyə borcludur.
81.4. Maraqlı şəxs inzibati
aktı onun üçün daha əlverişli olan qanuni
üsul və vasitələrlə icra etməyə
haqlıdır.
81.5. İnzibati orqanın inzibati
aktın icrası ilə bağlı qanuni tələbləri
bütün dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslər
üçün məcburidir.
Maddə 82. Pul tələblərinin
icra edilməsi
82.1. Pul tələblərinin
ödənilməsi ilə bağlı inzibati aktların
məcburi qaydada icrası “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən icra məmurları
tərəfindən icra edilir.[33]
82.2. İnzibati aktı qəbul etmiş
inzibati orqan tələbin icraya yönəldilməsi
haqqında qərar qəbul edir. Bu halda tələbin icraya
yönəldilməsi üçün məhkəmə
qərarının qəbul edilməsi tələb olunmur.
82.3. Tələbin icraya
yönəldilməsi haqqında qərarın qəbul
edilməsinin şərtləri
aşağıdakılardır:
82.3.1. borclu tərəfindən ən
azı 10 gün
ərzində pul tələblərinin ödənilməsini
nəzərdə tutan inzibati aktın qəbul edilmiş
olması; [34]
82.3.2. pul tələblərinin
ödənilməsi üçün müəyyən
olmuş icra müddətinin bitməsi;
82.3.3. inzibati orqan tərəfindən
borcluya edilmiş xəbərdarlıqdan sonra,
xəbərdarlığın elan olunduğu gündən
sonrakı 10 gün
müddətində borclunun ödəməni həyata
keçirməməsi.
Maddə 83. Borclunu müəyyən
hərəkətlər etməyə, müəyyən
hərəkətlərə dözməyə və ya
müəyyən hərəkətləri etməkdən çəkinməyə
məcbur edən inzibati aktların icra edilməsi
83.1. Borclunu müəyyən
hərəkətlər etməyə, müəyyən
hərəkətlərə dözməyə və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən inzibati aktın
könüllü qaydada icrası üçün maraqlı
şəxsə kifayət qədər müddət (ən
azı 10 gün)
təyin edilməlidir.
83.2. Bu Qanunun 83.1-ci maddəsinə
uyğun olaraq təyin olunmuş müddət ərzində
könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada
icra edilir.
83.3. Borclunu müəyyən
hərəkətləri etməyə, müəyyən
hərəkətlərə dözməyə və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən inzibati aktın
məcburi qaydada icrası aşağıdakı məcburi
icra tədbirləri vasitəsilə təmin oluna bilər:
83.3.1. inzibati aktla nəzərdə
tutulmuş hərəkətin borclunun (maraqlı
şəxsin) hesabına başqa şəxs və ya inzibati
orqan tərəfindən icra edilməsi;
83.3.2. cərimə;
83.3.3. bilavasitə məcburetmə.
83.4. Maraqlı şəxs məcburi icra
tədbirlərinin tətbiq olunacağı barədə
inzibati orqan tərəfindən əvvəlcədən
xəbərdar edilməlidir. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş
hallarda, habelə dövlət maraqlarına və ya ictimai
maraqlara ziyan vura biləcək təhlükənin
qarşısının alınması və ya aradan
qaldırılması ilə əlaqədar təxirəsalınmaz
hallarda maraqlı şəxs məcburi icra tədbirlərinin
tətbiq olunacağı barədə əvvəlcədən
xəbərdar edilməyə bilər.
83.5. Xəbərdarlıq yazılı
formada olur və bu Qanunla müəyyən olunmuş qaydada
maraqlı şəxsə rəsmi təqdim olunur.
83.6. Xəbərdarlıqda inzibati
aktın könüllü qaydada icrası üçün
təyin olunmuş müddət və həmin müddət
başa çatdıqdan sonra tətbiq olunması nəzərdə
tutulan məcburi icra tədbirinin müvafiq növü
göstərilir. Xəbərdarlıqda yalnız bir məcburi
icra tədbiri nəzərdə tutula bilər. Əvvəl
seçilmiş məcburi icra tədbiri heç bir
nəticə vermədiyi halda, daha ciddi və ya başqa
məcburi icra tədbirinin tətbiqinə yol verilir. Məcburi
icra tədbirləri inzibati akt icra olunana qədər
təkrarlana, sərtləşdirilə və ya
dəyişdirilə bilər.
83.7. Xəbərdarlıqda icra
edilməli inzibati akta istinad olunmalı və məcburi icra
tədbirlərinin tətbiqi əsasları
göstərilməlidir.
83.8. İnzibati orqan məcburi icra
tədbirlərinin tətbiqi zamanı mütənasiblik
prinsipinə əməl etməyə borcludur.
83.9. Şəxs inzibati aktı icra etdiyi
halda məcburi icra tədbirlərinin tətbiqi dərhal
dayandırılmalıdır.
