İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.Rasİzadə

 

Bakı şəhəri, 6 mart 2000-ci il

   ¹ 38

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına

ƏLAVƏ

 

İş yerlərinin attestasiyasının keçirilməsi

 

QAYDALARI

 

I. Ümumi müddəalar[1]

 

1.1. Bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və təşkilatlar (bundan sonra - müəssisə) üçün əsasdır və iş yerlərinin attestasiyasının məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

1.3. İş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.

1.4. Bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur:

qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;

peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;

işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;

işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;

iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;

əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.

1.5. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.

İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin dəyişdirilməsi, kollektiv mühafizə vasitələrinin yenidən qurulması ilə əlaqədar, habelə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək şəraiti üzrə iş yerlərinin attestasiyasını keçirdiyi zaman aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə iş yerləri attestasiyadan keçirilməlidir.

1.6. Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitar-epidemioloji nəzarət mərkəzinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.

 

II. İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq

 

2.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.

2.2. Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti müəyyən olunur.

Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir.

2.3. Attestasiya komissiyası:

bütün mərhələlərdə işin aparılmasına nəzarəti və metodiki rəhbərliyi həyata keçirir;

iş yerlərinin attestasiyasının keçirilməsi üçün lazımi normativ sorğu bazanı tərtib edir və onun öyrənilməsini təşkil edir;

müəssisənin iş yerlərində yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti üzrə oxşarlığını göstərməklə tam siyahısını tərtib edir;

müəssisədə istehsalat zədələnməsinin səbəblərinin təhlili əsasında daha təhlükəli sahələri, işləri və avadanlıqları aşkara çıxarır;

texnoloji prosesin xüsusiyyətləri, avadanlıqların tərkibi, istifadə olunan xammalın və materialların, əmək prosesinin ağırlığının və gərginliyinin, təhlükəli və zərərli istehsalat amillərinin əvvəllər aparılmış ölçülərinin nəticələri, işçilərin əmək şəraitinə aid şikayətlərini nəzərə alaraq qiymətləndirilən hər bir iş yerində əmək prosesinin ağırlıq və gərginlik göstәricilәrinin, istehsalat mühitinin təhlükəli və zərərli amillərinin siyahısını tərtib edir;

əmək şəraiti üzrə iş yerləri attestasiyasının nəticələrinin işlənməsini avtomatlaşdırmaq üçün iş yerlərinə, sahələrə, sexlərə, istehsalatlara kodlar verilir;

iş yerlərini attestasiya edir və gələcəkdə istifadəsi üçün qərar verir;

əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün təkliflər hazırlayır.

2.4. İş yerlərinin attestasiyası zamanı cihazların və avadanlıqların zədə təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin səmərəliliyi nəzərə alınır.

2.5. Hər bir iş yeri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin oxşarlığı üzrə qrup iş yerlərinə) əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib edilir (əlavə olunur).

 

III. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi

 

3.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi.

3.1.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir.

3.1.2. Təhlükəli və zərərli istehsalat amillərinin dərəcələri instrumental ölçülər əsasında müəyyən olunur. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental ölçüləri, erqonometrik tədqiqatları iş prosesində aparılmalıdır, yəni istehsal prosesinin fərdi və kollektiv mühafizə vasitələrinin saz və səmərəli fəaliyyət göstərməsi texnoloji reqlamentə uyğun olaraq aparılmalıdır.

3.1.3. Ölçülərin aparılması zamanı normativ sənədlərdə ölçü metodları göstərilən ölçü vasitələrindən istifadə olunmalıdır. İstifadə olunan ölçü vasitələri metroloji cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlamasını keçməlidir.

3.2. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi.

3.2.1. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin əsas obyektləri aşağıdakılardır:

istehsal avadanlıqları;

qurğular və alətlər;

təlim və öyrənilmə vasitələri ilə təmin olunma.

3.2.2. Əməyin mühafizəsi üzrə qüvvədə olan və ona aid olan normativ hüquqi aktlar (dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə tipik standartlar və s.) , dövlət və sahə standartları və əməyin mühafizəsi üzrə tipik standartlar əsasında istehsal avadanlıqlarının, qurğuların və alətlərin qiymətləndirilməsi.[2]

3.2.3. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsindən əvvəl onun aparılmasının düzgünlüyü, əməyin təhlükəsizliyinin təmin edilməsinə aid normativ sənədlərin mövcudluğu və onların tələblərinin yerinə yetirilməsi yoxlanılır.

