AZƏRBAYCAN
RESPUBLİKASININ SU MƏCƏLLƏSİ[1]
Azərbaycan Respublikasının daxili
suları, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsi
Azərbaycan xalqının milli sərvətidir, əhalinin
həyat və fəaliyyətinin əsası kimi istifadə
edilir və qorunur, flora və faunanın mövcudluğunu
təmin edir.
Bu Məcəllə Azərbaycan
Respublikasında su obyektlərinin istifadəsi və
mühafizəsi ilə bağlı hüquq
münasibətlərini tənzimləyir.
I
bölmə
Ümumi
müddəalar
I
fəsil
Əsas
müddəalar
Maddə
1. Əsas anlayışlar
Bu Məcəllədə istifadə
olunan anlayışlar aşağıdakı mənaları
ifadə edir:
su obyekti — relyef formasına uyğun
olaraq yerin üstündə və ya yerin təkində
suların toplandığı sərhədləri,
ölçüləri və xüsusi su rejimi əlamətləri
olan təbii formalaşmış landşaft, yaxud geoloji
struktur;
su ehtiyatları — su obyektlərində
yerləşən, istifadə edilən və ya istifadə
oluna bilən yerüstü və yeraltı suların
həcmi;
su obyektinin istifadəçisi — su
obyektlərindən istifadə hüququ verilmiş fiziki və
ya hüquqi şəxs;
su istehlakçısı — öz
ehtiyaclarını təmin etmək üçün su
obyektlərinin istifadəçisindən su alan fiziki və ya
hüquqi şəxs;
su təsərrüfatı obyekti — su
ehtiyatlarının istifadəsi, bərpası və
mühafizəsi ilə əlaqədar yaradılmış
sistemlər və qurğular;
su obyektlərinin çirklənməsi
— suların keyfiyyətini pisləşdirən, su
obyektlərinin səthinə, dibinə və ətrafına
mənfi təsir edən zərərli maddələrin
tökülməsi və ya axıdılması;
su obyektlərinin zibillənməsi — su
obyektlərindən istifadəni
çətinləşdirən əşyaların, bərk
maddə hissəciklərinin müxtəlif çeşidli
texnogen mənşəli və məişət
tullantılarının tökülməsi;
suların zərərli təsiri — su
altında qalma, subasma, müəyyən əraziyə və
ya obyektə yerüstü və yeraltı suların digər
təsiri.
Maddə
2. Azərbaycan Respublikasının su qanunvericiliyi
Azərbaycan Respublikasının su
qanunvericiliyi bu Məcəllədən və ona uyğun
qəbul edilmiş digər normativ hüquqi aktlardan
ibarətdir.
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində su obyektlərinin
istifadəsi və mühafizəsi ilə əlaqədar
müəyyən edilmiş qaydalar bu Məcəllədə
nəzərdə tutulmuş qaydalara uyğun
gəlmədikdə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Ələt azad iqtisadi
zonasında su münasibətləri “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Maddə
3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə
bağlı münasibətlərin tənzimlənməsi
Su obyektlərinin və onların su
ehtiyatlarının istifadə edilməsi və
mühafizəsi ilə bağlı münasibətlər (su
münasibətləri) Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə tənzimlənir.
Sudan istifadəyə dair
münasibətlər bu Məcəllə ilə
yanaşı, Azərbaycan Respublikasının mülki
qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və
digər qanunvericilik aktları ilə tənzimlənir.
İçməli su təchizatı
və tullantı sularının axıdılması ilə
bağlı münasibətlər bu Məcəllə ilə
yanaşı, Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Su obyektlərinin istifadəsi və
mühafizəsi zamanı meydana çıxan torpaq,
meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer
havası, yeraltı suların kəşfiyyatına və
mühafizəsinə dair münasibətlər, habelə
əmlak və digər inzibati münasibətlər bu
Məcəllə ilə yanaşı, Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə
4. Su münasibətlərinin obyektləri
Su münasibətlərinin obyektləri
Azərbaycan Respublikasının su fondu (bundan sonra — su fondu
adlanacaq) və su fondunun torpaqlarıdır.
Maddə
5. Azərbaycan Respublikasının su fondu
Azərbaycan Respublikasının daxili
suları və Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsi (su
obyektləri) Azərbaycan Respublikasının su fondunu
təşkil edir.
Təbiətdə
yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi
xüsusiyyətlərinə və digər
əlamətlərinə görə Azərbaycan
Respublikasının su fondu yerüstü, yeraltı,
sərhəd su obyektlərindən və Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsindən ibarətdir.
Maddə
6. Yerüstü su obyektləri
Yerüstü su obyektlərinə yerin
səthində yerləşən yerüstü su
axınları, yerüstü sututarları, buzlaqlar və qar
örtükləri daxildir.
Yerüstü su obyektləri onların
yerüstü su hissəsindən, yatağından, dibindən
və sahilindən ibarətdir.
Yerüstü su obyektləri
çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni
vaxtda bir və ya bir neçə məqsəd
üçün istifadə edilə bilər.
Maddə
7. Yeraltı su obyektləri
Yeraltı su obyektlərinə yerin
təkində yerləşən geoloji strukturlarda
toplanmış sular daxildir.
Yeraltı su obyektlərinə
aşağıdakılar aid edilir:
sulu horizont — yerin təkində geoloji
struktur daxilində yerləşən,
məsamələrində, çatlarında və
boşluqlarında hidravlik əlaqəli sular toplanmış
süxurlar təbəqəsi (lay);
yeraltı su hövzəsi — yerin
təkində müəyyən geoloji struktur daxilində
yerləşən sulu horizontların, sulu çatların
məcmusu;
yeraltı su yatağı — sulu horizontun
yeraltı suların çıxarılması
üçün əlverişli şəraiti olan hissəsi.
Maddə
8. Sərhəd su obyektləri
Dövlətlərarası
sərhədi müəyyən edən, sərhədi
kəsib keçən, yaxud üzərindən Azərbaycan
Respublikasının dövlət sərhədi keçən
yerüstü və yeraltı su obyektləri sərhəd su
obyektlərinə aid edilir.
Sərhəd su obyektlərindən
istifadə və onların mühafizəsi qaydaları bu
Məcəllə, dövlət sərhədi haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri və sazişləri
ilə müəyyən edilir.
Maddə
9. Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin istifadəsi və mühafizəsi
qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının
digər qanunvericilik aktları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq hüquq aktları ilə müəyyən edilir.
Maddə
10. Su fondunun torpaqları
Su fondu torpaqlarına
aşağıdakı torpaq sahələri daxildir:
Azərbaycan Respublikasının daxili
sularının və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;
su mühafizəsi zonalarının
və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və
bataqlıqlar;
hidrotexniki qurğuların, meliorasiya
və su təsərrüfatı obyektlərinin altında olan
torpaqlar.
Maddə
11. Su münasibətlərinin subyektləri
Su münasibətlərinin subyektləri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, bələdiyyələr, su obyektlərinin
istifadəçiləri və su
istehlakçılarıdır.
Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası adından su
münasibətlərində öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak
edirlər.
Bələdiyyələr su
münasibətlərində onların statusunu
müəyyən edən qanunvericilik aktları ilə
verilən səlahiyyətlər daxilində iştirak
edirlər.
Su obyektlərinin
istifadəçiləri və su istehlakçıları su
münasibətlərində Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz
ehtiyaclarını ödəmək və sahibkarlıq
fəaliyyəti göstərmək məqsədi ilə
iştirak edirlər.
II fəsil
Su obyektləri
üzərində mülkiyyət formaları
Maddə
12. Su obyektləri üzərində dövlət
mülkiyyəti
Dövlət mülkiyyətində
aşağıdakı su obyektləri saxlanılır:
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi;
sərhəd su obyektləri;
dövlət və yerli
əhəmiyyətli yerüstü və yeraltı su
obyektləri;
xüsusi qorunan su obyektləri.
Dövlət mülkiyyətində olan
su obyektləri qanunvericilikdə müəyyən edilmiş
qaydada istifadəyə, icarəyə və
bələdiyyə mülkiyyətinə verilə bilər.
Dövlət mülkiyyətində olan
su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində dövlət idarəetməsini öz
səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti
orqanları həyata keçirirlər.
Maddə
13. Su obyektləri üzərində bələdiyyə
mülkiyyəti
Bələdiyyə
mülkiyyətində olan torpaq sahələrində
yerləşən yerli əhəmiyyətli su obyektləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada bələdiyyə
mülkiyyətinə verilir.
Bələdiyyə
mülkiyyətində olan su obyektləri Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada ümumi istifadəyə, fiziki və
hüquqi şəxslərin istifadəsinə,
icarəsinə, habelə Azərbaycan Respublikası
vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə verilə bilər.
Bələdiyyə
mülkiyyətində olan su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlət
idarəetməsini qanunvericiliklə onlara verilmiş
səlahiyyətlər daxilində bələdiyyələr
həyata keçirirlər.
Maddə
14. Su obyektləri üzərində xüsusi mülkiyyət
Xüsusi mülkiyyətdə olan torpaq
sahələrində yerləşən, başqa su
obyektləri ilə hidravliki əlaqəsi və axarı
olmayan kiçik sututarlar Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
xüsusi mülkiyyətə verilə bilər.
Azərbaycan Respublikasının
vətəndaşı olmayan şəxslərə və
xarici dövlətlərin hüquqi şəxslərinə su
obyektləri xüsusi mülkiyyətə verilə bilməz.
Maddə
15. Su təsərrüfatı obyektləri üzərində
mülkiyyət
Su təsərrüfatı obyektləri
üzərində dövlət, bələdiyyə və
xüsusi mülkiyyət formaları müəyyən edilir.
Dövlət mülkiyyətində
saxlanılan, bələdiyyə və xüsusi
mülkiyyətə verilən su təsərrüfatı
obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə müəyyən edilir.
II bölmə
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində idarəetmə
III fəsil
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində idarəetmənin
təşkili
Maddə
16. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində idarəetmənin əsas prinsipləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmə
aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı və
ətraf mühitin qorunması;
əhalinin keyfiyyətli su ilə
təchizatı;
ərazi
quruluşu prinsipi ilə
hövzə prinsipinin uzlaşdırılması; [3]
su obyektlərinin mühafizəsi
üzrə idarəetmə funksiyaları ilə su
obyektlərindən istifadə və su
təsərrüfatı funksiyalarının ayrılması.
Maddə
17. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində idarəetmə sistemi
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində idarəetmə sisteminə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları, Naxçıvan Muxtar Respublikasının
müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə
nəzərdə tutulmuş qaydada onların vəkil etdikləri
su obyektlərinin istifadəçiləri və
bələdiyyələr daxildir.
Maddə
18. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində dövlətin vəzifələri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində dövlət siyasətini
müəyyən etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində investisiya siyasətini
həyata keçirmək;
su obyektlərinin istifadəsi,
mühafizəsi və suların zərərli təsirinin
qarşısının alınması üzrə
dövlət proqramlarını təsdiq etmək və
həyata keçirmək, onların yerinə
yetirilməsinə nəzarəti təşkil etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində elmi-texniki siyasəti həyata
keçirmək;
su obyektlərinin dövlət
monitorinqinin, dövlət su kadastrının aparılması,
habelə yerüstü və yeraltı suların uçotunun
həyata keçirilməsi qaydalarını
müəyyən etmək;
su obyektlərindən istifadə
qaydalarını müəyyən etmək və həyata
keçirilməsini təmin etmək;
su obyektlərindən xüsusi
məqsədlər üçün istifadəyə dair icazə verilməsi
qaydalarını müəyyən etmək; [4]
su obyektlərinin suqoruyucu
zonalarının, sahilboyu mühafizə zolaqlarının
müəyyən edilməsi qaydalarını, onların
ərazilərindən istifadə rejimini müəyyən
etmək;
su obyektlərinin istifadəsi,
bərpası və mühafizəsinin iqtisadi
tənzimlənməsi prinsiplərini, su obyektindən və
sudan istifadəyə görə haqqı və onların ödəmə
qaydalarını, sudan istifadəyə görə güzəşt
və azadolmaları
müəyyən etmək; [5]
su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət
nəzarətinin təşkili və həyata
keçirilməsi qaydalarını müəyyən
etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində standartları, normaları
və qaydaları təsdiq etmək;
su obyektlərinin vəziyyətinə
təsir edən təsərrüfat və digər
obyektlərin tikintisi, yenidən qurulması layihələrinin
dövlət ekoloji ekspertizasını təmin etmək;
suların vəziyyətinə
zərərli təsir edən texniki qurğuların,
avadanlıqların, müəssisələrin və digər
obyektlərin istismara buraxılmasını qadağan etmək,
habelə onların istismarını məhdudlaşdırmaq,
dayandırmaq və fəaliyyətini qadağan etmək;
xüsusi qorunan su obyektlərinin, o
cümlədən içməli su təchizatı
mənbələrinin, onların sanitariya mühafizəsi
zonaları və dairələrinin rejimini təyin etmək;
sel sularına qarşı, habelə
suların zərərli təsirinin qarşısının
alınması və nəticələrinin ləğv
edilməsi üçün tədbirlər hazırlamaq və
həyata keçirmək;
fəlakət və qəzaların,
ekoloji böhranların qarşısının alınması
və nəticələrinin ləğv edilməsi
üçün tədbirlər müəyyən etmək,
onların həyata keçirilməsini təşkil etmək;
su obyektlərində sudan
ödənişli istifadənin təyinatlarını
müəyyən etmək;[6]
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan
Respublikasının su qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
Sudan istifadəyə
görə güzəşt və azadolmalar yalnız təbii
su mənbələrindən aşağıdakı
məqsədlərlə götürülən suya görə
tətbiq edilir: [7]
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) emal
edilməmiş su ilə təmin edilməsi;
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən içməli su təchizatı;
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən elektrik enerjisinin istehsalı
üçün sudan istifadə edilməsi.
