Dövlət
satınalmaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında
dövlət satınalmalarının iqtisadi, hüquqi və
təşkilati əsaslarını
müəyyənləşdirir, satınalmalar zamanı
dövlət vəsaitindən səmərəli və
qənaətlə istifadə edilməsi, müsabiqə və
aşkarlıq əsasında bütün malgöndərənlərə
(podratçılara) bərabər rəqabət mühiti
yaradılması prinsipləri və qaydalarını
müəyyən edir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun tətbiq
dairəsi
1.1. Bu Qanun, bu Qanunun 1.2
- 1.4-cü maddələrinin
müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında
dövlət müəssisə və təşkilatları
(idarələri), nizamnamə fondunda dövlətin payı 30
faiz və daha çox olan müəssisə və təşkilatlar
tərəfindən malların (işlərin və
xidmətlərin) dövlət vəsaitləri,
dövlətin aldığı və dövlət
zəmanəti ilə alınmış kreditlər və
qrantlar hesabına satın alınmasına şamil edilir.[1]
1.2. Dövlət
müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq
məhsullarının (dövlət taxıl fondu
üçün alınan buğda istisna olmaqla)
mərkəzləşdirilmiş qaydada dövlət
büdcəsinin vəsaitləri hesabına satın
alınması müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.[2]
1.4. Birinci instansiya
məhkəmələrində kargüzarlığın
aparılması ilə bağlı dəftərxana
ləvazimatlarının satınalınması
məqsədilə dövlət büdcəsində
nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin
bank hesabına köçürülür. Birinci instansiya
məhkəmələrində kargüzarlığın
aparılması ilə bağlı dövlət
büdcəsində nəzərdə tutulmuş vəsaitin
birbaşa hakimlərin bank hesablarına
köçürülməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.[3]
Maddə 2. Əsas
anlayışlar
Bu Qanunda istifadə olunan
anlayışların mənası
aşağıdakılardır:
satınalma - malların (işlərin
və xidmətlərin) bu Qanunla
müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə
edilməsi;[4]
satınalan
təşkilat -
malları (işləri və xidmətləri) dövlət vəsaiti hesabına
satınalan dövlət müəssisə və
təşkilatları (idarələri), nizamnamə fondunda
dövlətin payı 30 faiz və daha çox olan
müəssisə və təşkilatlar;[5]
tender - satınalma
müqaviləsinin yerinə yetirilməsi üzrə
iddiaçıların kağız
daşıyıcıda və ya elektron formada təqdim
etdikləri təkliflərdən ən səmərəlisinin
seçilməsi məqsədi ilə keçirilən
müsabiqə;[6]
mallar - müəyyən
kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə
malik olan məhsullar, bərk, maye və ya qaz halında olan
məmulatlar, avadanlıqlar, xammal, habelə elektrik enerjisi;
işlər - binanın, qurğunun və
ya obyektin layihələşdirilməsi, tikintisi, yenidən
qurulması, sökülməsi, təmiri, o
cümlədən tikinti meydançasının
hazırlanması, avadanlığın qurulması, inşaat,
quraşdırma, tamamlama və ya torpaq işləri, habelə
bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor,
geoloji-kəşfiyyat, peykdən çəkiliş,
nəşr və çap işləri, seysmik tədqiqat
və satınalma müqaviləsinə əsasən digər
işlər;
xidmətlər - mallardan və
işlərdən başqa, hər hansı digər
satınalma predmeti;
malgöndərən
(podratçı)
- satınalan təşkilatla bağlanan satınalma
müqaviləsinin potensial və ya real tərəfi;
iddiaçı - tender şərtlərinə
əsasən təklif verən, tenderdə iştirak
haqqını ödəyən hüquqi və ya fiziki
şəxslər, yaxud hüquqi şəxslərin birliyi;
tender təklifinin
təminatı -
iddiaçının tender təklifi üzrə satınalan
təşkilat qarşısında götürdüyü
öhdəliklərə verilən təminat. Bu təminat bank
zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul
vəsaiti, depozitlər və digər maliyyə aktivləri
ola bilər;
tender komissiyası - satınalan təşkilat
tərəfindən yaradılan və onun adından tender
prosedurlarını həyata keçirən
müvəqqəti işçi qrupu;
tenderin əsas
şərtlər toplusu - satınalan təşkilatın tender
şərtlərini əks etdirən və iddiaçılara
təqdim edilən sənəd;
satınalma
müqaviləsi -
satınalan təşkilatla tender qalibi (qalibləri)
arasında bağlanan və malların (işlərin və
xidmətlərin) satın alınması ilə
əlaqədar tərəflərin öhdəliklərini
müəyyənləşdirən sənəd;
satınalma
müqaviləsinin
yerinə yetirilməsinin
təminatı - tender qalibinin (qaliblərinin) satınalan
təşkilata təqdim etdiyi və satınalma
müqaviləsi üzrə öhdəliklərinin icrasına
verdiyi təminat. Bu təminat bank zəmanəti, akkreditiv,
qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər
və digər maliyyə aktivləri ola bilər;
güzəştli düzəliş
- satınalan təşkilatın yerli
malgöndərənlər (podratçılar)
üçün bu Qanunun 36.9-cu və 44.2-ci
maddələrinə əsasən tətbiq etdiyi
güzəşt;[7]
dövlət
vəsaiti -
Azərbaycan Respublikası dövlət büdcəsinin
vəsaiti, dövlət tərəfindən
bağlanmış beynəlxalq sazişlərə və
müqavilələrə əsasən alınmış
kreditlər, qrantlar, xarici yardımlar, büdcədən
maliyyələşdirilən təşkilatların
büdcədənkənar fondlarının vəsaiti və
qanunvericiliklə dövlət vəsaitinə aid edilən
digər vəsaitlər;
emitent - malgöndərənin
(podratçının) tender təklifinə, satınalma
müqaviləsinin yerinə yetirilməsi üzrə
təminatlarına və digər ödəniş
sənədlərinə zəmanət verən maliyyə
qurumu;
malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat
tərəfindən tenderin elan olunmasından əvvəl
mövcud normativ hüquqi sənədlərə uyğun
olaraq malların (işlərin və xidmətlərin)
müəyyənləşdirilən orta bazar qiyməti;
dövlət
satınalmalarının vahid internet portalı
– müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən yaradılan və
fəaliyyəti təmin edilən, satınalma prosedurları
haqqında dəvətlər və həmin prosedurların
nəticələri dərc edilən, satınalma
müqavilələrinin və etibarsız
malgöndərənlərin (podratçıların) vahid
reyestri aparılan, dövlət satınalmalarının
elektron vasitələrlə həyata keçirilməsini
təmin edən, dövlət satınalmalarını
tənzimləyən qanunvericiliyi əks etdirən və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya
olunan vahid internet portalı;
elektron satınalma
– qalib təklifin seçilməsi üçün
satınalan təşkilat tərəfindən tətbiq
edilən, real vaxt rejimində dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə
keçirilən, malgöndərənlərin
(podratçıların) təqdim etdikləri
təkliflərin avtomatik qiymətləndirilməsini təmin
edən satınalma proseduru;
satınalma planı
– satınalan təşkilat tərəfindən tərtib
edilən, bu Qanuna uyğun olaraq bir büdcə ili
ərzində satın alınacaq malların (işlərin
və xidmətlərin) tərkibi, həcmi, miqdarı və
ölçüsü barədə məlumatı,
satınalmanın ardıcıllığını və
təqvim ili üzrə bölgüsünü əks etdirən
və elektron formada dövlət satınalmalarının vahid
internet portalında yerləşdirilən sənəd;
təkliflərin cəlb edilməsi
– tenderdə, ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi prosedurunda,
təkliflər sorğusu prosedurunda və ya elektron
satınalmada iştirak etmək üçün verilən
dəvət.[8]
Maddə 3. Dövlət
satınalmaları haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Dövlət satınalmaları ilə
bağlı münasibətlər bu Qanunla, Azərbaycan
Respublikasının digər qanunları və normativ
hüquqi aktları ilə tənzimlənir.
Maddə 4. Dövlət
satınalmaları üzrə müvafiq icra hakimiyyəti
orqanı
4.1. Dövlət satınalmaları
üzrə müvafiq icra hakimiyyəti orqanı dövlət
vəsaitləri hesabına malların (işlərin və
xidmətlərin) satın alınması sahəsində dövlət
siyasətini həyata keçirir və bu məqsədlə:
4.1.1. Azərbaycan Respublikasında
dövlət satınalmalarını tənzimləyən
normativ hüquqi bazanın yaradılmasında və
təkmilləşdirilməsində iştirak edir. Dövlət
satınalmalarına dair qaydaları, təlimatları,
digər sənədləri hazırlayır və təsdiq
edilmək üçün müvafiq icra hakimiyyəti
orqanlarına təqdim edir;
4.1.2. dövlət vəsaiti hesabına
malların (işlərin və xidmətlərin)
müsabiqə əsasında satın alınmasının
qanuniliyinə və müqavilələrin icrasına
nəzarət edir, mübahisəli məsələləri
araşdırır, qanunvericiliyin pozulması hallarını
aşkar etdikdə, satınalma prosedurlarını 7 bank
gününədək dayandırır və lazım gəldikdə
satınalan təşkilat qarşısında tenderin
nəticələrinin ləğv edilməsi barədə
məsələ qaldırır;
4.1.3. dövlət satınalma
prosedurlarında mübahisəli məsələləri
araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun
müddəalarına uyğun tədbirlər görür;
4.1.4. dövlət
satınalmalarının təşkili və aparılması
üzrə satınalan təşkilatlara metodiki və
təşkilati kömək göstərir,
məsləhətlər verir, mütəxəssislərin
ixtisas səviyyəsinin artırılması üçün
kurslar yaradır, seminarlar və konfranslar keçirir,
müvafiq tədris-metodiki materialları hazırlayır;
4.1.5. dövlət satınalmalarına dair
hesabatların tərtibi qaydalarını
müəyyənləşdirir, dövlət
satınalmalarını tənzimləyən normativ hüquqi
aktların, sənədlərin və məlumatların
ictimaiyyətə çatdırılmasını təmin
edir;
4.1.6. dövlət satınalmaları
üzrə illik hesabatları hazırlayır və müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edir.
4.1.7. dövlət
satınalmaları üzrə tenderlər, təkliflər
sorğusu və kotirovka sorğusu barədə elanlar və
onların nəticələri barədə məlumatların
yerləşdirildiyi dövlət satınalmalarının
rəsmi internet saytını (bundan sonra — rəsmi internet
saytı) yaradır;[9]
4.1.8.
satınalan təşkilatların,
malgöndərənlərin (podratçıların)
dövlət satınalmalarının vahid internet
portalından istifadə etmələri üçün onlara
metodiki köməklik göstərir, məsləhətlər
verir;
4.1.9. dövlət
satınalmalarının vahid internet portalında mövcud olan
informasiya resurslarının təhlükəsizliyinin
qorunması üçün tədbirlər görür.[10]
4.2. Dövlət satınalmaları
üzrə icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri və digər məsul işçiləri
öz xidməti vəzifələrini yerinə
yetirmədikdə müvafiq qanunvericiliyə uyğun
məsuliyyət daşıyırlar.
Maddə 4-1. Dövlət satınalmalarının
planlaşdırılması[11]
4-1.1.
Satınalan təşkilat cari ilin oktyabr ayının
15-dən gec olmayaraq növbəti il üçün ilkin
satınalma planını hazırlayaraq təsdiq edir və
dövlət satınalmalarının vahid internet portalında
yerləşdirir. İlkin satınalma planı növbəti
il üçün Azərbaycan Respublikasının
dövlət büdcəsi təsdiq edilənədək
qüvvədə qalır.
4-1.2.
Növbəti il üçün Azərbaycan
Respublikasının dövlət büdcəsi təsdiq
edildikdən və büdcə göstəricilərini
aldıqdan sonrakı 10 bank günü ərzində
satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə
apararaq, həmin planı təsdiq edir və dövlət
satınalmalarının vahid internet portalında
yerləşdirir.
4-1.3.
İllik satınalma planında aşağıdakı
məlumatlar əks olunur:
4-1.3.1.
satınalan təşkilatın adı;
4-1.3.2.
satın alınacaq malların (işlərin və
xidmətlərin) adı, həcmi, miqdarı və
ölçüsü;
4-1.3.3.
satınalmanın ardıcıllığı, təqvim ili
üzrə bölgüsü və satınalma üsulu;
4-1.3.4.
malların göndərilməsinin, işlərin
görülməsinin, xidmətlərin
göstərilməsinin planlaşdırılan yeri və
müddətləri.
4-1.4.
Satınalan təşkilat ayda bir dəfədən çox
olmamaq şərtilə satınalma planında
dəyişiklik edə bilər. Satınalan təşkilat
tərəfindən satınalma planında dəyişiklik
edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5
bank günü ərzində bu barədə məlumat,
dəyişikliyə səbəb olmuş hüquqi əsas
göstərilməklə, dövlət
satınalmalarının vahid internet portalında
yerləşdirilir.
4-1.5.
Bu Qanunun 4-1.1-ci – 4-1.4-cü maddələri müdafiə
və milli təhlükəsizlik ehtiyacları
üçün keçirilən satınalmalara şamil
edilmir.
4-1.6.
Satınalan təşkilat təsdiq edilmiş satınalma
planına uyğun olaraq satınalma prosedurlarını
təşkil edir. Satınalma planına daxil edilməyən
hər hansı malların (işlərin və
xidmətlərin) satın alınmasına təcili
tələbat yarandıqda, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
təsdiq etməsi şərtilə satınalan
təşkilat həmin malların (işlərin və
xidmətlərin) satın alınmasını həyata
keçirə bilər.
4-1.7. Bu
maddəyə uyğun olaraq satınalma planının
dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməsi təkliflərin cəlb edilməsi
mənasını daşımır, satınalan
təşkilatın üzərinə təklifləri cəlb
etmək öhdəliyini qoymur,
malgöndərənlərə (podratçılara) bununla
əlaqədar hər hansı hüquq vermir.
Maddə 5. Satınalma
müqaviləsinin qüvvəyə minməsi və bu haqda
məlumatın ictimaiyyətə çatdırılması
5.1. Tender prosedurlarının tətbiqi
zamanı tender təklifinin aksepti və satınalma
müqaviləsinin qüvvəyə minməsi bu Qanunun
40-cı maddəsinə uyğun həyata keçirilir.
5.2. Satınalmaların bütün
digər metodlarının tətbiqi zamanı
malgöndərənlərə (podratçılara)
satınalma müqaviləsinin qüvvəyə minmə
qaydaları haqqında məlumat satınalan təşkilat tərəfindən
təkliflərə, ofertalara və ya kotirovkalara dair
sorğunun alındığı vaxt verilir.
5.3. Tender nəticəsində bağlanmış
satınalma müqaviləsi barədə məlumat 5 bank
günü ərzində tender haqqında elanın verildiyi
mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir.
Dövlət satınalmalarının şərtləri
və nəticəsi qanunvericiliklə müəyyən
edilmiş üsullarla açıqlanır.[12]
Maddə 6.
Malgöndərənlərin (podratçıların)
ixtisasına dair tələblər
6.1. Bu maddə satınalma
prosedurlarının istənilən mərhələsində
malgöndərənlərin (podratçıların) ixtisas
göstəricilərinin tender komissiyası tərəfindən
müəyyənləşdirilməsi və
qiymətləndirilməsi üçün tətbiq olunur.
6.2. Satınalma prosedurlarında iştirak
etmək üçün malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri
aşağıdakı meyarlara uyğun gəlməlidir:
6.2.1. satınalma müqaviləsinin
icrasını təmin etmək üçün müvafiq
sahədə peşəkarlığının,
təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə
səriştəsinin, etibarlığının olması;
6.2.2. satınalma müqaviləsini
bağlamaq səlahiyyəti olması;
6.2.3. öz əmlakından sərbəst
və məhdudiyyətsiz istifadə etmək imkanı,
habelə ödəmə qabiliyyəti olması;
6.2.4. müflis elan olunmaması,
əmlakı üzərinə həbs qoyulmaması,
ödənişə yönəlmiş girovun olmaması,
məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti
dayandırılmış şəxs olmaması;
6.2.5. Azərbaycan Respublikasında
vergilərə və digər icbari
ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə
alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması;[13]
6.2.6. satınalma prosedurlarının
başlanmasından əvvəlki 5 il ərzində
özlərinin, habelə işlərini idarə
edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin
bağlanması üçün ixtisas göstəricilərini
yanlış göstərmələri ilə əlaqədar
cinayətə görə məhkum olunmaması, yaxud
onların müvafiq peşə fəaliyyətləri ilə
məşğul olmasının məhkəmə
qaydasında qadağan edilməməsi;
6.2.7. müvafiq sahibkarlıq
fəaliyyəti növünün həyata keçirilməsi
və ya müəyyən hərəkətlərin yerinə
yetirilməsi üçün müvafiq lisenziyaya və ya
icazəyə malik olması.[14]
6.3. Satınalan təşkilat
malgöndərənlərin (podratçıların) əqli
mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq
hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində
göstərilmiş meyarlara uyğun ixtisas
göstəricilərinə malik olduqlarını təsdiq
edən sənədli sübutlar və ya digər məlumatlar
tələb edə bilər.
6.4. Bu maddəyə uyğun
tələblər ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi
sənədlərində (əgər ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi proseduru
keçirilirsə) və ya tenderin əsas şərtlər
toplusunda yaxud təkliflərin, ofertaların və ya
kotirovkaların cəlb edilməsinə dair digər
sənədlərdə şərh olunur və bütün
malgöndərənlərə (podratçılara) eyni
dərəcədə şamil edilir. Satınalan
təşkilat malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri
barədə bu maddədə nəzərdə tutulmayan
hər hansı digər meyarlar, tələblər və ya
prosedurlar müəyyənləşdirə bilməz.
6.5. Satınalan təşkilat
malgöndərənlərin (podratçıların) ixtisas
göstəricilərini ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi sənədlərində
və tenderin əsas şərtlər toplusunda yaxud
təkliflərin, ofertaların və ya kotirovkaların
cəlb edilməsinə dair digər sənədlərdə
şərh edilmiş ixtisas meyarlarına və
prosedurlarına əsasən qiymətləndirir
6.6. Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri
nəzərə alınmaqla, satınalan təşkilat
malgöndərənlər (podratçılar) arasında
ayrıseçkilik salan meyarlar, tələblər və ya
prosedurlar müəyyənləşdirmir.
6.7. Satınalan təşkilat hər
hansı bir anda malgöndərənin (podratçının)
öz ixtisas göstəriciləri haqqında saxta məlumat
təqdim etdiyini müəyyən edərsə, həmin
malgöndərəni (podratçını) tenderdən
kənarlaşdırır.
6.8. Malgöndərənin
(podratçının) öz ixtisas göstəriciləri
barədə mahiyyətcə əhəmiyyətsiz
dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat
satınalan təşkilatın tələbi ilə bu Qanunda
nəzərdə tutulmuş qaydada dərhal aradan
qaldırıldıqda həmin malgöndərən
(podratçı) tenderdən kənarlaşdırıla
bilməz.
6.9. Satınalan təşkilat satınalma
prosedurları zamanı iddiaçının ixtisas
göstəricilərini əks etdirən sənədlərin
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada təsdiq olunmasını və
rəsmiləşdirilməsini tələb edə bilər.
Maddə 7.
Malgöndərənlərin (podratçıların) ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
7.1. Satınalan təşkilat tender
təkliflərinin və ya ofertaların təqdim
edilməsindən əvvəl malgöndərənlərin
(podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi
prosedurlarını keçirə bilər.
7.2. Satınalan təşkilat ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
prosedurları keçirirsə, müraciət etmiş və
iştirak haqqını ödəmiş (əgər
nəzərdə tutulubsa) malgöndərənə
(podratçıya) bu prosedurlara dair sənədlər toplusunu
verir və ya göndərir.
