AZƏRBAYCAN
RESPUBLİKASININ İNZİBATİ PROSESSUAL
MƏCƏLLƏSİ
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual
Məcəlləsinin tətbiqi dairəsi
1.1. Bu Məcəllə inzibati
hüquq münasibətləri ilə bağlı
mübahisələrin (bundan sonra - inzibati
mübahisələr) məhkəmə aidiyyətini, həmin
mübahisələrə məhkəmədə
baxılmasının və həll edilməsinin prosessual
prinsiplərini və qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə
başqa qayda müəyyən edilmədiyi və bu
Məcəllə ilə nəzərdə tutulmuş prosessual
prinsiplərə zidd olmadığı hallarda, inzibati
mübahisələrə dair işlər üzrə
məhkəmə icraatında (bundan sonra - inzibati
məhkəmə icraatı) Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin müddəaları
tətbiq oluna bilər.
1.3. Ələt azad iqtisadi
zonasında inzibati hüquq münasibətləri ilə
bağlı mübahisələrə baxılması
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq
tənzimlənir.[1]
Maddə 2. İnzibati mübahisələrin məhkəmə
aidiyyəti
2.1. Qanunla başqa aidiyyət
qaydası müəyyən edilməmişdirsə, inzibati
mübahisələrə dair işlər üzrə
məhkəmə icraatı inzibati məhkəmələr
və inzibati kollegiyalar tərəfindən həyata
keçirilir.[2]
2.2. İnzibati
məhkəmə icraatı qaydasında
aşağıdakı iddialara baxılır:
2.2.1. şəxsin hüquq
və vəzifələri ilə bağlı inzibati orqan
tərəfindən qəbul edilmiş inzibati aktın
mübahisələndirilməsinə (ləğv olunmasına
və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə
haqqında iddia);
2.2.2. inzibati orqanın
üzərinə inzibati aktın qəbul edilməsi ilə
bağlı müvafiq öhdəliyin qoyulmasına dair
iddialara və ya inzibati orqanın hərəkətsizliyindən
müdafiəyə dair iddialara (məcburetmə haqqında
iddia);
2.2.3. inzibati orqan
tərəfindən inzibati aktın qəbul edilməsi ilə
əlaqədar olmayan müəyyən
hərəkətlərin edilməsinə dair iddialara
(öhdəliyin icrası haqqında iddia);
2.2.4. inzibati orqanın inzibati
aktın qəbul edilməsi ilə əlaqədar olmayan və
bilavasitə şəxsin hüquq və
azadlıqlarını pozan qanunsuz müdaxiləsindən
müdafiəyə dair iddialara (müəyyən
hərəkətləri etməkdən çəkinməyə
dair iddia);
2.2.5. inzibati hüquq
münasibətinin mövcud olmasına və ya olmamasına,
habelə inzibati aktın etibarsız sayılmasına dair
iddialara (müəyyən etmə və ya tanınma
haqqında iddia);
2.2.6. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
səlahiyyətlərinə aid olan məsələlər
istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun
yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında
iddia);
2.2.7. inzibati
mübahisələrin həlli ilə bağlı əmlak
tələbinə, habelə inzibati orqanların qanunsuz
qərarları (inzibati aktları) və ya
hərəkətləri (hərəkətsizliyi)
nəticəsində vurulmuş ziyana görə
kompensasiyanın ödənilməsi tələbinə dair
iddialara;
2.2.8.
bələdiyyələrin inzibati nəzarət
orqanlarının hərəkətlərinə qarşı
və ya inzibati nəzarət orqanlarının
bələdiyyələrə qarşı iddialarına;
2.2.9. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq bankın
sağlamlaşdırılması, rezolyusiyası
çərçivəsində verdiyi, bankın məcburi
ləğvi və ləğvedicinin təyin edilməsi,
bankın iflas proseduruna başlanması, bankın kapitalında
mühüm iştirak payı olan şəxsin payının
özgəninkiləşdirilməsi və ya bank
tərəfindən geri alınması və digər
nəzarət tədbirləri ilə bağlı maliyyə
bazarlarına nəzarət orqanının
ərizələrinə.[3]
Maddə 3. İnzibati məhkəmələr və məhkəmə
kollegiyaları[4]
3.1. Bu Məcəllənin 3.2-ci
maddəsində müəyyən edilmiş hallar istisna
olmaqla, inzibati mübahisələrə birinci instansiya
məhkəməsi qismində inzibati məhkəmələr
tərəfindən baxılır.[5]
3.2. Bu Məcəllənin XV,
XVI, XVII, XVIII,
XVIII-I,
XIX
fəsillərində nəzərdə tutulmuş
mübahisələrə (ərizələrə) dair iddialara
birinci instansiya məhkəməsi qismində Azərbaycan
Respublikası apellyasiya instansiyası
məhkəmələrinin inzibati kollegiyaları
tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri
tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı,
bu Məcəllənin XV, XVI, XVII, XVIII,
XVIII-I,
XIX fəsillərində başqa
qayda nəzərdə tutulmadığı hallarda, birinci
instansiya məhkəməsində icraatla bağlı bu
Məcəllədə müəyyən edilmiş müvafiq
prosessual qaydalar tətbiq olunur.[6]
3.3. İnzibati
mübahisələrə apellyasiya qaydasında Azərbaycan
Respublikası apellyasiya instansiyası
məhkəmələrinin inzibati kollegiyaları
tərəfindən baxılır.[7]
3.4. İnzibati
mübahisələrə kassasiya qaydasında Ali
Məhkəmənin İnzibati kollegiyası
tərəfindən baxılır. [8]
3.5. İnzibati məhkəmələrdə
inzibati mübahisələrə hakim tərəfindən
təkbaşına baxılır.
3.6. Azərbaycan Respublikası
apellyasiya instansiyası məhkəmələrinin inzibati
kollegiyalarında (həm birinci instansiya məhkəməsi
qismində, həm də apellyasiya instansiyası
məhkəməsi qismində) inzibati
mübahisələrə 3 hakimdən (daimi sədrlik
edəndən və iki hakimdən) ibarət məhkəmə
tərkibi tərəfindən baxılır.
3.7. Kassasiya qaydasında inzibati
mübahisələrə dair işlərə 3 hakimdən
(daimi sədrlik edəndən və iki hakimdən) ibarət
məhkəmə tərkibi tərəfindən
baxılır.
3.8. Bu Məcəllə ilə
başqa qayda müəyyən edilməmişdirsə, inzibati
məhkəmələrin və inzibati kollegiyaların təşkili
və onların hüquqi statusu “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir. [9]
Maddə 4. Məhkəmə qərarının qəbul
edilməsi qaydası
4.1. İnzibati
mübahisəyə baxılması və onun həll
edilməsi ilə bağlı məhkəmə qərar
qəbul edir. Qərar yazılı şəkildə tərtib
edilir və hakim (işə kollegial qaydada baxıldıqda,
məhkəmə tərkibinə daxil olan hakimlərdən
hər biri) tərəfindən imzalanır.
4.2. İnzibati
mübahisəyə dair işə 3 hakimdən ibarət
məhkəmə tərkibi tərəfindən
baxıldığı hallarda məhkəmə qərarı
səs çoxluğu ilə qəbul edilir. Səsvermə
zamanı hakimlərdən hər hansı birinin bitərəf
qalmasına yol verilmir. Sədrlik edən sonuncu olaraq səs
verir.
4.3. Azlıqda qalan hakim öz
xüsusi rəyini yazılı şəkildə tərtib
edə bilər, həmin rəy işə əlavə edilir.
Apellyasiya instansiyası məhkəmələrinin və Ali
Məhkəmənin inzibati mübahisələrə dair
işlər üzrə kollegiyaları hakiminin xüsusi
rəyi müvafiq məhkəmə tərkibinin qərarı
ilə birlikdə dərc edilir. [10]
Maddə 5. İnzibati məhkəmələrin və ya məhkəmə
kollegiyalarının səyyar iclasları[11]
İnzibati
məhkəmələr və ya məhkəmə
kollegiyaları öz ərazi yurisdiksiyaları daxilində,
zərurət olduğu hallarda, başqa
şəhərlərdə və ya yaşayış
məntəqələrində səyyar məhkəmə
iclasları keçirə bilərlər.
Maddə 6. İnzibati məhkəmələrdə və kollegiyalarda iş
bölgüsü [12]
İnzibati məhkəmələrdə və kollegiyalarda
işlərin bölüşdürülməsi
kargüzarlıq qaydalarına uyğun aparılır.
Maddə 7. Mübahisə ilə bağlı iş üzrə
icraatın dayandırılması
7.1. Mübahisənin həllinin
tamamilə və ya qismən həmin dövrdə baxılan
digər inzibati mübahisənin predmetini təşkil edən
və ya inzibati orqan tərəfindən baxılmalı olan
hüquq münasibətinin mövcud olmasından və ya
olmamasından asılı olduğu hallarda, məhkəmə
iş üzrə icraatı həmin mübahisə həll
edilənə kimi və ya inzibati orqan tərəfindən
müvafiq qərar qəbul edilənə kimi dayandıra
bilər. İş üzrə icraatın
dayandırılması haqqında məsələni həll
edərkən, məhkəmə onun davam etdirilməsinin
məqsədəuyğunluğu ilə bağlı halları
nəzərə almalıdır.
7.2. İnzibati
məhkəmə icraatının gedişində
mübahisənin predmeti və ya mübahisə edilən
hüquq münasibəti ilə bağlı cinayətin
törədilməsi ilə əlaqədar cinayət
təqibinin mübahisənin həllinə təsir edə
biləcəyi hallarda, habelə məhkəmənin
qərarının cinayət və ya mülki işlər
üzrə məsələnin həllindən asılı
olduğu hallarda məhkəmə cinayət işi və ya
mülki iş üzrə icraat başa çatana kimi
məhkəmə baxışını
dayandırmalıdır.
Maddə 8. Məhkəmə aidiyyətinin
müəyyənləşdirilməsi
8.1. İnzibati
mübahisələrin ərazi aidiyyəti müəyyən
edilərkən aşağıdakı qaydalar tətbiq olunur:
8.1.1. daşınmaz əmlakla,
yaxud müəyyən ərazi ilə bağlı hüquq
və ya hüquq münasibəti ilə əlaqədar inzibati
mübahisələrə həmin əmlakın və ya
ərazinin aid olduğu yerin məhkəməsi
tərəfindən baxılır;
8.1.2.
mübahisələndirmə haqqında iddialara mübahisə
edilən inzibati aktı qəbul etmiş inzibati orqanın
yerləşdiyi yerin məhkəməsi tərəfindən
baxılır. İnzibati akt səlahiyyəti birdən
çox məhkəmənin yurisdiksiyasına aid olan
ərazini əhatə edən inzibati orqan tərəfindən
qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı
iddialara hüquqlarına (qanunla qorunan maraqlarına)
müdaxilə edilən şəxsin yaşayış yerinin
və ya olduğu yerin məhkəməsi tərəfindən
baxılır. Azərbaycan Respublikasının xaricdə
yerləşən diplomatik nümayəndəlikləri və
konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə
Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra
hakimiyyəti orqanının yerləşdiyi yerin
məhkəməsi tərəfindən baxılır;
8.1.3. inzibati orqanla hakim,
dövlət qulluqçusu və ya hərbi qulluqçu
arasında mövcud olan və ya əvvəllər mövcud
olmuş xidməti hüquq münasibətləri ilə
bağlı həmin orqana qarşı iddialara, habelə
belə hüquq münasibətlərinin yaranması ilə
əlaqədar mübahisələrə iddiaçının
xidməti yaşayış sahəsinin olduğu yerin, belə
yaşayış sahəsinin olmadığı hallarda
yaşayış yerinin, bu halların heç birinin
olmadığı təqdirdə isə ilkin inzibati aktı
qəbul etmiş inzibati orqanın (cavabdehin)
yerləşdiyi yerin məhkəməsi tərəfindən
baxılır;
8.1.3-1.
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz
gəmisinin və ya daxili səfər gəmisinin
kapitanının vəsiyyətnamənin təsdiqi ilə
əlaqədar hərəkəti və ya hərəkətsizliyi,
yaxud onu təsdiq etməkdən imtina etməsi ilə
bağlı iddialara həmin gəminin qeydiyyat
limanının
yerləşdiyi yerin məhkəməsi tərəfindən
baxılır.[13]
8.1.4. digər hallarda iddialara
cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin,
yaşayış yerinin olmadığı hallarda olduğu
yerin və ya axırıncı yaşayış yaxud
olduğu yerin məhkəməsi tərəfindən baxılır.
8.2. Predmet və ya ərazi
aidiyyəti üzrə mübahisəyə baxılması
onun səlahiyyətinə aid olmadığı hallarda,
məhkəmə tərəfləri dinlədikdən sonra
xidməti vəzifəsinə görə mübahisənin
aidiyyətini müəyyənləşdirir və həmin
mübahisə ilə bağlı işi aidiyyəti üzrə
müvafiq səlahiyyətli məhkəməyə
göndərir.
8.3. Mübahisəyə
baxılmasının birdən artıq məhkəmənin
səlahiyyətinə aid olduğu hallarda, məhkəmə
mübahisə ilə bağlı işi iddiaçı
və ya ərizəçi tərəfindən
seçilən məhkəməyə göndərir.
İddiaçı və ya ərizəçi
tərəfindən belə seçim edilmədiyi hallarda,
məhkəmə mübahisə ilə bağlı işi
aidiyyət qaydalarına uyğun olaraq müvafiq
səlahiyyətli məhkəməyə göndərir.
8.4. Tərəflərdən
birinin məhkəmə aidiyyətini
mübahisələndirdiyi hallarda, mübahisəyə
baxılmasının onun səlahiyyətinə aid olması
barədə məsələ məhkəmə
tərəfindən həll edilir.
8.5. Bu Məcəllənin
8.2-8.4-cü maddələrində nəzərdə
tutulmuş hallarda məhkəmə
əsaslandırılmış qərardad qəbul edir.
Məhkəmənin aidiyyətlə bağlı
qərardadından, həmin qərardadın təqdim
olunduğu vaxtdan 10 gün müddətində yuxarı
məhkəməyə şikayət verilə bilər.
8.6. İnzibati
məhkəmənin aidiyyətlə bağlı
qərardadı qanuni qüvvəyə mindikdən sonra
həmin qərardad apellyasiya instansiyası
məhkəmələrinin inzibati kollegiyaları və ya bu
Məcəllənin 9.1.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə
ilə bağlı işin göndərildiyi məhkəmə
üçün məcburidir. Apellyasiya instansiyası
məhkəməsinin inzibati kollegiyasının
aidiyyətlə bağlı qərardadı qanuni
qüvvəyə mindikdən sonra, mübahisə ilə
bağlı işin göndərildiyi məhkəmə
üçün məcburidir.[14]
Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli
məhkəmənin müəyyən edilməsi
9.1. Aşağıdakı
hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli
məhkəmə müvafiq yuxarı məhkəmə
instansiyası tərəfindən müəyyən edilir:
9.1.1. səlahiyyətli
məhkəmə konkret halda hüquqi və ya faktiki
baxımdan məhkəmə icraatını həyata
keçirə bilmədikdə;
9.1.2. birdən çox
məhkəmə özünü səlahiyyətli
saydıqda;
9.1.3. mübahisə ilə
bağlı işin göndərildiyi məhkəmə
özünü səlahiyyətli saymadıqda.
9.2. Bu Məcəllənin 8.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada ərazi
aidiyyətini müəyyən etmək mümkün
olmadığı hallarda, səlahiyyətli məhkəmə
Ali Məhkəmə tərəfindən müəyyən
edilir.
9.3. Məhkəmə
icraatının hər bir iştirakçısı və
mübahisəyə baxan hər bir məhkəmə
aidiyyətlə bağlı yuxarı məhkəməyə
müraciət edə bilər. Yuxarı məhkəmə
müraciət üzrə şifahi məhkəmə
baxışı keçirmədən də qərar qəbul
etməyə haqlıdır.
II fəsil
İNZİBATİ
MƏHKƏMƏ İCRAATININ PRİNSİPLƏRİ
Maddə 10. Hakimlərin müstəqilliyi prinsipi
10.1. İnzibati
məhkəmə icraatını həyata
keçirərkən hakimlər müstəqildirlər və
yalnız Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına tabedirlər. 10.2. İnzibati
mübahisəyə baxılması və onun həll
edilməsi ilə əlaqədar hakimə hər hansı
təsir göstərilməsi qadağandır. 10.3.
İnzibati mübahisəyə baxılması və ona dair
qərarın qəbul edilməsi ilə əlaqədar hakimin
birbaşa və ya dolayı göstərişlər
gözləməsi və ya belə göstərişləri
qəbul etməsi yolverilməzdir.
Maddə 11. Qanun və məhkəmə qarşısında
bərabərlik prinsipi
11.1. İnzibati
məhkəmə icraatı hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi
əsasında həyata keçirilir.
11.2. Məhkəmə inzibati
prosesin gedişində proses iştirakçılarından
hər birinə öz mövqeyini ifadə etmək, prosessual
hüquqlarını və vəzifələrini həyata
keçirmək üçün tam və bərabər
imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması
prinsipi
12.1. Məhkəmə proses
iştirakçılarının izahatları, ərizə
və təklifləri ilə, onların təqdim etdikləri
sübutlarla və işdə olan digər materiallarla
kifayətlənməyərək, mübahisənin
düzgün həlli üçün əhəmiyyət
kəsb edən bütün faktiki halları xidməti
vəzifəsinə görə araşdırmağa borcludur.
12.2. Məhkəmə
müstəqil şəkildə öz
təşəbbüsü ilə və ya proses
iştirakçılarının vəsatətinə
əsasən digər zəruri sübutları toplamağa
borcludur. Məhkəmə tərəflərdən
əlavə məlumat və sübutlar tələb edə
bilər.
12.3. Məhkəmə prosesinin
iştirakçıları mübahisə ilə bağlı
faktiki halların araşdırılmasında və
sübutların toplanılmasında məhkəməyə
yardım etməyə borcludurlar.
12.4. Proses
iştirakçıları tərəfindən hər
hansı sübutun məhv edilməsi və ya
gizlədilməsi yaxud hər hansı başqa üsulla
həmin sübutun araşdırılmasına maneçilik
törədilməsi qadağandır. Belə halların
baş verdiyi təqdirdə, məhkəmə konkret
işlə bağlı bütün xüsusiyyətləri
nəzərə alaraq sübut etmə vəzifəsinin
dönüşü haqqında qərardad qəbul edə
bilər.
Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi
Məhkəmə
qaldırılan iddialarda yol verilən formal xətaların
aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin
dəqiqləşdirilməsində, yanlış iddia
növlərinin münasibləri ilə əvəz
olunmasında, natamam faktiki məlumatların tamamlanmasında,
eləcə də işin hallarının
müəyyənləşdirilməsi və
qiymətləndirilməsi baxımından əhəmiyyət
kəsb edən izahatların təqdim olunmasında proses
iştirakçılarına yardım etməyə borcludur.
Maddə 14. Sübut etmə vəzifəsi
14.1.
Mübahisələndirilən inzibati aktı qəbul etmiş
inzibati orqan həmin aktın qəbul edilməsini zəruri
edən faktiki şərtlərin mövcudluğunu sübut
etməlidir.
14.2. İnzibati orqanın
inzibati aktın qəbul edilməsi ilə əlaqədar
olmayan və bilavasitə şəxsin hüquq və
azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə
dair iddialar üzrə belə müdaxiləni zəruri
edən faktiki şərtlərin mövcudluğunu sübut
etmək vəzifəsi müvafiq inzibati orqanın
üzərinə düşür.
14.3. İnzibati aktın
qəbul edilməsi tələbinə dair (məcburetmə
haqqında) iddialar üzrə həmin aktın qəbul
edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu
sübut etmək vəzifəsi iddiaçının
üzərinə düşür. Lakin inzibati orqan
iddiaçının arzuladığı inzibati aktın
qəbulunu konkret halda istisna edən faktiki şərtlərin
mövcudluğuna istinad etdiyi hallarda, belə
şərtlərin mövcudluğunu sübut etmək
vəzifəsi həmin inzibati orqanın üzərinə
düşür.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və
dispozitivlik prinsipləri
15.1. İnzibati
məhkəmə icraatı çəkişmə (kontradiktor
icraat) prinsipi əsasında həyata keçirilir.
15.2. İnzibati
məhkəmə icraatında tərəflər
mübahisəyə baxılmasını barışıq
sazişi ilə, iddiaçının iddiadan imtina etməsi
ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya
hüquqi mübahisənin nizamlanması barədə
müştərək bəyanatla sona çatdıra
bilərlər.
Maddə 16. Məhkəmə baxışının şifahiliyi
prinsipi
16.1. Məhkəmə
tərəfindən mübahisəyə şifahi
məhkəmə baxışı (şifahi dinləmələr)
qaydasında baxılır.
16.2. Tərəflərin
razılığı ilə məhkəmə
mübahisəni şifahi məhkəmə baxışı
(şifahi dinləmələr) keçirmədən də
həll edə bilər.
16.3. Mübahisəni
mahiyyəti üzrə həll etməyən
məhkəmə qərardadları şifahi
məhkəmə baxışı keçirilmədən
də qəbul edilə bilər.
Maddə 17. Məhkəmə baxışının
aşkarlığı prinsipi
17.1. Məhkəmə
iclasları, bu Məcəllənin 17.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət
üçün açıq keçirilir. Məhkəmə
iclasının qapalı keçirildiyi hallar istisna olmaqla,
hər hansı şəxsin məhkəmə iclasına
buraxılmaması qadağandır.
17.2. Proses
iştirakçıları və iclas zalında olan digər
şəxslər iclasın gedişinə dair qeydlər apara
bilərlər. Bu Məcəllənin 17.3-cü
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, tərəflərdən hər hansı birinin
vəsatətinə əsasən və ya məhkəmənin
öz təşəbbüsünə əsasən
məhkəmə iclasının audio yazılışına,
video və foto çəkilişinə məhkəmə
tərəfindən icazə verilə bilər.
17.3. İnformasiyanın, qanunla
qorunan hər hansı sirrin açıqlanmasının
yolverilməz olduğu hallarda, proses
iştirakçılarının şəxsi və ya
ailə həyatının toxunulmazlığının
təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik
yaşına çatmayan şəxslərin maraqlarının
qorunmasının zəruri olduğu hallarda, habelə proses
iştirakçılarının və ya digər
şəxslərin həyatı, sağlamlığı
və ya azadlığı üçün təhlükə
yarandığı hallarda proses
iştirakçılarının vəsatəti və ya
məhkəmənin öz təşəbbüsü ilə
məhkəmə iclası qapalı keçirilə bilər.