Maddə
19. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində Naxçıvan Muxtar Respublikasının
vəzifələri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Naxçıvan Muxtar
Respublikasının vəzifələri
aşağıdakılardır:
su obyektlərinin istifadəsi,
bərpası və mühafizəsi sahəsində
proqramları hazırlamaq, təsdiq etmək və həyata
keçirmək, onların yerinə yetirilməsinə nəzarəti
təşkil etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət
nəzarətini həyata keçirmək;
qanunvericiliklə müəyyən
olunmuş qaydada su obyektlərindən istifadəni
məhdudlaşdırmaq, dayandırmaq və qadağan
etmək;
sel sularına qarşı, suların
zərərli təsirinin qarşısının
alınması və nəticələrinin ləğv edilməsi,
habelə təbii fəlakət və qəza
nəticəsində zədələnmiş və ya
dağılmış su təsərrüfatı
obyektlərinin bərpa olunması üçün
tədbirlər hazırlamaq və həyata keçirmək;
suların vəziyyətinə təsir
edən təsərrüfat və digər obyektlərin
istismara buraxılmasını qadağan etmək, habelə
onların istismarını məhdudlaşdırmaq,
dayandırmaq və fəaliyyətini qadağan etmək;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
Maddə
20. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində bələdiyyələrin
səlahiyyətləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində bələdiyyələrin
səlahiyyətləri aşağıdakılardır:
bələdiyyə
mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə
və onlar barədə sərəncam vermək;
su obyektlərinin istifadəsi və
mühafizəsi tədbirləri həyata
keçirilərkən müvafiq ərazilərdə ətraf
mühitin mühafizəsi tədbirlərinə əməl
olunmasına nəzarət etmək;
müvafiq ərazilərdə
yerləşən su obyektlərində içməli və
məişət su təchizatı üçün su
götürülməsini, çimərlik, heyvanların
suvarılması qadağan edilən yerlərini və sudan
ümumi istifadənin digər şərtlərini, habelə
su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti
orqanları ilə razılaşdıraraq
müəyyən etmək; [8]
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər səlahiyyətləri həyata keçirmək.
IV fəsil
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində dövlət
tənzimlənməsi
Maddə
21. Su təsərrüfatı balansları
Su təsərrüfatı balansları
müvafiq ərazidə su ehtiyatları ilə suya
tələbatın müqayisəli hesabat materiallarından
ibarətdir.
Su təsərrüfatı balansları
müvafiq ərazilərin su obyektlərində su
ehtiyatlarının mövcudluğunu və onlardan istifadə
dərəcəsini qiymətləndirmək məqsədi
ilə tərtib edilir və su obyektlərinin istifadəsi
və mühafizəsi məsələlərində
planlaşdırmanın aparılması və
qərarların qəbul edilməsi üçün
istifadə olunur.
Su təsərrüfatı balansları
respublika, su hövzələri və inzibati-ərazi
vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları
və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumlar tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada tərtib edilir.[9]
Tərtib edilən respublika üzrə
illik su təsərrüfatı balansının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq
edilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.[10]
Maddə
22. Su ehtiyatlarının kompleks istifadəsi və
mühafizəsi sxemləri
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri su
ehtiyatlarının vəziyyəti və su obyektlərinin
istifadəsi və mühafizəsi perspektivləri barədə
sistemli tədqiqat və layihə materiallarını
özündə birləşdirir.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri su
təsərrüfatı tədbirlərini və
ölkənin su ehtiyatlarına olan perspektiv
tələbatını müəyyən etmək, su
obyektlərinin səmərəli istifadəsi və
mühafizəsini təmin etmək, habelə suların
zərərli təsirinin qarşısını almaq və
onun nəticələrini aradan qaldırmaq məqsədi
ilə işlənib hazırlanır.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemləri müvafiq icra
hakimiyyəti orqanları tərəfindən işlənib
hazırlanır.
Su ehtiyatlarının kompleks
istifadəsi və mühafizəsi sxemlərinin işlənib
hazırlanması, razılaşdırılması,
dövlət ekspertizası, təsdiqi və həyata
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
23. Su obyektlərinin istifadəsi, mühafizəsi və
suların zərərli təsirinin qarşısının
alınması üzrə dövlət proqramları
Su obyektlərinin istifadəsini,
mühafizəsini və suların zərərli təsirinin
qarşısının alınması tədbirlərini
hazırlamaq və həyata keçirmək üçün
su təsərrüfatı balansları, su ehtiyatlarının
kompleks istifadəsi və mühafizəsi sxemləri,
dövlət su kadastrı məlumatları əsasında
dövlət proqramları işlənib hazırlanır.
Su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə dövlət proqramları
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin
və ictimai təşkilatların təkliflərini
nəzərə almaqla qanunvericiliklə müəyyən
olunmuş qaydada işlənib hazırlanır və yerinə
yetirilir.
Bu proqramların layihələrinə
dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.[11]
Maddə
24. Su obyektlərinin dövlət monitorinqi
Su obyektlərinin dövlət monitorinqi
onların vəziyyətində baş verən proseslərin
vaxtında aşkara çıxarılması və
qiymətləndirilməsi, həmin proseslərin
inkişafının proqnozlaşdırılması və
zərərli təsirinin qarşısının
alınması, həyata keçirilən su mühafizəsi
tədbirlərinin səmərəliliyinin təmin edilməsi
məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji
göstəricilərinə müntəzəm müşahidə
sistemindən ibarətdir.
Su obyektlərinin dövlət monitorinqi
ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib
hissəsidir.
Su obyektlərinin dövlət monitorinqi
müvafiq icra hakimiyyəti orqanları tərəfindən,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada aparılır.
Maddə
25. Suların dövlət uçotu
Suların dövlət uçotu
müəyyən olunmuş qaydada müvafiq ərazidə
mövcud olan su ehtiyatlarının kəmiyyət və
keyfiyyətinin müntəzəm olaraq müəyyən
edilməsindən ibarətdir.
Suların dövlət uçotu su
obyektlərinin səmərəli istifadəsi və
mühafizəsinin cari və perspektiv
planlaşdırılmasının təmin edilməsi
məqsədi ilə aparılır.
Suların dövlət uçot
məlumatları kəmiyyət və keyfiyyət
göstəricilərinə, onların öyrənilməsi
və istifadə dərəcəsinə görə yerüstü
və yeraltı su obyektlərinin vəziyyətini
xarakterizə edir.
Suların dövlət uçotu
Azərbaycan Respublikasında vahid sistem üzrə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada aparılır, su
obyektlərinin istifadəçilərinin və dövlət
monitorinqinin uçot məlumatlarına əsaslanır.
Maddə
26. Dövlət su kadastrı
Dövlət su kadastrı su
obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə
və su obyektləri istifadəçiləri barədə
məlumatların məcmusudur. Dövlət su kadastrı
Azərbaycan Respublikasında vahid sistem üzrə
aparılır və suların dövlət uçotu
məlumatlarına əsaslanır.
Su obyektlərinin
istifadəçiləri tərəfindən dövlət su
kadastrına daxil edilməli olan məlumatların müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edilməsi məcburidir.
Dövlət su kadastrının
məlumatları müvafiq icra hakimiyyəti orqanlarının
qərar qəbul etməsi üçün əsasdır.
Dövlət su kadastrı müvafiq icra
hakimiyyəti orqanları tərəfindən Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada aparılır.
Maddə
27. Su obyektlərinin vəziyyətinə təsir edən
təsərrüfat və digər obyektlərin tikintisi və
yenidən qurulması layihələrinin dövlət ekoloji
ekspertizası
Su obyektlərinin vəziyyətinə
təsir edən təsərrüfat və digər
obyektlərin tikintisi və yenidən qurulması
layihələrinin müvafiq normativlərə, texniki şərtlərə
və tələblərə uyğunluğunu
müəyyən etmək məqsədi ilə tikinti layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır
və həmin sənədin dövlət ekoloji ekspertizası
müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada aparılır.[12]
Maddə
28. Su obyektlərinin istifadəsi və mühafizəsi
üzərində dövlət nəzarəti
Su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət
nəzarəti:
su obyektlərinin istifadəsi və
mühafizəsi qaydalarına;
sudan istifadə limitlərinə;
su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji,
hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və
qaydalara;
su mühafizəsi zonalarının
ərazisindən istifadə rejiminə və Azərbaycan
Respublikasının su qanunvericiliyinin digər
tələblərinə riayət olunmasını təmin
edir.
Su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət
nəzarətinin həyata keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
29. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində normalaşdırma
Su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində normalaşdırma sudan istifadə
limitlərinin müəyyən edilməsi və su
obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji,
texnoloji, metroloji standartların, normaların və
qaydaların işlənib hazırlanması və qəbul edilməsindən
ibarətdir.
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində normalaşdırma qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
III bölmə
Su obyektlərinin istifadəsi
və mühafizəsi
V fəsil
Su obyektlərindən
istifadə
Maddə
30. Su obyektlərinin istifadəçiləri
Mülkiyyət formasından
asılı olmayaraq müəssisələr, idarələr,
təşkilatlar və digər hüquqi şəxslər
(bundan sonra — hüquqi şəxslər adlanacaq) Azərbaycan
Respublikasının vətəndaşları,
əcnəbilər, vətəndaşlığı olmayan şəxslər
(bundan sonra — fiziki şəxslər adlanacaq) Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola
bilərlər.
Su obyektlərinin
istifadəçiləri qanunvericiliklə müəyyən
olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin
(istehlakçıların) istifadəsinə verə
bilərlər.
Sudan istifadənin qaydaları və
şərtləri, tərəflərin
qarşılıqlı hüquq və vəzifələri
müqavilələr əsasında tənzimlənir.
Maddə
31. Su obyektlərindən istifadə hüququ
Su obyektlərinin
mülkiyyətçisi olmayan hüquqi və fiziki
şəxslər su obyektləri üzərində
aşağıdakı hüquqlara malik ola bilərlər:
su obyektlərindən uzunmüddətli
istifadə;
su obyektlərindən
qısamüddətli istifadə;
su obyektlərindən məhdud
istifadə (su servitutları).
Su obyektlərinin istifadəçiləri
su obyektlərindən istifadəni bu Məcəllə ilə
müəyyən edilmiş qaydada həyata keçirirlər.
Su obyektləri istifadəçiləri
su obyektlərindən istifadə hüququna bu
Məcəllə ilə nəzərdə tutulmuş hallarda
sərəncam verə bilərlər.
Su obyektlərinin icarəyə
verilməsi icarə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq
həyata keçirilir.
Çayın məcrasının
dəyişməsi və ya su obyektlərinin
yerləşməsində digər dəyişikliklər,
əgər bu Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa, su obyektlərindən istifadə
hüququnun dəyişməsinə və ya istifadə
hüququna xitam verilməsinə səbəb olmur.
Maddə
32. Su obyektlərindən uzunmüddətli və
qısamüddətli istifadə hüququ
Dövlət mülkiyyətində olan
su obyektləri onların istifadə məqsədindən,
ehtiyat potensialından və ekoloji vəziyyətindən
asılı olaraq Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada fiziki
və ya hüquqi şəxslərin uzunmüddətli və
ya qısamüddətli istifadəsinə verilə bilər.
Su obyektlərindən qısamüddətli
istifadə hüququ üç ilə qədər,
uzunmüddətli istifadə hüququ iyirmi beş ilə
qədər müəyyən edilir.
Su obyektlərindən istifadə
hüququnun müddəti qanunvericiliklə müəyyən
edilmiş qaydada uzadıla bilər.
Maddə
33. Su obyektlərindən məhdud istifadə hüququ (su
servitutu)
Su obyektləri üzərində
istifadə və ya mülkiyyət hüququ verilmiş
hüquqi və fiziki şəxslərin hüquqları
ümumi və xüsusi su servitutları formasında başqa
şəxslərin xeyrinə məhdudlaşdırıla
bilər.
Ümumi su servitutu formasında hər
bir şəxs, əgər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə başqa hallar nəzərdə
tutulmamışdırsa, ümumi istifadədə olan su
obyektindən və digər su obyektlərindən istifadə
edə bilər.