3.2.4. İstehsal avadanlığının, qurğularının və alətlərin, eyni zamanda tədris və təlim vasitələrinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə zədə təhlükəsizliyinin qiymətləndirilməsi. Bununla yanaşı, istehsal avadanlığında qurulmuş nümunənin təhlükəsizlik sertifikatlarının mövcudluğu nəzərə alınmalıdır. Zədə təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl etməklə, istehsal avadanlığının sınaq buraxılışı və dayandırılması keçirilir.

3.2.5. İş yerlərində istehsal avadanlıqlarının və cihazlarının, onlara aid olan normativ hüquqi aktların tətbiq olunmasından əvvəl istehsal olunması və yaxud bu sənədlərin müəyyən olunmuş qaydada işlənib hazırlanmadığı və təsdiq edilmədiyi hallarda, istehsal avadanlıqlarının və qurğuların zədə təhlükəsizliyinin qiymətləndirilməsi iş yerlərində təhlükəsiz və şəraitini təyin edən müvafiq normativ hüquqi aktlarda öz əksini tapan tələblərə uyğun aparılır.

O cümlədən:

təhlükə mənbəyi sayılan avadanlığın hərəkətdə olan hissələrinin təsirindən işçilərin mühafizə vasitələrinin mövcudluğu;

zədələnmə nəticəsində təhlükə yaradan boru xətlərinin, hidro, buxar-pnevmosistemlərin, qoruyucu qapaqların, kabellərin və digər elementlər;

təmir və quraşdırma işləri zamanı avadanlığın hissələrinin əl ilə yerdəyişməsi məqsədi ilə qurğuların (qolların) mövcudluğu;

istehsal avadanlığının istismarı zamanı emal edilən və yaxud istifadə olunan materialların və maddələrin iş zonasına sıçraması, əşyaların (alətin, tədarükün) yerə düşməsi və atılması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;

konstruksiyaların, binaların hissələrinin dağılması, karxanalarda, şaxtalarda və sair süxurların və başqa elementlərin uçulması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;

təhlükəsizlik nişanlarının və siqnal boyalarının mövcudluğu və normativ tələblərə uyğunluğu;

hasarlarda fiksatorların, blokirovkaların, germetizasiya elementlərinin davamlığını və sərtliyini təmin edən elementlərin mövcudluğu;

müəyyən təhlükəli və zərərli istehsal amilinin təsiri zamanı qoruyucu vasitələrin işləməsinin təmin olunması;

istehsal avadanlığının normal fəaliyyətinin pozulmasının idarəetmə pultu üzərində siqnalizatorların, eyni zamanda qəza dayandıran vasitələrin mövcudluğu;

elektrik təchizatının tamam və yaxud qismən kəsilməsi və onun sonradan düzəldilməsi, eyni zamanda elektrik təchizatının idarəetmə dövrəsinin zədələnməsi zamanı təhlükəli vəziyyətlərin yaranmasının qarşısının alınması (enerji təchizatının bərpası zamanı icazə almadan enerjinin buraxılışı, dayandırılma üçün verilən əmrin yerinə yetirilməməsi, istehsal avadanlığın səyyar hissələrinin və onun üzərində bərkidilmiş əşyaların düşməsi və atılması);

elektrik cihazlarının, elektrik xətlərinin (o cümlədən torpaqlanmanın), gəmiricilərin və həşəratların, əridicilərin daxil olmasından, mexaniki təsirdən qorunmasının təmin edilməsi, birləşdirici qutularda, elektrotexnik məmulatların, aparatların, maşınların korpuslarının içində şəbəkənin və kabellərin birləşməsinin həyata keçirilməsi;

avadanlığın qızmar hissələrinin, yanğın partlayış təhlükəli maddələrin işçilərin açıq dəri örtükləri ilə yanğına, alova və yaxud partlayışa səbəbi ola bilən kontaktın aradan qaldırılması;

müəssisədaxili yolların və keçidlərin ölçülərinin normativ tələblərə uyğunluğu;

müəssisədaxili nəqliyyat vasitələri üçün idarəetmə vasitələrinin (o cümlədən qəza dayandırılması vasitələrinin) məqsədəuyğun yerləşdirilməsi və icra edilməsi;

müəssisədaxili nəqliyyat vasitələri yollarının təhlükəsizliyi, onların mühafizə vasitələri və təhlükəsizlik nişanları ilə təchiz olunması;

əməyin mühafizəsi üzrə təlimatların mövcudluğu və onların normativ sənədlərə uyğunluğu;

əl alətlərinin və qurğuların mövcudluğu və normativ tələblərə uyğunluğu.