Məhkəmə iclasının qapalı keçirilməsi
barədə məhkəmə
əsaslandırılmış qərardad qəbul edir.
Həmin qərardad açıq məhkəmə iclasında
elan edilməlidir.
17.4. Qapalı məhkəmə
iclasında tərəflər və digər proses
iştirakçıları, onların
nümayəndələri və vəkilləri,
zərurət olduğu hallarda şahidlər, ekspertlər
və tərcüməçilər iştirak edə
bilərlər. Qapalı məhkəmə iclasında
iştirak edən şəxslər iclasın gedişində
onlara məlum olan informasiyanı yaymamaq barədə
xəbərdar olunurlar.
17.5. Mübahisə ilə
bağlı işə qapalı məhkəmə iclasında
baxan məhkəmə açıq inzibati məhkəmə
icraatı ilə bağlı bütün prosessual qaydalara
əməl etməyə borcludur.
17.6. Mübahisə ilə
bağlı işə qapalı məhkəmə iclasında
baxıldığı hallarda da, məhkəmənin yekun
qərarı (qərardadı) açıq məhkəmə
iclasında elan olunur.
III fəsil
ETİRAZLAR
Maddə 18. Hakim tərəfindən işə baxılmasına
yol verilməməsi
18.0. Hakim
aşağıdakı hallarda işə baxa bilməz və
özü-özünə etiraz etməlidir:
18.0.1. proses
iştirakçılarından birinin və ya onlardan hər
hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə
də məhkəmə tərkibinin üzvlərindən
birinin valideyni, övladı, nəvəsi, babası
(nənəsi), qardaşı (bacısı), əmisi
(dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi,
xalası) uşağı, bacanağı (baldızı)
olduqda; [15]
18.0.2. proses
iştirakçılarından birinin və ya onlardan hər
hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə
də məhkəmə tərkibinin üzvlərindən
birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya
olmuşdursa;
18.0.3. bu Məcəllənin
18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin
arvadı (əri) ilə müvafiq qohumluq
əlaqələrində olduqda;
18.0.4. proses
iştirakçılarından birinin və ya onlardan hər
hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə
də məhkəmə tərkibinin üzvlərindən
birinin kürəkəni (gəlini), qayınatası
(qayınanası) olduqda.
Maddə 19. Hakimə etiraz olunması üçün əsaslar
19.1. Hakimə
aşağıdakı hallarda etiraz oluna bilər:
19.1.1. bu Məcəllənin
18-ci maddəsində nəzərdə tutulmuş əsaslar
olduqda;
19.1.2. o, inzibati icraatda, o
cümlədən şikayət instansiyasında
mübahisələndirilən inzibati aktın qəbul və
ya təsdiq olunmasında iştirak etdikdə;
19.1.3. o, məhkəmə
tərkibi müşavirəyə çıxana kimi
mübahisə ilə bağlı işin mümkün
nəticəsi barədə məhkəmə
baxışından kənar istənilən formada mövqe
bildirdikdə (və ya açıq bəyanat verdikdə);
19.1.4. o, inzibati
məhkəmə icraatında maraqlarına toxunulan qurumun
əvvəllər nümayəndəsi və ya vəkili olduqda; [16]
19.1.5. o, işin
nəticəsində birbaşa və ya dolayısı ilə
maraqlı olduqda və ya onun qərəzsizliyinə
şübhə doğuran sair hallar olduqda.
19.2. Etiraz haqqında
vəsatət yazılı formada, məhkəmə
iclasının gedişində isə şifahi formada
verilə bilər. Vəsatətdə etiraza səbəb olan
əsaslar göstərilməlidir.
19.3. Etiraz haqqında
vəsatət, etiraz etmək üçün əsasın
proses iştirakçısına məlum olduğu andan
dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün
olmadığı hallarda isə 3 gün müddətində
verilə bilər.
IV fəsil
MƏHKƏMƏ
AKTLARINI VƏ SƏNƏDLƏRİNİ
TƏQDİMETMƏ
Maddə 20. Təqdimetmə
20.1. Müddətin
axımının başlanmasına səbəb olan
məhkəmə qərarları, qərardadları,
sərəncamları (bundan sonra - məhkəmə
aktları), eləcə də məhkəmə
iclasının tarixinin müəyyən olunması ilə
və ya məhkəməyə çağırışla
bağlı olan məhkəmə sənədləri proses
iştirakçılarına şəxsən və ya
digər üsullarla təqdim edilməlidir. Hər bir halda
təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər
və ya sənədlər iş üzrə materiallara
əlavə olunur.
20.2. Azərbaycan
Respublikasının ərazisində yaşayış yeri
və ya olduğu yer olmayan proses iştirakçısı,
məhkəmənin tələbinə əsasən ona
ünvanlanmış məhkəmə aktlarını və
digər məhkəmə sənədlərini almaq
üçün Azərbaycan Respublikasının
ərazisində daimi yaşayış yeri olan tam
fəaliyyət qabiliyyətli şəxsi müvəkkil
təyin etməyə borcludur. Müvəkkilin təyin
edilmədiyi hallarda, məhkəmə həmin proses
iştirakçısı qarşısında
təqdimetmə vəzifəsi daşımır və
təqdim edilməli sənədləri məhkəmə
binasının elanlar lövhəsində asmaqla
kifayətlənə bilər.
20.3. Məhkəmə
aktları və sənədləri bu Məcəllənin 20.1-ci
və 20.2-ci maddələrinin xüsusiyyətləri
nəzərə alınmaqla Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində müəyyən
edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
Maddə 21. Kütləvi informasiya vasitələrində dərc
olunma yolu ilə elan etmə
21.1. Məhkəmə
aktının 40 nəfərdən çox şəxsə
elan edilməsinin tələb olunduğu hallarda,
məhkəmə həmin aktın kütləvi informasiya
vasitələrində dərc olunma yolu ilə elan edilməsi
haqqında qərardad qəbul edə bilər.
21.2. Qərardadda
məhkəmə aktının dərc olunacağı kütləvi
informasiya vasitəsi (gündəlik qəzet)
göstərilməlidir. Bu zaman həmin aktın
qüvvəsinin şamil olunacağı ehtimal edilən
ərazilərdə daha çox yayılan kütləvi
informasiya vasitələrinə (gündəlik
qəzetlərə) üstünlük verilməlidir.
21.3. Qərardad proses iştirakçılarına
təqdim olunmalıdır. Qərardadda məhkəmə
aktının növbəti dəfə hansı üsulla elan
ediləcəyi və həmin aktın nə vaxt təqdim
olunmuş sayılacağı barədə məlumatlar
nəzərdə tutulmalıdır.
21.4. Məhkəmə dərc
olunma haqqında qərardadını istənilən vaxt
ləğv edə bilər. Bu Məcəllənin 21.1-ci
maddəsində göstərilən şərtlər
mövcud olmadıqda və ya aradan qalxdıqda
məhkəmə həmin qərardadı ləğv
etməyə borcludur.
21.5. Məhkəmənin
dərc olunma haqqında qərardadından şikayət
verilə bilməz.
21.6. Dərc olunma yolu ilə
elan edilməsi nəzərdə tutulan məhkəmə
aktı müvafiq ərazidə yayılan kütləvi
informasiya vasitəsində (gündəlik qəzetdə)
dərc olunmalı və eyni zamanda məhkəmədə
elanlar lövhəsindən asılmalıdır.
Məhkəmə aktı bu Məcəllənin 21.2-ci
maddəsində nəzərdə tutulmuş gündəlik
qəzetlərdə dərc olunduğu hallarda, elanlar
lövhəsində məhkəmə aktının
nəticəvi hissəsini və ondan şikayət qaydası
haqqında məlumatı asmaq kifayətdir. Məhkəmə
aktı əvəzinə elanlar lövhəsində və ya
gündəlik qəzetdə həmin məhkəmə
aktının tam mətni ilə harada və necə
tanış olmaq barədə müvafiq olaraq məlumat
asıla və ya dərc edilə bilər.
21.7. Məhkəmə
iclasının vaxtı və məhkəməyə
çağırış haqqında qərardadlar tam
şəkildə elanlar lövhəsindən asılmalı
və dərc olunmalıdır.
21.8. Məhkəmə
aktları və sənədləri gündəlik
qəzetdə dərc olunduğu gündən 2 həftə
sonra təqdim olunmuş sayılır.
21.9. Məhkəmə aktı
kütləvi informasiya vasitələrində dərc olunduqdan
sonra, proses iştirakçıları həmin aktın bir
nüsxəsinin onlara verilməsini yazılı
şəkildə tələb etmək hüququna
malikdirlər.
21.10. Məhkəmə aktı
bu Məcəllənin 21.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada dərc olunduqda, bu
Məcəllənin 21.8-ci və 21.9-cu maddələrində
nəzərdə tutulmuş qaydalar barədə həmin
nəşrlərdə müvafiq məlumat verilməlidir.
V fəsil
PROSESSUAL
MÜDDƏTLƏR
Maddə 22. Müddətlər
22.1. Bu Məcəllə ilə
başqa qayda nəzərdə tutulmamışdırsa,
müddətin axımı təqdim edilmə anından,
təqdim edilmənin bu Məcəllə ilə məcburi
hesab olunmadığı hallarda isə, elan edilmə
anından başlanır.
22.2. Müddətlərlə
bağlı bu fəslin müddəaları nəzərə
alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsi ilə müəyyən olunmuş qaydalar
tətbiq olunur.
Maddə 23. Hüquqi müdafiə vasitələri ilə
bağlı prosessual müddətlərin hesablanması
23.1. Məhkəmə
qərarına (qərardadına) qarşı şikayət
verilməsi ilə bağlı bu Məcəllədə
nəzərdə tutulmuş müddətin axımı, proses
iştirakçısına həmin qərara (qərardada)
qarşı şikayət vermənin qaydası və
müddəti, şikayətin verilə biləcəyi
məhkəmə və onun ünvanı barədə
məlumatların nəzərdə tutulduğu
məhkəmə aktının və ya bu barədə
məhkəmə tərəfindən yazılı
məlumatın təqdim edildiyi gündən başlanır.
23.2. Hüquqi müdafiə
vasitələri, həmin hüquqi müdafiə
vasitələrindən istifadə qaydası və
müddəti ilə bağlı məlumat bu
Məcəllənin 23.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif
olunmuş şəkildə təqdim olunduqda,
məhkəmə qərarına (qərardadına)
qarşı onun təqdim olunduğu və ya elan olunduğu
gündən 1 il müddətində şikayət verilə
bilər. Həmin müddətdə şikayətin
verilməməsinin təbii fəlakət və ya digər
qarşısıalınmaz hadisə ilə, eləcə
də hüquqi müdafiə vasitələrindən
istifadəyə yol verilməməsi barədə
yazılı xəbərdarlıqla bağlı olduğunu
sübut edən proses iştirakçısı, hüquqi
müdafiə vasitələrindən istifadə etməyə
mane olmuş hallar aradan qalxdığı gündən 15
gün ərzində şikayət verə bilər.
Maddə 24. Prosessual müddətlərin bərpa olunması
24.1. Bu Məcəllə ilə
müəyyən olunmuş müddət proses
iştirakçısının təqsiri olmadan
buraxıldığı hallarda, məhkəmə həmin
şəxsin ərizəsinə əsasən buraxılmış
prosessual müddəti bərpa etməlidir.
24.2. Buraxılmış
prosessual müddətin bərpa edilməsi barədə
ərizə müddətə əməl olunmasına mane olan
hallar aradan qalxdığı gündən 15 gün ərzində
verilməlidir. Müddətin buraxılmasına səbəb
olmuş hallar ərizədə və ya ərizə
üzrə keçirilən məhkəmə iclasında
əsaslandırılmalıdır.
24.3. Ərizənin verilməsi
ilə eyni vaxtda müddəti buraxılmış prosessual
hərəkət də edilməlidir.
24.4. Təbii fəlakət
və ya digər qarşısıalınmaz hallar,
eləcə də hüquqi müdafiə
vasitələrindən istifadəyə yol verilməməsi
barədə yazılı xəbərdarlıqla bağlı
olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il
keçdikdən sonra həmin müddətin bərpasına
dair ərizə verilə bilməz.
24.5. Ərizə prosessual
hərəkətin edilməli olduğu
məhkəməyə verilir. Həmin ərizəyə
məhkəmə iclasında baxılır.
Ərizəçiyə məhkəmə iclasının yeri
və vaxtı barədə məlumat verilir.
24.6. Buraxılmış
prosessual müddətin bərpa edilməsi haqqında
qərardad qəbul edən məhkəmə, eyni vaxtda
buraxılmış prosessual hərəkətlərə dair
məsələni də həll etməlidir.
24.7. Buraxılmış
prosessual müddətin bərpa edilməsi haqqında
məhkəmə qərardadından şikayət verilə
bilməz.
VI fəsil
PROSES
İŞTİRAKÇILARI. İDDİANIN NÖVLƏRİ
Maddə 25. Prosessual hüquq qabiliyyəti
25.0. İnzibati
məhkəmə icraatında iştirak etmək hüququna
aşağıdakılar malikdirlər:
25.0.1. fiziki və ya hüquqi
şəxslər;
25.0.2. dövlət orqanları
və ya bələdiyyələr.
Maddə 26. Prosessual fəaliyyət qabiliyyəti
26.1. İnzibati
məhkəmə icraatında prosessual
hərəkətləri etmək hüququna
aşağıdakılar malikdirlər:
26.1.1. mülki hüquq
normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli
sayılan şəxslər;
26.1.2. mülki hüquq
normalarına əsasən məhdud fəaliyyət
qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə
icraatının predmetinə münasibətdə ümumi
hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət
qabiliyyətli sayılan şəxslər.
26.2. Dövlətin,
bələdiyyələrin və ya hüquqi
şəxslərin adından prosessual
hərəkətləri onların qanunlarla, digər hüquqi
aktlarla və ya dövlət (bələdiyyə)
orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi
(əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli
şəxsləri və ya dövlət və
bələdiyyə orqanları, yaxud hüquqi
şəxslər tərəfindən xüsusi
səlahiyyət verilmiş, əsas iş yeri həmin
dövlət və bələdiyyə orqanları və ya
hüquqi şəxslər olan işçiləri həyata
keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər
tərəfindən səlahiyyət verilmiş işçisi ilə
təmsil olunmuş inzibati orqan da dövlətin adından
prosessual hərəkətləri həyata keçirə
bilər. [17]
26.3. Məhdud fəaliyyət
qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan
şəxslər inzibati məhkəmə icraatında
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
müvafiq müddəalarına uyğun olaraq təmsil
olunurlar.
Maddə 27. İnzibati məhkəmə icraatının
iştirakçıları
27.0. Aşağıdakılar
inzibati məhkəmə icraatının
iştirakçıları sayılırlar:
27.0.1. iddiaçı (və ya bu
Məcəllənin 132-ci maddəsinə uyğun olaraq
ərizəçi);[18]
27.0.2. cavabdeh;
27.0.3. inzibati məhkəmə
icraatına cəlb olunmuş üçüncü
şəxslər.
Maddə 28. Üçüncü şəxslərin inzibati
məhkəmə icraatına cəlb olunması
28.1. İş üzrə
məhkəmə qərarı qanuni qüvvəyə
minənə qədər və ya iş yuxarı instansiya
məhkəməsinin icraatında olduğu müddətdə,
məhkəmə qərarının digər
şəxslərin qanunla qorunan maraqlarına toxunacağı
hallarda, məhkəmə xidməti vəzifəsinə
uyğun olaraq öz təşəbbüsü ilə və
ya həmin şəxslərin vəsatəti əsasında
onları üçüncü şəxs qismində inzibati
məhkəmə icraatına cəlb edə bilər.
Məhkəmə qərarının qəbul edildiyi, lakin
qanuni qüvvəyə minmədiyi dövrdə
məhkəmə üçüncü şəxslərin
icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə,
həmin məhkəmə qərarının ləğv
edilməsi və işə mahiyyəti üzrə
baxılmasının təzələnməsi barədə
qərardad qəbul edir.
28.2. Mübahisə edilən
hüquq münasibətində üçüncü
şəxsin iştirakının xarakteri inzibati
məhkəmə icraatının tərəfləri və
həmin üçüncü şəxs barəsində
vahid qərarın qəbul olunmasını
şərtləndirdiyi hallarda, həmin şəxs
iştirakçı kimi inzibati məhkəmə icraatına
mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
28.3. Üçüncü
şəxslərin inzibati məhkəmə icraatına
cəlb edilməsi barədə məhkəmə
qərardadı inzibati prosesin bütün
iştirakçılarına təqdim olunmalıdır.
Qərardadda məhkəmə tərəfindən baxılan
işin halları və cəlbetmənin səbəbləri
göstərilməlidir.
28.4. İnzibati
məhkəmə icraatına cəlbetmə barədə
məhkəmə qərardadından şikayət verilə
bilməz.
28.5. Məhkəmə
tərəfindən xidməti vəzifəsinə
əsasən məhkəmə icraatına cəlb
olunmamış şəxslər, qəbul edilməsi
nəzərdə tutulan məhkəmə qərarının
onların qanunla qorunan maraqlarına toxunacağını
güman etdikləri hallarda məhkəmə icraatına
cəlbetmə barədə vəsatət qaldıra
bilərlər. Məhkəmə həmin vəsatət
barəsində 10 gün müddətində qərardad
qəbul edir. Vəsatətin təmin edilməsindən imtina
haqqında qərardaddan yuxarı məhkəməyə
şikayət verilə bilər.
Maddə 29. İnzibati məhkəmə icraatına cəlb
edilmiş üçüncü şəxslərin prosessual
hüquqları
29.1. Üçüncü
şəxslər tərəflərdən birinin tələbi
daxilində öz maraqlarını qorumaq məqsədi ilə
müstəqil şəkildə mümkün hüquqi
vasitələrdən istifadə etmək və prosessual
hərəkətləri həyata keçirmək hüququna
malikdirlər.
29.2. Yalnız zəruri cəlbetmə
qaydasında prosesə cəlb olunmuş
üçüncü şəxslər tərəflərin
tələbləri daxilində fərqli tələblər
irəli sürə bilərlər.
Maddə 29-1. Məhkəmə ekspertizası[19]
İnzibati məhkəmə
icraatında məhkəmə ekspertizası ilə
bağlı məsələlərin
tənzimlənməsində Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin müvafiq
müddəaları tətbiq olunur.
Maddə 30. Prosessual həmiştirakçılıq
30.1. Mübahisə predmeti
baxımından müştərək hüquqi maraqlara malik
olan və yaxud da hüquq və vəzifələri eyni faktiki
və hüquqi əsaslara söykənən bir neçə
şəxs birgə iddiaçı və ya birgə cavabdeh
qismində prosessual həmiştirakçılar kimi
çıxış edə bilərlər.
30.2. Mübahisə predmetini eyni
növdən olan, uyğun faktiki və hüquqi əsaslara
söykənən tələblərin və
vəzifələrin təşkil etdiyi hallarda da, bir
neçə şəxs birgə iddiaçı və ya
birgə cavabdeh qismində prosessual
həmiştirakçılar kimi çıxış edə
bilərlər.
30.3. Azərbaycan
Respublikasının Mülki Prosessual
Məcəlləsində və bu Məcəllədə
başqa qayda nəzərdə tutulmamışdırsa,
inzibati məhkəmə icraatında prosessual
həmiştirakçılardan hər biri digər
tərəfə qarşı müstəqil şəkildə
çıxış edir. Prosessual
həmiştirakçılardan hər hansı birinin
hərəkəti digərinin nə xeyrinə, nə də
zərərinə təfsir oluna bilməz.
30.4. İnzibati
mübahisəyə dair bir vahid (eyni) qərarın
bütün prosessual həmiştirakçılar haqqında
qəbul edilməli olduğu hallarda və ya prosessual
həmiştirakçılığın başqa əsaslara
görə zəruri olduğu hallarda, prosessual
həmiştirakçılardan hər hansı biri
məhkəmə iclasına gəlmədikdə və ya
müəyyən olunmuş prosessual müddəti
buraxdıqda, məhkəmə iclasında iştirak edən
və ya prosessual müddətə əməl edən
digər həmiştirakçılar onları təmsil
etmiş sayılır.
30.5. Hər bir prosessual
həmiştirakçı müstəqil şəkildə
inzibati prosesdə iştirak etmək hüququna malikdir.
Bütün prosessual həmiştirakçılar
istisnasız olaraq məhkəmə iclaslarına
çağırılmalıdır.
Maddə 31. Prosessual nümayəndəlik
31.1. İnzibati
məhkəmə icraatında proses
iştirakçılarının vəkillə təmsil
olunmaq hüququ vardır. Dövlət və
bələdiyyə orqanları, yaxud hüquqi
şəxslər, həmçinin bu Məcəllənin
26.2-ci maddəsində nəzərdə tutulmuş
səlahiyyətli nümayəndə vasitəsilə, fiziki
şəxslər isə yaxın qohumlar vasitəsilə
təmsil oluna bilərlər.[20]
31.2. Prosessual
nümayəndə onun nümayəndəliyini təsdiq
edən sənədi məhkəməyə təqdim etdiyi
andan məhkəmə icraatı ilə bağlı bütün
məhkəmə aktları və sənədləri bu
Məcəllə ilə müəyyən olunmuş qaydada ona
təqdim olunur və həmin nümayəndə təmsil
etdiyi şəxsin adından bütün prosessual
hərəkətləri həyata keçirə bilər.
Maddə 32. Mübahisələndirmə haqqında iddia
32.1.
Mübahisələndirmə haqqında iddia vasitəsi ilə
iddiaçı inzibati aktın ləğv olunmasını
və ya dəyişdirilməsini məhkəmədən
tələb edə bilər. Mübahisələndirmə
haqqında iddia mübahisə edilən inzibati aktın icra
olunması nəticəsində meydana gəlmiş
nəticələrin aradan qaldırılması tələbini
özündə əks etdirən əlavə ərizə
ilə birlikdə də qaldırıla bilər.
32.2. Aşağıdakı
inzibati aktlar mübahisələndirmə haqqında
iddianın predmeti ola bilər:
32.2.1. barəsində
məhkəməyə şikayət verilməmiş inzibati
akt;
32.2.2. barəsində
şikayət verildiyi hallarda, şikayət
instansiyasının qərarı ilə
dəyişdirilmiş inzibati akt (şikayət instansiyası
tərəfindən qərar qəbul edildikdən sonrakı
formada ilkin inzibati akt);
32.2.3. şikayət
instansiyası tərəfindən şikayətə baxma
qaydasında qəbul edilmiş və ilk dəfə olaraq
üçüncü şəxs üçün
öhdəlik yaradan qərar (inzibati akt).