Maddə 84. İnzibati aktın
borclunun (maraqlı şəxsin) hesabına icra edilməsi
84.1. İnzibati aktla nəzərdə
tutulmuş hərəkətin (hərəkətlərin)
borclu tərəfindən yerinə yetirilmədiyi və
həmin hərəkətin icrasının başqa
şəxs və ya orqan tərəfindən mümkün
olduğu halda, inzibati orqan hərəkətin borclunun
hesabına icra olunmasını həmin şəxsə və
ya orqana həvalə edə bilər.
84.2. Bu Qanunun 84.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda inzibati aktın icrası
ilə bağlı xərclər maraqlı şəxsin
(borclunun) hesabına ödənilir.
Maddə 85. İnzibati aktın
icrasının cərimə vasitəsilə təmin
edilməsi
85.1. Şəxsi müəyyən
hərəkətləri etməyə və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən inzibati aktın
icrasını təmin etmək üçün inzibati orqan
tərəfindən qanunvericiliyə uyğun olaraq
cərimə təyin oluna bilər.
85.2. Fiziki şəxslər qırx dörd manatdan, hüquqi
şəxslər isə üç yüz otuz manatdan yuxarı
miqdarda cərimə oluna bilməzlər.[35]
85.3. Cərimənin miqdarı dörd manatdan az ola
bilməz.[36]
85.4. Cərimə dövlət
büdcəsinə köçürülür.
Maddə 86. Bilavasitə məcburetmə
86.1. Bu Qanunun 84-cü və 85-ci
maddələrində nəzərdə tutulmuş məcburi
icra tədbirləri vasitəsilə inzibati aktın icrası
mümkün olmadıqda və ya həmin tədbirlərin
tətbiqi obyektiv şərait baxımından mümkün
olmadıqda, inzibati orqan maraqlı şəxsi müəyyən
hərəkətləri etməyə və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə bilavasitə məcbur edə və ya
özü dərhal həmin hərəkəti həyata
keçirə bilər.
86.2. Bilavasitə məcburetmə
zamanı “Polis haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş müvafiq
tədbirlərdən istifadə oluna bilər.
86.3. Bilavasitə məcburetmə
tədbiri yalnız müvafiq səlahiyyəti olan inzibati orqan
tərəfindən və qanunla müəyyən edilmiş
qaydada tətbiq oluna bilər.
Maddə 87. Bələdiyyələr
tərəfindən qəbul edilmiş inzibati aktların icra
olunması qaydası
Bələdiyyələr
tərəfindən qəbul edilmiş inzibati aktların
məcburi qaydada icrası “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq icra məmurları tərəfindən həyata
keçirilir.[37]
Maddə 88. Məcburi icra
tədbirlərinin tətbiq edilməsi haqqında qərardan
şikayət verilməsi
Maraqlı şəxs məcburi icra
tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan
bu Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada
yuxarı inzibati orqana və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada məhkəməyə şikayət verə
bilər.
I X f ə
s i l
MƏSULİYYƏT
Maddə 89. İnzibati orqanların
məsuliyyəti
89.1. İnzibati orqanların qanunsuz
qərarları (inzibati aktları) və ya
hərəkətləri (hərəkətsizliyi)
nəticəsində maraqlı şəxsə vurulmuş
ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyır.
89.2. Maraqlı şəxs
kompensasiyanın ödənilməsindən imtina olunması
haqqında inzibati orqanın qərarından müvafiq
məhkəməyə şikayət verə bilər.
Maddə 90. İnzibati orqanların
vəzifəli şəxslərinin məsuliyyəti
90.1. İnzibati orqanların
vəzifəli şəxsləri bu Qanunun
müddəalarının pozulmasına görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada intizam, inzibati və ya
cinayət məsuliyyəti daşıyırlar.
90.2. Vəzifəli şəxsin
təqsiri, yəni kobud ehtiyatsızlığı və ya
qəsdi nəticəsində vurulmuş ziyana görə
maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda,
həmin vəzifəli şəxs müvafiq inzibati orqan
tərəfindən reqres iddia qaydasında maddi
məsuliyyətə cəlb oluna bilər.
Maddə 91. Qanunun qüvvəyə
minməsi
Bu Qanun Azərbaycan Respublikasının
İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə
qüvvəyə minir.[38]
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 oktyabr 2005-ci il
¹ 1036-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 dekabr
2006-cı il tarixli 206-IIIQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1031)
2.
2 iyun
2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə
462)
3.
17 may
2011-ci il tarixli 121-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci
il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 07, maddə 592)
4.
28 oktyabr
2014-cü il tarixli 1085-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21
dekabr 2014-cü il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1516)
5.
5 aprel
2016-cı il tarixli 189-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24
aprel 2016-cı il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 643)
6.