7.3. İxtisas uyğunluğunun
müəyyənləşdirilməsi prosedurlarına dair
sənədlər toplusuna aşağıdakılar daxil
edilir:
7.3.1. ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi prosedurların dair
təkliflərin hazırlanması və təqdim edilməsi
haqqında təlimat;
7.3.2. satınalma prosedurları
nəticəsində bağlanmalı olan satınalma
müqaviləsinin əsas şərtlərinin
xülasəsi;
7.3.3. malgöndərənlərin
(podratçıların) öz təkliflərini
hazırlanmasına və təqdim etməsinə konkret
gün və saat göstərilməklə ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi üçün
sənədlərin təqdim olunmasının üsulu, yeri
və son müddəti;
7.3.4. satınalmalar haqqında qanunvericilik
aktlarına uyğun olaraq, satınalan təşkilatın
ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi üçün
sənədlərin təqdim edilməsinə və
prosedurların keçirilməsinə hazırlıqla
bağlı digər tələblər;
7.3.5. bu Qanunun 26.1.1, 26.1.2, 26.1.7 - 26.1.10
və 26.1.13-cü maddələrinə uyğun tenderdə
iştirak üçün dəvətdə
göstərilməli olan məlumatlar;
7.3.6. bu Qanunun 42.1.1 - 42.1.3, 42.1.6, 42.1.14,
42.1.17-ci maddələrində nəzərdə tutulan
məlumatlar;
7.4. Satınalan təşkilat
malgöndərənin (podratçının) ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
üçün öz təklifini təyin olunmuş
müddətdə təqdim etməsinə imkan yaratmaq məqsədi
ilə onun istənilən sorğusuna 3 bank günü
ərzində cavab verməlidir. Hər hansı sorğuya
verilən cavab ixtisas uyğunluğunun müəyyənləşdirilməsi
üzrə sənədləri almış
malgöndərənlərə (podratçılara)
sorğunu kimin verdiyi bildirilmədən göndərilir.
7.5. Satınalan təşkilat ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
üçün təklif vermiş malgöndərənin
(podratçının) ixtisas göstəriciləri haqqında
qərar çıxararkən, yalnız bu Qanunla
müəyyənləşdirilmiş meyarlara əsaslanır.
7.6. Satınalan təşkilat
malgöndərənə (podratçıya) ixtisas
uyğunluğunun müəyyənləşdirilməsinin
nəticələri barədə məlumat verir. İxtisas
uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan
keçmiş malgöndərənlər (podratçılar)
tenderlərdə iştirakı davam etdirə bilərlər.
7.7. Satınalan təşkilat ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
prosedurundan keçə bilməmiş
malgöndərənlərə (podratçılara) bu
barədə əsaslandırılmış məlumat verir.
7.8. Satınalan təşkilat ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
prosedurundan keçmiş malgöndərəndən
(podratçıdan) öz ixtisas göstəricilərini
yenidən təsdiq etməyi tələb edə bilər.
İxtisas göstəricilərini yenidən təsdiq
etməyən malgöndərən (podratçı) tenderdən
kənarlaşdırılır. İxtisas
göstəricilərini yenidən təsdiq etmək
haqqında sorğu almış və buna cavab
göndərmiş hər bir malgöndərənə
(podratçıya) onun ixtisas göstəricilərinin
satınalan təşkilatı nə dərəcədə
təmin etməsi barədə dərhal məlumat verilir.
Maddə 8.
Malgöndərənlərin (podratçıların)
dövlət satınalmalarında iştirakı
8.1. Dövlət satınalmalarını
tənzimləyən normativ hüquqi sənədlərdə
göstərilən hallar istisna olmaqla, istənilən rezident
və qeyri-rezident hüquqi və ya fiziki şəxslər
yaxud hüquqi şəxslər birliyi dövlət
mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan
Respublikasında keçirilən dövlət satınalma
prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.
8.2. Satınalan təşkilat
malgöndərənlərin (podratçıların)
satınalma prosedurlarında iştirakını dövlət
mənsubiyyətinə görə
məhdudlaşdırdıqda, buna əsas vermiş
səbəbləri satınalma prosedurları haqqında
hesabatda şərh etməlidir.
8.3. Bu Qanunun 8.1-ci maddəsinin
müddəalarını nəzərə almaqla, satınalan
təşkilat malgöndərənləri
(podratçıları) satınalma prosedurlarında
iştiraka dəvət etdikdə, sonradan onları
dövlət mənsubiyyətinə görə satınalma
prosedurlarından kənarlaşdıra bilməz.
Maddə 9. Satınalma
prosedurlarına dair məlumat vermə formaları
9.1. Satınalan təşkilatla
malgöndərənlərin (podratçıların) bir-birinə
göndərdikləri sənədlər, bildirişlər,
qərarlar və bu Qanunda nəzərdə tutulan digər
məlumatlar yazılı formada təqdim olunur.
9.2. Malgöndərən (podratçı)
və ya satınalan təşkilat bu Qanunun 7.4, 7.6, 11.4, 28.4,
32.2, 33.3, 36.1, 36.2, 40.1, 41.3, 47.1 və 47.2-ci
maddələrində nəzərdə tutulan
məlumatları onların məzmununun yazılmasını
imkan verməyən rabitə vasitələri ilə
ötürə bilərlər. Bu halda məlumatın
yazılı təsdiqi dərhal qəbul edən
tərəfə çatdırılır.
9.3. Satınalan təşkilat
satınalmalarla bağlı sənədlərin,
bildirişlərin, qərarların və digər
məlumatları hansı formada göndərməsindən
və ya almasından asılı olmayaraq
malgöndərənlər (podratçılar) arasında
ayrıseçkiliyə yol vermir.
9.4.
Satınalan təşkilat malgöndərənləri
(podratçıları) satınalma prosedurlarına cəlb
edərkən, onları aşağıdakılar
barədə məlumatlandırmalıdır:
9.4.1.
məlumatların ötürülməsinin forması;
9.4.2.
məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı
belə məlumatların qorunması üçün
tələblər;
9.4.3.
satınalan təşkilat və ya onun adından
malgöndərənə (podratçıya), həmçinin
malgöndərənlər (podratçılar)
tərəfindən satınalan təşkilata
məlumatların ötürülməsinin üsulları;
9.4.4.
yazılı formada məlumatlarla və imzalarla əlaqədar
bu Qanunda nəzərdə tutulmuş tələblərin
təmin olunması üsulları.
9.5. Satınalan təşkilat
hər hansı konkret satınalmalar zamanı
malgöndərənlərlə (podratçılarla) rahat
əlaqəni təmin edən rabitə üsullarından
istifadə edir. Malgöndərənlərlə
(podratçılarla) hər hansı iclas və ya
görüş zamanı satınalan təşkilat onlar
üçün tam və bərabər iştirak
imkanlarını yaradır.[15]
Maddə 10. Satınalma
prosedurları haqqında hesabat
10.1. Satınalan təşkilat satınalma
prosedurları haqqında aşağıdakı
məlumatların göstərildiyi hesabatı tərtib edir:
10.1.1. satın alınan malların
(işlərin və xidmətlərin) qısa təsviri;
10.1.2. tender təklifləri, ofertalar və
ya kotirovkalar təqdim etmiş malgöndərənlərin
(podratçıların) adları və ünvanları,
satınalma müqaviləsi bağlanan malgöndərənin
(podratçının) adı və ünvanı, həmin
müqavilənin qiyməti;
10.1.3. tender təklifləri, ofertalar və
ya kotirovkalar təqdim etmiş malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri
haqqında məlumat və ya belə məlumatın
olmadığına dair qeyd;
10.1.4. satın alınan malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiyməti
və ya onun müəyyənləşdirilməsinin
əsası, hər bir tender təklifinin, ofertanın,
kotirovkanın və satınalma müqaviləsinin digər
əsas şərtlərinin qısa xülasəsi;
10.1.5. bu Qanunun 36.9-cu və 44.2-ci
maddələrinə uyğun hər hansı
güzəştli düzəlişin tətbiqi də daxil
olmaqla tender təkliflərinin ofertaların və ya kotirovkaların
qiymətləndirilməsinin və müqayisəsinin qısa
təsviri;
10.1.6. bu Qanunun 11-ci maddəsinə
uyğun olaraq bütün tender təklifləri, ofertalar
və ya kotirovkalar rədd edildikdə müvafiq əsaslar
göstərilməklə bu barədə məlumat;
10.1.7. açıq tenderdən başqa
digər satınalma metodlarının tətbiqi ilə
keçirilən satınalma prosedurları
nəticəsində satınalma müqaviləsi
bağlanmadıqda, müvafiq əsaslar
göstərilməklə bu barədə məlumat;
10.1.8. tender təklifi, oferta və ya
kotirovka bu Qanunun 12-ci və ya 13-cü maddələrinə
əsasən rədd edildikdə, bu barədə məlumat;
10.1.9. bu Qanunun 16.2 və 16.3-cü
maddələrinə uyğun satınalma metodundan istifadə
edildikdə, satınalan təşkilatın istifadə olunan
satınalma metodunu seçmək üçün əsas
götürdüyü halların şərhi;
10.1.10. bu Qanunun 8.2-ci maddəsinə
uyğun olaraq satınalan təşkilat
malgöndərənlərin (podratçıların)
satınalma prosedurlarında iştirakını dövlət
mənsubiyyətinə görə
məhdudlaşdırdıqda, satınalan təşkilatın
bu cür məhdudiyyətin tətbiqi üçün
əsas götürdüyü halların şərhi;
10.1.11. ixtisas uyğunluğu
sənədlərinin və ya tender sənədlərinin
izahı barədə istənilən sorğunun,
həmçinin belə sorğulara cavabların, eləcə
də bu sənədlərdəki hər hansı
dəyişikliyin xülasəsi;
10.1.12.
bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan
hallarda elektron satınalma vasitəsilə açıq tender
keçirilmədən digər satınalma
üsullarının tətbiq edilməsi barədə
qərar qəbul olunduqda, onu əsaslandıran
səbəblər və şərtlər;
10.1.13. dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə satınalmalar həyata keçirildikdə
elektron satınalmanın açılması və başa
çatması vaxtı və tarixi barədə məlumat.[16]
10.2. Bu Qanunun 35.2-ci maddəsi
nəzərə alınmaqla, satınalma prosedurları
haqqında hesabatın 10.1.1 və 10.1.2-ci
maddələrində göstərilən hissəsi,
şəraitdən asılı olaraq tender təklifi, oferta
və ya kotirovka aksept edildikdən yaxud satınalma
müqaviləsinin bağlanması ilə
nəticələnməyən satınalma prosedurları
qurtardıqdan sonra sorğu əsasında marağı olan
şəxsə verilə bilər.
10.3. Bu Qanunun 35.2-ci maddəsi
nəzərə alınmaqla, satınalma prosedurları
haqqında hesabatın 10.1.3 - 10.1.7 və 10.1.11-ci
maddələrdə göstərilən hissəsi tender
təklifi, oferta və ya kotirovka aksept edildikdən yaxud
satınalma müqaviləsinin bağlanması ilə
nəticələnməyən satınalma prosedurları qurtardıqdan
sonra sorğu əsasında tender təklifi, oferta və ya
kotirovka təqdim etmiş və ya ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi üçün
təklif vermiş malgöndərənlərə
(podratçılara) verilir. Qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla, satınalan
təşkilat aşağıdakı məlumatları
açıqlamır:
10.3.1. açıqlanması dövlət
maraqlarına uyğun gəlməyən, tərəflərin
kommersiya mənafelərinə zərər vuran və ya
ədalətli rəqabətə mane olan məlumatı;
10.3.2. bu Qanunun 10.1.5-ci maddəsində
nəzərdə tutulan məlumatın xülasəsindən
başqa, tender təkliflərinin, ofertaların və
kotirovkaların öyrənilməsinə, qiymətləndirilməsinə
və müqayisəsinə aid olan məlumatı.
Maddə 11. Tenderin baş
tutmaması və onun davamından imtina
11.1. Tenderdə iştirak etmək
üçün tender təklifi vermiş
iddiaçıların sayı üçdən az olduqda
satınalan təşkilat tenderin davamından imtina edir və
bu barədə məlumatı tender elan olunduğu mətbuat
orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında
yerləşdirir.[17]
11.2. Satınalan təşkilat
dövlət mənafelərinin qorunması məqsədi
ilə aşağıdakı hallarda bütün tender
təkliflərinin, oferta və kotirovkaların aksept olunana
qədər rədd edilməsi barədə qərar qəbul
edə bilər:
tender prosedurlarının
keçirilməsi zamanı iddiaçılar arasında
qiymətin qaldırılmasına yönələn
sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas
şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin
maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunmalıdır.
Satınalan təşkilat tender təklifi, oferta və ya
kotirovka təqdim etmiş malgöndərənin
(podratçının) sorğusu ilə ona bütün tender
təkliflərini, ofertaları və ya kotirovkaları rədd
etməsi barədə məlumat verir.
11.3. Satınalan təşkilat bu Qanunun
11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender
təklifi, oferta və ya kotirovka təqdim etmiş
malgöndərənlər (podratçılar)
qarşısında heç bir məsuliyyət
daşımır.
11.4. Tender təkliflərinin, ofertaların
və kotirovkaların rədd edilməsinə dair bildiriş
onları təqdim etmiş bütün
malgöndərənlərə (podratçılara) dərhal
göndərilir.
11.5. Tenderin davamından imtina və ya
bütün tender təkliflərinin, oferta və
kotirovkaların rədd olunduğu halda satınalan
təşkilat həmin malların (işlərin və
xidmətlərin) satın alınması üçün yeni
tender elan edə yaxud satın alınan malların
(işlərin və xidmətlərin) xüsusiyyətlərinin
imkan verdiyi təqdirdə, mahiyyətini
dəyişdirməməklə onları hissələrə
bölərək, hər hissə üzrə ayrıca tender
keçirə bilər. Bölünən hissələrin
məbləği müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş
məbləğdən aşağı ola bilməz.
Maddə 12. Dövlət
satınalmalarında saxtakarlıq halları
Satınalan təşkilat satınalma
prosedurları ilə bağlı hər hansı qərarın
qəbul olunmasına təsir göstərmək
məqsədi ilə malgöndərənin
(podratçının) saxtakarlıqla məşğul
olmasını müəyyənləşdirdikdə və bu,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edildikdə:
həmin malgöndərənin
(podratçının) təqdim etdiyi tender təkliflərini,
ofertaları və kotirovkaları rədd edir;
malgöndərənin
(podratçının) gələcək satınalma
prosedurlarında iştirakını qeyri-müəyyən
müddətə və ya müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi
müddətə qadağan edir;
saxtakarlıq hallarının
araşdırılması üçün məlumatları
müvafiq səlahiyyətli orqanlara təqdim edir;
tender təklifinin, ofertanın və ya
kotirovkanın rədd edilməsini və bunun
səbəblərini satınalma prosedurları haqqında
hesabatda göstərir və dərhal malgöndərənə
(podratçıya) bildirir.
Maddə 13. Dövlət
satınalmalarında maraqların ziddiyyəti
13.1. Satınalan təşkilatdan
hüquqi, maliyyə və ya təşkilati
asılılığı olan malgöndərənlərin
(podratçıların) həmin təşkilat tərəfindən
keçirilən satınalma prosedurlarında iştirakına
yol verilmir.
13.2. Aşağıdakı
şəxslər satınalma prosedurları zamanı
satınalan təşkilatın təmsilçisi,
məsləhətçisi və satınalmalarla
əlaqədar digər vəzifələrin
icraçısı ola bilməzlər:
13.2.1. satınalma prosedurlarında
iştirak edən iddiaçının nümayəndəsi
və ya vəzifəli şəxsi ilə birbaşa
qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa
götürmə, təsisçilik və asılılıq
münasibətləri olanlar;
13.2.2. satınalma prosedurlarından
əvvəlki üç il ərzində satınalma
prosedurlarında iştirak edən iddiaçının
əməkdaşı və ya vəzifəli şəxsi
olanlar.
13.3. Malgöndərənin
(podratçının), onun tabe olduğu baş
müəssisənin və ya onun filialının
(nümayəndəliyinin) əməkdaşı olan
şəxslər satınalma prosedurlarına dair
sənədlərin hazırlanmasına cəlb edilə
bilməzlər.
13.4. Bu maddə göstərilən
səbəblərə görə tender təklifinin,
ofertanın və ya kotirovkanın rədd edilməsi və
bunun səbəbləri satınalma prosedurları haqqında
hesabatda göstərilir və dərhal
malgöndərənə (podratçıya) bildirilir.
Maddə 13-1. Davranış kodeksi[18]
13-1.1.
Dövlət satınalmalarına cəlb olunan vəzifəli
şəxslərin davranış kodeksi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq olunur. Təsdiq olunan
davranış kodeksi ictimaiyyətə çatdırılmaq
məqsədi ilə kütləvi informasiya
vasitələrində və dövlət
satınalmalarının vahid internet portalında dərhal
dərc olunur. Davranış kodeksində
aşağıdakı məsələlər əks olunur:
13-1.1.1.
dövlət satınalmalarında maraqların ziddiyyətinin
aradan qaldırılması məsələləri;
13-1.1.2.
dövlət satınalmalarına cəlb olunan vəzifəli
şəxslərin konkret satınalmalarda maraqlarının
olub-olmamasının bəyan edilməsi;
13-1.1.3. dövlət
satınalmalarına cəlb olunan vəzifəli
şəxslərin qanunla müəyyən olunan
məsuliyyəti, peşə hazırlığı və
onun yoxlanılması prosedurları.
Maddə 14. Malların
(işlərin və xidmətlərin) təsvirinə aid
tələblər
14.1. Mallara (işlərə və
xidmətlərə) dair hər hansı
özünəməxsus xüsusiyyətlər, planlar,
cizgilər, eskizlər, tələblər və ya
təsvirlər satın alınan malların (işlərin
və xidmətlərin) obyektiv texniki və keyfiyyət
göstəricilərinə əsaslanmalıdır.
14.2. İddiaçılara satınalma
prosedurlarında iştirakına maneçilik
törədən və ya onu məhdudlaşdıran, o
cümlədən dövlət mənsubiyyətinə görə
ayrıseçkiliyə yol verən, satın alınan
malların (işlərin və xidmətlərin) texniki və
keyfiyyət göstəricilərini əks etdirən hər
hansı xüsusiyyətlər, planlar, cizgilər və
eskizlər, sınaqlara və sınaq metodlarına,
qablaşdırmaya, markalamaya, etiketləməyə və ya
sertifikatlaşdırmaya aid tələblər,
həmçinin şərti işarələr və
terminlər və ya xidmətlərin təsviri ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
sənədlərinə, tenderin əsas şərtlər
toplusuna və ya təkliflərin, ofertaların və ya
kotirovkaların cəlb olunmasına dair sənədlərə
daxil edilmir və onlardan istifadə olunmur.
Maddə 15. Dövlət
satınalmalarında sənədləşdirmənin
aparılması dili
İxtisas uyğunluğunun
müəyyənləşdirilməsinə dair
sənədlər toplusu, tenderin əsas şərtlər
toplusu, təkliflərin, ofertaların və kotirovkaların cəlb
olunmasına dair sənədlər Azərbaycan
Respublikasının dövlət dilində tərtib
olunmalıdır. Zərurət olduqda qeyd olunan
sənədlər beynəlxalq ticarətdə geniş
istifadə olunan dillərin birinə tərcümə oluna
bilər.
II fəsil
SATINALMA
METODLARININ TƏTBİQİ ŞƏRTLƏRİ
Maddə 16. Satınalma
metodları
16.1. Azərbaycan Respublikasında
malların (işlərin və xidmətlərin)
dövlət satınalmaları bu Qanunun 17-21-ci
maddələrində qeyd olunan tətbiq
şərtlərindən asılı olaraq açıq
tender, ikimərhələli tender, məhdud iştiraklı
və qapalı tender, təkliflər sorğusu, kotirovka
sorğusu və bir mənbədən satınalma metodları
ilə həyata keçirilir. Bu
Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda
dövlət satınalmaları açıq tender metodu
tətbiq edilməklə elektron satınalma vasitəsilə
həyata keçirilir.[19]
16.2. Malların (işlərin) satın
alınması zamanı satınalan təşkilat
açıq tender prosedurlarından əlavə, digər
satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və
21-ci maddələrində nəzərdə tutulmuş
şərtlər əsasında istifadə edə bilər.
16.3. Aşağıdakı hallar istisna
olmaqla satınalan təşkilat xidmətlərin satın
alınması zamanı V fəsildə
müəyyənləşdirilmiş satınalma metodundan
istifadə edir:
16.3.1. xüsusiyyətlərin
müfəssəl tərtibi əməli cəhətdən
mümkün olduqda və satın alınan xidmətlərin
texniki xarakterinə görə açıq tender
prosedurlarının həyata keçirilməsi daha
məqsədəuyğun olduqda;
16.3.2. bu Qanunun 18-21-ci
maddələrində nəzərdə tutulmuş satınalma
metodlarından istifadə edilməsi daha
məqsədəuyğun olduqda, həm də onlardan
istifadə şərtləri yerinə yetirildikdə.