32.3. İlkin inzibati aktla
müqayisədə inzibati aktın ünvanlandığı
şəxs üçün əlavə öhdəliklər
yaratdığı və ya əlavə məhdudiyyətlər
nəzərdə tutduğu hallarda da şikayət
instansiyası tərəfindən şikayətə baxma
qaydasında qəbul edilmiş qərar iddianın yeganə
predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı
qərara ciddi təsir göstərəcək
şəkildə pozulması da əlavə məhdudiyyət
kimi qiymətləndirilməlidir.
Maddə 33. Məcburetmə haqqında iddia
33.1. Məcburetmə haqqında
iddia vasitəsi ilə iddiaçı onun arzuladığı
inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin
üzərinə qoymağı məhkəmədən
tələb edə bilər.
33.2. Bu Məcəllənin
33.1-ci maddəsində nəzərdə tutulmuş qayda
həm iddiaçının arzuladığı inzibati
aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi
hallara, həm də cavabdehin hərəkətsizliyi
səbəbindən (hərəkətsizliyə qarşı
iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil
olunur.
33.3. İnzibati akt inzibati orqanın
hərəkətsizliyi səbəbindən qəbul
edilməmişdirsə, məhkəmə ona inzibati aktın
qəbul olunması üçün müəyyən
müddət təyin edir. İnzibati orqan inzibati aktın
qəbul edilməsi barədə məhkəməyə
məlumat verməlidir.
33.4. Bu Məcəllənin
33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş
müddət bitənədək inzibati orqan
tərəfindən inzibati akt qəbul edilmədikdə,
məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay
ərzində iş üzrə qərar qəbul edir.
Məhkəmənin həmin qərarı inzibati aktı əvəz
edir. Bu Məcəllənin 73.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda məhkəmə öz
qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq
göstərişlər verməyə haqlıdır.
Maddə 34. Öhdəliyin icrası haqqında və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia
34.1. Öhdəliyin icrası
haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən
inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan
(inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini
tələb edə bilər. Öhdəliyin icrası
haqqında iddia vasitəsi ilə həmçinin inzibati
orqanlar tərəfindən ümumi hüquqi
öhdəliklərin pozulması nəticəsində
vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi
də tələb edilə bilər.
34.2. Müəyyən
hərəkətləri etməkdən
çəkinməyə dair iddia vasitəsi ilə
iddiaçı cavabdehdən inzibati akt sayılmayan
əlverişsiz hərəkətlərin edilməməsini
və ya dayandırılmasını tələb edə
bilər.
34.3. Qəbul edilməsi
gözlənilən inzibati akta qarşı qabaqlayıcı
(preventiv) iddianın qaldırılmasına yalnız obyektiv
səbəblərdən irəli gələn müstəsna
hallarda (şəxsin hüquqlarına və qanunla qorunan
maraqlarına müdaxilənin qarşısını
almağın xüsusilə zəruri olduğu hallarda) yol
verilir.
Maddə 35. İddianın mümkünlüyü
35.1. Bu Məcəllədə
başqa qayda nəzərdə tutulmamışdırsa,
iddiaçının iddia ərizəsində inzibati aktın
qəbul edilməsi və ya qəbul edilməsindən imtina
olunması, yaxud inzibati orqanın hərəkəti və ya
hərəkətsizliyi nəticəsində onun
hüquqlarının və qanunla qorunan maraqlarının
pozulduğunu əsaslandırdığı hallarda
mübahisələndirmə haqqında, məcburetmə haqqında,
öhdəliklərin icrası haqqında və
müəyyən hərəkətləri etməkdən
çəkinməyə dair iddia mümkün sayılır.
35.2. Kollektiv maraqların
müdafiə olunması məqsədi ilə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış qeyri-hökumət təşkilatları
(ictimai birliklər və ya fondlar) iddia ərizəsində
inzibati aktın qəbul edilməsi və ya qəbul
edilməsindən imtina olunması, yaxud inzibati orqanın
hərəkəti və ya hərəkətsizliyi
nəticəsində həmin maraqların pozulduğunu
əsaslandırdıqları hallarda qeyri-hökumət
təşkilatları (ictimai birliklər və ya fondlar)
tərəfindən bu Məcəllənin 35.1-ci
maddəsində nəzərdə tutulmuş müvafiq
iddianın qaldırılmasına yol verilir.
35.3. İddianın
mümkün sayılmaması barədə məhkəmə
qərardad qəbul edir. Həmin qərardaddan yuxarı
məhkəməyə şikayət verilə bilər.
Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında
iddia
36.1. Müəyyən etmə
və ya tanınma haqqında iddia vasitəsi ilə
iddiaçı hər hansı hüquq münasibətinin
mövcud olması və ya olmamasının, yaxud inzibati aktın
etibarsızlığının tanınmasını
məhkəmədən tələb edə bilər.
36.2. Müəyyən etmə
və ya tanınma haqqında iddia vasitəsi ilə
iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz
sayılmasını məhkəmədən tələb
edə bilər.
36.3. Müəyyən etmə
və ya tanınma haqqında iddia iddiaçının
həmin münasibətlərin qısa müddətdə
müəyyən edilməsində kifayət qədər
maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq
münasibətlərinin müəyyən edilməsində
iddiaçının marağı hüquqi, iqtisadi və ya
ideya xarakterli ola bilər.
36.4. Hüquq
münasibətlərinin müəyyən edilməsinə
dair iddia, digər iddia növlərinə
münasibətdə subsidiar xarakter daşıyır.
Maddə 37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada
birləşdirilməsi
Bir-biri ilə əlaqəli
olduğu, bir cavabdehə yönəldiyi və bu
Məcəllədə nəzərdə tutulmuş eyni
məhkəməyə aid olduğu hallarda bir neçə
iddia tələbi iddiaçı tərəfindən bir
iddiada birləşdirilə bilər.
Maddə 38. İddia müddəti
38.1.
Mübahisələndirmə haqqında iddia inzibati aktın
təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına
şikayət verildiyi hallarda isə şikayətə dair
qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30
gün müddətində, elmi dərəcələr
və elmi adlar verilməsi, xarici ölkələrdə
verilmiş elmi dərəcələr və elmi adlar haqqında
sənədlərin nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi və tanınması) və ya
təkrar attestasiya əsasında tanınması, elmi
dərəcədən və elmi addan məhrumetmə (elmi
adın və elmi dərəcənin bərpası) ilə
bağlı inzibati aktlara münasibətdə isə bu inzibati
aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində
qaldırıla bilər. [21]
38.2. Məcburetmə haqqında
iddia tələb olunan inzibati aktın qəbul
edilməsindən imtina barədə iddiaçıya
müvafiq inzibati aktın təqdim edildiyi və ya bu
barədə yazılı məlumatın verildiyi vaxtdan 30
gün müddətində qaldırıla bilər.
38.3.
İnzibati aktla (inzibati aktın qəbul edilməsindən
imtina ilə) bağlı şikayət “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya
73.2-ci maddələrində nəzərdə tutulmuş
müddətlərdə müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma verildiyi halda bu
Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində
nəzərdə tutulmuş iddia müddətlərinin
axımı aşağıdakı vaxtadək
dayandırılır:
38.3.1.
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun şikayət üzrə qəbul etdiyi qərardan
(verdiyi yazılı cavabdan) şikayət verilməsi
üçün “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci
maddələrində nəzərdə tutulmuş
müddətlər bitənədək (müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma şikayət
verilmədiyi halda);
38.3.2.
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun qərarından (yazılı cavabından) müvafiq
icra hakimiyyəti orqanının yaratdığı quruma
şikayət verildiyi halda isə həmin qurumun şikayət
üzrə qəbul etdiyi qərar (verdiyi yazılı
cavabı) şikayətçiyə təqdim
edilənədək.[22]
Maddə 39. İnzibati orqanın hərəkətsizliyindən
müdafiə ilə bağlı iddia müddətləri
39.1. İnzibati aktın
qəbul olunmasına dair müraciətlə bağlı
və ya şikayət instansiyasına verilmiş
şikayətlə bağlı müvafiq inzibati orqan
tərəfindən qanunla müəyyən olunmuş müddətdə
və kifayət qədər əsaslar olmadan qərar qəbul
edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya
şikayətin verildiyi vaxtdan 35 gün
keçənədək (qanunvericiliklə daha qısa və
ya daha uzun müddətin müəyyən olunduğu hallar
istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına
yol verilmir.
39.2. Tələb olunan inzibati
aktın, o cümlədən inzibati şikayətə dair
qərarın xüsusi səbəblər üzündən
qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın
və ya inzibati şikayətə dair qərarın qəbul
edilməsi üçün, qanunvericiliklə digər
müddət müəyyən edilməmişdirsə,
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 52.3-cü maddəsində nəzərdə
tutulmuş müddəti nəzərə almaqla
müəyyən müddət təyin edir. Təyin
edilmiş müddət bitənədək iş üzrə
icraat məhkəmə tərəfindən
dayandırılır.
39.3. Məhkəmə
tərəfindən müəyyən olunmuş müddət
ərzində inzibati akt qəbul edildikdə və ya
şikayət təmin olunduqda iş üzrə icraata xitam
verilir.
VII fəsil
MƏHKƏMƏ
QAYDASINDA TƏTBİQ EDİLƏN MÜVƏQQƏTİ
XARAKTERLİ MÜDAFİƏ TƏDBİRLƏRİ
Maddə 40. Müvəqqəti xarakterli müdafiə
40.1. Maraqlı şəxs
inzibati aktın (bu Məcəllənin 131.2-ci
maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş inzibati akt istisna olmaqla) icrasının
dayandırılması barədə və ya iddianın
təmin edilməsinə (iddiaçının
hüquqlarının qorunmasına) yönəlmiş
digər təminat tədbirlərinin görülməsi
(bundan sonra - müvəqqəti xarakterli müdafiə)
barədə məhkəməyə ərizə ilə
müraciət edə bilər.
40.2. Ərizə
məhkəmədə iddia qaldırılanadək və ya
iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının
gedişində verilə bilər.
40.3. Məhkəmə
müvəqqəti xarakterli müdafiə tədbiri
qismində cavabdehin üzərinə müəyyən
hərəkətləri etmək və ya müəyyən
hərəkətləri etməkdən çəkinmək,
yaxud müəyyən hərəkətlərə
dözmək barədə vəzifə qoya bilər. Qanuni
əsaslar olduğu hallarda məhkəmə
üçüncü şəxslərin də üzərinə
belə vəzifələr qoya bilər.
40.4. Maraqlı şəxs
inzibati aktdan şikayət instansiyasına inzibati
şikayət etdiyi hallarda müvəqqəti xarakterli
müdafiə barədə vəsatətlə həmin orqana
müraciət etməlidir. Şikayət instansiyası 15
gün müddətində maraqlı şəxsin
vəsatətini təmin etmədikdə, o, bu barədə
ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci
maddələrində nəzərdə tutulmuş qaydada
məhkəməyə müraciət edə bilər.
Maddə 41. İnzibati aktın icrasının
dayandırılması
41.1. İnzibati aktın
mübahisələndirilməsinə dair iddianın
qaldırılması həmin aktın icrasını
dayandırmır.
41.2. İşin faktiki və
hüquqi hallarının ilkin araşdırılması
nəticəsində iddianın böyük ehtimalla uğurlu
olacağı qənaətinə gəldiyi hallarda məhkəmə,
iddiaçının vəsatəti əsasında inzibati
aktın (bu
Məcəllənin 131.2-ci maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş inzibati akt
istisna olmaqla) icrasının dayandırılması barədə
qərardad qəbul edə bilər. İddianın uğurluluq
ehtimalının aydın olmadığı hallarda,
məhkəmə ziddiyyətli maraqların
hərtərəfli qiymətləndirilməsindən sonra
qərardad qəbul etməlidir. Məhkəmə
həmçinin inzibati aktın icrasının
müəyyən şərtlərlə
dayandırılması barədə də qərardad qəbul
edə bilər.[23]
41.3. Məhkəmə, inzibati
aktın icrasının dayandırılması barədə
ərizə ilə bağlı qərar qəbul
edilənədək, cavabdehin üzərinə inzibati
aktın icrasına yönəlmiş
hərəkətləri etməkdən
çəkinməyə dair öhdəlik qoya bilər.
41.4. İnzibati aktın
icrası, müvəqqəti xarakterli müdafiə
barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia
ilə bağlı işə mahiyyəti üzrə
baxılıb qurtaranadək dayandırılır.
41.5. İnzibati aktın
icrasının dayandırılması barədə
ərizənin təmin edilməməsi haqqında
məhkəmə qərardadından şikayət verilə
bilər.
Maddə 42. İkili təsirə malik inzibati aktlara qarşı
müvəqqəti xarakterli müdafiə
42.1. Üçüncü
şəxs başqa şəxsə ünvanlanmış
və həmin şəxs üçün əlverişli
olan inzibati akta qarşı iddia qaldırdığı
hallarda, məhkəmə üçüncü şəxsin
ərizəsi əsasında müvəqqəti xarakterli
müdafiə barədə qərardad qəbul edə
bilər.
42.2. İnzibati aktın
icrasının dayandırılması haqqında qərardad
bu Məcəllənin 41-cı maddəsində
nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə 43.
Müvəqqəti xarakterli müdafiənin tətbiqi
əsasları
43.1. Məhkəmə
tərəfindən müvəqqəti xarakterli müdafiə
barədə qərardadın qəbul edilməsi
üçün aşağıdakılar əsas
sayılır:
43.1.1. mövcud vəziyyətin
dəyişəcəyi təqdirdə ərizəçinin
(iddiaçının) hüquqlarının
qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün
olmayacağı və ya xeyli dərəcədə
çətinləşəcəyi səbəbindən ilkin
təcili tənzimləmənin zəruri olması;
43.1.2. ilkin məhkəmə
araşdırması zamanı ərizəçinin maddi
tələbinin mövcud olması ehtimalının
müəyyən edilməsi.
43.2. Ərizəçi
məhkəməyə bu Məcəllənin 43.1-ci
maddəsində nəzərdə tutulmuş əsasları
yazılı formada, aydın və əsaslandırılmış
şəkildə təqdim etməlidir.
Maddə 44. Müvəqqəti xarakterli müdafiə haqqında
qərardadın dəyişdirilməsi və ya ləğv
edilməsi
44.1. İddia ilə
bağlı işə mahiyyəti üzrə baxan
məhkəmə, bunun üçün kifayət
qədər əsaslar olduğu hallarda istənilən zaman
xidməti vəzifəsinə görə müvəqqəti
xarakterli müdafiə barədə qərardadını
dəyişdirə və ya ləğv edə bilər.
44.2. Məhkəmə
icraatının hər bir iştirakçısı
şəraitin dəyişməsi ilə bağlı
müvəqqəti xarakterli müdafiə barədə
qərardadın dəyişdirilməsi və ya ləğv
edilməsi haqqında vəsatət qaldıra bilər.
44.3. Xüsusilə təcili
hallarda, işə baxan məhkəmə tərkibinə
sədrlik edən hakim qərardadın dəyişdirilməsi
və ya ləğv edilməsi barədə təkbaşına
qərardad qəbul edə bilər. Maraqlı şəxsə
bərpa olunmaz ziyanın vurulması təhlükəsinin
mövcud olduğu hallarda, sədrlik edən hakim
məhkəmə icraatı iştirakçılarının
ilkin dinlənilməsindən imtina etməyə
haqlıdır.
44.4. Müvəqqəti
xarakterli müdafiə barədə qərardad ən geci
inzibati aktın artıq mübahisələndirilə
bilmədiyi gün və ya iş üzrə qəbul
edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün
öz qüvvəsini itirmiş sayılır.
VIII fəsil
BİRİNCİ
İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
Maddə 45. İddianın qaldırılması
45.1. İddia ərizəsi
aidiyyəti üzrə müvafiq məhkəməyə
yazılı şəkildə verilir.
45.2. Proses
iştirakçılarının sayına görə iddia
ərizəsinin və digər sənədlərin
surətləri iddia ərizəsinə əlavə
olunmalıdır.
45.3. İddia ərizəsi
məhkəməyə daxil olduğu gün
məhkəmənin dəftərxanasında qeydiyyata
alınmalı və ərizəyə qeydiyyat tarixi
göstərilməklə ştamp vurulmalıdır. İddia
ərizəsinin poçt rabitəsi vasitəsi ilə
göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında
göndərildiyini sübut etmək vəzifəsi
iddiaçının üzərinə düşür.
45.4. İddia ərizəsi
məhkəməyə daxil olduğu gündən icraata
qəbul edilmiş sayılır.
45.5. İddia ərizəsinin icraata
qəbul edilməsi aşağıdakı hüquqi
nəticələri doğurur:
45.5.1. iddia ilə bağlı
işin məhkəmənin icraatında olduğu
müddətdə tərəflərdən heç biri eyni
iddia ilə başqa məhkəməyə müraciət
edə bilməz;
45.5.2. aidiyyətlə
əlaqədar şərtlərin dəyişməsinə
baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq
verildiyi məhkəmənin icraatında qalır.
Maddə 46. İddia ərizəsinin məzmunu
46.1. İddia
ərizəsində aşağıdakılar
göstərilməlidir:
46.1.1. ərizənin verildiyi
məhkəmənin adı;
46.1.2. iddiaçı və
cavabdeh fiziki şəxslərin soyadları, adları,
atalarının adları, yaşayış yerləri, inzibati
orqanların (hüquqi şəxslərin) adı və
hüquqi ünvanları;
46.1.3. iddiaçının
(ərizəçinin) tələbi.
46.2. Məhkəmə prosesinin
tezləşdirilməsi məqsədi ilə iddia
ərizəsində həmçinin aşağıdakılar
göstərilə bilər:
46.2.1. iddiaçının
öz tələbini əsaslandırdığı faktlar
və digər sübutetmə vasitələri;
46.2.2. iddiaçının
arzuladığı inzibati aktın qəbul edilməsinin
zəruriliyini göstərən hallar və
iddiaçının istəyinə uyğun olaraq, həmin
inzibati aktın layihəsi;
46.2.3. mübahisənin
düzgün həll edilməsi üçün zəruri olan
digər məlumatlar və iddiaçının
vəsatətləri;
46.2.4. əsli və ya surəti
iddia ərizəsinə qoşulmaqla,
mübahisələndirilən inzibati akt və şikayət
instansiyasına şikayət verildiyi hallarda şikayət
instansiyasının qərarı;
46.2.5. ərizəyə
əlavə olunmuş sənədlərin siyahısı.
46.3. İddia ərizəsi bu
Məcəllənin 46.1-ci maddəsində nəzərdə
tutulmuş tələblərə cavab vermədikdə hakim
və ya məhkəmə tərkibinə sədrlik edən
hakim yaxud məhkəmə tərkibinə sədrlik edən
hakim tərəfindən təyin olunmuş hakim
(məruzəçi hakim) iddia ərizəsini həmin
tələblərə uyğunlaşdırmaq
üçün ağlabatan müddət təyin edir.
Maddə 47. İddianın təqdim olunması
47.1. Hakim və ya
məhkəmə tərkibinə sədrlik edən hakim (bundan
sonra - sədrlik edən hakim) iddia ərizəsinin və ona
əlavə edilmiş sənədlərin surətlərinin
cavabdehə təqdim olunmasına dair sərəncam verir.
47.2. İddia ərizəsini
təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz
münasibətini (etirazını) yazılı
şəkildə məhkəməyə bildirmək
tələb olunur. Məhkəmə bu məqsədlə
ağlabatan müddət təyin edir.
Maddə 48. Məhkəmənin və proses
iştirakçılarının işin hallarının
obyektiv araşdırılması ilə bağlı
vəzifələri
48.1. Sədrlik edən hakim
bütün formal xətaların aradan
qaldırılmasına, qeyri-müəyyən
ifadələrin aydınlaşdırılmasına, işin
mahiyyəti üzrə vəsatətlərin
verilməsinə, natamam faktiki məlumatların
tamamlanmasına, prosesin sonrakı
mərhələlərində işin hallarının tam
müəyyənləşdirilməsi və obyektiv
qiymətləndirilməsi üçün
əhəmiyyət kəsb edən bütün yazılı
izahatların təqdim olunmasına yardım etməlidir.
48.2. İnzibati
məhkəmə icraatının iştirakçıları
yazılı vəsatətlərini, etirazlarını,
izahatlarını və bunlarla əlaqədar sənədləri
məhkəmə baxışı başlayana qədər
təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu
məqsədlə müddət təyin edə bilər.
Məhkəmə xidməti vəzifəsinə görə
həmin sənədlərin surətlərini prosesin digər
iştirakçılarına göndərir.
48.3. Yazılı
vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan
sənədlərin əsli və ya surəti tam və ya
çıxarışlar şəklində əlavə
edilməlidir. Həmin sənədlər qarşı
tərəfə məlum olduğu və ya həcmcə
çox böyük olduğu hallarda, onların
əlamətlərini dəqiq göstərməklə,
qarşı tərəfin həmin sənədlərlə
məhkəmədə tanış olmasının
mümkünlüyünü qeyd etmək kifayətdir.
Maddə 49. Hazırlıq icraatı
49.1. Sədrlik edən hakim
şifahi məhkəmə baxışı başlayana
qədər, hüquqi mübahisənin bir şifahi
məhkəmə iclası çərçivəsində həll
olunması (mübahisə ilə bağlı işin
mahiyyəti üzrə qərar qəbul olunması)
üçün bütün zəruri tədbirləri
görməlidir. Bu məqsədlə sədrlik edən hakim
aşağıdakı hərəkətləri edə
bilər:
49.1.1. işin hallarını
və mübahisənin vəziyyətini müzakirə (izah)
etmək, habelə hüquqi mübahisəni barışıq
yolu ilə nizama salmaq (həll etmək) və
barışıq sazişinin bağlanmasına yardım
etmək məqsədi ilə proses iştirakçılarını
dəvət etmək;
49.1.2. hazırlıq
sənədlərini (ərizələrini,
vəsatətlərini, izahatlarını, etirazlarını)
tamamlamağı və ya aydınlaşdırmağı,
iş üzrə materiallarda saxlanılması mümkün
olan sənədlərin və predmetlərin
məhkəməyə təqdim olunmasını proses
iştirakçılarına təklif etmək,
dəqiqləşdirmə tələb edən
müəyyən halların izah olunması üçün
müddət təyin etmək;
49.1.3. zəruri
sənədləri (arayışları, məlumatları)
toplamaq;
49.1.4. tələb olunan
sənədlərin təqdim olunması barədə
sərəncam vermək;
49.1.5. proses
iştirakçılarının şəxsən
məhkəməyə gəlmələrinə dair
sərəncam vermək;
49.1.6. şahidləri və
ekspertləri dəvət etmək.