3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi.

3.3.1. Hər bir iş yeri üzrə işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin səmərəliliyi müəyyən olunur.

3.3.2. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi faktiki verilən vasitələrin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin fəhlələrə və qulluqçulara pulsuz verilməsi haqqında tipik sahə normaları və başqa normativ sənədlərlə tutuşdurulması üsulu ilə aparılır.

3.3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatı qiymətləndirilərkən verilən fərdi mühafizə vasitələrinin iş yerlərində faktiki əmək şəraitinə uyğunluğunun qiymətləndirilməsi ilə bərabər, eyni zamanda onların keyfiyyətinə nəzarət həyata keçirilir. Xüsusi mühafizə vasitələrinin səmərəliliyi müvafiq sertifikatlarla təsdiq olunmalıdır.

3.4. İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi.

3.4.1. İş yerində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi aşağıdakılardan ibarətdir:

zərərlik və təhlükəsizlik dərəcələri üzrə;

zədə təhlükəsizliyi dərəcələri üzrə;

işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin səmərəliliyi.

3.4.2. Təhlükə və zərərlik dərəcələri üzrə iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi, istehsal mühitinin zərərlik və təhlükəli əmək prosesinin ağırlığı və gərginliyin göstəriciləri üzrə gigiyenik kriteriyaların istehsalat mühitinin təhlükəli və zərərli amilləri, əmək prosesinin ağırlığının və gərginliyinin, ölçülərin nəticələri onların müəyyən olunmuş gigiyenik normativlərlə tutuşdurulması əsasında keçirilir. Bu cür tutuşdurulmalar əsasında hər bir amil üçün olduğu kimi, onların kombinasiyaları və birləşmələri, eyni zamanda bütövlükdə iş yeri üçün əmək şəraitinin sinfi təyin olunur.

İşçilərin təhlükəli və zərərli istehsalat amilləri ilə iş növbəsi və yaxud əmək fəaliyyəti zamanı (iş stajının məhdudlaşdırılması) yol verilən kontakt müddətinin müəyyən olunması dövlət sanitar-epidemioloji nəzarət mərkəzləri tərəfindən təşkilat rəhbərliyinin peşə qruplarına uyğun təqdimatı əsasında aparılır.

3.4.3. İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinə əsasən zədə təhlükəsizliyi üzrə əmək şəraitinin təsnifatına uyğun olaraq ayrıca təhlükə sinfi təyin olunur və yaxud iş yerinin təhlükəsizlik tələblərinə tam uyğunluğu haqqında rəy verilir.

3.4.4. İş yerində əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinin nəticələri təşkilatın attestasiya komissiyasının attestasiya nəticələri haqqında qərarına əsasən əmək şəraiti üzrə iş yerlərinin attestasiyası pasportuna da daxil edilir.

3.4.5. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud onların faktiki göstəricilərinin optimal və yol verilən miqdarlara uyğun olması, eyni zamanda işçilərin zədə təhlükəsizliyi və fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.

3.4.6. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri zədə təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud qüvvədə olan normalardan yüksək olduğu halda, bu cür iş yerlərində əmək şəraiti təhlükəli və zərərli sayılır.

Əmək şəraitinin 3-cü sinfə (zərərli) aid olunduğu zaman iş yeri müvafiq sinfin və zərərliyin dərəcəsinin (3.1, 3.2, 3.3, 3.4, eyni zamanda 3-zədə təhlükəsizliyi üzrə) göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna çatdırılması haqqında təkliflərin müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır.

Əmək şəraitinin 4-cü sinfə (təhlükəli) aid olunduğu halda, iş yeri attestasiya olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir.

3.5. İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya başqa amil göstəriciləri dərəcələrinin ölçülməsinin aparılması qaydasını təyin edən normativ sənədlərlə müəyyən olunur.

İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələrini apardıqda və əmək prosesinin ağırlığını və gərginliyini təyin etdikdə,  protokola aşağıdakılar daxil edilməlidir:

iş yerinin və müəssisənin bölməsinin adı və kodu;

ölçünün keçirilməsi tarixi;

ölçülərin yerinə yetirilməsinə cəlb olunan (müəssisənin və yaxud onun bölməsinin) adı;

ölçülən istehsalat amilinin adı;

ölçü vasitəsi (qurğunun, alətin adı, yoxlamanın tarixi və yoxlama haqqında şəhadətnamənin nömrəsi);

ölçünün aparılmasına əsas olan normativ sənədin göstərilməsi ilə ölçünün aparılması metodu;

ölçünün keçirildiyi yer, ölçü nöqtəsini göstərməklə otağın eskizi;

ölçülən parametrin faktiki göstəricisi;

ölçü aparan işçinin və ölçülərin keçirildiyi obyektin müdiriyyətinin nümayəndəsinin vəzifəsi, soyadı, adı və imzası;

ölçünün aparılmasına cəlb olunan cavabdeh şəxsin imzası, müəssisənin (və yaxud onun bölməsinin) möhürü.

İş yerində zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələri əsasında protokolda isə qısa xülasələr göstərilir və iş yerinin normaların, qaydaların və standartların hansı bəndlərinə uyğun olmaması, eyni zamanda qiymətləndirilməni keçirən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı göstərilir.

İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinin qısa xülasəsi iş şəraiti üzrə iş yerləri attestasiyasının xəritəsinə də daxil edilir.

 

IV. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin rəsmiləşdirilməsi

 

4.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri üzrə aşağıdakılar doldurulur:

iş yerlərinin attestasiyası və onların iş şəraiti, bu şəraitdə çalışan işçilərin sayı və onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli;

müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının, əmək şəraitinin siniflər üzrə bölünməsi ilə attestasiya aparılan iş yerlərinin sayının, attestasiya aparılan iş yerlərində məşğul olan işçilərin sayının, onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı.

4.2. Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir. Protokola əlavə edilməlidir:

əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;

bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı;

müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;

müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı.

 

V. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin həyata keçirilməsi

 

5.1. Müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması.

5.1.1. Attestasiya komissiyası əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrini, müəssisənin bölmələri və ayrı-ayrı işçiləri tərəfindən daxil olmuş təkliflərini nəzərə almaqla müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı hazırlayır.

5.1.2. Planda texnika və texnologiyanın yaxşılaşdırılması, fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsi, sağlamlaşdırma, eyni zamanda əməyin təşkili və mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

5.1.3. Planda tədbirlərin maliyyə mənbələri, onların həyata keçirilməsi müddəti və icraçılar göstərilməlidir. Plan bütün iş yerlərinin əmək mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.

5.1.4. Plan attestasiya komissiyasının sədri tərəfindən imzalanır və əmək mühafizəsi üzrə ümumi komitə ilə (komissiya ilə), həmkarlar ittifaqları ilə razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunur və kollektiv müqavilələrə daxil edilir.

5.2. Əmək şəraiti üzrə iş yerinin attestasiyası işinin yekunlaşdırılmasından sonra müəssisənin rəhbəri görülmüş işə qiymət verməklə, onun nəticələrinin təsdiq edilməsi üçün əmr verir.

5.3. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının nəticələri müəssisə, rayon, şəhər, bölgə, respublika səviyyəsində mövcud olan əmək şəraiti üzrə məlumat bankının yaradılması üçün əsasdır.

5.4. İş yerlərinin attestasiya nəticələri haqqında məlumat müəssisənin işçilərinə çatdırılır.

5.5. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya sənədləri ciddi hesabat materiallardır və 45 il müddətində saxlanılmalıdır.

5.6. Əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

5.7. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin rəhbərliyi məsuliyyət daşıyır.