30 oktyabr 2018-ci il tarixli 1302-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2018-ci il, ¹ 294, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2470)
7.
7 dekabr 2018-ci il tarixli 1383-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 yanvar 2019-cu il, ¹ 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 5)
8.
28 dekabr 2018-ci il tarixli 1404-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
21)
9.
28 dekabr 2018-ci il tarixli 1446-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2530)
10.
1 fevral 2019-cu il tarixli 1466-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 fevral 2019-cu il, ¹ 31, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹2, maddə 184)
11.
29 noyabr 2019-cu il tarixli 1714-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1901)
12.
8 may 2020-ci il
tarixli 91-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 669)
13.
19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
829)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 dekabr 2018-ci
il tarixli 1404-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 21) ilə yeni məzmunda 3.2-1-ci maddə
əlavə edilmişdir.
[2] 28 dekabr 2018-ci
il tarixli 1446-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 12, I kitab, maddə 2530) ilə 3.3-cü
maddəyə “xüsusi qaydalar”
sözlərindən sonra “(bu
Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar
istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[3] 30 oktyabr 2018-ci
il tarixli 1302-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr
2018-ci il, ¹ 294, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2470) ilə 4.3-cü maddəyə yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
1 fevral 2019-cu il tarixli 1466-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral
2019-cu il, ¹ 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹2, maddə 184) ilə 4.3-cü
maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bu mübahisələr dövlət
və bələdiyyə əmlakının istifadəyə,
icarəyə və mülkiyyətə verilməsi ilə
əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar,
həmçinin birbaşa məhkəmələrdə
mübahisələndirilə bilər.
[4] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 5.1-1-ci
maddə əlavə edilmişdir.
[5] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 7.4-cü
maddənin ikinci cümləsində “qısa müddət ərzində” sözləri “5 gün müddətində”
sözləri ilə əvəz edilmişdir.
[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə 8-ci
maddədə “şərti
maliyyə vahidinin 20 mislindən” sözləri “iyirmi iki manatdan” sözləri
ilə əvəz edilmişdir.
[7] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 23.1-ci
maddədə “ərizə
və ya vəsatətlərin” sözləri “ərizə, şikayət və
ya vəsatətlərin” sözləri ilə, “ərizə və ya
vəsatətdə” sözləri “ərizə, şikayət və ya
vəsatətlərdə” sözləri ilə əvəz
edilmişdir.
[8] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 24.5-ci
maddədə “ərizə
və ya vəsatətləri” sözləri “ərizə, şikayət və
ya vəsatətləri” sözləri ilə əvəz
edilmişdir.
[9] 19 may 2020-ci il tarixli 111-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul
2020-ci il, ¹ 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
829) ilə yeni
məzmunda 27.2-1-ci maddə əlavə edilmişdir.
[10] 7 dekabr 2018-ci
il tarixli 1383-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar
2019-cu il, ¹ 13, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 5)
ilə 30.3-cü
maddədə “bütün
sənədlər” sözləri “sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin
tələblərinə əməl edilməklə,”
sözləri ilə əvəz edilmişdir.
[11] 28 dekabr 2018-ci
il tarixli 1446-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 12, I kitab, maddə 2530) ilə yeni
məzmunda 30.5-ci maddə əlavə edilmişdir.
[12] 7 dekabr 2018-ci
il tarixli 1383-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar
2019-cu il, ¹ 13, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 5)
ilə 32.2-ci
maddədə “inzibati orqan”
sözlərindən sonra “, bu
Qanunun 32.2-1-ci maddəsinin tələblərini
nəzərə alaraq,” sözləri əlavə
edilmişdir.
[13] 7 dekabr 2018-ci
il tarixli 1383-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar
2019-cu il, ¹ 13, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 5)
ilə yeni
məzmunda 32.2-1-ci maddə əlavə edilmişdir.
[14] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə
34.1.3-cü maddədə “maddəsində”
sözü “və 35.5-ci
maddələrində” sözləri ilə əvəz
edilmişdir.
[15] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 34.3-cü
maddə əlavə edilmişdir.
[16] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 41-ci
maddənin adında “təyin”
sözü “cəlb”
sözü ilə əvəz edilmişdir.
[17] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 41.1-ci
maddədə “ekspertiza təyin”
sözləri “ekspert və ya
mütəxəssis cəlb” sözləri ilə
əvəz edilmişdir.
[18] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 41.4-cü maddədən “və
ya mütəxəssisləri” sözləri, 41.6-cı
maddədən isə “və ya
mütəxəssis” sözləri
çıxarılmışdır.
29 noyabr 2019-cu il tarixli 1714-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1901) ilə 41.4-cü maddədə “qərarına əsasən
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş müvafiq qurumların
ekspertləri” sözləri “qərarı
və ya maraqlı şəxslərlə bağlanan
müqavilə əsasında məhkəmə ekspertizası
idarələrinin ekspertləri və ya özəl
məhkəmə ekspertləri” sözləri ilə
əvəz edilmişdir.