49.2. Məhkəmənin
bütün sərəncamları barədə proses
iştirakçılarına vaxtında məlumat
verilməlidir.
Maddə 50. Hazırlıq icraatında məhkəmə
tərəfindən qəbul edilən qərardadlar
50.0. Sədrlik edən hakim
mübahisə ilə bağlı iş üzrə
hazırlıq icraatında aşağıdakı
məsələləri həll edir və bu barədə
müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə
məhkəmə icraatının dayandırılması
və ya təxirə salınması barədə;
50.0.2. iddiaçının
iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul
etməsi barədə;
50.0.3. hüquqi
mübahisənin barışıq yolu ilə nizama
salınması (tərəflərin barışıq
sazişi bağladığı və ya hüquqi
mübahisənin nizama salınması barədə
müştərək bəyanatla çıxış etdiyi
hallarda, fors-major və ya başqa hallarda) barədə;
50.0.4. iddianın
məbləği barədə;
50.0.5. prosessual xərclər
barədə; 50.0.6. məhkəmə icraatına
cəlbetmə barədə.
Maddə 51. Məhkəmə tərəfindən müddətin
təyin edilməsi
51.1. İddiaçı inzibati
icraat zamanı müəyyən faktların nəzərə
alınması və ya alınmaması nəticəsində
hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik
edən hakim həmin faktların məhkəməyə
təqdim olunması və ya bu barədə məlumat
verilməsi üçün iddiaçıya müddət təyin
edə bilər.
51.2. Sədrlik edən hakim
proses iştirakçısından müəyyən
hadisələrə dair faktlar barədə məlumat
verməyi və ya sübutetmə vasitələrini
göstərməyi, onun sərəncamında olan
sübutları təqdim etməyi tələb edə
bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq
müddət təyin oluna bilər.
Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia
ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da,
iddia tələbindən kənara çıxmağa haqlı
deyildir.
Maddə 53. Qarşılıqlı iddia
53.1. İlkin iddia üzrə
icraat zamanı qarşılıqlı iddia qaldırıla
bilər, lakin bu halda qarşılıqlı tələb ilkin
iddiada irəli sürülən tələblə və ya
cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə
vasitələri ilə əlaqəli olmalıdır.
Aidiyyət qaydalarına görə iddianın başqa
məhkəməyə aid olduğu hallarda
qarşılıqlı iddiaya yol verilmir.
53.2 Qarşılıqlı
iddia bu Məcəllə ilə müəyyən edilmiş
qaydada qaldırılır.
53.3.
Mübahisələndirmə haqqında, qanunauyğunluq
haqqında və ya məcburetmə haqqında iddialara
münasibətdə qarşılıqlı iddia
qaldırıla bilməz.
Maddə 54. İddianın dəyişdirilməsi
54.1. İnzibati
məhkəmə icraatının başqa
iştirakçılarının razılığı
olduqda və ya məhkəmə iddianın
dəyişdirilməsini məqsədəuyğun hesab
etdikdə, iddiaçı iddianı dəyişdirməyə
(iddianın əsasını və ya predmetini
dəyişdirməyə, iddia tələbinin həcmini
artırmağa və ya azaltmağa) haqlıdır.
54.2. Cavabdehin iddianın
dəyişdirilməsinə etiraz etmədiyi və
yazılı sənəddə (ərizədə,
vəsatətdə və s.) və ya şifahi
məhkəmə baxışında artıq
dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi
hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi
ilə razılaşdığını hesab edir.
54.3. İddianın
dəyişdirilməsinin qəbul edilməsi və ya onun
qəbulundan imtina edilməsi barədə məhkəmə
qərardadından müstəqil şəkildə şikayət
verilə bilməz.
Maddə 55. İddiadan imtina edilməsi
55.1. Məhkəmə qərarı
qanuni qüvvəyə minənə qədər
iddiaçı iddiadan imtina etməyə haqlıdır.
55.2. Şifahi məhkəmə
baxışında tərəflərin
çıxışlarından sonra iddiadan imtina
edilməsinə yalnız cavabdehin razılığı
ilə yol verilir.
55.3. Məhkəmənin
tələbinə baxmayaraq, iddiaçı 30 gündən
çox müddət ərzində ardıcıl olaraq iş
üzrə məhkəmə icraatından yayındıqda,
iddia geri götürülmüş sayılır. Belə
hallarda məhkəmə iddianın geri
götürülmüş sayılması barədə
qərardad qəbul edir.
55.4. İddiadan imtina edilməsi
eyni tərəflər arasında, eyni predmet barəsində
və eyni əsaslar üzrə yenidən iddia qaldırma
imkanını istisna edir.
55.5. İddiaçı iddiadan
imtina etdikdə və ya iddia məhkəmə
tərəfindən geri götürülmüş
sayıldıqda, məhkəmə icraata xitam verilməsi
barədə qərardad qəbul edir. Həmin qərardadda
iddiadan imtina edilməsinin və ya iddianın geri
götürülmüş sayılmasının bu
Məcəllədə nəzərdə tutulmuş hüquqi
nəticələri göstərilməlidir.
Məhkəmənin həmin qərardadından şikayət
verilə bilməz.
Maddə 56. Müstəqil işlər üzrə icraatın bir
icraatda birləşdirilməsi və ya bir icraatın
müstəqil işlər üzrə icraata ayrılması
56.1. Məhkəmə birgə
baxılması və vahid qərar qəbul edilməsi
məqsədilə icraatında olan və mübahisə
predmetləri eyni olan müstəqil işlər üzrə
icraatı bir icraatda birləşdirməyə və ya
onları yenidən ayırmağa haqlıdır.
56.2. Məhkəmə birgə
baxılan bir neçə tələb üzrə icraatı
ayrı-ayrı müstəqil icraata ayırmağa və
hər bir tələbə dair ayrıca qərar qəbul
etməyə haqlıdır.
56.3. Məhkəmə
müstəqil işlər üzrə icraatın bir icraatda
birləşdirilməsi və ya bir icraatın müstəqil
işlər üzrə icraata ayrılması barədə
qərardad qəbul edir.
Maddə 57. Məhkəməyə gəlmək vəzifəsi
57.1. Məhkəmə proses
iştirakçısından məhkəmə iclasına
şəxsən gəlməyi tələb edə bilər.
Məhkəmə bu tələbə əməl etməyən
proses iştirakçısına 50 manatdan 100 manatadək
məbləğdə cərimə olunacağı
barədə xəbərdarlıq edir.
57.2. Üzrsüz
səbəbdən gəlmədiyi hallarda, məhkəmə
proses iştirakçısını cərimə edə
bilər.
57.3. Proses
iştirakçısının şəxsən
gəlməsi, gəlmədiyi hallarda cərimə edilməsi
və cərimənin məbləğinin müəyyən
olunması barədə məhkəmə qərardad qəbul
edir.
57.4. Cərimə barədə
xəbərdarlıq və ya cərimə təkrar tətbiq
edilə bilər.
57.5. Proses
iştirakçısı qismində hüquqi şəxsin
çıxış etdiyi hallarda, cərimə barədə
xəbərdarlıq və ya cərimə, qanuna və ya
hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq
həmin hüquqi şəxsin səlahiyyətli
nümayəndəsi olan şəxsə münasibətdə
tətbiq edilir.
57.6. İnzibati orqanın
nümayəndəsi üzrsüz səbəbdən
məhkəməyə gəlmədiyi hallarda, cərimə
barədə xəbərdarlıq və ya cərimə
inzibati orqana münasibətdə tətbiq edilir.
57.7. Məhkəmə, prosesin
iştirakçısı olan inzibati orqandan və ya ümumi
hüququn subyektindən, mübahisə ilə bağlı
işin faktiki və hüquqi vəziyyəti barədə
kifayət qədər məlumatlı olan,
səlahiyyətləri bu Məcəllə ilə
nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş
müvafiq vəzifəli şəxsin nümayəndə
qismində məhkəməyə göndərilməsini
tələb edə bilər.
Maddə 58. Sübutların araşdırılması qaydası
58.1. Sübutlar
məhkəmə tərəfindən şifahi
məhkəmə iclasında araşdırılır.
58.2. Məhkəmə
sübutlara yerində baxış keçirə,
şahidləri, ekspertləri və proses
iştirakçılarını dindirə, zəruri
sənədləri tələb edə bilər.
58.3. Sübutların cəlb
olunmasına dair şifahi məhkəmə iclasında
qaldırılmış vəsatət yalnız
məhkəmənin əsaslandırılmış
qərardadı ilə rədd edilə bilər.
58.4. Zəruri hallarda sədrlik
edən hakim şifahi məhkəmə baxışı
başlayanadək, sübutların
araşdırılmasını səlahiyyətli hakim
qismində məhkəmə tərkibinin üzvlərindən
birinə həvalə edə bilər.
58.5. Zəruri hallarda
məhkəmə, aydınlaşdırılması zəruri
olan konkret halları göstərməklə, sübutların
araşdırılması və ya toplanılması üçün
başqa məhkəməyə müraciət edə
bilər.
58.6. Sübutların
araşdırılması zamanı məhkəmə, inzibati
orqan tərəfindən həyata keçirilmiş
sübutetməni təzələyə və ya tamamlaya
bilər.
58.7. Sübutlar
məhkəmə tərəfindən tam və
hərtərəfli araşdırıldıqdan sonra
qiymətləndirilir.
58.8. Məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü, habelə cinayət
təqibi üzrə qüvvəyə minmiş digər
qərarı inzibati mübahisəyə baxılarkən
məhkəmə üçün hadisənin olub-olmaması
və şəxsin həmin hadisəyə aidiyyəti
hissəsində məcburidir.[24]
Maddə 59. Sübutların araşdırılması ilə
bağlı proses iştirakçılarının
hüquqları
59.1. Proses
iştirakçıları sübutların
araşdırılmasında iştirak edə bilərlər.
Sübutların araşdırılması ilə bağlı
məhkəmə iclasının yeri və vaxtı
barədə proses iştirakçılarına bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
ən azı 3 gün əvvəl məlumat verilir.
59.2. Proses
iştirakçıları şahidlərə,
ekspertlərə və inzibati orqanların
nümayəndələrinə işə aid suallar verə
bilərlər. Suala etiraz olunduğu hallarda sualın
mümkünlüyü haqqında məsələ hakim
və ya işə baxan məhkəmə kollegiyası
tərəfindən həll edilir.
Maddə 60. İnzibati orqanların tələb olunan
sənədləri və məlumatları təqdim etmək
vəzifəsi
İnzibati orqanlar
məhkəmənin tələb etdiyi sənədləri
və ya aktları, habelə zəruri məlumatları
təqdim etməyə borcludurlar. Həmin sənədlərin
və ya aktların məzmununun açıqlanmasının
qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya
müəyyən fəaliyyətin mahiyyətinə
görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı
olduğu hallarda məhkəmə həmin
sənədlərin və ya aktların, habelə
məlumatların qapalı məhkəmə iclasında
araşdırılması barədə qərardad qəbul
edir.
Maddə 61. İş üzrə icraat materialları ilə
tanış olmaq hüququ
61.1. Proses
iştirakçıları bu Məcəllənin 60-cı
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, istənilən vaxt iş üzrə icraat
materialları ilə, habelə həmin icraatla bağlı
məhkəməyə təqdim olunmuş
sənədlərlə tanış ola bilərlər.
61.2. Proses
iştirakçıları bu Məcəllənin 60-cı
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, öz hesablarına iş üzrə icraat
materiallarında olan sənədlərin təsdiqlənmiş
surətlərinin və (və ya) belə
sənədlərdən çıxarışların
verilməsi xahişi ilə müvafiq məhkəmənin
dəftərxanasına müraciət edə bilərlər.
Sədrlik edən hakim bu Məcəllənin 60-cı
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, öz təşəbbüsü ilə məhkəmə
aktlarını həmin aktlarla işləmək
üçün müvafiq prosessual
nümayəndəyə verə bilər. [25]
Maddə 62. Məhkəmə bildirişləri
62.1. Məhkəmə proses
iştirakçılarını şifahi məhkəmə
baxışı ilə bağlı iclasın vaxtı və
yeri haqqında xəbərdar etməyə borcludur.
62.2. Məhkəmə
bildirişi şifahi məhkəmə baxışı
ilə bağlı iclasın təyin edildiyi tarixə
(günə) ən azı 10 gün qalmış proses
iştirakçılarına təqdim edilməlidir.
Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin
müddəti azalda bilər.
62.3. Məhkəmə
bildirişində məhkəməyə
çağırılan şəxsin şifahi
məhkəmə baxışı ilə bağlı iclasa
gəlmədiyi halda da onun iştirakı olmadan işə
baxılmasının və iş üzrə qərar
qəbul edilməsinin mümkünlüyü barədə
xəbərdarlıq olmalıdır.
Maddə 63. Məhkəmə iclası
63.1. Sədrlik edən hakim
şifahi məhkəmə baxışı ilə
bağlı iclası açır və ona rəhbərlik
edir.
63.2. Məhkəmə iclası
açıq elan olunduqdan və proses iştirakçılarının
tərkibi müəyyən edildikdən sonra, sədrlik
edən və ya məruzəçi hakim mübahisənin
mahiyyətini ümumi şəkildə izah (şərh) edir.
63.3. Mübahisənin
mahiyyəti izah olunduqdan sonra, sədrlik edən hakim
vəsatət vermək, öz tələblərini və ya
vəsatətlərini əsaslandırmaq üçün
proses iştirakçılarına söz verir.
Maddə 64. Hakimin mübahisə ilə bağlı işi
müzakirə etmək vəzifəsi
64.1. Sədrlik edən hakim
mübahisə ilə bağlı işin həm faktiki,
həm də hüquqi tərəflərini proses
iştirakçıları ilə müzakirə
etməyə borcludur.
64.2. Sədrlik edən hakim
məhkəmə tərkibinin hər bir üzvü
üçün, onların tələbi üzrə sual
vermək imkanı yaratmalıdır.
64.3. Mübahisə ilə
bağlı işin müzakirəsi başa çatdıqdan
sonra, sədrlik edən hakim şifahi məhkəmə
baxışını bağlı elan edir.
64.4. Qərar qəbul
edilənədək məhkəmə öz
təşəbbüsü ilə şifahi məhkəmə
baxışının təzələnməsi barədə
qərardad qəbul edə bilər.
Maddə 65. Şifahi məhkəmə baxışının
protokolu
İnzibati məhkəmə
icraatında protokollaşdırma ilə bağlı
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 22-ci fəslində nəzərdə
tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 66. Barışıq sazişinin mümkünlüyü
66.1. Mübahisənin predmeti
barədə sərəncam hüququna malik olduqları
hallarda, tərəflər mübahisənin tam və ya
qismən həll edilməsi məqsədilə
barışıq sazişi bağlaya bilərlər.
Barışıq sazişinin məzmunu məhkəmənin
iclas protokoluna qeyd edilməlidir.
66.2. Barışıq
sazişinin bağlanılması ictimai təhlükəsizliyin
və ictimai qaydanın qorunması ilə bağlı
qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə
barışıq sazişini təsdiqləməkdən imtina
etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq
kəsb etdiyi hallarda da məhkəmə barışıq
sazişini təsdiqləməkdən imtina edə bilər.
66.3. Məhkəmə,
sədrlik edən və ya məruzəçi hakim
barışıq sazişinin bağlanması barədə
tərəflərə məhkəmə qərardadı formasında
təklif verməyə haqlıdır. Bu halda
barışıq sazişi tərəflərin
məhkəmənin təklifinə yazılı formada
razılığı əsasında bağlana bilər.
66.4. Protokollaşdırılan
barışıq sazişinin təsdiq edilməsi
barədə məhkəmə qərardad qəbul edir.
Maddə 67. İddiaçının tələblərinin
təmin olunması
67.1. Mübahisə ilə
bağlı məhkəmənin yekun qərarı qəbul
edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının
tələbinin təmin olunduğu yeni inzibati akt qəbul
etməyə və ya qanunda nəzərdə tutulmuş
başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının
tələbinin təmin olunması ilə bağlı
niyyəti barədə məhkəməyə yazılı
məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl
məhkəməyə təqdim olunmuş sənədləri
geri tələb edə bilər.
67.2. Sədrlik edən hakim
iddiaçının tələbinin təmin olunduğu yeni
inzibati aktın qəbul edilməsi və ya qanunda
nəzərdə tutulmuş başqa tədbirin görülməsi,
habelə bu barədə məhkəməyə müvafiq
məlumatın verilməsi üçün cavabdehə
müddət təyin edə bilər. Sənədlərin geri
qaytarılmasını məqsədəuyğun hesab
etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu
barədə müraciətini təmin etməyə bilər.
67.3. Bu Məcəllənin
67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş
müddət ərzində cavabdeh tərəfindən
iddiaçının tələbinin təmin olunduğu
və işin mahiyyəti üzrə mübahisənin
artıq mövcud olmadığı hallarda məhkəmə
icraata xitam verilməsi barədə qərardad qəbul edir.
67.4. Bu Məcəllənin
67.2-ci maddəsinə uyğun olaraq müəyyən
edilmiş müddət ərzində cavabdeh
tərəfindən iddiaçının tələbinin
təmin olunması üçün heç bir tədbir
görülmədiyi və ya görülmüş yeni
tədbirlərin iddiaçının tələbini təmin
etmədiyi hallarda mübahisə ilə bağlı
məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti
üzrə baxılır.
IX fəsil
MƏHKƏMƏ
QƏRARLARI
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə
mübahisə ilə bağlı iş üzrə inzibati
məhkəmə icraatı nəticəsində onda
yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda
məhkəmənin mövqeyi üçün əsas olmuş
səbəblər göstərilməlidir.
68.2. Məhkəmə
qərarı yalnız məhkəmə icraatında tədqiq
olunmuş və barələrində proses
iştirakçılarının öz
mülahizələrini bildirmək imkanına malik olduqları
faktlar və sübutlarla əsaslandırılmalıdır.
68.3. Məhkəmə
qərarı yalnız mübahisə ilə bağlı
iş üzrə məhkəmə icraatında (şifahi
məhkəmə baxışında) iştirak etmiş hakimlər
(hakim) tərəfindən qəbul edilə və imzalana
bilər.
Maddə 69. Məhkəmə qərarının forması və
məzmunu
69.1. Məhkəmə
qərarı aşağıdakı hissələrdən
ibarət yazılı formada tərtib edilməlidir:
69.1.1. giriş
hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma
hissəsindən;
69.1.4. nəticəvi
hissədən.
69.2. Məhkəmə
qərarının giriş hissəsində onun qəbul edildiyi
tarix və yer, qərarı qəbul edən
məhkəmənin adı, qərarın qəbul
edilməsində iştirak edən hakimlərin (hakimin)
soyadı, adı, atasının adı, proses
iştirakçılarının, onların qanuni və
(və ya) prosessual nümayəndələrinin adı, soyadı,
atasının adı, ixtisası və vəzifəsi,
yaşayış yeri, habelə məhkəmə icraatında
onların statusu göstərilməlidir. [26]
69.3. Məhkəmə
qərarının təsviri hissəsində proses
iştirakçılarının mövqeləri
nəzərə alınmaqla, mübahisənin predmeti və
mübahisə ilə bağlı işin faktiki
vəziyyəti (iddiaçının tələbi, cavabdehin
etirazları və ya mülahizələri və s.)
yığcam şəkildə və mahiyyəti üzrə
ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini
və mübahisə ilə bağlı işin faktiki
vəziyyətini kifayət qədər əks etdirən
müvafiq sənədlərə istinad etmək zəruridir.
69.4. Məhkəmə
qərarının əsaslandırma hissəsində qərar
qəbul edərkən məhkəmənin
əsaslandığı faktiki hallar və sübutlar, istinad
etdiyi normativ hüquqi aktlar və onların
qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin
iddianı qəbul etdiyi hallarda, qərarın
əsaslandırma hissəsində yalnız iddianın cavabdeh
tərəfindən qəbul edildiyi onun məhkəmə
tərəfindən təsdiq olunduğu göstərilə
bilər.
69.5. Məhkəmə
qərarının nəticəvi hissəsində,
məhkəmənin gəldiyi nəticə, prosessual
xərclər və həmin qərara qarşı hüquqi
müdafiə vasitələrindən istifadə qaydası
və müddəti göstərilməlidir.
69.6. Məhkəmə
qərarının icra qaydasının və müddətinin
müəyyən edildiyi hallarda, qərarın nəticəvi
hissəsində bu barədə müvafiq göstəriş
nəzərdə tutulmalıdır.
69.7. Məhkəmə
qərarı elan olunduğu vaxtdan ən geci 15 gün
müddətində tam hazır formada məhkəmənin
dəftərxanasına verilməlidir.
69.8. Məhkəmə
dəftərxanasının müvafiq dövlət
qulluqçusu məhkəmə qərarında həmin
qərarın proses iştirakçılarına təqdim
olunduğu tarix, qərar şifahi məhkəmə
baxışı ilə bağlı iclasda elan olunduğu
hallarda isə onun elan edildiyi tarix barədə qeyd aparmalı
və həmin qeydləri öz imzası ilə təsdiq
etməlidir.
Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair
məhkəmə qərarı
70.1. İnzibati aktın qanuna
zidd olduğu və bunun nəticəsində
iddiaçının hüquqlarını pozduğu hallarda,
məhkəmə həmin inzibati aktın (şikayət
instansiyasına inzibati şikayət verildiyi hallarda isə,
habelə şikayət instansiyasının müvafiq
qərarının) ləğv edilməsi barədə
qərar qəbul edir. İnzibati akt qəbul edilərkən
inzibati icraatın inzibati orqanın qərarına təsir
edən şəkildə pozulduğu hallarda da bu qayda
tətbiq olunur.
70.2. İddiaçının
pul məbləğinin həcmini müəyyən edən
və ya pul məbləğinin təyin edilməsi
üçün müəyyən şərtlərin mövcud
olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın
dəyişdirilməsini tələb etdiyi hallarda,
məhkəmə başqa miqdarda pul məbləği və
ya pul məbləğinin ödənilməsi
üçün başqa şərtlər müəyyən
edə bilər.