16.4. Satınalan təşkilat bu Qanunun
16.2 və 16.3-ci maddələrinə uyğun hər hansı
satınalma metodundan istifadə edirsə, satınalma
prosedurları haqqında hesabata həmin metodun
seçilməsi üçün əsas
götürülmüş halların şərhini daxil edir.
Maddə 17. Açıq tender
17.1. Malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
minimum məbləğdən yuxarı olduqda onların
satın alınması açıq tender üsulu ilə
aparılır.
17.2. Malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci
maddəsində nəzərdə tutulan
məbləğdən aşağı olduqda, satınalan
təşkilat hər hansı satınalma metodundan istifadə
edir. Satınalan təşkilat bu maddənin tətbiqi
üçün məbləğ məhdudiyyətini aradan
qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc
maddəsində nəzərdə tutulmuş vəsait
hesabına malların (işlərin və
xidmətlərin) satın alınmasını ayrı-ayrı
müqavilələrə (yəni ayrı-ayrı
qismlərə) bölə bilməz.[20]
17.3. Ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci
maddəsində nəzərdə tutulan
məbləğdən yuxarı olan malların (işlərin
və xidmətlərin) digər satınalma metodlarının
tətbiqi ilə həyata keçirilməsi yalnız
müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi
şərti lə aparıla bilər.
Maddə 18.
İkimərhələli tender və ya təkliflər
sorğusu
18.1. Aşağıdakı hallarda
satınalan təşkilat satınalma zamanı bu Qanunun
46-cı maddəsinə uyğun ikimərhələli tender
prosedurlarından və ya 48-ci maddəsinə uyğun
təkliflər sorğusundan istifadə edə bilər:
18.1.1. malların (işlərin və
xidmətlərin) müfəssəl xüsusiyyətlərini
müəyyənləşdirə bilmədikdə,
satınalan təşkilat satınalmalara dair
tələbatını ödəmək üçün
ən məqbul qərarı qəbul etmək məqsədi
ilə:
öz tələbatının
ödənilməsinin müxtəlif mümkün
üsulları ilə əlaqədar tender təkliflərini,
təkliflər sorğularını və ya ofertaları
cəlb edir;
malların (işlərin) texniki xarakteri
və ya xidmətlərin xüsusiyyətləri ilə
əlaqədar malgöndərənlər (podratçılar)
ilə müzakirələr aparır.
18.1.2. satınalan təşkilat
elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya
araşdırmalar aparılması məqsədi ilə
müqavilə bağlamaq istədikdə (müqavilədə
mənfəətin təmin edilməsi və ya tədqiqatlara
və araşdırmalara çəkilən xərclərin
ödənilməsi üçün kifayət qədər
mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar
istisna olmaqla).
18.2. Satınalan təşkilat qeyd
olunanlarla yanaşı, satınalma zamanı təkliflər sorğusu
metodunu əlavə olaraq aşağıdakı halda tətbiq
edə bilər:
18.2.1. yaranmış tələbatın
satınalan təşkilat tərəfindən satınalma
prosesinin bilərəkdən uzadılmasının
nəticəsi olmadığı və belə vəziyyətin
yaranacağını əvvəlcədən görməyin
mümkün olmadığı şəraitdə malların
(işlərin və xidmətlərin) alınması
üçün təcili tələbat yarandıqda və
açıq tender prosedurunun və ya satınalmanın
digər metodlarının tətbiq olunması praktiki
cəhətdən məqsədəuyğun olmadıqda.
Maddə 19. Məhdud
iştiraklı və qapalı tender
19.1. Satınalan təşkilat məhdud
iştiraklı və ya qapalı tenderi bu Qanunun 47-ci
maddəsinə uyğun olaraq keçirir;
19.2. Aşağıdakı hallarda
məhdud iştiraklı tenderdən istifadə olunur;
19.2.1. həddən artıq
mürəkkəb və ya xüsusi xarakterli olduğuna
görə müvafiq mallar (işlər və
xidmətlər) yalnız məhdud sayda potensial
malgöndərənlərdə (podratçılarda) olduqda;
19.2.2. çoxsaylı tender
təkliflərinə baxılması və onların
qiymətləndirilməsi üçün tələb olunan
vaxt və xərclər satın alınacaq malların (işlərin
və xidmətlərin) dəyəri ilə mütənasib
olmadıqda;
19.3. Mallar (işlər və
xidmətlər) müdafiə və milli
təhlükəsizlik ehtiyacları üçün
nəzərdə tutulduqda satınalan təşkilat qapalı
tenderdən istifadə edir. Həmin ehtiyaclar üçün
geyim, ərzaq,
əşya, inventar, tibb avadanlıqları, dərman
ləvazimatları, xidməti nəqliyyat vasitələri,
təmir-tikinti işləri üzrə satınalmalar
açıq tender üsulu ilə aparılır.[21]
Maddə 20. Kotirovkalar
sorğusundan istifadə şərtləri
20.1. Satınalan təşkilat mövcud
bazarı olan və ehtimal olunan qiyməti müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
minimum məbləğdən aşağı olan malların
(işlərin və xidmətlərin) satın alınması
üçün bu Qanunun 49-cu maddəsinə uyğun
kotirovkalar sorğusundan istifadə edə bilər.
20.2. Bu Qanunun 20.1-ci maddəsinə istinad,
satınalan təşkilat üçün satınalmaları
ayrı-ayrı müqavilələrə (yəni malları,
işləri və xidmətləri ayrı-ayrı
qismlərə) bölməyə əsas ola bilməz.
Maddə 21. Bir
mənbədən satınalma metodundan istifadə
şərtləri
21.1. Aşağıdakı hallarda
müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi
şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci
maddəsinə uyğun bir mənbədən satınalma
üsulundan istifadə edə bilər:
21.1.1. satın alınan mallar yalnız
hər hansı konkret malgöndərəndə
(podratçıda) və ya hər hansı konkret
malgöndərən (podratçı) həmin mallar
(işlər və xidmətlər) üzərində
xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi
və alternativi olmadıqda;
21.1.2. mallara (işlərə və
xidmətlərə) təcili tələbat yarandıqda
və tender prosedurlarının keçirilməsi və ya
satınalmanın hər hansı digər metodundan istifadə
edilməsi məqsədəuyğun olmadıqda;
tələbatın təcili olmasına gətirib
çıxarmış halları qabaqcadan görmək
qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın
ləngiməsinin nəticəsi olmadıqda;
21.1.3. fövqəladə hallarla
əlaqədar həmin mallara (işlərə və
xidmətlərə) təcili tələbat yarandıqda,
satınalmanın digər metodlarından istifadə onlara
sərf ediləcək vaxt baxımından
məqsədəuyğun olmadıqda;
21.1.4. satınalan təşkilat hər
hansı malgöndərəndən (podratçıdan)
malları, avadanlıqları, texnologiyanı və ya
xidmətləri satın aldıqdan sonra standartlaşdırma
mülahizələrinə və ya mövcud mallara,
avadanlıqlara, texnologiyaya və ya xidmətlərə
uyğunluğunu təmin etmək zərurəti
baxımından onları həmin malgöndərəndən
(podratçıdan) satın alınması
qənaətinə gəldikdə.
III fəsil
SATINALMALARIN
TƏŞKİLİ
Maddə 22. Satınalmaların
hazırlanması mərhələləri
22.1. Satınalmaların təşkil
olunması üçün satınalan təşkilat:
tender komissiyasını
formalaşdırır;
tenderin əsas şərtlər toplusunu
hazırlayır;
tender komissiyası
tərəfindən tenderin əsas şərtlər toplusu
və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc
etdirir və ya malgöndərənlərə
(podratçılara) tenderdə iştirak üçün
fərdi dəvət göndərir.[22]
22.1-1. Satınalan
təşkilat satınalmaların aşkarlıq,
şəffaflıq, bərabərlik və rəqabətlilik
prinsipləri əsasında təşkilini təmin edir.[23]
22.2. Satınalan təşkilatın
dövlət satınalmaları sahəsində
təcrübəsi olmadıqda tenderin təşkili
üçün yerli və xarici mütəxəssisləri
və ya məsləhətçi şirkətləri bu
Qanunla müəyyənləşdirilmiş qaydada cəlb
edə bilər.
Maddə 23. Tender
komissiyasının formalaşdırılması
23.1. Tender komissiyasının
tərkibinə satınalan təşkilatın
mütəxəssisləri və əlaqədar
təşkilatların nümayəndələri daxil edilir.
Tender komissiyasının sədri satınalan
təşkilatın vəzifəli şəxslərindən
(rəhbəri istisna olmaqla) təyin olunur. Tender komissiyasının
tərkibini satınalan təşkilatın rəhbəri (onun
vəzifəsini icra edən şəxs) təsdiq edir.
23.2. Tender predmetinin ehtimal olunan qiyməti 5
milyard manat, büdcədən maliyyələşdirilən
təşkilatlarda isə 1,5 milyard manat və ya müvafiq
olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent
məbləğdən yüksək olduqda, tender
komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti
orqanlarının vəkaləti ilə onların
nümayəndələri daxil edilir.
23.3. Tender komissiyasına tenderin əsas
şərtlər toplusunun hazırlanması,
təkliflərə baxılması, onların
qiymətləndirilməsi və müqayisəsi
üçün ekspertlər cəlb edilə bilər.
Maddə 24. Tenderin əsas
şərtlər toplusu
24.1. Tenderin əsas şərtlər
toplusunda aşağıdakı məlumatlar göstərilir:
24.1.1. tender təkliflərinin
hazırlanmasına dair təlimatlar;
24.1.2. malgöndərənlərin
(podratçıların) ixtisas göstəricilərinin bu
Qanunun 6-cı maddəsinin müddəalarına uyğun
qiymətləndirilməsi, həmçinin bu Qanunun
36.13-cü maddəsinə əsasən ixtisas
göstəricilərinin təkrar təsdiqinin prosedurları
və meyarları;
24.1.3. malgöndərənlərin
(podratçıların) ixtisas göstəricilərini
təsdiq edən sənədlərə və ya digər
məlumatlara aid tələblər;
24.1.4. bu Qanunun 14-cü maddəsinin
tələbləri nəzərə alınmaqla malların
(işlərin və xidmətlərin) zəruri texniki və
keyfiyyət xüsusiyyətləri, o cümlədən
planlar, çertyojlar və eskizlər, malın miqdarı
(həcmi), əlavə xidmətlər, malların
göndərilməsinin (işlərin görülməsinin,
xidmətlərinin göstərilməsinin) yeri və
müddətləri;
24.1.5. qalib gələn tender təklifinin
müəyyənləşdirilməsi üçün bu
Qanunun 36.7, 36.8 və 36.9-cu maddələrinin
tələbləri nəzərə alınmaqla təyin
edilmiş meyarlar və onların nisbi qiyməti;
24.1.6. tender predmetinin iki və ya daha
çox iddiaçı arasında bölünməsi
şərtləri (səmərəli olduğu sübut
olunarsa);
24.1.7. satınalma müqaviləsinin
şərtləri və tərəflərin imzalayacaqları
müqavilənin forması;
24.1.8. tender təklifinin alternativ
variantına yol verildikdə, bu barədə məlumat,
həmin təkliflərin müqayisəsi və
qiymətləndirilməsi üsulunun təsviri;
24.1.9. tender təklifinin malların
(işlərin və xidmətlərin) bir hissəsi
üçün təqdim olunmasına icazə verildikdə
həmin hissənin (hissələrin) təsviri;
24.1.10. malların (işlərin və
xidmətlərin) qiymətinə onların
dəyərindən başqa, digər xərclərin
(nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar)
daxil edilə biləcəyi haqqında məlumat, tender
təklifinin qiymətinin hesablanması və ifadə
olunması üsulu;
24.1.11. tender təklifinin qiymətinin
hesablanmalı və ifadə edilməli olduğu valyuta
(valyutalar);
24.1.12. tender təkliflərinin
hazırlandığı dil (dillər);
24.1.13. tender təklifinin və satınalma
müqaviləsinin yerinə yetirilməsi
təminatlarının formaları, məbləği, emitenti,
təsdiqləyici tərəf (əgər tələb
olunursa) və digər şərtləri;
24.1.14. tender təklifləri verilməsinin
qaydası, yeri və son müddəti;
24.1.15. iddiaçılara tenderin əsas
şərtlər toplusu ilə bağlı izahat verilməsi
üsulu, habelə bu mərhələdə satınalan təşkilatın
iddiaçılarla görüş keçirmək
niyyətinin olub-olmaması;
24.1.16. tender təkliflərinin
qüvvədə olma müddəti;
24.1.17. tender təklifləri
zərflərinin açılması yeri, günü və
saatı;
24.1.18. tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsi
üçün istifadə olunacaq valyuta;
24.1.19. dövlət satınalmalarına
dair normativ hüquqi aktlara istinadlar;
24.1.20. satınalmaların təşkili
ilə bağlı məlumat almaq üçün tender
komissiyasının əlaqələndirici şəxsinin
(şəxslərinin) adı və vəzifəsi;
24.1.21. tender komissiyasının
qərarından, üzvlərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) malgöndərənin
(podratçının) şikayət etmək hüququ;
24.1.22. tender komissiyasının
bütün tender təkliflərini rədd etmək
hüququna dair qeyd;
24.1.23. tender təklifinin akseptindən sonra
satınalma müqaviləsinin qüvvəyə minməsi
üçün tələb olunan sənədlər və
onların tərtibi müddətləri;
24.1.24. malların (işlərin və
xidmətlərin) sığortalanması qaydası və
şərtləri;
24.1.25. satınalan təşkilatla tenderin
qalibi və ya iştirakçıları arasında mübahisələrin
həlli qaydaları;
2.4.1.26. satınalma müqaviləsinin
yerinə yetirilməsi müddətində bu Qanunun 51.1 və
51.2-ci maddələrinin tələblərinə uyğun
olaraq müqavilə qiymətində dəyişiklik
edilməsi qaydaları.
Maddə 25. Tender
təkliflərinin cəlb edilməsi
25.1. Açıq tenderin
keçirilməsi barədə elan tender zərflərinin
açılması günündən azı 30 bank
günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl,
respublikanın dövlət qəzetlərində və
beynəlxalq miqyasda yayılan kütləvi informasiya
vasitələrində,
habelə rəsmi internet saytında verilməlidir.[24]
25.1-1. Elektron satınalma
vasitəsilə açıq tenderin keçirilməsi
barədə elan tender təkliflərinin
qiymətləndiriləcəyi gündən azı 20 bank
günü əvvəl dövlət satınalmalarının
vahid internet portalı vasitəsilə dərc olunur.[25]
25.2. ikimərhələli tenderin elanı
respublikanın dövlət qəzetlərində və
beynəlxalq miqyasda yayılan kütləvi informasiya
vasitələrində,
habelə rəsmi internet saytında, tender
zərflərinin açılması günündən
azı 60 bank günü, ikinci dəfə isə azı 40
bank günü əvvəl verilməlidir.
25.3. Satınalan təşkilat
açıq tender elanı verməklə yanaşı,
malgöndərənlərə (podratçılara)
tenderdə iştirak üçün fərdi dəvət
göndərə bilər.
25.4. Satınalmaların digər
metodlarında təkliflərin, ofertaların və
kotirovkaların cəlb olunması üçün tender
komissiyası tərəfindən kifayət qədər sayda (üçdən
az olmamaq şərti ilə) potensial
malgöndərənlərin (podratçıların)
siyahısı tərtib edilir və onlara fərdi dəvət
göndərilir.
25.5. Fərdi dəvətdə bu Qanunun
26-cı maddəsində göstərilən məlumatlar
əks etdirilir.
Maddə 26. Tender
elanının (dəvətin) məzmunu
26.1. Tender elanında (dəvətdə)
aşağıdakılar göstərilir:
26.1.1. tender keçirən haqqında
məlumat;
26.1.2. tender prosedurlarının
başlanması vaxtı və yeri;
26.1.3. satınalma müqaviləsi ilə
əlaqədar vergi və rüsum güzəştləri
(əgər nəzərdə tutulubsa);
26.1.4. tenderdə iştirak
üçün tələb olunan sənədlər;
26.1.5. əlavə məlumat almaq
üçün əlaqələndirici şəxsin iş telefonu
və faks nömrəsi;
26.1.6. tender təklifinin təminatı
şərtləri;
26.1.7. göndəriləcək malların
adı, miqdarı (həcmi), çatdırılacağı
yer, görüləcək işlərin xüsusiyyəti
və yeri, göstəriləcək xidmətlərin
təsviri və yeri;
26.1.8. malların göndərilməsinin
və işlərin başa çatdırılmasının
tələb olunan müddətləri və ya xidmət
göstərilməsinin qrafiki;
26.1.9. bu Qanunun 6.2-ci maddəsinə
uyğun malgöndərənlərin
(podratçıların) ixtisas göstəricilərinin
qiymətləndirilməsi və müqayisəsi
üçün üstünlük veriləcək meyarlar
və prosedurlar;
26.1.10. malgöndərənlərin
(podratçıların) satınalma prosedurlarında
iştirakını dövlət mənsubiyyətinə
görə məhdudlaşdıran şərtlər;
26.1.11. iştirak haqqının
məbləği və ödənilməsi qaydası;
26.1.12. tenderin əsas şərtlər
toplusunun tərtib olunduğu dil və ya dillər;
26.1.13. tender təkliflərinin
verilməsinin son tarixi və yeri.
Maddə 27. Malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiyməti[26]
27.1.
Satınalan təşkilat satınalma prosedurlarının
başlanılmasından əvvəl satın alacağı
malların (işlərin və xidmətlərin) ehtimal olunan
qiymətini hesablayır və təsdiq edir. Bir
mənbədən satınalma üsulunun tətbiq edildiyi
hallar istisna olmaqla, satınalan təşkilat
tərəfindən satınalmaların ehtimal olunan qiyməti
təsdiq olunmadan satınalma prosedurlarına başlanıla
bilməz. Malların (işlərin və xidmətlərin)
ehtimal olunan qiymətinin hesablanması üsulları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
27.2.
Satınalan təşkilat satın alacağı malların
(işlərin və xidmətlərin) ehtimal olunan
qiymətinin müəyyənləşdirilməsi
üçün peşəkar qiymətləndiricilər
cəlb edə bilər.
27.3.
Satın alınacaq malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiymətini satınalan
təşkilat təklif zərflərinin
açıldığı günədək məxfi
saxlayır və satınalmaların nəticələrinin
qiymətləndirilməsi üçün istifadə edir.
27.4.
Hər hansı təklifin qiyməti müvafiq malların
(işlərin və xidmətlərin) ehtimal olunan
qiymətindən yüksək olarsa, satınalan
təşkilat həmin təklifi satınalma prosedurlarından
kənarlaşdırır. Satınalan təşkilat
satınalma müqaviləsini yerinə yetirmək
üçün hər hansı malgöndərənin
(podratçının) təqdim etdiyi təklifin qiymətinin
ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və
daha artıq aşağı olmasını müəyyən
etdiyi hallarda, aşağıda göstərilən
şərtlərə əməl etdikdən sonra belə
təklifləri rədd edə bilər:
27.4.1.
satınalma müqaviləsini yerinə yetirmək
qabiliyyəti şübhəli görünən
malgöndərəndən (podratçıdan) onun təklifi
barədə yazılı sorğu əsasında
ətraflı məlumat aldıqda;
27.4.2.
malgöndərənin (podratçının) yazılı
sorğu əsasında təqdim etdiyi bütün izahat və
məlumatları aldığı halda, satınalma
müqaviləsinin yerinə yetirilməyəcəyinə
şübhələr qaldıqda.
27.5. Satınalan
təşkilatın bu maddəyə əsasən
malgöndərənin (podratçının) təklifini
kənarlaşdırmaq qərarı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilməlidir. Bu maddəyə
uyğun olaraq təkliflərin
kənarlaşdırılması barədə qərar,
həmin qərarın səbəbləri və bununla
əlaqədar bütün yazışmalar satınalma
prosedurları haqqında hesabata daxil edilir. Satınalan
təşkilatın bu maddəyə əsasən qəbul
etdiyi qərar və onun səbəbləri barədə
dərhal müvafiq malgöndərənə
(podratçıya) məlumat verilir.