Maraqlı şəxslər digər
şəxslərin xüsusi istifadəsində olan su
obyektlərindən xüsusi su servitutu formasında istifadə
edə bilərlər. Xüsusi su servitutu məhkəmə
qərarı əsasında da müəyyən edilə
bilər.
Mülki qanunvericilikdə servitutlar
haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu
Məcəllənin tələblərinə zidd olmayan
həddə tətbiq edilir.
Ümumi və xüsusi su servitutları
aşağıdakı məqsədlər üçün
müəyyən edilə bilər:
texniki vasitələr və qurğular
tətbiq etmədən su götürmək;
mal-qaranı suvarmaq və su
obyektindən keçirmək;
su obyektlərindən bərələr,
qayıqlar və digər kiçik həcmli üzən
vasitələr üçün su yolları kimi istifadə
etmək.
Azərbaycan Respublikasının su
qanunvericiliyində digər su servitutları da
müəyyən edilə bilər.
Su servitutlarının həyata
keçirilməsi üçün icazə tələb edilmir. [13]
Maddə
34. Su obyektlərindən istifadə hüququnun əldə
edilməsi
Su obyektlərindən istifadə
hüququ Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada əldə edilə
bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyən edilir. [14]
Su obyektləri istifadəçisi —
fiziki şəxs öldükdə və ya su obyektləri
istifadəçisi — hüquqi şəxs yenidən
təşkil edildikdə su obyektlərindən istifadə
hüququ onların varislərinə keçir.
Su obyektlərindən istifadə
hüququ bir şəxsdən başqasına bu
Məcəllə ilə nəzərdə tutulmuş qaydada su
obyektlərinin istifadə məqsədlərini dəyişməmək
şərti ilə keçə bilər.
Xüsusi mülkiyyətdə olan su
obyektlərinə hüquqlar mülki qanunvericilikdə, torpaq
qanunvericiliyində və bu Məcəllədə
nəzərdə tutulmuş qaydada əldə edilir.
Maddə
35. Su obyektlərindən istifadə növləri
Su obyektləri aşağıdakı
məqsədlər üçün istifadə edilə
bilər:
içməli su və məişət
təchizatı;
müalicə, kurort və
sağlamlaşdırma;
istirahət və idman;
sənaye, tikinti və energetika;
kənd təsərrüfatı;
meşə təsərrüfatı;
hidroenergetika;
nəqliyyat;
balıqçılıq, o cümlədən akvakultura;[15]
ovçuluq;
tullantı suların
axıdılması;
yanğından mühafizə və
digər məqsədlər üçün.
Su obyekti və ya onun bir hissəsi eyni
zamanda bir və ya bir neçə məqsəd
üçün istifadəyə verilə bilər.
Maddə
36. Su obyektlərindən ümumi məqsədlər
üçün istifadə
Ümumi istifadədə olan su
obyektləri — istifadəsi hamı üçün
mümkün və açıq olan su obyektləridir. Fiziki
şəxslər belə su obyektlərindən öz
ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik,
qayıqla gəzinti, idman, balıq
və digər su bioresurslarının həvəskar ovu,
mal-qaranın suvarılması, texniki qurğulardan istifadə
etmədən su götürmə və s.) pulsuz istifadə
edirlər. [16]
Su obyektlərindən ümumi
məqsədlər üçün istifadə
edilərkən ətraf
mühitin mühafizəsini və dövlət sanitariya
nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını
mühafizə edən, gəmi hərəkətini tənzim edən
orqanların tələblərinə, habelə suda
insanların həyatının qorunması, suların
səmərəli istifadəsi və mühafizə
olunması qaydalarına riayət olunmalıdır. [17]
Əhalinin həyatını və
sağlamlığını qorumaq və lazımi sanitariya
şəraiti yaratmaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanları və bələdiyyələr
öz səlahiyyətləri daxilində
çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su
bioresurslarının ovunun, içməli su və
məişət ehtiyaclarını ödəmək
üçün su götürülməsinin, mal-qaranın
suvarılmasının və sudan digər istifadənin
qadağan olduğu yerləri müəyyən edə
bilərlər, habelə şəhərin, rayonun,
qəsəbənin, kənd yaşayış
məntəqəsinin ərazisində yerləşən su
obyektlərində sudan ümumi məqsədlər
üçün istifadə olunmasının başqa şərtlərini
təyin edə bilərlər. [18]
Fiziki və hüquqi şəxslərin
mülkiyyətində olan, icarəyə və ayrıca
istifadəyə verilmiş su obyektlərində sudan ümumi
məqsədlər üçün istifadə
edilməsinə razılıq mülkiyyətçilərin
və su obyekti istifadəçilərinin müəyyən
etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti
orqanlarının qərarı ilə verilə bilər.
Ümumi istifadədə olan su
obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir
şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su
bioresurslarının ovu üçün istifadə
etmək, qayıqların sahilə yan almasını təmin
etmək hüququ vardır. [19]
Ümumi istifadədə olan su
obyektlərində sudan istifadənin
məhdudlaşdırılmasına yalnız Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallarda yol verilə bilər.
Ümumi istifadədə olan su
obyektlərini müvafiq icra hakimiyyəti orqanları
müəyyən edirlər.
Maddə
37. Su obyektlərindən ayrıca istifadə
Ayrıca istifadədə olan su
obyektləri məhdud şəxslər tərəfindən
istifadə olunan su obyektləridir.
Dövlət mülkiyyətində olan
su obyektləri müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə müdafiə, energetika, nəqliyyat,
habelə digər dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada bütövlükdə
və ya qismən ayrıca istifadəyə verilə bilər. [20]
Su obyektlərinin ayrıca
istifadəyə verilməsi qərarında su
obyektlərindən istifadənin məqsədi və əsas
şərtləri göstərilir.
Su obyektləri ayrıca istifadəyə
verildikdə ümumi istifadədə olan su obyektləri
sırasından çıxarılır.
Ayrıca istifadəyə verilmiş su
obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə ümumi
məqsədlər üçün istifadəyə verilə
və ya geri alına bilər.
Maddə
38. Su obyektlərindən xüsusi məqsədlər
üçün istifadə
Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadə icazə əsasında texniki
qurğular və avadanlıqlar tətbiq etməklə
əhalinin içməli su, məişət, müalicə,
sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə
kənd və meşə təsərrüfatı, sənaye,
energetika, nəqliyyat, balıqçılıq və digər
dövlət və ya ictimai ehtiyacları ödəmək
məqsədi ilə həyata keçirilir.
Su obyektlərindən xüsusi
məqsədlər üçün istifadə növləri
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir. [21]
Maddə
39. Sudan istifadə limitləri
Sudan istifadə limitləri hər bir su
obyektləri istifadəçisi və istehlakçısı
üçün müəyyən edilmiş su
obyektlərindən su ehtiyatlarının götürülməsinin
və ya su obyektlərinə tullantı suların
axıdılmasının yol verilən həcmidir.
Sudan istifadə limitlərinin
hazırlanması və həyata keçirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları
Su obyektləri istifadəyə icazə və sudan istifadə
müqaviləsi əsasında verilir. [22]
Yerüstü su obyektləri
istifadəyə akvatoriya sahəsinin, su
götürülməsi və tullantı sularının
axıdılması yerlərinin ayrılması şərti
ilə Azərbaycan Respublikasının su qanunvericiliyində
müəyyən edilmiş qaydada verilir.
Yeraltı suların istifadəyə
verilməsi Azərbaycan Respublikasının su
qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin
təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin, sərhəd su obyektlərinin
istifadəyə verilməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həyata
keçirilir.
Maddə
41. Su obyektlərinin istifadəsinə antiinhisar
tələblər
Su obyektləri
istifadəçilərinin inhisarçı və haqsız
rəqabətə yönəlmiş, başqa su obyektləri
istifadəçilərinin, habelə digər fiziki və hüquqi
şəxslərin hüquqlarının və qanuni
maraqlarının məhdudlaşdırılması ilə
nəticələnən və ya nəticələnə
bilən fəaliyyəti qanunla qadağan edilir.
Müvafiq icra hakimiyyəti orqanlarına
sudan istifadənin inhisarlaşmasına səbəb olan,
ayrı-ayrı su obyektləri istifadəçilərinin
fəaliyyəti üçün ayrı-seçkilik
şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin
hüquqlarının və qanuni maraqlarının
pozulması ilə nəticələnə bilən qərarlar
qəbul etmək və fəaliyyət göstərmək qadağan
edilir.
Sudan istifadə sahəsində inhisara
gətirib çıxarmaqla başqa su obyektləri
istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının
əsaslı şəkildə pozulması Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş sanksiyaların tətbiq edilməsinə
səbəb olur.
Maddə
42. Su obyektlərindən istifadənin
məhdudlaşdırılması, dayandırılması
və ya qadağan edilməsi
Su obyektlərindən və ya onların
bir hissəsindən istifadə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
ölkənin müdafiəsinin və
təhlükəsizliyinin təmin edilməsi, əhalinin
sağlamlığının, ətraf mühitin və
tarixi-mədəni irsin, habelə başqa şəxslərin
qanuni hüquqlarının və maraqlarının
qorunması məqsədi ilə məhdudlaşdırıla,
dayandırıla və qadağan edilə bilər.
Su obyektlərinin istifadəsinin
məhdudlaşdırılması, dayandırılması
və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti
orqanlarının təqdimatına əsasən bu Məcəlləyə
və Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarına uyğun olaraq həyata keçirilir.
VI fəsil.
Sudan istifadə edənlərin
hüquqları və vəzifələri
Maddə
43. Sudan istifadə edənlərin hüquqları
Sudan istifadə edənlərin
aşağıdakı hüquqları vardır:
sudan təkrar istifadə etmək;
su obyektlərindən xüsusi
məqsədlərlə istifadəni həyata
keçirmək üçün müvafiq qurğular və
tikililər inşa etmək;
istifadəyə verilən suyun və
tullantı sularının kəmiyyət və keyfiyyətini
yoxlamaq;
qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla müqavilədə
nəzərdə tutulan miqdarda almadığı suyun
əvəzini tələb etmək;
Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
Su obyektlərindən istifadə
edənlərin pozulmuş hüquqları qanunvericilikdə
nəzərdə tutulan qaydada bərpa edilməlidir.
Maddə
44. Sudan istifadə hüququna xitam verilməsi
Mülkiyyət formasından
asılı olmayaraq hüquqi və fiziki şəxslərin
sudan istifadə hüququna aşağıdakı hallarda xitam
verilir:
sudan istifadəyə ehtiyac qalmadıqda
və ya istifadədən imtina edildikdə;
su obyektlərindən istifadə
müddəti qurtardıqda;
hüquqi şəxslər ləğv
olunduqda;
su obyektləri qanunvericiliyə zidd olaraq
başqalarına istifadəyə verildikdə;
su obyektləri ayrıca
istifadədən geri alındıqda;
sudan istifadəyə və tullantı sularının
axıdılmasına görə haqq
ödənilmədikdə; [23]
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan istifadəyə görə
haqq ödənilmədikdə;
su obyektindən nəzərdə tutulan
məqsədlə (içməli su və məişət
ehtiyaclarını ödəmək üçün
istifadə hüququndan başqa) istifadə edilmədikdə
və qanunvericilikdə nəzərdə tutulmuş digər
hallarda.
Maddə
45. Sudan istifadə edənlərin vəzifələri
Sudan istifadə edənlərin
vəzifələri aşağıdakılardır:
su obyektlərindən səmərəli
istifadə etmək, suyun qənaətlə
işlədilməsini və suların keyfiyyətinin
yaxşılaşdırılmasını təmin etmək;
sudan istifadə planlarına,
limitlərinə, qaydalarına, normalarına və rejiminə
riayət etmək;
tərkibində çirkləndirici
maddələrin miqdarı normadan artıq olan tullantı
sularının su obyektlərinə axıdılmasına yol
verməmək;
su servitutları əsasında başqa
su obyektləri istifadəçilərinə verilmiş
hüquqların pozulmasına, habelə təsərrüfat
və təbii obyektlərə (torpaq, meşə, heyvanlar
aləmi, faydalı qazıntılar və sair) zərər
vurulmasına yol verməmək;
su obyektlərindən təyinatına
görə istifadə etmək;
su təsərrüfatı
qurğularını və texniki avadanlığı saz
vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini
yaxşılaşdırmaq;
sudan istifadənin uçotunu aparmaq;
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan istifadə
haqqını, su obyektlərinə və ətraf
mühitə axıdılan tullantı sularına görə
ödəmələri və cərimələri vaxtında
vermək; [24]
Azərbaycan Respublikasının su
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
vəzifələri həyata keçirmək.
Maddə
46. Su təsərrüfatı fəaliyyəti
nəticəsində dəymiş zərərin
ödənilməsi
Su
təsərrüfatı tədbirlərinin
görülməsi, su obyektlərindən istifadə
hüququna xitam verilməsi və ya sudan istifadə
şərtlərinin dəyişdirilməsi
nəticəsində fiziki və hüquqi
şəxslərə dəymiş zərər Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
edilmiş qaydada ödənilir.