70.3. İnzibati aktın
ləğv edilməsi ilə yanaşı,
iddiaçının hər hansı öhdəliyin
(vəzifənin) yerinə yetirilməsini tələb
etməyə haqlı olduğu hallarda, məhkəmə
həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni)
yerinə yetirməyə məcbur etmə haqqında qərar
qəbul edə bilər.
Maddə 71. İnzibati aktın icrasının
dönüşü haqqında məhkəmə
qərardadı
71.1. İnzibati aktın icra
olunduğu hallarda, məhkəmə inzibati aktı
ləğv etməklə yanaşı, müvafiq ərizə
əsasında inzibati orqanın üzərinə icranın
nəticələrini aradan qaldırmaq barədə
öhdəlik qoya bilər.
71.2. Məhkəmə
baxışının davam etdirilməsinə artıq ehtiyac
qalmadığı və inzibati orqanın icranın
nəticələrinin aradan qaldırılması
üsulları ilə bağlı diskresion
səlahiyyətlərə malik olmadığı hallarda,
məhkəmə icranın nəticələrinin aradan
qaldırılması üsulu və qaydası barədə
göstəriş (təkliflər) verməyə
haqlıdır.
71.3. İnzibati aktın
icrasının nəticələrini aradan qaldırmaq
mümkün olmadıqda, məhkəmə inzibati orqan
tərəfindən kompensasiyanın ödənilməsi
barədə qərar qəbul edə bilər.
Maddə 72. Ləğv olunmuş inzibati aktın etibarsız
sayılması barədə məhkəmə qərarı
İnzibati aktın inzibati
orqanın özü tərəfindən ləğv
olunduğu və ya digər əsaslara görə
qüvvədən düşdüyü hallarda,
məhkəmə iddiaçının hüquqi
marağını nəzərə alaraq onun
ərizəsinə (vəsatətinə) əsasən
həmin aktın etibarsız (qanunsuz) sayılması
barədə qərar qəbul edir.
Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə
qərarı
73.1. İnzibati aktın
qəbulundan imtina olunmasının və ya cavabdehin
hərəkətsizliyi nəticəsində inzibati aktın
qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının
hüquqlarının pozulmasına səbəb olduğu
hallarda, məhkəmə inzibati orqanın üzərinə
inzibati aktın qəbul edilməsi barədə öhdəlik
qoyur.
73.2. İddiaçının
tələbi əsasında müəyyən konkret
qərarın qəbul edilməsi mümkün olmadıqda,
məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin
hüquqi mövqeyini nəzərə almaqla,
iddiaçının xeyrinə müvafiq inzibati aktın
qəbul edilməsi barədə öhdəlik qoyur.
73.3. Aşağıdakı
hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının
tələbinə uyğun qərar qəbul edə bilməz:
73.3.1. inzibati orqan
tərəfindən diskresion səlahiyyət əsasında
qərar qəbul edildikdə;
73.3.2. inzibati aktın qəbulu
zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq
normasının tətbiqi şərtləri həmin
orqanın özünün qiymətləndirməsinə əsasən
müəyyən olunduqda və ya hər hansı hüquq
normasının tətbiqi ilə bağlı inzibati orqana
qiymətləndirmə azadlığı verildikdə;
73.3.3. inzibati aktın qəbul
edilməsi üçün araşdırmanın davam
etdirilməsi zəruri olduqda və məhkəmə
tərəfindən müstəqil şəkildə, məhkəmə
baxışı çərçivəsində belə
araşdırmanın həyata keçirilməsi
mümkün olmadıqda.
Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul
edilmiş inzibati aktların yoxlanılması və ya
həmin aktlar üzərində məhkəmə
nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion
səlahiyyətlər əsasında hərəkət etdiyi
hallarda məhkəmə, həmçinin inzibati aktın
və ya inzibati aktın qəbul edilməsindən imtinanın
yaxud inzibati orqanın hərəkətsizliyi
səbəbindən inzibati aktın qəbul edilməməsinin
diskresion səlahiyyətlərin qanunla müəyyən
olunmuş hədlərinə əməl olunmaması və ya
diskresion hüququn həmin səlahiyyətlərin
məqsədinə uyğun şəkildə həyata
keçirilməməsi baxımından qanunsuz
olub-olmadığını yoxlayır.
Maddə 75. Məhkəmə qərarının elan olunması
və təqdim edilməsi
75.1. Məhkəmə
qərarının nəticəvi hissəsi, bir qayda olaraq,
şifahi məhkəmə baxışının
qurtardığı gün elan edilir. Müstəsna hallarda
(mürəkkəb işlər üzrə) məhkəmə
qərarının nəticəvi hissəsi, şifahi
məhkəmə baxışının qurtardığı
gün məhkəmə tərəfindən
müəyyən edilən başqa gündə, lakin 10
gündən gec olmayaraq elan edilə bilər. Qərarın
elan edilən nəticəvi hissəsi yazılı formada
tərtib olunur və işə baxan hakim, işə kollegial
qaydada baxıldıqda isə, məhkəmə
tərkibinə daxil olan hakimlərdən hər biri
tərəfindən imzalanır.
75.2. Yazılı formada tam
məhkəmə qərarı onun nəticəvi hissəsinin
elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib
olunaraq məhkəmənin dəftərxanasına
verilməlidir.
75.3. Məhkəmə
qərarı, bu Məcəllənin 20.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada proses
iştirakçılarına təqdim edilir.
75.4. Bu Məcəllənin
85.1-ci maddəsində nəzərdə tutulmuş
müddətdə şikayətin verilmədiyi və ya proses
iştirakçıları tərəfindən şikayətin
geri götürüldüyü hallarda məhkəmə
qərarı onun təqdim olunduğu gündən 30 gün
keçdikdən sonra qanuni qüvvəyə minir.
Tərəflərin şikayətin geri
götürülməsi haqqında bəyanatı
yazılı şəkildə məhkəməyə
təqdim olunmalıdır.
Maddə 76. Məhkəmə qərarının mətnində
məhkəmənin düzəliş etmək vəzifəsi
76.1. Məhkəmə
məhkəmə qərarının mətnində olan
aşkar yazı və hesab səhvlərini və ya digər
aşkar yanlışlıqları düzəltməyə
borcludur.
76.2. Məhkəmə
qərarının mətninə düzəlişlər
barədə məhkəmə qərardad qəbul edir.
Qərardad şifahi məhkəmə baxışı keçirilmədən
də qəbul edilə bilər.
76.3. Məhkəmə
qərarında və həmin qərarın
surətlərində düzəlişlər barədə
müvafiq qeyd aparılmalıdır.
Maddə 77. Ərizə əsasında məhkəmə
qərarının mətnində düzəliş
edilməsi
77.1. Bu Məcəllənin
76.1-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna edilməklə, məhkəmə qərarının
təsviri hissəsində başqa yanlışlıqlar
və aydın olmayan məqamlar olduqda, məhkəmə
qərarının təqdim olunduğu gündən 2
həftə ərzində proses iştirakçıları
tərəfindən zəruri düzəlişlərin
edilməsi barədə ərizə verilə bilər.
77.2. Məhkəmə
sübutları araşdırmadan düzəlişlər
barədə ərizəyə dair qərardad qəbul edir.
Həmin qərardaddan şikayət verilə bilməz.
77.3. Qərardad yalnız
məhkəmə qərarının qəbul
edilməsində iştirak etmiş hakimlər (hakim)
tərəfindən qəbul edilir. Hakimlərdən birinin
səsvermədə iştirak etmək imkanından məhrum
olduğu hallarda, səslərin bərabər olduğu
təqdirdə sədrlik edən hakimin səsi həlledici
sayılır.
77.4. Məhkəmə
qərarında və həmin qərarın surətlərində
düzəlişlər barədə müvafiq qeyd
aparılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni
qüvvəyə minməsinin hüquqi nəticələri
Mübahisə predmeti
barədə qanuni qüvvəyə minmiş
məhkəmə qərarı proses
iştirakçıları və onların hüquqi
varisləri üçün məcburidir.
Maddə 79. Məhkəmə qərarının icra olunması
79.1. Məhkəmə
qərarı qanuni qüvvəyə mindikdən sonra icra
olunur.
79.2. Məhkəmə
qərarının borclu tərəfindən
könüllü şəkildə icra olunmadığı
hallarda, həmin qərarın icrası bu Məcəllənin
müvafiq fəslində və “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada həyata keçirilir.[27]
Maddə 80. Məhkəmə qərardadları
80.1. Bu Məcəlləyə
əsasən barəsində məhkəmə qaydasında
şikayət verilə bilən, habelə hüquqi
müdafiə vasitələrindən istifadə qaydalarını
və müddətini müəyyən edən
məhkəmə qərardadları mütləq
əsaslandırılmalıdır.
80.2. İnzibati aktın
icrasının dayandırılması haqqında və
digər müvəqqəti xarakterli müdafiə ilə
bağlı məhkəmə qərardadları, habelə
maraqlı şəxslər tərəfindən hüquqi
mübahisənin mahiyyəti üzrə nizama
salınmasından sonra qəbul edilən qərardadlar hər
bir halda əsaslandırılmalıdır. 80.3. Bu
Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci
maddələrində nəzərdə tutulmuş qaydalar
məhkəmə qərardadlarına da şamil olunur.
X fəsil
APELLYASİYA
İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ
ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ
81.1.
İnzibati məhkəmələr
tərəfindən qəbul olunmuş qərarlardan və ya
qərardadlardan, bu Məcəllədə nəzərdə
tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.
Şikayətə apellyasiya qaydasında apellyasiya
instansiyası inzibati kollegiyaları (bundan sonra -
apellyasiya instansiyası məhkəmələri)
tərəfindən baxılır.[28]
81.2. İnzibati
məhkəmə icraatının iştirakçıları
(tərəflər və məhkəmə icraatına
cəlb olunmuş üçüncü şəxslər)
yalnız onların tələblərinin təmin
olunmadığı hallarda şikayət vermək hüququna
malikdirlər.
81.3. Bu fəsildə başqa
qaydanın müəyyən edilmədiyi hallarda,
şikayət üzrə inzibati məhkəmə
icraatında birinci instansiya məhkəməsində icraatla
bağlı bu Məcəllədə nəzərdə
tutulmuş müvafiq prosessual
qaydalar, o cümlədən iddia ərizəsinin formasına
və məzmununa dair tələblər və Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin
apellyasiya instansiyası məhkəməsində icraatla
bağlı müvafiq müddəaları tətbiq olunur.[29]
Maddə 82. Mübahisə ilə bağlı işə
şikayət üzrə yenidən baxılmasının
hədləri
Apellyasiya instansiyası
məhkəməsi mübahisə ilə bağlı
işə şikayət həddində və hüquqi
məsələlər, habelə sübutlar və faktlar
(faktiki hallar) əsasında mahiyyəti üzrə tam
həcmdə baxır. Apellyasiya instansiyası
məhkəməsi həmçinin bu Məcəllənin
12-ci maddəsinin tələblərinə əsasən yeni
təqdim olunmuş sübutları (sübutetmə
vasitələrini) və faktları (faktiki halları) da
nəzərə alır.
Maddə 83. Şikayətin mümkünlüyü
83.1. Şikayət inzibati
məhkəmələr tərəfindən qəbul
olunmuş qərarlardan və müstəqil
mübahisələndirilməsi bu Məcəllə ilə
nəzərdə tutulmuş qərardadlardan verilə
bilər.[30]
83.2. Məhkəmə
qərarının yalnız əsaslandırma hissəsi
və məhkəmə xərcləri ilə bağlı
şikayətə yol verilmir.
83.3. Aşağıdakı
məhkəmə qərardadlarından müstəqil qaydada
şikayət verilə bilməz:
83.3.1. məhkəmə
prosesinin aparılması qaydaları haqqında
məhkəmə qərardadlarının
(sərəncamlarının);
83.3.2. məhkəmə
iclasının vaxtının dəyişdirilməsi,
təxirə salınması və ya məhkəmə
iclasının vaxtı ilə bağlı müəyyən
müddətin təyin olunması haqqında
məhkəmə qərardadlarının;
83.3.3. sübutlar haqqında
və ya sübutların cəlb olunması barədə
vəsatətlərin rədd edilməsi haqqında
məhkəmə qərardadlarının;
83.3.4. müstəqil
işlər və ya hüquqi tələblər üzrə
icraatın bir icraatda birləşdirilməsi və ya bir
icraatın müstəqil işlər üzrə icraata ayrılması
haqqında məhkəmə qərardadlarının;
83.3.5. hakimlərə,
məhkəmə tərkiblərinə etirazlar ilə
bağlı məhkəmə qərardadlarının;
83.3.6. bu Məcəllənin
21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda.
83.4. Bu Məcəllə ilə
müstəqil qaydada mübahisələndirilməsinə yol
verilməyən qərardadlardan məhkəmənin yekun
qərarı ilə birlikdə şikayət verilə
bilər.
Maddə 84. Şikayət üzrə məhkəmə
icraatının iştirakçıları
Şikayətçi və
birinci instansiya məhkəməsində icraatın
iştirakçıları olmuş digər
şəxslər şikayət üzrə məhkəmə
icraatının iştirakçıları sayılırlar.
Maddə 85. Şikayətin verilməsinə dair tələblər
85.1. Şikayət
məhkəmə qərarının tam formada təqdim
olunduğu gündən 30 gün, məhkəmə
qərardadının isə elan olunduğu gündən 10
gün müddətində inzibati məhkəmə
vasitəsilə verilir.
85.2. Şikayətdə
mübahisə edilən məhkəmə qərarı
(qərardadı) barədə məlumatlar
göstərilməli və şikayət
əsaslandırılmalıdır. Məhkəmə
qərarından (qərardadından) verilmiş şikayət
əsaslandırılmadığı hallarda, həmin
şikayətin təqdim edildiyi gündən 30 gün ərzində
həmin şikayətin əsaslandırma hissəsi birbaşa
apellyasiya instansiyası məhkəməsinə
verilməlidir.
85.3. Şikayətin
əsaslandırma hissəsində şikayəti verən
şəxsin tələbi, habelə şikayət
üçün əsas olan faktlar və sübutlar
göstərilməlidir.
Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya
məhkəməsinin hərəkətləri
86.1. Şikayət daxil olduqdan
sonra inzibati məhkəmə şikayətlə bağlı
aşağıdakı formal tələblərə apellyasiya
şikayəti verən şəxs tərəfindən
əməl olunmasını yoxlayır:
86.1.1. şikayətin səlahiyyətli
şəxs tərəfindən imzalanmasını; [31]
86.1.2. apellyasiya şikayəti
verən şəxsin adının, soyadının,
atasının adının və ünvanının
göstərilməsini;
86.1.3. barəsində
şikayət verilən məhkəmə qərarı və
ya qərardadının tarixi və nömrəsi
barədə məlumatların göstərilməsini;
86.1.4. dövlət rüsumunun
ödənilməsini;
86.1.5. şikayətin verildiyi
apellyasiya instansiyası məhkəməsinin
göstərilməsini;
86.1.6. şikayətə
əlavə edilən sənədlərin
siyahısının olmasını.
86.2. Bu Məcəllənin
86.1-ci maddəsində göstərilən
tələblərə əməl olunmaması ilə
bağlı formal xətaların aradan
qaldırılmasında məhkəmə apellyasiya
şikayəti verən şəxsə yardım etməlidir.
86.3. İnzibati məhkəmə
şikayətin daxil olduğu vaxtdan beş gün
müddətində həmin şikayəti mübahisə
ilə bağlı işin materialları ilə birlikdə
müvafiq apellyasiya instansiyası məhkəməsinə
göndərir.[32]
86.4. Apellyasiya instansiyası
məhkəməsinə göndərilənədək
şikayətin geri götürüldüyü hallarda birinci
instansiya məhkəməsi şikayətlə bağlı
icraata xitam verilməsi barədə qərardad qəbul edir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat
87.1. Apellyasiya instansiyası
məhkəməsi daxil olmuş şikayətin surətini
digər proses iştirakçılarına göndərir,
proses iştirakçılarına şikayətin mahiyyəti
ilə bağlı öz mülahizələrini bildirmək
üçün imkan yaradır, qərarın qəbul
edilməsi üçün zəruri olan digər müvafiq
tədbirləri görür.
87.2. Apellyasiya instansiyası
məhkəməsi apellyasiyanın mümkünlüyü
əsaslarını yoxlayır.
87.3. Apellyasiya mümkün
sayılmadıqda apellyasiya instansiyası məhkəməsi
şikayəti qəbul etməkdən imtina edir.
87.4. Apellyasiyanın
mümkünlüyü ilə bağlı məhkəmə
qərardad çıxarır. Apellyasiyanın mümkün
sayılmaması barədə qərardad qəbul
edilməmişdən əvvəl proses
iştirakçılarının dinlənilmə hüququ
təmin edilməlidir.
87.5. Şikayətlə
bağlı qərar apellyasiya instansiyası
məhkəməsi tərəfindən şifahi
məhkəmə baxışı qaydasında qəbul edilir.
87.6. Apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin
qərarını dəyişdirmədən
qüvvədə saxlaya bilər, dəyişdirə bilər
və ya ləğv edərək (tam və ya qismən) yeni
qərar qəbul edə bilər. Birinci instansiya
məhkəməsinin qərarı apellyasiya tələbi
həddində dəyişdirilə bilər.
87.7. Apellyasiya instansiyası
məhkəməsi, bir qayda olaraq, mübahisə ilə
bağlı işə mahiyyəti üzrə baxaraq həll
edir. Məhkəmə icraatının davam etdirilməsinin
zəruri olduğu aşağıdakı müstəsna
hallarda apellyasiya instansiyası məhkəməsi,
barəsində şikayət verilmiş məhkəmə
qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə
göndərə bilər:[33]
87.7.1. inzibati məhkəmədə icraat
zamanı yol verilmiş ciddi prosessual pozuntular
səbəbindən əhəmiyyətli sayda və ya
geniş həcmdə sübutların
araşdırılması tələb olunduqda;
87.7.2. inzibati məhkəmə
tərəfindən mahiyyəti üzrə qərar qəbul
edilmədikdə.
87.8. Apellyasiya instansiyası
məhkəməsi qərarını əsaslandırmağa
borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsinin qərarını dəyişdirmədən
qüvvədə saxladıqda, həmin qərardakı
əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya
instansiyası məhkəməsinin qərarında apellyasiya
şikayətinin dəlillərinə münasibət
bildirilməlidir.
87.9. Apellyasiya instansiyası
məhkəməsinin şikayətlə bağlı
hüquqi mövqeyi birinci instansiya məhkəmələri
üçün məcburidir.
87.10. Məcburetmə
haqqında iddia üzrə şikayət təmin edildiyi
hallarda apellyasiya instansiyası məhkəməsinin
qərarında, inzibati orqanın həmin qərar
əsasında qəbul etdiyi inzibati akta qarşı
şikayətin birbaşa həmin apellyasiya instansiyası
məhkəməsinə verilməsi (hüquqi müdafiə
vasitələrindən istifadə qaydası və
müddəti) göstərilməlidir.
Maddə 88. Şikayətin geri götürülməsi
88.1. Şikayət apellyasiya
instansiyası məhkəməsinin qərarı qanuni
qüvvəyə minənədək geri
götürülə bilər.
88.2. Şifahi məhkəmə
baxışı başa çatdıqdan sonra şikayətin
geri götürülməsinə cavabdehin
razılığı ilə yol verilir.
88.3. Şikayətin geri
götürülməsi eyni predmet barəsində və eyni
əsaslar üzrə yenidən şikayət vermə
imkanını istisna edir.
88.4. Şikayətin geri
götürüldüyü hallarda məhkəmə
xərcləri haqqında məhkəmə
tərəfindən qərardad çıxarılır.
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin
qərarının qanuni qüvvəyə minməsi
Bu Məcəllənin 94.1-ci
maddəsində nəzərdə tutulmuş
müddətdə şikayətin verilmədiyi və ya proses
iştirakçıları tərəfindən
şikayətin geri götürüldüyü hallarda,
məhkəmə qərarı onun təqdim olunduğu
gündən 30 gün, məhkəmə qərardadı
isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə
minir. Şikayətin geri götürülməsi haqqında
bəyanat yazılı şəkildə
məhkəməyə təqdim olunmalıdır.
XI fəsil
KASSASİYA
İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ
ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 90. Kassasiya şikayəti vermək hüququ
90.1. Apellyasiya instansiyası
məhkəməsinin qərar və ya qərardadlarından,
bu Məcəllədə nəzərdə tutulmuş hallar
istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına
(bundan sonra – Ali Məhkəməyə) şikayət
verilə bilər.[34]
90.2. Apellyasiya instansiyası
məhkəməsində mübahisə ilə bağlı
iş üzrə inzibati məhkəmə icraatının
iştirakçıları yalnız onların tələblərinin
təmin olunmadığı hallarda şikayət vermək
hüququna malikdirlər.
90.3. Bu fəsildə başqa
qaydanın müəyyən edilmədiyi hallarda,
şikayət üzrə məhkəmə icraatında birinci
instansiya məhkəməsində icraatla bağlı bu
Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o
cümlədən iddia ərizəsinin formasına və
məzmununa dair tələblər və Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin
kassasiya instansiyası məhkəməsində icraatla
bağlı müvafiq müddəaları tətbiq olunur.
Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya
qaydasında yenidən baxılmasının hədləri
Ali Məhkəmə
mübahisə ilə bağlı işə şikayət
həddində baxır və yalnız apellyasiya instansiyası
məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.
Maddə 92. Məhkəmə qərarının kassasiya
qaydasında ləğv olunması üçün
mütləq əsaslar
92.0. Aşağıdakı
hallarda məhkəmə qərarı (qərardadı)
kassasiya qaydasında mütləq ləğv
olunmalıdır:
92.0.1. mübahisə ilə
bağlı işə, həmin işə baxmaq hüququ
olmayan məhkəmə tərəfindən baxıldıqda;
92.0.2. qanuna əsasən
vəzifəsindən kənarlaşdırılmış
və ya qərəzsizliyinə şübhə olduğuna
görə etiraz olunmuş hakim qərarın qəbul
edilməsində iştirak etdikdə;
92.0.3. proses
iştirakçısının dinlənilmə hüququnun
təmin edilməsindən, bu Məcəllədə
nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda;
92.0.4. proses
iştirakçısının aşkar və ya susmaqda
ifadə olunan razılığı ilə məhkəmə
icraatının aparıldığı hallar istisna olmaqla,
proses iştirakçısı icraatda qanunun
müddəalarına uyğun şəkildə təmsil
olunmadıqda;
92.0.5. qərar aşkarlıq
prinsipinin pozulduğu şifahi məhkəmə
baxışı əsasında qəbul edildikdə;
92.0.6. bu Məcəlləyə
uyğun olaraq əsaslandırılması zəruri olan
qərar əsaslandırılmadıqda.