IV fəsil
TENDER
PROSEDURLARI
Maddə 28.
Malgöndərənlərin (podratçıların)
tenderə təqdim etdiyi sənədlər
28.1. Tenderdə iddiaçı kimi
iştirak etmək istəyən malgöndərən
(podratçı) satınalan təşkilata
aşağıdakı sənədləri təqdim edir:
tenderdə iştirak etmək
üçün ərizə;
iştirak haqqının
ödənilməsini təsdiq edən bank sənədi;
tender təklifi;
malgöndərən (podratçı)
haqqında tələb olunan sənədlər.
28.2. Malgöndərən
(podratçı) haqqında tələb olunan
sənədlər dedikdə aşağıdakılar
nəzərdə tutulur:
malgöndərənin
(podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan
keçdiyi ölkə və rekvizitləri;
malgöndərənin
(podratçının) ixtisas göstəricilərinə dair
məlumat (ehtiyac olduğu halda);
malgöndərənin
(podratçının) son bir ildəki (əgər daha az
müddət fəaliyyət göstərirsə, bütün
fəaliyyəti dövründəki) maliyyə
vəziyyəti barədə bank tərəfindən
verilmiş arayış.
28.2-1. Tenderin əsas
şərtlər toplusunda nəzərdə tutulduğu halda,
iddiaçı bu Qanunun 28.1-ci maddəsində
nəzərdə tutulan tender təklifinə işin icrası
üçün müqavilə imzalayacağı subpodratçı
barədə məlumatları (konkret subpodratçının
adı göstərilməklə) göstərməlidir.[27]
28.3. Malgöndərən
(podratçı) öz tender təklifini bu Qanunda
müəyyənləşdirilmiş qaydada hazırlayaraq
tender prosedurunun başlanmasına ən azı bir bank
günü qalmış tender keçirənə təqdim
etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender
təklifi açılmadan malgöndərənə
(podratçıya) qaytarılır və onun tenderdə
iştirakına yol verilmir.
28.4. Bu Qanunun 28.1-ci maddəsində
göstərilən sənədlər (tender təklifi istisna
olmaqla) satınalan təşkilata tender prosedurunun
başlanmasına azı 7 bank günü qalmış
təqdim olunmalıdır. Satınalan təşkilat bu
sənədlərin hər hansı birinə və ya bir
neçəsinin çatışmadığı, yaxud bu
sənədlərin hər hansı birində və ya bir
neçəsində dəyişikliyə ehtiyac olduğu
qənaətinə gələrsə, sənədlər
təqdim olunduqdan ən çoxu 2 bank günü sonra
çatışmayan sənədi hazırlamağı yaxud
bu sənədlərdə müvafiq dəyişiklik
aparmağı malgöndərənə (podratçıya)
təklif etməlidir. Bu halda sənədlər malgöndərən
(podratçı) tərəfindən tam şəkildə
və müvafiq düzəlişlərlə tender prosedurunun
başlanmasına azı üç bank günü qalmış
satınalan təşkilata təqdim olunur.
28.5. Bu maddədə göstərilən
sənədlər düzgün tərtib olunub vaxtında
təqdim edildiyi təqdirdə, satınalan təşkilat
tenderdə iştirak etmək istəyən
malgöndərəni (podratçını) iddiaçı
kimi qeydə alır.
Maddə 29. Tenderdə
iştirak haqqının və tender xərclərinin
ödənilməsi
29.1. Tenderdə iştirak haqqının
ümumi məbləği tender predmetinin ehtimal olunan
qiymətinin 0,5 faizindən və tender xərclərinin 1,5
mislindən çox olmamaq şərti ilə satınalan
təşkilat tərəfindən
müəyyənləşdirilir. Tenderin keçirilməsi
ilə bağlı bütün xərclər, o
cümlədən elan, reklam, tender keçirilən yerin
icarəsi, tender komissiyasının
maliyyələşdirilməsi, tender sənədlərinin
hazırlanması və iddiaçılara çatdırılması
xərcləri, həmçinin tenderin keçirilməsi
ilə birbaşa əlaqədar olan bütün digər
xərclər iştirak haqları hesabına ödənilir.
29.2. Tenderdə iştirak haqqını
malgöndərən (podratçı) tenderin əsas
şərtlər toplusunu almaq və iddiaçı kimi
qeydiyyatdan keçmək üçün satınalan
təşkilata ödəyir. Tenderdə iştirak haqqı
geri qaytarılmır.
29.3. Tenderdə iştirak haqlarından
toplanmış vəsait tender xərclərindən çox
olduqda fərq satınalan təşkilatın ixtiyarına
keçir (büdcədən maliyyələşdirilən
təşkilatlar üzrə isə dövlət
büdcəsinə köçürülür), az olduqda
isə fərq satınalan təşkilatın hesabından
ödənilir.[28]
Maddə 30. Tenderin əsas
şərtlər toplusuna dair izahat verilməsi və onda
dəyişikliklərin edilməsi
30.1. Malgöndərən
(podratçı) tender komissiyasına əsas
şərtlər toplusunun izah edilməsi ilə bağlı
sorğu verə bilər. Sorğu tender təkliflərinin
verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək
verilməlidir. Satınalan təşkilat belə sorğulara
tender təkliflərinin verilməsi müddətinin
qurtarmasına azı 2 bank
günü qalanadək cavab verir. Bu cavab sorğu verənin
ünvanı göstərilmədən tenderin əsas
şərtlər toplusunu almış bütün
malgöndərənlərə (podratçılara)
göndərilir.[29]
30.2. Satınalan təşkilat tender
təklifləri verilməsinin son müddəti qurtaranadək
tenderin əsas şərtlər toplusuna öz
təşəbbüsü ilə və ya hər hansı
malgöndərənin (podratçının) sorğusuna
cavab olaraq dəyişikliklər və əlavələr
edə bilər. Bu barədə məlumat dərhal tenderin
əsas şərtlər toplusunu almış bütün
malgöndərənlərə (podratçılara)
göndərilir. Dəyişikliklər və
əlavələr malgöndərənlər
(podratçılar) üçün məcburi
qüvvəyə malikdir.[30]
30.3. Satınalan təşkilat tenderin
əsas şərtlər toplusunun izah edilməsi ilə
bağlı malgöndərənlərlə
(podratçılarla) görüş keçirə bilər.
Bu görüşün nəticələri
protokollaşdırılır və nəzərə
alınmaq üçün dərhal tenderin əsas
şərtlər toplusunu almış bütün malgöndərənlərə
(podratçılara) göndərilir.
Maddə 31. Tender
təkliflərinin təqdim olunması
31.1. Hüquqi və fiziki şəxs
hər tender predmeti üzrə bir iddiaçı qismində
iştirak edə bilər və iddiaçı kimi yalnız
bir təklif verə bilər.
31.2. Tender təklifləri verilməsinin
son tarixi, vaxtı və yeri tender komissiyası
tərəfindən tenderin əsas şərtlər toplusunda
müəyyənləşdirilir.
31.3. Bu Qanunla
müəyyənləşdirilmiş qaydada
hazırlanmış, iddiaçı tərəfindən
imzalanmış və möhürlənmiş tender
təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin
bağlı tərəfi iddiaçı tərəfindən
imzalanıb möhürlənərək satınalan
təşkilatla təqdim olunur.
31.4. Tender təklifindəki bütün
rəqəmlər həm də sözlə yazılır.
Maddə 32. Tender
təkliflərinin qüvvədə olma müddəti,
dəyişdirilməsi və geri götürülməsi
32.1. Tender təkliflərinin
qüvvədə olma müddəti tenderin əsas
şərtlər toplusunda müəyyənləşdirilir.
Bu müddət tender zərflərinin açıldığı
gündən sonra azı 30 bank günü təşkil
etməlidir.
32.2. Tender təkliflərinin
qüvvədə olma müddəti satınalan
təşkilatın təklifi əsasında
malgöndərənlərin (podratçıların)
razılığı ilə uzadıla bilər.
Malgöndərən (podratçı) öz tender
təklifinin təminatına olan hüququnu itirmədən
satınalan təşkilatın belə təklifindən imtina
edə bilər.
32.3. Tender təkliflərinin
qüvvədə olma müddətinin uzadılması
təklifini qəbul edən malgöndərənlər
(podratçılar) tender təklifləri üçün
verdikləri təminatın qüvvədə olma müddətini
uzadır və ya uzadılmış müddət
üçün yeni təminat verirlər.
32.4. Malgöndərən
(podratçı) öz tender təklifi üçün
təminat hüququnu itirmədən onu yalnız tender
təkliflərinin verilməsi müddəti qurtaranadək
dəyişdirə və ya geri götürə bilər.
Maddə 33. Tender təklifinin
təminatı
33.1. Satınalan təşkilat tender
təklifinin təminatını tender təklifinin ümumi
qiymətinin 1 faizi
məbləğində müəyyənləşdirir.
Təminatın qüvvədə olma müddəti tender
təklifinin qüvvədə olma müddətindən 30 bank
günü çox olmalıdır.[31]
33.2. Tender təklifinin təminatı
aşağıdakı hallarda təxirə salınmadan
qaytarılır:
33.2.1. tender təkliflərinin
qüvvədə olma müddəti qurtardıqda;
33.2.2. tender prosedurları ləğv
olunduqda;
33.2.3. tenderdə ilk üç yerdən
birini tutmayan iddiaçılara tenderin
nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
33.2.4. tender təklifinin qüvvədə
olma müddətinin uzadılması təklifini qəbul
etməyən iddiaçılara tender təkliflərinin
qüvvədə olma müddəti qurtardıqdan sonra;
33.2.5. tender qalibinə satınalma
müqaviləsi imzalandıqdan və müqavilənin
yerinə yetirilməsi üçün təminat
verildikdən sonra;
33.2.6. tenderdə ikinci və
üçüncü yerləri tutan iddiaçılara tender
qalibi ilə bağlanan satınalma müqaviləsi
qüvvəyə mindikdən sonra.
33.3. İddiaçı tender təklifi
verməzdən əvvəl satınalan təşkilata
təklifin təminatı emitentinin və ya təsdiqləyici
tərəfin münasibliyini təsdiq etmək (əgər
tələb olunursa) barəsində sorğu verə bilər.
Satınalan təşkilat bu cür sorğuya
ləngimədən cavab verməlidir.
33.4. Münasibliyi təsdiq edilmiş
emitent və ya təsdiqləyici tərəf sonradan hər
hansı səbəbə görə ödəmə
qabiliyyətini və ya etibarlığını itirdikdə
satınalan təşkilat onların verdikləri
təminatı rədd etmək hüququna malikdir.
33.5. Satınalan təşkilat emitent
barəsində hər hansı tələbini, habelə tender
təklifi üçün tələb olunan təminatın
növünü, formasını və digər
şərtlərini tenderin əsas şərtlər toplusunda
göstərir. Satınalan təşkilat tender
təkliflərinin təminatı ilə bağlı
iddiaçıların hərəkətlərinə hər
hansı tələbləri yalnız aşağıdakı hallara
tətbiq edə bilər:
33.5.1. tender təkliflərinin
verilməsinin son müddəti qurtardıqda və ya tender
təklifinin qüvvədə olma müddəti başa
çatanadək tender təklifinin geri götürülməsi
və ya dəyişdirilməsi;
33.5.2. satınalan təşkilat
satınalma müqaviləsini imzalamağı tələb
etdiyi halda müqavilənin imzalanmaması;
33.5.3. tender təklifi aksept edildikdən
sonra satınalma müqaviləsinin yerinə yetirilməsi
üçün tələb olunan təminatın
verilməməsi və ya müqavilə imzalananadək tenderin
əsas şərtlər toplusunda göstərilmiş hər
hansı digər şərtin yerinə yetirilməməsi.
Maddə 34. Valyuta növü
34.1. Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri tender
təkliflərində qiymətləri manatla
göstərməlidirlər.[32]
34.2. Xarici hüquqi və fiziki
şəxslərin tender təklifləri sərbəst
dönərli valyuta ilə göstərildikdə, tender
təkliflərinin verilməsinin son gününə
Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi məzənnə
əsas götürülməlidir.[33]
Maddə 35. Tender
prosedurlarının başlanması qaydası
35.1. Tender prosedurası tender komissiyası
tərəfindən müəyyən olunmuş yerdə
və vaxtda tenderin əsas şərtlər toplusunda
nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq
aparılır və tender təklifləri daxil olduqları
ardıcıllıqla açılır. Gecikmiş tender
təklifləri tender komissiyası tərəfindən
qəbul olunmur və açılmadan geri qaytarılır.
35.2. Tender prosedurasının
açılışında iştirak edən
şəxslərə hər bir iddiaçının adı,
ünvanı, tender təklifinin qiyməti, tender təklifinin
təminatı elan olunur. Tender təklifi vermiş, lakin tender
prosedurasının açılışında iştirak
etməyən iddiaçılara, onların sorğusu
əsasında tender prosedurasında bütün
iddiaçıların təkliflərinə dair elan
olunmuş məlumatlar bildirilir.
35.3. İddiaçı və ya onun
notarial qaydasında təsdiqlənmiş sənədlə
müvəkkil etdiyi şəxs tender prosedurlarının
açılışında iştirak edir və tender
təkliflərinə dair elan olunan məlumatı
təsdiqləyir.
35.4. iddiaçının və ya onun
müvəkkilinin tender prosedurlarında iştirak
etməməsi satınalan təşkilatın və ya tender
komissiyasının həmin iddiaçını tenderdən
kənarlaşdırmasına əsas vermir.
Maddə 36. Tender
təkliflərinə baxılması, onların
qiymətləndirilməsi və müqayisəsi
36.1. Tender təkliflərinə
baxılmasını, onların qiymətləndirilməsini
və müqayisəsini asanlaşdırmaq məqsədi
ilə satınalan təşkilat malgöndərənlərdən
(podratçılardan) öz tender təkliflərinə dair
izahat verməsi üçün sorğu edə bilər.
Qiymətlərin dəyişdirilməsi və formal
tələblərə uyğun gəlməyən tender
təklifinin həmin tələblərə
uyğunlaşdırılmasına yönəldilmiş
dəyişikliklər də daxil olmaqla, tender təklifinin
mahiyyətini dəyişdirmək məqsədi daşıyan
heç bir sorğuya, təklifə və ya icazəyə yol
verilmir.
36.2. Bu Qanunun 36.1-ci maddəsindən
asılı olmayaraq satınalan təşkilat tender
təkliflərinə baxılması gedişində aşkar
edilmiş sırf hesab səhvlərini düzəldir.
Satınalan təşkilat hər hansı belə düzəliş
barəsində tender təklifini vermiş
malgöndərənə (podratçıya)
ləngimədən məlumat verir.
36.3. Bu Qanunun 36.2-ci maddəsini
nəzərə almaqla, satınalan təşkilat tender
təklifini yalnız o halda formal tələblərə
uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas
şərtlər toplusunda göstərilmiş bütün
tələblərə cavab versin.
36.4. Tender təklifində onun
mahiyyətini dəyişdirməyən və ya tenderin
əsas şərtlər toplusunda göstərilmiş
xüsusiyyətlərdən, şərtlərdən və
başqa tələblərdən əhəmiyyətli
dərəcədə kənara çıxmayan xırda
xətalar olduqda və ya tender təklifinin mahiyyətinə
xələl gətirmədən aradan qaldırılması
mümkün olan səhvlər və
çatışmazlıqlar olduqda belə satınalan
təşkilat həmin təklifə tender
tələblərinə uyğun gələn təklif kimi
baxa bilər. Hər hansı bu cür xətalar imkan
daxilində kəmiyyətcə ifadə olunur və tender
təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi zamanı nəzərə alınır.
36.5. Satınalan təşkilat
aşağıdakı hallarda tender təklifini
kənarlaşdırır:
36.5.1. tender təklifi vermiş
malgöndərən (podratçı) ixtisas
tələblərinə uyğun gəlmirsə;
36.5.2. tender təklifi vermiş
malgöndərən (podratçı) bu Qanunun 36.2-ci
maddəsinə uyğun hər hansı hesab səhvinin
düzəldilməsi ilə razılaşmırsa;
36.5.3. tender təklifi formal
tələblərə uyğun gəlmirsə;
36.5.4. Bu Qanunun 12-ci və 13-cü
maddələrində nəzərdə tutulan hallar
mövcuddursa.
36.6. Bu Qanunun 36.7-ci maddəsinə
uyğun qalib gəlmiş tender təklifini
müəyyənləşdirmək üçün
satınalan təşkilat qəbul edilmiş tender
təkliflərini tenderin əsas şərtlər toplusunda
göstərilmiş prosedurlara və meyarlara müvafiq
surətdə qiymətləndirir və müqayisə edir.
Tenderin əsas şərtlər toplusunda
göstərilməyən meyarlardan istifadə edilmir.
36.7. Aşağıda göstərilən
tender təklifi qalib gəlmiş sayılır:
36.7.1. bu Qanunun 36.9-cu maddəsinə
uyğun tətbiq edilən hər hansı güzəştli
düzəliş nəzərə alınmaqla ən
aşağı qiyməti olan tender təklifi;
36.7.2. tenderin əsas şərtlər
toplusunda göstərilən və kəmiyyətcə
qiymətləndirilən və ya dəyər ekvivalenti
təyin edilə bilən meyarlar əsasında ən
sərfəli sayılan tender təklifi;
36.8. Satınalan təşkilat bu Qanunun
36.7.2-ci maddəsinə müvafiq surətdə tender
təklifini ən sərfəli təklif kimi
qiymətləndirərkən yalnız aşağıdakıları
nəzərə alır:
36.8.1. bu Qanunun 36.9-cu maddəsinə
uyğun tətbiq edilən hər hansı güzəştli
düzəliş nəzərə alınmaqla tender
təklifinin qiymətini;
38.8.2. maların (işlərin) istismar,
texniki xidmət və təmir xərclərini, malların
göndərilməsi, işlərin başa
çatdırılması və ya xidmətlərin göstərilməsi
müddətlərini, malların (işlərin) funksional
xüsusiyyətlərini, ödəniş
şərtlərini və mallar (işlər və
xidmətlər) üçün təminat
şərtlərini;
36.8.3. müdafiə və milli
təhlükəsizlik mülahizələrini.
36.9. Satınalan
təşkilat tender təkliflərini
qiymətləndirərkən və müqayisə
edərkən tenderin əsas şərtlər toplusunda
müəyyənləşdirilən keyfiyyət
tələblərinə cavab verən yerli mallar (işlər
və xidmətlər) üzrə tender təkliflərinin
xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində
güzəştli düzəliş tətbiq edir. Güzəştli
düzəliş qeyri-neft məhsullarının istehsalı
sahəsində investisiyaların
stimullaşdırılması məqsədilə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən olunan istehsal
prosesinin hər hansı mərhələsi Azərbaycan
Respublikasının ərazisində həyata
keçirilən mallara da şamil edilir.[34]
36.10. Güzəştlərin həcmi və tətbiqi
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir və
normativ hüquqi aktlarla tənzimlənir.[35]
36.11. Tətbiq edilmiş
güzəştlər satınalma prosedurları haqqında
hesabatda əks olunur.
36.12. Tender təkliflərinin
qiymətləri iki ya daha çox valyuta ilə ifadə
edilərsə, tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsi
məqsədi ilə bu Qanunun 24.1.18-ci maddəsinə
müvafiq surətdə bütün tender təkliflərinin
qiymətləri tenderin əsas şərtlər toplusunda
göstərilmiş məzənnə üzrə bir valyuta ilə
ifadə edilir.
36.13. Satınalan təşkilat ixtisas
uyğunluğunun müəyyənləşdirilməsi
prosedurlarını keçirib-keçirməməsindən
asılı olmayaraq bu Qanunun 36.7-ci maddəsinə
əsasən tender təklifi qalib gəlmiş
malgöndərəndən (podratçıdan) bu Qanunun
6-cı maddəsində göstərilmiş meyarlara uyğun
öz ixtisas göstəricilərini yenidən təsdiq
etməyi tələb edə bilər. Belə təkrar
təsdiq üçün tətbiq edilməli meyarlar və
tələblər tenderin əsas şərtlər toplusunda
göstərilir.
36.14. Tender təklifi qalib gəlmiş
malgöndərən (podratçı) öz ixtisas
göstəricilərini bu Qanunun 36.13-cü maddəsinə
uyğun təkrar təsdiq etmək haqqında satınalan
təşkilatın tələbini yerinə yetirməzsə,
onun tender təklifi rədd edilir və satınalan
təşkilat qalib gələn tender təklifini bu Qanunun
36.7-ci maddəsinə müvafiq surətdə digər tender
təklifləri içərisindən seçir.