 

Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi

 

Müəssisə ____________________________________________________________________________

İstehsalat________________________________      Sex______________________________________

Məntəqə_________________________________     Peşə_____________________________________

Oxşar yerlərin miqdarı _________________           Fəhlələrin sayı ____________________________

o cümlədən qadınlar __________________________________________________________________

 

İş şəraitinin amilləri

TBH*

SBH normativi

Amillərin durumu (vəziyyəti)

X dərəcə bal

X faktiki bal

 

 

 

 

 

Zərərli kimyəvi maddələr, mq/m3

 

 

 

 

1-ci sinif təhlükəli

 

 

 

 

2-ci sinif təhlükəli

 

 

 

 

3-4-cü sinif təhlükəli

 

 

 

 

Toz, mq/m3

 

 

 

 

Səs-küy, dBa

 

 

 

 

Titrəmə, dB

 

 

 

 

İnfraqırmızı şüalanma, VT/ m2

 

 

 

 

İonlaşmamış şüalanma:

 

 

 

 

YT /yüksək tezlikli/, VT/ m2

 

 

 

 

UYT /ultra yüksək tezlikli/, VT/ m2

 

 

 

 

 

 

 

 

 

ƏYT /ən yüksək tezlikli/, mk VT/ m2

 

 

 

 

İş yerində havanın temperaturu, C0 (binada)

 

 

 

 

Əməyin ağırlığı

 

 

 

 

 

İstehsalat mühitinin amillərinin cəmi____________________________________________________

Əmək şəraitinə görə güzəştlər: _________________________________________________________

Xəritənin icraçısının imzası ____________________________________________________________

Sex (məntəqə) rəisinin imzası __________________________________________________________

Doldurulma tarixi

 

 

*TBH - toplanmanın buraxıla bilən həddi

SBN - səviyyənin buraxıla bilən həddi

 

İş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu

 

İstehsalat mühitinin amilləri

Ölçü vahidi

Normativlər

Ölçünün aparılma tarixi

Ölçünün nəticələri

Fərq /--/

1

2

3

4

5

6

Zərərli kimyəvi maddələr

mq/m3

 

 

 

 

Fibrogen təsirli aerozollar

mq/m3

 

 

 

 

İstehsalat tozu

mq/m3

 

 

 

 

Fiziki amillər

 

 

 

 

 

Titrətmə, lokal, ümumi

dB, m/s

 

 

 

 

Səs-küy

dBA

 

 

 

 

YT /yüksək tezlikli/ radiotezlikli elektromaqnit sahəsi

Vt/ m2

 

 

 

 

UYT /ultra yüksək tezlikli/

Vt/ m2

 

 

 

 

ƏYT /ən yüksək tezlikli/

Vt/ m2

 

 

 

 

İnfraqırmızı şüalanma

Vt/ m2

 

 

 

 

Havanın temperaturu

C0

 

 

 

 

Hava hərəkətinin sürəti

m/s

 

 

 

 

Rütübət nisbi

%

 

 

 

 

Ultrasəs

dB

 

 

 

 

İnfrasəs

dB

 

 

 

 

İonlaşdırılmış şüalanma

rentgen

 

 

 

 

Atmosfer təzyiqi

atm

 

 

 

 

Bioloji istehsalat amilləri

 

 

 

 

 

Psixofizioloji amillər
Növbə ərzində yükü tutarkən statistik gərginlik (yük)
bir əl ilə
iki əl ilə
Bədən və ayaq əzələlərinin
iştirakı ilə

kq/s

 

 

 

 

Növbə ərzində dinamik

kqm

 

 

 

 

gərginlik (yük)
Əzələlərə düşən ümumi gərginlik (ağırlıq)
Çiyin əzələlərinə düşən regional gərginlik (ağırlıq)
Bədən, əl və ayaq əzələlərinə düşən ümumi gərginlik (ağırlıq) İşçi duruş (vəziyyət)

 

 

 

 

 

Məkanda yerdəyişmə

İşin sürəti (tempi)

km/növbədə

 

 

 

 

Əməyin yeknəsəkliyi (monotonluğu)
Əsəb-emosional gərginlik İntellektual gərginlik
Sair

 

 

 

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə 449)

2.        24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, ¹ 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2448)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə 449) ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"nın 1.5-ci bəndinin ikinci abzasında və 1.6-cı bəndində "Dövlət Əmək Müfəttişliyinin" sözləri "Dövlət Əmək Müfəttişliyi Xidmətinin" sözləri ilə, 5.6-cı bəndində "Dövlət Əmək Müfəttişliyi" sözləri "Dövlət Əmək Müfəttişliyi Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, ¹ 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2448) ilə “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.2.2-ci yarımbəndindən “(dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə tipik standartlar və s.)” sözləri çıxarılmışdır və həmin yarımbəndə “əsasında” sözündən əvvəl “, dövlət və sahə standartları və əməyin mühafizəsi üzrə tipik standartlar” sözləri əlavə edilmişdir.