Maddə 93. Kassasiya şikayəti üzrə məhkəmə
icraatının iştirakçıları və
onların nümayəndələri [35]
Kassasiya şikayəti verən
şəxs və apellyasiya instansiyası
məhkəməsində inzibati məhkəmə
icraatının iştirakçıları olmuş digər
şəxslər həmin şikayət üzrə
məhkəmə icraatının iştirakçıları
sayılırlar.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair
tələblər
94.1. Kassasiya şikayəti
məhkəmə qərarının tam formada təqdim
olunduğu gündən 1 ay, məhkəmə
qərardadının təqdim olunduğu gündən,
həmçinin bu Məcəllənin 131.3-cü və
132.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda
10 gün müddətində müvafiq apellyasiya
instansiyası məhkəməsi vasitəsi ilə verilir.[36]
94.2. Şikayətdə
mübahisə edilən məhkəmə qərarı və
ya qərardadı barədə məlumatlar
göstərilməli və şikayət
əsaslandırılmalıdır.
94.3. Bu Məcəllənin
94.1-ci maddəsində nəzərdə tutulmuş
məhkəmə qərarından verilmiş şikayət
əsaslandırılmadığı hallarda, həmin
şikayətin verildiyi gündən 1 ay ərzində
həmin şikayətin əsaslandırma hissəsi birbaşa
Ali Məhkəməyə təqdim edilməlidir.
94.4. Şikayətin
əsaslandırma hissəsində şikayəti verən
şəxsin tələbi göstərilməlidir.
Maddə 95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya
instansiyası məhkəməsinin hərəkətləri
95.1. Kassasiya şikayəti daxil
olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi
şikayətlə bağlı aşağıdakı formal
tələblərə kassasiya şikayəti verən
şəxs tərəfindən əməl olunmasını
yoxlayır:
95.1.1. apellyasiya şikayəti
verən şəxsin adının, soyadının,
atasının adının və ünvanının
göstərilməsini;
95.1.2. barəsində
şikayət verilən məhkəmə qərarı və
ya qərardadının tarixi və nömrəsi
barədə məlumatların göstərilməsini;
95.1.3. dövlət rüsumunun
ödənilməsini;
95.1.4. şikayətin verildiyi
apellyasiya instansiyası məhkəməsinin
göstərilməsini;
95.1.5. şikayətə
əlavə edilən sənədlərin
siyahısının olmasını.
95.2. Bu Məcəllənin
95.1-ci maddəsində göstərilən
tələblərə əməl olunmaması ilə
bağlı formal xətaların aradan
qaldırılmasında məhkəmə kassasiya
şikayəti verən şəxsə yardım etməlidir.
95.3. Apellyasiya instansiyası
məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5
gün ərzində həmin şikayəti, mübahisə
ilə bağlı işin materialları ilə birlikdə Ali
Məhkəməyə göndərir.
95.4. Ali Məhkəməyə
göndərilənədək şikayətin geri
götürüldüyü hallarda, apellyasiya instansiyası
məhkəməsi şikayətlə bağlı icraata xitam
verilməsi barədə qərardad qəbul edir.
Maddə 96. Ali Məhkəmədə icraat
96.1. Ali Məhkəmə daxil
olmuş şikayətin surətini digər proses
iştirakçılarına göndərir, proses
iştirakçılarına şikayətin mahiyyəti
ilə bağlı öz mülahizələrini bildirmək
üçün imkan yaradır.
96.2. Ali Məhkəmə
kassasiyanın mümkünlüyü əsaslarını
yoxlayır.
96.3. Kassasiya mümkün
sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul
etməkdən imtina edir və bu barədə
əsaslandırılmış qərardad qəbul edir.
Kassasiyanın mümkün sayılmaması barədə
qərardad qəbul edilməmişdən əvvəl proses
iştirakçılarının dinlənilmə hüququ
təmin olunmalıdır. Şikayətin qəbulundan imtina
edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin
qərarı və ya qərardadı qanuni qüvvəyə
minir.
96.4. Kassasiya mümkün
sayıldıqda, şikayətlə bağlı qərar Ali
Məhkəmə tərəfindən şifahi
məhkəmə baxışı qaydasında qəbul edilir.
96.5. Şikayətin
əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda
olaraq, mübahisə ilə bağlı işə dair
özü qərar qəbul edir. Mübahisə ilə bağlı
iş üzrə araşdırmanın davam etdirilməsinin
zəruri olduğu aşağıdakı hallarda, Ali
Məhkəmə mübahisə edilən qərarı
ləğv etməyə və işi təkrar
baxılması üçün müvafiq apellyasiya
instansiyası məhkəməsinə
göndərməyə haqlıdır:
96.5.1. apellyasiya instansiyası
məhkəməsində icraat zamanı yol verilmiş ciddi
prosessual pozuntular səbəbindən əhəmiyyətli
sayda və ya geniş həcmdə sübutların
araşdırılması tələb olunduqda;
96.5.2. apellyasiya instansiyası
məhkəməsi mahiyyəti üzrə qərar qəbul
etmədikdə.
96.6. Bu Məcəllənin
96.5-ci maddəsində nəzərdə tutulmuş qayda
məhkəmə qərardadlarına (məhkəmənin
qərardad formasında olan yekun qərarı istisna olmaqla)
qarşı verilmiş şikayətlərə şamil
olunmur.
96.7. Mübahisə edilən
məhkəmə qərarının əsaslandırma
hissəsində qüvvədə olan hüquq
normalarının məhkəmənin gəldiyi
nəticəyə təsir etməyən şəkildə
pozulması hallarının olmasına baxmayaraq, qərar
digər əsaslar üzrə düzgündürsə, Ali
Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu
Məcəllənin 92-ci maddəsində nəzərdə
tutulmuş hallara şamil olunmur.
96.8. Şikayət
əsassızdırsa, Ali Məhkəmə şikayətin
təmin edilməməsi barədə qərar qəbul edir.
96.9. Ali Məhkəmə
apellyasiya instansiyası məhkəməsinin
qərarını (qərardadını)
dəyişdirmədən qüvvədə saxlaya bilər,
dəyişdirə bilər və ya ləğv edərək
(tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qərarı,
həmin qərara qarşı verilmiş şikayətlə
tələb edilən həddə (həcmdə)
dəyişdirilə bilər.
96.10. Ali Məhkəmə
bütün hallarda qərarını əsaslandırmağa
borcludur.
96.11. Mübahisə edilən
qərarla bağlı Ali Məhkəmənin hüquqi
mövqeyi apellyasiya instansiyası məhkəmələri
üçün məcburidir.
Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi
97.1. Kassasiya şikayəti
verən şəxs Ali Məhkəmənin qərarı qanuni
qüvvəyə minənədək şikayətini geri
götürə bilər.
97.2. Şifahi məhkəmə
baxışı başa çatdıqdan sonra şikayətin
geri götürülməsinə cavabdehin
razılığı ilə yol verilir.
97.3. Şikayətin geri
götürülməsi eyni predmet barəsində və eyni
əsaslar üzrə yenidən şikayət vermə
imkanını istisna edir.
97.4. Şikayətin geri
götürüldüyü hallarda, prosessual xərclər
haqqında Ali Məhkəmə tərəfindən
qərardad qəbul edilir.
Maddə 98. Ali Məhkəmənin inzibati
mübahisələrə dair iş üzrə qərarı
98.1. Ali Məhkəmənin
inzibati mübahisələrə dair iş üzrə
qərarı qətidir.
98.2. Müəyyən hüquqi
mübahisəyə baxılarkən, Ali Məhkəmənin İnzibati
kollegiyasının müvafiq məhkəmə tərkibinin
həmin kollegiyanın digər məhkəmə tərkibinin
qərarından fərqli qərar qəbul etmək istədiyi
hallarda, birgə Palata yaradılır. [37]
98.3. İşə baxan
müvafiq məhkəmə tərkibi mübahisəli
hüquqi məsələni baxılması və həll
olunması üçün Palataya göndərir. Bu barədə
təqdimat yazılı formada olmalıdır.
98.4. Palatanın qərarı
qərardad formasında qəbul edilir və Ali
Məhkəmənin İnzibati kollegiyasının
bütün məhkəmə tərkibləri
üçün məcburidir.
98.5. Ali Məhkəmənin İnzibati
kollegiyasının məhkəmə tərkibi, Palatanın
qərarından fərqli qərar qəbul etmək istədiyi
hallarda, hüquqi mübahisə ilə bağlı iş
həll olunması üçün təkrar Palataya
göndərilməlidir.
98.6. Palata Ali
Məhkəmənin sədrindən, Ali Məhkəmənin İnzibati kollegiyasının
sədrindən, həmin kollegiyanın hakimlərindən
ibarət tərkibdə təşkil olunur. Ali
Məhkəmənin sədri Palataya sədrlik edir. Ali
Məhkəmənin sədrinin Palatanın iclasında
şəxsən iştirak edə bilmədiyi hallarda Palataya
sədrliyi onun müavini həyata keçirir. Səslərin
bərabər olduğu hallarda, sədrlik edənin səsi
həlledici sayılır.
Maddə 98-1. Kasasiya instansiyası məhkəməsində icraat
zamanı hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin təmin edilməsi[38]
98-1.1. Ali Məhkəmənin
məhkəmə tərkibi işə kasasiya qaydasında
baxarkən Ali Məhkəmənin digər məhkəmə
tərkibinin əvvəllər qəbul etdiyi qərarda
müəyyən edilmiş hüquqi mövqedən fərqli
yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə
və ya Ali Məhkəmənin məhkəmə tərkibi
apellyasiya instansiyası məhkəməsinin Ali
Məhkəmənin Plenumunun məhkəmə
təcrübəsinə dair məsələlər
üzrə izahlarına zidd olan qərarında fərqli
yanaşmanın tətbiqi zərurətinin
əsaslandırılması ilə razılaşdıqda,
həmin mübahisəli hüquqi məsələyə
hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin təmin edilməsi
məqsədilə Ali Məhkəmənin inzibati
kollegiyasına daxil olan bütün hakimlərdən ibarət
tərkibdə baxılır.
98-1.2. Ali Məhkəmənin
inzibati kollegiyasına daxil olan bütün hakimlərdən
ibarət tərkibdə iclası Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibinin
əsaslandırılmış təqdimatı əsasında
Ali Məhkəmənin sədri tərəfindən təyin
edilir. Mübahisəli hüquqi məsələyə Ali
Məhkəmənin inzibati kollegiyasına daxil olan
bütün hakimlərdən ibarət tərkibdə
baxılarkən iclasa Ali Məhkəmənin müvafiq
kollegiyasının sədri sədrlik edir. Ali
Məhkəmənin inzibati kollegiyasının iclası
həmin kollegiyanın hakimlərinin azı üçdə
ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər
bərabər olduğu hallarda sədrlik edənin səsi
həlledici sayılır.
98-1.3. Ali Məhkəmənin
inzibati kollegiyası bütün hakimlərdən ibarət
tərkibdə mübahisəli hüquqi
məsələyə baxaraq ona dair hüquqi mövqeyini
qəbul etdiyi qərardadda təsbit edir.
98-1.4. Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibi, habelə eyni
xarakterli məsələlərə baxarkən bütün
digər məhkəmə tərkibləri bu
Məcəllənin 98-1.3-cü maddəsində
nəzərdə tutulmuş qərardadda müəyyən
edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.
98-1.5. Ali Məhkəmənin
məhkəmə tərkibi eyni xarakterli
məsələlərə baxarkən, bu Məcəllənin
98-1.3-cü maddəsində nəzərdə tutulmuş
qərardadda müəyyən edilmiş hüquqi
mövqedən fərqli qərar qəbul olunmasını
zəruri hesab edirsə, məsələyə bu
Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada baxılır.
Maddə 99. Kassasiya şikayətinə yol verilməməsi
99.1. Məhkəmə
qərarının motivasiyası və prosessual
xərclərlə bağlı kassasiya şikayətinə
yol verilmir.
99.2. Məhkəmənin
aşağıdakı qərardadlarından kassasiya
şikayəti verilə bilməz:
99.2.1. məhkəmə
prosesinin aparılması haqqında məhkəmə
qərardadlarının (sərəncamlarının);
99.2.2. məhkəmə
iclasının vaxtının dəyişdirilməsi,
təxirə salınması və ya məhkəmə
iclasının vaxtı ilə bağlı müəyyən
müddətin təyin olunması haqqında
məhkəmə qərardadlarının;
99.2.3. sübutlar haqqında
və ya sübutların cəlb olunması barədə
vəsatətlərin rədd edilməsi haqqında
məhkəmə qərardadlarının;
99.2.4. müstəqil
işlər və ya hüquqi tələblər üzrə
icraatın bir icraatda birləşdirilməsi və ya bir
icraatın müstəqil işlər üzrə icraata ayrılması
haqqında məhkəmə qərardadlarının;
99.2.5. məhkəmə
üzvlərinə etirazlar ilə bağlı
məhkəmə qərardadlarının;
99.2.6. bu Məcəllə
ilə müəyyən edilmiş digər hallarda.
XII fəsil
YENİ
AÇILMIŞ HALLAR ÜZRƏ İCRAAT
Maddə 100. Mübahisə ilə bağlı iş üzrə
icraatın təzələnməsi üçün
əsaslar
Qanuni qüvvəyə
minmiş məhkəmə qərarının qəbul
edilməsi ilə başa çatmış inzibati
məhkəmə icraatı, sonradan yeni sübutların və
ya halların aşkar olunduğu və həmin
sübutların və ya halların ərizəçidən
asılı olmayan səbəblərdən ilkin icraat
zamanı təqdim olunmadığı təqdirdə, proses
iştirakçılarından birinin yeni
açılmış hallarla bağlı ərizəsinə
əsasən təzələnə bilər.
Maddə 101. Məhkəmə aidiyyəti
Yeni açılmış
hallarla bağlı icraatın təzələnməsi
barədə ərizəyə qərarına qarşı
ərizə verilmiş məhkəmə tərəfindən
baxılır.
Maddə 102. Yeni açılmış hallar üzrə icraatın
iştirakçıları
Yeni açılmış
hallarla bağlı icraatın təzələnməsinə
dair ərizə vermiş şəxs (ərizəçi),
habelə qərarına qarşı ərizə verilmiş
məhkəmədə icraatın iştirakçıları
olmuş başqa şəxslər, yeni
açılmış hallar üzrə məhkəmə
icraatının iştirakçıları sayılırlar.
Maddə 103. Yeni açılmış hallarla bağlı
icraatın təzələnməsinə dair ərizə
ilə müraciət etmək üçün müddət
103.1. Yeni
açılmış hallarla bağlı icraatın
təzələnməsinə dair ərizə, bu
Məcəllənin 100-cü maddəsində
nəzərdə tutulmuş sübutların və ya
halların ərizə verən şəxsə məlum
olduğu gündən 3 ay müddətində verilə
bilər.
103.2. Mübahisə edilən
qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il
keçdikdən sonra yeni açılmış hallarla
bağlı icraatın təzələnməsinə dair ərizə,
yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham
hökmü ləğv olunduğu hallarda verilə bilər.
103.3. Bu Məcəllənin
103.1-ci və 103.2-ci maddələrində nəzərdə
tutulmuş müddətlərin buraxıldığı
hallarda, həmin müddətlərin bərpasına yol
verilmir.
Maddə 104. Yeni açılmış hallarla bağlı
icraatın təzələnməsinə dair ərizənin
məzmunu
104.1. Yeni
açılmış hallarla bağlı icraatın
təzələnməsinə dair ərizədə
aşağıdakılar göstərilməlidir:
104.1.1. mübahisə edilən
məhkəmə qərarı haqqında məlumat;
104.1.2. icraatın
təzələnməsi üçün əsaslar;
104.1.3. məhkəmə
qərarının mübahisə edilən hissəsi və ya
həcmi barədə məlumat;
104.1.4. ərizənin bu
Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində
nəzərdə tutulmuş müddətdə verildiyini
təsdiq edən sübutetmə vasitələri haqqında
məlumat.
104.2. Ərizəyə yeni sübutlar
və hallar barədə sənədlərin, habelə
başqa müvafiq sənədlərin əsli və ya
surəti əlavə olunur.
Maddə 105. Məhkəmə qərarının icrasının
yalnız ərizə (vəsatət) əsasında
dayandırılması
105.1. Yeni
açılmış hallarla bağlı icraatın
təzələnməsinə dair ərizənin verilməsi
məhkəmə qərarının icrasını
dayandırmır. Lakin vəsatət əsasında
məhkəmə qərarın icrasının
dayandırılması barədə qərardad qəbul
edə bilər. 105.2. Məhkəmə qərarının
icrasının dayandırılması ilə bağlı
ərizəyə (vəsatətə) baxılarkən bu
Məcəllənin 41-ci maddəsində nəzərdə
tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 106. Yeni açılmış hallarla bağlı
icraatın təzələnməsinin mümkünlüyü
106.1. Məhkəmə
icraatın təzələnməsi üçün
ərizədə göstərilmiş əsaslarla
bağlıdır.
106.2. İcraatın
təzələnməsi üçün məhkəmə bu
Məcəllənin 100-cü maddəsində
nəzərdə tutulmuş əsaslardan hər hansı
birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin
təmin edilməsi və yeni açılmış hallarla
bağlı icraatın təzələnməsi haqqında
qərardad qəbul edir.
106.3. İcraatın təzələnməsi
üçün bu Məcəllənin 100-cü
maddəsində nəzərdə tutulmuş əsaslardan
hər hansı birinin mövcud olmadığı hallarda,
ərizənin rədd edilməsi haqqında məhkəmə
tərəfindən qərardad qəbul edilir.
Maddə 107. Yeni açılmış hallar üzrə icraat
107.1. Müvafiq səlahiyyətli
məhkəmə ilkin icraat üzrə araşdırmanı
davam etdirir. İlkin məhkəmə qərarının
qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar
əsasında məhkəmə tərəfindən
araşdırılır və ilkin ərizə üzrə
yeni qərar qəbul edilir.
107.2. Mübahisə ilə
bağlı iş üzrə məhkəmənin yeni
qərarı ilkin qərarı əvəz edir.
Məhkəmə həmin qərarda yeni
açılmış hallar üzrə icraatla əlaqədar
prosessual xərclər haqqında məsələni də
həll edir.
XIII fəsil
PROSESSUAL
XƏRCLƏR
Maddə 108. Prosessual xərclər
108.1. Prosessual xərclər
məhkəmə xərclərindən (dövlət
rüsumlarından və digər
ödəmələrdən) və hüquqi müdafiə
ilə bağlı proses iştirakçısının
çəkdiyi, onun şikayəti üzrə şikayət
instansiyasında icraatla əlaqədar xərclər də
daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
108.2. Dövlət
rüsumları, vəkilin və ya nümayəndənin
haqqı və digər xərclər qanunvericiliyə uyğun
olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin
məbləğinin müəyyən edilmədiyi hallarda,
məhkəmə özü ağlabatan məbləğ
təyin edir.
108.3. Mübahisə ilə
bağlı işə şikayət üzrə
şikayət instansiyasında baxılmışdırsa,
rüsumların, vəkilin və ya nümayəndənin
haqqının ödənilməsinə, müvafiq
səlahiyyətli şəxsin cəlb olunmasının
məhkəmə tərəfindən zəruri
sayıldığı hallarda yol verilir.
108.4. Prosesə cəlb
edilmiş üçüncü şəxslərin zəruri
xərclərinin ödənilməsinə,
məhkəmənin ədalət mövqeyindən
çıxış edərək həmin xərcləri
xeyrinə qərar qəbul edilməyən tərəfin
və ya dövlət büdcəsinin üzərinə
qoyduğu hallarda yol verilir.
Maddə 109. Prosessual xərclərin ödənilməsi
Prosessual xərclərin
ödənilməsi haqqında məsələ
məhkəmə tərəfindən qəbul edilmiş
qərardadla və ya mübahisə ilə bağlı iş
üzrə qəbul edilmiş qərarla həll edilir.
Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi
110.1. Prosessual xərclər
ödənilmiş tələblərə münasib olaraq
işdə iştirak edən şəxslərə aid edilir.
110.2. Sosial təminat
mübahisələri ilə bağlı işlər
üzrə (əmək pensiyasının, sosial
müavinətin təyin olunması və s.) dövlət
orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu
Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur.
110.3. İddianın təmin
olunmadığı hallarda, inzibati məhkəmə
icraatı ilə bağlı prosessual xərcləri
ödəmək vəzifəsi, qanunvericilikdə digər hal
nəzərdə tutulmamışdırsa, həmin
şikayəti vermiş şəxsin üzərinə qoyulur.
110.4. Yalnız
üçüncü şəxs qismində icraata cəlb
olunması barədə ərizə verdiyi və ya hər
hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər
həmin şəxsin təqsiri üzündən meydana
gəldiyi hallarda, məhkəmə icraatına cəlb
edilmiş üçüncü şəxsin
üzərinə prosessual xərcləri ödəmək
vəzifəsi qoyula bilər.
110.5. Yeni
açılmış hallar üzrə icraatla bağlı
prosessual xərclər, həmin xərclərin proses
iştirakçılarından birinin təqsiri
üzündən meydana gəldiyi hallar istisna olmaqla,
dövlət büdcəsinin və ya yerli büdcənin
vəsaiti hesabına ödənilir.
110.6. Tərəflərin
müştərək bəyanatına əsasən icraata
xitam verildiyi hallarda məhkəmə tərəfindən
xərclər barədə qərardad qəbul edilir. Bu zaman
xərclər məhkəmə prosesini udma ehtimalına
mütənasib olaraq bölüşdürülür.
Maddə 111. Prosessual xərclərin
bölüşdürülməsi
111.1. Proses
iştirakçısının tələbinin qismən
təmin edildiyi hallarda prosessual xərclər üzrə
qarşılıqlı hesablaşma aparılır və ya
xərclər proses iştirakçıları arasında
müvafiq nisbətdə bölüşdürülür. Xərclər
üzrə qarşılıqlı hesablaşmanın
aparıldığı hallarda, hər tərəf
məhkəmə xərclərinin yarısını
ödəyir, zəruri xərclər isə
tərəflərin öz hesabına ödənilir.