Maddə 37. Tender
komissiyasının qərarı
37.1. Tender komissiyası müstəqildir
və bu qərarını bu Qanuna uyğun tam sərbəst
qəbul edir.
37.2. Tender prosedurları zamanı və
tenderin nəticələrinə dair qərar
çıxarılarkən tender komissiyası üzvlərinin
azı dörddə üçü iştirak etməlidir.
Qərar tender komissiyasının bütün üzvləri
tərəfindən imzalanır.
37.3. Tender komissiyası tender
təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi əsasında aşağıdakı
qərarlardan birini qəbul edir:
37.3.1. iddiaçılar arasında birinci,
ikinci və üçüncü yerlərin
müəyyənləşdirilməsi haqqında;
37.3.2. təkliflərin təhlilinə
və müqayisəsinə daha çox vaxt lazım olduqda,
tenderin müddətinin uzadılması haqqında;
37.3.3. heç bir tender təklifi tender
predmetinin tam həcmdə icrasını təmin
etmədikdə, tender predmetinin iki və ya daha çox
iddiaçı arasında bölünməsi haqqında;
37.3.4. tender təkliflərindən
heç birinin qənaətbəxş olmadığı
haqqında.
37.4. Tender təkliflərinin
qiymətləndirilməsi və müqayisəsi ilə
razılaşmayan tender komissiyasının üzvləri
öz xüsusi rəylərini təqdim edərək protokolu
imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların
ümumi rəyi yaxud fərdi rəyləri şəklində
tərtib edilə bilər.
37.5. Tender komissiyası
tərəfindən tenderin nəticələri haqqında
yekun protokolu tərtib edilir və komissiyanın bütün
üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma
müqaviləsinin bağlanması üçün əsas
götürülür. Yekun protokolunun surəti onun
imzalanmasından sonra 3 bank günü ərzində müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur.
37.6. Tenderin nəticələri haqqında
tender komissiyasının yekun protokolunun nümunəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hazırlanır və təsdiq olunur.
37.7. Tender dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə həyata keçirildikdə, satınalmaların
nəticələri bu Qanunun 25.1-1-ci maddəsində
nəzərdə tutulan müddət başa çatdıqdan
dərhal sonra qiymət təklifinin
ardıcıllığına uyğun olaraq dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə avtomatik müəyyən olunur və qərar
qəbul edilməsi üçün elektron qaydada tender
komissiyasına göndərilir. Tender komissiyası 1 bank
günü ərzində bu Qanuna uyğun olaraq təklifi bu
Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək
qərar qəbul edir və qərarı həmin gün
dövlət satınalmalarının vahid internet portalında
yerləşdirir.[36]
Maddə 38. Tender
komissiyasının məsuliyyəti
38.1. Tender komissiyasının sədri
və üzvləri bu Qanunla
müəyyənləşdirilmiş vəzifələrini
yerinə yetirərkən obyektiv və bitərəf
mövqedən çıxış edirlər.
38.2. Tender komissiyası bu Qanunla
müəyyənləşdirilmiş vəzifələrini
yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək,
hər hansı iddiaçının tərəfini saxlayarsa,
iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti
orqanına və ya məhkəməyə müraciət edə
bilər. Həmin orqanlar tenderin hazırlanması və
keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini
təsdiqləyərsə, tenderin nəticələri
ləğv olunur və satınalan təşkilat həmin
iş üzrə yeni tender keçirir. Bu halda qəbul
olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş
komissiya üzvlərindən başqa, komissiyanın sədri
və digər üzvləri 3 il müddətində hər
hansı tender komissiyasının sədri və ya üzvü
ola bilməzlər.
38.3. Tender komissiyası sədrinin və ya
üzvünün (üzvlərinin) qanunsuz hərəkəti
nəticəsində iddiaçıya (iddiaçılara)
maddi zərər dəymişsə və bu,
məhkəmə tərəfindən təsdiq
edilmişsə, zərəri satınalan təşkilat
ödəyir və bu barədə tender elanının
dərc olunduğu mətbuat orqanında məlumat verir.
Təqsirli bilinən tender komissiyası sədrinin və ya
üzvünün (üzvlərinin) maddi məsuliyyəti
və zərərin ödənilməsi
məsələləri qanunvericiliyə uyğun həll
edilir.
Maddə 39.
Malgöndərənlərlə (podratçılarla)
danışıqların və qeyri-rəsmi
görüşlərin qadağan edilməsi[37]
Tender prosedurları zamanı verilmiş
tender təklifi, habelə bu
Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan sorğu
ilə əlaqədar satınalan təşkilatla tenderdə
iştirak edən malgöndərən (podratçı)
arasında danışıqlar aparılmasına yol verilmir.[38]
39.2. Satınalan
təşkilatla tenderdə iştirak edən
malgöndərən (podratçı) arasında
qeyri-rəsmi görüşlərin keçirilməsi
qadağandır.[39]
Maddə 40. Tender
təkliflərinin aksepti və satınalma müqaviləsinin
qüvvəyə minməsi
40.1. Bu Qanunun 36.7-ci maddəsinə
uyğun qalib müəyyən olunmuş tender təklifi aksept
edilir. Satınalan təşkilat həmin tender təklifini
vermiş malgöndərənə (podratçıya)
təklifin qüvvədə olma müddəti qurtaranadək 3
bank günü ərzində bildiriş göndərir.
40.1-1. Elektron satınalma
vasitəsilə açıq tenderin keçirilməsi
zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə
tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender
təklifini vermiş malgöndərənə
(podratçıya) dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə avtomatik qaydada dərhal
göndərilir.[40]
40.2. Tenderin qalibi tenderin əsas
şərtlər toplusunda göstərilmiş müddət
ərzində satınalma müqaviləsini imzalayır və
müqavilənin yerinə yetirilməsi təminatını
təqdim edir.
40.2-1.
Elektron satınalma vasitəsilə açıq tenderin
keçirilməsinə münasibətdə satınalma
müqaviləsi tenderin qalibi ilə dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə elektron qaydada bağlanılır və bu
Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin
yerinə yetirilməsi təminatı həmin portal
vasitəsilə təqdim edilir. Dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə elektron müqavilənin bağlanılması
məqsədilə satınalan təşkilat tender
müqaviləsi aksept edildikdən sonra 3 bank
günündən gec olmayaraq satınalma müqaviləsini
hazırlayaraq, həmin portala yerləşdirir və
imzalayır. Malgöndərən (podratçı) həmin
müqaviləni 5 bank günü müddətində
imzalayır.
40.2-2. Bu Qanunun 40.2-1-ci
maddəsində nəzərdə tutulmuş müddət
ərzində satınalma müqaviləsinin imzalanmaması
həmin müqavilədən imtina edilməsi kimi
qiymətləndirilir.[41]
40.3. Tenderin qalibinin tələb olunan
müddət ərzində satınalma müqaviləsini
imzalamaması və ya müqavilənin yerinə yetirilməsi
təminatını təqdim etməməsi onun öz
öhdəliklərini icra edə bilməməsi kimi
qiymətləndirilir və tender təklifi
təminatının geri qaytarılmaması ilə
nəticələnir.
40.4. Satınalma müqaviləsi
malgöndərən (podratçı) ilə satınalan
təşkilat tərəfindən imzalandığı andan
qüvvəyə minir. Satınalma müqaviləsini
imzalamış tərəflər arasında
münasibətlər bu Qanunla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və
digər normativ hüquqi aktları ilə tənzimlənir.
40.5. Satınalma müqaviləsi ilə
tender qalibinin üzərinə qoyulan öhdəliklər
tenderin əsas şərtlər toplusunda
göstərilməmiş müddəalar və şərtlər
hesabına artırıla bilməz.
40.6. Satınalma müqaviləsini imzalayarkən
satınalan təşkilat malların (işlərin və
xidmətlərin) hər vahidinin qiymətlərini və
meyarlarını dəyişdirməmək şərti
ilə müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə malların (işlərin və
xidmətlərin) həcmini 15 faizə qədər
artırıb - azalda bilər.
40.7. Tenderdə qalib gəlmiş
podratçılar satınalan təşkilatın
razılığı və tenderin əsas şərtlər
toplusunda nəzərdə tutulması şərti ilə,
işin icrası üçün bu
Qanunun 28.2-1-ci maddəsində nəzərdə tutulan
subpodratçılarla müqavilə imzalaya bilər.
Bütün digər hallarda satınalan təşkilatın
yazılı icazəsi olmadan müqavilənin icrası
subpodratçı təşkilatlara həvalə edilə
bilməz. İşlərin
yerinə yetirilməsi və ya xidmətlərin
göstərilməsi ilə əlaqədar subpodrat
müqaviləsinin (müqavilələrinin) dəyəri
satınalma müqaviləsinin ümumi məbləğinin 50
faizindən çox olmamalıdır. Satınalma
müqaviləsinin icrasına subpodratçılar cəlb
olunduğu halda, subpodrat müqavilələrinin ümumi
dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro,
kiçik və orta sahibkarlıq subyektlərinə
həvalə olunmalıdır.[42]
40.8. Tenderin əsas şərtlər
toplusunda satınalma müqaviləsinin yuxarı
idarəetmə orqanı tərəfindən təsdiq
olunması nəzərdə tutulmuşdursa, müqavilə
həmin orqanın təsdiqinədək qüvvəyə
minmir. Tender təklifinin akseptinə dair bildiriş
göndərildikdən sonra belə təsdiq üçün
tələb olunan təqribi müddət tenderin əsas
şərtlər toplusunda göstərilir.
40.9. Satınalma müqaviləsi
qüvvəyə mindikdən və əgər tələb
olunarsa, malgöndərən (podratçı) müqavilənin
icrası üçün təminat təqdim etdikdən sonra
həmin müqavilə barədə digər
malgöndərənlərə (podratçılara)
bildiriş göndərilir. Bildirişdə müqaviləni
bağlamış malgöndərənin
(podratçının) adı, ünvanı və
müqavilənin qiyməti göstərilir.
40.9-1.
Bu Qanunun 40.9-cu maddəsində nəzərdə tutulan
bildirişdə malgöndərənin
(podratçının) qalib gəlməməsinin
səbəbləri göstərilməlidir.
40.9-2.
Satınalma müqaviləsinin yerinə yetirilməsinin
təminatının məbləği müqavilənin
ümumi məbləğinin 2-5 faizi həcmində
müəyyən olunur.
40.9-3. Açıq tenderin
keçirilməsi zamanı qiyməti 100 000 ABŞ
dollarının manat ekvivalentindən az olan satınalma
müqaviləsi ilə bağlı həmin müqavilənin
yerinə yetirilməsinin təminatı tələb olunmur.[43]
40.10. Satınalma müqaviləsində
tərəflərin götürdükləri
öhdəliklərin yerinə yetirilməməsi və ya
natamam yerinə yetirilməsi üçün
məsuliyyəti, cərimələr, təminatlar,
mübahisələrin həlli qaydası (tenderin əsas
şərtlər toplusunda və normativ hüquqi aktlarda
nəzərdə tutulubsa), işin başlanması və
qurtarması müddətinin uzadılmasına əsas
verən hallar və bunun şərtləri
göstərilməlidir.
40.11. Mallar (işlər və
xidmətlər) üzrə satınalma müqaviləsinin
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hazırlanır və təsdiq olunur.
Maddə 40-1. Satınalma müqaviləsi
üzrə ödəmələr
40-1.1.
Satınalan təşkilat satınalma müqaviləsinin
yerinə yetirilməsi üçün qalib
malgöndərənə (podratçıya) tender
sənədlərində göstərilən həcmdə,
lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30
faizindən çox olmayaraq avans ödəyə bilər.
Avansın alınması üçün
malgöndərən (podratçı) tərəfindən
satınalan təşkilata avans ödənişinin ümumi
həcmindən az olmayan məbləğdə bank
zəmanəti təqdim olunmalıdır.
Malgöndərən (podratçı) avans
ödənişindən yalnız satınalma müqaviləsi
ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
üçün istifadə etməlidir.
40-1.2.
Malgöndərən (podratçı) avans
təminatının qarantı və ya təsdiqləyici
tərəfin münasibliyini təsdiq etmək barədə
sorğu göndərir. Satınalan təşkilat bu cür
sorğuya 1 bank günü müddətində cavab
verməlidir.
40-1.3.
Satınalma müqaviləsi üzrə ödəmələr
(o cümlədən avans ödənişi) satınalan
təşkilat tərəfindən tenderin əsas
şərtlər toplusunda və satınalma
müqaviləsinin xüsusi şərtlərində
müəyyənləşdirilmiş qaydada və
məbləğdə, malgöndərənin
(podratçının) təqdim etdiyi sənədlər
(qaimələr, hesab fakturalar, aktlar və digər
sənədlər) əsasında, ən qısa müddət
ərzində, lakin 15 bank günündən gec olmamaq
şərti ilə aparılır.
40-1.4.
Satınalma müqaviləsi üzrə ödəmələr
(avans ödənişi istisna olmaqla) satınalan
təşkilat tərəfindən həmin
müqavilədə nəzərdə tutulmuş
işlərin görülməsinə mütənasib olaraq
satınalma müqaviləsində nəzərdə
tutulmuş qaydada və müddətdə
malgöndərənə (podratçıya) ödənilir.
Satınalma müqaviləsinin icrası tam başa
çatdıqdan (texniki təminat müddəti daxil olmaqla)
və bunu təsdiq edən sənədlər tərtib olunduqdan
sonra (qüsurların aradan qaldırılmasını
nəzərə almaqla) 15 bank günü müddətində
satınalan təşkilatla malgöndərən
(podratçı) arasında son haqq-hesab aparılır və
həmin müddət ərzində yekun məbləğ
malgöndərənə (podratçıya) ödənilir.
40-1.5.
Satınalma müqaviləsi üzrə ödəmələr
(o cümlədən avans ödənişi) satınalma
müqaviləsində müəyyən olunmuş
müddətdə ödənilmədikdə gecikdirilmiş
hər gün üçün satınalma
müqaviləsində müəyyən olunmuş
məbləğdə faiz hesablanır.
Maddə 40-2. Satınalma müqaviləsinin
şərtlərinin icrasına nəzarət[44]
Satınalan
təşkilat satınalma müqaviləsinə uyğun olaraq
və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan
son haqq-hesab aparılanadək həmin müqavilə
üzrə alınmış malların,
görülmüş işlərin və
göstərilmiş xidmətlərin normativ hüquqi aktların,
o cümlədən texniki normativ hüquqi aktların
tələblərinə, habelə satınalma
müqaviləsində nəzərdə tutulmuş digər tələblərə
və standartlara uyğunluğunu yoxlayır.
V fəsil
XİDMƏTLƏRİN
SATIN ALINMASININ ƏSAS METODU
Maddə 41. Xidmət
təkliflərinin cəlb olunması
41.1. Satınalan təşkilat xidmət
təkliflərini, o cümlədən məsləhət
xidmətləri təkliflərini və ya müvafiq hallarda
ixtisas uyğunluğunun müəyyənləşdirilməsi
üçün təklifləri cəlb edərkən
dövlət qəzetində bildiriş dərc etdirir və rəsmi internet saytında, bu Qanunun 50-1-ci maddəsində
nəzərdə tutulan satınalmalara münasibətdə
isə həmçinin dövlət satınalmalarının
vahid internet portalında
yerləşdirir. Bildirişdə satınalan
təşkilatın adı və ünvanı, satın
alınacaq xidmətlərin qısa təsviri, təkliflər
sorğusunun və ya ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi sənədlərinin
alınması üsulları və bunun üçün
ödənilən haqqın (müəyyənləşdirilibsə)
məbləği və digər məlumatlar göstərilir.[45]
41.2. Satınalmada yalnız yerli
malgöndərənlərin (podratçıların)
iştirak etdiyi və ya satın alınan xidmətlərin
ümumi qiymətinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş məbləğdən
çox olmadığı hallar istisna olmaqla, bildiriş
həmçinin beynəlxalq miqyasda geniş yayılan
mətbuat orqanında və internetdə dərc edilir.
41.3. Birbaşa cəlbetmə qənaət
və səmərəlilik baxımından zəruridirsə,
müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi
şərti ilə, satınalan təşkilat
aşağıdakı hallarda bu Qanunun 41.1 və 41.2-ci
maddələrinin müddəalarını tətbiq etmir:
41.3.1. satın alınan xidmətlər
yalnız məhdud saylı xidmət
göstərənlərdə vardır, bu şərtlə
ki, onların hamısından təkliflər cəlb edilsin;
41.3.2. çoxsaylı təkliflərə
baxılmasına və onların
qiymətləndirilməsinə sərf olunacaq vaxt və
xərclər satın alınacaq xidmətlərin qiyməti
ilə mütənasib deyildir, bu şərtlə ki,
səmərəli rəqabətin təmin olunması
üçün azı 3 (üç) xidmət
göstərəndən təkliflər cəlb edilsin;
41.3.3. birbaşa cəlbetmə
məxfiliyin təmin olunmasının yeganə yoludur və ya
dövlətin maraqları baxımından zəruridir, bu
şərtlə ki, səmərəli rəqabətin
təmin olunması üçün azı 3 (üç)
xidmət göstərəndən təkliflər cəlb
edilsin.
41.4. Satınalan təşkilat xidmət
göstərənlərə təkliflər sorğusunu
və ya ixtisas uyğunluğunun
müəyyənləşdirilməsi sənədlərini
bildirişdə göstərilmiş prosedurlara və
tələblərə uyğun olaraq, habelə bu Qanunun
41.3-cü maddəsinin tətbiq edildiyi hallarda bilavasitə
göndərir. Satınalan təşkilat bunların
müqabilində ala biləcəyi haqqın
məbləğinə yalnız təkliflər sorğusunun
və ya ixtisas uyğunluğunun müəyyənləşdirilməsi
sənədlərinin çap edilməsi və xidmət
göstərənlərə çatdırılması
xərclərini daxil edir.