VII fəsil
Su obyektlərindən
əhalinin içməli su, məişət,
müalicə-kurort, sağlamlaşdırma, istirahət və
idman məqsədləri üçün istifadə
Maddə
47. Əhalinin içməli su və məişət
ehtiyacları üçün verilən su obyektləri
Suyunun keyfiyyəti müəyyən
edilmiş sanitariya normalarına və dövlət
standartlarına uyğun olan su obyektləri əhalinin
içməli su və məişət ehtiyaclarını
ödəmək üçün verilir.
Əhalinin içməli su
təchizatı, bir qayda olaraq,
mərkəzləşdirilmiş su kəməri
qurğuları vasitəsi ilə həyata keçirilir.
Su kəməri olmadıqda əhalinin
içməli su və məişət ehtiyaclarının
ödənilməsi bilavasitə çayların, su
quyularının, kəhrizlərin, bulaqların və
digər su mənbələrinin suyundan yalnız
qanunvericiliklə müəyyən edilmiş sanitariya
normalarına uyğun olaraq istifadə edilə bilər.
Əhalinin içməli su və
məişət ehtiyaclarının ödənilməsi
üçün yaşayış yerləri üzrə
istifadə edəcəyi təbii su mənbələri
qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti
orqanlarının razılığı ilə
bələdiyyələr tərəfindən
müəyyən edilir.
Maddə
48. İçməli suların başqa məqsədlər
üçün istifadə edilməsinin
məhdudlaşdırılması
İçməli sulardan, bir qayda olaraq,
içməli su və məişət ehtiyacları ilə
əlaqədar olmayan məqsədlər üçün
istifadə edilməsinə yol verilmir.
Kifayət qədər yerüstü su
mənbələri olmayan və içməli yeraltı su
ehtiyatları çox olan regionlarda həmin sulardan başqa
məqsədlər üçün müvafiq icra
hakimiyyəti orqanlarının razılığı ilə
istifadə edilə bilər.
Maddə
49. Müalicə obyektləri kateqoriyasına aid edilmiş su
obyektlərindən istifadə
Azərbaycan Respublikası
ərazisində yerləşən və təbii
müalicəvi xüsusiyyətlərə malik olan su
obyektləri müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə müalicə obyektləri kateqoriyasına
aid edilir.
Müalicə obyektləri
kateqoriyasına aid edilmiş su obyektlərindən birinci
növbədə müalicə və kurort
məqsədləri üçün istifadə edilir.
Müstəsna hallarda müalicə
obyektləri kateqoriyasına aid edilmiş su
obyektlərindən başqa məqsədlər
üçün istifadə edilməsinə müvafiq icra
hakimiyyəti orqanlarının razılığı ilə
icazə verilə bilər.
Müalicə obyektləri
kateqoriyasına aid edilən su obyektlərinə tullantı
sularının axıdılmasına yol verilmir.
Maddə
50. Su obyektlərindən istirahət və idman
məqsədləri üçün istifadə
Bu Məcəllənin 36-cı
maddəsinin tələblərinə riayət etməklə, icazə almadan ümumi
istifadədə olan su obyektlərindən istirahət və
idman üçün istifadə edilməsinə yol verilir. [25]
Kütləvi istirahətin
təşkilinin təmin olunması və idman
sahələrinin ehtiyaclarının ödənilməsi
üçün su obyektləri bütövlükdə və
ya qismən ayrıca istifadəyə verilə bilər.
İstirahət və idman
üçün su obyektlərindən istifadə bu
Məcəllənin 36-cı və 37-ci maddələrində
nəzərdə tutulan hallarda və qaydada qadağan edilə
və məhdudlaşdırıla bilər.
Su obyektlərindən istirahət və
idman üçün istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
Əsasnamə ilə müəyyən edilir.
VIII fəsil
Su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə
Maddə
51. Su obyektlərindən kənd təsərrüfatı
ehtiyacları üçün istifadə
Su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə, sudan istifadə limitlərinə riayət
etməklə, ümumi və xüsusi məqsədlər üçün
istifadə qaydasında həyata keçirilir.
Kənd təsərrüfatında sudan
istifadə təsərrüfatdaxili və ümumsistem
planları əsasında həyata keçirilir.
Maddə
52. Sudan təsərrüfatdaxili istifadə planları
Sudan təsərrüfatdaxili istifadə
planları sudan istifadə edənlər tərəfindən
tərtib edilir.
Sudan təsərrüfatdaxili istifadə
planları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilir.
Sudan təsərrüfatdaxili istifadə
planlarında mülkiyyət forması və
növlərindən asılı olmayaraq bütün su
istehlakçılarının suya tələbatı nəzərə
alınmalıdır.
Maddə
53. Sudan istifadəyə dair ümumsistem planları
Sudan istifadəyə dair ümumsistem
planları rayon və respublika əhəmiyyətli suvarma
sistemləri üzrə tərtib edilir.
Sudan istifadəyə dair ümumsistem
planları, su obyektlərinin istifadəçiləri
tərəfindən sudan təsərrüfatdaxili istifadə
planları və sudan istifadə müqavilələri
əsasında tərtib edilir.
Sudan istifadəyə dair ümumsistem
planları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
təsdiq edilir.
Sudan istifadə müqavilələri su
obyektlərinin istifadəçiləri ilə su
istehlakçıları arasında bağlanır.
Müqavilələrdə verilən
suyun miqdarı və yeri, müddəti, tərəflərin
qarşılıqlı öhdəlikləri və digər
məlumatlar göstərilir.
Maddə
54. Sudan istifadə planının dəyişdirilməsi
Sudan istifadə planı yalnız onu
təsdiq etmiş orqanın razılığı ilə
aşağıdakı hallarda dəyişdirilə bilər:
su azlığı hallarında;
hava şəraiti, suvarma normaları
və ya suvarılmalı sahələr
dəyişdirildikdə;
su istehlakçıları plan
üzrə onlara ayrılmış sudan imtina etdikdə;
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən başqa
hallarda.
Fövqəladə hadisələr
baş verdikdə su obyektlərinin istifadəçiləri
sudan istifadə planını dəyişdirə və su
verilməsini müvəqqəti dayandıra bilərlər.
Onlar su istehlakçılarına və sudan istifadə
planını təsdiq etmiş müvafiq icra hakimiyyəti
orqanına həmin tədbirlər haqqında dərhal
məlumat verməlidirlər. Verilməmiş su sonrakı
müddətlərdə su mənbələrinin
vəziyyətindən asılı olaraq ödənilə
bilər.
Maddə
55. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin
ərazisində yerləşən sututarlardan kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə
Kənd təsərrüfatı
müəssisələrinin, ailə
kəndli təsərrüfatının, digər hüquqi
və fiziki şəxslərin onların
mülkiyyətinə və istifadəsinə verilmiş
torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada
bulaqlardan, kəhrizlərdən, digər təbii su
mənbələrindən istifadə etmək, bu
mənbələr üzərində sututarlar və su
təsərrüfatı qurğuları düzəltmək
hüquqları vardır.
[26]
Həmin hüquqi və fiziki
şəxslər onların mülkiyyətinə və
istifadəsinə verilmiş kənd təsərrüfatı
təyinatlı torpaqlarda geniş ölçülü
meliorasiya işlərinin görülməsini, yaxud
görülmüş meliorasiya işlərinin yenidən
təşkili və ləğvini suların istifadəsinə
və mühafizəsinə dair müvafiq icra hakimiyyəti
orqanının təyin etdiyi qaydalara uyğun həyata
keçirmək hüquqlarına malikdirlər.
Maddə
56. Tullantı sularından kənd təsərrüfatı
ehtiyacları üçün istifadə
Tullantı sularından kənd
təsərrüfatı ehtiyacları üçün
istifadə müvafiq icra hakimiyyəti orqanları
tərəfindən razılaşdırılmaqla həyata
keçirilə bilər.
Maddə
57. Meşə zolağı və meşə tingliyi
salınmış sahələrin suvarılması
Meşə zolağı və
meşə tingliyi salınmış sahələrin
suvarılması su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün istifadə
qaydasında həyata keçirilir.
Maddə
58. Mal-qaranın sürülməsi, suvarılması və
nəqliyyat vasitələrinin keçməsi
üçün yerlər müəyyən edilməsi
Kanallardan və başqa hidrotexniki
qurğulardan mal-qaranın sürülüb
keçirilməsi, traktorların, kənd
təsərrüfatı maşınlarının,
avtomobillərin və digər nəqliyyat vasitələrinin
bu məqsəd üçün ayrılmamış su
obyektlərinin ərazisindən keçməsi qadağan
edilir.
Çaylarda, kanallarda və digər
yerüstü sututarlarda mal-qaranın su içməsinə
yalnız xüsusi olaraq düzəldilmiş suvarma
meydançaları olduqda və ya bu məqsəd
üçün ayrılmış yerlərdə yol verilir.
Nəqliyyat vasitələrinin və
kənd təsərrüfatı maşınlarının
keçməsi, mal-qaranın sürülməsi və su
içməsi üçün yerlər müvafiq icra
hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir və həmin yerlər xüsusi
işarələrlə göstərilir.
Mal-qara sürülən yollar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qayda və şərtlərlə
su ilə təchiz olunmalıdır.
IX
fəsil
Su
obyektlərindən sənaye və hidroenergetika
məqsədləri üçün istifadə
Maddə
59. Su obyektlərindən sənaye məqsədləri
üçün istifadə
Sənaye məqsədləri
üçün, bir qayda olaraq, texniki sulardan istifadə edilir.
Su obyektlərindən sənaye
məqsədləri üçün istifadə edənlər
sudan istifadə olunmasına dair müəyyən edilmiş
limitlərə, texnoloji normalara və qaydalara əməl
etməli, habelə istehsal texnologiyasını və su
təchizatı sxemlərini təkmilləşdirmək yolu
ilə su məsrəfini azaltmaq və tullantı
sularının axıdılmasının
qarşısını almaq üçün tədbirlər
görməlidirlər.
Qanunvericilikdə nəzərdə
tutulmuş qaydada içməli sudan texniki məqsədlər
üçün istifadə edən müəssisələr,
bir qayda olaraq, təkrar və dövr edən su
təchizatı sisteminə keçməlidirlər.
Maddə
60. İçməli suyun sənaye məqsədləri
üçün istifadəsinin məhdudlaşdırılması
Təbii fəlakət, qəza və
digər fövqəladə şərait hallarında və ya
müəssisə tərəfindən içməli su
ayrılmış limitdən artıq işlədildikdə,
müvafiq icra hakimiyyəti orqanları birinci
növbədə əhalinin içməli su və
məişət ehtiyaclarının ödənilməsi
xeyrinə su kəmərlərindən sənaye
məqsədləri üçün içməli suyun
götürülməsini məhdudlaşdıra və ya
qadağan edə bilər, habelə ayrı-ayrı
müəssisələrin, idarələrin və
təşkilatların tabeliyində olan içməli su
kəmərlərindən içməli suyun sənaye
məqsədləri üçün
götürülməsini müvəqqəti azalda bilər.
Maddə
61. Yeraltı sulardan texniki təchizat və digər istehsal
ehtiyacları üçün istifadə
İçməli su və ya
müalicə kateqoriyasına aid edilməmiş yeraltı
sulardan texniki təchizat, sənaye məqsədləri, o
cümlədən onların tərkibində olan kimyəvi
elementlərin çıxarılması, istilik enerjisi
alınması və digər məqsədlər
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
istifadə edilə bilər.
Maddə
62. Su obyektlərindən faydalı qazıntıların hasil
edilməsi üçün istifadə
Su obyektlərindən faydalı
qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat
və qazma işlərinin aparılması, yeraltı
qurğuların tikintisi yerin təki haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə və bu
Məcəlləyə uyğun olaraq həyata keçirilir.
Maddə
63. Su obyektlərindən hidroenergetika ehtiyacları
üçün istifadə
Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə iqtisadiyyatın
digər sahələrinin mənafeyi nəzərə
alınmaqla, habelə sulardan kompleks istifadə şərtlərinə
riayət olunmaqla müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydalara
uyğun olaraq həyata keçirilir.
Hidroenergetika ehtiyacları
üçün verilmiş su obyektlərindən eyni zamanda
başqa məqsədlər üçün də istifadə
edilə bilər.
Hidroenergetika müəssisələri su
obyektlərinin istifadəsinə, su anbarlarının
doldurulması və istismar rejiminə dair müəyyən
olunmuş qaydalara riayət etməli, gəmilərin və
bərələrin maneəsiz və təhlükəsiz
keçməsini, habelə balıqların kürütökmə
yerlərinə buraxılmasını təmin
etməlidirlər.