111.2. Proses
iştirakçısının mübahisəni
əhəmiyyətsiz hissədə uduzduğu hallarda,
prosessual xərcləri tam şəkildə ödəmək
vəzifəsi qarşı tərəfin üzərinə
qoyula bilər.
111.3. Şəxsin
ərizədən, iddiadan və ya şikayətdən imtina
etdiyi hallarda, prosessual xərclərin ödənilməsi
vəzifəsi həmin şəxsin üzərinə qoyulur.
111.4. İlkin hüquqi
vəziyyətin bərpa olunması haqqında ərizə
ilə əlaqədar prosessual xərclər
ərizəçi tərəfindən ödənilir.
111.5. Proses
iştirakçılarından hər hansı birinin
təqsiri üzündən meydana gəlmiş prosessual
xərcləri ödəmək vəzifəsi, həmin
iştirakçının üzərinə qoyula bilər.
Maddə 112. İddianın dərhal qəbul edilməsi ilə
əlaqədar prosessual xərclər
Cavabdeh öz
hərəkətləri ilə iddianın
qaldırılması üçün əsas vermədiyi
və iddiaçının hüquqi tələbini dərhal
qəbul etdiyi hallarda, bütün prosessual xərclər
iddiaçı tərəfindən ödənilir.
Maddə 113. Barışıq sazişinin bağlandığı
hallarda prosessual xərclərin
bölüşdürülməsi
İnzibati mübahisənin
məhkəmədə barışıq sazişinin
bağlanması yolu ilə nizama salındığı və
onun iştirakçıları arasında xərclərin
bölüşdürülməsi barədə digər
razılığın olmadığı hallarda,
barışıq sazişinin tərəfləri
məhkəmə xərclərini bərabər
şəkildə ödəyirlər. Zəruri xərclər
hər bir iştirakçı tərəfindən
müstəqil şəkildə ödənilir.
Maddə 114. Prosessual xərclərin bir neçə şəxs
tərəfindən ödənilməsi qaydası
114.1. Xeyrinə qərar
qəbul edilməyən tərəf (prosessual xərcləri
ödəməli olan tərəf) bir neçə
şəxsdən ibarət olduğu hallarda, həmin
şəxslər, onlardan hər birinə düşən pay
həcmində prosessual xərcləri ödəyirlər.
114.2. Mübahisədə
iştirakın dərəcəsi baxımından
mühüm fərqlərin olduğu hallarda,
məhkəmə şəxsin prosesdə iştirak
dərəcəsini nəzərə almaqla prosessual
xərcləri bölüşdürməyə
haqlıdır.
114.3. Prosessual
həmiştirakçılardan biri, tələbin təmin
olunması ilə bağlı və ya tələbə
qarşı müdafiə ilə bağlı xüsusi
vasitələrdən istifadə etdiyi hallarda, digər
prosessual həmiştirakçılar bununla əlaqədar
yaranan prosessual xərcləri ödəməyə borclu
deyildirlər.
114.4. Mübahisə ilə
bağlı iş üzrə prosessual xərcləri
ödəməli olan tərəfə münasibətdə
yalnız vahid qərarın qəbul edilə biləcəyi hallarda,
həmin xərcləri ödəmək vəzifəsi
birgə borclular kimi bir neçə şəxsin (prosessual
həmiştirakçıların) üzərinə qoyula
bilər.
Maddə 115. Prosessual xərclərə dair məhkəmə
qərarının mübahisələndirilməsinin
yolverilməzliyi
115.1. Mübahisə ilə
bağlı işin mahiyyəti üzrə qərardan
şikayət verilmədiyi hallarda, prosessual xərclərə
dair qərarın (qərardadın)
mübahisələndirilməsinə yol verilmir.
115.2. Mübahisə ilə
bağlı işin mahiyyəti üzrə qərar qəbul
edilmədiyi hallarda, prosessual xərclərə dair
qərardadın mübahisələndirilməsinə yol
verilmir.
XIV fəsil
MƏHKƏMƏ
QƏRARLARININ İCRASI
Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinin normalarının tətbiqi
116.1. Bu Məcəllə
ilə başqa qaydanın nəzərdə
tutulmadığı hallarda, məhkəmə
qərarlarının icrası ilə bağlı
Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinin və “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq
müddəaları tətbiq olunur.[39]
116.2. Məhkəmə
qərarının icrası birinci instansiya
məhkəməsi tərəfindən təmin edilir.
Maddə 117. İcra sənədi
117.1. İcra
aşağıdakı sənədlər əsasında
həyata keçirilir:
117.1.1. qanuni qüvvəyə
minmiş məhkəmə qərarı əsasında;
117.1.2. müvəqqəti
xarakterli müdafiəyə dair məhkəmə
qərardadı əsasında;
117.1.3 məhkəmə
qərardadı ilə təsdiq edilmiş barışıq
sazişi əsasında;
117.1.4. prosessual xərclərin
müəyyən edilməsi haqqında məhkəmə
qərardadı əsasında.
117.2. Məhkəmə
qərarının icrası ilə bağlı proses
iştirakçılarına, onların ərizəsinə
əsasən, təsviri və əsaslandırma hissəsi olmadan
məhkəmə qərarının surəti verilə
bilər. Belə qərar hüquqi qüvvəsinə
görə tam formada təqdim olunmuş məhkəmə
qərarına bərabər sayılır.
Maddə 118. Dövlətin və ya bələdiyyələrin
xeyrinə icra
118.1. İcranın
dövlətin, bələdiyyənin və ya ümumi
hüququn başqa subyektlərinin xeyrinə həyata
keçirilməli olduğu hallarda məhkəmə
qərarının icrası ilə bağlı “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun VIII
fəslində nəzərdə tutulmuş qaydalar tətbiq
olunur.
118.2. İcranın “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası qanununda
nəzərdə tutulmuş qaydada həyata keçirildiyi
hallarda, birinci instansiya məhkəməsində
mübahisə ilə bağlı işə baxan hakim və
ya məhkəmə tərkibinə sədrlik edən hakim icra
orqanı sayılır.
118.3. Hakim icranın və ya
ayrı-ayrı icra hərəkətlərinin həyata
keçirilməsi məqsədilə, icra orqanı
qismində müvafiq inzibati orqanı və ya
məhkəmə icraçısını cəlb edə
bilər.
118.4. İcra ilə
bağlı borcluya tətbiq edilməli olan mümkün
məcburi icra tədbirləri yalnız hakim
tərəfindən müəyyən edilir.
118.5. Hakim icranın məcburi
qaydada həyata keçirilməsinə nəzarət
etməlidir.
Maddə 119. Dövlətə və ya
bələdiyyələrə qarşı pul
tələblərinin icra edilməsi
119.1. Dövlətə,
bələdiyyələrə və ya ümumi hüququn
başqa subyektlərinə qarşı pul tələbinin icra
edilməli olduğu hallarda, tələbkarın ərizəsinə
əsasən və ya xidməti vəzifəsinə
görə birinci instansiya məhkəməsi icra haqqında
qərardad qəbul edir. Məhkəmə qərardadda icra
tədbirlərini müəyyən edir və həmin
tədbirlərin həyata keçirilməsini
səlahiyyətli orqana tapşırır. Səlahiyyətli
orqan həmin tapşırığı (icra
tədbirlərini) məhkəmə qərarlarının
icrası ilə bağlı qüvvədə olan
qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə
borcludur.
119.2. İcra haqqında
qərardad (sərəncam) qəbul etməzdən
əvvəl, məhkəmə müvafiq dövlət
orqanına, bələdiyyə orqanına və ya ümumi
hüququn başqa subyektinə məcburi icra haqqında
yazılı şəkildə xəbərdarlıq edir və
icranın həyata keçirilməsi üçün
müddət müəyyən edir. Bu müddət 15
gündən çox ola bilməz.
119.3. Ümumi
vəzifələrin (dövlət vəzifələrinin
və ya ictimai vəzifələrin) yerinə yetirilməsi
üçün zəruri olan və ya
özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki
dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış)
əşyalara münasibətdə icraya yol verilmir.
Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq
nəzarət orqanının və ya yuxarı inzibati
orqanın rəhbərinin, yaxud onların
səlahiyyətləndirdiyi nümayəndənin rəyini
dinlədikdən sonra qərar qəbul edir.
119.4. Müvəqqəti
xarakterli müdafiə barədə qərardadın icra
edilməli olduğu hallarda, icra haqqında
xəbərdarlıq edilməsi və bununla bağlı
müddətin müəyyən olunması tələb
edilmir.
Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş
öhdəliklərin (vəzifələrin) icra edilməsi
120.1. Bu Məcəllənin
33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü
maddələrində nəzərdə tutulmuş hallarda
inzibati orqan tərəfindən məhkəmə
qərardadı və ya qərarı ilə onun
üzərinə qoyulmuş öhdəliklər
(müvəqqəti xarakterli müdafiə ilə bağlı,
inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati
aktın nəticələrinin aradan qaldırılması
ilə bağlı öhdəlikləri) icra
edilmədikdə, birinci instansiya məhkəməsi proses
iştirakçısının ərizəsinə
əsasən və ya xidməti vəzifəsinə
görə, inzibati orqana icra üçün müddət
müəyyən edir və cərimə tətbiq
olunacağı barədə həmin orqana
xəbərdarlıq edir.
120.2. Bu Məcəllənin
120.1-ci maddəsinə uyğun olaraq müəyyən
edilmiş müddətdə inzibati orqan tərəfindən
onun üzərinə qoyulmuş öhdəliklər icra
olunmadıqda, məhkəmə cərimənin
məbləğini müəyyən edə və inzibati
orqanı həmin məbləğdə cərimə edə
bilər. Məhkəmə bu barədə qərardad qəbul
edir.
120.3. Cərimə 50.000
manatadək məbləğdə müəyyən oluna
bilər. 120.4. Cərimə təkrar təyin oluna və
məcburi qaydada tutula bilər.
Maddə 121. İcranın mübahisələndirilməsi
121.1. Barəsində icranın
həyata keçirildiyi şəxs, mübahisə ilə
bağlı iş üzrə məhkəmə qərarı
qanuni qüvvəyə mindikdən sonra da icra ilə
əlaqədar ona qarşı məcburi icra
tədbirlərinin müəyyən olunması haqqında
məhkəmə qərardadını
mübahisələndirilə bilər. 121.2.
Mübahisəyə müvafiq apellyasiya instansiyası
məhkəməsi tərəfindən yazılı icraat
qaydasında baxılır və bu barədə qərardad
qəbul edilir. Şikayət təmin edilmədikdə və
ya qismən təmin edildikdə, bu barədə
məhkəmə qərardadı Ali Məhkəmədə
mübahisələndirilə bilər. 121.3.
Mübahisəyə Ali Məhkəmə tərəfindən
yazılı icraat qaydasında baxılır və bu
barədə qərardad qəbul edilir. Ali Məhkəmənin
qərardadı qətidir.
121.4. İcranın
mübahisələndirməsi ilə bağlı bu
Məcəllənin 81-ci, 85-ci, 87-ci, 88-ci, 90-cı, 94-cü,
96-cı, 97-ci və 99-cu maddələri müvafiq qaydada
tətbiq olunur.
XV fəsil
NORMATİV
XARAKTERLİ AKTLARIN QANUNAUYĞUNLUĞUNUN
MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR
İDDİALAR ÜZRƏ İCRAAT
Maddə 122. Normativ xarakterli aktların qanunauyğunluğunun
mübahisələndirilməsinə dair iddia
122.1. Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq
yoxlanılması Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin müstəsna səlahiyyətinə aid
edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət
və bələdiyyə orqanları tərəfindən
qəbul edilmiş normativ xarakterli aktların
qanunauyğunluğunun yoxlanılmasına və onların
etibarsız (qüvvədən düşmüş) hesab
edilməsinə dair iddia qaldırıla bilər.
122.2. İddia normativ xarakterli
aktın qəbul edilməsi və ya tətbiq olunması
nəticəsində subyektiv hüquqlarının
pozulduğunu və ya yaxın gələcəkdə
pozulacağını əsaslandıra bilən fiziki və ya
hüquqi şəxs tərəfindən, habelə
aidiyyətinə toxunulan digər orqanlar tərəfindən
qaldırıla bilər.
122.3. İddia ərizəsi bu
Məcəllə ilə müəyyən edilmiş
aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya
instansiyası məhkəməsinə verilir.
122.4. İddia ərizəsinin
məzmunu ilə bağlı bu Məcəllənin 46-cı
maddəsinin müddəaları tətbiq olunur.
122.5. İddia həmin normativ
xarakterli aktı qəbul etmiş dövlət və ya
bələdiyyə orqanına qarşı
qaldırılır.
122.6. Məhkəmə
mübahisələndirilən normativ xarakterli aktla
aidiyyətinə toxunulan digər dövlət və ya
bələdiyyə orqanına həmin aktla bağlı öz
mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu
məqsədlə məhkəmə tərəfindən
müddət müəyyən olunur.
122.7. Normativ xarakterli aktların
qanunauyğunluğunun mübahisələndirilməsinə
dair iddialar üzrə inzibati məhkəmə icraatı bu
Məcəllədə nəzərdə tutulmuş müvafiq
prosessual qaydalar əsasında həyata keçirilir.
122.8. Normativ xarakterli aktın
etibarlılığının Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən baxılan konkret hüquq normasının
qanunauyğun sayılmasından asılı olduğu hallarda,
məhkəmə tərəfindən işə
baxılması Azərbaycan Respublikasının Konstitusiya
məhkəməsində icraat başa çatanadək
dayandırılır.
Maddə 123. Normativ xarakterli aktların
mübahisələndirilməsinə dair iddia üzrə
məhkəmə qərarı
123.1. Məhkəmə
şifahi məhkəmə baxışı əsasında
qərar qəbul edir.
123.2. İddia əsaslı hesab
edildiyi, yəni normativ xarakterli akt Azərbaycan
Respublikasının Konstitusiyasına və ya qanununa zidd
olduğu hallarda, həmin akt qəbul edildiyi gündən bütövlükdə
və ya qismən etibarsız sayılır.
123.3. Normativ xarakterli aktın
etibarsız sayılması barədə məhkəmənin
qərarı ümumi-məcburi qüvvəyə malikdir.
Məhkəmə qərarının nəticəvi hissəsi
cavabdeh tərəfindən normativ xarakterli aktın dərc
olunduğu qaydada dərc edilməlidir.
123.4. Normativ xarakterli aktın
etibarsız sayılması qanuni qüvvəyə minmiş
məhkəmə qərarlarının və barəsində
şikayət verilə bilməyən inzibati aktların
etibarsız sayılmasına səbəb olmur. Normativ xarakterli
aktın etibarsız sayılması bu Məcəllənin
100-cü maddəsində nəzərdə tutulmuş qaydada
icraatın təzələnməsinə səbəb ola
bilməz (icraatın təzələnməsi
üçün əsas kimi təfsir oluna bilməz).
123.5. Normativ xarakterli aktların
mübahisələndirilməsinə dair iddia ərizəsinin
təmin edilməməsi barədə məhkəmə
qərarı müstəsna olaraq proses iştirakçılarına
münasibətdə hüquqi qüvvəyə malikdir.
123.6. Mübahisə ilə
bağlı iş üzrə məhkəmə
qərarının tam formada təqdim olunduğu gündən
30 gün müddətində həmin qərardan Ali Məhkəməyə
şikayət verilə bilər.
Maddə 124. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə sorğu göndərilməsi
Apellyasiya instansiyası
məhkəməsinin Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsində nəzərdə
tutulmuş və mübahisə ilə bağlı işin
həlli üçün əhəmiyyət kəsb edən
normativ hüquqi aktlardan hər hansı birinin Azərbaycan
Respublikasının Konstitusiyasına zidd olduğunu güman
etdiyi hallarda iş üzrə icraat dayandırılmalı
və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinə müvafiq olaraq həmin
aktın Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğu barədə Azərbaycan Respublikasının
Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu göndərilməlidir.
XVI fəsil
SİYASİ
PARTİYALARLA BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR
İŞLƏR ÜZRƏ İCRAAT
Maddə 125. Siyasi partiyaların dövlət qeydiyyatı ilə
bağlı işlər üzrə icraat
125.1. Siyasi partiyaların
dövlət qeydiyyatı ilə bağlı
mübahisələrə apellyasiya instansiyası
məhkəmələri tərəfindən baxılır.
125.2. İddia ərizəsi
siyasi partiyanın, siyasi partiyanın nizamnaməsinə və ya adına edilmiş dəyişikliklərin
dövlət qeydiyyatına alınmasından imtinaya
qarşı müvafiq siyasi partiya tərəfindən
verilə bilər.[40]
125.3. İddia ərizəsi
dövlət qeydiyyatına alınmasından imtina
barədə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə
məlumat verildiyi vaxtdan 10 gün müddətində
verilməlidir.
125.4. Məhkəmə
tərəfindən iddia ərizəsinə onun daxil olduğu
vaxtdan 15 gün müddətində baxılmalı və onun
mahiyyəti üzrə qərar qəbul edilməlidir.
125.5. Mübahisə ilə
bağlı iş üzrə məhkəmə
qərarından həmin qərarın tam formada təqdim
olunduğu gündən 3 gün müddətində Ali
Məhkəməyə şikayət verilə bilər.
Maddə 126. Siyasi partiyaların ləğv edilməsi ilə
bağlı işlər üzrə icraat
126.1. Siyasi partiyaların
ləğv edilməsi ilə bağlı
mübahisələrə apellyasiya instansiyası
məhkəmələri tərəfindən baxılır.
126.2. Siyasi partiyanın
ləğv edilməsi barədə ərizə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilə bilər. Bu halda siyasi partiya
cavabdeh qismində icraata cəlb olunur.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində
nəzərdə tutulmuş halda, məhkəmə
ərizəçinin vəsatətinə əsasən siyasi
partiyanın fəaliyyətini dayandırmağa
haqlıdır. Məhkəmə tərəfindən bu
barədə qərardad qəbul edilir.[41]
126.4. Məhkəmə
tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan
15 gün müddətində baxılmalı və onun
mahiyyəti üzrə qərar qəbul edilməlidir.
126.5. Mübahisə ilə
bağlı iş üzrə məhkəmə
qərarından həmin qərarın tam formada təqdim
olunduğu gündən 3 gün müddətində Ali
Məhkəməyə şikayət verilə bilər.
XVII fəsil
KÜTLƏVİ
İNFORMASİYA VASİTƏLƏRİ İLƏ BAĞLI
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR
ÜZRƏ İCRAAT
Maddə 127. Teleradio yayımına xüsusi razılığın
(lisenziyanın) verilməsi ilə bağlı
mübahisələrə dair işlər üzrə icraat
127.1. Teleradio yayımına
xüsusi razılığın (lisenziyanın)
verilməsindən və ya xüsusi razılığın
(lisenziyanın) müddətinin uzadılmasından imtina olunması
ilə bağlı mübahisələrə apellyasiya
instansiyası məhkəmələri tərəfindən
baxılır.
127.2. Teleradio yayımına
xüsusi razılığın (lisenziyanın)
verilməsindən və ya xüsusi razılığın
(lisenziyanın) müddətinin uzadılmasından imtina olunması
haqqında qərara (inzibati akta) qarşı iddia
ərizəsi teleradio yayımını həyata
keçirmək iddiasında olan şəxs
tərəfindən verilə bilər.
127.3. İddia ərizəsi
imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi
vaxtdan 30 gün müddətində verilə bilər.
127.4. Məhkəmə
tərəfindən iddia ərizəsinə onun daxil olduğu
vaxtdan 15 gün müddətində baxılmalı və onun
mahiyyəti üzrə qərar qəbul edilməlidir.
127.5. Mübahisə ilə
bağlı iş üzrə məhkəmə
qərarından həmin qərarın tam formada təqdim
olunduğu gündən 3 gün müddətində Ali
Məhkəməyə şikayət verilə bilər.
Maddə 128. Kütləvi informasiya vasitələrinin istehsalına
və yayımına xitam verilməsi və ya
fəaliyyətinin dayandırılması ilə bağlı
mübahisələrə dair işlər üzrə icraat
128.1. Kütləvi informasiya
vasitələrinin istehsalına və yayımına xitam
verilməsi və ya fəaliyyətinin dayandırılması
ilə bağlı mübahisələrə apellyasiya
instansiyası məhkəmələri tərəfindən
baxılır.
128.2. Kütləvi informasiya
vasitələrinin istehsalına və yayımına xitam
verilməsi və ya fəaliyyətinin dayandırılması
barədə ərizə müvafiq inzibati orqan
tərəfindən verilə bilər. Bu halda müvafiq
kütləvi informasiya vasitəsi cavabdeh qismində
məhkəmə icraatına cəlb olunur.
128.3. Məhkəmə
tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan
15 gün müddətində baxılmalı və onun
mahiyyəti üzrə qərar qəbul edilməlidir.
128.4. Mübahisə ilə
bağlı iş üzrə məhkəmə
qərarından həmin qərarın tam formada təqdim
olunduğu gündən 3 gün müddətində Ali
Məhkəməyə şikayət verilə bilər.
Maddə 129 Apellyasiya
instansiyası məhkəmələri tərəfindən
mübahisələrə birinci instansiya üzrə
baxılması zamanı qüvvədə olan prosessual qaydalar[42]
Apellyasiya
instansiyası məhkəmələri tərəfindən
inzibati mübahisələrə birinci instansiya üzrə
baxılması zamanı bu Məcəllənin XV-XVII
fəsillərində başqa qaydanın nəzərdə
tutulmadığı hallarda, birinci instansiya
məhkəməsində icraatla bağlı bu
Məcəllədə müəyyən edilmiş müvafiq
prosessual qaydalar tətbiq olunur.
XVIII fəsil[43]
SEÇKİ (REFERENDUMDA İŞTİRAK)
HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI
İŞLƏR ÜZRƏ İCRAAT
Maddə 130. Seçki (referendumda iştirak)
hüquqlarının müdafiəsi ilə bağlı
işlər üzrə icraatın xüsusiyyətləri
130.1 Seçki
(referendumda iştirak) hüquqlarının müdafiəsi
ilə bağlı iddia ərizələri apellyasiya
instansiyası məhkəmələrinə Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən edilmiş qaydada verilir.