41.5. Bu Qanunun 41.3-cü
maddəsinin tələbləri bu Qanunun 50-1-ci maddəsinə
uyğun olaraq keçirilən satınalmalara
münasibətdə tətbiq edilmir.[46]
Maddə 42. Xidmət
təklifləri sorğusunun məzmunu
42.1. Xidmət təklifləri sorğusuna
ən azı aşağıdakı məlumatlar daxil edilir:
42.1.1. satınalan təşkilatın
adı və ünvanı;
42.1.2. təkliflərin tərtib
edilməli olduğu dil və ya dillər;
42.1.3. təkliflərin verilməsinin
üsulu, yeri və son müddəti;
42.1.4. satınalan təşkilat
bütün təklifləri rədd etmək hüququnu
saxlayırsa, müvafiq bəyanat;
42.1.5. xidmət göstərənlərin
ixtisas göstəricilərinin qiymətləndirilməsi
və ixtisas göstəricilərinin təkrar təsdiq
olunması üçün bu Qanunun 6-cı maddəsinə
uyğun meyarlar və prosedurlar;
42.1.6. xidmət göstərənlərin
öz ixtisas göstəricilərinin təsdiqi
üçün təqdim etməli olduqları sənədli
sübutlara və ya digər məlumatlara aid
tələblər;
42.1.7. məlum olma
dərəcəsindən asılı olaraq satın alınan
xidmətlərin təsviri və zəruri
xüsusiyyətləri, o cümlədən xidmətlərin
göstərilməli olduğu yer, xidmətlərin
göstərilməsinin nəzərdə tutulan və ya
tələb olunan müddətləri;
42.1.8. satınalan təşkilatın
öz tələbatını ödəməyin
müxtəlif mümkün üsulları barəsində
təklifləri qəbul edib-etməməsi haqqında
məlumat;
42.1.9. xidmət
göstərənlərə satın alınan
xidmətlərin yalnız bir qismi üçün təklif
verməyə icazə verilmişdirsə, satın alınan
xidmətlərin həmin qisminin və ya qismlərinin
təsviri;
42.1.10. qiymət meyarının
nəzərə alınmadığı hallar istisna olmaqla,
təklifin qiymətinin hesablanmalı və ya ifadə
edilməli olduğu valyuta və ya valyutalar;
42.1.11. qiymət meyarının
nəzərə alınmadığı hallar istisna olmaqla,
təklifin qiymətinin hesablanmalı və ifadə
edilməli olduğu üsul, o cümlədən
qiymətə xidmətlərin dəyəri ilə
yanaşı digər elementlərin (nəqliyyat,
yaşayış, sığorta, avadanlıqdan istifadə,
rüsum və ya vergilərin ödənilməsi və s.
xərcləri) daxil edilib-edilmədiyi barədə məlumat;
42.1.12. qalib gələn təklifin
müəyyənləşdirilməsi zamanı istifadə
olunacaq meyarlar, o cümlədən bu Qanunun 44.2-ci
maddəsinə uyğun istifadə ediləcək hər
hansı güzəştli düzəliş və bu
meyarların nisbi qiyməti;
42.1.13. təkliflərin
qiymətləndirilməsi və müqayisəsi
üçün istifadə ediləcək valyuta,
təkliflərin qiymətinin həmin valyutaya
keçirilməsi üçün istifadə ediləcək
mübadilə məzənnəsi yaxud müəyyən tarixdə
qüvvədə olan və müəyyən maliyyə
təşkilatı tərəfindən dərc olunan
mübadilə məzənnəsindən istifadə
ediləcəyi barədə bəyanat;
42.1.14. təkliflər sorğusunda
göstərilən xidmətlərin, müqavilə
şərtlərinin və ya digər tələblərin
alternativinə yol verilirsə, alternativ təkliflərin
qiymətləndirilməsi və müqayisəsi üsulu
haqqında müvafiq göstəriş və onun təsviri;
42.1.15. satınalan təşkilatın
xidmət göstərənlər ilə
vasitəçilərin müdaxiləsi olmadan birbaşa
əlaqə saxlamaq və onlardan satınalma prosedurları
haqqında məlumat almaq səlahiyyəti verilmiş bir
neçə vəzifəli şəxsinin və ya
qulluqçusunun adı, vəzifəsi və ünvanı;
42.1.16. xidmət göstərənlərin
bu Qanunun 43-cü maddəsinə müvafiq surətdə
təkliflər sorğusu üzrə izahat almaq üsulları
və satınalan təşkilatın bu mərhələdə
xidmət göstərənlər ilə görüş
keçirmək niyyəti barədə bəyanat;
42.1.17. satınalma müqaviləsinin
satınalan təşkilata məlum olan şərtləri
və tərəflərin bağlayacaqları
müqavilənin forması;
42.1.18. satınalan təşkilatın
qanunsuz hərəkətlərindən və ya
qərarlarından və ya istifadə etdiyi satınalma
prosedurundan bu Qanunun 55-ci maddəsinə uyğun şikayət
vermək hüququ barəsində bildiriş;
42.1.19. satınalma müqaviləsinin
qüvvəyə minməsi üçün təklifin
akseptindən sonra tələb olunan hər hansı
rəsmiyyət, o cümlədən zərurət varsa,
satınalmaya dair yazılı müqavilənin tərtibi
və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiqi, aksept haqqında bildiriş
göndərildikdən sonra təsdiqin alınması
üçün tələb olunan vaxt;
42.1.20. təkliflərin hazırlanması
və verilməsi, habelə satınalma prosedurlarının
digər cəhətləri barəsində satınalan
təşkilatın bu Qanuna və satınalmalar haqqında
digər normativ hüquqi aktlara uyğun
müəyyənləşdirdiyi hər hansı digər
tələblər.
Maddə 43. Xidmət
təklifləri sorğusuna izahat verilməsi və onda
dəyişikliklər edilməsi
43.1. Xidmət göstərənlər
satınalan təşkilatdan xidmət təklifləri
sorğusu ilə əlaqədar izahat verməyi xahiş
edə bilər. Satınalan təşkilat xidmət
göstərənlərin öz təkliflərini vaxtında
verə bilməsi üçün onların təkliflər
sorğusu ilə əlaqədar izahat verilməsi
xahişinə təkliflərin verilməsinin son
müddəti başa çatanadək cavab verməlidir. Bu
izahat sorğunun kim tərəfindən verildiyi
göstərilmədən satınalan təşkilatın
təkliflər sorğusu göndərdiyi bütün
xidmət göstərənlərə təqdim edilir.
43.2. Xidmət təkliflərinin
verilməsinin son müddəti qurtaranadək istənilən
vaxt satınalan təşkilat hər hansı
səbəbdən, ya özünün
təşəbbüsü ilə, ya da hər hansı
xidmət göstərənin sorğusuna cavab olaraq
təkliflər sorğusunda əlavələr və
dəyişikliklər edə bilər. Həmin əlavə
satınalan təşkilatın təkliflər sorğusu
verdiyi bütün xidmət göstərənlərə
dərhal çatdırılır və onlar üçün
məcburi qüvvəyə malik olur.
43.3. Satınalan təşkilat xidmət
göstərənlə görüş keçirdikdə
protokol tərtib edir, həmin görüş zamanı
təkliflər sorğusu ilə əlaqədar sorğular
və onlara cavablar sorğu verən göstərilmədən
protokola daxil edilir. Protokol tender prosedurlarında iştirak
edən bütün xidmət göstərənlərə
dərhal təqdim edilir.
Maddə 44. Xidmət
təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi
44.1. Satınalan təşkilat xidmət
təkliflərinin qiymətləndirilməsi üçün
tətbiq ediləcək meyarları
müəyyənləşdirir, hər belə meyarın nisbi
qiymətini və təkliflərin qiymətləndirilməsi
zamanı tətbiq edilmə qaydasını
müəyyənləşdirir. Bu meyarlar təkliflər
sorğusunda xidmət göstərənlərə bildirilir
və yalnız aşağıdakılara aid ola bilər:
44.1.1. xidmət
göstərilənlərin və onların işçi
heyətinin ixtisas göstəricilərinə,
təcrübəsinə, nüfuzuna, etibarlığına,
peşə və idarəetmə səriştəsinə;
44.1.2. xidmət göstərənin verdiyi
təklifin satınalan təşkilatın ehtiyaclarının
ödənilməsi baxımından
səmərəliliyinə;
44.1.3. hər hansı yardımçı
və əlaqədar xərclər də daxil olmaqla, bu Qanunun
44.2-ci maddəsinə uyğun tərtib edilən
güzəştli düzəlişlər nəzərə
alınmaqla təklifin qiymətinə;
44.1.4. müdafiə və milli
təhlükəsizlik mülahizələrinə.
44.2. Satınalan təşkilat xidmət
təkliflərini qiymətləndirərkən və
müqayisə edərkən xidmət təklifləri
sorğusunda müəyyən olunan tələblərə
cavab verən xidmətləri təklif edən yerli xidmət
göstərənlərin xeyrinə bu Qanunun 36.10-cu
maddəsinə uyğun olaraq güzəştli
düzəliş tətbiq edir. Bu düzəliş
satınalma prosedurları haqqında hesabatda əks etdirilir.[47]
44.3. Satınalan təşkilat
təkliflərin müqayisəsində onların keyfiyyət
və texniki cəhətlərinə aid tələblərin
minimum səviyyəsini müəyyənləşdirir və
təkliflər sorğusunda göstərilən
qiymətləndirmə meyarlarına, həmçinin bu
meyarların nisbi qiymətinə və tətbiqi qaydasına
müvafiq surətdə hər bir təklifə qiymət
verir.
44.4. Bu halda aşağıdakı
təkliflər qalib gəlmiş sayılır:
44.4.1. ən aşağı qiymətli
təklif;
44.4.2. bu Qanunun 44.3-cü maddəsində
göstərilən keyfiyyət və texniki
cəhətləri və qiyməti əsas
götürülməklə məcmu qiyməti optimal olan
təklif.
Maddə 45. Məxfilik
Satınalan təşkilat xidmət
təkliflərinə elə tərzdə baxır ki,
onların məzmununun bir-birilə rəqabət aparan
xidmət göstərənlərə məlum olmasına yol
verilməsin. Aparılan hər bir danışıq məxfi
xarakter daşıyır və bu Qanunun 10-cu maddəsi
nəzərə alınmaqla, danışıqlarda iştirak
edən tərəflərin heç biri qarşı
tərəfin razılığı olmadan bu
danışıqlara aid olan heç bir qiyməti, texniki
və ya digər məlumatı açıqlamır.
VI fəsil
SATINALMALARIN
DİGƏR METODLARI
Maddə 46.
İkimərhələli tender proseduru
46.1. Bu Qanunun III və IV fəsillərinin
müddəaları, bu maddə ilə həmin
müddəalardan kənarlaşmaya yol verildiyi hallar istisna
olmaqla ikimərhələli tender prosedurlarına da tətbiq
edilir.
46.2. İkimərhələli tender
prosedurlarının birinci mərhələsində
bütün malgöndərənlərə
(podratçılara) ilkin tender təklifini onun qiymətini
göstərmədən təqdim etmək təklif olunur. Bu
halda tenderin əsas şərtlər toplusunda malların
(işlərin və xidmətlərin) texniki, keyfiyyət
və ya digər xüsusiyyətlərinə aid
tələblər, habelə satınalma müqaviləsinin
şərtləri, müvafiq hallarda isə
malgöndərənlərin (podratçıların)
peşə və texniki səriştəsinə və ixtisas
göstəricilərinə dair şərtlər
nəzərdə tutula bilər.
46.3. Birinci mərhələdə
satınalan təşkilat bu Qanunun 11, 12 və ya 36.5-ci
maddələrinə müvafiq surətdə tender təklifi
rədd edilməmiş istənilən malgöndərən
(podratçı) ilə onun tender təklifinin hər hansı
cəhəti barədə danışıqlar apara bilər.
46.4. İkimərhələli tender
prosedurlarının ikinci mərhələsində
satınalan təşkilat tender təklifi rədd
edilməmiş malgöndərənlərə
(podratçılara) malların (işlərin və
xidmətlərin) özünəməxsus
xüsusiyyətlərinin məcmusu barədə
qiymətləri göstərməklə yekun tender
təkliflərini verməyi təklif edir.
46.5. Tender prosedurlarının birinci
mərhələsində xüsusiyyətləri əks
edən sənədlər hazırlanarkən satınalan
təşkilat satın alınan malların (işlərin
və xidmətlərin) texniki və keyfiyyət
xarakteristikasının hər hansı cəhətini,
həmçinin tender təkliflərinin
qiymətləndirilməsi, müqayisəsi və qalib tender
təklifinin müəyyənləşdirilməsi
üçün hər hansı meyarları çıxarmaq
və ya dəyişdirmək, habelə bu Qanuna uyğun yeni
xarakteristikaları və ya meyarları əlavə etmək
hüququna malikdir. Hər hansı bu cür dəyişiklik
və ya əlavə barədə məlumat
malgöndərənlərə (podratçılara) yekun tender
təklifini vermək haqqında dəvət
göndərilərkən bildirilir.
46.6. Yekun tender təklifini vermək
istəməyən hər hansı malgöndərən
(podratçı) tender təklifinin təminatına
(əgər belə təminat tələb olunmuşdursa)
hüququnu itirmədən tender prosedurlarından çıxa
bilər.
46.7. Yekun tender təklifləri bu Qanunun
36.7-ci maddəsinə uyğun qalib gələn tender
təklifinin müəyyənləşdirilməsi
üçün qiymətləndirilir və müqayisə
edilir.
Maddə 47. Məhdud
iştiraklı və qapalı tender prosedurları
47.1. Satınalan təşkilat bu Qanunun
19.2.1-ci maddəsində göstərilmiş əsaslarla
məhdud iştiraklı tender keçirirsə, satın
alınacaq malların (işlərin və xidmətlərin)
olduğu bütün malgöndərənlərdən
(podratçılardan) tender təklifləri cəlb edir.
47.2. Satınalan təşkilat bu Qanunun
19.2.2-ci maddəsində göstərilmiş əsaslarla
məhdud iştiraklı və ya 19.3-cü maddəsinə
əsasən qapalı tender keçirirsə, rəqabəti
təmin edəcək sayda 3-dən az olmamaq şərti
ilə malgöndərənləri (podratçıları)
cəlb edir və onlar arasında ayrıseçkiliyə yol
verməməklə müsabiqə keçirir.
47.3. Bu Qanunun III və IV fəsillərinin
müddəaları, əgər bu maddədə həmin
müddəalardan kənarlaşma nəzərdə tutulmursa,
məhdud iştiraklı və ya qapalı tender
prosedurlarına da şamil edilir.
47.4. Satınalan təşkilat məhdud
iştiraklı tender keçirirsə, iddiaçılarda bu
tenderə maraq oyatmaq məqsədi ilə dövlət
qəzetində bildiriş dərc etdirir.
Maddə 48. Təkliflər
sorğusu proseduru
48.1. Satınalan təşkilat
əməli cəhətdən məqsədəuyğun sayda
üçdən az olmamaq şərti ilə
malgöndərənlərdən (podratçılardan) təklifləri
cəlb edir.
48.2. Satınalan təşkilat bildiriş
dərc edilməsini qənaət və səmərəlilik
baxımından məqsədəuyğun saymadığı
hallar istisna olmaqla, təkliflərin verilməsinə maraq
oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda
geniş yayılan mətbuat orqanında bildiriş dərc
etdirir.[48]
48.3. Satınalan təşkilat
təkliflərin qiymətləndirilməsi üçün
meyarları, hər belə meyarın nisbi qiymətini və
təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi
qaydasını müəyyənləşdirir. Bu meyarlar
aşağıdakılara aiddir:
48.3.1. malgöndərənin
(podratçının) idarəetmə və texniki
səriştəsinə;
48.3.2. malgöndərənin
(podratçının) təklifinin satınalan
təşkilatın ehtiyaclarının ödənilməsi
baxımından səmərəliliyinə;
48.3.3. malgöndərən
(podratçı) tərəfindən təklif olunan
malların (işlərin) qiymətlərinə və
çəkiləcək istismar, xidmət və təmir
(ehtiyat hissələri ilə təmin olunması)
xərclərinə.
48.4. Satınalan təşkilatın
malgöndərənlərə (podratçılara) təqdim
etdiyi təkliflər sorğusunda ən azı
aşağıdakılar göstərilir:
48.4.1. satınalan təşkilatın
adı və ünvanı;
48.4.2. təklifin uyğun gəlməli
olduğu texniki və başqa parametrlər də daxil olmaqla,
satınalmaya tələbatın təsviri, həmçinin
işlərin satın alındığı halda - onların
yerinə yetirilməli olduğu yer, xidmətlərin satın
alındığı halda isə - onların
göstərilməli olduğu yer;
48.4.3. təkliflərin
qiymətləndirilməsi üçün imkan daxilində
kəmiyyətlə ifadə olunan və nisbi qiyməti
göstərilən meyarlar, habelə təkliflərin qiymətləndirilməsi
zamanı onların tətbiqi qaydası;
48.4.4. nəzərdə tutulan formalar
və hər hansı təlimatlar, o cümlədən konkret
təkliflə bağlı tətbiq edilə bilən hər
hansı müvafiq müddətlər.
48.5. Təkliflər sorğusunun hər
hansı şəkildə dəyişdirilməsi və ya
izahı, o cümlədən təkliflərin
qiymətləndirilməsi üçün bu Qanunun 48.3-cü
maddəsində göstərilən meyarların
dəyişdirilməsi təkliflər sorğusu
prosedurlarında iştirak edən bütün
malgöndərənlərə (podratçılara) bildirilir.
48.6. Satınalan təşkilat
təkliflərə elə tərzdə baxır ki, onların
məzmununun bir-biri ilə rəqabət aparan
malgöndərənlərə (podratçılara) məlum
olmasına yol verilməsin.
48.7. Aşağıdakı
şərtlərə əməl edilərsə, satınalan
təşkilat malgöndərənlər (podratçılar)
ilə onların təklifləri barəsində
müzakirələr apara bilər, həmin
təkliflərə yenidən baxılmasını təklif
edə və ya yenidən baxılmasına icazə verə
bilər:
48.7.1. satınalan təşkilat ilə
malgöndərən (podratçı) arasında hər
hansı müzakirələr məxfi xarakter
daşıyır;
48.7.2. bu Qanunun 10-cu maddəsi
nəzərə alınmaqla, müzakirələri aparan
tərəflərin heç biri digər tərəfin
razılığı olmadan bu müzakirələrə aid
hər hansı qiyməti, texniki və ya digər
məlumatları heç bir başqa şəxsə
açmır;
48.7.3. təklif vermiş və təklifi rədd
edilməmiş bütün malgöndərənlərə
(podratçılara) müzakirələrdə iştirak
etmək imkanı verilir.
48.8. Müzakirələr başa
çatdıqdan sonra satınalan təşkilat prosedurlarda
iştirakı davam etdirən bütün
malgöndərənlərdən (podratçılardan) onların
təkliflərinin bütün cəhətləri
barəsində ən yaxşı və son ofertanı
müəyyən tarixədək təqdim etməyi xahiş
edir.
48.9. Təklifləri
qiymətləndirərkən satınalan təşkilat
aşağıdakı üsulları tətbiq edir:
48.9.1. yalnız bu Qanunun 48.3-cü
maddəsində nəzərdə tutulan və təkliflər
sorğusunda göstərilən meyarlar nəzərə
alınır;
48.9.2. təklifin satınalan
təşkilatın ehtiyaclarının ödənilməsi
baxımından səmərəliliyinə təklifin
qiymətindən ayrılıqda baxılır;
48.9.3. satınalan təşkilat
təklifin qiymətinə yalnız texniki
qiymətləndirmə başa çatdıqdan sonra baxır.
48.10. Satınalan təşkilat
təkliflərin qiymətləndirilməsi üçün
təkliflər sorğusunda göstərilmiş meyarlara,
həmçinin həmin meyarların nisbi qiymətinə
və tətbiqi qaydasına uyğun
müəyyənləşdirilmiş tələbatmı daha
dolğun ödəyən təklif vermiş
malgöndərən (podratçı) ilə satınalma
müqaviləsi bağlayır.
Maddə 49. Kotirovkalar
sorğusu proseduru
49.1. Satınalan təşkilat
əməli cəhətdən məqsədəuyğun sayda,
3-dən az olmamaq şərti ilə,
malgöndərənlərdən (podratçılardan)
kotirovkalar cəlb edir.
49.2. Satınalan təşkilat kotirovkalar
sorğusu verilən hər bir malgöndərənə
(podratçıya) malların (işlərin və
xidmətlərin) qiymətinə onların öz dəyərindən
əlavə hər hansı başqa xərclərin
(nəqliyyat və sığorta xərclərinin,
gömrük rüsumlarının, vergilərin və s.) daxil
olub-olmadığını bildirir.
49.3. Hər malgöndərən
(podratçı) yalnız bir qiymət kotirovkası təqdim
edə bilər və onun öz kotirovkasını
dəyişməsinə icazə verilmir. Satınalan
təşkilat ilə malgöndərən (podratçı)
arasında həmin malgöndərənin
(podratçının) təqdim etdiyi kotirovka barədə
heç bir danışıq aparılmır.
49.4. Satınalan təşkilatın
tələbatını təmin edən ən
aşağı qiymət kotirovkası təqdim etmiş
malgöndərən (podratçı) ilə satınalma müqaviləsi
bağlanılır.
Maddə 50. Bir
mənbədən satınalma proseduru
50.1. Bu Qanunun 21-ci maddəsində
göstərilmiş şərtlərə əməl
etməklə satınalan təşkilat təklifi və
qiymət kotirovkasını cəlb etmək yolu ilə
malları (işləri və xidmətləri) bir
malgöndərəndən (podratçıdan) satın ala
bilər.
50.2. Malgöndərən
(podratçı) tərəfindən təklif edilən
malların (işlərin və xidmətlərin)
qiymətlərinin müəyyənləşdirilməsi
məqsədi ilə satınalan təşkilat bu Qanunun 27-ci
maddəsinə uyğun olaraq onların ehtimal olunan
qiymətini hesablayır.
VI-I fəsil[49]
Mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin dövlət
satınalmalarında iştirakı
Maddə 50-1. Mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin dövlət
satınalmalarında iştirakının məcburiliyi
50-1.1.
Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ
dollarının manat ekvivalentində və ya ondan
aşağı olan malların (işlərin,
xidmətlərin) satın alınması yalnız mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin
iştirakı ilə, açıq tender üsulunu tətbiq
etməklə elektron satınalma vasitəsilə keçirir.
50-1.2.
Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar
səbəbindən tender baş tutmamış hesab edildikdə,
bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan
satınalma predmeti üzrə satınalan təşkilat
digər sahibkarlıq subyektlərinin də
iştirakını nəzərdə tutan tender
keçirə bilər. Satınalan təşkilatın bu
barədə qərarı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq olunmalıdır.
50-1.3.
Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan halda
satınalan təşkilat tərəfindən tenderin
açıq tender üsulunu tətbiq etməklə və
(və ya) elektron satınalma vasitəsilə
keçirilməsi mümkün olmadıqda onu
əsaslandıran səbəblər və şərtlər
göstərilməklə bu barədə qərar qəbul
etməlidir. Satınalan təşkilatın bu barədə qərarı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq
olunmalıdır.
50-1.4.
Satınalma müqaviləsinin məbləği müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən minimal
məbləğdən aşağı olan satınalmalara bu
Qanunun 50-1.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
50-1.5.
Bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri məxfi məlumatlar
ilə əlaqədar satınalmalara şamil edilmir.
Maddə 50-2. Dövlət
satınalmalarının vahid internet portalı
50-2.1.
Dövlət satınalmalarının vahid internet portalı
aşağıdakıları təmin etməlidir:
50-2.1.1.
tender elanının dərc edilməsini;
50-2.1.2.
malgöndərən (podratçı) tərəfindən
tenderdə iştirak etmək üçün bu Qanunun 28-ci
maddəsində nəzərdə tutulan sənədlərin
satınalan təşkilata təqdim edilməsini (satınalan
təşkilat özü həmin sənədlər
barədə məlumatları bu Qanunun 50-2.2-ci
maddəsində göstərilən qaydada əldə edə
bilmədikdə);
50-2.1.3.
tenderdə iştirak haqqının ödənilməsini;
50-2.1.4.
malgöndərənin (podratçının) iddiaçı
kimi qeydiyyatdan keçməsini;
50-2.1.5.
iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir
malgöndərən (podratçı) üçün
elektron kabinetin yaradılmasını;
50-2.1.6.
satınalan təşkilat ilə malgöndərən
(podratçı) arasında qarşılıqlı
məlumat mübadiləsinin və sənədlərin
təqdim olunmasını;
50-2.1.7.
tender təkliflərinin təqdim olunmasını;
50-2.1.8.
tender təklifinin təminatının verilməsini;
50-2.1.9.
tender komissiyasının virtual iclaslarının
keçirilməsini;
50-2.1.10.
tender təkliflərinə baxılmasını, onların
qiymətləndirilməsini və müqayisəsini;
50-2.1.11.
satınalma müqaviləsinin elektron qaydada
bağlanmasını, həmin müqavilənin və tenderin
nəticələrinə dair digər sənədlərin
yerləşdirilməsini;
50-2.1.12.
bu Qanunla nəzərdə tutulmuş hallarda
bildirişlərin elektron qaydada göndərilməsini;
50-2.1.13.
tenderin əsas şərtlər toplusunun, tender
prosedurlarını tənzimləyən normativ hüquqi
aktların, satınalma müqaviləsinin, habelə onun
standart şərtlərinin və digər sənədlərin
yerləşdirilməsini;
50-2.1.14.
bu Qanunla müəyyən olunmuş hallarda şikayətin
verilməsini və həmin şikayətlərə
baxılmasının nəticələri barədə
qərarın əldə olunmasını;
50-2.1.15.
bu Qanunla müəyyən olunmuş qaydada satınalma
müqaviləsinin yerinə yetirilməsinin
təminatının təqdim olunmasını;
50-2.1.16.
hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını;
50-2.1.17.
satınalan təşkilat tərəfindən
ödənişlə bağlı təsdiq bildirişinin
təqdim olunmasını;
50-2.1.18.
satınalma planının yerləşdirilməsini.
50-2.2.
Satınalan təşkilat tərəfindən tenderdə
iştirakla bağlı bu Qanunla nəzərdə tutulan
sənədlər barədə məlumatın əldə
edilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
elektron informasiya ehtiyatları (məlumat bazaları,
məlumat-axtarış sistemləri, reyestrlər və
digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq olunan hədlərdə dövlət
satınalmalarının vahid internet portalına inteqrasiya
olunur.
Maddə 50-3. Elektron satınalma
50-3.1.
Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq
keçiriləcək tender barədə rəsmi
dövlət qəzetlərində və dövlət
satınalmalarının vahid internet portalında elan
(dəvət) dərc olunur.
50-3.2.
Elanda (dəvətdə) aşağıdakı məlumatlar
göstərilir:
50-3.2.1.
satınalan təşkilatın adı və ünvanı;
50-3.2.2.
satınalma predmetinin ətraflı təsviri, həmçinin
onun təqdim olunmasının müddəti və yeri;
50-3.2.3.
imzalanacaq satınalma müqaviləsinin forması və
şərtləri;
50-3.2.4.
bu Qanunun 9-cu maddəsinə uyğun olaraq məlumatlar;
50-3.2.5.
təqdim olunan sənədli sübutlar da daxil olmaqla,
malgöndərənlərin (podratçıların) ixtisas
göstəricilərinin qiymətləndirilməsi
üçün tətbiq olunan meyarlar və prosedurlar;
50-3.2.6.
təkliflərin satınalma predmetinin təsvirinə
uyğunluğunun müəyyənləşdirilməsi
meyarları və prosedurları;
50-3.2.7.
təkliflərin qiymətləndirilməsinin meyarları
və prosedurları, o cümlədən elektron satınalmada
təkliflərin qiymətləndirilməsi üçün
tətbiq ediləcək riyazi düstur;
50-3.2.8.
təklifin qiymətinə satınalma predmetinin
dəyərindən başqa, digər xərclərin
(nəqliyyat və sığorta xərcləri, vergilər
və rüsumlar) daxil edilib-edilməməsi haqqında
məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması
və ifadə olunması üsulu;
50-3.2.9.
təklifin qiymətinin hesablanmalı və ifadə
edilməli olduğu valyuta (valyutalar);
50-3.2.10.
səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün
qeydiyyatdan keçməli olan malgöndərənlərin
(podratçıların) minimal sayı;
50-3.2.11.
elektron satınalmaya buraxılış üsulu, o
cümlədən elektron satınalmaya qoşulma qaydası
barədə məlumat;
50-3.2.12.
malgöndərənlərin (podratçıların) elektron
satınalmada qeydiyyatının son müddətinə və
qeydiyyatına dair tələblər;
50-3.2.13.
elektron satınalmanın açılmasının tarixi
və saatı, həmçinin elektron satınalmanın
açılışında iştirakçıların
eyniləşdirilməsinə (identifikasiyasına) dair
tələblər;
50-3.2.14.
elektron satınalmanın bağlanmasını
tənzimləyən meyarlar;
50-3.2.15.
elektron satınalmanın keçirilməsinin digər
qaydaları, o cümlədən elektron satınalma zamanı
iştirakçılara təqdim olunacaq məlumat, onun dili
və iştirakçılar tərəfindən təkliflərin
verilməsinin şərtləri;
50-3.2.16.
bu Qanuna, digər normativ hüquqi aktlara istinadlar və bu
sənədlərin əldə olunma yeri;
50-3.2.17.
malgöndərənlər (podratçılar)
tərəfindən satınalma prosedurlarına dair izahat
almanın üsulu və yeri;
50-3.2.18.
malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla
məlumat mübadiləsini aparan satınalan təşkilatın
bir və ya bir neçə vəzifəli şəxsinin
adı, vəzifəsi və ünvanı;
50-3.2.19.
satınalan təşkilatın qərarlarından və
hərəkətlərindən şikayət vermək
hüququ, gözləmə müddətinin tarixləri
barədə məlumat, belə müddət tətbiq
edilmədiyi halda müvafiq qərarın səbəbləri;
50-3.2.20.
elektron satınalmadan sonra satınalma müqaviləsinin
qüvvəyə minməsi üçün tələb
olunan rəsmiləşdirmələr, o cümlədən
tələb olunduğu halda, ixtisas göstəricilərinin
və formal tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi, həmçinin
yazılı müqavilənin tərtib olunması;
50-3.2.21.
satınalan təşkilat tərəfindən bu Qanuna və
satınalmalarla əlaqədar digər normativ hüquqi aktlara
uyğun olaraq müəyyən edilən digər
tələblər.
Maddə 50-4. Elektron satınalma
iştirakçılarının qeydiyyata alınması
və elektron satınalmanın keçirilməsi
müddətləri
50-4.1.
Elektron satınalmada iştirak etmək üçün
qeydiyyatdan keçən hər bir malgöndərənə
(podratçıya) dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə bu barədə real vaxt
rejimində təsdiq bildirişi göndərilir.
50-4.2.
Elektron satınalmada iştirak etmək üçün
qeydiyyatdan keçən malgöndərənlərin
(podratçıların) sayı səmərəli
rəqabəti təmin etmək üçün 3
(üç) iştirakçıdan az olduqda, satınalan
təşkilat bu proseduru ləğv edir. Elektron
satınalmanın ləğv edilməsi barədə
məlumat dərhal qeydiyyatdan keçmiş
malgöndərənlərə (podratçılara)
göndərilir.
50-4.3.
Satınalan təşkilatın tələbatını
nəzərə almaqla, elektron satınalmaya dəvətin
dərc edilməsi ilə elektron satınalmanın
keçirilməsi arasında müddət
malgöndərənlər (podratçılar)
tərəfindən elektron satınalmaya
hazırlığın görülməsi və
təkliflərin təqdim edilməsi üçün
kifayət etməlidir.
Maddə 50-5. Elektron satınalma zamanı
tələblər
50-5.1.
Elektron satınalma aşağıdakılar əsas
götürülməklə həyata keçirilir:
50-5.1.1.
satınalma müqaviləsinin bağlanılması
barədə qərar ən aşağı qiymət əsas
götürülməklə qəbul edildikdə qiymət
əsasında;
50-5.1.2.
qiymətləndirilmə nəticəsində ən
sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə
(podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında.
50-5.2.
Elektron satınalma zamanı:
50-5.2.1.
bütün iştirakçılara təkliflərin
təqdim olunması üçün bərabər
şərait yaradılır;
50-5.2.2.
tətbiqindən asılı olaraq bu Qanunun 50-3-cü
maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik
qiymətləndirilməsi təmin olunur;
50-5.2.3.
elektron satınalmanın hər bir
iştirakçısına onun təklifinin
açılmasını və qiymətləndirilməsini
müşahidə etmək üçün bərabər
şərait yaradılır;
50-5.2.4.
satınalan təşkilat ilə elektron satınalmanın
iştirakçıları və ya onların özü
arasında yalnız dövlət satınalmalarının
vahid internet portalı vasitəsilə əlaqə
saxlanılır.
50-5.3.
Elektron satınalma zamanı satınalan təşkilat
bütün iştirakçıların eyniləşdirmə
məlumatlarını məxfi saxlayır.
50-5.4.
Elektron satınalma bu Qanunun 50-3-cü maddəsinə uyğun
olaraq malgöndərənlərə (podratçılara)
təqdim olunan meyarlar əsasında bağlanılır.
50-5.5.
İnformasiya resurslarında elektron satınalmanın
keçirilməsini pozan nöqsanlar yarandıqda, satınalan
təşkilat elektron satınalmanın keçirilməsini
dayandırır. Elektron satınalma dayandırıldıqda
və ya ləğv olunduqda satınalan təşkilat prosedur
iştirakçılarının eyniləşdirmə
məlumatlarını məxfi saxlayır.
Maddə 50-6. Elektron satınalmadan sonra
tələblər
50-6.1.
Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci
maddəsinə əsasən müəyyən olunan ən
aşağı qiymət təklifi və ya keyfiyyət və
texniki cəhətdən ən sərfəli təklif qalib
hesab olunur.
50-6.2.
Satınalan təşkilat elektron satınalma
keçirildikdən sonra qalib təklifin formal
tələblərə uyğunluğunu və həmin
təklifi təqdim edən malgöndərənin
(podratçının) ixtisas göstəriciləri
meyarlarına cavab verməsini yoxlayır. Satınalan
təşkilat təklifin formal tələblərə cavab
vermədiyini və ya malgöndərənin
(podratçının) ixtisas göstəriciləri
meyarlarına uyğun gəlmədiyini müəyyən
edərsə, həmin təklifi kənarlaşdırır. Bu
Qanunun 11.2-ci maddəsinə əsasən satınalan
təşkilat satınalmaları ləğv etmək
hüququna xələl gətirmədən elektron
satınalmanın bağlanılması anına formal
tələblərə uyğun olan və ixtisas
göstəriciləri meyarlarına cavab verən
növbəti ən aşağı və ya ən
sərfəli qiymətli təklifi təqdim etmiş
malgöndərəni (podratçını) seçir.
50-6.3. Satınalan
təşkilat elektron satınalma müqaviləsinin bağlanılması
anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən
əhəmiyyətli dərəcədə aşağı
olduğu və onun da satınalma müqaviləsinin yerinə
yetirilməməsi ilə nəticələnəcəyi
qənaətinə gələrsə, bu Qanunun 27-ci
maddəsini tətbiq edə bilər. Bu halda satınalan
təşkilat satınalmaları ləğv etmək
hüququna xələl gətirmədən elektron satınalma
müqaviləsinin bağlanılması anına formal
tələblərə uyğun olan və ixtisas
göstəriciləri meyarlarına cavab verən
növbəti ən aşağı və ya ən
sərfəli qiymətli təklifi təqdim etmiş
malgöndərəni (podratçını) seçmək
hüququna malikdir.
VII
fəsil
ƏLAVƏ
MÜDDƏALAR
Maddə 51. Satınalma
müqaviləsinin qiymətində dəyişiklik[50]
51.1.
Satınalma müqaviləsi qüvvəyə mindikdən
sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, müqavilənin şərtlərinin
dəyişdirilməsinə yol verilmir.
51.2. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 422-ci maddəsində
nəzərdə tutulmuş halların satınalma
müqaviləsinə təsirinin qiymətləndirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq olunur.
Maddə 52. Tender qalibinin iflasa
uğraması
52.1. Tender qalibi iflasa uğradıqda
satınalma müqaviləsi ləğv olunmuş
sayılır.
52.2. İflasa uğramış tender
qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı
10 bank günü ərzində tender qalibinin satınalma
müqaviləsi üzrə götürdüyü
öhdəlikləri yerinə yetirmək haqqında
satınalan təşkilata yazılı müraciət
edərsə, həmin müqavilənin şərtləri
əsas götürülməklə, satınalan təşkilatla
tender qalibinin varisi arasında malların (işlərin və
xidmətlərin) satın alınmasının başa
çatdırılması haqqında yeni müqavilə
bağlanır.
52.3. İflasa uğramış tender
qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı
10 bank günü ərzində tender qalibinin satınalma
müqaviləsi üzrə götürdüyü
öhdəlikləri yerinə yetirmək haqqında
satınalan təşkilata yazılı müraciət
etməzsə, satınalan təşkilatın tender
qalibinə hər növ borcu, əgər varsa, ləğv
olunmuş sayılır. Bu halda satınalan təşkilat
həmin malların (işlərin və xidmətlərin)
satın alınması üzrə yeni tender keçirə
bilər.
Maddə 53. Sığorta
53.1. Dövlət vəsaiti hesabına
həyata keçirilən satınalmalar Azərbaycan
Respublikasının qanunvericilik aktlarında və normativ
hüquqi sənədlərində nəzərdə
tutulmuş qaydada sığortalanır.
53.2. Satınalan təşkilat
sığortanı məcburi sayırsa, bunu tenderin əsas
şərtlər toplusunda və satınalma müqaviləsində
əks etdirməlidir.
Maddə 54. Satınalmanın
sənədlər toplusu
54.1. Hər bir satınalma üzrə
satınalan təşkilat tərəfindən
sənədlər toplusu hazırlanır. Satınalmanın
sənədlər toplusuna aşağıdakılar daxil
edilir:
54.1.1. satınalmanın keçirilməsi
haqqında satınalan təşkilatın təsdiq edilmiş
qərarı;
54.1.2. satınalmanın keçirilməsi
haqqında elanın dərc edildiyi qəzetlərin və
əgər varsa, reklam və bildiriş tipli materialların
nüsxələri;
54.1.3. tenderin əsas şərtlər
toplusu və ya təkliflərin, ofertaların, kotirovkaların
cəlb edilməsinə dair sənədlər toplusu;
54.1.4. bütün iddiaçıların
satınalma prosedurlarında iştirak haqqında
müraciətləri, iştirak haqqını
ödəmələri barədə bank sənədləri,
tenderə təqdim etdikləri təkliflər;
54.1.5. satınalmanın
nəticələri haqqında tender komissiyasının yekun
protokolu və tender prosedurlarına dair digər protokollar;
54.1.6. bağlanan satınalma
müqavilələri;
54.1.7. satınalma müqaviləsi
uzunmüddətlidirsə və ya
mərhələlərlə həyata keçirilirsə,
icrasının gedişi haqqında mütəmadi
məlumatları;
54.1.8. satınalan təşkilatla
malgöndərən (podratçı) arasında satınalma
müqaviləsinin icrası və mübahisəli
məsələlərin həlli ilə əlaqədar
sənədlər;
54.1.9. tender xərclərinin
ödənişi ilə bağlı sənədlər;
54.1.10. satınalma müqaviləsinin tam
yerinə yetirilməsi haqqında satınalan təşkilatla
malgöndərənin (podratçının) birgə
aktı.
54.2. Satınalmanın sənədlər
toplusu satınalmanın keçirilməsi haqqında
qərarın qəbul edildiyi gündən
yığılmağa başlanır və satınalma
müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank
günü ərzində bitirilir və 5 il ərzində
satınalan təşkilatda saxlanılır, sonra
müəyyənləşdirilmiş qaydada arxivə verilir.
VIII fəsil
ŞİKAYƏT
VERİLMƏSİ
Maddə 55. Şikayət
vermək hüququ
55.1. Satınalan təşkilatın bu
Qanunla müəyyən olunmuş vəzifələrini
yerinə yetirməməsi nəticəsində itkiyə
və ya zərərə düşdüyünü və ya
düşəcəyini bəyan edən
malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
şikayət vermək hüququ vardır.
55.2. Bu Qanuna görə
aşağıdakılar şikayət obyekti ola bilməz:
55.2.1. satınalma metodunun
seçilməsi;[51]
55.2.2. satınalma prosedurlarının
dövlət mənsubiyyətinə görə
məhdudlaşdırılması;
55.2.3. satınalan təşkilatın
bütün tender təkliflərini, ofertaları və ya
kotirovkaları rədd etmək qərarı;
Maddə 56. Satınalan
təşkilata və ya təsdiq edən orqana şikayət
56.1. Satınalma müqaviləsi
qüvvəyə minənə qədər, şikayət
yazılı şəkildə satınalan
təşkilatın rəhbərinə verilir (əgər
şikayət satınalan təşkilatın hər hansı
hərəkəti, qərarı və ya istifadə etdiyi
prosedurla bağlıdırsa və həmin hərəkət,
qərar və ya prosedur bu Qanuna müvafiq surətdə
hər hansı orqan tərəfindən təsdiq
edilmişdirsə, şikayət bu orqanın
rəhbərinə verilir).
56.2. Şikayət ona əsas vermiş
hallardan malgöndərənin (podratçının)
xəbər tutduğu və ya xəbər tutmalı
olduğu vaxtdan 15 bank günü keçdikdən sonra
verilmişdirsə, satınalan təşkilatın (və ya
təsdiq edən orqanın) rəhbəri şikayətə
baxmır.
56.3. Şikayət onu vermiş
malgöndərən (podratçı) ilə satınalan
təşkilat arasında qarşılıqlı
razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə,
satınalan təşkilatın (və ya təsdiq edən
orqanının) rəhbəri həmin şikayətin verildiyi
vaxtdan 20 bank günü (bu
Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən
satınalmalara münasibətdə isə 10 bank günü)
ərzində yazılı qərar çıxarır,
qərarda onun səbəbləri əsaslandırılır
və şikayət tam və ya qismən təmin edilirsə,
vəziyyətin düzəldilməsi üçün
görüləcək tədbirlər göstərilir.[52]
56.4. Satınalan təşkilatın
(və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun
56.3-cü maddəsində göstərilən müddət
ərzində qərar çıxarmırsa, şikayəti
vermiş malgöndərən (podratçı və ya
satınalan təşkilat) bundan dərhal sonra 57 və ya
60-cı maddələrə uyğun şikayət vermək
hüququ qazanır. Belə şikayət verildikdən sonra
satınalan təşkilatın (və ya təsdiq edən
orqanın) rəhbəri şikayətə baxmaq
səlahiyyətini itirir.