X fəsil
Su obyektlərindən
nəqliyyat ehtiyacları üçün istifadə
Maddə
64. Ümumi istifadədə olan su yolları
Azərbaycan Respublikasının
çayları, gölləri, su anbarları, kanalları,
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi, digər
yerüstü su obyektləri, əgər onlardan su yolu kimi
istifadə tam və ya qismən qadağan
edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca
istifadəyə verilməmişdirsə, ümumi
istifadədə olan su yollarına aid edilir.
Hüquqi və fiziki şəxslər
onlara məxsus su nəqliyyatı vasitələrinin
üzməsi üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ümumi istifadədə olan su yollarından
istifadə edə bilərlər.
Maddə
65. Su obyektlərindən su və hava nəqliyyatının
ehtiyacları üçün istifadə qaydaları
Su
obyektlərinin ümumi istifadədə olan su yolları
kateqoriyasına aid edilməsi, su və hava
nəqliyyatının ehtiyacları üçün onlardan
istifadə qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
XI fəsil
Su obyektlərindən
balıqçılıq və ovçuluq üçün
istifadə
Maddə
66. Su obyektlərindən balıqçılıq
üçün istifadə
Balıq və
digər su bioresurslarının ovu, toplanması və
akvakultura üçün balıqçılıq su obyektləri və ya onların bir
hissəsi Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada balıqçılıq
ehtiyacları üçün istifadə edilir. [27]
Balıqçılıq
su obyektlərindən
istifadə edən hüquqi və fiziki şəxslər
həmin sututarların çirklənməkdən və zibillənməkdən
qorunması üçün tədbirlər
görməlidirlər. [28]
Su obyektlərinin
istifadəçiləri müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə sututarların
vəziyyətinin yaxşılaşmasını və balıq və digər su
bioresurslarının bərpasını təmin edən
balıqartırma və
balıqçılıq təsərrüfatı
meliorasiyası tədbirləri görməli, habelə ov
alətlərinin qurulduğu yerləri lazımi sanitariya
vəziyyətində saxlamalıdırlar. [29]
Maddə
67. Torpaq mülkiyyətçilərinin və
istifadəçilərinin ərazisində yerləşən
sututarlardan balıq və
digər su bioresurslarının ovu və akvakultura
üçün istifadə [30]
Hüquqi və fiziki şəxslər,
onların mülkiyyətində və ya istifadəsində
olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan,
gölməçələrdən balıq və digər su bioresurslarının ovu və
akvakultura üçün istifadə edə
bilərlər.
Göstərilən su
obyektlərindən balıq
və digər su bioresurslarının ovu və akvakultura
üçün istifadə müvafiq icra hakimiyyəti
orqanlarının müəyyən etdikləri qaydalara
uyğun həyata keçirilir.
Maddə
68. Balıq və digər su
bioresurslarının idman və həvəskar ovu
üçün su obyektlərindən istifadə [31]
Xüsusi
mühafizə olunan təbiət əraziləri və
balıqartırma təsərrüfatları istisna olmaqla,
digər balıqçılıq su obyektlərindən bu
Məcəlləyə və su obyeklərindən
istifadəyə dair digər normativ hüquqi aktlara uyğun
olaraq balıq və digər su bioresurslarının idman
və həvəskar ovu üçün istifadə edilə
bilər.[32]
Müvafiq icra hakimiyyəti orqanları
göstərilən məqsədlər üçün dövlət
mülkiyyətində olan balıqçılıq su
obyektlərini və ya onların müəyyən
hissəsini ayırmalıdırlar. [33]
Balıqçılıq
təsərrüfatlarının təşkili
üçün ayrılmış su obyektlərində balıq və digər su
bioresurslarının idman və həvəskar ovu, həmin
obyektlərin mülkiyyətçilərinin və
istifadəçilərinin razılığı ilə
həyata keçirilə bilər. [34]
Maddə
69. Balıqçılıq əhəmiyyətli sututarlarda
su obyektləri istifadəçilərinin
hüquqlarının məhdudlaşdırılması [35]
Qiymətli növ balıq və
digər su bioresurslarının qorunması və artırılması
üçün mühüm balıqçılıq
su obyektlərində və ya onların ayrı-ayrı
hissələrində sudan istifadə edənlərin
hüquqları balıqçılıq
təsərrüfatının xeyrinə
məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan
istifadənin məhdudlaşdırılması qaydaları
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir. [36]
Maddə
70. Balıqçılıq su
obyektlərində hidrotexniki qurğuların istismarı [37]
Balıqçılıq su obyektlərində hidrotexniki
və başqa qurğular istismar edilərkən balıq və digər su
bioresurslarının qorunmasını və
bərpasını təmin edən tədbirlər
görülməlidir. [38]
Balıqçılıq su obyektlərindən su
götürülərkən onlar balıqqoruyucu qurğularla
təchiz olunmalıdır. [39]
Maddə
71. Balıqçılıq su
obyektlərinin çirklənməkdən,
zibillənməkdən və dayazlaşmaqdan qorunması [40]
Balıqçılıq su obyektlərində
aşağıdakı tədbirlərin həyata
keçirilməsi qadağan edilir: [41]
balıqların kürütökmə
yerlərində müvafiq icra hakimiyyəti orqanının
razılığı olmadan bənd çəkmək və
dağılmış bəndləri bərpa etmək;
müvafiq orqanların
razılığı ilə sanitariya və hidrotexniki
tədbirlərin görüldüyü hallar istisna
edilməklə, çaylarda, çay qollarında və
kanallarda qalaq yaratmaq və ya onların qabağını
kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
ağac emalı zamanı
əmələ gələn tullantıları sututarlara
axıtmaq və həmin sututarların sahillərində
və subasar yerlərində yığmaq;
dibdərinlətmə və
dibtəmizləmə işləri zamanı
qazılmış torpağı balığın
kürütökmə yerlərinə və
qışladığı çuxurlara yığmaq;
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş digər hallarda.
Maddə
72. Su obyektlərindən ovçuluq məqsədləri
üçün istifadə
Ovçuluq obyektinə aid edilən su
quşlarının və qiymətli xəzdərili
heyvanların məskunlaşdığı su obyektləri
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada ovçuluq
məqsədləri üçün istifadəyə verilir.
Maddə
73. Balıqçılıq və ovçuluq
təsərrüfatlarının ehtiyacları
üçün su obyektlərindən istifadə qaydaları
Balıqçılıq və
ovçuluq təsərrüfatlarının ehtiyacları
üçün su obyektlərindən istifadə qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
XII fəsil
Xüsusi qorunan su
obyektlərindən istifadə
Maddə
74. Xüsusi qorunan su obyektləri
Xüsusi elmi, tarixi, mədəni, estetik
və təbiətqoruyucu əhəmiyyətli su obyektləri
xüsusi qorunan su obyektləridir.
Bu obyektlər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada toxunulmaz elan edilir.
Xüsusi qorunan su obyektləri müvafiq
icra hakimiyyəti orqanlarının təqdimatı
əsasında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bütövlükdə və
ya qismən, daimi və ya müvəqqəti olaraq
təsərrüfat fəaliyyətindən
çıxarılır.
Xüsusi qorunan su obyektləri respublika,
bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su
obyektlərinə aid edilir.
Xüsusi qorunan su obyektləri ayrıca
təbii ərazi kimi və ya Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi
qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola
bilər.
Xüsusi qorunan su obyektlərinin
aşağıdakı kateqoriyaları müəyyən
edilir:
Azərbaycan Respublikasının daxili
sularının və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sularının sahələri;
su — bataqlıq yerləri;
nadir təbiət landşaftına aid edilmiş
axar sular və sututarlar;
su obyektlərinin mənbəyinin və
mənsəbinin mühafizə zonaları;
qiymətli balıq növlərinin
kürütökmə və qışlama yerləri;
meşələrlə, bitki və
heyvanlar aləmi və digər xüsusi mühafizə olunan
təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su
obyektləri.
Xüsusi qorunan su obyektlərinin
kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər
kateqoriyaları da nəzərdə tutula bilər.
Maddə
75. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə
Xüsusi qorunan su obyektlərinin suyundan
istifadə qaydaları müvafiq qanunvericiliklə
müəyyən edilir.
Xüsusi qorunan su obyektlərindən balıq və digər su
bioresurslarını ovlamaq və toplamaq və həmin su
obyektlərinin təbii vəziyyətini dəyişən
başqa işlər görmək qadağan edilir. [42]
Xüsusi qorunan su obyektlərinə
və onları qidalandıran sututarlara tullantı suların
axıdılmasına, başqa imkanlar olmadıqda müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə
bu Məcəllənin 77-79-cu maddələrinin
tələblərinə riayət olunmaqla yol verilir.
Xüsusi qorunan su obyektlərinin
təbii vəziyyətini dəyişdirə biləcək
işlər yalnız müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə görülə
bilər.
Maddə
76. Xüsusi qorunan su obyektlərinin
toxunulmazlığının geri alınması
Xüsusi qorunan su obyektlərinin
toxunulmazlığı yalnız ən zəruri hallarda
müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə geri alınır.
XIII fəsil
Su obyektlərindən
tullantı suların axıdılması, yanğından
mühafizə və digər məqsədlər
üçün istifadə
Maddə
77. Su obyektlərindən tullantı suların
axıdılması üçün istifadə
Sənaye, kommunal, məişət,
drenaj sularının və digər tullantı suların
axıdılması üçün su obyektlərindən
istifadə edilməsinə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanlarının razılığı
ilə yol verilə bilər.
Tullantı suların
axıdılması üçün su obyektlərindən
istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
Maddə
78. Tullantı suların su obyektlərinə
axıdılması
Tullantı suların su
obyektlərinə axıdılmasına yalnız o hallarda yol
verilir ki, həmin su obyektlərində çirkləndirici
maddələrin miqdarının müəyyən edilmiş
normalardan artıq olmasına gətirib çıxarmasın
və su obyektlərindən istifadə edənlər
tullantı sularını təmizləyib müəyyən
edilmiş normalara çatdırsınlar.
İçməli su mənbəyi kimi
istifadə edilən və ya içməyə yararlı
yeraltı suları qidalandıran sututarlara tullantı
suların axıdılması qəti qadağandır.
Maddə
79. Tullantı suların su obyektlərinə
axıdılmasının məhdudlaşdırılması,
dayandırılması və qadağan edilməsi
Bu Məcəllənin 78-ci maddəsinin
tələbləri pozulduqda, tullantı suların su
obyektlərinə axıdılması müvafiq icra
hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır
və ya qadağan edilir.
Tullantı suların axıdılması
əhalinin sağlamlığı üçün
təhlükəli olan hallarda sənaye qurğularının
və müəssisələrin fəaliyyəti
dayandırılır.
Maddə
80. Su obyektlərindən yanğından mühafizə
ehtiyacları üçün istifadə
Yanğından mühafizə
ehtiyacları üçün bütün su
obyektlərindən tələb olunan həcmdə və
ödənişsiz su
götürülməsinə yol verilir. [43]
Yanğından mühafizə
ehtiyacları üçün götürülmüş
sudan və bu suyun saxlanıldığı obyektlərdən
təyinatdankənar istifadə edilməsi qadağandır.[44]
Su obyektlərindən yanğından
mühafizə ehtiyacları üçün istifadə
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
XIV fəsil
Su obyektlərinin
mühafizəsi
Maddə
81. Suların mühafizəsi
Bütün sular (su obyektləri)
onların fiziki, kimyəvi, bioloji xassələrinin
dəyişməsi, təbii təmizlənmə
qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji
rejiminin pozulması nəticəsində əhalinin
sağlamlığına zərər vura biləcək,
habelə balıq və digər
su bioresurslarının azalmasına, su təchizatı
şəraitinin pisləşməsinə və digər
əlverişsiz hallara səbəb ola biləcək
çirklənməkdən, zibillənməkdən, tükənməkdən
mühafizə olunmalı və qorunmalıdır. [45]
Suların (su obyektlərinin)
mühafizəsi, onların çirklənməkdən,
zibillənməkdən və tükənməkdən
qorunması, habelə suların keyfiyyətinin və rejiminin
yaxşılaşdırılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
82. Su mühafizə zonaları
Su obyektlərinin ekoloji
tələblərə uyğun vəziyyətdə
saxlanması, yerüstü və yeraltı suların
çirklənməsinin, zibillənməsinin və
tükənməsinin qarşısının alınması,
habelə heyvanlar və bitkilər aləminin
məskunlaşdığı mühitin qorunub saxlanması
üçün su mühafizə zonaları
müəyyən edilir.
Su mühafizə zonası su obyektinin
akvatoriyasına bitişik, üzərində təbii
ehtiyatların istifadəsi, mühafizəsi və digər
təsərrüfat fəaliyyətinin həyata keçirilməsi
üzrə xüsusi rejim müəyyən edilmiş
ərazidir.
Su mühafizə zonalarının
hüdudlarında sahil mühafizə zolaqları
müəyyən edilir.Sahil mühafizə zolaqlarında
torpaqların şumlanması və əkilməsi, meşələrin
qırılması, ağac və kolların
kökündən çıxarılması, heyvandarlıq
ferma və düşərgələrinin,
qəbiristanlığın, zibilxananın
yerləşdirilməsi, habelə bu Məcəllə ilə
nəzərdə tutulmuş hallar istisna olmaqla, digər
fəaliyyət növləri qadağan edilir.