[19] 29 noyabr 2019-cu il tarixli 1714-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1901) ilə 41.5-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
41.5. Azərbaycan
Respublikasının qanunvericiliyində başqa müddət
nəzərdə tutulmamışdırsa, ekspert inzibati orqan
tərəfindən təyin olunmuş müddət ərzində
tədqiqat üzrə rəy təqdim etməyə borcludur.
[20] 29 noyabr 2019-cu il tarixli 1714-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1901) ilə yeni məzmunda 41.5-1-ci maddə
əlavə edilmişdir.
[21] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 41.6-1-ci maddə əlavə edilmişdir.
[22] 29 noyabr 2019-cu il tarixli 1714-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1901) ilə yeni məzmunda 41.8-ci maddə
əlavə edilmişdir.
[23] 5 aprel 2016-cı il tarixli 189-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 aprel 2016-cı il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4,
maddə 643) ilə 42.1.4-cü maddəsində “müəssisənin aksiyaları və ya nizamnamə
kapitalına sahib” sözləri “hüquqi şəxsə aidiyyəti olan şəxs”
sözləri ilə əvəz edilmişdir.
[24] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 72-ci
maddənin adında “şikayətin
verilməsi” sözlərindən sonra “və geri götürülməsi” sözləri
əlavə edilmişdir və 72.6-cı maddə əlavə
edilmişdir.
[25] 8 may 2020-ci il tarixli 91-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 669) ilə 73.1-ci maddəsinə “müddətində” sözündən sonra “, elmi dərəcələr və
elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş
elmi dərəcələr və elmi adlar haqqında
sənədlərin nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi və tanınması) və ya
təkrar attestasiya əsasında tanınması, elmi
dərəcədən və elmi addan məhrumetmə (elmi
adın və elmi dərəcənin bərpası) ilə
bağlı inzibati aktlara münasibətdə isə bu
inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay
müddətində” sözləri əlavə
edilmişdir.
[26] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə
1516) ilə 75.1.2-ci maddədə “məhkəmənin” sözündən sonra “qanuni qüvvəyə minmiş”
sözləri əlavə edilmişdir.
[27] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 75.1.3-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
75.1.4-cü maddə əlavə edilmişdir.
[28] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 76.1-ci
maddədə “İnzibati”
sözü “Bu Qanunun 76.2-ci
maddəsinə əsasən inzibati aktın icrasının
dayandırılması barədə qərar qəbul edildiyi
hallar istisna olmaqla, inzibati” sözləri ilə əvəz
edilmişdir.
[29] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 80.1.1-ci
maddədə “saxlaya bilər”
sözləri “saxlayır və
ya” sözləri ilə əvəz edilmişdir.
[30] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 80.1.2-ci
maddədə “ləğv
edə bilər” sözləri “ləğv edir” sözləri ilə, “qəbul edə bilər”
sözləri isə “qəbul
edir və ya” sözləri ilə əvəz edilmişdir.
[31] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 80.1.3-cü
maddədə “dəyişdirə
bilər” sözləri “dəyişdirir”
sözü ilə əvəz edilmişdir.
[32] 28 oktyabr 2014-cü il tarixli 1085-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12,
maddə 1516) ilə 80.1.3-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
80.1.4-cü maddə əlavə edilmişdir.
[33] 17 may 2011-ci il tarixli 121-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci
il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 07, maddə 592) ilə 82.1-ci maddədə “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən məhkəmə
icraçıları” sözləri “İcra haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən icra məmurları” sözləri
ilə əvəz edilmişdir.
[34] 17 may 2011-ci il tarixli 121-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci
il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 07, maddə 592) ilə 82.3.1-ci, 82.3.3-cü
və 83.1-ci maddələrdə “
[35] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə 85.2-ci
maddədə “şərti
maliyyə vahidinin 40 mislindən, hüquqi şəxslər
isə şərti maliyyə vahidinin 300 mislindən”
sözləri “qırx dörd
manatdan, hüquqi şəxslər isə üç yüz
otuz manatdan” sözləri ilə əvəz edilmişdir.
[36] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə
85.3-cü maddədə “şərti
maliyyə vahidinin 3 mislindən” sözləri “dörd manatdan” sözləri
ilə əvəz edilmişdir.
[37] 17
may 2011-ci il tarixli 121-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci
il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 07, maddə 592) ilə 87-ci maddədə “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq məhkəmə
icraçıları” sözləri “İcra haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq icra məmurları” sözləri
ilə əvəz edilmişdir.
[38] 19 dekabr 2006-cı il tarixli 206-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1031) ilə 91-ci maddəsinin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.