56.5. Bu Qanunun 57-ci və ya 60-cı
maddələrinə uyğun şikayət verilmirsə,
satınalan təşkilatın (və ya təsdiq edən
orqanın) rəhbərinin qərarı qəti qərar
sayılır.
Maddə 57. İnzibati qaydada
şikayət vermə
57.1. Bu Qanunun 55-ci maddəsinə uyğun
şikayət vermək hüququ olan malgöndərən
(podratçı) aşağıdakı hallarda müvafiq icra
hakimiyyəti orqanına şikayət verə bilər:
57.1.1. satınalma müqaviləsinin
qüvvəyə minməsi səbəbindən şikayət
56-cı maddəyə uyğun verilə bilməzsə və
ya şikayətə həmin maddəyə uyğun baxıla
bilməzsə (bu şərtlə ki, şikayət ona
əsas vermiş hallardan malgöndərənin
(podratçının) xəbər tutduğu və ya
xəbər tutmalı olduğu vaxtdan 15 bank günü
keçənədək verilsin);
57.1.2. satınalma müqaviləsinin
qüvvəyə minməsi səbəbindən satınalan
təşkilatın rəhbəri şikayətə
baxmırsa (bu şərtlə ki, şikayət ona
baxılmaması haqqında qərar
çıxarıldıqdan sonra 15 bank günü
ərzində verilsin);
57.1.3. bu Qanunun 56.4-cü maddəsinə
müvafiq surətdə (bu şərtlə ki, şikayət
56.3-cü maddədə göstərilən müddət
qurtardıqdan sonra 15 bank günü ərzində verilsin);
57.1.4. həmin malgöndərən
(podratçı) satınalan təşkilatın (və ya
təsdiq edən orqanın) rəhbərinin bu Qanunun 56-cı
maddəsinə uyğun çıxardığı qərar
nəticəsində zərərə
düşdüyünü iddia edirsə (bu şərtlə
ki, şikayət qərar çıxarıldıqdan sonra 15
bank günü ərzində verilsin).
57.2. Müvafiq icra hakimiyyəti orqanı
şikayəti aldıqdan sonra dərhal bu barədə
satınalan təşkilata (və ya təsdiq edən orqana)
bildiriş göndərir.
57.3. Müvafiq icra hakimiyyəti orqanı
şikayəti rədd etmirsə, aşağıdakı
hüquqi müdafiə vasitələrindən birini və ya
bir neçəsini tövsiyə edə bilər:
57.3.1. şikayətin predmetinə aid
məsələləri tənzimləyən hüquq
normalarını və ya prinsiplərini
müəyyənləşdirmək;
57.3.2. satınalan təşkilata qanunsuz
hərəkətlər etməyi və ya qanunsuz qərarlar
qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi
qadağan etmək;
57.3.3. qanunsuz hərəkətlər
etmiş və ya qanunsuz prosedurlar tətbiq etmiş və ya
qanunsuz qərarlar qəbul etmiş satınalan
təşkilatı qanuni hərəkət etməyə və
ya qanuni prosedurlar tətbiq etməyə və ya qanuni qərar
qəbul etməyə məcbur etmək;
57.3.4. satınalan təşkilatın
qanunsuz hərəkətini dayandırmaq və ya qanunsuz
qərarını tam və ya qismən ləğv etmək;
57.3.5. satınalan təşkilatın
qanunsuz qərarına yenidən baxmaq və ya onun
əvəzinə öz qərarını qəbul etmək;
57.3.6. kompensasiya ödənilməsi
barədə iddia qaldırmaq;
57.3.7. satınalma prosedurlarına xitam
verilməsi barədə sərəncam vermək.
57.4. Müvafiq icra hakimiyyəti orqanı
baxılan şikayət üzrə 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə
əsasən keçirilən satınalmalara
münasibətdə isə 10 bank günü)
ərzində yazılı qərar çıxarır,
həmin qərarda onun səbəblərini
əsaslandırır və təqdim edilmiş hüquqi
müdafiə vasitələrini göstərir (əgər
belə müdafiə vasitələri təqdim edilirsə).
57.5. Bu Qanunun 60-cı maddəsinə
müvafiq surətdə iddia verilmirsə, belə qərar
qəti qərar sayılır.
Maddə 58. Bu Qanunun 56 və
57-ci maddələrinə uyğun verilmiş
şikayətlərə baxılması zamanı tətbiq
olunan bəzi normalar
58.1. Bu Qanunun 56 və 57-ci
maddələrinə uyğun şikayət verildikdən
dərhal sonra satınalan təşkilatın (və ya
təsdiq edən orqanın) və ya müvafiq icra
hakimiyyəti orqanının rəhbəri satınalma
prosedurlarında iştirak edən və bu şikayətə
aidiyyəti olan bütün malgöndərənlərə
(podratçılara) şikayətin verilməsi və onun
məzmunu barədə bildiriş göndərir.
58.2. Şikayət verilməsi
prosedurları nəticəsində maraqlarına toxunulan və
ya toxunula bilən hər hansı malgöndərənin
(podratçının) və ya dövlət orqanının
şikayət vermək hüququ vardır. Şikayət etməmiş
malgöndərən (podratçı) sonradan eyni
tələblə müraciət hüququndan məhrum olur.
58.3. Satınalan təşkilatın
(və ya təsdiq edən orqanın) və ya müvafiq icra
hakimiyyəti orqanının rəhbərinin
qərarının bir nüsxəsi qərar
çıxarılmasından 1
bank günü keçənədək şikayəti
vermiş malgöndərənə (podratçıya),
satınalan təşkilata və şikayətin
baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə
(podratçıya) və ya dövlət orqanına
göndərilir. Bu Qanunun 50-1-ci
maddəsinə uyğun olaraq keçirilən satınalma
zamanı bu barədə məlumat dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə təqdim edilir.[53]
Maddə 59. Satınalma
prosedurlarının dayandırılması
59.1. Bu Qanunun 56 və 57-ci
maddələrinə uyğun vaxtında verilən
şikayət əsaslı olduqda, şikayətin
araşdırılması məqsədi ilə satınalma
proseduru 7 bank günü müddətinə
dayandırılır. Şikayətə satınalma
prosedurlarının dayandırıldığı
müddət ərzində baxılır.
59.2. Satınalma müqaviləsi
qüvvəyə mindiyi halda, bu Qanunun 57-ci və 59.1-ci
maddələrinə uyğun, habelə vaxtında verilən
şikayət əsasında iddianı araşdırmaq
məqsədi ilə satınalma müqaviləsinin icrası 7
bank günü müddətinə dayandırılır.
59.3. Şikayət vermiş
malgöndərənin (podratçının)
hüquqlarının təmin edilməsi məqsədi ilə
və ya şikayətə baxılması prosedurlarının
başlanması üçün satınalan
təşkilatın (və ya təsdiq edən orqanın)
rəhbəri satınalma prosedurlarının bu Qanunun 59.1-ci
maddəsinə uyğun dayandırılması
müddətini, müvafiq icra hakimiyyəti orqanının
rəhbəri isə 59.2-ci maddəyə uyğun
dayandırılması müddətini şikayət
verilməsi prosedurları başa çatanadək, lakin ən
çoxu 15 bank gününədək uzada bilər.
59.4. Satınalan təşkilatın bu
maddəyə uyğun qəbul etdiyi bütün qərarlar,
onların qəbul edilməsi əsasları və
şərtləri satınalma prosedurları haqqında hesabata
daxil edilir.
Maddə 60. Məhkəmə
qaydasında şikayət
Azərbaycan Respublikasının
məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun
irəli sürülmüş iddialara, şikayətə
baxan orqanların qərarlarından verilmiş
şikayətlərə və ya həmin orqanların bu
Qanunun 56, 57 və 59-cu maddələrində
müəyyənləşdirilmiş
müddətlərdə qəbul etmədikləri qərarlara
məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.
Maddə 61. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsiri olanlar
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan qaydada məsuliyyət
daşıyırlar.
Maddə 62. "Tender
haqqında" Azərbaycan Respublikası Qanununun
qüvvədən düşməsi
Bu Qanunun qüvvəyə minməsi
ilə "Tender haqqında" Azərbaycan Respublikası
Qanunu qüvvədən düşmüş hesab edilir.
Maddə 63. Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 27 dekabr 2001-ci il
¹ 245-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706)
2.
21
oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 12, maddə 1083)
3.
20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005)
4.
12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173)
5.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
6.
19 yanvar 2016-cı il tarixli 105-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, ¹ 47; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 205)
7.
4 mart 2016-cı il tarixli 158-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 04,
maddə 628)
8.
7 aprel 2017-ci il tarixli 568-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
699)
9.
28 dekabr 2018-ci il tarixli 1433-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523)
10.
9 iyul 2019-cu il
tarixli 1644-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1372)
11.
12 iyul 2019-cu il tarixli
1658-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyul 2019-cu il, ¹ 161,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1208)
12.
1 may 2020-ci il
tarixli 75-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2020-ci il, ¹ 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
¹5, maddə 525)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 mart 2016-cı il tarixli 158-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 04,
maddə 628) ilə 1-ci maddədə “Bu Qanun” sözləri “1.1.
Bu Qanun, bu Qanunun 1.2-ci maddəsinin müddəaları
nəzərə alınmaqla, ” sözləri ilə
əvəz edilmişdir.
12 iyul 2019-cu il
tarixli 1658-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyul 2019-cu il, ¹ 161,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1208) ilə 1.1-ci maddədə “1.2-ci və 1.3-cü” sözləri “1.2 - 1.4-cü” sözləri ilə əvəz
edilmişdir.
[2] 4 mart 2016-cı il tarixli 158-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 04,
maddə 628) ilə yeni məzmunda 1.2-ci maddə əlavə
edilmişdir.
[3] 12 iyul 2019-cu il tarixli 1658-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyul 2019-cu il, ¹ 161,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1208) ilə yeni məzmunda
1.4-cü maddə əlavə edilmişdir.
[4] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 2-ci maddənin ikinci
abzasına “üsullarla”
sözündən sonra “dövlət
vəsaiti hesabına” sözləri əlavə
edilmişdir.
[5] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 2-ci maddənin üçüncü
abzasına “malları
(işləri və xidmətləri)” sözlərindən
sonra “dövlət vəsaiti
hesabına” sözləri əlavə edilmişdir.
[6] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 2-ci maddənin dördüncü
abzasında “yazılı”
sözü “kağız
daşıyıcıda və ya elektron formada”
sözləri ilə əvəz edilmişdir.
[7] 19 yanvar 2016-cı il
tarixli 105-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, ¹ 47; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 205) ilə 2-ci maddənin on beşinci abzası yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
güzəştli düzəliş - satınalan
təşkilatın yerli malgöndərənlər
(podratçılar) üçün tenderin əsas
şərtlər toplusunda müəyyənləşdirdiyi
güzəşt;
[8] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 2-ci maddənin on
səkkizinci abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda on doqquzuncu – iyirmi ikinci
abzaslar əlavə edilmişdir.
[9] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 4.1.7-ci maddə əlavə edilmişdir.
[10] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 4.1.7-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 4.1.8 və 4.1.9-cu maddələr əlavə edilmişdir.
[11] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda 4-1-ci
maddə əlavə edilmişdir.
[12] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1005) ilə 5.3-cü
maddəsinə ikinci cümlə əlavə edilmişdir.
12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 5.3-cü maddənin birinci cümləsində “etdirilir”
sözündən sonra “və rəsmi internet saytında
yerləşdirilir” sözləri əlavə
edilmişdir.
[13] 9 iyul 2019-cu il tarixli 1644-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1372) ilə 6.2.5-ci
maddəyə “öhdəliklərinin”
sözündən sonra “,
habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə
alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud” sözləri
əlavə edilmişdir.
[14] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 6.2.6-cı
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 6.2.7-ci maddə əlavə edilmişdir.
[15] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
9.4-cü və 9.5-ci maddələr əlavə edilmişdir.
[16] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 10.1.11-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 10.1.12-ci və 10.1.13-cü maddələr
əlavə edilmişdir.
[17] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 11.1-ci maddədə və 41.1-ci maddənin
birinci cümləsində “etdirir” sözündən
sonra “və rəsmi internet saytında yerləşdirir”
sözləri əlavə edilmişdir.
[18] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
13-1-ci maddə əlavə edilmişdir.
[19] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 16.1-ci maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[20] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 17.2-ci maddənin ikinci cümləsində “məqsədi
ilə” sözlərindən sonra “bir büdcə ili
ərzində müvafiq xərc maddəsində
nəzərdə tutulmuş vəsait hesabına”
sözləri əlavə edilmişdir.
[21] 4 mart 2016-cı il tarixli 158-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 04,
maddə 628) ilə 19.3-cü maddədən “ərzaq,” sözü
çıxarılmışdır.
[22] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 173) ilə 22.1-ci
maddənin dördüncü abzasında “tender elanını”
sözlərindən əvvəl “tender komissiyası
tərəfindən tenderin əsas şərtlər toplusu
və tender elanı təsdiq edildikdən sonra” sözləri
əlavə edilmişdir.
[23] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
22.1-1-ci maddə əlavə edilmişdir.
[24] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 25.1-ci və 25.2-ci maddələrdə “vasitələrində”
sözündən sonra “, habelə rəsmi internet
saytında” sözləri əlavə edilmişdir.
[25] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
25.1-1-ci maddə əlavə edilmişdir.
[26] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 27-ci maddənin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
27.1. Satınalan təşkilat tender
prosedurlarının başlanmasından əvvəl satın
alacağı malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiymətini mövcud
qanunvericiliyə əsasən müəyyənləşdirir.
27.2. Zəruri hallarda satınalan
təşkilat satın alacağı malların
(işlərin və xidmətlərin) ehtimal olunan
qiymətinin müəyyənləşdirilməsi
üçün peşəkar qiymətləndiricilər
cəlb edir.
27.3. Satın alınacaq malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiymətini
satınalan təşkilat tender zərflərinin
açıldığı günədək məxfi
saxlayır və tender nəticələrinin
qiymətləndirilməsi üçün istifadə edir.
27.4. Hər hansı
tender təklifinin qiyməti müvafiq malların
(işlərin və xidmətlərin) ehtimal olunan
qiymətindən əhəmiyyətli dərəcədə
fərqlənirsə, satınalan təşkilat həmin
təklifi rədd edə bilər. Həmin qərar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilməlidir.
[27] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
28.2-1-ci maddə əlavə edilmişdir.
[28] 22 noyabr
2002-ci il tarixli 382-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 12, maddə 706) ilə 29.3-cü maddədə
"satınalan
təşkilatın ixtiyarına keçir"
sözlərindən sonra "(büdcədən
maliyyələşdirilən təşkilatlar üzrə
isə dövlət büdcəsinə
köçürülür)" sözləri
əlavə edilmişdir.
[29] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 30.1-ci maddənin
ikinci cümləsində “
[30] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 30.2-ci maddənin
birinci cümləsindən “öz
təşəbbüsü ilə və ya” sözləri
çıxarılmışdır.
[31] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 33.1-ci maddədə
“1-5 faizinədək
məbləğdə” sözləri “1 faizi məbləğində” sözləri ilə
əvəz edilmişdir.
[32] 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1083) ilə 34.1-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
34.1. Tender təkliflərində
qiymətlər satınalan təşkilatın tenderin əsas
şərtlər toplusunda müəyyənləşdirdiyi
valyuta və ya valyutalar ilə (üç valyuta
növündən çox olmamaq şərti ilə) ifadə
edilir.
[33] 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1083) ilə 34.2-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
34.2. Tender təkliflərində manatla
ifadə olunan qiymətlər müqayisə məqsədi
ilə həm də sərbəst dönərli xarici valyutalar
ilə göstərilməlidir. Bu zaman tender
təkliflərinin verilməsinin son gününə
Azərbaycan Respublikası Milli Bankının
müəyyənləşdirdiyi məzənnə əsas
götürülür.
5 mart 2010-cu il
tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il,
¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 276) ilə 34.2-ci maddəsində “Milli
Bankının” sözləri “Mərkəzi
Bankının” sözləri ilə əvəz
edilmişdir.
[34] 19 yanvar 2016-cı il
tarixli 105-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, ¹ 47; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 205) ilə 36.9-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
36.9.
Tenderin əsas şərtlər toplusunda nəzərdə
tutulmuşdursa, satınalan təşkilat tender
təkliflərini qiymətləndirərkən və
müqayisə edərkən yerli mallar (işlər və
xidmətlər) üzrə tender təkliflərinin xeyrinə
güzəştli düzəliş tətbiq edə bilər.
1 may 2020-ci il tarixli 75-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2020-ci il, ¹ 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
¹5, maddə 525) ilə 36.9-cu
maddəsinə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[35] 19 yanvar 2016-cı il
tarixli 105-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, ¹ 47; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 205) ilə 36.10-cu maddədən “həcmi və” sözləri
çıxarılmışdır.
[36] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
37.7-ci maddə əlavə edilmişdir.
[37] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 39-cu maddənin
adında “danışıqların”
sözündən sonra “və
qeyri-rəsmi görüşlərin” sözləri
əlavə edilmişdir.
[38] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 39.1-ci maddəyə
“təklifi”
sözündən sonra “,
habelə bu Qanunun 30.1-ci maddəsində nəzərdə
tutulan sorğu” sözləri əlavə edilmişdir.
[39] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
39.2-ci maddə əlavə edilmişdir.
[40] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
40.1-1-ci maddə əlavə edilmişdir.
[41] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda
40.2-1-ci və 40.2-2-ci maddələr əlavə edilmişdir.
[42] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 40.7-ci maddəyə
“üçün”
sözündən sonra “bu
Qanunun 28.2-1-ci maddəsində nəzərdə tutulan”
sözləri və yeni məzmunda üçüncü
cümlə əlavə edilmişdir.
[43] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda 40.9-1 –
40.9-3-cü maddələr əlavə edilmişdir.
[44] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni
məzmunda 40-1-ci və 40-2-ci maddələr əlavə
edilmişdir.
[45] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 41.1-ci maddənin birinci
cümləsinə “saytında”
sözündən sonra “, bu
Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan
satınalmalara münasibətdə isə həmçinin
dövlət satınalmalarının vahid internet portalında”
sözləri əlavə edilmişdir.
[46] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda 41.5-ci maddə
əlavə edilmişdir.
[47] 19 yanvar 2016-cı il
tarixli 105-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, ¹ 47; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 205) ilə 44.2-ci maddənin birinci cümləsi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Satınalan
təşkilat xidmət təkliflərini
qiymətləndirərkən və müqayisə
edərkən müvafiq icra hakimiyyəti orqanının
təsdiq etməsi şərti ilə, satınalmalar
haqqında normativ hüquqi aktlara uyğun olaraq daxili xidmət
göstərənlərin xeyrinə güzəştli
düzəliş tətbiq edə bilər.
[48] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 48.2-ci maddədən “bildiriş dərc
edilməsini qənaət və səmərəlilik
baxımından məqsədəuyğun saymadığı
hallar istisna olmaqla,” sözləri
çıxarılmışdır.
[49] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə yeni məzmunda VI-I
fəsil əlavə edilmişdir.
[50] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 51-ci maddənin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
51.1. Satınalma müqaviləsinin yerinə
yetirilməsi müddətində, satınalan təşkilatla
qalib gəlmiş iddiaçının
fəaliyyətindən asılı olmayan
səbəblərə görə müqavilənin
qiymətində dəyişikliklər edilməsi qaydaları
tenderin əsas şərtlər toplusunda nəzərdə
tutulmalı və dəyişikliklər yalnız bu şərtlər
daxilində həyata keçirilməlidir.
51.2. Malların
(işlərin və xidmətlərin) qiymətlərində
dəyişikliklərin satınalma müqaviləsinə
təsirinin hesablanması üsulu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyənləşdirilir.
[51] 7 aprel 2017-ci il
tarixli 568-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
699) ilə 55.2.1-ci maddəsi ləğv edilmişdir.
[52] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 56.3-cü və
57.4-cü maddələrə “20
bank günü” sözlərindən sonra “(bu Qanunun 50-1-ci maddəsinə əsasən
keçirilən satınalmalara münasibətdə isə 10
bank günü)” sözləri əlavə edilmişdir.
[53] 28 dekabr 2018-ci il tarixli 1433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2523) ilə 58.3-cü
maddədə “