Sahil mühafizə zolaqlarında icazə əsasında su
təchizatı, istirahət, idman, balıqçılıq
və ovçuluq təsərrüfatı obyektlərinin,
habelə liman və hidrotexniki qurğuların
yerləşdirilməsinə yol verilir. [46]
Su mühafizə zonalarının,
onların sahil mühafizə zolaqlarının
ölçülərinin, sərhədlərinin və
istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
İçməli su mənbəyi
və balıqların kürütökmə yerləri olan su
obyektlərinin su mühafizə zonaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.
Maddə
83. Su mühafizə zonalarındakı torpaqların
istifadəyə verilməsi
Su mühafizə zonalarında
yerləşən torpaq sahələri fiziki və hüquqi
şəxslərin istifadəsinə, Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə
ilə müəyyən edilmiş qaydada müvafiq icra
hakimiyyəti orqanları ilə razılaşdırılmaqla
verilə bilər.
Su mühafizə zonalarında təbii
ehtiyatların istifadəsi və mühafizəsi rejiminə
riayət edilməsinə, fiziki və hüquqi
şəxslərin digər təsərrüfat fəaliyyətinə
dövlət nəzarəti öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
Maddə
84. Su obyektlərinin çirklənməkdən və
zibillənməkdən qorunması
Öz fəaliyyəti ilə suların
keyfiyyətinə təsir göstərən fiziki və
hüquqi şəxslərə:
su obyektlərinə istehsalat, məişət
və digər tullantıların tökülməsi;
suların yağlar, ağac, kimyəvi,
neft və digər istehsalat məhsullarının texniki və
texnoloji nasazlıqdan axması nəticəsində
çirkləndirilməsi və zibilləndirilməsi;
su yığılan sahələrin,
sututarların, qar və buz örtüyünün,
buzlaqların səthinin istehsalat, məişət
tullantıları, neft məhsulları ilə
çirkləndirilməsi və zibilləndirilməsi;
su
mənbələrinin və mineral bulaqların sanitar
mühafizə zonalarında, çatlı süxurların
və sulu təbəqələrin səthə
çıxdığı yerlərdə, habelə
içməli su təchizatı və
təsərrüfat-məişət ehtiyacları
üçün istifadə olunan yeraltı su obyektlərinin
sututar sahələrində istehsalat və məişət tullantılarının
basdırılması; [47]
suların radioaktiv və
zəhərli-kimyəvi maddələrlə
çirkləndirilməsi qadağan edilir;
yeraltı suların,
təsərrüfat və içməli sututarlarının
olduğu ərazilərdə istehsalat və məişət
tullantılarının basdırılması. [48]
Su obyektlərinə tullantı
suların axıdılmasına bu Məcəllənin 77—79-cu
maddələrində nəzərdə tutulan
tələblərə riayət edilməklə yol verilə
bilər.
Maddə
85. Sanitariya mühafizəsi zonalarının
müəyyən edilməsi
Əhalinin içməli və
məişət su təchizatı, müalicə, kurort və
sağlamlaşdırma ehtiyacları üçün
istifadə olunan suların mühafizə edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə sanitariya
mühafizəsi zonaları müəyyən olunur.
Maddə
86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi
Çayların, göllərin, su
anbarlarının, kanalların, kollektorların, yeraltı
suların və digər su obyektlərinin əlverişli su
rejimini saxlamaq, torpaqların su və külək
eroziyasının, sututarların lilləşməsinin, su
heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin
qarşısını almaq, lazımsız yerüstü su
axımını azaltmaq və digər məqsədlər
üçün Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında
susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları
müəyyən edilir.
Suqoruyucu meşə zolaqlarının
qorunması üzərində nəzarəti müvafiq icra
hakimiyyəti orqanları həyata keçirir və onların
su obyektlərinin vəziyyətinə zərərli təsir
edən işləri dayandırmaq və ya qadağan etmək
hüquqları vardır.
Maddə
87. Yerüstü suların mühafizəsi
Öz fəaliyyəti ilə
yerüstü su obyektlərinə mənfi təsir edən
müəssisələr müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə yerüstü su obyektlərinin
suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin
saxlanması üçün tədbirlər
görməlidirlər.
Yerüstü su obyektlərinin su
mühafizə zonaları və onların istifadə
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
88. Yeraltı suların mühafizəsi
Qaz, neft və digər faydalı
qazıntı yataqlarının axtarışı,
kəşfiyyatı və istifadəsi ilə əlaqədar
qazma və başqa mədən işləri görülərkən
yeraltı su horizontları aşkara
çıxarıldıqda, mədən işləri
görən təşkilatlar dərhal bu barədə
müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli
və yeraltı suların mühafizəsi üçün
müəyyən edilmiş qaydada tədbirlər
görməlidirlər.
Fəvvarəli quyular, həmçinin
istismara yararsız və ya istifadəsi
dayandırılmış kəşfiyyat quyuları
tənzimləyici qurğularla təchiz edilməli,
bağlanmalı və ya ləğv edilməlidir.
İçməli yeraltı su
yataqlarının yerləşdiyi zonalarda bərk və maye
tullantı toplayıcılarının, zibilxanaların
tikilməsinə, fəaliyyəti ilə yeraltı su
yataqlarının çirklənməsi mənbəyi ola
bilən sənaye, kənd təsərrüfatı və
digər obyektlərin yerləşdirilməsinə yol verilmir.
Yeraltı suların mühafizəsi
üzərində nəzarəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
Maddə
89. Su obyektlərinə zərərli təsirin yol verilən normaları
Su obyektlərinə zərərli
təsirin yol verilən normaları ətraf mühitin
mühafizəsi və su qanunvericiliyi ilə müəyyən
edilir.
Su obyektlərinə zərərli
təsirin yol verilən normalarımüvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
90. Ekoloji su buraxılışı
Su obyektlərini müvafiq ekoloji
tələblərə uyğun vəziyyətdə saxlamaq
üçün su anbarlarından su buraxılması (ekoloji
su buraxılışı) həyata keçirilir və
suların bərpa edilmədən götürülməsinin
həcmi müəyyən olunur.
Ekoloji su buraxılışı və
suların bərpa edilmədən götürülməsinin
həcmi hər bir su obyekti üçün müvafiq icra
hakimiyyəti orqanları tərəfindən Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müəyyən edilir.
Su istehlakçılarının suya
olan tələbatının, ekoloji su buraxılışı
hesabına ödənilməsinə yol verilmir.
Maddə
91. Su obyektlərində fövqəladə ekoloji
vəziyyət və ekoloji fəlakət zonaları
Təsərrüfat fəaliyyəti
və ya təbii proseslər nəticəsində insanlara,
heyvanlar və bitkilər aləminə, ətraf mühitə
təhlükə yarada bilən su obyektlərini (onların bir
hissəsini) və onların sutoplayıcı sahələrini
müvafiq icra hakimiyyəti orqanı fövqəladə ekoloji
vəziyyət və ekoloji fəlakət zonaları elan
edə bilər.
Fövqəladə ekoloji vəziyyət
və ya ekoloji fəlakət zonalarının hüquqi rejimi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə
92. Suların zərərli təsirinin
qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması
Müvafiq icra hakimiyyəti orqanı
və su obyektlərinin istifadəçiləri:
daşqınların, subasmanın və
su altında qalmanın;
bəndlərin və digər
qurğuların sahillərinin dağılmasının;
torpaqların eroziyasının,
bataqlaşmasının və şoranlaşmasının;
yarğanların əmələ
gəlməsinin, torpaq sürüşməsinin və
çökməsinin, sel axınlarının və digər
zərərli hadisələrin qarşısını almaq
və onların nəticələrini aradan qaldırmaq
üçün müvafiq tədbirlər
görməlidirlər.
Suların zərərli təsirinin
qarşısını almaq və onun nəticələrini
aradan qaldırmaq üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
hallarda müvafiq icra hakimiyyəti orqanları
tərəfindən xüsusi komissiyalar yaradılır.
Həmin komissiyaların öz səlahiyyətləri
daxilində qəbul etdikləri qərarlar fiziki və
hüquqi şəxslər üçün məcburidir.
Ərazi
vahidlərinin
ərazisində daşqınlar və güclü sellər
nəticəsində yaranmış qəza vəziyyətinin
qarşısının alınması və aradan
qaldırılması işlərinin yerinə yetirilməsini
müvafiq icra hakimiyyəti orqanları və
bələdiyyələr təşkil edirlər. [49]
Su obyektlərində təbii
fəlakət və qəza baş verdiyi hallarda su
obyektləri istifadəçiləri suların zərərli
təsirinin qarşısının alınması və onun nəticələrinin
aradan qaldırılması tədbirlərinin
aparılmasında iştirak etməlidirlər. Həmin
tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə
və bələdiyyələrlə
razılaşdırılmaqla aparılır.
Maddə
93. Su obyektlərinin bərpası və mühafizəsi
sahəsində hövzə sazişləri
Su obyektlərinin bərpası və
mühafizəsi sahəsində hövzə sazişləri su
obyektlərinin bərpasına və mühafizəsinə
yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi
və birləşdirilməsi məqsədi ilə
bağlanıla bilər.
Hövzə sazişləri müvafiq
icra hakimiyyəti orqanı ilə bələdiyyələr
və su istifadəçiləri arasında
bağlanılır.
Hövzə sazişinin məqsəd
və vəzifələrini həyata keçirmək
üçün Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq su obyektlərinin bərpası
və mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi üçün xüsusi su
fondu yaradıla bilər.
Hövzə sazişləri su
təsərrüfatı balansları, su ehtiyatlarının
kompleks istifadəsi və mühafizəsi sxemləri, su
obyektlərinin istifadəsi, bərpası və mühafizəsi
üzrə dövlət proqramları və digər
layihələr əsasında müvafiq icra hakimiyyəti
orqanlarının təklifi ilə hazırlanır.
XV fəsil
Suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların
və digər obyektlərin yerləşdirilməsi,
layihələşdirilməsi, tikilməsi, bərpası
və istismarı
Maddə
94. Suların vəziyyətinə təsir edən
müəssisələrin, qurğuların və digər
obyektlərin yerləşdirilməsi,
layihələşdirilməsi, tikilməsi, bərpası
və istismara verilməsi şərtləri
Suların vəziyyətinə təsir
edən yeni və yenidən qurulan müəssisələr,
qurğular və digər obyektlər
yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən, bərpa
edilərkən və istismara verilərkən, habelə yeni
texnoloji proseslər tətbiq olunarkən ictimai rəy
nəzərə alınmaqla əhalinin içməli su
və məişət ehtiyacını ödəmək
şərti ilə sulardan səmərəli istifadə
edilməsi təmin olunmalıdır. Eyni zamanda, su
obyektlərindən götürülən və onlara
qaytarılan suyun uçota alınmasını, suların
çirklənməkdən, zibillənməkdən və
tükənməkdən qorunmasını, suların
zərərli təsirinin qarşısının
alınmasını, torpaqların su altında
qalmasının minimum zəruri həddədək
məhdudlaşdırılmasını, torpaqların
şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə
olunmasını, habelə əlverişli təbii
şəraitin və landşaftların qorunub
saxlanmasını təmin edən tədbirlər
nəzərdə tutulmalıdır.
Balıqçılıq su obyektlərində yeni və
yenidən qurulan müəssisələr, qurğular və
digər obyektlər yerləşdirilərkən,
layihələşdirilərkən, tikilərkən və
işə salınarkən yuxarıda göstərilən
tədbirlərlə yanaşı, balıq və digər su bioresurslarının
qorunması və artırılması üçün
şərait yaradılmasını təmin edən
tədbirlər həyata keçirilməlidir.[50]
Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və
digər obyektlərin tikinti layihəsi su obyektlərindən
istirahət və idman üçün istifadə edilmə
imkanı nəzərə alınmaqla tərtib edilməlidir.
Suların vəziyyətinə təsir
edən müəssisələrin, qurğuların və
digər obyektlərin tikinti layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılır.[51]
Suların vəziyyətinə təsir
edən mövcud müəssisələr, qurğular və
digər obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması
və ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla müvafiq
dəyişikliklər edilir.
Suların vəziyyətinə təsir
edən mövcud müəssisələrin, qurğuların
və digər obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin obyektlərə
dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır .
Suların vəziyyətinə təsir
edən müəssisələrə, qurğulara və
digər obyektlərə dair ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll edilir.[52]
Maddə
95. Suların vəziyyətinə təsir edən
müəssisələrin, qurğuların və digər
obyektlərin istifadəyə verilməsinin qadağan
edilməsi
Suların vəziyyətinə təsir
edən yeni tikilmiş və yenidən qurulan
müəssisələrin, qurğuların və digər
obyektlərin istismara verilməsi aşağıdakı
hallarda qadağan edilir:
suların çirklənməsinin
və zibillənməsinin, yaxud onların zərərli
təsirinin qarşısını alan qurğularla təmin
edilmədikdə;
torpaqların subasmasının,
bataqlaşmasının, şoranlaşmasının və
eroziyasının qarşısını almaq məqsədi
ilə layihələrdə nəzərdə tutulmuş
tədbirlər görülmədikdə;
layihələrdə nəzərdə
tutulmuş suqəbuledicilər və başqa qurğular
hazır olmadıqda;
layihələrdə nəzərdə
tutulmuş balıqqoruyucu və balıqburaxıcı
qurğular tikilmədikdə;
ehtiyatları təsdiq edilməmiş
yeraltı suları çıxarmaq üçün
nəzərdə tutulan sugötürücü;
sutənzimedici qurğularla təchiz
edilməyən və müvafiq hallarda sanitariya
mühafizəsi zonaları müəyyən edilməyən
su quyuları;
layihələrdə nəzərdə
tutulmuş yataq hazırlanma tədbirləri
görülənədək dəryaçaların su ilə
doldurulması və suların vəziyyətinə təsir
edən digər hallarda.
IV bölmə
Su obyektlərinin istifadəsi
və mühafizəsi tədbirlərinin iqtisadi
tənzimlənməsi, mübahisələrin həll
edilməsi və su qanunvericiliyinin pozulmasına görə
məsuliyyət
XVI fəsil
Su obyektlərinin istifadəsi
və mühafizəsi tədbirlərinin iqtisadi
tənzimlənməsi
Maddə
96. Su obyektlərinin istifadəsi və mühafizəsi
tədbirlərinin iqtisadi tənzimlənməsinin
prinsipləri
Su obyektlərinin istifadəsi və
mühafizəsi tədbirlərinin iqtisadi
tənzimlənməsi aşağıdakı
prinsiplərə əsaslanır:
bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla, sudan ödənişli istifadə; [53]
bu Məcəllənin 18-ci maddəsinin
ikinci hissəsinin tələbləri nəzərə
alınmaqla, su
obyektlərindən istifadə ilə bağlı
ödəmələr;
su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə tədbirlərin
maliyyələşdirilməsi.
Maddə
97. Sudan ödənişli
istifadə[54]
Bu Məcəllənin 18-ci maddəsinin ikinci
hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. [55]
Sudan ödənişli istifadənin məqsədi su
təminatına yönəldilmiş dövlət
xərclərini ödəmək, su təsərrüfatı
müəssisələrinin, idarələrinin və
təşkilatlarının özünümaliyyələşdirmə
prinsipi ilə fəaliyyət göstərməsini təmin
etmək, su ehtiyatlarından səmərəli və
qənaətlə istifadə olunmasına və suların mühafizəsinin
yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun
dəqiq uçotunu aparmaq və su təsərrüfatı
sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan
ibarətdir.
Azərbaycan Respublikasında sudan
ödənişli istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[56]
Bələdiyyələrin
su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə
qaydaları və şərtləri bu Məcəllə,
digər müvafiq qanunvericilik aktları, habelə
bələdiyyə aktları ilə müəyyən edilir.[57]
Maddə
98. Sudan istifadə haqqının müəyyən edilməsi
Sudan istifadə haqqı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[58]
Sudan istifadə haqqı onun
keyfiyyətindən, istifadəyə görə
təyinatından (içməli su, texniki su, suvarma suyu və
s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən,
suyun götürülmə və nəql edilmə
üsullarından və istehsal xərclərinin həcminə
təsir edən digər amillərdən asılı olaraq
ayrı-ayrı su təsərrüfatı sistemləri
üzrə diferensiallaşdırılır.
Yeraltı sulardan istifadə haqqı
hesablanarkən onların axtarışına,
kəşfiyyatına və ehtiyatlarının
müəyyənləşdirilməsinə
çəkilən xərclər də qanunvericiliklə
nəzərdə tutulmuş qaydada nəzərə
alınır.[59]
Sudan istifadəyə görə
güzəştlərin tətbiq olunması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir. [60]
Bələdiyyə
mülkiyyətində olan su obyektlərində sudan
istifadə haqqı bu maddənin birinci hissəsində
göstərilən qaydada bələdiyyələr
tərəfindən müəyyən edilir.
Xüsusi mülkiyyətdə olan su
obyektlərinə sudan istifadə haqqı
mülkiyyətçilərlə su istehlakçıları
arasında bağlanmış müqavilə əsasında
müəyyən olunur.
Maddə
99. Su obyektlərindən istifadə ilə bağlı
ödəmə növləri və qaydaları
Su obyektlərindən istifadəyə
görə aşağıdakı ödəmə
növləri müəyyən edilir:
su obyektlərindən xüsusi
məqsədlər üçün su
götürülməsinə və tullantı suların su
obyektlərinə axıdılmasına;
su obyektlərindən hidroenergetika və
nəqliyyat ehtiyacları üçün istifadəyə;
su obyektlərindən faydalı
qazıntıların hasil edilməsinə və su
obyektlərində geoloji kəşfiyyat və qazma
işlərinin aparılmasına, habelə sualtı
qurğuların tikintisinə və istismarına;
su obyektlərindən
mütəşəkkil idman, istirahət və turizm
məqsədləri üçün istifadəyə;
qanunvericilikdə nəzərdə
tutulmuş digər məqsədlər üçün
istifadəyə.
Su obyektlərindən istifadə ilə
bağlı ödəmə növləri və qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
100. Su obyektlərinin istifadəsi və mühafizəsi
üzrə tədbirlərin maliyyələşdirilməsi
Dövlət əhəmiyyətli su
obyektlərinin istifadəsi və mühafizəsi üzrə
tədbirlər müvafiq proqramlar əsasında dövlət
büdcəsi hesabına maliyyələşdirilir.
Ayrıca istifadəyə və
mülkiyyətə verilmiş su obyektlərinin istifadəsi
və mühafizəsi üzrə tədbirlər
mülkiyyətçilər və su obyektlərinin istifadəçiləri
tərəfindən maliyyələşdirilir.
Suların zərərli təsirinin
qarşısının alınması və onun
nəticələrinin aradan qaldırılması
tədbirləri qanunvericiliklə müəyyən edilmiş
qaydada su obyektləri istifadəçilərinin,
mülkiyyətçilərin, yerli büdcələrin və
dövlət büdcəsinin hesabına həyata
keçirilir.
XVII fəsil
Su obyektlərinin istifadəsi
və mühafizəsi sahəsində mübahisələrin
həll edilməsi və su qanunvericiliyinin pozulmasına
görə məsuliyyət
Maddə
101. Su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində mübahisələrin həll edilməsi
Su obyektlərinin istifadəsi və
mühafizəsi sahəsində fiziki və hüquqi
şəxslər arasındakı mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məhkəmə qaydasında həll edilir.
Maddə
102. Əqdlərin etibarsızlığı
Su qanunvericiliyini pozmaqla
bağlanmış əqdlər etibarsızdır.
Maddə
103. Azərbaycan Respublikasının su qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
Su qanunvericiliyini pozan vəzifəli
şəxslər, fiziki və hüquqi şəxslər
aşağıdakı hallarda Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti
daşıyırlar:[61]
bu Məcəllənin 102-ci
maddəsində göstərilən hallarda;
su obyektlərini özbaşına
tutduqda və ya sudan özbaşına istifadə etdikdə;
su obyektlərində özbaşına
hidrotexniki və digər qurğular tikdikdə;
su obyektlərindən istifadə
üzrə icazə ilə
müəyyən edilmiş şərtləri pozduqda; [62]
sudan istifadə limitlərinə
əməl etmədikdə;
su istehlakçılarını
müəyyən olunmuş müddətlərdə və
həcmdə su ilə təmin etmədikdə;
su obyektlərini
çirkləndirdikdə, zibilləndirdikdə və
tükəndirdikdə;
su obyektlərinin
çirklənməsinin, zibillənməsinin və suların
zərərli təsirinin qarşısını alan qurğu
və avadanlıqlarsız müəssisələri, kommunal
və digər obyektləri istismar etdikdə;
su ehtiyatlarından
israfçılıqla istifadə etdikdə;
sutoplayıcı sahələrdə su
obyektlərinin qorunması rejimini pozmaqla suları
çirkləndirdikdə, torpaqların su eroziyasına və
başqa zərərli hallara səbəb olduqda;
hidrotexniki və kommunal su
təsərrüfatına aid olan işləri
özbaşına gördükdə;
su təsərrüfatı
qurğularını və avadanlığını
zədələdikdə, onların istismarı qaydalarına
riayət etmədikdə;
su təsərrüfatı
qurğularının və avadanlıqlarının
istismarı qaydalarını pozduqda;
sudan təyinatı üzrə
istifadə etmədikdə;[63]
su kəmərlərindən, kanallardan
və digər su sistemlərindən özbaşına su
götürdükdə, habelə içməli,
məişət, texniki və tullantı suları kənara
(çöllərə, küçələrə,
rabitə və enerji kommunikasiya
şəbəkələrinə) təyinatsız
axıtdıqda;
kollektor və drenaj sistemlərini
dağıtmaqla torpaqların meliorasiya vəziyyətini
pisləşdirdikdə;
sudan istifadəyə görə
haqqı və sudan istifadə qaydalarını pozmağa
görə cərimələri, habelə su obyektlərinə
və ətraf mühitə axıdılan tullantı sular
görə ödənişləri vaxtında
ödəmədikdə;
lazımi icazə
olmadan su çıxarmaq üçün quyular qazdıqda
və ya su
çıxarmaq üçün quyuların qazılması
qaydalarını və texnologiyasını pozduqda;[64]
su mühafizəsi zonalarına və
sahil mühafizə zolaqlarına riayət etmədikdə;
su obyektlərinin dövlət
monitorinqinin, suların dövlət uçotunun, dövlət
su kadastrının aparılması qaydalarına riayət
etmədikdə;
xüsusi qorunan su obyektlərinin rejimini
pozduqda;
su obyektlərinin istifadəsinə
və mühafizəsinə nəzarət edən orqanların
göstərişlərini yerinə yetirmədikdə;
içməli su mənbələrinin,
sutəmizləyici qurğuların, su kəmərlərinin
sanitariya mühafizəsi zonalarının
tələblərini pozduqda;
içməli suyun keyfiyyəti sanitariya
tələblərinə və dövlət standartlarına
uyğun gəlmədikdə və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hallarda.
Maddə
104. Özbaşına tutulmuş su obyektlərinin
qaytarılması
Müvafiq icra hakimiyyəti orqanları
suların istifadəsinə və mühafizəsinə dair
müəyyən edilmiş qaydalar pozulduqda, həmin
işləri və bu mənbələrin suyundan istifadə
olunmasını dayandırmaq hüququna malikdirlər.
Özbaşına tutulmuş su
obyektləri qanunsuz istifadə zamanı çəkilmiş
xərclər ödənilmədən aidiyyəti üzrə
geri qaytarılır.
Maddə
105. Su qanunvericiliyinin pozulması ilə vurulmuş
zərərin ödənilməsi
Fiziki və hüquqi şəxslər
su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ödəməlidirlər.
1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat
və məişət tullantıları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu il, ¹ 8, maddə 476)
2. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu
məsələlərinin həlli qaydası haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi və Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə
237)
3. 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin
su təsərrüfatı haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Su Məcəlləsinə
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-ci il, ¹ 1, maddə
10)
4. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında "Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 2,
maddə 57)
5. 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 923)
6. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
436)
7. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938)
8. 25 dekabr 2007-ci
il tarixli 524-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 2, maddə 47)
9. 16 dekabr
2014-cü il tarixli 1129-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
72)
10. 06 mart 2015-ci il
tarixli 1220-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 357)
11. 30 iyun 2017-ci il tarixli 759-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1631)
12. 28 dekabr 2018-ci
il tarixli 1403-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu
il, ¹ 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
20)
13. 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2019-cu il, ¹ 128,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 987)
14. 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485)
[1] 26 dekabr 1997-ci il
tarixli 418-IQ nömrəli "
Azərbaycan Respublikasının Su Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 3, maddə
135) ilə təsdiq edilmişdir.
[2] 28
dekabr 2018-ci il tarixli 1403-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
31 yanvar 2019-cu il, ¹ 24, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 20) ilə 2-ci maddəyə yeni
məzmunda üçüncü hissə əlavə
edilmişdir.
[3] 19 aprel 2002-ci il
tarixli 306-IIQD nömrəli
"Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar
"Azərbaycan SSR-in inzibati ərazi quruluşu
məsələlərinin həlli qaydası haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi və Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə
237) ilə 16-cı maddənin
dördüncü abzasında "inzibati ərazi" sözləri "ərazi
quruluşu" sözləri ilə əvəz
edilmişdir.
[4]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 18-ci
maddənin səkkizinci abzasında "xüsusi razılıq" sözləri "icazə" sözü
ilə əvəz edilmişdir.