130.2. Seçki
(referendumda iştirak) hüquqlarının müdafiəsinə
dair işlər üzrə daxil olmuş iddia
ərizəsinə məhkəmə tərəfindən 3
gün müddətində, səsvermə gününə 30
gündən az müddət qalırsa 2 gün
müddətində (lakin səsvermə günündən gec
olmayaraq), səsvermə günü və həmin
gündən sonra daxil olmuş iddia ərizəsinə isə
dərhal baxılmalı və onun mahiyyəti üzrə
qərar qəbul edilməlidir.
130.3.
Məhkəmə tərəfindən iddia ərizəsinə
ərizəçinin, müvafiq seçki komissiyasının
və ya digər maraqlı şəxslərin iştirakı
ilə baxılır. Məhkəmə iclasının
vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar
edilmiş göstərilən şəxslərin
məhkəməyə gəlməməsi işə
baxılmasına və onun həll edilməsinə mane olmur.
130.4. İş
üzrə yazılı formada tam məhkəmə
qərarı onun nəticəvi hissəsinin elan olunduğu
vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün
qalmış və ondan sonra qəbul edilmiş qərarlar
isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.
130.5. İş
üzrə məhkəmə qərarından həmin
qərarın tam formada təqdim olunduğu gündən 3
gün müddətində Ali Məhkəməyə
şikayət verilə bilər. Bu şikayətə 3 gün
müddətində, səsvermə gününə 30
gündən az müddət qalırsa 2 gün
müddətində (lakin səsvermə günündən gec
olmayaraq), səsvermə günü və həmin
gündən sonra daxil olmuş ərizələrə isə
dərhal baxılmalıdır.
XVIII-I
FƏSİL[44]
AZƏRBAYCAN
RESPUBLİKASI MİLLİ MƏCLİSİ DEPUTATININ MANDATDAN
MƏHRUM EDİLMƏSİ HAQQINDA MƏRKƏZİ
SEÇKİ KOMİSSİYASININ QƏRARININ
MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR
İDDİA ÜZRƏ İCRAAT
Maddə
130-1. Azərbaycan Respublikası Milli Məclisi
deputatının mandatdan məhrum edilməsi haqqında
Mərkəzi Seçki Komissiyasının
qərarının mübahisələndirilməsinə dair
iddia üzrə icraatın xüsusiyyətləri
130-1.1. Azərbaycan Respublikası Milli
Məclisi deputatının mandatdan məhrum edilməsi
haqqında Mərkəzi Seçki Komissiyasının
qərarının mübahisələndirilməsinə dair
iddia ərizəsi apellyasiya instansiyası
məhkəməsinə həmin qərar rəsmi dərc
edildiyi gündən 10 gün müddətində verilir.
130-1.2. Azərbaycan Respublikası Milli
Məclisi deputatının mandatdan məhrum edilməsi
haqqında Mərkəzi Seçki Komissiyasının
qərarının mübahisələndirilməsinə dair
iddia ərizəsinə məhkəmə tərəfindən
15 gün müddətində baxılmalı və onun mahiyyəti
üzrə qərar qəbul edilməlidir.
130-1.3. Məhkəmə
tərəfindən iddia ərizəsinə
ərizəçinin və Mərkəzi Seçki
Komissiyasının nümayəndəsinin iştirakı
ilə baxılır. Məhkəmə iclasının
vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar
edilmiş göstərilən şəxslərin
məhkəməyə gəlməməsi işə
baxılmasına və onun həll edilməsinə mane olmur.
130-1.4. İş üzrə apellyasiya
instansiyası məhkəməsinin qərarından həmin
qərarın tam formada təqdim olunduğu gündən 10
gün müddətində Ali Məhkəməyə
şikayət verilə bilər.
130-1.5.
Ali Məhkəmə şikayətə onun daxil olduğu
vaxtdan 15 gün müddətində baxıb qərar qəbul
etməlidir.
XIX fəsil[45]
Maliyyə
bazarlarına nəzarət orqanına qarşı müvafiq
iddialar və maliyyə bazarlarına nəzarət
orqanının müvafiq ərizələri üzrə icraat
Maddə 131.
Maliyyə bazarlarına nəzarət orqanına qarşı
müvafiq iddialar üzrə icraat
131.1. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq bankın
sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində,
lisenziyasının ləğvi, məcburi ləğvi və
ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna
başlanması, bankın kapitalında mühüm iştirak
payı olan şəxsin payının
özgəninkiləşdirilməsi və ya bank
tərəfindən geri alınması və digər
nəzarət tədbirləri ilə bağlı maliyyə
bazarlarına nəzarət orqanının qəbul etdiyi
inzibati aktlar üzrə mübahisələrə apellyasiya
instansiyası məhkəmələri tərəfindən
baxılır.
131.2. Məhkəmə iddia
ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün
müddətində baxıb qərar qəbul etməlidir.
Maliyyə bazarlarına nəzarət orqanının bankın
sağlamlaşdırılması, rezolyusiyası
çərçivəsində, eləcə də bankın
lisenziyasının ləğvi ilə bağlı qəbul
etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda
məhkəmə kompensasiyanın ödənilməsi
barədə qərar qəbul edir.
131.3. Mübahisə ilə bağlı
iş üzrə məhkəmə qərarından həmin
qərarın tam formada təqdim olunduğu gündən 10
gün müddətində Ali Məhkəməyə
şikayət verilə bilər.
131.4. Ali Məhkəmə
şikayətə onun daxil olduğu vaxtdan 15 gün
müddətində baxıb qərar qəbul etməlidir.
Maddə 132.
Maliyyə bazarlarına nəzarət orqanının
müvafiq ərizələri üzrə icraat
132.1. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq bankın
sağlamlaşdırılması, rezolyusiyası
çərçivəsində verdiyi, bankın məcburi ləğvi
və ləğvedicinin təyin edilməsi, bankın iflas
proseduruna başlanması, bankın kapitalında mühüm
iştirak payı olan şəxsin payının
özgəninkiləşdirilməsi və ya bank
tərəfindən geri alınması və digər
nəzarət tədbirləri ilə bağlı maliyyə
bazarlarına nəzarət orqanının ərizələrinə
apelyasiya instansiyası məhkəmələri
tərəfindən baxılır.
132.2. Məhkəmə maliyyə
bazarlarına nəzarət orqanının
ərizəsinə, ərizənin daxil olduğu vaxtdan
aşağıdakı müddətlərdə baxıb
qərar qəbul etməlidir:
132.2.1. bankın öhdəlikləri
üzrə ödənişlərə moratorium tətbiq
edilməsi ilə bağlı ərizələrə - 2
gün müddətində;
132.2.2. lisenziyası ləğv
edilmiş bankın məcburi ləğvi və
ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi
ilə bağlı ərizələrə - 7 gün müddətində;
132.2.3. bankın iflas proseduruna
başlanmasına və bu proses
çərçivəsində digər
məsələlərin həllinə dair
ərizələrə - 7 gün müddətində;
132.2.4. bankın
sağlamlaşdırılması və rezolyusiyası
çərçivəsində verilmiş
ərizələrə - 7 gün müddətində;
132.2.5. bankın kapitalında
mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi
və ya bank tərəfindən geri alınması ilə
bağlı ərizələrə - 30 gün
müddətində;
132.2.6. digər nəzarət
tədbirləri ilə bağlı “Banklar haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda verilən ərizələrə - 10 gün
müddətində.
132.3. Mübahisə ilə bağlı
iş üzrə məhkəmə qərarından həmin
qərarın tam formada təqdim olunduğu gündən 10
gün müddətində Ali Məhkəməyə
şikayət verilə bilər. Belə şikayətin
verilməsi məhkəmə qərarının
icrasını dayandırmır.
132.4. Ali Məhkəmə
şikayətə 15 gün müddətində baxıb
qərar qəbul etməlidir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 6, maddə
485)
2. 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, ¹ 143; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə
593)
3. 20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
5, maddə 410)
4. 11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 yanvar 2013-cü il, ¹ 12; “Azərbaycan” qəzeti, 22
yanvar 2013-cü il, ¹ 14; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01, maddə 16)
5. 30 sentyabr
2013-cü il tarixli 748-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19
noyabr 2013-cü il, ¹ 253; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11, maddə 1267)
6. 18 dekabr 2015-ci
il tarixli 45-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 yanvar 2016-cı il, ¹ 20, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 12)
7. 7 aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 aprel 2017-ci il, ¹ 77, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə 522)
8. 2 may 2017-ci il tarixli 666-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 may 2017-ci il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
752)
9. 31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 noyabr 2017-ci il, ¹ 248, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə 1976)
10. 3 aprel
2018-ci il tarixli 1065-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
6 may 2018-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 855)
11. 1 may
2018-ci il tarixli 1112-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 may 2018-ci il, ¹ 112, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə
878)
12. 29 iyun 2018-ci il tarixli 1228-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 iyul 2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1440)
13. 28 dekabr 2018-ci
il tarixli 1406-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu
il, ¹ 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
23)
14. 9 iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1199)
15. 29 noyabr 2019-cu il tarixli 1712-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1899)
16. 8 may 2020-ci il
tarixli 91-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 669)
[1]
28 dekabr 2018-ci il tarixli 1406-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu
il, ¹ 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
23) ilə yeni məzmunda 1.3-cü maddə əlavə
edilmişdir.
[2]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 2.1-ci maddədə “inzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmələr və inzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmə kollegiyaları” sözləri “inzibati-iqtisadi
məhkəmələr və inzibati-iqtisadi kollegiyalar”
sözləri ilə əvəz edilmişdir.
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 2.1-ci
maddədə “inzibati-iqtisadi
məhkəmələr və inzibati-iqtisadi kollegiyalar”
sözləri “inzibati
məhkəmələr və inzibati kollegiyalar”
sözləri ilə əvəz edilmişdir.
[3]
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
2.2.8-ci maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 2.2.9-cu maddə əlavə
edilmişdir.
[4]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 3-cü maddənin
adında və 3.5-ci maddədə “İnzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə”
sözləri “İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 3-cü
maddənin adında, 3.5-ci maddədə, 5-ci maddənin
adında və mətnində, 6-cı maddənin adında
və mətnində, 8.6-cı maddənin birinci
cümləsində, 81.1-ci maddənin birinci
cümləsində, 86.3-cü maddədə “İnzibati-iqtisadi”
sözləri “İnzibati”
sözü ilə əvəz edilmişdir.
[5]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 3.1-ci və 3.8-ci
maddələrdə “inzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə” sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 3.1-ci
maddədə, 3.2-ci maddənin birinci cümləsində,
3.3-cü, 3.6-cı maddələrdə, 8.6-cı maddənin
birinci və ikinci cümlələrində, 81.1-ci maddənin
ikinci cümləsində, 83.1-ci, 85.1-ci və 86.1-ci
maddələrdə, 87.7-ci maddənin ikinci
cümləsində, 87.7.1-ci və 87.7.2-ci
maddələrdə “inzibati-iqtisadi” sözləri “inzibati” sözü ilə
əvəz edilmişdir.
[6] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 6, maddə
485) ilə 3.2-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair
işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri
ilə əvəz edilmişdir və həmin maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 may 2012-ci il, ¹ 103; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 5, maddə
410) ilə 3.2-ci maddədə (hər iki halda) “XVII” rəqəmindən sonra “, XVIII” rəqəmi
əlavə edilmişdir.
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
3.2-ci maddənin hər iki cümləsində “XVIII”
rəqəmlərindən sonra “,
XIX” rəqəmləri, “mübahisələrə”
sözündən sonra isə “(ərizələrə)”
sözü əlavə edilmişdir.
29
iyun 2018-ci il tarixli 1228-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1440) ilə 3.2-ci maddənin birinci və
ikinci cümlələrində “XVIII”
rəqəmlərindən sonra “, XVIII-I”
rəqəmləri əlavə edilmişdir.
[7]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 3.3-cü, 3.4-cü və
3.6-cı maddələrdə “inzibati
və iqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə”
sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
[8]
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 3.4, 90.1, 98.2,
98.4, 98.5-ci maddələrdə və 98.6-cı maddənin
birinci cümləsində “inzibati-iqtisadi” sözləri “İnzibati” sözü ilə
əvəz edilmişdir.
[9]
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 3.8-ci
maddədə “inzibati-iqtisadi
məhkəmələrin və məhkəmə
kollegiyalarının” sözləri “inzibati məhkəmələrin və inzibati
kollegiyaların” sözləri ilə əvəz
edilmişdir.
[10]
9
iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1199) ilə 4.3-cü
maddədən “mübahisələrə
dair işlər üzrə” sözləri
çıxarılmışdır.
[11]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 5-ci maddənin adında
və mətnində “İnzibati
və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
[12] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 6, maddə
485) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 6. İnzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmələrdə və ya məhkəmə
kollegiyalarında iş bölgüsü planı
6.1.
Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası
məhkəmələrinin rəyasət heyəti, inzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə məhkəmələrin sədrləri müvafiq
məhkəmə kollegiyasının və ya
məhkəmənin hakimləri sırasından inzibati
mübahisələrə dair işlərə baxan
hakimləri müəyyən edir və ya məhkəmə
tərkiblərini təşkil edir.
6.2.
Hakimin və ya məhkəmə tərkibinə daxil olan
hakimlərdən hər hansı birinin müvəqqəti
olmadığı hallarda onun digər hakimlə əvəz
edilməsi üçün ehtiyat hakim məsələsi bu
Məcəllənin 6.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada əvvəlcədən həll olunur.
6.3.
Birdən artıq hakimin müəyyən edildiyi və ya
məhkəmə tərkibinin yaradıldığı halda,
Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası
məhkəmələrinin rəyasət heyəti, inzibati
və iqtisadi mübahisələrə dair işlər üzrə
məhkəmələrin sədrləri tərəfindən
həmin hakimlər və ya məhkəmə tərkibləri
arasında inzibati mübahisələrə dair işlərin
bölüşdürülməsinin ümumi meyarları
işlənib hazırlanır və bu meyarlar əsasında
iş bölgüsü planı tərtib olunur.
6.4.
Müxtəlif hakimlərin və ya məhkəmə
tərkiblərinin icraatında bir-biri ilə predmet
əlaqəsində olan inzibati iddialar və ya
ərizələr olduğu hallarda, bütün iddialar və
ya ərizələr iş bölgüsü planına
müvafiq olaraq daha əvvəl işə baxmağa
başlamış hakimə və ya məhkəmə
tərkibinə verilir.
6.5.
Hər növbəti təqvim ili üçün iş
bölgüsü planı iş ilinin sonuncu ayının
20-dən gec olmayaraq tərtib olunur. İş
bölgüsü planı tərtib olunduğu vaxtdan 3 gün
ərzində müvafiq məhkəmənin və ya
məhkəmə kollegiyasının hakimlərinə
təqdim edilməli və tanış olmaq üçün
məhkəmə binasının elanlar lövhəsində
asılmalıdır.
6.6.
İş bölgüsü planının
dəyişdirilməsinə yalnız inzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmənin və ya məhkəmə
kollegiyasının fəaliyyətinin pozulduğu hallarda yol
verilir.
[13]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə yeni məzmunda 8.1.3-1-ci
maddə əlavə edilmişdir.
30
sentyabr 2013-cü il tarixli 748-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, ¹ 253; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1267) ilə
8.1.3-1-ci maddəsində “bayrağı”
sözündən əvvəl “Dövlət”
sözü əlavə edilmişdir.
18 dekabr 2015-ci il tarixli 45-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 yanvar 2016-cı il, ¹ 20, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 12) ilə
8.1.3-1-ci maddəsində “qeydiyyatda
olduğu limanın” sözləri “qeydiyyat limanının” sözləri ilə
əvəz edilmişdir.
[14]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 8.6-cı maddənin birinci
cümləsində “İnzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə” sözləri “İnzibati-iqtisadi”
sözləri ilə, birinci və ikinci cümləsində “inzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz
edilmişdir.
[15]
1 may 2018-ci il tarixli 1112-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2018-ci
il, ¹ 112,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 878) ilə 18.0.1, 18.0.2 və 18.0.4-cü
maddələrə “nümayəndəsinin”
sözündən sonra “və
ya vəkilinin” sözləri əlavə edilmişdir.
[16]
1 may 2018-ci il tarixli 1112-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2018-ci
il, ¹ 112,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 878) ilə 19.1.4-cü maddəyə “nümayəndəsi” sözündən sonra “və ya vəkili”
sözləri əlavə edilmişdir.
[17]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
26.2-ci maddənin birinci cümlə yeni
redaksiyada verilmişdir və ikinci cümlədə “nümayəndə”
sözü “işçisi”
sözü ilə əvəz edilmişdir.
əvvəlki redaksiyada verilmişdir.
Dövlətin,
bələdiyyələrin və ya hüquqi
şəxslərin adından prosessual
hərəkətləri onların nümayəndələri
və ya dövlət, bələdiyyə və ya hüquqi
şəxs tərəfindən xüsusi səlahiyyət
verilmiş şəxslər həyata keçirirlər.
[18]
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
27.0.1-ci maddəyə “iddiaçı”
sözündən sonra “(və
ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq
ərizəçi)” sözləri əlavə edilmişdir.
[19]
29
noyabr 2019-cu il tarixli 1712-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu
il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1899) ilə
yeni məzmunda 29-1-ci maddə
əlavə edilmişdir.
[20]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
31.1-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada verilmişdir.
31.1. İnzibati məhkəmə
icraatında proses iştirakçılarının
vəkillə və ya səlahiyyətli nümayəndə
ilə təmsil olunmaq hüququ vardır.
[21] 8 may 2020-ci il tarixli 91-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul
2020-ci il, ¹ 124,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 669) ilə
38.1-ci maddəsinə “müddətində” sözündən sonra “, elmi dərəcələr
və elmi adlar verilməsi, xarici ölkələrdə
verilmiş elmi dərəcələr və elmi adlar
haqqında sənədlərin nostrifikasiyası
(ekvivalentliyinin müəyyən edilməsi və
tanınması) və ya təkrar attestasiya əsasında
tanınması, elmi dərəcədən və elmi addan
məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası)
ilə bağlı inzibati aktlara münasibətdə isə
bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay
müddətində” sözləri əlavə
edilmişdir.
[22]
3 aprel 2018-ci il tarixli 1065-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci
il, ¹ 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 855) ilə yeni
məzmunda 38.3-cü maddə əlavə edilmişdir.
[23]
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
40.1-ci maddəyə və 41.2-ci maddənin birinci
cümləsinə “aktın”
sözündən sonra “(bu
Məcəllənin 131.2-ci maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş inzibati akt
istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[24] 2
may 2017-ci il tarixli 666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may
2017-ci il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
752) ilə
58.8-ci maddə əlavə edilmişdir.
[25]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
61.2-ci maddənin ikinci
cümləsində “səlahiyyətli
vəkilə və ya” sözləri “prosessual” sözü ilə əvəz edilmişdir.
[26]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
69.2-ci maddədə “səlahiyyətli” sözü “prosessual” sözü ilə əvəzedilmişdir.
[27]
17 may 2011-ci
il tarixli 122-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il,
¹ 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 7, maddə 593) ilə 79.2-ci maddənin “Məhkəmə
qərarlarının icrası” sözləri “İcra” sözü ilə
əvəz edilmişdir.
[28]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 81.1-ci maddənin birinci
cümləsində “İnzibati
və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi”
sözləri ilə, ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər
üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri
ilə əvəz edilmişdir.
[29]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 81.3-cü və 90.3-cü
maddələrdə “şikayətin
verilməsinin formasına və məzmununa dair
tələblər, müvafiq prosessual qaydalar”
sözləri “müvafiq
prosessual qaydalar, o cümlədən iddia ərizəsinin
formasına və məzmununa dair tələblər”
sözləri ilə əvəz edilmişdir.
[30]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə
83.1-ci, 85.1-ci, 86.1-ci, 87.7.1-ci, 87.7.2-ci və 98.5-ci
maddələrdə “inzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə” sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
[31]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
86.1.1-ci maddədə “apellyasiya şikayəti verən şəxs və onun
səlahiyyətli nümayəndəsi” sözləri “səlahiyyətli şəxs”
sözləri ilə əvəz edilmişdir.
[32]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə
86.3-cü maddədə “İnzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə” sözləri “İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
[33]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə
87.7-ci maddənin ikinci
cümləsində “inzibati
və iqtisadi mübahisələrə
dair işlər üzrə müvafiq” sözləri “müvafiq inzibati-iqtisadi”
sözləri ilə əvəz edilmişdir.
[34]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə 90.1-ci, 98.2-ci, 98.4-cü
maddələrdə və 98.6-cı maddənin birinci
cümləsində “inzibati
və iqtisadi mübahisələrə dair işlər
üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri
ilə əvəz edilmişdir.
[35]
31 oktyabr 2017-ci il tarixli 854-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2017-ci il, ¹ 248,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹11 , maddə 1976) ilə
93-cü maddənin adından “və onların
nümayəndələri” sözləri
çıxarılmışdır
[36]
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
94.1-ci maddəyə “
[37]
29
noyabr 2019-cu il tarixli 1712-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1899) ilə
98.2-98.6-cı maddələr ləğv
edilmişdir.
[38]
29
noyabr 2019-cu il tarixli 1712-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu
il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1899) ilə yeni məzmunda 98-1-ci maddə əlavə
edilmişdir.
[39]
17 may 2011-ci
il tarixli 122-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il,
¹ 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 7, maddə 593) ilə 116.1-ci maddənin “Məhkəmə
qərarlarının icrası” sözləri “İcra” sözü ilə
əvəz edilmişdir.
[40]
11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, ¹ 12;
“Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, ¹ 14; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01,
maddə 16) ilə 125.2-ci maddədə “və ya siyasi partiyanın nizamnaməsinə”
sözləri “, siyasi
partiyanın nizamnaməsinə və ya adına”
sözləri ilə əvəz edilmişdir.
[41]
11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, ¹ 12;
“Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, ¹ 14; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01,
maddə 16) ilə 126.3-cü maddədə “126.3-cü” sözləri “126.2-ci” sözləri ilə
əvəz edilmişdir.
[42]
10 iyun 2011-ci
il tarixli 152-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il,
¹ 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 485) ilə
129-cu maddə çıxarılmışdır.
[43]
20 aprel 2012-ci il tarixli
328-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
5, maddə 410) ilə XVIII fəsil əlavə
edilmişdir.
[44]
29
iyun 2018-ci il tarixli 1228-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1440) ilə yeni məzmunda
XVIII-I fəsil əlavə edilmişdir.
[45]
7
aprel 2017-ci il tarixli 570-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel
2017-ci il, ¹ 77,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 522) ilə
yeni məzmunda XIX fəsil əlavə edilmişdir.