[5] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 18-ci maddənin birinci
hissənin onuncu abzasına “qaydalarını”
sözündən sonra “, sudan
istifadəyə görə güzəşt və
azadolmaları” sözləri əlavə edilmişdir.
[6] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 18-ci maddəyə yeni
məzmunda on səkkizinci abzas əlavə edilmişdir.
[7] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 18-ci maddəyə yeni
məzmunda ikinci hissə əlavə edilmişdir.
[8] 3
dekabr 2002-ci il tarixli 392-IIQD
nömrəli "Bələdiyyələrin su
təsərrüfatı haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Su Məcəlləsinə
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, ¹ 1,
maddə 10) ilə 20-ci maddənin dördüncü
abzasında "istifadə
yerlərini" sözlərindən sonra "müvafiq icra hakimiyyəti
orqanları ilə razılaşdıraraq"
sözləri əlavə edilmişdir.
[9] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 21-ci maddənin
üçüncü hissəsində “tərəfindən” sözü “və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumlar tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada”
sözləri ilə əvəz edilmişdir.
[10] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 21-ci maddəyə yeni
məzmunda dördüncü hissə əlavə
edilmişdir.
[11] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
987) ilə 23-cü
maddəyə yeni məzmunda üçüncü hissə
əlavə edilmişdir.
[12] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
987) ilə 27-ci maddədə “aparılan” sözü “tikinti layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin”
sözləri ilə, “Azərbaycan
Respublikasının qanunvericiliyi” sözləri “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu” sözləri ilə əvəz edilmişdir.
[13]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə
33-cü maddənin yeddinci hissəsində "xüsusi razılıq"
sözləri "icazə"
sözü ilə əvəz edilmişdir.
[14]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə
34-cü maddənin birinci hissəsinin ikinci
cümləsində "xüsusi
razılıq" sözləri "icazə" sözü ilə əvəz edilsin,
"növləri"
sözündən sonra "və
icazənin verilməsi qaydaları" sözləri
əlavə edilmişdir.
[15]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 35-ci maddənin onuncu abzasına “balıqçılıq”
sözündən sonra “, o
cümlədən akvakultura”
sözləri əlavə edilmişdir.
[16]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 36-cı maddənin birinci hissədə “həvəskar balıq ovu”
sözləri “balıq və
digər su bioresurslarının
həvəskar ovu” sözləri ilə əvəz
edilmişdir.
[17]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 36-cı maddənin ikinci hissədə “təbiəti mühafizə”
sözləri “ətraf
mühitin mühafizəsini”
sözləri ilə, “balıq
ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını”
sözləri ilə əvəz edilmişdir.
[18]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 36-cı maddənin üçüncü
hissədə “balıq”
sözündən sonra “və
digər su bioresurslarının”
sözləri əlavə edilmişdir.
[19]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 36-cı maddənin beşinci hissənin ikinci
cümləsində “balıq
tutmaq” sözləri “balıq
və digər su bioresurslarının ovu” sözləri ilə
əvəz edilmişdir.
[20]
17 aprel 2007-ci il tarixli 314-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 436) ilə 37-ci
maddəsinin 2-ci hissəsində “digər
dövlət və bələdiyyə ehtiyacları”
sözləri “digər
dövlət ehtiyacları və ya ictimai ehtiyaclar”
sözləri ilə əvəz edilmişdir.
[21]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 38-ci
maddənin "xüsusi
razılıq" sözləri "icazə" sözü ilə əvəz
edilmişdir.
[22] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 10, maddə 938) ilə 40-cı maddəsinin
birinci hissəsində "xüsusi
razılıq" sözləri "icazə" sözü ilə əvəz
edilmişdir.
[23] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 44-cü maddənin birinci
hissəsinin yeddinci abzasından “sudan
istifadəyə və” sözləri
çıxarılmışdır və həmin
hissəyə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.
[24] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 45-ci maddənin birinci
hissəsinin doqquzuncu abzasına “sudan
istifadə haqqını” sözlərindən əvvəl
“bu Məcəllənin 18-ci
maddəsinin ikinci hissəsinin tələbləri
nəzərə alınmaqla,” sözləri əlavə
edilmişdir.
[25]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 50-ci
maddəsinin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü
ilə əvəz edilmişdir.
[26] 10
oktyabr 2006-cı il tarixli 155-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 923) ilə
55-ci maddəsinin birinci hissəsində “kəndli (fermer)”
sözləri “ailə kəndli” sözləri ilə
əvəz edilmişdir.
[27]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 66-cı maddənin birinci hissədə “Balıq ehtiyatlarının
yetişdirilməsi, artırılması və ovlanması
üçün vətəgə əhəmiyyətli”
sözləri “Balıq və
digər su bioresurslarının ovu, toplanması və
akvakultura üçün balıqçılıq”
sözləri ilə əvəz edilmişdir.
[28]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 66-cı maddənin ikinci hissədə “Balıqçılıq
əhəmiyyətli sututarlarından və ya onların
ayrı-ayrı sahələrindən” sözləri “Balıqçılıq su
obyektlərindən” sözləri ilə əvəz
edilmişdir.
[29]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 66-cı maddənin üçüncü
hissədə “balıq
ehtiyatlarının” sözləri “balıq və digər
su bioresurslarının” sözləri ilə, “balıq təsərrüfatı
meliorasiya” sözləri “balıqçılıq
təsərrüfatı meliorasiyası” sözləri
ilə əvəz edilmişdir.
[30]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 67-ci maddənin adında, birinci və ikinci
hissələrində “balıq
yetişdirilməsi və ovlanması” sözləri “balıq və digər su bioresurslarının ovu və
akvakultura” sözləri ilə əvəz edilmişdir.
[31]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 68-ci maddənin adında “İdman və həvəskar balıq ovu”
sözləri “Balıq və
digər su bioresurslarının
idman və həvəskar ovu” sözləri ilə
əvəz edilmişdir.
[32]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 68-ci maddənin birinci hissə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Qoruqlar,
balıqartırma və balıqyetişdirmə
təsərrüfatları istisna olmaqla, bütün
sututarlardan Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydalara riayət etməklə
idman və həvəskar balıq ovu, üçün
istifadə edilə bilər.
[33]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 357)
ilə 68-ci maddənin adında ikinci hissədə “sututarları” sözü “dövlət mülkiyyətində olan balıqçılıq su
obyektlərini” sözləri ilə əvəz
edilmişdir.
[34]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 68-ci maddənin üçüncü
hissədə “idman və
həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman
və həvəskar ovu” sözləri ilə əvəz
edilmişdir.
[35]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 69-cu maddənin adından “əhəmiyyətli sututarlarda” sözləri
çıxarılmışdır.
[36]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 69-cu maddənin birinci cümlədə “Qiymətli balıq
növlərinin, su heyvanlarının və bitkilərinin”
sözləri “Qiymətli
növ balıq və digər su bioresurslarının”
sözləri ilə, “əhəmiyyətli
sututarlarda” sözləri “balıqçılıq su
obyektlərində” sözləri ilə əvəz
edilmişdi və ikinci cümlədə “sututarların” sözü “su obyektlərinin” sözləri ilə əvəz
edilmişdi.
[37]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 70-ci maddənin adında və birinci
hissədə “əhəmiyyətli
sututarlarda” sözləri “su
obyektlərində” sözləri ilə əvəz
edilmişdi.
[38]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 70-ci maddənin birinci hissədə “balıq ehtiyatlarının”
sözləri “balıq və
digər su bioresurslarının”
sözləri ilə əvəz edilmişdi.
[39]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 70-ci maddənin ikinci hissədə “əhəmiyyətli sututarlardan”
sözləri “su obyektlərindən”
sözləri ilə əvəz edilmişdi.
[40]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 71-ci maddənin adında “əhəmiyyətli sututarların” sözləri “su obyektlərinin”
sözləri ilə əvəz edilmişdi.
[41]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 71-ci maddənin birinci abzasda “əhəmiyyətli sututarlarda” sözləri “su
obyektlərində”
sözləri ilə əvəz edilmişdi.
[42]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 75-ci maddənin ikinci hissəsində “balıq tutmaq, ov etmək, su
bitkiləri yığmaq”
sözləri “balıq və
digər su bioresurslarını ovlamaq və toplamaq”
sözləri ilə əvəz edilmişdi.
[43] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 80-ci maddənin birinci
hissəsinə “su
obyektlərindən” sözlərindən sonra “tələb olunan həcmdə
və ödənişsiz” sözləri əlavə
edilmişdir.
[44] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə 80-ci maddəyə yeni
məzmunda ikinci hissə əlavə edilmişdir.
[45]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 81-ci maddənin birinci hissəsində “balıq ehtiyatlarının”
sözləri “balıq və
digər su bioresurslarının”
sözləri ilə əvəz edilmişdi.
[46]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 82-ci
maddənin dördüncü hissəsində "xüsusi razılıq"
sözləri "icazə"
sözü ilə əvəz edilmişdir.
[47] 25 dekabr 2007-ci il tarixli 524-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 47) ilə 84-cü
maddəsində yeni məzmunda beşinci abzas əlavə
edilmiş və beşinci abzas altıncı abzas hesab
edilmişdir.
[48] 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə
47) ilə 84-cü maddəsinin birinci hissəsindən
altıncı abzas çıxarılmışdır.
[49] 19
aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli "Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar
"Azərbaycan SSR-in inzibati ərazi quruluşu
məsələlərinin həlli qaydası haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi və Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə
237) ilə 92-ci maddənin üçüncü
hissəsində "İnzibati
rayonların" sözləri "Ərazi vahidlərinin" sözləri ilə
əvəz edilmişdir.
[50]
06 mart
2015-ci il tarixli 1220-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, ¹ 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
357) ilə 94-cü maddənin ikinci hissəsində “əhəmiyyətli sututarlarda”
sözləri “su obyektlərində”
sözləri ilə, “balıqların,
digər su heyvanları və bitkilərinin” sözləri
“balıq və digər su bioresurslarının”
sözləri ilə əvəz edilmişdi.
[51] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
987) ilə 94-cü maddənin
dördüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Suların
vəziyyətinə təsir edən
müəssisələrin, qurğuların və digər
obyektlərin tikiləcəyi yerlərin
müəyyənləşdirilməsi və onların tikinti
layihələrinin razılaşdırılması, onların
dövlət ekspertizası və istismara verilmə
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
[52] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
987) ilə 94-cü
maddəyə yeni məzmunda beşinci-yeddinci hissələr
əlavə edilmişdir.
[53] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə
96-cı maddənin birinci hissəsinin ikinci abzasına “sudan” sözündən,
üçüncü abzasına “su obyektlərindən”
sözlərindən əvvəl “bu
Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin
tələbləri nəzərə alınmaqla,”
sözləri əlavə edilmişdir.
[54] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 96-cı maddənin ikinci
abzasında, 97-ci maddənin adında, birinci, ikinci və
dördüncü hissələrində “pullu” sözü “ödənişli”
sözü ilə əvəz edilmişdir.
[55] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə
97-ci maddənin birinci hissəsində “Məcəllə ilə nəzərdə tutulmuş
hallar istisna olmaqla” sözləri “Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin
tələbləri nəzərə alınmaqla,”
sözləri ilə əvəz edilmişdir.
[56] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 97-ci maddənin
üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Sudan
pullu istifadə qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
əsasnaməyə uyğun olaraq müəyyən edilir.
[57] 3
dekabr 2002-ci il tarixli 392-IIQD
nömrəli "Bələdiyyələrin su
təsərrüfatı haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Su Məcəlləsinə
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, ¹ 1,
maddə 10) ilə 97-ci maddəyə yeni
dördüncü hissə əlavə edilmişdir.
[58] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 98-ci maddənin birinci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Sudan
istifadə haqqı müəyyən edilərkən
istifadə edilən suyun qiyməti əsas
götürülür.
[59] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 98-ci maddənin
üçüncü hissəsi ləğv edilmişdir.
[60] 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 sentyabr 2019-cu il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 9, maddə 1485) ilə
98-ci maddənin üçüncü hissəsi ləğv
edilmişdir.
[61]
16
dekabr 2014-cü il tarixli 1129-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci
il, ¹ 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹ 2, maddə 72) ilə 103-cü maddənin birinci
abzasında “və
vətəndaşlar” sözləri “, fiziki və hüquqi şəxslər”
sözləri ilə əvəz edilmişdir.
[62]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə
103-cü maddənin beşinci abzasında "xüsusi razılıq"
sözləri "icazə"
sözü ilə əvəz edilmişdir.
[63] 30 iyun 2017-ci il
tarixli 759-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹9, maddə 1631) ilə 103-cü maddənin on
beşinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
içməli
sudan yaşıllıqların suvarılmasında və
nəqliyyat vasitələrinin yuyulmasında, habelə
təyinatsız istifadə etdikdə;
[64] 30
dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında
"Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, ¹ 2, maddə 57) ilə
103-cü maddəsinin on doqquzuncu abzasının
əvvəlinə "lazımi
icazə olmadan su çıxarmaq üçün quyular
qazdıqda və ya" sözləri əlavə
edilmişdir.